Məhkəmə qərarları › İş №1(3-9)-430/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-430/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-430/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Abşeron Rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X3 (sədrlik edən), X4 və X7 ibarət tərkibdə) ilə ## ### 1988-ci il tarixdə Ağdərə rayonu, Başgüney kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2024-cü il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2024-cü ilin yanvar ayının sonlarında Belarus Respublikası, Novoqrudok rayonu, Ladeniki kəndində yaşayan zaman tanışı Hüseynov İlkin Yavər oğlu “Whatsapp” mobil tətbiqi vasitəsilə istifadəsində olan “+99470-434-24-14” mobil nömrəsi ilə istifadə etdiyi hesabdan onun “+99470- 730-01-01” mobil nömrəsi ilə istifadə etdiyi hesaba zəng etməklə onunla əlaqə yaradıb sonradan adının şahid18 olmasını öyrəndiyi tanışının 45000 manat pul müqabilində İmişli rayonu, H.Əliyev prospekti 90 ünvanında yaşayan sonuncunun atası Zərərçəkmiş şəxs qəsdən öldürülməsini sifariş etməsini, eləcə də cinayətin bir nəfər şəxs tərəfindən törədilməsinin çətin olma ehtimalını qeyd edərək cinayətin törədilməsi üçün əlavə şəxsə ehtiyacın olmasını bildirərək qeyd olunan məbləğdə pul müqabilində sifarişin yerinə yetirilməsi məqsədilə icraçı qismində istifadə edilə biləcək şəxsin tapılmasında köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs həmin məbləğin az olduğunu bildirib İlkin Hüseynov vasitəsilə şahid18la 60000 (altmış min) manat pul verilməsini razılaşdıraraq sifarişin yerinə yetirilməsi müqabilində əldə ediləcək həmin məbləğdə pulun 30000 (otuz min) manatının icraçı qismində istifadə ediləcək şəxsə, 15000 (on beş min) manatının özünə, 15000 (on beş min) manatının isə İlkin Hüseynova veriləcəyi şərti ilə bölüşdürülməsinə dair razılığa gəlib cinayəti iştirakçılıqla törətmək üçün sövdələşmiş, yəni qəsdən adam öldürməklə bağlı sifarişin yerinə yetirilməsi üçün bilavasitə icraçının tapılmasında köməklik göstərəcəyinə razılıq vermiş və həmin cinayətin törədilməsi üçün sövdələşmişlər. İlkin Hüseynov cinayətkar sövdələşməyə uyğun olaraq bir neçə gün sonra yenidən işlədiyi sexin yaxınlığında şahid18la görüşüb Təqsirləndirilən şəxs məsləhətlərinə uyğun olaraq sifarişin yerinə yetirilməsindən ötrü icraçı qismində istifadə ediləcək şəxsin ələ alınması məqsədilə məbləğin az olduğunu bildirib məbləği 60000 (altmış min) manata razılaşdırdıqdan sonra bu barədə Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə məlumatlandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gələcəkdə törədilməsi planlaşdırılan cinayətin icraçısı qismində istifadə edilə biləcək şəxs tapmaq məqsədilə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində yaşayan tanışı İsmayılov Fariz Eldar oğlunun “+7964- 388-21-88” mobil nömrəsi ilə “Whatsapp” vasitəsilə əlaqə yaradıb Fariz İsmayılovun Azərbaycan Respublikasına gəlməsi üçün çəkiləcək xərclər, o cümlədən aviabiletin alınması ilə bağlı yarana biləcək maneələri aradan qaldıracağına dair vədlər verib sonuncunu ələ almış, cinayətin sifarişçi şahid18 istəyinə uyğun olaraq Zərərçəkmiş şəxs ölümünün təbii yolla baş verməsi görüntüsü yaratmaq məqsədilə elektrik cərəyanı verilməsi üsulu ilə törədilməsi barədə məsləhətlər, Azərbaycan Respublikasına gəldikdən sonra İlkin Hüseynovla görüşəcəyi tarix və yer barədə göstərişlər və məlumatlar vermiş, bunun müqabilində 10000 (on min) manat pul təklif etməklə sonuncunu ələ alaraq sifarişin yerinə yetirilməsinə razı salmışdır. Fariz İsmayılov sifarişin yerinə yetirilməsi məqsədilə təklif edilmiş pulun 5000 (beş min) manatının Bakı şəhərinə gəldikdən sonra nağd şəkildə verilməsini, bundan başqa Azərbaycan Respublikasına gəlməsi məqsədilə aviabiletin alınmasına görə əlavə 250 (iki yüz əlli) manat pulun ödənilməsini tələb kimi irəli sürərək yalnız bu halda cinayəti törətmək üçün Azərbaycan Respublikasına gələcəyini Təqsirləndirilən şəxs bildirib tələb etdiyi sonuncu məbləğdə pulun İlkin Hüseynova məxsus “xxxx” ASC-nin “Leobank” mobil bankına aid “4098-5844-9480-6134” nömrəli bank kartının hesabından Rusiya Federasiyasında yaşamaqla cinayətdən xəbərsiz olan tanışı İsmayılov Musa Kərim oğlunun arvadı İsmayılova Nailə Yusif qızına məxsus “xxxx” ASC-yə aid “4169- 7388-2079-7284” nömrəli bank kartının hesabına ## ###### 2024-cü il tarixdə saat 21:58-də köçürülməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs məsləhətləri, göstərişləri və məlumatları ilə törədilməsində köməkçi qismində iştirak etdiyi cinayətin icrasını təmin etmək məqsədilə 2024cü ilin yanvar ayının sonlarında İlkin Hüseynova cinayətin törədilməsi üçün Rusiya Federasiyasında olan Fariz İsmayılovun Azərbaycan Respublikası ərazisinə gəlməsi ilə bağlı yarana biləcək maneələri aradan qaldırmaqdan ötrü həmin günün məzənnəsi ilə 1700 (min yeddi yüz) manat təşkil edən 1000 (bir min) ABŞ dolları məbləğində pulun tələb olunduğunu bildirmiş, İlkin Hüseynov bu məqsədlə pulu 2024-cü ilin fevral ayının əvvəllərində şahid18 aldıqdan sonra Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə cinayətdən xəbərsiz olan tanışı Əzimov İsmixan Məhərrəm oğlunun istifadəsində olan “+99455-799-30-99” mobil nömrəsini İlkin Hüseynova göndərməklə sonuncuların qabaqcadan müəyyən olunmuş yerdə görüşünü təşkil etmişdir. İlkin Hüseynov ## ###### 2024-cü il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs göstərişlərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova parkının yaxınlığında İsmixan Əzimovla görüşüb sonuncuya həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulu çatdırmış, Təqsirləndirilən şəxs həmin pulu İsmixan Əzimov vasitəsilə Belarus Respublikasında əldə etmişdir. Bundan sonra Fariz İsmayılov ## ###### 2024-cü il tarixdə saat 16:00 radələrində “UT731” nömrəli Sankt-Peterburq-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gələrək bu barədə Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə məlumatlandırmış, Təqsirləndirilən şəxs isə öz növbəsində İlkin Hüseynova məlumat verməklə Fariz İsmayılovun həmin tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsinin yaxınlığındakı çayxanada İlkin Hüseynovla görüşünü təşkil edərək onların qabaqcadan bir-birlərini tanımaması maneəsini aradan qaldırmaqla yardım edib əlaqələndirmiş və onların şahid18 verdiyi tapşırıqları icra etmək məqsədilə cinayəti bilavasitə törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək öz aralarında törədəcəkləri cinayətin detallarını müzakirə etdikdən sonra birlikdə sözügedən dairənin yaxınlığına getməklə Bakı şəhərindən İmişli şəhəri istiqamətində fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz X1 idarə etdiyi “Mersedes-Benz” markalı “Az **-GX-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə minərək İmişli rayonuna doğru yola düşmələrinə nail olub cinayətin edilməsini asanlaşdıran əlverişli şərait yaratmışdır. İlkin Hüseynov İmişli rayonuna yola düşməzdən əvvəl Təqsirləndirilən şəxs göstərişlərinə uyğun olaraq cinayətin qeyd olunan üsulla törədilməsi məqsədilə 1 ədəd papaq, 1 cüt əlcək, 1 ədəd kəlbətin, 1 ədəd vintaçan və 1 ədəd elektrik naqilini qara rəngli idman çantasının içərisinə yerləşdirib özü ilə götürmüşdür. İlkin Hüseynov və Fariz İsmayılov ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixlərdə gecə vaxtı cinayəti törətmək üçün birlikdə Bakı şəhərindən yola düşərək şahid18 atası Zərərçəkmiş şəxs tək yaşadığı İmişli rayonu, H.Əliyev prospektində yerləşən evin yaxınlığına çatıb Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə məlumatlandırmış, sonuncu isə öz növbəsində həmin mobil tətbiq vasitəsilə mütəmadi əlaqə yaradaraq cinayəti icra etməli olan şəxslərin hərəkətlərini daim diqqətdə saxlamış, eləcə də cinayətin icrasının tezləşdirilməsi, sifarişin yerinə yetirilməsindən sonra isə icraçıların ifşa olunmamaları üçün mobil tətbiqdə səsli zənglər vasitəsilə mütəmadi danışıqlar aparmaqla çoxsaylı məsləhət və göstərişlərin verilməsini davam etdirmiş və bu hərəkətləri ilə reallaşdırılmasına hazırlıq gördüyü cinayətin törədilməsində köməkçilik etmiş, lakin İlkin Hüseynov və Fariz İsmayılov hadisənin törədiləcəyi evin sol tərəfindəki döngədə yerləşən fərdi yaşayış evlərinin birinin darvazasından çıxaraq İmişli şəhəri, H.Əliyev prospektinə doğru piyada hərəkət edən şəxsin onları görüb ifşa edə biləcəyindən təlaşlandıqlarına görə yaxalanmamaq üçün hadisə yerindən uzaqlaşaraq İmişli rayonunun ərazisini tərk etdiklərindən öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırmaqla hazırladıqları Zərərçəkmiş şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən sifarişlə qəsdən öldürülməsi cinayətini başa çatdıra bilməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələrindən AR CM-nin 178-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham tam təkzib olunmaqla, onun ittiham olunduğu cinayət əməlinə görə təqsirliliyi sübuta yetirilməmiş, əksinə məhkəmə istintaqı zamanı onun əməlində AR CM-nin başqa bir maddəsinin tərkib əlamətlərinin olması tam sübut olunmuşdur. İşə baxan məhkəmə tərkibi əsassız və qanunsuz hökmün çıxarılması üçün faktiki olaraq mövcud olmayan, mötəbərliyi kifayət qədər şübhə doğuran sübutlara istinad etmişdir. Məhkəmə istintaq orqanının bilərəkdən etdiyi səhvləri təkrarlmaqla cinayət işinin obyektiv araşdırlmasında, əsl həqiqətin müəyyən edilməsində maraqlı olmadığını, sadəcə formal ədalətli məhkəmə araşdırması görünütüsü yaratmış, bu formallığın kölgəsində öz hökmünü formal əsaslandırmaqla əslində təqsirləndirilən şəxsin hüquqlarını kobud surətdə pozmaqla günahsız şəxsin məhkum olunmasına səbəb olmuşdur. Müdafiə tərəfi olaraq məhkəmə istintaqı zamanı araşdırılmış cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallara, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, şahidlərin ifadələrinə, həmin sübutların və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə istinad edərək belə nəticəyə gəlinir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası (Cinayət Məcəlləsinin AR CM-nin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin maddələr verilmiş ittihamdan xaric edilməlidir. İbtidai istintaqın əvvəlində alınmış ifadə və izahatlar sübut kimi kimi qəbul edilə bilməz. Sübut mənbələri sübutların alınmasının prosessual forması olmaqla bitmir. Sübut mənbələri həm də sübutların müəyyən edilməsinin prosessual formasıdır. Qəbul edilə bilən sübutlar dedikdə sübutun alındığı mənbə nəzərdə tutulur. Qanunverici, cinayət təqibi orqanı üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığını qeyd etməklə yanaşı, belə sübutların alınma mənbələrinin dairəsini qəti şəkildə müəyyən edir. Qanunvericilik bununla bilavasitə hansı mənbənin sübutetmə vasitəsi kimi yararlı olmasını qabaqcadan göstərir. Beləliklə, cinayət mühakimə icraatında hər hansı bir faktik məlumatdan sübut kimi istifadə etmək üçün bu məlumatın işə aid olması ilə yanaşı, onun qəbul edilə bilən sübut mənbəyindən alınması da tələb olunur. Bundan başqa, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Belarusiya Respublikasında yaşayan vaxt 2024-cü ilin yanvar ayında dostu İlkin Hüseynov ona zəng vuraraq bir nəfər Fəqan adlı tanışının olduğunu, onun atasının ölməyini istədiyini bildirmişdir. O əsgər yoldaşı Fariz İsmayılova zəng vuraraq İlkinin təklifini ona demişdir. Fariz anasının xəstəliyi ilə bağlı Rusiya Federasiyasından Bakı şəhərinə gəlməli olmuşdur. Farizə Fəqandan pulu alıb, aldadacaqlarını, sonuncunun atasını öldürməyəcəklərini, pulu ələ keçirə biləcəklərini demişdir. Onlar Fəqanla görüşüb əvvəlcə 40000 manata bu işi görəcəklərinə razılaşmışlar, sonradan həmin məbləği 60000 manata qaldırmışlar. Fəqandan ümumilikdə 10000 manat pul almışlar, lakin adam öldürmək niyyətləri olmamışdır, məqsəd dələduzluq yolu ilə pulu ələ keçirmək olmuşdur. 10000 manatı almışlar, lakin heç bir hadisə törətməmişlər. Aldıqları puldan ona ümumilikdə 1000 ABŞ dolları çatmışdır. Sonra o Belarusiya Respublikasına getmişdir, onu Belarusiyada tutub Azərbaycana gətirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şahid18 10000 manat pulu İlkin və Fariz almışlar, Fəqanın harada yaşadığını bilmir, İlkinlə bir məh.lədə yaşayıb böyümüşlər, Fariz isə onun əsgər yoldaşı olmuş, İlkin ona pul alıb Fəqanı aldada biləcəklərini demişdir. İş üzrə şahid qismində dindirilmiş Hüseynov İlkin Yavər oğlu ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərində tanışı şahid18 onunla əlaqə saxlayaraq atasını ölümünə döydürmək istədiyini bildirmişdir. Fəqanla görəcəyi işin pulunu danışmış, ondan Bakıda pulu almağa getmişdir. Sonra Belarusiyada yaşayan dostu Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Fəqan adlı şəxsin atasını ölümünə döydürmək istədiyini, Fəqana yalandan həmin hadisəni törətməyə vəd verib pulunu ala biləcəklərini, lakin heç bir hadisə törətməyəcəklərini bildirib ona qoşularaq Fəqandan pul almalarını təklif etmişdir. Həmin ərəfələrdə Fəqandan təxminən 1 dəfə 2000 manat, sonra 5000 manat, ümumilikdə isə 10000 manat pul almışlar. Pulun 5 min manatını Fariz götürüb qaçmış, qalan pulu da Vüsalla aralarında bölmüşlər. Fəqanın alası Xələfin yaşadığı evə getmək, güdmək, hədə-qorxu gəlmək kimi hallar olmamış, onu öldürmək niyyətləri olmamış, sadəcə Fəqanı aldadaraq pulunu ələ keçirmişlər. O, 2 dəfə İmişli rayonuna gedib-gəlmiş, Fəqana İmişli rayonunda olduğunu deyib ondan pul almışdır. Fəqanın atasını öldürmək niyyətləri olmamış, fikirləri onun pulunu mənimsəmək olmuşdur. İş üzrə şahid qismində dindirilmiş İsmayılov Fariz İ Idar oğlu ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərində onlar dələduzluq elmişlər, heç kimi öldürmək məqsədləri olmamışdır. Belə ki, Fəqanı əvvəlcə İlkin tanımışdır. İlkin Vüsala Fəqanın ailə problemi olduğunu, Fəqanın atasının öldürəcəklərini yalan deyərək dələduzluq edib Fəqanın pulunu ala biləcəklərini bildirmiş, o da razılaşmışdır. Onların Fəqanın alasını öldürmək niyyəti olmamışdır. Fəqandan 1800 manat almış, bundan başqa 5000 manat pulu götürüb İlkin və Vüsala verməyib qaçmışdır. Fəqanı inandırmaq üçün bir dəfə İmişliyə getmişlər, Fəqanın atasının evinə getməmişlər, həmin vaxtı İmişli rayonunda oteldə qalmışlar. “Whatsapp” mobil tətbiqinin proqramına daxil olunub həmin mobil tətbiq vasitəsilə aparılmış yazışmalara baxış keçirilərkən cinayət prosesini həyala keçirən orqan tərəfindən müəyyən edilmiş, mobil tətbiq vasitəsilə İlkin Hüseynovun “4 99451- 534-24-14” mobil nömrəsi ilə istifadə eldiyi hesabla şahid18 “4 99470-231-00- 19” mobil nömrəsi ilə istifadə etdiyi hesab arasında ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək qarşılıqlı yazılı və səsli ismarışlar, eləcə də Fərəcovun Hüseynova yazdığı mesajlar Fərəcovun təkidinə baxmayaraq Hüseynovun, İsmayılovun, həmçinin Məmmədovun Fərəcovun sifarişini həyata keçirmək niyyətlərinin olmadığını, şəxslərin niyyətinin özgənin əmlakını ələ keçirməklə ona qarşı dələduzluq etmək olması təsdiqini tapır. Yazışmalardan göründüyü kimi, şahid18 sifarişinin yerinə yetirilmədiyini, cəlb etdiyi şəxslərin öldürmək və ya ölümünə döymək kimi niyyətlərinin olmadığını dərk edir və ödədiyi pul məbləğini geri tələb edir. İlkin Hüseynov və Fariz İsmayılov hadisənin törədiləcəyi evin sol tərəfindəki döngədə yerləşən fərdi yaşayış evlərinin birinin darvazasından çıxaraq İmişli şəhəri, H.Əliyev prospektinə doğru piyada hərəkət edən şəxsin onları görüb ifşa edə biləcəyindən təlaşlandıqlarına görə yaxalanmamaq üçün hadisə yerindən uzaqlaşaraq İmişli rayonunun ərazisini tərk etdiklərindən öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırmaqla hazırladıqları Zərərçəkmiş şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən sifarişlə qəsdən öldürülməsi cinayətini başa çatdıra bilmədiklərinə münasibət bildirərək qeyd edir ki, H.Əliyev prospektinə doğru piyada hərəkət edən şəxsin kimliyi istintaqa məlum olmamış, həmin şəxsin qeyd olunan vaxtda və saat orada olmasını təqsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Buradan da aydın görünür ki, ittiham ehtimallar əsasında verilmişdir. Qeyd edilənlərin əksinə olaraq vurğulanmalıdır ki, İlkin Hüseynov və Fariz İsmayılov şahid18 qəsdən bilə bilə yalan məlumat verməklə sifarişi yerinə yetirməkdən boyun qaçırmış, fərdi yaşayış evi yerləşən küçəni həmin bəhanə ilə tərk etmişlər. Yuxarıda göstərilən xüsusatlara diqqəti cəlb edərək bildirir ki, ittiham tərəfinin sübutları şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etmir. Lakin, məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarında göstərilmişdir ki. Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. CPM-nin 33.4, 338.1.2 və 349.5.1ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İttiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu, məqsədlərinin şəxsi öldürmək olmadığını, sadəcə onlara təklif olunan pulu mənimsəmək istədiklərini bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxsin əməli CM-nin 178-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun əməlinin CM-nin 178-ci maddəsinə tövsif olması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 28-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. 120.2.1-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə; 120.2.5-ci maddəsinə əsasən isə tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, şahidlər Hüseynov İlkin Yavər oğlunun, İsmayılov Fariz Eldar oğlunun, şahid12, şahid10, şahid9, şahid8, şahid6, şahid1 ifadələrini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini, kompleks ambulator-məhkəməpsixiatrik və psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyi, təqsirləndirilən şəxs Hüseynov İlkin Yavər oğlunun ifadəsinin yerində yoxlanılması haqqında ## ##### 2024-cü il tarixli protokol, şahid18 məxsus “iPhone 12 mini” markalı mobil telefona baxış keçirilməsi haqqında ## ### 2024-cü il tarixli protokol, Hüseynov İlkin Yavər oğluna məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilməsi haqqında ## ### 2024-cü il tarixli protokol, İsmayılov Fariz Eldar oğluna məxsus “Samsung A03 Core” markalı mobil telefona baxış keçirilməsi haqqında ## ### 2024-cü il tarixli protokol, Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə verilmiş ## ### 2024-cü il tarixli sorğular əsasında üzrə əldə edilmiş sərhədkeçmə məlumatları, ## ### 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokol, ## ### 2024-cü il tarixli «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokol, ## ### 2024-cü il tarixli «götürmə aparılması haqqında» protokol, ## ### 2024-cü il tarixli, ## #### 2024-cü il tarixli və ## #### 2024-cü il tarixli «mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokollar, ## #### 2024-cü il tarixli «baxış keçirilməsi haqqında» protokol, ## #### 2024-cü il tarixli «əşyanın tanınmaya təqdim edilməsi haqqında» protokol, ## #### 2024-cü il tarixli «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokol, ## #### 2024-cü il tarixli və ## ######## 2024-cü il tarixli «kommersiya bankından daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokollar, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən daxil olmuş ## #### 2024-cü il tarixli *-**-**-*/*-***** nömrəli məktub, ## ### 2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığına İmişli Rayon Polis Şöbəsindən daxil olmuş ## ###### 2024-cü il tarixli *- **-**/*-*****/** nömrəli cavab məktubu, ## ####### 2024-cü il tarixli əməliyyat tapşırığına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş ## ###### 2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli cavab məktubu, ## ###### 2024-cü il tarixli «veb-sayta baxış keçirilməsi haqqında» protokol, ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş ## ###### 2025-ci il tarixli *-**-**/**/*-****/**** nömrəli cavab məktubu, habelə digər iş materiallarını nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsinin qeyd olunan hökmündə kifayət qədər aydın şərh olunduğundan məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Beləliklə, təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlində qəsdən adam öldürmə cinayətinə hazırlıq və həmin cinayətdə köməkçi qismində iştirak əlamətlərinin olmadığı, onun faktiki olaraq yalnız dələduzluq yolu ilə şahid18 pul vəsaitlərinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər etdiyi, bu səbəbdən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilməli olduğu barədə dəlilləri iş üzrə toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olunmur. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirliliyi barədə nəticəyə yalnız ayrı-ayrı şəxslərin ifadələrinə əsaslanmaqla gəlməmiş, həmin ifadələrin məzmununu iş üzrə digər obyektiv sübutlarla, o cümlədən telefonlara və mobil rabitə vasitələrinə baxış protokolları, “WhatsApp” yazışmaları və səsli mesajlar, bank əməliyyatlarına dair məlumatlar, ifadənin yerində yoxlanılması zamanı aşkar edilmiş və götürülmüş əşyalar, habelə digər istintaq hərəkətlərinin nəticələri ilə qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Hökmün özündə də CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarının, maddi sübutların, ekspertiza rəylərinin və digər sənədlərin sübut kimi tədqiq edildiyi göstərilmişdir. Cinayət hadisəsinin faktiki halları təhlil edildikdə görünür ki, söhbət sadəcə olaraq şahid18 pul almaq niyyətindən deyil, konkret şəxsin - Zərərçəkmiş şəxs öldürülməsi barədə sifarişin icrasına yönəlmiş ardıcıl və bir-birini tamamlayan hərəkətlərdən gedir. Belə ki, iş materiallarına əsasən, 2024-cü ilin yanvar ayının sonlarında İlkin Hüseynov şahid18 atasının 45.000 manat müqabilində öldürülməsi barədə təklifini Təqsirləndirilən şəxs çatdırmış, Vüsal isə məbləğin az olduğunu bildirərək sifarişin 60.000 manata razılaşdırılmasını, həmin məbləğin icraçı, özü və İlkin Hüseynov arasında bölüşdürülməsini təklif etmişdir. Bununla da, Təqsirləndirilən şəxs davranışı cinayətin törədilməsi barədə məlumatı passiv şəkildə qəbul etməkdən ibarət olmamış, əksinə, sifarişin şərtlərinin müəyyənləşdirilməsində, icraçının tapılmasında və cinayətin həyata keçirilməsi üçün zəruri əlaqələrin qurulmasında fəal xarakter daşımışdır. Məhz bundan sonra Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Fariz İsmayılovla əlaqə yaratması, onu Azərbaycan Respublikasına gəlməyə razı salması, cinayətin icra olunması üçün konkret üsul barədə, yəni Zərərçəkmiş şəxs ölümünün təbii ölüm görüntüsü yaradılması məqsədilə elektrik cərəyanından istifadə edilməsi barədə məsləhətlər verməsi, İlkin Hüseynovla görüşünün yerini və vaxtını müəyyənləşdirməsi, habelə cinayətin törədilməsinə görə ona 10.000 manat pul təklif etməsi artıq hazırlıq xarakterli konkret hərəkətlərdir. Müəyyən edilmiş hallara görə Fariz İsmayılov da həmin təkliflə əlaqədar cinayəti törətmək məqsədilə Azərbaycana gəlməyə razı olmuş, yol xərclərinin ödənilməsi məsələsi həll edilmişdir. Kollegiya qeyd edir ki, bu xüsusatların mühüm cəhəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs hərəkətləri cinayətin törədilməsinə yönəlmiş abstrakt və qeyri-müəyyən niyyətlə məhdudlaşmamışdır. O, potensial icraçını müəyyən etmiş, onun Azərbaycan Respublikasına gəlməsi ilə bağlı maliyyə məsələlərinin həllində iştirak etmiş, icraçı ilə İlkin Hüseynovun əlaqələndirilməsini təşkil etmiş, cinayətin törədilməsi üsuluna dair konkret göstəriş vermiş və bunun üçün pul vəsaiti ayrılmasını təmin etmişdir. Beləliklə, onun hərəkətləri arasında daxili məntiqi ardıcıllıq mövcud olmuş və bu hərəkətlərin hər biri vahid cinayətkar məqsədin həyata keçirilməsinə xidmət etmişdir. İş materiallarında olan məlumatlara əsasən, İlkin Hüseynovun ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs göstərişi ilə İsmixan Əzimovla görüşməsi və sonuncuya 1.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.700 manat məbləğində pul çatdırması da təsadüfi maliyyə əməliyyatı kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, həmin pul Fariz İsmayılovun Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsi ilə bağlı yaranacaq maneələrin aradan qaldırılması məqsədi daşımışdır. Bunun ardınca Fariz İsmayılovun ## ###### 2024-cü il tarixdə Sankt-Peterburq–Bakı aviareysi ilə Azərbaycana gəlməsi və bu barədə Təqsirləndirilən şəxs məlumatlandırması, Vüsalın da öz növbəsində İlkinə məlumat verərək onların görüşünü təşkil etməsi hadisələrin bir-biri ilə səbəbli və ardıcıl əlaqədə olduğunu göstərir. Kollegiya onu da vurğulayır ki, qeyd olunan hərəkətlərdən sonra cinayətin törədilməsi üçün istifadə olunması nəzərdə tutulan konkret əşyaların hazırlanması da həyata keçirilmiş, İlkin Hüseynov Təqsirləndirilən şəxs göstərişinə uyğun olaraq papaq, əlcək, kəlbətin, vintaçan və elektrik naqilini götürərək özü ilə aparmışdır. Bu əşyaların sonradan aşkar olunması isə yalnız şəxslərin ifadələri ilə deyil, ifadənin yerində yoxlanılması zamanı maddi formada da təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxs Hüseynov İlkin Yavər oğlunun ifadəsinin yerində yoxlanılması haqqında ## ##### 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs İlkin Hüseynovun ## ##### 2024-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi D.Aslan küçəsində yerləşən ət kombinatının ərazisindəki yarımtikilidə yoxlanılmaqla dəqiqləşdirilmiş, İlkin Hüseynov yarımtikilinin içərisinə daxil olub sol küncdə sellofan torbada gizlətdiyi 1 ədəd papaq, 1 cüt əlcək, 1 ədəd kəlbətin, 1 ədəd vintaçan və 1 ədəd elektrik naqilini təqdim edərək həmin predmetlərdən papaq və əlcəyi Təqsirləndirilən şəxs, kəlbətin, vintaçan və elektrik naqilini isə şahid18 göstərişi ilə “Vasmoy bazarı” deyilən yerdən 30 manata aldığını, sifariş edilmiş qətli törətməsi məqsədilə İmişli rayonunda İsmayılov Fariz Eldar oğluna verdiyini, cinayəti başa çatdıra bilmədikləri üçün sonuncu tərəfindən özünə qaytarıldığını və bundan sonra onları aşkar edildikləri yerdə gizlətdiyini bildirmiş və həmin yeri əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin görüntüləri 1 ədəd diskə (“DVD”-yə) köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Bu sübutun əhəmiyyəti xüsusilə ondan ibarətdir ki, müdafiə tərəfinin irəli sürdüyü “əvvəlcədən öldürmə niyyətinin olmaması, yalnız pul almaq üçün bu cür görüntünün yaradılması” versiyası cinayətin icrasına hazırlıq xarakterli konkret maddi hərəkətlərin mövcudluğu ilə uzlaşmır. Kollegiya hesab edir ki, konkret öldürmə üsulunun müəyyən edilməsi, həmin üsula uyğun vasitələrin əldə olunması, vasitələrin icraçıya verilməsi, icraçının Bakıdan İmişliyə aparılması və hadisə yerinə yaxınlaşması kimi ardıcıl hərəkətlərin həyata keçirilməsini nəzərə aldıqda, məqsədin yalnız şahid18 aldatmaqla pul almaqdan ibarət olmasına dair arqument izah olunan deyildir. Əksinə, bu hallar cinayət niyyətinin real xarakter daşıdığını və onun obyektiv hərəkətlərlə həyata keçirilməyə başlandığını göstərir. Bundan başqa, eyni nəticəni şahid18 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatlar da təsdiq edir. Belə ki, həmin mobil telefonda aparılmış baxış nəticəsində İlkin Hüseynov və Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən mobil telefon nömrələrinin şahid18 telefonunda əlaqələndirilməsi və həmin şəxslərlə əlaqələrin mövcudluğunu təsdiq edən məlumatların saxlanılması müəyyən edilmişdir. Bu məlumatlar təsadüfi xarakter daşımayıb, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə şahid18la adıçəkilən şəxslər arasında mütəmadi əlaqənin olduğunu göstərən mühüm faktiki hallardan biridir. Eyni zamanda, telefonun yaddaşında aşkar edilmiş məlumatlardan şahid18 atasının qətlinin sifarişinə dair aparılmış danışıqların sonradan müəyyən edilə biləcəyindən ehtiyat etdiyi də müəyyən olunur. Belə ki, şahid18 əvvəlki telefon zənglərinin siyahısını məhz həmin danışıqların aşkar olunmasının qarşısını almaq məqsədilə sildiyini bildirmişdir. Telefon zənglərinin sonradan silinməsi özlüyündə həmin danışıqların məzmununu birbaşa əks etdirməsə də, onun bu hərəkəti və zənglərin hansı səbəbdən silindiyini izah etməsi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan əhəmiyyətli davranış faktıdır. Həmçinin, ## ###### 2024-cü il tarixdə şahid18 internetdən əldə etdiyi pul şəkillərini “Cıbı” kimi qeyd etdiyi İlkin Hüseynova göndərərək həmin pulların özünə məxsus olduğunu nümayiş etdirməsi də sifarişin maliyyələşdirilməsi ilə bağlı mühüm faktiki haldır. Beləliklə, mobil telefonda aşkar edilmiş məlumatlar ayrı-ayrı və bir-birindən təcrid olunmuş faktlardan ibarət olmayıb, İlkin Hüseynov və Təqsirləndirilən şəxsla əlaqələrin mövcudluğunu, əvvəlki telefon əlaqələrinin müəyyən hissəsinin sonradan silindiyini, həmin silinmənin səbəbi kimi sifarişlə bağlı danışıqların aşkar olunmasından ehtiyat edildiyini və ## ###### 2024-cü il tarixdə pul vəsaitlərinə dair görüntülərin İlkin Hüseynova göndərildiyini təsdiq edən qarşılıqlı əlaqəli məlumatlar məcmusunu təşkil edir. Bu məlumatların birinci instansiya məhkəməsinin hökmündə əks etdirilmiş digər sübutlarla birlikdə qiymətləndirilməsi həmin sübutların hadisələrin ümumi mexanizmi və iştirakçıların qarşılıqlı münasibətləri baxımından əhəmiyyətini daha da artırır. Xüsusilə nəzərə alınmalıdır ki, İlkin Hüseynov və Fariz İsmayılovun da sonradan verdikləri ifadələrdə öz hərəkətlərinin yalnız dələduzluq məqsədi daşıdığını bildirmələri həmin şəxslərin ilkin mərhələdəki konkret davranışlarını aradan qaldırmır. Onların “heç kimi öldürmək niyyətlərinin olmaması” məzmunlu izahatları iş üzrə digər obyektiv sübutlarla yoxlanılmalı və yalnız həmin izahatların özünə əsaslanaraq cinayət niyyətinin mövcudluğu barədə nəticə çıxarılmamalıdır. Birinci instansiya məhkəməsi də məhz bunu etmiş, şəxslərin ifadələrini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmişdir. İlkin Hüseynovun və Fariz İsmayılovun ifadələrində özlərinin dələduzluq etdiklərini bildirmələri ilə yanaşı, onların real olaraq pul alması, İmişliyə getməsi və digər şəxslərlə əlaqədə olması kimi faktiki hallar mövcuddur. Həmçinin, məhkəmə kollegiyası şahid İlkin Hüseynovun ifadəsinin şahid18 onunla əlaqə saxlayaraq atasını ölümünə döydürmək istədiyini bildirməsi, özünün isə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Fəqan adlı şəxsin atasını ölümünə döydürmək istədiyini, Fəqana yalandan həmin hadisəni törətməyə vəd verib pulunu ala biləcəklərini, lakin heç bir hadisə törətməyəcəklərini bildirməsi ilə bağlı hissəsinə münasibətdə onu qeyd edir ki, qeyd olunan iddialar təqsirləndirilən şəxsin müdafiəsinə və onun məsuliyyətinin yüngülləşdirilməsinə yönələn cəhd kimi qiymətləndirilməlidir. Belə ki, tapşırığı icra etməli olan İsmayılov Fariz Eldar oğluna sadəcə adam döymək üçün Türkiyədən Rusiyaya, oradan da Azərbaycana gəlməsi üçün təyyarələrə uçuş bileti alınması, 10000 (on min) manat vəd edilməsi məhkəmə kollegiyası tərəfindən ağlabatan hesab edilmir. Məhkəmə kollegiyasının bu qənaəti ailə münaqişəsi zamanı aralarında ədavət olan şəxslər bir-birilərini döymək üçün xüsusi hazırlıq görmələri, bunun üçün əsaslı xərclər edib, başqasının vasitəsi ilə kəlbətin, elektrik naqili alıb, döyülməsi ehtimal olunan şəxsin özünü, onun yaşadığı mənzili, maşınını gizli güdmələri, tanımadıqları şəxsin onları gördükləri üçün geri qayıtmaları, telefonla göndərdikləri mesajları silməklə izləri itirməklərinin inandırıcı olmaması baxımından da əsaslıdır. Bununla yanaşı, müdafiə tərəfinin istinad etdiyi sonrakı tarixli “WhatsApp” yazışmalarının da düzgün qiymətləndirilməsi zəruridir. Kollegiya hesab edir ki, müdafiə tərəfin iddia etdiyi kimi, həmin yazışmaların hadisələrin əvvəlində mövcud olmuş cinayət niyyətini avtomatik olaraq inkar etməsi barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Çünki həmin yazışmalar cinayətin hazırlanması və icrası üçün ilkin hərəkətlərdən xeyli sonra baş vermişdir. Cinayətə hazırlıq mərhələsində şəxslərin real hərəkətləri - icraçının tapılması, onun Azərbaycana gətirilməsi, pul köçürülməsi, görüşlərin təşkil edilməsi, öldürmə üsulunun müəyyənləşdirilməsi, alətlərin hazırlanması, İmişliyə səfərlər və hadisə yerinə yaxınlaşma artıq baş vermişdir. Sonrakı mərhələdə iştirakçılar arasında yaranmış pul və digər münasibətlərə dair mübahisələr həmin əvvəlki hərəkətlərin hüquqi mahiyyətini dəyişmir. Əksinə, 23–28 mart tarixli yazışmaların məzmununun özündə də tərəflər arasında adi və təsadüfi pul münasibətlərindən daha artıq, əvvəlki hadisə ilə bağlı gərgin münasibətlərin davam etdiyi görünür. Buna görə həmin yazışmaların ayrı-ayrı hissələrinin bütün əvvəlki hadisələri “dələduzluq planı” kimi izah etmək üçün istifadə edilməsi sübutların məcmu halında qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamın hüquqi mahiyyəti məhz bundan ibarətdir ki, o, cinayətin hazırlanmasına və icrasının təmin edilməsinə kömək edən şəxs qismində çıxış etmişdir. İşin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs Belarus Respublikasında olduğu halda belə cinayətin icrasını məsafədən əlaqələndirmiş, İlkin və Farizlə mütəmadi əlaqə saxlamış, onların hərəkətlərini izləyərək məsləhət və göstərişlər vermişdir. İlkin və Farizin 08 fevral və 13 fevral tarixlərində İmişliyə getmələri və hadisə yerinə yaxınlaşmaları barədə Vüsalın məlumatlandırılması, onun isə mobil əlaqə vasitəsilə göstərişlər verməyə davam etməsi bunu açıq şəkildə göstərir. Bu baxımdan Təqsirləndirilən şəxs rolunun cinayət iştirakçılığının köməkçi formasına uyğunluğu da əsaslıdır. O, icra hərəkətlərini şəxsən həyata keçirməsə də, cinayətin törədilməsi üçün icraçının tapılmasına, onun Azərbaycana gətirilməsinə, icraçı ilə digər iştirakçının əlaqələndirilməsinə, cinayətin üsulunun müəyyənləşdirilməsinə, maddi və təşkilati imkanların yaradılmasına, habelə cinayətin həyata keçirilməsi prosesinin əlaqələndirilməsinə yardım etmişdir. Beləliklə, onun fəaliyyəti cinayətin törədilməsinə obyektiv yardım göstərən və cinayətin həyata keçirilməsini asanlaşdıran hərəkətlər məcmusundan ibarət olmuşdur. Eyni zamanda, əməlin Cinayət Məcəlləsinin 28-ci maddəsi ilə əlaqəli tövsif olunması da işin faktiki hallarına uyğundur. Həmin müddəaya görə cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və ya cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Hazırkı işdə isə Təqsirləndirilən şəxs tərəfindən sövdələşmə, icraçının axtarılıb tapılması, onun gətirilməsi, pul vəsaitinin verilməsi, cinayətin üsulunun seçilməsi, alətlərin hazırlanması və hadisə yerinə getmə kimi hazırlıq hərəkətlərinin həyata keçirilməsi konkret olaraq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsin yol verdiyi göstərilən halları yalnız “dələduzluq planı” kimi izah etməsi ilə razılaşmır. Belə ki, dələduzluq cinayətinin mövcudluğu üçün əsas məsələ əmlakın və ya əmlak hüququnun aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirilməsinə yönəlmiş ilkin niyyətin mövcudluğudur. Hazırkı işdə isə sübutların məcmusu göstərir ki, pul vəsaitinin alınması cinayətin törədilməsi barədə sifarişin maliyyələşdirilməsi ilə müşayiət olunmuş, bunun üçün real icraçı axtarılmış, icraçı Azərbaycana gətirilmiş, ona pul ödənilmiş, cinayətin konkret üsulu seçilmiş, cinayət alətləri hazırlanmış və icraçılar birbaşa zərərçəkmiş şəxsin yaşadığı ünvana qədər getmişlər. Başqa sözlə, işdəki faktiki hərəkətlər “təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs öldürmək barədə heç bir real niyyətlərinin olmaması, yalnız pul mənimsəmək məqsədilə bu cür görüntünün yaradılması”na dair versiyasını təsdiq etmir. Əksinə, həmin versiya iş üzrə çoxsaylı obyektiv sübutların məcmusu ilə təkzib olunur. Bu xüsusda xüsusilə qeyd edilməlidir ki, cinayətin real niyyətlə hazırlanmasını təsdiq edən sübutlar yalnız şəxslərin ilkin məlumatlarından ibarət deyildir. ## ##### 2024-cü il tarixli yerində yoxlama protokolu zamanı cinayətin törədilməsi üçün nəzərdə tutulmuş əşyaların aşkar edilməsi; mobil telefonlarda tərəflər arasındakı əlaqələri təsdiq edən məlumatların müəyyən edilməsi; bank əməliyyatlarının müəyyən edilməsi; Fariz İsmayılovun ## ###### 2024-cü il tarixdə Bakı şəhərinə gəlməsi; İlkin və Farizin İmişli istiqamətində hərəkət etmələri və hadisə yerinə yaxınlaşmaları ayrı-ayrılıqda və birlikdə qiymətləndirildikdə vahid cinayət planının mövcudluğunu təsdiq edən bir-birini tamamlayan sübutlar sistemini təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, şahid18 CM-nin 32.3, 28, 120.1, 32.3, 28, 120 və 234.1-1-ci maddələri, Hüseynov İlkin Yavər oğlunun CM-nin 28, 120.2.5, 179.2.4 və 234.1-1-ci maddələri, İsmayılov Fariz Eldar oğlunun isə CM-nin 28, 120.2.5 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edildiyi müəyyən edilir. Həmin hökmün mövcudluğu hazırkı iş üzrə hadisənin digər iştirakçıları barəsində ayrıca məhkəmə araşdırmasının aparıldığını və onların da eyni hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilərək məhkum edildiklərini təsdiq edən mühüm prosessual məlumatdır. Doğrudur, həmin hökm hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyini avtomatik müəyyən edən sübut kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirilməli olan ayrıca məhkəmə aktı kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsində rolu onun öz hərəkətləri, digər iştirakçılarla əlaqələri, pul vəsaitlərinin hərəkəti, telefon yazışmaları və digər sübutlarla müəyyən edilir. Digər şəxslər barəsində çıxarılmış hökm isə bu faktiki hadisənin iştirakçıları barədə ayrıca məhkəmə araşdırmasının nəticəsini təsdiq edən əlavə məlumat kimi əhəmiyyət daşıyır. Beləliklə, iş üzrə sübutların məcmusu Təqsirləndirilən şəxs hərəkətlərində həm cinayətin hazırlanmasına yönəlmiş obyektiv hərəkətlərin, həm də həmin hərəkətlərin məhz qəsdən adam öldürmə məqsədi daşıdığını göstərən subyektiv tərəfin mövcudluğunu təsdiq edir. Onun cinayətin hazırlanmasına kömək etməsi təsadüfi və ya ehtiyatsız davranış nəticəsi deyil, məqsədyönlü və ardıcıl fəaliyyət olmuşdur. Bu fəaliyyətin nəticəsində real icraçılar müəyyən edilmiş, onlar cinayətin törədilməsi üçün zəruri şəraitlə təmin edilmiş və bilavasitə hadisə yerinə göndərilmişlər. Müdafiə tərəfin apellyasiya şikayətində, eləcə də, apellyasiya məhkəməsi zamanı çıxışlarında qeyd etdikləri halları, yəni təqsirləndirilən şəxsin hadisə baş verərkən zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağı dəlillər yuxarıda qeyd edilən sübutlarla təkzib olunduğundan məhkəmə kollegiyası həmin dəlilləri əsaslı və mövcud ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimaitəhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını bir daha qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə sübutların məcmusuna, onların qarşılıqlı əlaqəsinə və müəyyən edilmiş faktiki hallara uyğundur. Nəticə etibarilə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 28, 120.2.1 və 32.5, 28, 120.2.5-ci maddələri ilə tövsif edilməsini istisna edən hər hansı hal müəyyən edilmir. Əksinə, onun cinayətin hazırlanmasında köməkçi kimi iştirakı, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsinin planlaşdırılması və cinayətin sifariş əsasında hazırlanması iş materialları ilə kifayət qədər təsdiq olunur. Bu səbəbdən müdafiə tərəfinin əməlin CM-nin 178-ci maddəsinə tövsif edilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz. İş üzrə müəyyən edilmiş faktiki hallar əmlakın sadəcə aldatma yolu ilə ələ keçirilməsi ilə məhdudlaşmır. Pul vəsaitlərinin verilməsi konkret qətl sifarişinin icrası ilə bağlı olmuş, bu sifarişin həyata keçirilməsi üçün real icraçı cəlb edilmiş, onun Azərbaycana gəlməsi təmin edilmiş, öldürmə üsulu və vasitələri müəyyən edilmiş, cinayətin icrasına yönəlmiş səfərlər həyata keçirilmiş və hadisə yerinə qədər gedilmişdir. Buna görə sonradan həmin şəxslərin öz hərəkətlərini dələduzluq kimi təqdim etmələri artıq müəyyən edilmiş obyektiv halları aradan qaldırmır. Odur ki, kollegiya hesab edir ki, müdafiə tərəfinin əməlin hüquqi tövsifi ilə bağlı göstərdiyi dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallar və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya iş üzrə yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5ci maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə verilmiş ## ### 2024-cü il tarixli sorğular üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış məhkumluq məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, * nömrəli sahə İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybaylı küçəsi, bina 28A, ADPU-nun * saylı yataqxanasında , otaq 201-də müvəqqəti məskunlaşmışdır, ailə tərkibi atası, anası və 2 qardaşından ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## ##### 2025-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, məhkəmə iclaslarının onun iştirakı ilə keçirilməsini məhkəmədən xahiş etmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.12 və CM-nin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CMnin 32.5, 28,120.2.1 və 32.5, 28,120.2.5-ci maddələri ilə təqsirli bilib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirləndirilən şəxsin cinayətdə iştirak dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar