Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-398/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışını keçirərək, kollegiya MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışır. Hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti və ya protesti verilməmiş, hökm ## ###### 2026-cı il tarixdə icraya yönəldilmişdir, məhkumlar təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hökmdən təqsirləndirilən şəxs1 tərəfindən ## #### 2026-cı il tarixdə verilmiş və ** saylı cəzaçəkmə müəssisəsinin ## #### 2026-cı il tarixli *-**-**/**/*-****/**** nömrəli müşayiət məktubu ilə göndərilmiş apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkum eyni vaxtda, həmçinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə vəsatət təmin edilməmiş, qərarda şikayət verilmə ilə bağlı hüquq izah olunmalı halda, apellyasiya şikayətinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərə keçirərək hesab edir ki, təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, məhkum təqsirləndirilən şəxs1 Abdullah oğlunun Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət həmin Məhkəmənin ## #### 2026-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 203.1-cü maddəsinə «Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır». Həmin Məcəllənin 383.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxsin mənafeyinə aid hissədən apellyasiya şikayəti vermək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən «Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir». Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, təqsirləndirilən şəxs hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində hökmündən apellyasiya şikayəti vermək hüququna malikdir. Qeyd olunan müddət ərzində hökmdən apellyasiya şikayəti verilmədiyi halda, təqsirləndirilən şəxsin hökmdən apellyasiya şikayəti vermək hüququ keçir. Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən «Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər». Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən «Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlunun Cinayət Məcəlləsinin 318.2ci maddəsi ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Cinayət işi materialları Astara rayon məhkəməsinə göndərilsin. Qərardan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-398/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-398/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver