Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-411/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru müdafiəçi2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsın və qanuni nümayəndəsi şahid2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim: X2) ilə, # #### 2004-cü il tarixdə Cəlilabad rayonu, Qarazəncir doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Hamarqışlaq kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altina vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılaraq, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınması və həmin hissədə hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 həvalə edilməsi barədə yekun qərar qəbul etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs 2025-ci ilin əvvəllərindən etibarən aralarında sevgi münasibətləri yaranmış, on altı yaşına çatmadığı özünə aşkar surətdə məlum olan ##.##.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq barədə qabaqcadan razılığa gələrək, ilk dəfə ## ###### 2025-ci il tarixdə, saat 02:00 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında cinsi ehtirasını təmin etmək məqsədilə öz sərtləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil etməklə onunla iki dəfə təbii yolla cinsi əlaqədə olmuş, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən # ######## 2025-ci il tarixdə saat 1 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin onlara məxsus olan yataq otaqında davam edən cinayətkar niyyətinin icrası olaraq onun üçün aşkar surətdə on altı yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında cinsi ehtirasını təmin etmək məqsədilə öz sərtləşmiş cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil etməklə onunla iki dəfə təbii yolla cinsi əlaqədə olmuş, yəni təkrar on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi X1 apelyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Əkbərov Taleh Azad oğluna təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli lökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi cəzanı təyin edərkən cinayət qanununun əsas prinsiplərini, cəzanın məqsədlərini, cəzanın fərdiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini, iş üzrə müəyyən edilmiş mühüm hallara və şəxsiyyətə aid məlumatları tam və hərtərəfli nəzərə almamış, nəticədə təyin edilmiş cəza törədilmiş əmələ və məhkumun şəxsiyyətinə münasibətdə açıq-aşkar ağır və ədalətsiz olmuşdur. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza yalnız törədilmiş əmələ görə qisas almaq vasitəsi deyil, eyni zamanda sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət edən hüquqi təsir tədbiridir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyəti, məsuliyyəti yüngülləşdirən hallar, cəzanın orun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu tələbləri formal şəkildə qeyd etsə də, onların mahiyyətini faktiki olaraq tətbiq etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, gənc yaşlı, cəmiyyət üçün təhlükəli həyat tərzi keçirməyən, mənfi xarakterizə olunmayan şəxsdir. İş materiallarından və məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, hadisədən sonra tərəflər arasında münasibətlər tamamilə dəyişmiş, zərərçəkmiş şəxslə məhkum arasında barışıq əldə olunmuş, onlar qarşılıqlı sevgi və etimada əsaslanan münasibətlərini bərpa etmiş, faktiki olaraq ər-arvad kimi birlikdə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs artıq Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükə hesab etmir, əksinə onun azadlıqda qalmasını, ailələrinin qorunmasını və birlikdə həyatlarını davam etdirmələrini istəyir. Bu hal cinayət-hüquqi münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edən yeni vəziyyət yaratmışdır. Cinayət hüququnda humanizm prinsipi yalnız törədilmiş əmələ qiymət verilməsini deyil, eyni zamanda cəzanın tətbiq olunduğu vaxt mövcud olan real ictimai münasibətlərin də nəzərə alınmasını tələb edir. Hazırkı iş üzrə məhz belə yeni ictimai münasibətlər formalaşmışdır. Hadisənin baş verdiyi dövrlə hökm çıxarılan tarix arasında tərəflərin münasibətləri əsaslı şəkildə dəyişmiş, aralarında yaranmış konflikt tam aradan qalxmış, onlar ailə münasibətlərini bərpa etmiş və gələcəklərini birlikdə qurmaq qərarına gəlmişlər. Bu dəyişikliklər göstərir ki, artıq nə zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi baxımından, nə də xüsusi və ümumi xəbərdarlıq məqsədi baxımından Təqsirləndirilən şəxs real azadlıqdan məhrum edilməsi zəruri deyildir. Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş şəraitin dəyişməsi institutu cinayət hüququnun humanizm prinsiplərinin təzahürüdür. Həmin norma ondan ibarətdir ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməl və ya onu törətmiş şəxs artıq ictimai təhlükəli hesab edilmədikdə cinayət məsuliyyətindən azad etmə mümkündür. Hazırkı iş üzrə məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallar göstərir ki, hadisədən sonra yaranmış yeni ictimai münasibətlər, tərəflərin barışması, ailə münasibətlərinin bərpası, zərərçəkmiş şəxsin iradəsi, qarşılıqlı etimadın və sevgi münasibətlərinin bərpa olunması həmin institutun tətbiq imkanlarının qiymətləndirilməsini zəruri edirdi. Lakin birinci instansiya məhkəməsi bu mühüm hüquqi məsələni ümumiyyətlə araşdırmamış, həmin institutun tətbiqi imkanlarına münasibət bildirməmişdir ki, bu da hökmün natamam əsaslandırıldığını göstərir. Azərbaycan Respublikası Konstitusiyası ailənin dövlət tərəfindən qorunduğu təsbit edir. Dövlətin ailə institunu qorumaq və möhkəmləndirmək vəzifəsi yalnız mülki-hüquqi münasibətlərdə eyil, cinayət mühakimə icraatında da nəzərə alınmalı olan konstitusion dəyərdir. Hazır ki iş üzrə məhkumun həbsdə saxlanılması nəticəsində yalnız onun hüquqları məhdudlaşmır. Bununla yanaşı, zərərçəkmiş şəxsin də ailə həyatı hüququna, gələcək ailə qurmaq imkanına və normal həyat şəraitinə ciddi müdaxilə baş verir. Faktiki olaraq eyni ailənin iki gənc üzvü dövlət tərəfindən ayrılır və bu ayılıq onların gələcək həyatına ağır mənəvi və sosial zərbə vurur. Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsidir. Onun azadlıqdan məhrum olunması nəticəsində ailə maddi təminatdan məhrum olur, sosial rifahı pisləşir və gələcək həyat planları tamamilə dağılır. Cinayət qanununun məqsədi yeni faciələrin yaranması deyil, sosial ədalətin bərpasıdır. Hazırkı vəziyyətdə isə real azadlıqdan məhrum etmə nə zərərçəkmiş şəxsin mənafeyinə xidmət edir, nə də cəmiyyətin müdafiəsinə. Əksinə, artıq barışmış və ailə kimi yaşamaq istəyən iki gəncin həyatını geri dönməz şəkildə dağıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı müdafiəçi2 apelyasiya şikayətinə etiraz edərək, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək hökmün dəyişdirilmədən saxlanılmasını, apelyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi şahid2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirərək onun azadlığa buraxılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, şəxslər arasında evlilik olmuş, həmçinin təqsirləndirilən şəxs çıxdığı halda yenidən Aytac xanıma sahib çıxacaqdır, zərərçəkmiş şəxs və qanuni nümayəndəsi şikayətçi deyillər. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu qeyd edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin və ona təyin edilmiş cəzanın düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid şahid2, şahid şahid1 ifadələri, məhkəmə-tibbi ekspertizasının ## ######## 2025-ci il tarixli *** nömrəli rəyi, məhkəməpsixiatrik və psixoloji ekspertizaların ## ######## 2025-ci il tarixli 3232 və **** nömrəli rəyləri, habelə işdə olan digər sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya şikayətinin dəlillərində şikayət müəllifi cəzanın yüngülləşdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza təyini məsələləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zərurui hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən birinci instansiya məhkəməsi sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, həmin halların məcmusunun məhkumun islah olunmasına və cəzanın məqsədlərinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün tətbiqi ilə nail olunmasının mümkünlüyünə təsiri tam və hərtərəfli qiymətləndirilməmişdir. Xüsusilə də apellyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkum edilmiş şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirərək onun azadlığa buraxılmasını xahiş etməsi, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi şahid2 da eyni mövqedən çıxış edərək Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını və onun azadlığa buraxılmasını xahiş etməsi cəzanın fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən hallar olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara cəzanın növünün müəyyən edilməsi baxımından lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda cinayətin təkrar törədilməsini CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi məhkəmə tərəfindən müəyyən edildiyi təqdirdə belə, cəzanın fərdiləşdirilməsi zamanı yalnız əməlin formal hüquqi tövsifinə deyil, həmçinin həmin əməlin konkret hallarına, təqsirləndirilən şəxsin motivinə, şəxsiyyətinə, sonrakı davranışına, sosial əlaqələrinə və cəzanın onun gələcək həyatına, o cümlədən ailə vəziyyətinə göstərəcəyi təsirə kompleks şəkildə qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə münasibətlərinin motivi sırf cinsi ehtirasın təmin edilməsi və ya əyləncə məqsədi daşımamış, onların arasında ailə münasibətlərinin yaradılması, gələcəkdə ailə həyatı qurulması niyyəti ilə bağlı olmuşdur. Bu hal törədilmiş əməlin cinayət xarakterini aradan qaldıran və ya məsuliyyəti istisna edən hal kimi qiymətləndirilmir. Lakin həmin motivin cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlin konkret ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hal kimi nəzərə alınması zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar ilə yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Bu norma cəzanın yalnız törədilmiş əməlin nəticəsinə görə deyil, həm də konkret şəxsə münasibətdə fərdiləşdirilməsini tələb edir. Başqa sözlə, eyni maddə üzrə məsuliyyətə cəlb edilən şəxslərə avtomatik olaraq eyni növ və müddətdə cəzanın tətbiq edilməsi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun hesab edilə bilməz. Məhkəmə hər bir konkret iş üzrə təqsirləndirilən şəxsin şəxsiyyətini, motivini, davranışını və cəzanın onun sosial və ailə həyatına təsirini ayrıca qiymətləndirməlidir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ailə həyatı qurmaq niyyətinin olması xüsusilə nəzərə alınmalıdır. Çünki bu niyyət münasibətlərin təsadüfi və sırf cinsi xarakterli olmadığını, təqsirləndirilən şəxsin həmin münasibətləri uzunmüddətli ailə münasibətlərinə çevirmək niyyətində olduğunu göstərən faktiki hal kimi qiymətləndirilir. İş materialları ilə tərəflərin qarşılıqlı münasibətlərinin davamlı olması, bir-birlərinə bağlılıqları, ailə qurmaq barədə real niyyətlərinin mövcudluğu və münasibətlərin gələcəkdə nikahla nəticələnməsinin planlaşdırılması təsdiq olunduğundan sadalanan bu hallar cəzanın fərdiləşdirilməsi zamanı mütləq nəzərə alınmalıdır. Digər tərəfdən, təqsirləndirilən şəxsin real azadlıqdan məhrum edilməsi onun zərərçəkmiş şəxslə qurulması nəzərdə tutulan ailə münasibətlərinin faktiki olaraq pozulmasına səbəb ola bilər. Beləliklə, azadlıqdan məhrum etmə yalnız təqsirləndirilən şəxsin özünə deyil, onunla ailə həyatı qurmaq niyyətində olan digər şəxsə və yaranmaqda olan ailə münasibətlərinə də ciddi və uzunmüddətli təsir göstərə bilər. Məhz bu baxımdan CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş “cəzanın ... şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri” meyarı hazırkı iş üzrə xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükə yaratmadan, sosial əlaqələrini və ailə münasibətlərini qorumaqla islah olunması mümkündürsə, onun real azadlıqdan məhrum edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün zəruri hesab edilməməlidir. Qeyd olunmalıdır ki, CM-in 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi həll edilərkən məhkəmə yalnız törədilmiş əməlin formal hüquqi tövsifini deyil, həm də cəzanın məqsədlərinə məhkumun cəmiyyətdən təcrid edilmədən nail olunmasının mümkün olubolmamasını qiymətləndirməlidir. Şərti məhkum etmə institutunun mahiyyəti təqsirkarın şəxsiyyəti, cinayətin törədilmə şəraiti, cinayətdən sonrakı davranışı, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun islahının real azadlıqdan məhrum etmə cəzası çəkilmədən mümkünlüyünün müəyyən edilməsindən ibarətdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə münasibətlərinin sonradan davam etməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, habelə apellyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxsin şəxsən məhkum edilmiş şəxsin azadlığa buraxılmasını israrla xahiş etməsi onun cəmiyyətə münasibətdə təhlükəli şəxs kimi qəbul edilmədiyini və islahının cəmiyyətdən təcrid edilmədən mümkünlüyünün qiymətləndirilməsini zəruri edən mühüm hallardır. Bununla yanaşı, zərərçəkmiş şəxsin yaşına görə cinayət-hüquqi müdafiənin xüsusi əhəmiyyət daşıması nəzərə alınmaqla, tərəflər arasında münasibətlərin davam etməsi, toy mərasiminin keçirilməsi və sonradan birgə yaşayış kimi hallar əməlin cinayət xarakterini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Həmin hallar yalnız cəzanın fərdiləşdirilməsi, məhkumun şəxsiyyəti, sosial və ailə əlaqələri, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin mövqeyi, habelə real azadlıqdan məhrum etmə cəzasının tətbiqinə zərurət olub-olmaması məsələsi çərçivəsində nəzərə alına bilər. Bu baxımdan apellyasiya instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs məhkum edilmiş şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirərək onun azadlığa buraxılmasını xahiş etməsi, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-anası şahid2 da eyni mövqedən çıxış etməsi cəzanın fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan hallar kimi qiymətləndirilməlidir. Hazırkı işin materiallarından görünür ki, hadisə üzrə zor tətbiqi, hədə-qorxu və ya məcburetmə halları müəyyən edilməmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs həm birinci instansiya məhkəməsində verdiyi ifadəsində, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmiş, apellyasiya instansiyası məhkəməsində isə onun azadlığa buraxılmasını açıq şəkildə xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi şahid2 da apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirərək onun azadlığa buraxılmasını xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, zərərçəkmiş şəxslə məhkum arasında münasibətlər davam etmiş, tərəflər arasında ailə münasibətləri formalaşmış və birgə yaşayış olmuşdur. Bu hallar təqsirliliyi və əməlin tövsifini dəyişməsə də, cəzanın fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cəzanın məqsədi yalnız törədilmiş əmələ görə cəzalandırma deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır. Konkret iş üzrə həmin məqsədlərə azadlıqdan məhrum etmə cəzasının real icrası olmadan, sınaq müddəti və probasiya nəzarəti vasitəsilə nail olmaq mümkündürsə, CM-in 70-ci maddəsinin tətbiqi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının real icrası məhkumun islah olunması baxımından mütləq zəruri görünmür. Məhkumun əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, apellyasiya baxışında həm zərərçəkmiş şəxsin, həm də onun qanuni nümayəndəsinin məhkumun azadlığa buraxılmasını xahiş etməsi, tərəflər arasında münasibətlərin davam etməsi, habelə məhkumun davranışına probasiya nəzarəti qaydasında nəzarətin mümkünlüyü cəzanın məqsədlərinə cəmiyyətdən təcrid edilmədən nail olunmasına imkan verən hallar kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş konkret hallar və cəzanın fərdiləşdirilməsi prinsipi birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcuddur. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi həm cəzanın məqsədlərinə, həm də cinayət qanununun humanizm və ədalət prinsiplərinə uyğun nəticədir. Birinci instansiya məhkəməsi təqsirlilik, hüquqi tövsif və cəzanın növü üzrə sanksiya həddində nəticəyə gəlsə də, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya baxışı zamanı təqdim edilən və məhkəmədə təsdiqini tapan hallar CM-in 70-ci maddəsinin tətbiqi məsələsinə ayrıca qiymət verilməsini tələb edir. Xüsusilə də apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirərək israrla onun azadlığa buraxılmasını xahiş etmələri cəzanın fərdiləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilməlidir. Bu hallar Təqsirləndirilən şəxs islahının real cəzaçəkmə olmadan da mümkünlüyü barədə məhkəmə kollegiyasının qənaətini gücləndirir. Bu baxımdan hökmün məhkumun təqsirliliyi və əməlin tövsifi hissəsi əsaslı saxlanılmalı, lakin təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının real icrası ilə bağlı hissə dəyişdirilərək cəza şərti hesab edilməlidir. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, məhkəmə tərəfindən təyin edilmiş 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası özlüyündə qanuni hədd daxilində olsa da, işin konkret halları, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin apellyasiya instansiyası məhkəməsində ifadə etdikləri israrlı mövqe, zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması və probasiya nəzarətinin mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzasını real çəkmədən də islah olunması mümkün hesab edilməlidir. CM-in 70.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsində sadalanan meyarlar hazırkı iş üzrə formal deyil, məzmun etibarilə qiymətləndirildikdə belə nəticə yaranır ki, törədilmiş cinayətin xarakteri ictimai təhlükəli olsa da, cinayətin konkret başvermə şəraiti, məhkumun əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş tərəflə barışıq və probasiya nəzarətinin tətbiq imkanları real azadlıqdan məhrum etmə cəzasının yeganə islah vasitəsi olmadığını göstərir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlıqdan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlıqdan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. CM-in 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real icra edilməli yeganə vasitə hesab etmədikdə, məhkumun islahının sınaq müddəti ərzində nəzarət və üzərinə qoyulan vəzifələr vasitəsilə təmin edilə biləcəyini müəyyən edərək cəzanı şərti hesab edə bilər. Hazırkı işdə həmin institutun tətbiqi cinayət məsuliyyətinin məqsədləri ilə ziddiyyət təşkil etmir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə məhkumun islahının real cəzaçəkmə olmadan da mümkünlüyü kifayət qədər əsaslandırıldığından Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməlidir. Bu səbəbdən ona qəti olaraq müəyyən edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddəti təyin olunmalı və məhkumun davranışına nəzarətin təmin edilməsi üçün üzərinə CM-in 70.5-ci maddəsində nəzərdə tutulan müvafiq vəzifələr qoyulmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkumun sosial əlaqələrinin qorunması, zərərçəkmiş tərəflə barışıq, cəzanı yüngülləşdirən hallar və probasiya nəzarəti şəraitində real azadlıqdan məhrum etmə cəzasının icrasına zərurət olmadan da cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə halda şərti məhkum etmə qanunilik, ədalətlilik və cəzanın fərdiləşdirilməsi prinsipləri baxımından əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397, 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad edilsin. Qərarın həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-411/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-411/2026
12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver