Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-360/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şirvan regional vəkil bürosunun müdafiəçi1 iştirakları ilə. ## #### 1994-cü il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, “Vətən müharibəsi iştirakçısı və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ##.##.2022-ci il tarixdən hesablanmaqla ##.##.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin və ##.##.2022-ci il tarixdən hesablanmaqla həmin uşağın 3 yaşına çatana qədər saxlanılması üçün hər ay 50,00 manat məbləğində alimentin tutularaq Mahmudova İlkanə Zaur qızına ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək ##.##.2024cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ##.##.2024-cü il tarixədək 6075,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Mahmudova İlkanə Zaur qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmənin ittiham hökmü ilə (hakim: X2) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il, 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəza çəkmə müddətinin əvvəli Bakı Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablanmış, onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanda yaşayıb, ##.##.2021-ci il tarixdə Mahmudova İlkanə Zaur qızı ilə el adəti üzrə toy edib ailə qurub. Onların nikahı ##.##.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. ##.##.2022-ci il tarixdə keçmiş arvadı İlkanə Mahmudova bir qız uşağı dünyaya gətirmişdir. Elvira ona bildirmişdir ki, bu onun övladıdır. Həmin qız uşağına X3 adı verilmişdir. Dəfələrlə həkim rəyinin və cərrahi əməliyyatın uşağın neçə aylıq doğulması ilə bağlı tibbi arayışı İlkanə Mahmudovadan tələb etsə də heç bir nəticəsi olmamış, ona heç bir rəsmi sənəd təqdim etməmişdir. Ona görə də, faktiki olaraq İlkanə Mahmudova ondan ayrılmış və öz uşağı ilə birlikdə ata evinə qayıtmışdır. Bundan sonra Mahmudova İlkanə Zaur qızı ona qarşı məhkəmədə aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşağın onun himayəsində qalması, uşağın yetkinlik yaşına çatana qədər aliment tutulması və Elvira Mahmudovanın 3 yaşına çatana kimi saxlanması üçün ona aliment ödəməyinə dair iddia qaldırmışdır. O, həmin iddianı qismən iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına, birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında qalmasına razı olub, lakin aliment və məhkəmə xərclərinin tutulması hissəsində iddianı qəbul etməmişdir. Həmin məhkəmə iclasında da Elvira Mahmudovanın onun qızı olmasına şübhə etdiyi üçün onun saxlanılmasına görə anası İlkanə Mahmudovaya heç bir aliment ödəməyəcəyini bildirərək, uşağın anasının yanında saxlanılmasına və aralarında olan nikahın pozulmasına razı olmuşdur. Lakin Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən buna heç bir məhəl qoyulmadan ondan hər ay ##.##.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 193,00 manat sabit pul məbləğində alimentin və həmin uşağın 3 yaşına çatana kimi hər ay 50,00 manat aliment alınaraq tələbkar Mahmudova İlkanə Zaur qızının xeyrinə ödənilməsi barədə ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnamə çıxarılmışdır. Dəfələrlə bu qətnamə ilə bağlı icra şöbələrində, inzibati qaydada tənbeh tətbiq olunması haqqında qərar verən məhkəmələrdə uşağın onun olmasına şübhə etdiyini və alimenti ödəməyəcəyini bildirsə də, heç bir nəticəsi olmamış və ona bunun üçün test vermək lazım olduğunu, bunun da 2500 manat qiymətində olduğunu bildirmişlər. Lakin maddi imkanı olmadığı üçün həmin testən keçə bilməmişdir. İlkanə Mahmudovadan ayrıldığı vaxtdan qəlibçi kimi işləməklə hər günə 30,00 manat olmaqla hər aya 900,00 manat pul qazanmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun qeydiyyatda olduğu yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. İzahatlarında uşağın onun olduğuna şübhə etdiyi üçün test analiz olunub əksi sübut olunmayanadək aliment borcunu ödəməyəcəyini bildirib, lakin buna baxmayaraq Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni ##.##.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 6075,00 manat aliment borcu ona hesablanıb. Hazırda keçirilmiş genetik ekspertizaların rəyləri ilə tanış olub və nəticə ilə razı olmadığını bildirmişdir. Tələbkar Mahmudova İlkanə Zaur qızına yaranmış aliment borcundan indiyədək heç bir ödəniş etməmiş, əgər uşağın atası olması təsdiq olunarsa alimenti ödəyəcəyi bildirilir. Onun İlkanə ilə el adəti ilə toy edən günədək yəni ## #### 2021-ci ilədək heç bir əlaqəsi və münasibəti olmayıb. Necə ola bilər ki, uşaq 6 aydan sonra doğulsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Kliniki Xəstəxanasından verilmiş ## ###### 2022-ci il tarixli arayışdan da görünür ki, uşaq 37 həftəliyində doğulub. Bu hesabla İlkanə mart ayının 13-də hamilə qalmışdır. Lakin həmin vaxt onun arvadı ilə heç bir əlaqəsi olmamışdır. Onun İlkanə ilə münasibəti ## #### 2021-ci ildən sonra olmuşdur. Qeyd olunanlara əsasən, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı saylı hökmünün ləğv edilərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Mahmudova İlkanə Zaur qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsinin) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, 25/427 R nömrəli ekspert rəyindən görünür ki, ##.##.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 99,99% ehtimalla ##.##.2022-ci il təvəllüdlü X3 bioloji atasıdır (anası Mahmudova İlkanə Zaur qızı olmaqla). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, ##.##.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 99,99% ehtimalla ##.##.2022-ci il təvəllüdlü X3 bioloji atasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/*** nömrəli təkrar ekspert rəyindən görünür ki, amelogeninlə nəticələr reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq qızdır. Cinsi xromosomda yerləşən digər iki kontrol lokus (** saylı DYS391 və ** saylı Yindel STR lokusları) üzrə də nəticələr də bunu təsdiqləmişdir (həmin lokuslar üzrə spesifik allellər aşkarlanmamışdır). Testə uğradılan şəxslərin genotiplərində iki halda (CSF1PO və D7S820 STR lokusları üzrə) tam homoziqotluq aşkar edilmişdir. Həmin lokus da daxil olmaqla testin keçirilməsində istifadə olunan 21 autosom STR lokusdan yeddi halda (D3S1358, vWA, D16S539, CSF1PO, D8S1179, D2S441 və D7S820 STR lokusları üzrə) təkcə ananın, səkkiz halda (CSF1PO, TPOX, D18S51, D2S441, D19S433, TH01, D7S820 və D10S1248 STR lokusları üzrə) təkcə uşağın və yeddi halda (D3S1358, vWA, CSF1PO, D18S51, D19S433, D7S820 və D2S1338 STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun kiçik (2 hal) və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 7, uşaqda 8, güman olunan atada isə 7 hal) testin nəticələrini etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasından tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Habelə qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Təqsirləndirilən şəxs ekspertizaya təqdim olunmuş X3 adlı uşağın bioloji atası olması təsdiq olundu. Ekspertizaya təqdim edilmiş Daxili İşlərNazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ##.##.2025-ci il tarixli, **/***R saylı ekspert rəyinin təsviri və tədqiqi hissəsində göstərilən, ekspertizanın aparılması zaman istifadə edilən reaktivlər və tətbiq edilən metodlar atalıq, analıq faktının təyini, həmçinin identifikasiya işlərində beynəlxalq təcrübədə geniş istifadə edilən tədqiqat üsullarıdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2022-ci il tarixdən hesablanmaqla ##.##.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193,00 manat sabit pul məbləğində aliment və ##.##.2022-ci il tarixdən hesablanmaqla həmin uşağın 3 yaşına çatana qədər saxlanılması üçün hər ay 50,00 manat məbləğində aliment Təqsirləndirilən şəxs alınaraq Mahmudova İlkanə Zaur qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ##.##.2023-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru şahid2 tərəfindən icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin ##.##.2023-cü il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru şahid2 tərəfindən icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin ##.##.2023-cü il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dəlilləri ekspertiza rəyi ilə təkzib olunur. Bundan başqa qeyd olunan qətnamə qanuni qüvvəsindədir, ona görə də onun icrası təmin olunmalıdır. CM-in 306.1-ci maddəsinin saksiyasında azadlıqdan məhrum etmə cəzası 3 ilə qədər nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin əvvəki məhkumluqları ilə ilsah olunmaması, şəxsiyyəti, hal-hazırda olan mövqeyi, sosial ədalətin bərpası, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kimi hallar əsas verir ki, hakim cəza həddini düzgün müyyən etmiş, nisbətən aşağı həddə cəza təyin edərkən onun ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-360/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-360/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver