Məhkəmə qərarları › İş №1(3-9)-422/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-422/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-422/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi) ilə ##.##.1965-ci ildə Yardımlı rayonu Zenqaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Zenqaran kəndində qeydiyyatda olmaqla orada yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 1.000(min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, cəzasının icrasının onun yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinməsi və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından ona bəraət verilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin maddi sübutun taleyi həll edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, ##.##.2025-ci il tarixdə «Azad Söz» media resursuna verdiyi video müsahibəni «YouTobe» video paylaşım platformasında, eləcə də «Facebook» sosial şəbəkəsində yayınlanmış, qeyd olunan video müsahibədə İsmayılova Mehriyə Ələkbər qızının mərhum əri, Yardımlı rayon Polis Şöbəsinin rəis müavini olmuş İsmayılov Ramiz Rasim oğlunun şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar verməklə ağır cinayətlərdə ittiham etməklə onlara böhtan atmışdır. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından ona AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsini xahiş etmişdir. Hökmdən, həmçinin xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 da apellyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinməməsi hissəsində və CM-nin 147.1-ci maddəsi ilə təyin edilmiş cəza hissəsində dəyişdirilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinməsinə, həmçinin onun barəsində maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin apellyasiya icraatı zamanı xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 məhkəməyə ## ###### 2026-cı il tarixli ərizə ünvanlayaraq, apellyasiya şikayətini geri götürdüklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə ## ###### 2026-cı il tarixli ərizə ünvanlayaraq, apellyasiya şikayətini geri götürdüyünü, hökmdən razı olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını, habelə təqsirləndirilən şəxsin və xüsusi ittihamçının nümayəndəsinin verilmiş apellyasiya şikayətindən imtina etməsi barədə ərizələrini araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsində qeyd edilmişdir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Kollegiya təqsirləndirilən şəxsin və xüsusi ittihamçının nümayəndəsinin apellyasiya şikayətlərindən imtinasını qəbul edərək qeyd edir ki, şikayətdən imtina onların iradəsini ifadə edir. İmtinanın doğurduğu nəticələr onlara aydındır, habelə üçüncü şəxslərin hüquqlarını və mənafelərini pozmur. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və xüsusi ittihamçının nümayəndəsinin apellyasiya şikayətlərindən imtina etməsini qəbul edir və hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yardımlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittihamçı İsmayılova Mehriyə Ələkbər qızının nümayəndəsi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Aytən Novruzova Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar