Məhkəmə qərarları › İş №1(3-9)-377/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-377/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-377/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, MÜƏYYƏN ETDIM: Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi müdafiəçi1 Fazil oğlunun vəsatəti əsasında hadisənin baş verdiyi ərazinin yurisdiksiyasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsin * saylı Bərdə Ərazi Idarəsinə sorğu verilmiş, həmin idarədən daxil olmuş ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubda göstərilmişdir ki, sözügedən ərazi Ağcabədi rayonunun inzibati ərazisinə aiddir. Buna görə də hazırkı cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Ağcabədi Rayon Məhkəməsində baxılmalıdır. Işin aidiyyəti üzrə göndərildiyi Ağcabədi Rayon Məhkəməsi hazırkı işin baxılmasının onun səlahiyyətinə aid olmadığı qənaətinə gələrək, ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə aidiyyət məsələsi üzrə mübahisənin həll edilməsi üçün iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Cinayət işi üzrə materialları nəzərdən keçirərək aşağıdakılara görə hesab edirəm ki, iş aidiyyət məsələsi ilə bağlı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sədri həmin apellyasiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri arasında olan fikir ayrılığına baxır. Lakin hazırkı işin materiallarından görünür ki, aidiyyətlə bağlı fikir ayrılığı müxtəlif apellyasiya instansiya məhkəmələrinin yurisdiksiyalarına aid olan birinci instansiya məhkəmələri arasında yaranmışdır. Belə olan halda, hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi ilə digər apellyasiya instansiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi arasında yaranan fikir ayrılığına həmin apellyasiya instansiya məhkəmələrindən hər hansı birinin baxması qanunvericiliyin tələblərinə uyğun olmazdı. Odur ki, qanunun tələbinə görə hazırkı aidiyyətlə bağlı mübahisənin xarakteri iki müxtəlif apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə bağlı olduğundan və onlardan heç birinin mövcud vəziyyətdə olan aidiyyət mübahisəsini həll etmək barədə səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmadığından aidiyyət mübahisəsinin həll edilməsi üçün cinayət işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bərdə Rayon Məhkəməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Ağcabədi Rayon Məhkəməsi arasında yaranmış aidiyyət məsələsi ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar