Məhkəmə qərarları › İş №1(3-9)-351/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-351/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-351/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. ##.##.2001-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Hacıqabul rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus olan “VAZ-21154” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən sahəlik əraziyə gəldikdən sonra sonuncuya onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş, Zərərçəkmiş şəxs təklifi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq barədə razılaşdıqdan sonra həmin məqsədlə birlikdə avtomobilin arxa sərnişin oturacağına keçərək özü və Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunub əyləşdikləri arxa sərnişin oturacağında uzanmış, daha sonra özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında qeyritəbii yolla cinsi əlaqədə olmuş, yəni ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, 2025-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən əmisi şahid1 məxsus olan fərdi yaşayış evinə gələrək sonuncunun fərdi yaşayış evinə qulluq etməsi məqsədi ilə rahat girib çıxa bilməsi üçün ona verdiyi açardan istifadə edərək evə daxil olmuş, Zərərçəkmiş şəxs ilə birlikdə həmin evin yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş, sonuncu buna razılıq verdikdən sonra özü və Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunub yatağın üzərində uzanmış, daha sonra onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə onunla təkrar təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, ## #### 2025-ci il tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən əmisi şahid1 məxsus olan fərdi yaşayış evinə gələrək sonuncunun fərdi yaşayış evinə qulluq etməsi məqsədi ilə rahat girib çıxa bilməsi üçün ona verdiyi açardan istifadə edərək evə daxil olmuş, Zərərçəkmiş şəxs ilə birlikdə həmin evin yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş, sonuncu buna razılıq verdikdən sonra özü və Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunub yatağın üzərində uzanmış, daha sonra özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təkrar təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, ## #### 2025-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən əmisi şahid1 məxsus olan fərdi yaşayış evinə gələrək sonuncunun fərdi yaşayış evinə qulluq etməsi məqsədi ilə rahat girib çıxa bilməsi üçün ona verdiyi açardan istifadə edərək evə daxil olmuş, Zərərçəkmiş şəxs ilə birlikdə həmin evin yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş, sonuncu buna razılıq verdikdən sonra özü və Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunub yatağın üzərində uzanmış, daha sonra özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təkrar təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, ## ###### 2025-ci il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus olan “VAZ-21154” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən sahəlik əraziyə gəldikdən sonra birlikdə avtomobilin arxa sərnişin oturacağına keçərək özü və Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunub əyləşdikləri arxa sərnişin oturacağında uzanmış, daha sonra özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təkrar təbii yolla cinsi əlaqədə olmuşdur Məhkəmənin ittiham hökmünə əsasən, (hakim: X2) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hacıqabul Rayon Məhkəməsi tərəfindən hökm çıxarılarkən işin halları, cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış və nəticədə ağır və ədalətsiz ittiham hökmü çıxarılmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş və özünümüdafiə xarakterli dəlil gətirməmişdir. Belə ki, daimi qeydiyyatda olmaqla yaşayış yeri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır, əvvəllər məhkum olunmamışdır. İşdə olan, Hacıqabul rayon İHB-nm Qubalıbalaoğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan, Hacıqabul rayon İHB-nm Qubalıbalaoğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İşdə olan, Şirvan şəhər * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş, 91002 və 935, *** saylı vəsiqələrdən görünür ki, şahid5 İ Qarabağ—X5 İctimai Birliyin üzvü olmaq "MİLLİ ORDU - 100", "BÖYÜK ZƏFƏR", "AV MVİB - 25 İL" medalları ilə təltif edilmişdir. Zərərçəkmiş şəxsin ailəsi ilə el adətinə uyğun söz kəsilmiş və gələcəkdə yetkunlik yaşına çatacağı təqdirdə rəsmi ailə həyatı qurulması barədə ailələr arasında razılıq əldə edilmişdir. Lakin belə olan təqdirdə birinci instansiya məhkəməsinin cəza ilə bağlı gəldiyi qənaəti tamamilə ədalətsiz olmuşdur. Qeyd olunanlara əsasən, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmünün cəza ilə bağlı hissədə dəyişdirilməsi, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə CM-nin 62 vəya 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə vəya şərti cəza təyin edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini, əməlin düzgün tövsif edilməsini qeyd etməklə, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxslə barışdıqlarını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, CM-nin 62 və ya 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə vəya şərti cəza təyin edilməsini xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Apellyasiya şikayətində yüngüllüyünə və ya ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edilərək, müdafiə tərəfi daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kollegiya şikayətin dəlilinə, yəni cəza təyini ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında hökmdə qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə, əksinə, hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması əsasının müstəsna hal kimi qiymətləndirilməsi CM-in 62-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı ümumi məqsəd və prinsiplərə ziddir. Belə ki, nəzərə alınmalıdır ki, Babək Priyev həmin cinayəti dəfələrlə təkrar törətmişdir. Bu CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Ona görə də CM-in 62-ci maddəsinin tətbiqinin tətbiqi ilə bağlı şikayətin dəlilləri əsassız hesab olunmalıdır. Belə olan halda Balaşirin Nəsirovun ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin olunması müzakirə olunmalıdır. Bununla belə kollegiya birinci instansiya məhkəməsində olmuş hüquqi vəziyyətə uyğun olaraq, CM-in 70-ci maddəsinin tətbiqi məsələsini müzakirə etməyi məqsədə uyğun hesab edir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1. Məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;

2. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;

3. Məhkumun şəxsiyyəti;

4. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşdur ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri əsas götürərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəza ən aşağı həddədir və bu təbii ki, onun cəzasını yüngülləşdirən hallara əsasən mümkün olmuşdur. Lakin həmin yüngülləşdirici hallara görə CM-in 70 maddəsinin tətbiqi təqsirləndirilən şəxsi islah etmək üçün yetərli deyil. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3. və 85-ci maddələrinin tələb etdiyi halları, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən qanuni cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar çıxarıldığı, məhkum edilmiş şəxslərə isə təqdim olunduğu gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar