Məhkəmə qərarları › İş №1(3-9)-427/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-427/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-427/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X10 Müdafiəsi üzrə Idarəsinin şöbə prokuroru X1, Məhkum təqsirləndirilən şəxs1, X4 iştirakları ilə MÜƏYYƏN ETDI: Həmin hökmlə, eyni zamanda, təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi X3 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmiş, həmin şikayətlərə apellyasiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 da barəsində olan hökmdən apellyasiya şikayəti vermiş, eyni zamanda Imişli Rayon Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi U.M.Əhmədova və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri hərəkətsiz saxlanılmış və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətinə baxılması üçün cinayət işinin materialları Imişli Rayon Məhkəməsinə qaytarılmışdır. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı ilə məhkum təqsirləndirilən şəxs1 hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərarla razılaşmayan məhkum təqsirləndirilən şəxs1 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş və şikayətində müddəti ötürməsini uzun müddət xəstə anasının müayinə və müalicələrinə başının qarışması ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından apellyasiya şikayəti verilməsi müddəti hökmün və ya qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun apellyasiya şikayəti verilməsi müddətini hökm və ya qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün və ya qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Iş materiallarından görünür ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü elan olunarkən təqsirləndirilən şəxs1 müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Işdə olan göndərişlərin izlənməsindən görünür ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün surəti ##.##.2026-cı il tarixdə yaşadığı ünvanda məhkum təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. təqsirləndirilən şəxs1 həbslə bağlı olmayan cəza verildiyindən qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük müddət ona münasibətdə hökmün elan olunduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanır. Məhkum təqsirləndirilən şəxs1 isə apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatəti ##.##.2026-cı il tarixdə vermişdir. Beləliklə, müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, 2 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayətində uzun müddət xəstə anasının müayinə və müalicələrinə başının qarışması ilə bağlı hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə istinad etsə də, iş materiallarında həmin hallar ilə bağlı hər hansı bir sübut mövcud deyil. Bu da onun apellyasiya şikayəti vermə müddətini üzrsüz səbəbdən ötürdüyünü göstərir. Ona görə də kollegiya məhkum təqsirləndirilən şəxs1 bu dəlili ilə razılaşmağı mümkün saymır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar