Məhkəmə qərarları › İş №1(3-9)-413/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-413/2026

14.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-413/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ##.##.1988-ci ildə Sabirabad şəhərində anadanolmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Sabirabad şəhəri H.Aslanov İdiçəsi * saylı evdə qeydiyyatda olmaqla Sabirabad şəhəri Q.Nəbi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə ## ###### 2025-ci il tarixdə, saat 17:16 dəqiqədə Sabirabad şəhəri, H.Aslanov küçəsində yol kənarında otlayan zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində 10 yaşında, təxminən 200 kq diri çəkidə bir baş inəyi və zərərçəkmiş şəxs1 İnqlab oğluna məxsus 2100 manat dəyərində 5 yaşında, təxminən 250 kq diri çəkidə bir baş inəyi oğurlayıb Ağcabədi rayonuna aparıb satmaqla zərərçəkmiş zərərçəkmiş şəxs2 1300 manat məbləğində, zərərçəkmiş şəxs1 isə 2100 manat məbləğində maddi ziyan vuraraq, vahid niyyətlə əhatə olunan qəsdlə adları qeyd olunan zərərçəkmiş şəxslərin ümumilikdə 3400 manat məbləğində əmlakını gizli olaraq talamışdır. Məhkəmənin ittiham hökmü ilə (hakim X2) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmış və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş cəza müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, maddi sübutla bağlı məsələ həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: “Konstitusiya və Suverenlik ili” münasibəti ilə qəbul edilmiş Amnistiya Aktının 2.11 və 2.12ci bəndlərinin tələblərinə əsasən məhkum olunduğu 177.1-ci maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Amnistiya Qərarının 2.11-ci bəndi bu kateqoriyalı şəxslərin azad olunmasını birbaşa nəzərdə tutur. Eyni zamanda, Qərarın 2.12-ci bəndinə əsasən, az ağır cinayət törətmiş və himayəsində azyaşlı övladı olan şəxslər cəzadan azad edilməlidir. Onun himayəsində 3 (üç) azyaşlı qız övladı vardır. Qanunun bu tələbi imperativdir və ona şamil olunmalı idi. İş materiallarından göründüyü kimi, o, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 dəymiş 3400 manat maddi ziyanı istintaq dövründə tamamilə ödəmişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasında ifadə verərək bildirmişlər ki, "Təqsirləndirilən şəxs ilə barışmışlar, maddi ziyan tam ödənilib, ona qarşı şikayətləri yoxdur. Məhkəmə zərərçəkmişlərin bu qanuni xahişini əsassız olaraq nəzərə almamışdır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsi, törətdiyi əmələ "Amnistiya elan edilməsi haqqında" Qərarın 2.11 və 2.12-ci bəndləri tətbiq edilməsi və onun cəzadan tam azad edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünü dəyişdirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs "Amnistiya elan edilməsi haqqında" Qərarın 2.11 və 2.12-ci bəndləri tətbiq edilməsi və onun cəzadan tam azad edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasəna gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə apellyasiya şikayətinə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Təqsirləndirilən şəxs iddia edir ki, o, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının tətbiqi dairəsinə düşür. Bununla bağlı kollegiya qeyd edir ki, işin hallarına əsasən Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndində qeyd edilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 7-ci bəndində amnistiyanın tətbiqinə məhdudiyyət qoyulan Cinayət Məcəlləsinin müvafiq maddələri arasında həmin Məcəllənin 177.1-ci maddəsi də öz əksini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs iddiasına əsasən, amnistiya aktı o halda onun barəsində tətbiq oluna bilərdi ki, onun ittiham olunduğu maddə amnistiyanın məhdudiyyət dairəsinə düşməsin. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları araşdırılmış, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, hüquqi mövqeyində qeyd etdiyi hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar