Məhkəmə qərarları › İş №1(3-9)-388/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-388/2026

07.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-388/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, xüsusi ittihamçı X1, xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 5.1-ci bəndinin tətbiq edilməklə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə (hakim X5), Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 5.1ci bəndi tətbiq edilməklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında şikayət üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilərək onun barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Xüsusi ittihamçı şikayətlə xüsusi ittiham qaydasında birinci instansiya məhkəməsinə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nın 148-ci maddəsi ilə təqsirli bilib, cinayət məsuliyyətinə cəlb edərək, onun barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittihamçı tərəfindən təqsirləndirilir ona görə ki, o, 2025-ci ilin 24 və 25 iyun tarixlərində “Tik-Tok” internet sosial şəbəkəsində @QUSER777650119201953 profili ilə geniş auditoriya və ictimaiyyət qarşısında canlı yayım açaraq şikayətçi Xüsusi ittihamçı və onun ailə üzvlərinin ünvanına söyüş ifadələri səsləndirərək, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Xüsusi ittiham qaydasında şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı X1 oğlu apellyasiya şikayəti verərək, Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qərarın tam ləğv edilməsini, işə yenidən baxılmasını, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində stasionar psixiatrik ekspertiza təyin olunmasını, ekspertizanın nəticələrinə əsasən tibbi xarakterli məcburi (sağalanadək) tədbirlərin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şikayətlə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilib, cinayət məsuliyyətinə cəlb edərək, onun barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittihamçı onun xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittihamçı tərəfindən təqsirləndirilir ona görə ki, o, 2025-ci ilin 24 və 25 iyun tarixlərində “Tik-Tok” internet sosial şəbəkəsində @QUSER777650119201953 profili ilə geniş auditoriya və ictimaiyyət qarşısında canlı yayını açaraq özünü və onun ailə üzvlərinin ünvanına söyüş ifadələri səsləndirərək, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəmədə xüsusi ittiham qaydasında təqsirləndirilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2025-ci ilin 24 və 25 iyun tarixlərdə “Tik-Tok” internet sosial şəbəkəsində @QUSER777650119201953 profili ilə canlı yayım açaraq şikayətçi Xüsusi ittihamçı ünvanına nalayiq ifadələr səsləndirməsini etiraf etmişdir. Buna baxmayaraq Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 1(056)- **/**** saylı Qərarı ilə təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında şikayət üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilməsi və Onun barəsind xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sabirabad ryaon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı Qərarını Mən rəsmi Poçt vasitəsilə ## ##### 2026-cı il tarixdə almışdır. Birinci instansiya Məhkəməsinin qərarının əsassız və qanunsuz hesab edir. Aşağıda qeyd etdiyi apellyasiya şikayətinə əlavə etdiyi hüquqi əhəmiyyət kəsb edən sübutlar və faktlar birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olmasını təsdiq edir və sübuta yetirir. Birinci instansiya məhkəməsinin qərarında təqsirləndirilən şəxsin faktiki olaraq ağır psixi vəziyyətinə görə məsuliyyətin azaldılması və ya cəzasının yüngülləşdirilməsi düzgün qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxsin uzunmüddətli (20 ilə yaxın) * saylı Respublikası Psixiatriya Xəstəxanasında rəsmi qeydiyyatda olması dəfələrlə məcburi stasionar qaydasında psixiatrik müalicəsi alması nəzərə alınmadan onun nə qədər ictimai təhlükəli hərəkət və əməllərinə hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxsin stasionar qaydada psixiatriya müainəsinə dair ekspertizanın təyin edilməsi barədə vəsatətinini məhkəmə tərəfindən məqsədli şəkildə təmin edilməmişdir. İşin faktiki hallarından biridə budur ki, Sabirabad Rayon Məhkəməsinin icraatında son 3 il ərzində təqsirləndirilən şəxsin barəsində çoxlu sayda cinayət və inzibati xarakterli işlər olmuşdur. Hətta sonuncu məhkəmə qərarı çıxarılandan sonra belə təqsirləndirilən şəxs özünün xüsusi ilə təhlükəli psixopatrik hərəkətləri ilə yaşadığı ərazidə qonşulara belə maddi ziyan vurmuş və bununla bağlı barəsində inzibati cərimə tədbiri görülmüşdür. İşin faktik hallarından biri də budur ki, heç kim və heç bir rəsmi hüquq-mühafizə orqanı təqsirləndirilən şəxsin hər hansı bir cinayət xarakterli təhlükə kəsb edən əməllər törətməyəcəyinə zəmanət vermir və verə bilmir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs faktiki olaraq psixi ruhi xəstədir. O hətta öz azyaşlı uşağına qarşı analoqu olmayan işgəncə cinayəti törətmiş və onları telefonla qeyd almışdır. Həmin sübutları məhkəməyə şəxsən təqdim edəcəkdir. İşin faktik hallarından biri də budur ki, təqsirləndirilən şəxs sonsnucu dəfə Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2012-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə ümumi tipli psixiatriya stasionar müalicəsi ambulatoriya müalicəsi ilə əvəz edilmiş və birbaşa məcburi psixiatriya müşahidəsi və müalicəsinə keçirilməsi qərara alınmışdır. Lakin təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 2012-ci ildən bu günə kimi bir dəfə də olsun məhkəmə qərarınını tələblərinə əməl etməmiş, hər il ən azı iki dəfə ixtisaslı, hər ay poliklinika şəraitində psixiatr həkim müalicəsi və müşahidəsinə cəlb edilməmiş, konkret olaraq imtina etmiş, dərman təminatlarından imtina etmiş, son 14 il ərzində onun psixiopatik vəziyyətində daha da ciddi və təhlükə kəsb edən ağırlaşmalar yaranmışdır. Sadə yolla desək onun adi davranışı ilə onun məcburi stasionar qaydada müalicəyə ehtiyacı olması (sağalanədək) və barəsində tibbi xarakterli tədbirin görülməsi zəruri və vacibdir. Bunu isə yalnız məhkəmə tərəfindən stasionar məhkəmə psixiatrik ekspertizasının təyin olunması ilə müəyyən etmək mümkündür. Bu səbəbdən qərar ləğv olunmalı və işə yenidən apellyasiya qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 92-ci maddəsinə görə məhkəmə işin obyektiv araşdırılması üçün zəruri hallarda məcburi ekspertiza təyin edə bilər. Məhkəmə heç bir hüquqi əsas olmadan vəsatətimi təmin etməmişdir, halbu ki, CPM-nin 92-ci maddəsinə əsasən işin düzgün həll olunması üçün zəruri hallarda məhkəmə ekspertizatəyin etməyə borcludur. Təqsirləndirilən şəxsin uzunmüddətli psixiatrik müalicəsi və ona qoyulmuş diaqnozlar (şizofeniya və paranoyal tipli şəxsiyyət pozuntusu) nəzərə alınmadan qərarın çıxarması obyektiv araşdırma prnsiplərinin pozulması kimi qiyətləndirilməlidir. Yuxarıda göstərilən səbəblərə görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılmalı və psixiatrik ekspertiza təyin olunmalıdır. Göründüyü kimi hüquqi əsaslandırma ilə təqsirləndirilən şəxs uzunmüddətli psixiatrik müalicə keçmiş, Ona şizofreniya və paranayol tipli şəxsiyyət pozuntusu diaqnozları qoyulmuşdur.Buna baxmayaraq O, sosial şəbəkələrdə (Tik Tok) Mənim və ailə üzvlərimin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARI: Məhkəmə kollegiyasının iclasında: Xüsusi ittihamçı X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərarın tam ləğv edilməsini, işə yenidən baxılmasını, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində stasionar psixiatrik ekspertiza təyin olunmasını, ekspertizanın nəticələrinə əsasən tibbi xarakterli məcburi (sağalanadək) tədbirlərin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında onun haqqında nəlayiq söyüşlərlə bağlı disk əlavə etmişdir. Şikayətində nalayiq ifadələri qeyd etməməyinin səbəbi qeyd olunan söyüşlərin küçə sözləri olmadığı üçün qeyd etməmişdir. Lakin qeyd olunan söyüşlər diskdə hamsı vardır. Lazım olduğu təqdirdə qeyd olunan diski məhkəməyə təqdim edə bilər. Xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, şəxs tərəfindən ona şər böhtan atıldığını, həmçinin onu ləkələmək istədiyini qeyd etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci mаddəsinə əsasən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. 397.2-ci mаddəsinə görə, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. İlk öncə qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların qanunliyi və əsaslığının yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosesinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilməli və iş materialları Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası xüsusi ittihamçının apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-**/**** saylı qərarını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin həmin tarixli qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə iş yeni məhkəmə baxışının keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi zamanı məhkəmə qarşısında irəli sürülmüş ittihamın faktiki halları dəqiq müəyyən edilməli, ittihamın əsasını təşkil edən sübutlar bilavasitə araşdırılmalı və həmin faktiki hallara cinayət qanununun müvafiq normasının tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən bu tələblərin tam həcmdə yerinə yetirildiyi qənaətinə gəlmək mümkün deyildir. Belə ki, xüsusi ittihamçı Xüsusi ittihamçı şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 24 və ## #### 2025-ci il tarixlərində “Tik-Tok” sosial şəbəkəsində canlı yayım zamanı onun və ailə üzvlərinin ünvanına söyüş ifadələri səsləndirməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı göstərilmişdir. Birinci instansiya məhkəməsi də öz qərarında həmin halları eyni ümumi ifadələrlə təsvir etmiş və təqsirləndirilən şəxsin “söyüş ifadələri”, “nalayiq ifadələr” səsləndirdiyini qeyd etməklə kifayətlənmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə bu cür ümumi ifadələrin işlədilməsi kifayət hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasına əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Buna görə də konkret şəxsin CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə nəticəyə gəlmək üçün həmin şəxsin məhz hansı söz və ifadələri işlətdiyi, həmin ifadələrin məzmunu, kimə qarşı yönəldiyi, hansı şəraitdə və hansı kontekstdə səsləndirildiyi müəyyən edilməlidir. Başqa sözlə, CM-in 148-ci maddəsinin tətbiqi üçün “söyüş söyüb”, “nalayiq ifadələr işlədib” və ya “təhqir edib” kimi ümumi ifadələrin özləri əməlin konkret faktiki məzmununu əvəz edə bilməz. Məhkəmə tərəfindən cinayət hesab edilən konkret ifadələr müəyyən olunmalı və məhz həmin ifadələrin CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini yaradıb-yaratmadığı yoxlanılmalıdır. Hazırkı işdə isə nə xüsusi ittihamçının şikayətindən, nə də birinci instansiya məhkəməsinin qərarından təqsirləndirilən şəxsin konkret olaraq hansı sözləri və ifadələri işlətdiyini müəyyən etmək mümkün deyildir. Şikayətdə yalnız onun “söyüş ifadələri” səsləndirdiyi göstərilmiş, məhkəmə qərarında da həmin ifadələrin konkret məzmunu açıqlanmamışdır. Halbuki məhz konkret ifadələrin müəyyən edilməsi hazırkı iş üzrə həlledici əhəmiyyət daşıyır. Çünki ifadənin sadəcə kobud, etikadan kənar və ya qarşı tərəf üçün xoşagəlməz olması ilə onun CM-in 148-ci maddəsində nəzərdə tutulmuş mənada şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması eyni anlayış deyildir. Bunun müəyyən edilməsi üçün ifadənin özünün məzmunu, onun ünvanlandığı şəxs, ifadənin deyilmə şəraiti və ümumi konteksti məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi isə bu məsələləri konkretləşdirmədən təqsirləndirilən şəxsin CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Qərarda “söyüş ifadələri”nin hansı ifadələr olduğu göstərilmədiyindən məhkəmənin hansı konkret hərəkəti CM-in 148-ci maddəsi ilə cinayət hesab etdiyi aydın deyildir. Bu hal iş üzrə ittihamın faktiki məzmununun tam müəyyən edilməməsi ilə nəticələnmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs birinci instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini və “Tik-Tok” sosial şəbəkəsində canlı yayım zamanı xüsusi ittihamçının ünvanına nalayiq ifadələr səsləndirdiyini etiraf etmişdir. Lakin şəxsin ümumi şəkildə təqsiri etiraf etməsi məhkəməni konkret əməlin faktiki məzmununu müəyyən etmək və həmin əməlin cinayət qanununun konkret normasına uyğunluğunu yoxlamaq vəzifəsindən azad etmir. Xüsusilə də hazırkı işdə ittihamın məhz hansı ifadələrə əsaslandığı müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin yalnız ümumi xarakterli ifadələrə və təqsirin etirafına əsaslanmaqla CM-in 148-ci maddəsi üzrə cinayət tərkibinin mövcudluğu barədə qəti nəticəyə gəlməsi işin faktiki hallarının tam müəyyən edilməsi baxımından əsaslı hesab edilə bilməz. CD diskin iş materiallarında olmaması və məhkəmənin həmin sübutu bilavasitə yoxlamaq imkanının olmaması. Məhkəmə kollegiyası həmçinin xüsusi ittihamçının təqdim etdiyi CD disklə bağlı məsələni mühüm hesab edir. Birinci instansiya məhkəməsinin qərarının 34-cü bəndində göstərilmişdir ki, xüsusi ittihamçı tərəfindən ittihamın sübutu kimi məhkəməyə təqdim edilmiş CD diskdə təsbit olunmuş video yayımdan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq Xüsusi ittihamçı və onun ailə üzvlərinin ünvanına söyüş ifadələri səsləndirməsi görünür. Deməli, birinci instansiya məhkəməsinin öz qərarından aydın olur ki, CD disk iş üzrə ittihamın əsas sübutlarından biri kimi qəbul edilmiş və məhkəmənin şəxsin təqsirli olması barədə gəldiyi nəticənin əsaslandırılmasında həmin sübuta istinad edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində iş materialları yoxlanılarkən həmin CD diskin iş materiallarına əlavə edilmədiyi və faktiki olaraq məhkəmə kollegiyasının sərəncamında olmadığı müəyyən olunur. Bu vəziyyət xüsusi əhəmiyyət daşıyır. Çünki birinci instansiya məhkəməsinin istinad etdiyi CD disk sadəcə əlavə xarakterli sübut deyil. Məhkəmənin qərarından görünür ki, həmin diskdəki video material ittihamın faktiki əsaslarını təsdiq edən əsas sübutlardan biri kimi qiymətləndirilmişdir. Belə olan halda həmin sübutun iş materiallarında olmaması apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam və hərtərəfli yoxlamasına mane olur. Məhkəmə kollegiyası həmin videoyazıya baxmaqla müəyyən edə bilmir ki, təqsirləndirilən şəxs tərəfindən həqiqətən hansı ifadələr səsləndirilmişdir, həmin ifadələr tam olaraq necə olub, videonun hansı hissəsində səsləndirilib, ifadələr konkret olaraq xüsusi ittihamçıya qarşı yönəlib, yoxsa onun ailə üzvlərinə münasibətdə işlədilib, ifadələrin ümumi konteksti necə olub və nəticə etibarilə həmin ifadələr CM-in 148-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərini daşıyırmı. Bu məsələlərin heç biri iş materiallarında CD disk olmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bilavasitə yoxlanıla bilmir. Digər tərəfdən, məhkəmənin qərarında sübut kimi istinad etdiyi materialın özünün iş materiallarında olmaması həmin sübutun məzmununun yalnız birinci instansiya məhkəməsinin qərarında verilmiş təsvir əsasında qəbul edilməsinə səbəb olur. Lakin apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız əvvəlki məhkəmə qərarında sübut haqqında yazılmış məlumatı təkrar etmək deyil, həmin sübutların mövcudluğunu, məzmununu və digər sübutlarla əlaqəsini yoxlamaqdır. Xüsusilə də hazırkı işdə söhbət məhz ittihamın əsasını təşkil edən konkret ifadələrdən getdiyindən CD diskin olmaması həmin ifadələrin müəyyən edilməsini faktiki olaraq mümkünsüz edir. Beləliklə, birinci instansiya məhkəməsinin “CD diskdə təsbit edilmiş video yayımdan görünür ki, ... söyüş ifadələri səsləndirir” nəticəsi iş materiallarında həmin videoyazı mövcud olmadığı halda apellyasiya instansiyası tərəfindən yoxlanıla bilən və təsdiqlənən nəticə deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əsas sübutlardan birinin faktiki olaraq iş materiallarında olmaması və həmin sübutun məzmununun müəyyən edilməsinin mümkün olmaması birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığına birbaşa təsir edən haldır. Bu nöqsanın aradan qaldırılması üçün işə yenidən baxılarkən həmin video materialın iş materiallarına əlavə edilib-edilməməsi, onun mövcudluğu, məzmunu və iş üzrə sübut kimi istifadə olunmasının mümkünlüyü məsələsi həll edilməli, bundan sonra həmin material digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Amnistiya aktının xüsusi ittiham qaydasında şikayət üzrə icraata tətbiq edilməsinin düzgün olmaması: Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinin əsasını isə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 5.1-ci bəndinin tətbiqi təşkil etmişdir. Belə ki, məhkəmə həmin Qərarın 5.1-ci bəndinə istinad etməklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 148-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməli üzrə cinayət məsuliyyətindən azad etmiş və onun barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi də əsaslı deyildir. Amnistiya aktının 5.1-ci bəndinin məzmunundan görünür ki, həmin bənddə məhkəmələrin icraatında olan, amnistiya qərarının qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə müəyyən kateqoriyaya aid şəxslər barəsində cinayət təqibinə xitam verilməsi və ya şəxslərin cəzadan azad edilməklə ittiham hökmünün çıxarılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də öz qərarında məhz həmin normaya istinad etmişdir. Lakin hazırkı icraat cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı deyil. Hazırkı iş xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə icraatdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin xüsusi ittiham icraatını tənzimləyən müddəalarında bu icraat ayrıca prosessual forma kimi nəzərdə tutulmuşdur. Xüsusi ittiham qaydasında cinayət təqibi xüsusi ittihamçının məhkəməyə verdiyi şikayət əsasında həyata keçirilir və həmin şikayət məhkəmə tərəfindən icraata qəbul edildikdən sonra xüsusi ittiham üzrə məhkəmə icraatı həyata keçirilir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraatın Amnistiya Qərarının 5.1ci bəndində birbaşa sadalanan “cinayət işi” və ya “məhkəməyədək sadələşdirilmiş icraat materialı” ilə eyniləşdirilməsi üçün həmin amnistiya aktında belə icraatın açıq şəkildə onun tətbiq dairəsinə daxil edilməsi tələb olunurdu. X2 5.1-ci bəndində xüsusi ittiham qaydasında şikayət üzrə icraat ayrıca göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, amnistiya aktının tətbiq dairəsi məhkəmə tərəfindən genişləndirici qaydada şərh edilə bilməz. Çünki amnistiya nəticə etibarilə şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə səbəb olan xüsusi hüquqi aktdır və onun hansı şəxslərə, hansı əməllərə və hansı icraatlara şamil edilməsi həmin aktın özündə müəyyən edilir. Əgər amnistiya aktının 5.1-ci bəndində qanunverici xüsusi ittiham qaydasında şikayət üzrə icraatları da nəzərdə tutmuş olsaydı, bunu həmin bənddə ayrıca göstərmək mümkün idi. Lakin normanın mətnində yalnız “cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları” ifadələrindən istifadə edilmişdir. Bu səbəbdən həmin normada göstərilməyən xüsusi ittiham qaydasında şikayət üzrə icraatın məhkəmə tərəfindən həmin normanın tətbiq dairəsinə daxil edilməsi amnistiya aktının əhatə dairəsinin genişləndirilməsi nəticəsini doğurur. Birinci instansiya məhkəməsi isə xüsusi ittiham qaydasında şikayət üzrə icraatın Amnistiya Qərarının 5.1-ci bəndinin tətbiq dairəsinə hansı hüquqi əsasla daxil edildiyini qərarında əsaslandırmamışdır. Məhkəmə yalnız CM-in 15.2-ci maddəsinə istinad edərək CM-in 148-ci maddəsində nəzərdə tutulan əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu göstərmiş və bundan sonra həmin əməlin amnistiya aktının 5.1-ci bəndinə düşdüyü qənaətinə gəlmişdir. Lakin əməlin böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid olması ilə həmin əməl üzrə aparılan xüsusi ittiham icraatının konkret amnistiya normasının tətbiq dairəsinə daxil olması eyni məsələ deyildir. Birinci məsələ cinayətin təsnifatı ilə, ikinci məsələ isə amnistiya aktının tətbiq dairəsi ilə bağlıdır. Yəni CM-in 148-ci maddəsində nəzərdə tutulan əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab edilməsi yalnız əməlin cinayət-hüquqi təsnifatını müəyyən edir və özlüyündə Amnistiya Qərarının 5.1-ci bəndinin xüsusi ittiham qaydasında şikayət üzrə hər bir icraata tətbiq edilə biləcəyi nəticəsini yaratmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi CPM-in 39.1.12 və 43.3-cü maddələrinə istinad etmişdir. Lakin həmin normaların mövcudluğu Amnistiya Qərarının özündə müəyyən edilmiş tətbiq dairəsini genişləndirmir. CPM-in 39.1.12-ci maddəsi amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduğu halda cinayət təqibinə xitam verilməsini nəzərdə tutur. CPM-in 43.3-cü maddəsi isə məhkəmə baxışının gedişində qanunda nəzərdə tutulmuş hallarda cinayət təqibinə xitam verilməsi imkanını müəyyən edir. Bu normalar yalnız amnistiyanın tətbiqinin prosessual nəticələrini tənzimləyir və konkret amnistiya aktında nəzərdə tutulmayan icraat növünü həmin aktın tətbiq dairəsinə daxil edən norma kimi çıxış etmir. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi əvvəlcə Amnistiya Qərarının 5.1ci bəndinin xüsusi ittiham qaydasında şikayət üzrə icraata tətbiq olunmasının mümkünlüyünü müəyyən etməli idi. Bu məsələ həll edilmədən həmin normaya əsasən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi düzgün hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında həm ittihamın faktiki əsasları, həm əsas sübutun mövcudluğu və məzmunu, həm də amnistiya aktının hazırkı xüsusi ittiham icraatına tətbiq edilməsinin hüquqi əsası ilə bağlı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlər lazımi qaydada araşdırılmamışdır. Göstərilən nöqsanlar birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeni məhkəmə baxışı zamanı ilk növbədə xüsusi ittihamın faktiki əsasları dəqiq müəyyən edilməli, CM-in 148-ci maddəsi baxımından hüquqi əhəmiyyət daşıyan konkret ifadələr müəyyən olunmalı, həmin ifadələrin səsləndirildiyi video material iş materiallarına əlavə edilərək məhkəmə tərəfindən tədqiq edilməli, həmin sübutun digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsi təmin edilməli və bundan sonra əmələ hüquqi qiymət verilməlidir. Eyni zamanda yeni məhkəmə baxışı zamanı amnistiya aktının tətbiqi məsələsinə də yuxarıda göstərilən hüquqi yanaşma nəzərə alınmaqla qiymət verilməli, xüsusi ittiham qaydasında şikayət üzrə icraatın Amnistiya Qərarının 5.1-ci bəndinin tətbiq dairəsinə daxil olub-olmaması məsələsi qanunun və həmin amnistiya aktının müddəaları əsasında ayrıca əsaslandırılmalıdır. Bu səbəbdən xüsusi ittihamçının apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə iş yeni məhkəmə baxışının keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, CPM-in 391.8-ci maddəsinin mənasına görə birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 391.8.9 və 391.8.8-ci maddəsinin tələbləri pozulmaqla (kobud pozuntulara yol verilməklə) keçirildikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş halarda apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və CPM-in 391 və 397-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ləğv edilsin. Xüsusi ittihamçı Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə materiallar yeni məhkəmə baxışının keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. Qərardan CPM-in 410-cü maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar