Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-357/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ###### 1996-cı ildə Sabirabad rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Sabirabad rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclası zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini və onun dərhal həbsdən azad olunmasını xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli hökmünə əsasən CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2024-cü ilin may ayının təxminən əvvəllərində istintaqa məlum olmayan gündə və saatda qohumu, aralarında sevgi münasibətləri olan ##.##.2008-ci ildə anadan olmaqla, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı olan cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun yaşadığı Sabirabad rayonu Şıxlar kəndindəki evin yataq otağında Zərərçəkmiş şəxs dodaqlarından öpüb, əli ilə sinəsini və döşlərini əlləməklə, eləcə də ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil etməklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən 2024-cü ilin təxminən may ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda qohumu, aralarında sevgi münasibətləri olan ##.##.2008-ci ildə anadan olmaqla, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı olan cinsi ehtirasını təmin etmək məqsədilə sonuncunun yaşadığı Sabirabad rayonu Şıxlar kəndindəki evin arxa tərəfindən Zərərçəkmiş şəxs dodaqlarından öpüb, əli ilə sinəsi və döşlərini əlləməklə, ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə daxil edib, budlarına sürtməklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münasibətlər zor tətbiq edilmədən və hədə-qorxu olmadan yaranmış, hazırda tərəflər və onların ailələri arasında barışıq əldə olunmuşdur. Şikayətçi göstərmişdir ki, birinci instansiya məhkəməsində emosional vəziyyətin təsiri ilə daha sərt cəza mövqeyi bildirsə də, hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir, ona qarşı maddi və ya mənəvi tələb irəli sürmür və onun real azadlıqdan məhrumetmə cəzası çəkmədən islah olunmasını mümkün hesab edir. Şikayətçi həmçinin zərərçəkmiş şəxsin apellyasiya baxışı dövründə yetkinlik yaşına çatmasını, tərəflərin gələcəkdə qanuni nikaha daxil olmaq niyyətlərini, məhkumun əvvəllər məhkum olunmamasını, sosial əlaqələrinin və yaşayış yerinin sabit olmasını əsas gətirərək CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları apellyasiya şikayətinin və ya protestinin hüdudlarında yoxlayır, lakin cinayət qanununun və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin predmeti məhkumun təqsirliliyi və əməlin hüquqi tövsifi deyil, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilib-edilməməsi məsələsidir. Bu tələbə münasibət bildirərkən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində məhkuma təyin edilmiş cəzanın real icrası baxımından ağırlığına görə ədalətsiz olduğu göstərilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə hökmün dəyişdirilməsi xahiş edilmişdir. Bu tələb mahiyyətcə Cinayət-Prosessual Məcəlləsinin 399.1.5ci maddəsində nəzərdə tutulmuş əsasla bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işə əlavə edilmiş digər sənədlərə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirliliyi və əməlin CM-in 152.1-ci maddəsi ilə hüquqi tövsifi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində bu nəticələr mübahisələndirilmədiyindən kollegiya həmin məsələlərin yenidən geniş şərhinə zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi həll edilərkən məhkəmə yalnız törədilmiş əməlin formal hüquqi tövsifini deyil, həm də cəzanın məqsədlərinə məhkumun cəmiyyətdən təcrid edilmədən nail olunmasının mümkün olub-olmamasını qiymətləndirməlidir. Şərti məhkum etmə institutunun mahiyyəti təqsirkarın şəxsiyyəti, cinayətin törədilmə şəraiti, cinayətdən sonrakı davranışı, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun islahının real azadlıqdan məhrum etmə cəzası çəkilmədən mümkünlüyünün müəyyən edilməsindən ibarətdir. Bununla yanaşı, zərərçəkmiş şəxsin yaşı ilə bağlı cinayət-hüquqi müdafiə xüsusi əhəmiyyət daşıdığından barışıq, sonradan yetkinlik yaşına çatma və ya gələcəkdə nikah bağlamaq niyyəti əməlin cinayət xarakterini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Həmin hallar yalnız cəzanın fərdiləşdirilməsi, məhkumun şəxsiyyəti, sosial əlaqələri və real cəzaçəkməyə zərurət məsələsi çərçivəsində nəzərə alına bilər. Hazırkı işin materiallarından görünür ki, hadisə üzrə zor tətbiqi, hədə-qorxu və ya məcburetmə halları müəyyən edilməmiş, məhkum əvvəllər məhkum olunmamış, iş üzrə cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi apellyasiya şikayətində və məhkəmə iclasında əvvəlki mövqeyini dəyişdiyini, məhkumla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını bildirmişdir. İş materiallarından həmçinin görünür ki, zərərçəkmiş şəxs apellyasiya baxışı dövründə yetkinlik yaşına çatmışdır. Bu hallar təqsirliliyi və tövsifi dəyişməsə də, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Cəzanın məqsədi yalnız törədilmiş əmələ görə cəzalandırma deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır. Konkret iş üzrə həmin məqsədlərə azadlıqdan məhrum etmə cəzasının real icrası olmadan, sınaq müddəti və probasiya nəzarəti vasitəsilə nail olmaq mümkündürsə, CM-in 70-ci maddəsinin tətbiqi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının real icrası məhkumun islah olunması baxımından mütləq zəruri görünmür. Məhkumun əvvəllər məhkum olunmaması, cəzanı ağırlaşdıran halların mövcud olmaması, zərərçəkmiş tərəflə barışıq əldə edilməsi, apellyasiya baxışında ona qarşı tələb və şikayətin irəli sürülməməsi, habelə məhkumun davranışına probasiya nəzarəti qaydasında nəzarətin mümkünlüyü cəzanın məqsədlərinə cəmiyyətdən təcrid edilmədən nail olunmasına imkan verən hallar kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş konkret hallar və cəzanın fərdiləşdirilməsi prinsipi birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcuddur. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi həm cəzanın məqsədlərinə, həm də cinayət qanununun humanizm və ədalət prinsiplərinə uyğun nəticədir. Birinci instansiya məhkəməsi təqsirlilik, hüquqi tövsif və cəzanın növü üzrə sanksiya həddində nəticəyə gəlsə də, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya baxışı zamanı təqdim edilən və məhkəmədə təsdiqini tapan hallar CM-in 70-ci maddəsinin tətbiqi məsələsinə ayrıca qiymət verilməsini tələb edir. Bu baxımdan hökmün məhkumun təqsirliliyi və əməlin tövsifi hissəsi əsaslı saxlanılmalı, lakin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real icrası ilə bağlı hissə dəyişdirilərək cəza şərti hesab edilməlidir. Kollegiya nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, əməlindən sonra prosesdən yayınmamış, zərərçəkmiş tərəflə barışmış, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ona qarşı şikayət və tələblərinin olmadığını açıq ifadə etmişlər. Bu hallar onun islahının real cəzaçəkmə olmadan da mümkünlüyü barədə məhkəmə kollegiyasının qənaətini gücləndirir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, məhkəmə tərəfindən təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası özlüyündə qanuni hədd daxilində olsa da, işin konkret halları, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, zərərçəkmiş tərəfin mövqeyi və probasiya nəzarətinin mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzasını real çəkmədən də islah olunması mümkün hesab edilməlidir. CM-in 70.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsində sadalanan meyarlar hazırkı iş üzrə formal deyil, məzmun etibarilə qiymətləndirildikdə belə nəticə yaranır ki, törədilmiş cinayətin xarakteri ictimai təhlükəli olsa da, cinayətin konkret başvermə şəraiti, məhkumun əvvəllər məhkum olunmaması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş tərəflə barışıq və probasiya nəzarətinin tətbiq imkanları real azadlıqdan məhrum etmə cəzasının yeganə islah vasitəsi olmadığını göstərir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlıqdan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlıqdan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. CM-in 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real icra edilməli yeganə vasitə hesab etmədikdə, məhkumun islahının sınaq müddəti ərzində nəzarət və üzərinə qoyulan vəzifələr vasitəsilə təmin edilə biləcəyini müəyyən edərək cəzanı şərti hesab edə bilər. Hazırkı işdə həmin institutun tətbiqi cinayət məsuliyyətinin məqsədləri ilə ziddiyyət təşkil etmir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə məhkumun islahının real cəzaçəkmə olmadan da mümkünlüyü kifayət qədər əsaslandırıldığından Təqsirləndirilən şəxs barəsində CM-in 70ci maddəsi tətbiq edilməlidir. Bu səbəbdən ona qəti olaraq müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddəti təyin olunmalı və məhkumun davranışına nəzarətin təmin edilməsi üçün üzərinə CM-in 70.5-ci maddəsində nəzərdə tutulan müvafiq vəzifələr qoyulmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkumun sosial əlaqələrinin qorunması, zərərçəkmiş tərəflə barışıq, cəzanı ağırlaşdıran halların olmaması və probasiya nəzarəti şəraitində real azadlıqdan məhrum etmə cəzasının icrasına zərurət olmadan da cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə halda şərti məhkum etmə qanunilik, ədalətlilik və cəzanın fərdiləşdirilməsi prinsipləri baxımından əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İbrahimova Səbiyə Rafət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində dərhal həbsdən azad edilsin. Qərarın həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə həvalə edilsin Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-357/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-357/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver