Məhkəmə qərarları › İş №1(3-9)-378/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-378/2026

12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-378/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğlunun, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim X2) ilə, ##.##.1989-cu il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun, məhkəmə iclas zalından dərhal həbsə alınması, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğlunun mülki iddiasının təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 13.130 manat məbləğində maddi ziyan və 130 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13.260 manat məbləğində pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs Ərzulla oğluna verilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübit və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Ərzulla oğlunun etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə, sonuncuya Xankəndi rayonundan iribuynuzlu heyvanlar alıb gətirəcəyi barədə yalandan vəd verib aldadaraq ## ###### 2025-ci il tarixdə, İmişli rayonu Qaralar kəndi ərazisində, “Mpay” ödəniş vasitəsilə 416974********** nömrəli, S******H*****Y*****QIZI adına olan kart hesabına yönləndirməklə 2.000 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 17:14də İmişli şəhəri H.Əliyev prospekti 144 ünvanında yerləşən “Kapital Bankın” İmişli rayon filialının qarşısında olan “PashaPay” ödəniş terminalından 5239 1517 6699 **** nömrəli, M*****S*****E*****QIZI adına olan kart hesabına yönləndirməklə 500 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 14:14-də, İmişli rayonu Qaralar kəndi ərazisində, “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 4169 7388 7430 **** nömrəli, B*****S*****R*****QIZI adına olan kart hesabına yönləndirməklə 830 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 09:57-də İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 4169 7388 3965 **** nömrəli, Q*****V*****Ş****OĞLU adlı kart hesabına yönləndirməklə 1250 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 18:50-də İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 5239 1517 3397 **** nömrəli, A****N****A****OĞLU adlı şəxsə məxsus kart hesabına yönləndirməklə 2.100 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 14:46-da İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 5239 1517 1264 **** nömrəli, V*****T*****Q*****OĞLU adlı kart hesabına yönləndirməklə 6.400 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 14:01-də İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 4098 5844 6759 **** nömrəli, Elçin .A.N. adlı kart hesabına yönləndirməklə 200 manat pulu, ## ###### 2026-cı il tarixdə, saat 09:49-da İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 4169 7388 3965 **** nömrəli, Q*****V*****Ş****OĞLU adlı kart hesabına yönləndirməklə 2000 manat pulu, ## ###### 2026-cı il tarixdə, günorta saatlarında İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Azpetrol” yanacadoldurma məntəqəsinin qarşısında 500 manat pul almaqla, ## ###### 2026-cı il tarixdə, axşam saatlarında İmişli rayonu, Çaxırlı kəndi ərazisində 850 manat pul almaqla, ## ###### 2026-cı il tarixdə, saat 20:26-da İmişli rayonu Qaralar kəndi ərazisində olan “Bol marketdə” quraşdırılmış “Mpay” ödəniş terminalından 5239 1517 1264 **** nömrəli, V*****T*****Q*****OĞLU adlı kart hesabına yönləndirməklə 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğluna ümumilikdə 17.130 manat yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi müdafiəçi2 apelyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün cəza hissəsində ləğv edilərək təqsirləndirilən şəxs Məmmədalıyev Ziya Aftandil oğluna (həbslə) azadlıqdan məhrum edilməklə bağlı olmayan daha yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs Məmmədalıyev Ziya Aftandil oğlu CM-nın 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası onun ailəsinin həyat şəraitinə həddindən artıq mənfi təsir edən ağır cəzadır. Təqsirləndirilən şəxs bir az yaşlı uşağı var, qoca və xəstə anası və savadsız, heç yerdə işləməyən, evə qazanc gətirə bilməyən arvadı heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirənidir. Onıın həbsə saxlanması ailə üzvlərinin məhvinə bərabərdir. CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi CM-in 59.1.14-cü maddəsinə əsasən Z.A.Məmmədalıievin cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, bu da yüngülləşdirici haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Ziya Məmmədalıyev zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs pulunu ələ keçirmək niyyəti olmayıb. Ziya Məmmədalıyevin işində, fəaliyyətində, ticarətində yararnan uğursuzluqlar, nisyə verdiyi ət məhsullarının pulunu yığa bilməməsi və nəticədə ziyanın düşməsi səbəbindən Zərərçəkmiş şəxs pulunu qaytara bilməyib və Seymura vəd etdiyi heyvanları alıb ona verə bilməyib. Məmmədalıyev Ziya özü çox ciddi xəstədir, daimi müayinəyə və müalicəyə çox ciddi ehtiyacı var, Ziya Məmmədalıyevin çox yüksək şəkər xəstəliyi, qara ciyərində olan ağır xəstəliklə və başqa xəstəlikləri onun həbsxana şəraitində yaşamasına imkan vermir, çox saylı xəstəliklər səbəbindən həbsdə saxlanılarsa həyatım itirə bilər. Hüquqlarını müdafiə etdiyim Məmmədalıyev Ziya Aftandil oğlunun şiddətli və çox sayılı xəstəlikləri ilə bağlı cərrahiyə əməliyyatına (operasiya) təcili ehtiyacı var. Həbsxana şəraitində saxlanması Məmmədalıyev Ziya Aftandil oğlunun səhhətini günü-gündən pisləşdirir və onu ölümü ilə nəticələnə bilər. Ziya Məmmədalıyevin istintaq müddətində Zərərçəkmiş şəxs könüllü olaraq 4.000 (dörd min) manat məbləğində pul ödəmişdir. CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğuna görə Ziya Məmmədalıyev barəsində azadlıqdan məhrum etməklə bağlı olmayan daha yüngül cəza tətbiq edilməsi zəruridir. Ziya Məmmədalıyev islah olunmaq yolundadır, dəymiş ziyanın ödənilməsində israrlıdır, istintaqda və məhkəmədə tam səmimi ifadələr vermişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı və iş materiallarından belə məlum oldu ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində əvvəlki nikahından 2 uşağı var, həmin uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə aliment ödəyir, həmçinin hazırki nikahdan da 1 uşağı var. Hesab edir ki, şəxsin həbsdə qaldığı müddətdə onun ziyanı ödəmə qabiliyyəti yoxdur. Həbsdə qalması ona ziyanı və alimenti ödəməkdə çətinlik yaradacaq. Digər tərəfdən azadlıqda olacağı təqdirdə aylıq hissə-hissə ödəniş etməsi ilə bağlı zərərçəkmiş şəxslə qarşılıqlı razılığa gəliblər. Hesab edir ki, belə olan halda şəxsin barəsində CM-in 70-ci bəndinin tətbiq ediləcəyi təqdirdə şəxsin zərərçəkmiş şəxsə ödənişləri ilə bağlı məsələnin həllinə daha tez nail olunacaq. Odur ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını şərti çəkməsi barədə qərar qəbul edilməsini təklif edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğlu bildirdi ki, ona vurulmuş ziyandan cəmi 4.000 manat ödəniş olub. Təqsirləndirilən şəxslə qohunluq əlaqələri də var. Ona dəyən ziyanın hissə-hissə ödənilməsinə razıdır. Hər ay ona 1.000 manat ödəniləcəyi ilə bağlı təklifi qəbul edir. Mülki iddiası da təmin edilib. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklifi və dövlət ittihamçısının çıxışı ilə razıdır. Müdafiəçi müdafiəçi1 Mehmud qızı dövlət ittihamçısının təklifi ilə razı olduğunu və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Videofonfrans əlaqə sistemi ilə məhkəmə iclasına qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, ümumi ziyandan cəmi 4.000 manat ödəniş etmişdir. Ondan sonra xəstəliyi ilə bağlı pul toplaya bilməmişdir. Həbsdə olduğu müddətdə ödəniş edə bilməmişdir. Birinci nikahından 2, ikinci nikahından 1 uşağı var. Aylıq aliment ödəyir. Hər ay 160 manat ödəyir. Aliment məhkəmə qətnaməsi ilə kəsilib. Zərərçəkmiş şəxslə qohumluq münasibətləri var və ona təklif edir ki, azadlığa çıxacağı təqdirdə ona hər ay 1.000 manat ödəniş edəcəkdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini araşdıraraq və dövlət ittihamçısının apellyasiya şikayəti üzrə CM-in 70-ci bəndinin tətbiq edilməsinə dair mövqeyini nəzərə alaraq, eləcə də ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mobil telefona baxış keçirilməsi haqqında ## #### 2026-cı il tarixli protokol, mobil telefona baxış keçirilməsi haqqında ## #### 2026-cı il tarixli protokol və işdə olan digər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməli törətməkdə təqsirliliyinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların mövcud olmadığını müəyyən edərək, Təqsirləndirilən şəxsın həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə iş üzrə tədqiq edilmiş sübutlar, o cümlədən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan, məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvir edilməsinə ehtiyac görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilərək ətraflı şərh edilmiş sübutların məcmusu əsasında İmişli Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini həmin maddə ilə düzgün tövsif etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə apellyasiya baxışı zamanı da mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı aparılarkən Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmuş və işin hallarının müəyyən edilməsi, sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini araşdırıb hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının məhkəmənin cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaması və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olubolmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini hərtərəfli araşdırmaması barədə dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsində onun cəzasını yüngülləşdirən hallar qismində cinayət nəticəsində dəymiş ziyandan qismən ödəmə etməsini və əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış və işdə cəzanı yüngülləşdirən halların dairəsini tam müəyyən etməyərək, həmin halların məcmusunun Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkün olub-olmamasına imkan verib-verməməsini müzakirə etməmişdir ki, bunun da nəticəsində cəza təyini ilə bağlı gəldiyi qənaəti cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, müəyyən olunmuş cəzanı yüngülləşdirən və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmişdir. İş materiallarında olan və apellyasiya məhkəmə baxışında tədqiq edilmiş Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Horovlu kənd nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2011-ci il tarixdə X1 adlı qızı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, yəni Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyandan 4.000 manat məbləğində ödəniş etməsini və əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğlu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan qismən, yəni 4.000 manat ödədiyini bildirmiş, dəymiş maddi ziyanın qalan hissəsinin tutulub ona ödənilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, əsas istəyinin ona məxsus pulun hissə-hisssə olsa da qaytarılması olduğunu bildirmiş, tərəflər arasında mövcud olan qohumluq münasibətlərindən, habelə məhkum olunmuş şəxsin azadlığa buraxıldığı halda dəymiş ziyanın ödəniləcəyinə dair razılaşmanın olduğunu göstərmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərzulla oğlunun apellyasiya məhkəmə baxışında Təqsirləndirilən şəxs şikayətinin və digər tələbinin olmadığını bildirməsini, əsas istəyinin ona dəymiş maddi ziyanın ödənilməsindən ibarət olmasını və tərəflər arasında mövcud qohumluq münasibətlərini nəzərə almağı əsaslı hesab edir. İş materiallarından görünür ki, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən birinci instansiya məhkəməsi sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 25-ci bəndinin 2-ci hissəsinə görə şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası məhkəmə baxışında müəyyən olunmuş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən, onun özünün və törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları onun təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü təsdiq edən amillər kimi qiymətləndirir. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması, cinayət nəticəsində dəymiş ziyanın 4.000 manat hissəsini ödəməsi, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin apellyasiya məhkəmə baxışında ondan şikayətinin olmadığını bildirməsi, əsas istəyinin ona dəymiş pulun qaytarılmasından ibarət olması, tərəflər arasında qohumluq münasibətlərinin mövcudluğu və dəymiş ziyanın ödənilməsinə dair razılığın olması, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü barədə məhkəmə kollegiyasında qənaət formalaşdırır. Bu baxımdan, azadlıqdan məhrum etmə cəzasının real icrası islah məqsədinə çatmaq üçün zəruri görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusu əsas verir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür, ona görə də birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddətinə şərti tətbiq edilməli, bu baxımdan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etməni tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin himayəsində ##.##.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Yağmur adlı qızının olması onun ailə vəziyyətini və cəzanın ailəsinin həyat şəraitinə təsirini qiymətləndirərkən nəzərə alınmalı olan mühüm amillərdəndir. Bundan başqa, təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın 4.000 manat hissəsini ödəmiş, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq ifadə etmiş, zərərçəkmiş şəxs isə apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını, əsas istəyinin ona məxsus pulun qaytarılması olduğunu bildirmişdir. Həmçinin tərəflər arasında qohumluq münasibətlərinin mövcud olması və dəymiş ziyanın gələcəkdə ödənilməsinə dair razılığın əldə edilməsi müəyyən edilmişdir. Bu hallar təqsirləndirilən şəxsin törətdiyi əmələ tənqidi münasibət bəslədiyini və islah olunmaq istiqamətində müsbət davranış nümayiş etdirdiyini göstərir. Cinayət qanunvericiliyinin məqsədi yalnız cəzalandırmaq deyil, həm də məhkumun islah edilməsini və yeni cinayətlərin qarşısının alınmasını təmin etməkdir. Mövcud iş üzrə təqsirləndirilən şəxsin ailə vəziyyəti, himayəsində azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın bir hissəsini ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, habelə iş üzrə digər yüngülləşdirici hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi birlikdə qiymətləndirildikdə, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Bu səbəbdən hesab edilir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərinə tam cavab verir, ədalət və humanizm prinsiplərinə uyğundur, həm təqsirləndirilən şəxsin islahına, həm də yeni cinayət törətməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Bundan əlavə, məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinin mümkün və məqsədəuyğun olması barədə mövqeyini də nəzərə alır. Dövlət ittihamçısının bu mövqeyi məhkəmə üçün məcburi xarakter daşımamaqla yanaşı, cinayət təqibi tərəfinin iş üzrə toplanmış sübutların və müəyyən edilmiş halların hüquqi qiymətləndirilməsi nəticəsində belə bir nəticəyə gəlməsini ifadə edən prosessual mövqe kimi qiymətləndirilir. Məhkəmə kollegiyası dövlət itthamçısının mövqeyini digər sübut və hallarla birlikdə qiymətləndirərək onun işin faktiki halları və cəzanın fərdiləşdirilməsi prinsipi ilə uzlaşdığını hesab edir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxsin mülki iddiası təmin edilmiş və təqsirləndirilən şəxsin vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki məsuliyyəti müəyyən edilmişdir. Mülki iddianın təmin edilməsi ilə zərərçəkmiş şəxsin əmlak mənafeyinin müdafiəsi təmin olunmaqla yanaşı, vurulmuş zərərin ödənilməsi ilə bağlı müvafiq icra mexanizminin tətbiqi üçün hüquqi əsas yaranmışdır. Təqsirləndirilən şəxs barəsində cəzanın şərti tətbiq edilməsi isə hökmün mülki iddia hissəsinin hüquqi qüvvəsinə və icra edilməli olmasına təsir göstərmir. Başqa sözlə, şəxsin azadlıqdan məhrum etmə cəzasını faktiki çəkməməsi onun hökm ilə müəyyən edilmiş maddi öhdəliyi yerinə yetirməkdən azad edilməsi anlamına gəlmir. Şərti məhkum etmə cinayət cəzasının icra üsuluna aid olub, zərərçəkmiş şəxsin cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək və təmin edilmiş mülki iddianın icrasını əldə etmək hüququnu aradan qaldırmır. Bu baxımdan, hökmün mülki iddianın təmin edilməsinə dair hissəsinin icrası məhkəmə hökmünün qanuni qüvvəyə minməsindən sonra qanunvericilikdə nəzərdə tutulmuş icraat qaydasında həyata keçirilməli və ziyanın faktiki ödənilməsi istiqamətində müvafiq icra tədbirlərinin görülməsi davam etdirilməlidir. Təqsirləndirilən şəxsin şərti cəza təyin edilməklə azadlıqda qalması həmin icra tədbirlərinin həyata keçirilməsinə hüquqi maneə yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki iddianın təmin edilməsi zərərçəkmiş şəxsin mənafeyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, zərərçəkmiş şəxs yalnız cinayət törətmiş şəxsin cəzalandırılmasında deyil, eyni zamanda cinayət nəticəsində ona vurulmuş maddi ziyanın real şəkildə ödənilməsində maraqlıdır. Hökmün mülki iddia hissəsinin icrasının davam etdirilməsi məhz bu hüquqi mənafeyin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən CM-in 70-ci maddəsinin tətbiq edilməsinin əsası ondan ibarətdir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində faktiki cəza çəkmədən islah olunmasının mümkün olduğu müəyyən edilmişdir. Bu nəticə onun hökm ilə müəyyən edilmiş mülki öhdəliyinin icrasından azad edilməsi ilə eyniləşdirilə bilməz. Əksinə, zərərin ödənilməsi təqsirləndirilən şəxsin hökmün tələblərinə əməl etməsi baxımından əhəmiyyətli olmaqla, onun sınaq müddəti ərzində davranışının qiymətləndirilməsində də nəzərə alına bilən hallardandır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi bir tərəfdən onun cəzaçəkmə müəssisəsində təcrid olunmadan islah olunmasına imkan yaradır, digər tərəfdən isə hökm ilə təmin edilmiş mülki iddianın icrasını və zərərçəkmiş şəxsin vurulmuş zərərin ödənilməsinə dair hüququnun həyata keçirilməsini istisna etmir. Bu səbəbdən şərti məhkum etmənin tətbiqi zərərçəkmiş şəxsin mənafeyinə zidd hesab edilə bilməz və əksinə, mülki iddianın təmin edilməsi ilə zərərçəkmiş şəxsin əmlak mənafeyinin müdafiəsi istiqamətində hüquqi təminat saxlanılmış olur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında yekun qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən (apellyasiya şikayətində hökmün ləğv olunması xahiş olunsa da kollegiya hökmün dəyişdirilməsi qənaətinə gəlir) təmin edilməli, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməli və sınaq müddəti ərzində məhkum olunmuş şəxsin üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifəsi qoyulmalı, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad edilsin. Qərarın həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar