Məhkəmə qərarları › İş №1(3-9)-359/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-359/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-359/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Ağabəyov Nicat Rauf oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X15, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsi ilə) Müdafiəçi müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakim Adil Vəliyev) ilə ##.##.1989-cu ildə Əli-Bayramlı (indiki Şirvan şəhəri) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli- himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şirvan şəhəri M.S.ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 264-cü maddəsi ilə təqsirli bilinib CM-in 75.1.1 və CPMin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, ## #### 2022-ci il tarixdə saat 00:15 radələrində özünə məxsus idarə etdiyi “Mercedes Benz 609D Xüsusi T.Y” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolu ilə Salyan rayonu istiqamətində hərəkət etdirərkən həmin yolun Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 98 km/saat sürətlə idarə edərək əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və yolu keçən piyada X10 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Pünhan Abbasbəylinin başın sağ gicgah nahiyyəsinin hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda III-IV-V qabırğaların, solda II qabırğanın qapalı yerindəyişən sınıqları, hər iki göz orbitasının qançırı, sifətin sağ, sağ gicgah, sağ və sol diz qapağı nahiyyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərməli olduğu halda bunu etməyərək hadisə yerindən qaçmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsi və onun məhkəmə iclasında həbsdən azad edilməsi barədə müvafiq məhkəmə aktını qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməklə, 5 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Digər maddə ilə yəni, CM-in 264-cü maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 75.1.1 və CPM-in 44.2.1 maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sözügedən maddələrlə özünü təqsirli bilməmişdir. Hadisə baş verən vaxtı nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin onun tərəfindən törənməməsinə görə tərəfimdən vəsatətlər verilsə də vəsatətlərə tam və hərtərəfli qiymət verilməmişdir. Əsassız olaraq, məhkəmə vəsatətləri rədd etmişdir. Bundan əlavə, məhkəmə iclasında dindirilmiş şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisi də nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs tərəfindən idarə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Yalnız formal mülahizələr irəli sürməklə, əsassız olaraq Təqsirləndirilən şəxs barəsində ədalətsiz bir qərarın qəbul olunmasına nail olmuşlar. Təqsirləndirilən şəxs hadisə vaxtı avomaşının idarə etməsi və hadisənin törənməsi ilə bağlı heç bir videogörüntü və səs danışıqları ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutlara hərtərəfli qiymət verməmiş, işdə mötəbər sübutlar olmamasına baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs barəsində əsassız bir hökmün çıxarılmasına nail olmuşdur. Salyan Rayon Məhkəməsinin *(***)***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsi və onun məhkəmə iclasında həbsdən azad edilməsi barədə müvafiq məhkəmə aktını qəbul eidlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, əks halda işə yenidən baxılması üçün istintaqa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə işində olan faktiki hallar tam araşdırılmadan cinayət əməlini o yox, digər şəxsin törətdiyi məlum olduğu halda bilərəkdən ona ağır cəza təyin edilib. Hadisə zamanı sürücü o olmamışdır. İlkin istintaq zamanı X2 öz əməlini video çəkiliş zamanı hadisə yerində etiraf edib. Hadisədən sonra Bilal hadisə yerindən yaxınlıqda yaşayan yeznəsi Qəhrəmanov Şirvana zəng edərək onlara gedib. Hətta Şirvan məhkəməsində verdiyi ifadəsində etiraf edib ki, maşında sürücü kimi o yox, onun qaynı Bilal olub. Cinayət işində olan qərəzliliyi, saxtakarlığı, sübut və dəlilləri istintaq zamanı müstəntiqin prosessual pozuntulara yol verdiyini, ailəli olduğunu, himayəsində 2 azyaşlı övladının olduğunu, atasının xəstə olub insult keçirdiyini nəzərə alaraq, şagirdlərin yenidən dindirilməsini, bununla Salyan Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, əks halda işə yenidən baxılması üçün istintaqa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 İntiqam oğlu apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətlərinin təmin olunmamasını, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətlərində hökmü təqsirliliyə dair hissədə tamamilə mübahisələndirmişlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, X2 onun qonşusudur. 2021-ci ilin axırlarında evakuator avtomobilini Bilala işlətməyə vermiş və aralarında şifahi razılıqa əasən qazancın 30 faizi Bilala, 70 faizi isə ona qalacaqdır. Avtomobili kreditlə əldə etmiş, dəyərini tam ödəməmişdir. O, Bilalın sürücülük vəsiqəsinində olmadığını bilmişdir. Bilal evakuator qrupdan sifarişləri özü qəbul etmiş və Şirvan şəhər daxilində tək işləmişdir. Ətraf rayon və şəhərlərə isə olan sifarişləri Bilal onun iştirakı ilə aparmışdır. ## #### 2022-ci il tarixdə saat 23:45 radələrində Bilal onu götürüb Salyan rayonuna Hacıoğlu restoranın qarşısından sifariş qəbul etdiyini və həmin şifarişi Bakı şəhərinə aparmaqdan ötrü birlikdə getməyə başlamışlar. Həmin vaxtı evakuatoru Bilal idarə etmiş və onun yanında sağ qabaqda əyləşmişdir. ## #### 2022-ci il tarixinə keçən gecə saat 00:15 radələrində Şirvan şəhərindən çıxıb, Salyan rayonu istiqamətində hərəkət edib Pambıqkənd kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Bilal avtomobili 70-80 km/saat sürətlə Salyan istiqamətində hərəkət etdirən zaman 50 metr məsafədən görmüşlər ki, bir nəfər piyada sağdan-sola doğru yolu keçir və o, qışqırmışdır ki, adam var, bunu iki üç dəfə qışqıraraq demiş və Bilal tormuz verib sükanı sola çəkmiş və bu an əks hərəkət yoluna çıxmışlar, avtomobilin sağ tərəfi ilə həmin yolu keçən piyadanı vurmuşlar. Bilal onun təkidinə baxmayaraq avtomobili dayandırmamış və sürüb 10 kilometr gedərək Bilal tanışının evinin həyətində saxlamışdır. Hətta Bilal yolda gedəndə tanışı Şirvan adlı şəxsə zəng etmiş və adam vurduğunu demişdir. Bilala maşını sürməyə vermiş, onun sürücülük vəsiqəsi yoxdur. ## #### 2022-ci ildən Bilala zəng etməmiş, evakuator onun olmuş, hadisə baş verən zaman telefonunda kontur olmadığından polisə və təcili yardıma zəng edə bilməmişdir. Kəmalə və Amidlə düşmənçiliyi olmamış, hadisədən sonra Kəmaləgilə gələndə maşını Bilal sürmüşdür. O, Bilaldan təxminən 10 yaş böyükdür. Hadisə baş verən zaman o, Bilalı maşını saxlamağı məcbur etmiş, lakin Bilal maşını saxlamamışdır. Hadisə yerindən Kəmaləgilə 20 dəqiqəlik yoldur. Bilalın xəstə olmasını və müalicə almasını bilməmişdir. Hadisədən sonra bilmişdir ki, Bilal 3-cü qrup əlildir. Zərərçəkmiş şəxsə 4700 manat maddi yardım etmişlər. 1000 manatda evakoator sürücüləri zərərçəkmiş şəxsə kömək üçün yığıb vermişlər. Maşını Bilala icarəyə vermişdir. Həmin gün sifarişi Bilal qəbul etmişdir. Şirvana Bilal zəng etmiş, Kəmaləgilə çatanda Bilal əsirdi. Bilalla aralarında dialoq olmamışdır. Hadisədən sonra maşının farası sınmış və ona görə hadisə yerinə qayıtmaq üçün taksi axtarmışlar. Hadisə vaxtı içkili olmamışdır. Hadisəni Bilal törətmişdir. Arabir Bilal ilə iş dalınca birlikdə getmişlər. 7 ay ərzində maşını Bilal sürmüşdür. Hadisə vaxtı maşında Bilal ilə o, olmuşdur. Onun sürücülük vəsiqəsi “BC” kateqoriyalıdır. O, heç vaxt evakoatoru sürməmiş, o, Bilal ilə qonşudur. Bilalı uşaq vaxtından tanıyır. Həmin gün maşın Bilalda olmuşdur, o, gəlib onu həyətdən götürmüşdür. Həmin günü Hacıoğlu restoranının yanından xarab olmuş maşını götürüb Bakı şəhərinə aparmalı idi. Müştəri ilə Bilal danışmışdır. Evakoator sürücülərini polislər saxlamadıqları üçün Bilala sürməyə vermişdir. Bilal da, həmçinin maşını yaxşı idarə edir, ona görə də, ümumiyyətlə yolda quraşdırılmış radar sisteminə düşməmişdir. Piyada qəfil yola çıxmış və Bilal onu vurmuşdur. O, piyadanı 50 metr məsafədən görmüşdür. Bilal saxlaya bilmədiyi üçün piyadanı vurmuşdur. Bilalı rəsmi olaraq işə götürməmişdir. Bilal maşını 70-80 km sürətlə sürmüşdür. Hadisə baş verəndən sonra Bilala nə qədər desə də, maşını saxlamamışdır. Hadisədən sonra Kəmaləgilə getmişlər. Sonradan hadisə yerinə maşını o, aparmışdır. Barışıq yoxdur. Odur ki, barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin kompleks stasionar məhkəmə psixiartik və psixioloji ekspertizası rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Mərhum X11 onun oğludur. ## #### 2022-ci il tarixdə saat 00:15 radələrində övladı Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrliyində piyada yolu keçən zaman “Mercedes Benz 609D Xüsusi T.Y” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili tərəfindən vurulmuş və övladı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Övladını vuran sürücü hadisə yerindən qaçıb getmişdir. İlkin istintaq zamanı həmin avtomobili idarə edən tam anlaqsız olan şəxs X2 qeyd edilmişdir. Lakin avtomobili həmin anlaqsız şəxs idarə etməmişdir. Avtomobilin sahibi olan Təqsirləndirilən şəxs idarə etmişdir. Hadisənin səhəri günü bilmişdir ki, oğlunu maşın vurmuş, sonradan bilmişdir ki, hadisəni törədən Bilal yox Camaləddindir.Bilal ona demişdir ki, Camaləddin ona kola və bulki almışdır. Birdən sağ tərəfdən maşına nə isə dəyərək tap eləmişdir. Bilal Apellyasiya məhkəməsində də belə ifadə vermişdir. Bilal xəstə adamdır, özünü idarə edə bilmir, bu adam maşın sürə bilməz. Camaləddingil tərəfindən cəmi 4600 manat ona maddi yardım edilmiş, dostları da 1000 manat vermişlər.Bu günədək Camaləddin etdiyi cinayətləri etiraf etmir, peşmançılıq göstərmir, 2022-ci ildən bu günə qədər yollardadır, ədalət axtarır, ürəyindən əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Camaləddinin barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi Vüqar Əhmədov tərəfindən DİN-in BDYPİ-nin rəisinə ünvanlanmış ##.##.2022-ci il tarixli raportdan görünür ki, ##.##.2022-ci il tarixdə saat 00:15 radələrində Fəhlə qəsəbəsiÇadırlı-Şirvan yolunun Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrində X2 idarə etdiyi “Mercedes Benz 609D Xüsusi TY” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Fəhlə qəsəbəsi istiqamətinə hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan, 27-30 yaşlarında piyada kişini vurmuş, nəticədə piyada hadisə yerində ölmüşdür. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ##.##.2022ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Şirvan şəhəri istiqamətindən Fəhlə qəsəbəsi – Çadırlı – Şirvan yolunun 22-ci km-də Salyan rayonu istiqamətində baş vermişdir. Hərəkət zolaqlarının sayı 2 (iki) hissədən ibarətdir. Hadisənin növü isə piyadanın vurulmasıdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü X2 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli meyitin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, X3 MTE və PA Birliyi Neftçala rayon şöbəsinin meyitxanasında olan kişi meyitinə baxaraq bildirdi ki, həmin meyit onun oğlu ##.##.1993-cü il təvəllüdlü Salyan rayonu Bəşirbəyli kəndində qeydiyyatda olan X10r. İş materiallarında olan ##.##.2022-ci il tarixli DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli Şirvan şəhər İHB-nın * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X2 şəhəri, M.S.ünvan 3 ünvanında qeydiyyatdadır, ailə tərkibi atası (II dərəcli əlil), anası, qardaşı və bacısından ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ##.##.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, X2 xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunub. Suallara cavab vermir. Əsəbidir. Adi bilik ehtiyyatları yoxdur. Bir yerdə qərar tutmur. Anası ilə dalaşır. Diaqnozu yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları. İş materiallarında olan ##.##.2022-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X3 zərər çəkmiş şəxs X10 hüquqi varisi qismində tanınmış və bu barədə ona məlumat verilmişdir. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış ##.##.2022-ci il tarixli 016-39986- **** nömrəli məktubdan görünür ki, ##.##.2003-cü il təvəllüdlü X2 DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X33 məhkəmə-kimya şöbəsinin ##.##.2022-ci il tarixli ****/k nömrəli rəyindən görünür ki, X2 götürülmüş sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan məhkəmə tibb ekspertizasının ##.##.2022-ci il tarixli ** №-li rəyindən görünür ki, X11 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər başın sağ gicgah nahiyyəsinin hemotoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda III-IV-V qabırğaların, solda II qabırğanın qapalı yerinidəyişən sınıqları. Hər iki göz orbitasının qançırı, sifətin sağ, sağ gicgah, sağ və sol diz qapağı nahiyyələrinin sıyrıqları həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb başın küt travmasından törənmiş beyin toxumasının əzilməsi, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin sınıqları olmuşdur. P.A.Abbasbəylinin almış olduğu xəsarətlər ##.##.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yük maşını piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum P.A.Abbasbəylinin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 2,1% etil aşkar edilmişdir və buda canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ## ##### 2022-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 609D Xüsusi TY” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.Bağırov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü B.Bağırov piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü B.Bağırov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/s sürətdən artıq, 98 km/s sürətlə idarə etidiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təqdiqatın dəyəri 85 manat (səksən beş) manatdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və qəbzdən görünür ki, cinayət işi üzrə “Mercedes Benz 609D Xüsusi TY” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ## ##### 2022-ci il tarixli ** nömrəli arayışından görünür ki, sürücü X2 ##.##.2020 - ##.##.2020-ci il müddət arası “Davranış pozuntusunun olması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə” diaqnozu ilə adı göstərilən xəstəxanaya stasionar müalicədə olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya, tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları diaqnozu ilə müddətsiz üçüncü dərəcli əlillik verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BC-*** i/o qeydiyyat nişanlı, 1991-ci il buraxılışlı “Mercedes Benz 609D Xüsusi TY” markalı evakuator Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan “Kompleks stasionar məhkəmə psixiartik və psixioloji ekspertizasının” ##.##.2022-ci il tarixli ** saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki və cinayət işi materiallarına əlavə olaraq göndərilmiş tibbi sənədlərin, yoxlanılan şəxsin vermiş olduğu izahat və ifadənin, anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin dərindən tədqiqi və hərtərəfli təhlili sayəsində belə yekun nəticəyə gəlir ki, yoxlanılan şəxs X2 “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmalan ilə” müəyyən edilir. Orta dərəcəli əqli gerilik kəmağıllığın uşaqlıqdan nəzərə çarpan inkişaf geriliyi və şəxsin sonrakı yaş dövrlərində müxtəlif yardım növlərinə möhtac olması ilə səciyyələnən bir formasıdır. Ekspertiza zamanı X2 istintaqa verdiyi izahat və ifadə təhlil edilmişdir. B.R.Bağırovun izahat və ifadəsində baş vermiş hadisəni ətraflı təsvir etməsi, tarixləri, rəqəmləri göstərməsi, avtomobilin texniki imkanlarından məlumatlı olması və digər xüsusatlar hazırkı müayinə zamanı onun rəqəmləri, hərfləri tanımaması, bir çox anlayışlarla tanış olmaması, hadisəni təsvir etməkdə çətinlik çəkməsi, oxuma və yazma qabiliyyətinin olmaması ilə ziddiyyət təşkil etdiyindən həmin izahat və ifadənin kifayət qədər etibarlı olmaması barədə fikir yürütməyə əsas verir. B.R.Bağırov onda olan orta dərəcəli əqli gerilik nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onların barəsində düzgün izahat və ifadə vermək qabiliyyətinə malik deyildir. Halhazırkı psixi vəziyyətinə görə B.R.Bağırov öz hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onlan lazımi səviyyədə yerinə yetirmək qabiliyyətinə malik deyildir. X2 təqsirləndirilən şəxs qismində cəlb olunmadığından və halhazırkı ekspertiza zamanı şahid statusunda olduğundan anlaqlı olub-olmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb düşməməsi suallarının cavablandırılması mümkün deyildir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən belə qənaətə gəlinir ki, yoxlanılan şəxs X2 məsuliyyət hissinin olmaması, öz hərəkətlərinə tənqidi yanaşa bilməmək, davranışının qeyriadekvat olması, səthilik, başqalarına və özünə qarşı laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qavrama prosesləri normadan aşağıdır, təfəkkürü konkret tiplidir, təhlil-tərkib prosessləri primitivdir, proqnozlaşdırma qabiliyyəti zəif çıxış edir. Mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu müəyyən edilir. Dünyagörüşü, elmi bilikləri və söz ehtiyatı kasad, intellektual imkanları aşağı səviyyədədir. Əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Belə nəticəyə gəlinir ki, B.R.Bağırov onda müəyyən edilən orta dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən və psixoloji müayinənin təhlilinə görə o, düzgün ifadə vermək, özünün və başqalarının hərəkətlərinin məsuliyyətini dərk etmək, həmin hərəkətlərin nəticəsini proqnozlaşdımaq qabiliyyətinə malik deyildir. X2 təqsirləndirilən şəxs qismində cəlb olunmadığından və halhazırkı ekspertiza zamanı şahid statusunda olduğundan onun fərdi-psixoloji xüsusiyyətlərinin qərarda göstərilən yol-nəqliyyat hadisəsini törətməsinə səbəb olubolmaması, həmin vaxt hansı psixi-emosional vəziyyətdə olması, həmçinin psixoloji affekt halında olub-olmaması suallarına cavab vermək mümkün deyildir. İş materiallarında olan ##.##.2022-ci il tarixli təqsirləndirilən şəxsin qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, şahid3 Abutalib qızı təqsirləndirilən şəxs X2 qanuni nümayəndəsi qismində tanınmış və cinayət prosesində iştirakı təmin edilmişdir. İş materiallarında olan ## #### 2022-ci il tarixli təqsirləndsirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X2 CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirlənidirilən şəxs qismində cəl edilmişdir. qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. İş materiallarında olan ## #### 2022-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, X2 barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. İş materiallarında olan “xxxx” X4 tərəfindən verilmiş “Kompleks stasionar məhkəmə psixiartik və psixioloji ekspertizasının” ##.##.2022-ci il tarixli ** saylı rəyindən görünür ki, X2 ona ittiham olunan əməli törədənədək və həmin əməlini törədən zaman “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” kimi psixi pozuntudan əziyyət çəkmişdir. B.R.Bağırovda qeyd edilən psixi patologiya hal hazırda da davam edir. Orta dərəcəli müxtəlif yardım növlərinə möhtac olması ilə səciyyələnən bir patologiyadır. B.R.Bağırov ittiham olunduğu cinayət əməlini törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə B.R.Bağırov törətmiş olduğu cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinin təsiri altına düşür. B.R.Bağırov “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” kimi psixi pozuntu hal hazırda da davam edir. Buna görədə B.R.Bağırov öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. X2 əziyyət çəkdiyi psixi patologiyanın gedişində davranış pozuntularının qabarıq şəkildə ifadə olunması, qıcolma tutmalarının tez-tez təkrarlanması, impulsiv hərəkətlərə meyl etməsi, adi qıcığa qarşı aqressiv şəkildə cavab verməsi və s. əlamətlərin olması səbəbindən onun məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə B.R.Bağırov barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. X2 hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. B.R.Bağırov qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, primitivlik, məsuliyyətsizlik, impulsivlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. X2 əqli və psixi inkişafında gerilik əlamətləri özünü biruzə verir (qavrama və yaddaş prosesləri zəifdir, yaddasaxlama mexanikdir, diqqəti dayanıqsızdır, tez yayınır, gec mərkəzləşir, diqqətin həcmi, paylanması normadan aşağıdır, təfəkkürü konkret tiplidir, təhlil-tərkib prsesləri primitiv olmaqla proqnozlaşdırma qabiliyyəti zəifdir. Mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşü, elmi bilikləri və söz ehtiyyatının kasad, intellektual imkanlarının aşağı olması müəyyən edilir). X2 cinayət işində olan ifadəsinin təhlilinə görə, o, ona ittiham olunan cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. X2 cinayət törədən zaman güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) vəziyyətində olmamışdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərardan görünür ki, X2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat açılmış, ##.##.2003- cü ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri X6 küçəsi ev 26-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan ## #### 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmayan X2 verdiyi və sonuncu yol-nəqliyyat hadisəsi törətdiyi üçün onun barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2022-ci il tarixli “cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında” qərardan görünür ki, X2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” X4 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** saylı təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 təqsirləndirildiyi cinayət əməlini törədərkən “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmalan ilə” formasında kəmağıllıqdan əziyyət çəkmişdir. Hal-hazırkı ekspertiza zamanı B.R.Bağırovda “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs X2 müəyyən edilən “Orta dərəcəli əqli gerilik, davranış pozuntulan və qıcolma tutmaları ilə” formasında kəmağıllıq spesifik intellektual, motor, sosial funksiyaların mənimsənilməsi və icrasında əhəmiyyətli çətinliklərlə müşayiət olunan davranış və idrak pozuntusunda, koqnitiv çatışmazlıqlarda ifadə olunur. Yoxlanılan şəxs X2 “Orta dərəcəli əqli gerilik, davranış pozuntulan və qıcolma tutmaları ilə” formasında kəmağıllıq müəyyən edilir. Elmi ədəbiyyatlarda olan məlumatlara əsasən (istinad edilmiş ədəbiyyat siyahısı rəyin sonunda göstərilmişdir) orta dərəcəli əqli gerilik kəmağıllığın uşaqlıqdan nəzərə çarpan inkişaf geriliyi ilə səciyyələndiyi bir formasıdır.B.R.Bağırovda da tibbi sənədlərə görə kiçik yaşlarından həmin psixi patologiyaya xasəlamətlər müşahidə edilmişdir. Müxtəlif elmi mənbələrdəki məlumatlara əsasən fiziki inkişafın kifayət qədər normal getməsi zamanı orta dərəcəli əqli gerilikdən əziyyət çəkən şəxslər əməyin elementar növlərinə yiyələnməyə qadirdirlər. Onlardan bəziləri gücləri çatan fiziki əməyə maraq göstərir və böyük səylə işləyirlər. Lakin onların işi stereotip xarakter daşıyır və daimi nəzarət tələb edir. Onlar öz fəaliyyətlərini dəyişən şəraitə uyğun olaraq dəyişə bilmirlər. Müstəqil həyata az uyğunlaşır, daimi himayəyə ehtiyac duyurlar. Cinayət işi materiallarının və hal-hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili göstərir ki, B.R.Bağırovun fiziki inkişafı kifayət qədər normal, lakin psixi inkişafı qüsurludur. Orta dərəcəli əqli gerilikdən əziyyət çəkən şəxs olaraq əməyin elementar növlərinə yiyələnməyə qadir olmuş, gücü çatan fiziki əməyə maraq göstərmiş və böyük səylə işləmişdir. Ancaq onun işi stereotip xarakter daşımaqla daimi nəzarət tələb etmişdir. Çünki o, öz fəaliyyətini dəyişən şəraitə uyğun olaraq dəyişə bilməyən, müstəqil həyata az uyğunlaşan, daimi himayəyə ehtiyac duyan şəxsdir. Yüksək təlqin olunma səbəbindən B.R.Bağırov qanunazidd əməlin ağırlığı barəsində özünə hesabat verməyərək digər şəxslərin təsiri altında qanun pozuntusu törədə bilərdi. Belə ki, qanunun ona qarşı hansı tələbləri irəli sürdüyünü başa düşməyərək təsadüfi hallarda nəqliyyat vasitəsini idarə etmiş olsa da, ümumiyyətlə, əziyyət çəkdiyi orta dərəcəli əqli gerilik nəticəsində elementar əmək hesab olmayan, kifayət qədər diqqət və bu sahə üzrə vərdiş tələb edən hər hansı nəqliyyat vasitəsinin qanun pozuntusuna yol vermədən, yolhərəkət qaydalarını pozmadan, təhlükəli vəziyyət yaratmadan B.R.Bağırov tərəfindən idarə edilməsi mümkün deyildir. Hadisə baş verən zaman «ani olaraq piyada ilə qarşıqarşıya gəlmək» situasiyası onun üçün uyğunlaşmadığı, öncədən düşünüb nəticəsini proqnozlaşdıra bilmədiyi situasiya olduğuna görə B.R.Bağırov müstəqil qərar verə bilməmiş, idarəetməni itirmişdir. Burada onun törətdiyi cinayət əməlinin xarakteri onda aşkarlanan intellektual-mnestik çatışmazlıqla uzlaşır. Beləliklə, kəmağıllığın məhz burada sadaladığımız elementləri B.R.Bağırovun təqsirləndirildiyi cinayət əməli dövründə onda müəyyən edilmiş intellektual-mnestik çatışmazlıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, törətmiş olduğu cinayət əməlinə görə anlaqsız hesab edilməli olduğu qənaətinə gəlməyə əsas verir. Beləliklə, B.R.Bağırov təqsirləndirildiyi cinayat əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə B.R.Bağırov törətmiş olduğu cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. B.R.Bağırovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. B.R.Bağırovun əziyyət çəkdiyi “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” formasında kəmağıllıq hazırda kəskin davranış pozuntusu ilə təzahür etdiyindən hal-hazırda o, öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi durumuna görə B.R.Bağırov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs X2 hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı həkimi yanıldıcı davranış (simulyativ davranış) aşkarlanmamışdır. Lakin B.R.Bağırovun ## ####### 2022-ci il tarixdə məhkəmə baxışı zamanı verdiyi ifadənin təhlili göstərir ki, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hərəkətlərində iştirak edərkən onda olan çaşqınlıq, qorxu səbəbindən həmin ifadə orta dərəcəli əqli geriliyi olan şəxsə xas özünümüdafiə xarakterli olmuşdur. B.R.Bağırov onda olan orta dərəcəli əqli gerilik nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onların barəsində düzgün izahat və ifadə vermək qabiliyyətinə malik deyildir. “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” formasında kəmağıllıq səbəbindən hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Yoxlanılan şəxs X2 qeyd olunan cinayəti törədən zaman güclü ruhi həyacan vəziyyətində (fizioloji affekt) olmamışdır. B.R.Bağırovda müəyyən edilən orta dərəcəli əqli geriliyə xas olan laqeydlik, səthilik, primitivlik, məsuliyyət hissinin olmaması, başqalarının və özünün hiss və yaşantılarına biganəlik kimi fərdi-psixi xüsusiyyətlər ona istinad edilən cinayət əməlin törədərkən onun psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hərhansı dəyişiklik yaratmamışdır. İş materiallarına əlavə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ## ###### 2023-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetrilmiş hesab olunmuş; X2 ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilmiş, CM-in 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən X2 barəsində tibbi xarakterli məcburi tətbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatirya stasionarında məcburi müalicə təyin edilmiş, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatirya X21 şəxsə tapşırılmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, iş üzrə maddi sübut olan “Mercedes Benz 609D Xüsusi Y.Y” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alnmış, X2 iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci 85 (səksən beş) manatı ödəməkdən azad edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ## ###### 2023cü il tarixli qərarının dəyişdirilərək təqsirləndirilən şəxsə ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ***/**** saylı ## ######## 2023-cü il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-**/**** saylı qərarı ləğv edilmiş, X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264- cü maddələri ilə bəraət verilmişdir. X2 bəraət verildiyindən “Mercedes Benz 609D Xüsusi Т.Y” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə cinayəti törətmiş şəxsin müəyyən edilməsi və onun cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra iş materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğu göndərilməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2023-cü il tarixli dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ## ######## 2023-cü il tarixli hökmünün ləğv olunması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ## ##### 2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı X1 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının X2 barəsində olan *(***)-***/**** saylı ## ######## 2023-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ***/**** saylı ## #### 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli 1(099)- **/**** saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri təqsirliliyi sübuta yetirilmədiyinə görə, onun barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, “Mercedes Benz 6090 Xüsusi T.Y” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə cinayəti törətmiş şəxsin müəyyən edilməsi və onun cinayət təqibi məsələsinin həll edilməsi üçün qərar qanuni qüvvəyə mindikdən sonra iş materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işinin icraata qəbul edilməsi barədə” ##.##.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikasının CMnin 263-1.3 və 264-cü maddələri ilə ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənə kimi ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatı dayandırılması qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənə kimi ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatı dayandırılması qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənə kimi ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatı dayandırılması qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənə kimi ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatı dayandırılması qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-**/*-******/**** saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ##.##.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ##.##.2017-ci il tarixdə (##.##.2027-ci il tarixədək etibarlı olan) AE ****** nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş üzrə DİN-nin BƏSİİ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işinin tövsif edilməsi barədə” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-in 263-1.3 və 264-cü maddələri ilə olan ********* nömrəli cinayət işi həmin məcəllənin 263.2 və 264-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işinin ibtidai istintaq icraatının dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilməsi, onun axtarılıb tutulması üçün qərarın surəti Salyan RPŞ-nə göndərilməsi və o, tutulub istintaqa təqdim olunana cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə ##.##.2025-ci il tarixdən Baş İstintaq və Təhqiqat İdarəsinin Yol- X25 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən axtarışa elan olunmuş, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 13:15-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhərində saxlanlılaraq saat 14:00-da Salyan RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının ## ######## 2025-ci il tarixli “qətimkan tədbiri seçmə barədə” qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Salyan RPŞ-nin MSY-dən dərhal ## ######## 2025-ci il tarixdə saat 17:00-dan azad edilmişdir. İş materiallarında olan ## ######## 2025-ci il tarixli “başqa yerə getməmək haqqında iltizamdan” görünür ki, Şirvan şəhəri ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs verir həmin iltizamı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-X25 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi R Elnur Cəfərova ondan ötrü ki, barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmədə baxılanadək cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, istintaq və məhkəmə baxışına maneçilik törətməyəcəyi, müstəntiqin, prokurorun və məhkəmənin çağrışına gələcəyi və yaşayış yerini dəyişməyi barədə onlara məlumat verəcəyini bildirmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işinin icraatının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı dayandırılması qərarı alınmışdır. İş materiallarına əlavə edilmiş Yol-X25 işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi R Elnur Cəfərov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ##.##.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatı təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan Şirvan şəhər İHB-nin * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı 1995-ci il təvəllüdlü X7, qızı 2017-ci il təvəllüdlü X12, qızı 2020-ci il təvəllüdlü X13 ibarətdir. İş materiallarında olan Şirvan şəhər İHB-nin * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə ## ###### 2015-ci il tarixdə *** nömrəli qeyd rəsmi nikaha daxil olmuşlar.Nikaha daxil olduqdan sonra ərə Əsədov arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ##.##.2017- ci il təvəllüdlü X12 və ##.##.2020-ci il təvəllüdlü X13 doğulmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid şahid2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid şahid3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid şahid1 İntiqam oğlu X17 ilə üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və şahidlərin verdikləri ifadələr, cinayət işi materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının ## ##### 2022-ci il tarixli */*** nömrəli rəyi digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * nömrəli qərarına əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birincin istansiya məhkəməsində zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu, Camaləddin Əsadov barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olubolmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimaitəhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * №-li Qərarının 21-ci bəndində qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq cinayətin törədilmə motivini, təqsirkarın hadisədən sonrakı davranışını və cinayətin ictimai təhlükəliliyini nəzərə almışdır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə də ona təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun ailə üzvlərinə dəymiş ziyanı qismən aradan qaldırmasını və himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, törətdiyi cinayət əməlini ört-basdır etməsini, hazıradək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, həmin şəxsin ondan şikayətçi olmasını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə apellyasiya şikayətlərinin dəlili formal dəlil hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar