Məhkəmə qərarları › İş №1(3-9)-428/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-428/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-428/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) ilə ## #### 1994-cü il ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203, mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamış, barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin qanunsuz satışını təşkil edən digər şəxslə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satışının təşkili barədə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa əsasən cinayətkar qrupun üzvü tərəfindən bir ədəd kisədə 19665 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də yolun hərəkət hissəsinin kənarında kolluq ərazidə gizlədilməklə narkotik vasitənin qoyulduğu yerdə fotoşəkili və həmin yerin məkan göstəriciləri (konumu) cinayətkar qrupun üzvünün istifadəsində olan +989927974251 telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050- 701-72-72 telefon nömrəsinə göndərildikdən sonra idarə etdiyi “Mitsubishi Pajero” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ## #### 2026-cı il tarixdə saat 13:40 radələrində Lerik rayonu ərazisində həmin yerə gedərək bir ədəd kisədə olan narkotik vasitəni götürərək avtomobilə qoyaraq ümumi cinayətkar niyyətlə əldə edib cinayətkar qrupun üzvünün dediyi yerə aparmaq üçün hərəkətdə olarkən onun cinayət əməli barədə məlumat almış Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ## #### 2026-cı il tarixdə saat 14:00 radələrində Lerik rayonunun Piran kəndi ərazisində avtomaşını saxlamasını tələb etsələr də, Təqsirləndirilən şəxs avtomobili saxlamayaraq polis işçilərindən yayınmağa çalışmış, lakin polis işçiləri tərəfindən təqib edilməklə idarə etdiyi avtomobilin təkərinə atəş açılmış, nəticədə Lənkəran rayonu ərazisində Lənkəran-Lerik avtomobil yolunun 12-ci km-də saxlanılaraq avtomobilinə baxış keçirilən zaman avtomobilin salonundakı bir ədəd kisənin içərisində 19 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1040,0 qr, -1030,0 qr, -1055,0 qr, -1025,0 qr, -1000,0 qr, -1045,0 qr, -1000,0 qr, -1065,0 qr, -1050,0 qr, -1030,0 qr, -1045,0 qr, -1000,0 qr, -1000,0 qr, -995,0 qr, -1030,0 qr, -990,0 qr, - 1035,0 qr, -965,0 qr, -1265,0 qram-ümumi təmiz çəkisi 19665 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb qablaşdırılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası həddində aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Göründüyü kimi İ instansiya məhkəməsi də istintaq orqanının gəldiyi nəticə ilə tam kifayətlənməklə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla təqsirli bilərək ədalətsiz hökm çıxarmışdır. Belə ki, İ instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamlarla deyil, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamlarda göstərilən miqdarda deyil, 8 kq miqdarında narkotik vasitəni götürmək üçün Lerik rayonuna getmiş, eyni zamanda həmin narkotik vasitə ilə hər hansı bir şəxslə əlaqə qurmamış, habelə satış məqsədilə deyil, yalnız öz istifadəsi məqsədilə narkotik vasitə əldə etmək üçün Lerik rayonuna getməmişdir. Narkotik vasitənin satışı ilə bağlı hər hansı şəxslə qabaqcadan əlaqə yaratmamış və ya razılaşmamışdır, ittihamda göstərilənlər tamamilə əsassızdır. Təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla tekzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamların əsassızlığı, eləcə də şübhəli olması məhkəmə təsdiq olunmuşdur. Müdafiə tərəfi hesab edir ki, işə baxan məhkəmə əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxsi işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq ağır maddə ilə məhkum etmişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda göstərilənlərlə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar İ instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamış və həmin ittihamlar heç bir mötəbər sübuta istinad olunmadan "təsdiq olunmuşdur.” «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Həmin maddənin 3- cü hissəsinin «Ç» altbəndinə əsasən hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Məhkəmə baş verən hadisənin «düyün nöqtəsinə» aydınlıq gətirə biləcək şəxsi dindirməkdən imtina etməklə, vəziyyəti elə şübhəli olaraq saxladı. Halbuki şübhələrə son qoymaqla əlaqədar məhkəməyə mane olan bir hal yox idi. Məhkəmə nəzərə almalı idi ki, ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququnun demokratik cəmiyyətdə tutduğu yeri nəzərə alaraq, müdafiə hüququnu məhdudlaşdıran istənilən tədbir və qərar yalnız zərurətdən irəli gəlməlidir. Konvensiyanın istinad olunan 6-cı maddəsi tələb edir ki, təqdim edilmiş aqrument və ya verilmiş vəsatət işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin aqrument və ya vəsatətlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Əsaslandırma isə yoxdur. Qəbul edilmiş hökmdə isə yalnız istintaqın hazırki iş üzrə gəldiyi qərəzli nəticə bir daha eynilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasına dair kifayət qədər əsaslı şübhələr vardır və məhkəmə təqsirsizlik prezumpsiyasına zidd olaraq hökm çıxarmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ona istinad edilən əməllərə münasibətdə tamamilə təqsirsizdir və hətta o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin III hissəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək ittiham tərəfinin üzərinə düşür. Hazırkı halda istintaq orqanı tərəfindən sübut hesab olunaraq məhkəməyə təqdim edilmiş iş materiallarında olan sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsə münasibətdə mötəbər sübut hesab oluna bilməz. Hesab edir ki, ittiham tərəfindən toplanmış və məhkəməyə təqdim olunmuş materiallar təqsirləndirilən şəxsə münasibətdə tamamilə şübhəlidir. Təqsirsizlik prezumpsiyasım nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, atasının rəhmətə getdiyini, anasının tək qaldığını göstərib, apellyasiya şikayətinin təmin edilməsini və ona köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirsə də, təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı özünü təqsirli bildiyini göstərib, əsasən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-nin 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - CM-nin 234.4.1-ci maddəsinin; -külli miqdarda törədildikdə - CM-nin 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid şahid3 ifadəsi, ## #### 2026-cı il tarixli baxış keçirilməsi barədə protokol və həmin vaxt aparılmış videoçəkiliş, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, məhkəmə-bioloji ekspertinin ## #### 2026-cı il tarixli, **/*** saylı rəyi, məhkəmə-narkloji ekspertizasının ## #### 2026-cı il tarixli, *** saylı rəyi, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə Bakı şəhərində yaşayır. ## #### 2026-cı il tarixdə “Tiktok” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər şəxslə tanış olmuş, daha sonra həmin şəxs özünü təqdim edərək İran İslam Respublikasının vətəndaşı olmasını, adının Mehdi olmasını ona bildirmişdir. Mehdi “Tiktok” sosial şəbəkəsində əlaqə üçün özünə məxsus +98 992 797 42 51 mobil nömrəsini qeyd etmiş, o da istifadəsində olan *** *** ** ** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Mehdi ilə əlaqə saxlamışdır. Mehdi “Tiktok” sosial şəbəkəsindəki hesabında yerləşdirdiyi elanda narkokuryerliklə məşğul olan adam axtardığı üçün pul qarşılığında Mehdiyə onun üçün narkokuryerlik edə biləcəyini söyləmiş, Mehdi təklifini qəbul etmişdir. ## #### 2026-cı il tarixdə Mehdi onunla “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq Lerik rayonundan narkotik vasitə gətirməsini təklif etmişdir. O, təklifi qəbul edərək mərhum atası Çingiz Qədimovun adına olan “Mitsubishi Pajero” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik rayonuna gəlmişdir. Lənkəran rayonunda olan zaman Mehdi ilə əlaqə saxlamış, Mehdi narkotik vasitənin yerləşdiyi “məkanı” “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə ona göndərmişdir. O, razılaşmalarına görə narkotik vasitənin götürməklə fotoşəklini Mehdiyə göndərdikdən sonra Mehdi 1500 (bir min beş yüz) manat, narkotik vasitəni Bakı şəhərində ünvana çatdırdıqdan sonra isə əlavə olaraq 1500 (bir min beş yüz) manat pulu onun bank kartına göndərməli olmuşdur. O, Lənkəran rayonu ərazisində olarkən Mehdiyə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə canlı “məkan” göndərmiş, Mehdi bir neçə dəqiqədən sonra telefonuna narkotik vasitənin yerləşdiyi “məkanı” və fotoşəkli göndərmişdir. O, təxminən saat 13:40 radələrində göndərilən “məkan”a çatıb avtomobil yolunun kənarında kolluq ərazidə Mehdinin gizlətdiyi narkotik vasitənin olduğu bir ədəd kisəni götürüb avtomobilinin arxa oturacağına qoymuşdur. Mehdi ilə danışığına əsasən kisədə 8 kiloqram narkotik vasitə qurudulmuş marixuana olmalı imiş, lakin götürəndə narkotik vasitənin çox olduğunu hiss etmişdir. Bakı şəhəri istiqamətinə bir neçə dəqiqə hərəkət etdikdən sonra polis əməkdaşları onu saxlatmışlar. Polis işçiləri tərəfindən videoçəkiliş aparılmaqla avtomaşına baxış keçirilərkən salondakı kisədə olan narkotik vasitə bükümlərdə olmaqla aşkar olunmuş və götürülmüşdür. Apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirib, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Lerik Rayon Polis X11 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. ## #### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin tranzit dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün təxirəsalınmaz qaydada keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik avtomobil yolunun 20-ci kilometrliyində Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılmışdır. Avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilərkən arxa oturacağının üzərində 01 ədəd kisədə narkotik vasitə marixuanayabənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özünü iranlı kimi təqdim edən şəxsin tapşırığı ilə Bakı şəhərinə aparmaqla müəyyən yerlərə qoymalı olduğunu və ona bu işin müqabilində 3000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarında olan ## #### 2026-cı il tarixli baxış keçirilməsi barədə protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda oturacağı üzərində qoyulmuş kisədə 19 ədəd bükülülərdə narkotik vasitə qurudulmuş marixanaya oxşar kütlələr aşkar olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yer Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də Lerik rayonu istiqamətində avtomobil yolunun sağ tərəfində yolun hərəkət hissəsinin kənarındakı kolluq ərazidir. Fotoşəkillər çəkilərək fotocədvəl formasında protokola əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertinin ## #### 2026-cı il tarixli, **/*** saylı rəyindən görünür ki, 01 ədəd sintetik torbada olan 19 ədəd polietilen bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: --1040,0 qr, -1030,0 qr, -1055,0 qr, -1025,0 qr, -1000,0 qr, -1045,0 qr, -1000,0 qr, -1065,0 qr, -1050,0 qr, -1030,0 qr, -1045,0 qr, -1000,0 qr, -1000,0 qr, -995,0 qr, -1030,0 qr, - 990,0 qr, -1035,0 qr, -965,0 qr, -1265,0 qram; ümumi təmiz çəkisi -19665,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Məhkəmə-narkloji ekspertizasının ## #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung galaxy M14 5G” markalı mobil telefona baxış zamanı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Mehdi alverci” kimi qeydə alınmış şəxslə narkotik vasitənin əldə edilməsi ilə bağlı qarşılıqlı yazışmalar, narkotik vasitənin qoyulduğu ərazininin xəritə proqramı vasitəsilə yerini göstərən konumu, eləcə də narkotik vasitələrin olduğu bağlamanın (kisənin) və onun yerinin fotoşəkilləri olduğu müəyyən edilmişdir. Beləliklə, iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü iranlı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxslə əvvəlcədən razılaşaraq, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilərək Bakı şəhərinə çatdırılması müqabilində pul vəsaiti almaq barədə razılığa gəlmiş, həmin razılaşmanın icrası məqsədilə ## #### 2026-cı il tarixdə Lerik rayonuna gedərək “Mehdi” tərəfindən göndərilmiş narkotik vasitənin yerləşdiyi yerin konumundan və fotoşəklindən istifadə etməklə avtomobil yolunun kənarındakı kolluq ərazidə gizlədilmiş bir ədəd kisəni götürmüş, kisədəki narkotik vasitəni idarə etdiyi avtomobilə yerləşdirərək razılaşmaya uyğun olaraq Bakı şəhərinə aparmaq üçün hərəkət etmişdir. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, habelə təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlar məhkəmə kollegiyasında təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşması, içərisində narkotik vasitə olan kisəni ümumi cinayətkar niyyətlə əldə edib cinayətkar qrupun üzvünün dediyi yerə aparmaq üçün hərəkət etməsinə dair qənaətin formalaşmasına əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü iranlı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə aralarında qeyd olunan hərəkətlərini CM-nin 234.4.1-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-nin 234.4.3-cü maddəsinin tərkibi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, onun külli miqdarlarda narkotik vasitəni əldə etmək barədə razılaşması, həmin maddələri qəbul etmək üçün Lerik rayonunun ərazisinə getməsi və nəticə etibarilə ümumi təmiz çəkisi 19665 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması onun əməlində CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxsin əldə etdiyi torbadan aşkar edilmiş narkotik vasitələrin çəkiləri nəzərə alınaraq ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CMin 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, eləcə də təqsirləndirilən şəxsin əldə etdiyi torbadan aşkar edilmiş narkotik vasitələrin miqdarını, o cümlədən həmin vasitələrin ayrı-ayrı bükümlərdə olmasını sonuncunun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallar kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə araşdıraraq həmin dəlillərin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmiş və hadisənin faktiki halları barədə ardıcıl və ətraflı ifadə vermişdir. Onun ifadəsindən müəyyən olunur ki, ## #### 2026-cı il tarixdə “TikTok” sosial şəbəkəsi vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Mehdi” adlı şəxslə tanış olmuş, həmin şəxslə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış, narkokuryerlik fəaliyyəti ilə məşğul olmaq barədə onun təklifini qəbul etmiş və razılaşmaya əsasən narkotik vasitənin Lerik rayonundan götürülərək Bakı şəhərinə çatdırılması müqabilində ümumilikdə 3000 manat pul almalı olmuşdur. Daha sonra “Mehdi” tərəfindən narkotik vasitənin gizlədildiyi yerin konumu və fotoşəkli ona göndərilmiş, Qədimov həmin məlumatlardan istifadə etməklə göstərilən yerə gedərək bir ədəd kisədə olan narkotik vasitəni götürmüş, avtomobilinin arxa oturacağına yerləşdirmiş və Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Təqsirləndirilən şəxs bu ifadələri yalnız onun etirafı ilə məhdudlaşmır, iş üzrə digər sübutlarla da tam şəkildə təsdiq olunur. Belə ki, onun istifadəsində olan mobil telefona baxış zamanı “Mehdi alverci” adı ilə qeydə alınmış şəxslə narkotik vasitənin əldə edilməsi ilə bağlı qarşılıqlı yazışmaların, narkotik vasitənin yerləşdirildiyi yerin konumunun, habelə narkotik vasitənin olduğu kisənin və həmin yerin fotoşəkillərinin aşkar edilməsi Təqsirləndirilən şəxs həmin şəxslə əlaqəsinin və narkotik vasitənin yerləşdiyi yeri məhz həmin şəxsdən əldə etdiyinin obyektiv təsdiqidir. Eyni zamanda, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı onun narkotik vasitəni götürdüyü yeri dəqiq göstərməsi, həmin yerin fotoşəkillərinin protokola əlavə olunması onun ifadələrinin hadisənin real gedişatı ilə uyğunluğunu göstərir. Bundan başqa, ## #### 2026-cı il tarixli baxış keçirilməsi barədə protokol və həmin baxış zamanı aparılmış videoçəkilişdən Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobilin salonunda bir ədəd kisənin olduğu və həmin kisədə 19 ədəd bükümdə narkotik vasitə olan kütlələrin aşkar edilərək götürüldüyü müəyyən edilir. Məhkəmə-bioloji ekspertizasının ## #### 2026-cı il tarixli, **/*** saylı rəyi ilə isə həmin bükümlərdə olan bitki mənşəli kütlələrin ümumi təmiz çəkisinin 19665,0 qram olmaqla narkotik vasitə qurudulmuş marixuana olduğu təsdiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitəni göstərilən yerdən götürməsi, avtomobilinə yerləşdirməsi və onunla hərəkət etməsi həm özünün etirafedici ifadəsi, həm də obyektiv xarakterli sübutlarla təsdiq olunur. Bu baxımdan, müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməməsi, başqa şəxslə bu barədə qabaqcadan razılaşmaması və yalnız 8 kiloqram narkotik vasitə götürmək niyyətində olması barədə dəlilləri iş materiallarında olan sübutların məcmusu ilə uzlaşmır. Əksinə, Təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitənin götürülməsi və Bakı şəhərinə çatdırılması müqabilində ona ümumilikdə 3000 manat pul ödənilməsinin nəzərdə tutulduğunu bildirməsi, “Mehdi” ilə narkotik vasitənin yerləşdiyi yer barədə yazışmaların aparılması, həmin yerin konumunun və fotoşəkillərinin ona göndərilməsi, habelə narkotik vasitənin faktiki olaraq həmin yerdən götürülərək avtomobildə daşınması onun hərəkətlərinin təsadüfi xarakter daşımadığını və əvvəlcədən əldə edilmiş razılaşmanın icrası məqsədilə həyata keçirildiyini göstərir. Bununla yanaşı, kollegiya onu da qeyd edir ki, Təqsirləndirilən şəxs kisədə 8 kiloqram narkotik vasitə olacağını düşündüyünü bildirməsi də onun əməlinin hüquqi tövsifini dəyişdirmir. Belə ki, o, narkotik vasitənin mövcudluğundan, onun götürülməli olduğu yerdən, həmin vasitənin Bakı şəhərinə çatdırılmalı olmasından və bu işin müqabilində pul alacağından əvvəlcədən məlumatlı olmuş, buna baxmayaraq narkotik vasitəni faktiki olaraq götürərək öz avtomobilində saxlayaraq daşımışdır. Narkotik vasitənin faktiki miqdarının onun ehtimal etdiyi miqdardan çox olması isə satış məqsədini və törətdiyi əməlin xarakterini aradan qaldırmır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, şikayətində bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası müdafiə tərəfin cəza təyini ilə bağlı dəlillərini də müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ##.##.2026-cı il tarixdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi halhazırda həmin məhkəmənin icratındadır, iş üzrə məhkəmə hazırlıq iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs gənclər və yeniyetmələr arasında idman yarışlarında 2-ci yer tutduğuna görə diplomla təltif edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayonu ** saylı Mənzil Kommunal İstismar İdarəsinin ##.##.2026-cı il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə müsbət səciyyələnir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmiş, sonuncunun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Müdafiə tərəfin dəlilləri ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar