Məhkəmə qərarları › İş №1(3-9)-426/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-426/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-426/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə MÜƏYYƏN ETDI: Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim E.Ə.Əmirəliyev) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin qeyd olunan qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Xüsusi ittihamçı daha sonra qeyd etdi ki, apellyasiya şikayətindən imtina etməsinin nəticələri ona aydındır, bilir ki, imtinadan sonra bir daha apellyasiya şikayəti vermək imkanı olmayacaq. Buna baxmayaraq, o, apellyasiya şikayətindən imtina edir. Apellyasiya məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətindən imtinanın qəbul olunaraq apellyasiya şikayətinə baxılmasına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialı və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin apellyasiya şikayətini geri götürməsi barədə ərizəsini araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.10-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. CPM-in 396-cı maddəsində qeyd edilmişdir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Kollegiya xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin apellyasiya şikayətindən imtinasını qəbul edərək qeyd edir ki, şikayətdən imtina onun iradəsini ifadə edir. Imtinanın doğurduğu nəticələr ona aydındır, habelə üçüncü şəxslərin hüquqlarını və mənafelərini pozmur. Belə olan halda məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətindən imtina etməsini qəbul edir və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından verilmiş həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-in 390, 391, 396, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar