Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-381/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakimlər Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi) ilə, ##.##.1974-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs # ###### 2026-cı il tarixdən # ###### 2026-cı il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin «həbs» qismində qətimkan tədbirinə dəyişdirilməsi və o, məhkəmə iclas zalından dərhal «həbs» edilərək barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi – 10,45 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, ##.##.2026-cı il tarixdə, saat 17:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, Bakı prospekti ərazisində piyada hərəkət edən zaman saxlanılıb üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd kağız paketdə xeyli miqdarda, təmiz çəkisi – 10,45 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün cəzaya aid hissəsinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması cəzasının verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü cəzanın təyin edilməsi hissəsində aşağıda qeyd etdiyi səbəb və əsaslara görə qanunsuz və əsassız hesab edir. Kürdəmir Rayon Məhkəməsinin İş *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün əsaslandırıcı hissəsindən görüdüyü kimi, məhkəmə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində vaxtı ilə çıxarılmış, icra olunmuş və məhkumluğu ödənilmiş cinayət işləri üzrə olmuş məhkəmə hökmlərini həmin hökmün əsaslandırma hissəsinə qeyd edərək Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirərək təqsirləndirilən şəxsin əvvəllər müxtəlif vaxtlarda qəsdən cinayətlər törətməyə görə dəfələrlə məhkum olunduğunu, həmin məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənildiyini qeyd edərək, bu halları onun şəxsiyyətini səciyyələndirən məlumatlar kimi qiymətləndirmiş, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlardan sonra da hüquq qaydalarına davamlı hörmət nümayiş etdirmədiyini və yenidən qəsdən cinayət törətdiyini göstərdiyini, bu səbəbdən təqsirləndirilən şəxsin şəxsiyyəti və işin konkret halları nəzərə alındıqda, azadlığın məhdudlaşdırılması növündə cəza cəzanın məqsədlərinin həyata keçirilməsi üçün kifayət olmadığını və onun islah olunması, habelə yeni cinayətlərin törədilməsinin qarşısının alınması yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini zəruri edilməsi nətəcəsinə gəlmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərkən və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən yeganə əsas kimi onun barəsində əvvəllər bir neçə dəfə məhkəmə hökmlərinin çıxarılmasını əsas kimi qəbul etmiş, ancaq əvvəllər törədilmiş cinayətlər üzrə cəzaların çəkilməsini, həmin cinayətlər üzrə məhkumluğunun olmamasını nəzərə almamışdır. Hesab edir ki, məhkəmə hazırki cinayət əməlinə görə cəza təyin edərkən məhkum edilmiş şəxsin əvvəllər törətdiyi cinayət əməllərinə görə ona təyin edilmiş və onun tərəfindən çəkilmiş cinayət cəzaları üzrə məhkumluğunun olmamasını təqsirləndirilən şəxsə hazırki cinayət işi üzrə cəza təyin edərkən onun şəxsiyyətini mənfi səciyyələndirilən hal kimi nəzərə alması qanunu pozuntusudur. Ona görə ki, təqsirləndirirlən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə həm cəzalarını çəkmiş, həm də məhkumluqları ödənilmişdir. Yəni həmin cinayət əməllərinə görə Təqsirləndirilən şəxs məhkum olunmuş hesab edilmir və təqsirləndirilən şəxs cəzalarını çəkməklə islah olunmuşdur. Bu səbəbə görə də o,təqsirli sayılmır və məhkəmə tərəfındən ona əvvəllər törədilmiş cinayətlərə görə onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirilməsi məhkum Təqsirləndirilən şəxs ləyaqətini alçaltmış və onu aşağılamışdır. Bundan əlavə, Kürdəmir Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün əsaslandırıcı hissəsində əvvəlllər törədilmiş cinayətlərə görə onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirilməsi Azərbaycan Respublikası CM-nin 9-cu maddəsinin tələblərində müəyyən olunmuş “Humanizim Prinsipləri”ni pozmuşdun‘Belə ki, həmin macəllənin 9.2-ci maddəsində qeyd edilir ki, “Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.” Kürdəmir Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində № *(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün əsaslandırıcı hissəsindən məlum olur ki, məhkəmə cəza təyin edərkən CM-in 8.1-ci maddəsində qeyd edildiyi kimi, ədalətli olmamış, verilən cəza törədilən cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilənin şəxsiyyətinə uyğun təyin edilməmişdir. Kürdəmir Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində çıxardığı *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün əsaslandırıma hissəsindən məlum olur ki, təqsirləndirilənə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ancaq onun tərəfindən əvvəllər törədilmiş cinayət əməllərininn onun şəxsiyyətini səciyyələndirilən hal kimi qiymətləndirildiyinə görə təyin edilmişdir. Göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində çıxardığı ##.##.2026-cı il tarixli hökmünün əsaslandırıma hissəsində CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəzanın, yəni bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın əvəzinə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza ilə, yəni 1 il müddətə azadlıqdan məhrum etmə ilə cəzası vermişdir. Sual olunur, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hansı səbəbə görə azadlığın məhdudlaşdırılması cəzası verilməmişdir? Hökmün əsaslandırma hissəsindən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə cəzası çəkilmiş, məhkumluğu ödənilmiş və hal-hazırda məhkum olunmayan şəxs hesab olunur, lakin buna baxmayaraq həmin məhkumluğu ödənilmiş həmin cənayət əməllərini onun şəxsiyyətini səciyyələndirən şəxs kimi hesab edildiyinə görə ona daha ağır cəza təyin edilmişdir. Bundan əlavə qeyd edir ki,məhkəmə cəza təyin edərkən təyin olunan cəzanın təqsirləndirilən Təqsirləndirilən şəxs ailə vəziyyətinə təsirini nəzərə almamış, onun ailədə yeganı işləyən şəxs olduğunu və ailəyə yeganə qazanc gətirən şəxs olduğunu, səmi peşmanlığını və məsuliyyəti yüngülləşdiriən hal olduğunu nəzərə almamışdır. Yuxarıda görətilənlərə əsasən hesab edir ki, Kürdəmir Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində çıxardığı ##.##.2026-cı il tarixli hökmünün cəzaya aid hissəsi dəyişdirilməli və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında mzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması cəzası verilməsi haqqında qərar qəbul edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadəsi, Kürdəmir RPŞ-nin əməkdaşları X1 və şahid1 ifadələri, ##.##.2026-cı il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokolu, ##.##.2026-cı il tarixli “Əşyaya baxış keçirilməsi” haqqında protokolu, ##.##.2026-cı il tarixli məhkəmə-bioloji ekspertizasının **/*** nömrəli rəyi, ##.##.2026-cı il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərarı və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Cinayət-Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Kürdəmir Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Xalq Məhkəməsinin ##.##.1992-ci il tarixli hökmü ilə (83 m. 3 his.) əmlakı müsadirə edilməklə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR ##.##.1992-ci il tarixli Amnistiya qərarının 8 M “v” bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılıb. 1 il 7 ay 21 gün cəza saxlanılıb. ##.##.1992-ci ildə Suraxanı Rayon Xalq Məhkəməsinin qərarı ilə CM-in 50ci maddəsinə əsasən, 1 il 5 ay 3 gün vaxtından əvvəl şərti azad olunub. Kürdəmir Rayon Xalq Məhkəməsinin ##.##.1994-cü il tarixli hökmü ilə (143 M 4 his.39) əmlakı müsadirə edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.1999-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan (7 ay 18 gün) azad edilib. Sonuncu dəfə ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək Kürdəmir Rayon Məhkəməsinin hökmünə əsasən barəsində 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ##.##.2018-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 il 8 ay 28 gün müddətinə cəza təyin edilmişdir. ##.##.2021-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək CM-in 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran halı müəyyən etməyərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül cəza və ya həbslə əlaqədar olmayan digər cəzanın təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxs müxtəlif həyat şəraitində qanunauyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını yenidən seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə tam uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * №-li Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının:
27. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-134)-35/2026 hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar rəsmi qaydada ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.