Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-406/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ona ## #### 2026-cı il tarixdə təqdim edilmiş, ## #### 2026-cı il tarixdə isə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Lakin müddətin keçməsi əsası ilə şikayətinə baxılmamışdır. Bundan sonra şikayət vermə müddətinin bərpa edilməsi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə vəsatət vermiş, lakin vəsatəti təmin olunmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı İlqar Əsədov apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sakit Gözəlov isə ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və cinayət-prosessual qanunun tələblərinə uyğundur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Bu qayda məhkumun hökmün məzmunu ilə faktiki tanış olduğu andan etibarən apellyasiya şikayəti vermək hüququndan real istifadə imkanını təmin etməyə yönəlmişdir. CPM-nin 386-cı maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpası yalnız həmin müddətin şəxsin iradəsindən asılı olmayan, obyektiv və sübutlarla təsdiq edilən üzrlü səbəblərə görə ötürüldüyü hallarda mümkündür. Ona görə də müddətin bərpasını tələb edən şəxs ümumi xarakterli izahatla kifayətlənməməli, məhz qanunla müəyyən edilmiş müddət ərzində şikayət verməsinə real maneə yaradan halları konkret və mötəbər sübutlarla əsaslandırmalıdır. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün surəti məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 a təqdim edilməsi üçün ## ###### 2025-ci ildə onun saxlanıldığı istintaq təcridxanasına göndərilmiş, hökmün surəti isə təqsirləndirilən şəxs2 ## ###### 2026-cı ildə çatdırılmışdır (iş vərəqi: V cild, vərəq 125). Belə olan halda apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük müddət ## ###### 2026-cı il tarixdə başa çatmışdır. Buna baxmayaraq, məhkum edilmiş şəxs mübahisələndirilən hökmdən apellyasiya şikayətini yalnız ## #### 2026-cı ildə vermişdir. Başqa sözlə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət bitdikdən təxminən 04 (dörd) ay sonra təqdim edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət prosessual intizamın, hüquqi müəyyənliyin və məhkəmə qərarlarının yekunluğunun təmin edilməsinə xidmət edir. Bununla yanaşı, həmin müddət şəxsin müdafiə və məhkəməyə çıxış hüququnu əsassız məhdudlaşdıracaq şəkildə formal tətbiq edilməməlidir. Hazırkı işdə isə hökmün surəti məhkuma rəsmi qaydada təqdim edilmiş, onun həmin tarixdən etibarən apellyasiya şikayəti vermək hüququndan istifadə etmək imkanı yaranmışdır. Şikayətçi 2026-cı ilin yanvar-fevral aylarında, yəni apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində həmin hüququ həyata keçirməsinə mane olan konkret, davamlı və obyektiv halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən ## #### 2026-cı il tarixi iş materiallarında olan təqdimetmə sənədi ilə uzlaşmır. Hökmün surətinin ## ###### 2026-cı il tarixdə məhkuma çatdırılması təsdiq edildiyi halda, müddətin hesablanması məhz həmin tarixdən aparılmalıdır. Əks yanaşma rəsmi təqdimetmə sənədinin hüquqi qüvvəsini sübutsuz mülahizə əsasında aradan qaldırmış olardı. Məhkum edilmiş şəxsin ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti göndərməsi barədə dəlili də müddətin bərpasına əsas vermir. Hətta həmin tarix əsas götürülsə belə, ## ###### 2026-cı il tarixdən hesablanan 20 günlük müddət artıq bitmişdi; bundan əlavə, həmin tarixdə şikayətin həqiqətən göndərilməsini təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Məhkum edilmiş şəxs hökmün surətini ## #### 2026-cı il tarixdə aldığını bildirsə də, bu dəlil iş materiallarında olan rəsmi təqdimetmə məlumatı ilə təkzib olunur. Həmçinin onun ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlaması barədə iddiası da poçt qəbzi, müəssisə qeydiyyat jurnalı, daxilolma ştampı və ya digər mötəbər sənədlə təsdiqlənmir. Məhkum edilmiş şəxs hökmün surətini almadığını bildirsə də, onunla eyni müəssisədə cəza çəkən təqsirləndirilən şəxs1 hökmün surətini aldıqdan dərhal sonra apellyasiya şikayətini verməsi təqsirləndirilən şəxs2 dəlilini zəiflədir. Onun arqumenti o halda əsaslı hesab olunardı ki, həmin fakt mötəbər sübutlarla təsdiqlənsin. Lakin bu iddia yalnız mülahizə xarakteri daşıyır. Cinayət prosesində sübutetmə yükü müəyyən hallarda həmin iddianı irəli sürən şəxsin üzərinə düşür. Məhkumun sadəcə inkar xarakterli mülahizəsi, iş materiallarında mövcud olan rəsmi sənədin etibarlılığını birmənalı olaraq aradan qaldırmır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, hökmün surəti məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə göndərilmiş və ## ###### 2026-cı il tarixdə məhkumun istifadəsinə verilmişdir. Rəsmi sənədlərin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, onların saxtalığı və ya etibarsızlığı sübuta yetirilmədiyi halda məhkəmə həmin sənədlərə etibar etməlidir. Belə olan halda, məhkumun apellyasiya şikayətinin müəyyən edilmiş müddətdə verilməsinə mane olan obyektiv və aradan qaldırılması mümkün olmayan hallar müəyyən edilməmişdir. Buna görə də CPM-in 386-cı maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcud olmamışdır. Kollegiya əlavə olaraq nəzərə alır ki, şəxsin istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılması özü-özlüyündə onun apellyasiya şikayəti vermək imkanını aradan qaldıran hal hesab edilə bilməz. Həbsdə saxlanılan şəxslər müraciətlərini saxlanıldıqları müəssisənin müdiriyyəti vasitəsilə göndərə, hüquqi yardım almaq üçün müdafiəçiyə və ya digər səlahiyyətli subyektlərə müraciət edə bilərlər. İş materiallarında təqsirləndirilən şəxs2 bu imkanlardan istifadə etməsinə maneə yaradılması, onun müraciətlərinin qəbul edilməməsi və ya göndərilməməsi barədə obyektiv məlumat yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəməyə çıxış hüququ mütləq xarakter daşımır və bu hüquq qanunla müəyyən edilmiş prosessual qaydalarla tənzimlənə bilər. Prosessual müddətlərin tətbiqi o halda hüquqa uyğun hesab olunur ki, şəxs şikayət hüququndan istifadə etmək üçün real imkana malik olsun və müddətin ötürülməsi onun iradəsindən kənar, qarşısıalınmaz maneə ilə bağlı olmasın. Şəxsin prosessual hüquqlarını həyata keçirmək üçün kifayət qədər imkanı olduğu halda həmin hüquqlardan vaxtında istifadə etməməsi sonradan müddətin bərpası üçün əsas yarada bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə də hüquqi müəyyənlik prinsipi məhkəmə qərarlarının yekunluğuna hörmət edilməsini tələb edir. Prosessual müddətlərin bərpası institutunun tətbiqi adi qaydaya çevrilməməli, yalnız həqiqətən üzrlü, obyektiv və sübut olunmuş hallar mövcud olduqda mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxılmışdır. Hökmün surətinin məhkuma ## ###### 2026-cı ildə təqdim edilməsinə baxmayaraq, onun yalnız ## #### 2026-cı ildə apellyasiya şikayəti verməsi, həmin dövr ərzində şikayət verməsinə obyektiv maneə yaradan hallar barədə mötəbər sübut təqdim etməməsi müddətin bərpası üçün qanuni əsasların olmadığını göstərir. CPM-nin 391.3.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Hazırkı halda birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina barədə qərarı işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğundan, həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-406/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-406/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver