Məhkəmə qərarları › İş №1(3-9)-423/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-423/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-423/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X5, Zərərkçəkmiş şəxsin nümayəndəsi (vəkil) X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Vəsilə Əliyevə) ## ####### 1955-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, cavabdeh kimi ondan Salyan Rayon Məhkəməsinin 2(057)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 65600 (altmış beş min altı yüz) manat və mənəvi ziyana görə 5000 (beş min) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275,35 (iki yüz yetmiş beş manat otuz beş qəpik) manat alınıb Zərərçəkmiş şəxs verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat cərimə tənbehi ilə tənbeh edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona ## ##### 2024-cü il tarixdə və ## ######## 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 70875,35 (yetmiş min səkkiz yüz yetmiş beş manat otuz beş qəpik) məbləğində pul vəsaitini ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, nə ibtidai istintaq zamanı nə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi Salyan rayon Polis şöbəsinin müstəntiqi, Nahid Abbaslının ********* saylı cinayət işi üzrə ## ###### 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən qəbul edilmişdir. Qeyd edilən qərar Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı ilə ləğv edilmişdir. Daha sonra isə Salyan rayon Polis şöbəsinin müstəntiqi Samir Eynullazadənin ## ##### 2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmiş və qeyd edilən qərarda Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarına əsasən ləğv edilmişdir. Bundan əlavə məhkəmə qətnaməsi icraya yönəldilən zaman artıq təqaüdçü olduğunu və onun aldığı əmək pensiyasından başqa gəlirinin olmadığını bildirmişdir. Qətnamə icraya yönələn andan bu günə kimi onun əmək pensiyasının 50 faizi icra vərəqəsinə əsasən tutulur. Belə olan halda maraqlıdır ki, necə olur ki, ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən ittiham verilir? Onun əmək pensiyasından başqa gəliri yoxdur və heç bir işdə işləmir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1 (***)-***/**** saylı hökmünü ləğv edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək təqsirləndirilən şəxsin qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə ittiham hökmüçıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu Həsənli kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Qeyd olunan məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsindən narazıdır və hesab edir ki həmin hissəsdə məhkəmə hökmü dəyişdirilməli və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət qanunun sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməlidir. Belə ki, məhkəmə heç bir maddi və prosesual hüquq normaların tələblərinə uyğun olmayan şəkildə təqsirləndirilən şəxsə çox yüngül cəza təyin edərəkə cəzanən təyin edilməsi hissəsində çox ədalətsiz hökm çıxarmışdır. Hazırkı cinayət işi üzrə ittihamın mahiyyətindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 65600 (altmış beş min altı yüz) manat və mənəvi ziyana görə 5000 (beş min) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275,35 (iki yüz yetmiş beş manat otuz beş qəpik) manat alınıb Zərərçəkmiş şəxs verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat cərimə tənbehi ilə tənbeh edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona ## ##### 2024cü il tarixdə və ## ######## 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 70875,35 (yetmiş min səkkiz yüz yetmiş beş manat otuz beş qəpik) məbləğində pul vəsaitini ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməsi mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu ifadəsində göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Təqsirləndirilən şəxs 65600 (altmış beş min altı yüz) manat və mənəvi ziyana görə 5000 (beş min) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275,35 (iki yüz yetmiş beş manat otuz beş qəpik) manat, cəmi 70875,35 (yetmiş min səkkiz yüz yetmiş beş manat otuz beş qəpik) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün ## ###### 2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra sənədində göstərilən tələbin könüllü qaydada icrasının təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixli bildiriş göndərilmiş lakin o, icra sənədində göstərilən tələbi könüllü qaydada icra etməmişdir. “Elektron İcra” informasiya sistemindən alınmış çıxarışa əsasən borclu Təqsirləndirilən şəxs məxsus pensiyadan və fərdi yaşayış evindən başqa əmlak və gəlir müəyyən olunmamışdır. Borclu Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış, ona bir daha surətinə imza etdirməklə iş üzrə tərtib edilmiş qərar və bildiriş təqdim edilmiş, icra sənədində göstərilən tələbi icra etməsi ondan tələb olunmuş, xəbərdarlıq təqdim edilməklə ona verilmiş müddət ərzində tələbi təmin etmədiyi halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olununaraq məhkəməyə veriləcəyi ona izah olunmuşdur. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə ## ###### 2023-cü il tarixdə məhkəməyə təqdimat verilmişdir. Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi təmin etmədiyinə görə ## ###### 2023-cü il tarixdə yenidən şöbəyə dəvət edilmiş, onun izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqinda protokol tərtib olunaraq məhkəməyə müraciət edilmiş, Salyan rayon məhkəmənin ## ###### 2023-cü il tarixli, *(***)- ****/**** saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarına əsasən Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati tənbeh tədbirindən sonra yenə də məhkəmə qərarında göstərilən tələbi təmin etməmişdir. Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün yenidən vaxt verilməklə ## ##### 2024-cü il tarixdə xəbərdarlıq göndərilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi təmin etmədiyinə görə ## ##### 2024-cü il tarixdə yenidən şöbəyə dəvət edilmiş, izahatı alınmış və ona cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat veriləcəyi izah edilmişdir. Borclunun qeydiyyatda olduğu ünvanda ## ##### 2024-cü il tarixdə borclunun yaşamaması və tələbin yönəldilə biləcək əmlakın olmaması barədə müvafiq akt tərtib edilmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödəməmiş, borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru şahid1 şahid İsmayılov Coşqun Əhəd oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Salyan Rayon Məhkəməsi təqsirləndirilən şəxsi ona elan edilmiş ittiham üzrə təqsirli bilsə də, ona heç bir qanuni əsas olmadan ədalətsiz olaraq çox yüngül cəza təyin etmişdir. Qeyd oluna məhkəmə hökmündə göstərilir ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyələnirən heç bir hal olmadığına, habelə cəzanı yüngülləşdirən halların olmadığına, zərərçəkmiş şəxsə ödənilməli olna pul vəsaitinin ödənilmədiyinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməldən peşman olmadığına, özün təqsirli bilmədiyinə və dövlərin adından çıxarılmış və hazıra qüvvədə olan məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmasına baxmayaraq məhkəmə tam əsassız və qanunsuz olaraq təqsirləndirlən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsi hissəsində qanunsuz və əsassız hesab edilərək həmin hissədə dəyişdirilməli və təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək təqsirləndirilən şəxsin qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə ittiham hökmüçıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X21 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətlərinin təmin olunmasını və Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında zərərkçəkmiş şəxsin nümayəndəsi (vəkil) müdafiəçi3 Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin apellyasiya şikayətinin təmin olunmamasını, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında dövlət ittihamçısı X5 Təqsirləndirilən şəxs tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə birinci instansiya məhkəməsində dövlət ittihamçısının çıxışına uyğun hissədə təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, zərərçəkmiş tərəf apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün cəza ilə bağlı hissəsini mübahisələndirmişdir. Müdafiə tərəfi isə işin faktiki hallarını mübahisələndirmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, ## ###### 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərar habelə işdə оlаn digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin faktiki hallarına əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olubolmaması məsələsini araşdıraraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən “təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə almış, nəticədə onu CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin edilmişdir. Belə ki, iş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Coşqun İsmayılov tərəfindən tərtib edilmiş, şöbə rəisi Şükür Orucov tərəfindən razılaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisi Vidadi Məmmədov tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini Miri Bağırova ünvanlanmış ## ######## 2024-cü il tarixli təqdimatdan görünür ki, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilmişdir. Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Salyan Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 65600 manat və mənəvi ziyana görə 5000 manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275.35 manat pul vəsaitinin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən qəbul edilmiş ## ###### 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış ## ###### 2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi ## ###### 2023-cü il tarixli izahatının surətindən görünür ki, o, barəsində olan məhkəmə qərarını icra etməkdən boyun qaçırmadığını, lakin məhkəmə qərarı ilə razı olmadığını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.9312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X7 adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 2,5158 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X7 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi ## ###### 2023cü il tarixli izahatının surətindən görünür ki, o, icra sənədinin mövcudluğundan xəbərdar olduğunu bildirmiş, maddi imkanının olmaması səbəbindən borcu ödəmədiyini, həmin tarixədək hər hansı ödəniş etmədiyini bildirmiş, gələcəkdə borcu hissə-hissə ödəyəcəyini, həmçinin adına hər hansı daşınar və ya daşınmaz əmlakın, qiymətli kağızın və ya əmanətin olmadığını qeyd etmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimat təmin edilmiş, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qərarından görünür ki, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış ## ##### 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmiş, əks halda barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair aidiyyəti üzrə təqdimatla müraciət olunacağı bildirilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Həsənli kəndində yaşayır və hazırda heç yerdə işləmir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış ## ##### 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmiş, əks halda barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair aidiyyəti üzrə təqdimatla müraciət olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi ## ##### 2024-cü il tarixli izahatının surətindən görünür ki, o, Zərərçəkmiş şəxs borcu ödəməməsinin səbəbi kimi ona borcunun olmamasını, borcun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərmədiyini, borcunu heç vaxt ödəməyəcəyi, CM-in 306.1-ci maddəsinin tələbləri baxımından məsuliyyətinin ona aydın olduğu, lakin yenə də borcunu ödəməyəcəyini bildirmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış ## ######## 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmiş, əks halda barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair aidiyyəti üzrə təqdimatla müraciət olunacağı bildirilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış ## ######## 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmiş, əks halda barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair aidiyyəti üzrə təqdimatla müraciət olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi ## ######## 2024cü il tarixli izahatının surətindən görünür ki, o, Salyan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə 70.875,35 manat məbləğində pul vəsaitinin ondan tutulmalı olduğunu bildiyini, qətnamə və icra sənədini şəxsən qəbul etdiyini, qətnamədən apellyasiya və kassasiya qaydasında şikayət verdiyini, lakin şikayətlərinin təmin edilmədiyini qeyd etmişdir. Həmçinin izahatında heç bir məbləğdə ödəniş etmədiyini, işləmədiyini, yalnız pensiya aldığını və pensiyasının 50 faizindən borcun ödənilməsi üçün tutulmalar aparıldığını bildirmişdir. Bundan başqa, mülkiyyətində yalnız yaşayış evinin olduğunu, həmin evin bankda girovda saxlanıldığını, digər əmlakının, qiymətli kağızının və əmanətinin olmadığını göstərmişdir. Eyni zamanda, icra orqanının təqdim etdiyi məlumata əsasən istifadəsində göstərilən 3,53 hektar torpaq sahəsinin ona məxsus olmadığını, həmin torpaq sahəsini 2000-ci ildə satdığını, hazırda həmin torpaqdan istifadə etmədiyini və torpaq sahəsinin yaxın qohumuna məxsus olduğunu bildirmişdir. O, məhkəmə qərarının icrasından qəsdən yayınmadığını, qərarın icra edilməməsini maddi imkansızlığı ilə əlaqələndirmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Şükür Orucov tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli arayışdan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi və qətnamə üzrə verilmiş ##.##.2023- cü il tarixli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs borcundan heç bir məbləğdə pul ödəməmişdir. Şirvan-X22 filialı tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanmış ## ####### 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı icra şöbəsinin müraciətinə baxılmışdır. Məktubda göstərilmişdir ki, şəxsin münasib işlə təmin olunması üçün əvvəlcə işaxtaran və ya işsiz kimi qeydiyyata alınması tələb olunur. Lakin Təqsirləndirilən şəxs Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyatda olmaması səbəbindən onun münasib işlə təmin edilməsi istiqamətində tədbirlərin görülməsi mümkün olmamışdır. Eyni zamanda, Agentliyin əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq işaxtaran kimi qeydiyyatdan keçməsi və məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq qaydada müraciət etməsinin tövsiyə edildiyi qeyd olunmuşdur. Salyan rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ## #### 2024cü il tarixli məktubdan görünür ki, Həsənli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ərazi dairəsi üzrə icarəsində torpaq sahəsi yoxdur. Lakin istifadəsində 3.53 ha əkin və 0.26 ha həyətyanı torpaq sahəsi vardır. Salyan rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubdan görünür ki, Salyan rayon Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs O.Dünyamalıyev adına kolxozda baş mühasib, Yenikənd poçt şöbəsinin müdiri işləmiş, halhazırda pensiyaçıdır. Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş ## ###### 2025-ci il tarixli, *- **-**/*-*****/**** saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisindən daxil olmuş ## ###### 2025-ci il tarixli, *** saylı məktuba əlavə edilmiş bağışlama müqavilələrindən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə mülkiyyətində olan ünvan 2ndə yerləşən 2,5158 ha və 0.9312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini X7 bağışlamışdır. Həmin məktuba əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.9312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 2,5158 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə İmanova Ofelya Fazil qızı ## ####### 1977-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. Həmin məktuba əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## ### 1983-cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X9r. Həmin məktuba əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X10 ## ######## 2012-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. Həmin məktuba əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ## ######## 2014-cü ildə anadan olmuş, atası X3, anası X6r. Salyan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, R X15 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi” haqqında ## ###### 2022- ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 75.1.1, 75.1.2 və Azərbaycan Respublikası CPMin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində 2022-ci il #####in ##-də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinə dair qərar qüvvədən düşmüş hesab edilməsi, cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın surətlərinin maraqlı şəxslərə göndərilməsi və zərərçəkmiş şəxs X4 pul tələbi ilə bağlı olaraq mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə şikayət etmək hüququnun olması barədə məlumat verilməsi, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “şəxsin məcburi gətirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat müstəntiq Elşən Tağıyev tərəfindən Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi, R X11 tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. ## ######## 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. ## ######## 2025-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışı haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və tutularaq Bakı şəhəri Yasamal RPİnin X19 təhvil verilməsi qərara alınmışdır. ## ######## 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat müstəntiq Rafail Səfərov tərəfindən Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ## ######## 2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 17:00-da Salyan rayonu Yenikənd kəndində saxlanılaraq Salyan RPŞ-ə gətirilmiş və Bakı şəhəri Yasamal RPİ-nin X19 təhvil verilməsi məqsədilə müvafiq sənədləşmə aparılmışdır. ## ######## 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. ## ######## 2025-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, DİN-in Bakı şəhəri Yasamal RPİ-nin X28 azad edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Şükür Orucov tərəfindən Ədliyyə Nazirliyi İstintaq İdarəsinə ünvanlanmış ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi və qətnamə üzrə verilmiş ##.##.2023-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs pensiyasından 1929.97 manat məbləğində pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülməsi təmin edilmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə dair təqdimat verilənədək pensiyasından tutulma həyata keçirilməmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin axtarışı haqqında” ## ####### 2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və tutularaq Bakı şəhəri Yasamal RPİ-nin X19 təhvil verilməsi qərara alınmışdır. ## ####### 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat müstəntiq Rafail Səfərov tərəfindən Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ## ###### 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. ## ###### 2025-ci il tarixli «qətimkan tədbiri seçmək haqqında» qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Salyan rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, R X15 tərəfindən qəbul edilmiş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi” qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Salyan rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, R X15 tərəfindən qəbul edilmiş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi” qərarından Təqsirləndirilən şəxs tərəfindən şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmiş, şikayət etibarsız hesab edilərək geri qaytarılmışdır. ## ###### 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayıt işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilərək qiymətləndirilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli sübut növü kimi qiymətləndirilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Şükür Orucov tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsi ##.##.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmurunun ##.##.2023cü il tarixli qərarına əsasən icra sənədinin icrasına başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs pensiyasından bu günə kimi 3379.0 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydə alınmamış, onun rəsmi iş yeri müəyyən edilməmiş, ##.##.1955-ci il təvəllüdlü şəxs kimi aylıq 399.09 manat məbləğində pensiya aldığı müəyyən olunmuşdur. Beləliklə yuxarıda qeyd edilən sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsinə, barəsində axtarış elan olunmasına, icra məmuru tərəfindən ona borcunu ödəməsi üçün müddətlər verilməsinə, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, aliment borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Bundan başqa, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir, ona vaxt verilməsinə razı deyil, borcun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 70875.35 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ##.##.2023- cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXMnın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə 500,00 manat miqdarında inzibatı cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla ##.##.2024, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ##.##.2024-cü il tarixədək borcunu ödəməyərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, tələb borclunun pensiyasına yönəldilməklə cəmi 3379.0 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. Lakin bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin borclunun pensiyasına yönəldilməklə müəyyən məbləğlərin tutulması özlüyündə məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırma halını istisna etmir. Belə ki, iş materiallarından görünür ki, qətnamə icra olunması üçün icra məmurunun icraatına qəbul edildikdən sonra borclu özünə məxsus olan və üzərinə tələbin yönəldilə biləcəyi daşınmaz əmlaklarını bağışlama müqaviləsi əsasında öz nəvəsinə bağışlamış, nəticədə qətnamənin tam və vaxtında icrası əhəmiyyətli dərəcədə çətinləşmiş, nəticədə tələbin yalnız borclunun pensiyasına yönəldilməsi mümkün olmuşdur. Pensiyadan aparılan tutulmalar isə yalnız icra sənədinin icrasını qismən təmin etmiş, lakin borclunun üzərinə düşən öhdəliyin tam həcmdə yerinə yetirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təmin olunmasına şərait yaratmaq əvəzinə, borclunun icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakı özgəninkiləşdirməsi onun məhkəmə aktının icrasından qəsdən yayınmağa yönəlmiş davranışı kimi qiymətləndirilməlidir. Buna görə də, pensiyadan müəyyən məbləğlərin tutulmasının mövcudluğu məhkəmə qərarının icrasından qəsdən boyun qaçırma əlamətlərinin mövcudluğunu aradan qaldıran hal kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkarın şəxsiyyətini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, nəticə etibarilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək əvəzinə, hazırda da həmin qətnaməni mahiyyəti üzrə mübahisələndirir. Apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi qətnamənin qəbul olunmasına əsas olmuş istintaqın qərarının ləğv edilməsi də, birmənalı olaraq qətnamənin ləğvi kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin “təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə almışdır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza daha ciddi cəza növü ilə əvəz edilməklə dəyişdirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü cəza hissəsində dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına təhvil verilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına təhvil verilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar