Məhkəmə qərarları › İş №1(3-9)-407/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-407/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-407/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi- Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum-təqsirləndirilən şəxs1, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1, tərcüməçi-X2 iştirakları ilə. ##.##.1999-cu il tarixdə Əfqanıstan İslam Respublikası Bamyan şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Əfqanıstan islam Respublikası Bamyan şəhərində qeydiyyatda olmaqla, İran İslam Respublikası Qum şəhərində yaşayan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Astara rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması müəyyən edilmişdir. təqsirləndirilən şəxs1 ##.##.2026-cı il tarixli apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin ərizə ilə məhkum təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. təqsirləndirilən şəxs1 ərizəsini onunla əsaslandırmışdır ki, hüquqlarını bilmədiyindən apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Astara rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum təqsirləndirilən şəxs1 ərizəsi təmin edilməmişdir. Məhkum təqsirləndirilən şəxs1 məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsalandırılmışdır ki, azərbaycan dilini bilmədiyi üçün və kifayət qədər hüquqi savadı olmadığı üçün apellyasiya şikayəti vermək müddətini ötürmüşdür. Məhkəmə iclasında isə məhkum təqsirləndirilən şəxs1 hökmün və fars dilinə tərcümə olunmuş surətini vaxtında aldığını, lakin hökmdən və qərardan apellyasiya şikayətinin verilməsi müddətini buraxmasının səbəbini hüquqi savadsızlığı ilə bağlı olduğunu bildirmişdir. Müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Astara rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə apellyasiya şikayəti təmin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpasının rədd edilməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixdə elan edilmiş, məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətləri və qaydası izah edilmiş edilmişdir. Eyni zamanda hökm elan olunan zaman təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmiş, həmçinin tərcüməçi və onun dövlət hesabına müdafiəçisi də məhkəmə iclasında iştirak etmişdir. Əlavə olaraq hökmün tərcümə olunmuş surəti təqsirləndirilən şəxs1 təqdim olunmasında ötrü təcridxanaya göndərilmiş və çatdırılmasına dair xəbərnamə məhkəməyə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, hökmün surətinin məhkum təqsirləndirilən şəxs1 vaxtında təqdim olunması və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsi mübahisəli hal deyil. Belə ki, cinayət işi materiallarında olan Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünün surətinin təqdim olunması barədə xəbərnamədən görünür ki, məhkum hökmün surəti ## ###### 2025-ci il tarixdə rəsmi olaraq almış və hökmün elan olunduğu andan, yəni ## ###### 2025-ci il tarixdən apellyasiya şikayətinin verildiyi günə yəni ##.##.2025-ci il tarixədək 209 gün müddət ötürmüşdür. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq- hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il # ###### tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X5rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X8rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X3rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X1rşı [BP], № *****/**, §§ 39-42, ## #### 2012). Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Qeyd olunan maddənin təhlilinə əsasən, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən və vəsatət vermiş şəxsin iradəsindən asılı olmayan obyektiv halların reallığından asılıdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Bu mənada üzürlülük, elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar CPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilən obyektiv hallara xəstəlik, qarşısıalınmaz qüvvə, şikayət vermək hüququnun izah olunmaması kimi hallar aid ola bilər. Lakin məhkumun prosessual müddətin ötürülməsi ilə bağlı dəlillərinə göstərilən obyektiv dəyərləndirmələr nəzərə alınmaqla hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin əsaslar apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinə görə üzürlü hal hesab oluna bilməz. Belə ki, məhkum uzun müddət ibtidai və məhkəmə istintaqında iştirak edərkən ona dəfələrlə hüquq və vəzifələri, o cümlədən şikayət vermək hüququ izah olunmuş, bu barədə bildirişlər təqdim olunmuşdur. Qeyd olunan hallar məhz cinayət təqibinə məruz qalan şəxsin prosessual hüquqları ilə bağlı maarifləndirmək məqsədi daşıyır. Hökm elan edilərkən məhkuma müdafiəçinin iştirakı ilə şikayət vermə hüququda izah olunmuşdur. Odur ki, məhkum təqsirləndirilən şəxs1 savadsızlığı ilə bağlı iddiası əsaslı hesab oluna bilməz. CPM-in 121.1.3. və 121.2-ci maddələrinin tələbinə görə, cinayət prosesini həyata keçirən orqan bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmalıdır. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-in 122.1. və 122.10-cü maddələrinə uyğun olaraq, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir. CPM-in 391.3. və 391.3.3-cü maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Beləliklə, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair məhkum təqsirləndirilən şəxs1 vəsatətinin təmin edilməməsi barədə Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarını əsaslı və qanuni hesab etməklə yanaşı, baxılan işdə Cinayət- Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsində təsbit edilmiş məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasların olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan çıxarıldığı gündən, o cümlədən məhkum təqsirləndirilən şəxs1 təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar