Məhkəmə qərarları › İş №1(3-9)-410/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-410/2026

03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-410/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim – Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayətçi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim X6), X2 Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul etmişdir. İŞİN HALLARI: Xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, # ##### 2026-cı il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı etdiyi qanunazidd hərəkətləri nəticəsində əmlakını ələ keçirib və onunla heç bir əlaqəyə girməməsi üzündən, məcbur qalaraq X4 “Milli TV“ internet televiziyasının əməkdaşı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yanına bu məsələyə aydınlıq gətirilməsi üçün getmişdir. “Milli TV“-nin əməkdaşı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yanına getməsinin səbəbi o olmuşdur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şərindən özünü sığortalasın. “Milli TV“-nin əməkdaşı onun fikrinə hörmətlə yanaşaraq hər iki tərəfin qarşılıqlı mövqeyini öyrənmək üçün Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona məxsus əmlakı ələ keçirdiyi əraziyə birlikdə getmişlər. Lakin həmin əraziyə yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 1C ünvanına yaxınlaşsalar da, lakin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mediadan gizlənərək telefon danışığına çıxmasına üstünlük vermişdir. “Milli TV“-nin redaktoru Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsla telefon əlaqəsi saxladıqda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Milli TV“nin redaktoru Qasımov Rövşən İsmayıl oğluna telefonda müsahibə verərkən, onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar vermiş, onu dələduz və öz nökəri adlandırmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ictimaiyyətə qəsdən barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar, təhqiramiz sözlər işlədərək, ona qarşı qarayaxma məqsədi irəli sürərək, ona şər, böhtan atmış və onun Azərbaycanda yaşayan qohuməqrəbası və onu tanıyanlar arasında nüfuzuna xələl gətirmişdir. Bu məqsədlə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Beyləqan Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı X1 apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin qərarının ləğv edilərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətə Beyləqan Rayon Məhkəməsində baxılaraq şikayətin icraata qəbulundan imtina edilmişdir. Həmin Qərardan narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin edilməli olduğu halda şikayətinin icraata qəbulundan imtina edilmişdir. Halbuki, iş üzrə kifayət qədər sübutlar mövcuddur ki, ona ən ağır cəza verilməli idi. Məlumat üçün bildirir ki, # ##### 2026-cı il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı etdiyi qanunazidd hərəkətləri üzündən onun əmlaklarını ələ keçirib və onunla heç bir əlaqəyə girməməsi üzündən, məcbur qalaraq X4, Milli TV“ internet televiziyası ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yanına bu məsələyə aydınlıq gətirilməsi üçün getdik. „Milli TV“ ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yanına getməyinin səbəbi o idi ki, onun şərindən özünü sığortalamaq üçün bu fikrə gəlmişdir. „Milli TV“-də onun fikrinə hörmətlə yanaşaraq hər iki tərəfin qarşılıqlı mövqeyini öyrənmək üçün onun ## ##### 2026-cı il tarixli yazılı müraciəti əsasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əmlakını ələ keçirdiyi əraziyə onunla birlikdə getdi. Onlar həmin əraziyə-Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 1C ünvanına yaxınlaşmış, lakin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mediadan gizlənərək telefon danışığına çıxmasına üstünlük vermişdir. „Milli TV“-nin redaktoru Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslə telefonla danışaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bildirdi ki, „Xalid bəy iddia edir ki, siz onun əmlakını mənimsəmisiniz. Bu barədə nə deyə bilərsiniz?“ Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs „Milli TV“-nin redaktoru Qasımov Rövşən İsmayıl oğluna telefonda müsahibə verərkən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar vermiş və həmçinin onu təhqir edərək onun danışdıqlarının yayımlanmasını istəmiş, canlı yayım zamanı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində təhqiramiz sözlər işlətməyə başlamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ictimaiyyətə qəsdən onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar, təhqiramiz sözlər işlədərək, ona qarşı qarayaxma məqsədi irəli sürərək, ona şər, böhtan atmış və onun Azərbaycanda yaşayan qohum-əqrəba, onu tanıyanlar arasında nüfuzuna xələl gətirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun haqqında yaydığı məlumatlar böhtan xarakterli olduğundan, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində cinayət işi açılmalıdır. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, (## ### 1999-cu il № *) İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə, bir qayda olaraq, qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Bununla bərabər, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Məhkəmə onun şikayətini icraata qəbulundan imtina verməklə onun hüquqlarını pozmuş və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində bundan sonra da istədiyi əsassız məlumatlarıdaha da sərbəst surətdə yaymasına şərait yaratmışdır. Əslində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cəzalandırılmaqla islah olunmalı idi. Qərarı nəzərdən keçirəndə görünür ki, birinci instansiya məhkəməsi Qərarın əsaslandırma hissəsini boş buraxmış. TƏRƏFLƏRİN İZAHATLARI: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətini qəbul etmədiyini bildirmişvə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xüsusi ittihamçıya məlumat verilmiş, lakin o, məhkəməyə elektron qaydada müraciət edərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası xüsusi ittihamçı Khaled Afghanzadənin məhkəmə iclasında iştirak etməməsini üzürsüz sayaraq işə onun iştirakı olmadan da baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci mаddəsinə əsasən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. 397.2-ci mаddəsinə görə, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə təqdim edilmiş materiallarla cinayət hadisəsinin və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu təsdiq olunmur. Məhkəmə müəyyən etmişdir ki, şikayətdə göstərilən ifadələr jurnalistlə telefon danışığı zamanı səsləndirilmiş, həmin məlumatların kütləvi çıxışlarda, mediada və ya internet informasiya ehtiyatında yayılması iş materialları ilə təsdiq edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CPM-nin 302.1.6 və 302.1.7-ci maddələrinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həmin Məcəllənin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CM-in 147.1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən Beyləqan Rayon Məhkəməsinə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdən görünür ki, o, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs "Milli TV"nin əməkdaşı olan jurnalistlə telefon danışığı zamanı onun barəsində "dələduz", "nökərim olublar" kimi ifadələr işlətdiyini göstərərək, həmin hərəkətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin tərkibini yaratdığını iddia etmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan ifadələr Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən jurnalist Rövşən Qasımovla telefon danışığı zamanı səsləndirilmişdir. İşdə olan sübutlar həmin məlumatların Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iradəsi və qəsdi ilə kütləvi çıxışda, mediada və ya kütləvi nümayiş etdirildiyi hallarda internet informasiya ehtiyatında yayılmasını təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti bilə-bilə yalan məlumatların zərərçəkmişi nüfuzdan salan və ya şərəf və ləyaqətini ləkələyən şəkildə yayılmasından ibarətdir. Bu cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Təqsirkar şəxs yaydığı məlumatın yalan olduğunu dərk etməli, həmin məlumatın üçüncü şəxslərə çatdırılmasını istəməli və bununla zərərçəkmişin şərəf və ləyaqətini ləkələmək məqsədi güdməlidir. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mübahisəli ifadələri jurnalistlə şəxsi telefon danışığı zamanı işlətmiş, həmin anda söhbətin canlı yayımlandığını və ya sonradan mediada yayımlanacağını bilməmişdir. Deməli, onun ifadələrin qeyri-müəyyən sayda şəxslərə çatdırılmasına yönəlmiş iradəsi və həmin nəticənin baş verməsini istəməsi müəyyən edilməmişdir. Belə olan halda, məlumatların sonradan yayımlanması Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qəsdinin nəticəsi kimi qiymətləndirilə bilməz. Beləliklə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətini təşkil edən birbaşa qəsd, eləcə də məlumatların təqsirkarın iradəsi ilə yayılması əlamətləri sübuta yetirilməmişdir. Cinayət-prosessual qanunvericiliyinə əsasən isə şəxsin təqsiri aradan qaldırıla bilməyən şübhələr mövcud olduqda həmin şübhələr onun xeyrinə təfsir edilməlidir. Bu səbəbdən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən, xüsusi ittiham üzrə şikayətin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, iş materiallarında olan videogörüntülərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən "Milli TV"nin əməkdaşı olan jurnalistlə telefon danışığı zamanı işlədilən "dələduz", "nökərim olublar" kimi ifadələr konkret olaraq xüsusi ittihamçı Xüsusi ittihamçı ünvanlanmamışdır. Belə ki, telefon danışığı zamanı xüsusi ittihamçının adı, soyadı və ya onu birmənalı şəkildə fərdiləşdirməyə imkan verən hər hansı digər məlumat səsləndirilməmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ümumi şəkildə "onlar" ifadəsindən istifadə etmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin mövcudluğu üçün yalan məlumatın konkret müəyyən edilə bilən şəxs barəsində yayılması zəruridir. Məlumatın məzmunundan və ifadə olunma formasından həmin məlumatın məhz zərərçəkmişə aid olduğu birmənalı şəkildə müəyyən edilməlidir. Əks halda, qeyri-müəyyən şəxslər qrupuna və ya ümumi xarakter daşıyan ifadələr konkret şəxsə münasibətdə böhtan kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs istifadə etdiyi "onlar" ifadəsi öz məzmununa görə qeyri-müəyyən şəxslər dairəsinə aid olmaqla, onun məhz xüsusi ittihamçını nəzərdə tutduğunu təsdiq edən hər hansı obyektiv sübutla müşayiət olunmur. İş materiallarında olan sübutlar həmin ifadələrin məhz Xüsusi ittihamçı aid edilməsinə imkan vermir. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi yalnız təqsirin qanunla müəyyən edilmiş qaydada, mötəbər və kifayət qədər sübutlarla təsdiq edildiyi halda mümkündür. Şəxsin təqsiri ehtimallara, fərziyyələrə və ya ifadələrin subyektiv təfsirinə əsaslana bilməz. Buna görə də, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işlətdiyi ifadələrin məhz xüsusi ittihamçıya ünvanlandığı sübuta yetirilmədiyindən, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətlərindən biri olan zərərçəkmişin konkret müəyyən edilə bilməsi elementi mövcud hesab edilə bilməz. Bundan başqa, xüsusi ittihamçı tərəfindən təqdim olunmuş şikayətə əlavə edilmiş materiallar və məhkəmə hazırlıq iclasında araşdırılmış məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri elementlərinin mövcud olduğunu təsdiq etmir. Xüsusi ittihamçının istinad etdiyi hallar əsasən onun şəxsi mülahizələrinə söykənir və həmin mülahizələri təsdiq edən kifayət qədər mötəbər və yol verilən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi cinayət hadisəsinin və cinayət əlamətlərinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsasən birinci instansiya məhkəməsinə təqdim edilmiş şikayətdə göstərilən halların təkrarından ibarətdir və həmin dəlillər Beyləqan Rayon Məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Apellyasiya şikayətində iş üzrə yeni sübutlar təqdim edilməmiş, həmçinin birinci instansiya məhkəməsinin sübutları qiymətləndirərkən maddi və ya prosessual hüquq normalarını pozmasına dair inandırıcı hüquqi arqumentlər irəli sürülməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması (299.3.1) və xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə (299.3.3) məsələlərə baxılır. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, iş üzrə toplanmış materialları və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutlara Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən qərarın qanunsuz və ya əsassız olmasını təsdiq etmir, həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı qanuni və əsaslı hesab edilməli, apellyasiya şikayəti təmin edilmədən, həmin qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299,302, 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xüsusi ittihamçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-113)-**/**** №-li qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar