Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-431/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ######## 1995-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, “xxxx” MMC Limanda yükdaşıyan işləmiş, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 14, mənzil 2-də qeydiyyatda olmaqla Biləsuvar şəhəri, Təyyarə meydanı, Ç.Mustafayev küçəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X3, X4 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə xərci məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində CM-in 29, 120.2.4-cü maddəsi üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif olunaraq ona uyğun ən aşağı həddə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə saat 18:30 radələrində Biləsuvar şəhəri Təyyarə meydanı, Z.Hacıyev küçəsində, şahid6 yaşadığı evin qarşısında xalası oğlu Zərərçəkmiş şəxs onun qeyri-rəsmi nikahda olduğu bacısı şahid2 ayrılaraq yenidən başqa qadınla ailə həyatı qurmağa hazırlaşmasını şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat arasında nüfuzdan salan qəbuledilməz hərəkət kimi qiymətləndirərək, qisas almaq üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bu məqsədlə sonuncunun idarə etdiyi “Mercedes-Benz” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu görüb niyyətini həyata keçirmək məqsədilə ümumi təhlükəli üsulla, yəni həmin vaxt avtomobilin sağ ön qabaq qapısının yanında dayanan şahid5 və avtomobilin arxa tərəfində olan şahid6 həyatı və sağlamlığı üçün real təhlükə yarandığını dərk edib qəsdən Zərərçəkmiş şəxs öldürmək məqsədilə özünə məxsus, qoşalüləli, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “182731055” nömrəli “MP-27 EM-1C” moddelli daxili çaxmaqlı yivsiz ov silahını sonuncuya doğru tuşlayıb iki dəfə atəş açaraq sağ əlin odlu silah güllə yaralanması və sağ əlin V daraq sümüyünün açıq sınığı kimi dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, zərər çəkmiş şəxs idarə etdiyi avtomobili hərəkət etdirib dərhal hadisə yerindən uzaqlaşdığından o, öz iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini başa çatdıra bilməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Insan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X12, Insan Hüquqları üzrə Avropa Məhkəmələrinin qərarlarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Lakin, *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü çıxarmış məhkəmə kollegiyası isə qeyd olunan pozuntulara göz yumaraq Təqsirləndirilən şəxs törətmədiyi cinayətə görə məhkum etmişdir. Cinayət işinin materiallarında olan saxta və uydurma sübutların əksi olaraq Təqsirləndirilən şəxs heç vaxt onu öldürmək məqsədi ilə atəş açmamışdır. Məqsədi öldürmək olmamışdır. Müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi qəsdən yaralamaq məqsədi ilə deyil, sadəcə qorxutmaq məqsədi ilə ilə silahla göyə atəş açmışdır. Cinayət işi üzrə zərər çəkmiş şəxsin atəşli silahla xəsarət alması müəyyən edilsə də, hadisənin başvermə şəraiti, atışın istiqaməti, məsafəsi, istifadə edilmiş silahın tipi, hadisə yerində olan giliz və güllələrin sayı, eləcə də bu texniki halların şahid ifadələri ilə uyğunluğu istintaq tərəfindən tam və qərəzsiz araşdırılmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində heç bir şikayəti olmadığını və aralarında barışıq olduğunu bildirmişdir. Lakin, buna baxmayaraq məhkəmə qərəzli hökm çıxarmışdır. Bununla da hesab etmək olar ki, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnu kobudcasına pozmaqla ona əsassız ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri bəzi istisnaları çıxamaq şərtilə demək olar ki, təhrif olunmuşdur. Hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94, 115, 137, 236, 244 və 246cı maddəlinin tələbləri kobud şəkildə pozulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü çıxarmış məhkəmə kollegiyası isə həmin pozuntulara göz yummuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən CPM-nin 115.2-ci maddəsinin ibtidai istintaq zamanı pozulmasına də göz yumulmuşdur. Hətta həmin pozuntularla bağlı tərəfindən verilmiş vəsatətə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Bu isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki cinayət işi üzrə kobud pozuntusu kimi qiymətləndirilməldir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırki cinayət işi üzrə hal şahidlərinin iştirakı ilə keçirilmiş istintaq hərəkətləri zamanı toplanmış sübutlar etibarsız sayılmalıdır. Lakin, buna baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin pozuntuya da göz yummuşdur. Bütün bu qeyd olunanlara və iş üzrə mövcud olan digər sübutlara əsasən hesab edir ki, axtarış və götürmənin keçirilməsi haqqında sübutlar siyahısından xaric edilməlidir. Bununla bağlı da tərəfindən Lənkəran Ağır Cinayətlər məhkəməsinə vəsatətlər verilmiş, lakin məhkəmə həmin vəsatətlərə də heç bir münasibət bildirməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki işə baxan məhkəmə kollegiyası hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Hətta elə bir ifadənin mövcud olması onu deməyə əsas verir ki, həmin ifadə də təqsirləndirilən şəxsə işgəncə verilməklə, zorla, döyülməklə və aldadılmaqla alınmış ifadədir. Təqsirləndirilən şəxsin qeyd olunan izahat və ifadələrinin etibarsız sayılması və sübutlar siyahısından xaric edilməsi ilə bağlı tərəfindən vəsatətlər verilmişdir. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsi isə həmin vəsatətə əssaslandırılmış münasibət bildirməmişdir. Lakin, hazırki cinayət işi üzrə təqsirləndirlən şəxs nə şübhəli şəxs qismində, nə də təqsirləndirilən şəxs qismində dinirilərkən o, dindirmə prokollarında göstərilən məzmunda izahat və ifadə verməmişdir. Onun ifadəsi müstəntiq tərəfindən təhrif olunmuş formada yazılmışdır və buna görə də o, haqlı olaraq həmin izahat və ifadələrə imza çəkməkdən imtina etmişdir. Belə olan halda sual olunur: təqsirləndirilən şəxsin təhrif olunmuş ifadəsi ilə iş üzrə şahidlərin ifadəsi arasında ziddiyyət yarandıqda onların arasında üzləşmə keçirilə bilərdimi? Təbii ki, xeyr keçirilə bilməzdi. Iş materiallarında olan saxta üzləşmə protokollarının etibarsız sayılması və sübutlar siyahısından xaric edilməsi ilə bağlı verilmiş vəsatətə də Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Bu isə məhkəmənin hazırki cinayət işi üzrə etdiyi ən böyük pozuntulardan biridir. Necə ola bilər ki, edilməyən istintaq hərəkəti ilə (üzləşmə istintaq hərəkətinin) bağlı yazılmış saxta protokol sübut kimi nəzərə alınsın və yaxudda məhkəmə tərəfindən ona heç bir münasibət bildirilməsin? Hörmətli məhkəmə kollegiyası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il hökmünü çıxarmış məhkəmə kollegiyası ibtidai istintaq zamanı CPM-nin 137, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarının və “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulmasına və həmin pozuntularla bağlı iş materiallarında mötəbər sübutlar olmasına baxmayaraq, qeyd olunan pozuntulara heç bir münasibət bildirməmişdir. Bununla da məhkəmə hazırki cinayət işinə birtərəfli yanaşmaqla, işdə maraqlı olan kimlərin sifarişini icra etmişdir. Bununla da Lənkəran Ağır Cinayətlər Məhkəməsi hazırki cinayət işi üzrə kobud prosessual pozuntulara yol vermişdir. Hazırkı iş üzrə əməliyyat-qeydiyyat işinin və Təqsirləndirilən şəxs barəsində polisə hər hansı əməliyyat məlumatının daxil olması barədə məlumatın istintaq orqanı tərəfindən məhkəmə nəzarəti qaydasında işə baxan məhkəməyə və birinci instansiya məhkəməsində qismində işə baxan Lənkəran Ağır Cinayətlər məhkəməsinə təqdim edilməməsi, yaxud təqdim edilə bilməməsi, ümumiyyətlə belə məlumatların mövcud olmamasına dəlalət edir. Qeyd olunmalıdır ki, məhkəmə təqsirləndirilən şəхsin təqsirinin sübut olunmasında əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş materiallardan istifadə еdə bilər. Ancaq Azərbaycan Rеspublikası CPM-in 137-ci maddəsində qеyd еdilir ki, əməliyyataхtarış fəaliyyəti nəticəsində əldə еdilmiş matеriallar «Əməliyyat-aхtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim еdildikdə və yoхlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul еdilə bilər. Lakin, hazırkı cinayət işində əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş məlumatın mənbəyi müəyyən edilmədiyinə və əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-aхtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun əldə olunmadığına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim еdilmədiyinə və yoхlanılmadığına görə cinayət təqibi üzrə sübut kimi qəbul еdilə bilməz. Bir daha qeyd edir ki, göstərilən qanun pozuntularına isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mübahisəli məhkəmə hökmünü qəbul etmiş məhkəmə tərkibi tərəfindən göz yumulmuşdur. Bu baxımdan Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, Dikmə Türkiyəyə qarşı ## #### 2000-ci il tariхli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollеgiyası hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstünlük hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin mövqeyi Avropa Insan Hüquqları Məhkəməsinin Dikmə Türkiyəyə qarşı ## #### 2000-ci il tarхili Məhkəmə qərarına da ziddir. Işin mübahisəsiz hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini inkar edir. Iş üzrə toplanmış və məhkəyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən onların sübut kimi qəbul edilib bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsi baxımından yolverilməzdir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlində əməlində CM-in 29, 120.2.4-cü maddəsi üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə onun əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif olunaraq ona ən aşağı həddə cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4-cü maddəsi ilə verilmiş ittiham qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin əsas prinsiplərindən irəli gələrək məhkəmə araşdırması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmalıdır. Bu tələb eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının ədalətli məhkəmə araşdırması ilə bağlı müddəaları, habelə Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də uzlaşır. Belə ki, həmin məhkəmənin presedent hüququna əsasən dövlətin vəzifəsi yalnız formal araşdırma aparmaq deyil, hadisənin bütün mühüm aspektlərini əhatə edən “effektiv araşdırma” təmin etməkdir. Lakin bu prinsip o demək deyildir ki, istintaq və ya məhkəmə hər bir irəli sürülən fərziyyəni mütləq təsdiq etməli və ya sübuta yetirilməmiş ehtimalları hökmün əsasına qoymalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməməsi və onun əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif olunması kimi məsələlər mübahisələndirildiyi üçün kollegiya ilk olaraq həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2014-cü ildə onun bacısı ilə ailə həyatı qurmuş, onların münasibətləri yaxşı olmadığından 2018ci ildə bacısı ata evinə qayıtmışıdır. Elçinin onların küçəsində olan əxlaqsız qadınla münasibətinin olduğunu öyrəndikdən sonra, onu söhbət etmək üçün çağırmış, ona etdiyi hərəkətin düzgün olmadığını bildirsədə, o qulaq asmamışdır. Anası rəhmətə getdikdən sonra Elçin onlara qarşı bir neçə dəfə hörmətsizlik etsəd ə, ona heçnə deməmişlər. ## #### 2024-cü il tarixdə küçəyə çıxanda Elçini görmüş, Elçin saymazyana yüksək səslə maşını onun yanından sürüb keçmişdir. Anası iki il əvvəl rəhmətə getdiyindən Elçinin bu hörmətsizliyi onu təngə gətirmiş və onu gördükdən sonra evdə olan tüfəngini götürüb küçəyə çıxmış, qonşuluqda yaşayan Fəridi görmüş və onun maşınına oturmuşdur. Həmin vaxt Elçin də öz maşınında oturmuşdur. Biraz qabaqda maşından düşmüş, maşından düşəndə orada olan X5 maşını sürüb qaçmasını bildirmişlər. Bundan sonra o, qorxutmaq məqsədilə Elçinə atəş açmışdır. Həmin tüfəng onda ov etmək məqsədilə olmuşdur, həmin tüfənglə əvvəllər qaban vurmuşdur, tətiyi o çəkmişdir, 5-10 metr məsafədən Elçinin sağ əlini nişan almış, vurmuşdur, Elçini maşının sağ tərəfindən vurmuşdur, həmin vaxt maşının içində Elçindən başqa adam olmamışdır, tüfəngdə cəmi 1 patron olmuşdur, evdə seyfdə nə qədər patron olmasını xatırlamır, lakin, tüfəngdə biri olmuşdur, həmin vaxtı istəsə Elçini öldürə bilərdi. Bir patronla qorxutmaq istəyirdisə nəyə görə havaya deyil, zərərçəkmiş şəxsin üzərinə tuşlayıb atəş açması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, Elçinin özünə xəsarət yetirərək onu qorxutmaq istəmişdir. Havaya atəş açardısa Elçinin qorxub-qorxmayacağını düşünməmişdir. O, ittiham aktında yazılanlarla razı deyildir, oxuyub-yaza bilmir, bu barədə müstəntiqə bildirmiş və onun yazdıqlarına imza çəkmişdir, ibtidai istintaq zamanı, öldürmək məqsədilə zərərçəkənin boynunu nişan alıb vurması barədə bildirməmişdir, nəyə görə ifadəsini imzalamasını izah edə bilmir, elə ifadə verməmişdir, öldürmək məqsədi olsa gedib evində vurardı, qorxutmaq fikri olduğu üçün bir patron götürmüşdür, o, arada ova gedir, qaşqaldaq, ördək vurur, Elçini qorxutmaq fikri var idisə nəyə görə quş gülləsi yox, öldürücü təsirə malik qaban gülləsi götürməsini hadisə vaxtı əsəbindən nə götürdüyünü bilməməsi ilə izah edir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı 07 və ## #### 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, ## #### 2024-cü il tarixdə iş yerindən çıxaraq Biləsuvar rayonuna evinə gəlmiş, Elçinin başqa bir qadınla evlənmək istədiyini və onun nişanlandığını eşitdiyi üçün özündən asılı olmayaraq çox əsəbləşmiş və onu özünə məxsus olan “MR-27” markalı, 16 çaplı ov tüfəngi ilə vurub qisas almaq qərarına gəlmişdir. Həmin gün saat 18 radələrində bərbərə getmək üçün küçəyə çıxmış və Elçini küçənin başında avtomobili ilə dayandığını görmüşdür. Bundan sonra yenidən əsəbləşib özündən çıxmış və gedib evdən tüfəngi götürüb onu vurub qisasını almaq qərarına gəlmişdir. Həmin vaxt tanışı şahid4 idarə etdiyi avtomobillə küçədən keçərkən onu saxlatdırmış və işi olduğunu bildirərək onuda aparmasını xahiş etmişdir. O da etiraz etməmişdir. Evinə gələndən sonra tüfəngini və donuz vurmaq üçün olan iki ədəd patron götürmüşdür. Fərid tüfəngi görən kimi bunu neyniyirsən deyə ondan soruşmuş, cavabında ona narahat olma Elşən gəlir ona verəcəm deyə bildirmişdir. Fərid avtomobili işə salıb küçənin başına tərəf sürmüş və Elçinin avtomobilinə çatanda Fəridə avtomobili saxlamasını bildirmişdir. Fərid təxminən 10-15 metr irəli gedib avtomobili saxlamış və ondan nə etmək istədiyini soruşaraq Elşənin orada olmadığını bildirmişdir. Həmin vaxt tüfəngə iki ədəd patron qoymuş və Fərid vəziyyəti başa düşüb tüfəngin lüləsindən tutub əlindən almaq istəmişdir. Lakin ona məhəl qoymayıb dartıb tüfəngin lüləsini əlindən almış və avtomobildən yerə enmişdir. Həmin vaxt Elçin Namiqin yaşadığı evin qarşısında dayanmışdır. Özü avtomobildə olmuş, iki nəfər isə avtomobilin yanında söhbət etmişdir. Həmin vaxt ona kimsə demişdir ki, Elçin sür qaç. Elçin də avtomobilini hərəkətə gətirib sol tərəfə doğru dönməyə başlamışdır. Elçinin avtomobilinin sağ ön pəncərəsi aşağı olduğuna görə tüfəngi həmin pəncərədən Elçinə doğru tuşlamış və tətiyi basmaq istəyən zaman yoldan tanımadığı bir şəxs qarşısından keçmişdir. Ona görə də Elçini vurmağa gecikmiş və atəş açmamışdır. Həmin adam keçdikdən sonra avtomobilin sağ ön pəncərəsi açıq olan hissəsindən Elçinin başını nişan alıb atəş açmışdır. Lakin Elçin avtomobili saxlamayıb hərəkətini davam etdirmişdir. Həmin vaxt çox həyəcanlı olmuş və qaçaraq oradan uzaqlaşmışdır. Ələt-Astara yoluna gedib, oradan tanımadığı yoldan keçən avtomobillə Bakı şəhərinə getmiş və polis əməkdaşları onunla əlaqə saxladıqdan sonra yerini onlara deyərək polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs bacısı ilə ailə qurmaq üçün evlənsə də, onu saxlamayıb boşamış, onun həyatını məhv etmiş və sonrada yenidən başqası ilə evlənmək istəmişdir. Elçinin bu hərəkəti ona çox pis təsir etmiş, bu səbəbdən ondan qisas almaq niyyəti ilə tüfənglə vurmaq qərarına gəlmişdir. Məqsədi onu vurmaq olmuş, öləcəyi və yaxud da qalacağı barədə fikirləşməmişdir. ( C-İ, i.v. 48-50, 70-72) Həmçinin, istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Biləsuvar rayon prokurorluğunda verdiyi ilkin ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman avtomobildən düşən kimi tüfəngi Elçinin olduğu avtomobilə doğru tuşlayaraq yuxarı atəş açmış, Elçin dərhal avtomobilini hərəkətə gətirərək sol tərəfə doğru dönərkən avtomobilin sağ hissəsi ona doğru yönəlmiş və avtomobilin sağ ön qapısının pəncərəsi aşağı olduğuna görə tüfəngi həmin istiqamətdə Elçinə doğru tuşlayıb tətiyi basmaq istəyən zaman yoldan tanımadığı kimsə qarşısından keçdiyi üçün yenidən ikinci dəfə Elçinin avtomobili istiqamətdə yuxarı doğru atəş açmışdır. Atəş açmaqda məqsədi Elçini qorxudub yeni ailə qurmaq fikrindən daşındırmaq istəməsi olmuşdur.( Cild 1, i.v.182-188) Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini belə ifadələr verməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona yetirdiyi az ağır xəsarətə görə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin müdafiəçisinin qeyd etdiyi “Təqsirləndirilən şəxs heç vaxt zərər çəkmiş şəxsi öldürmək məqsədi ilə atəş açmamış, məqsədi öldürmək olmamış, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi qəsdən yaralamaq məqsədi ilə deyil, sadəcə qorxutmaq məqsədi ilə ilə silahla göyə atəş açmış, zərər çəkmiş şəxsin atəşli silahla xəsarət alması müəyyən edilsə də, hadisənin başvermə şəraiti, atışın istiqaməti, məsafəsi, istifadə edilmiş silahın tipi, hadisə yerində olan giliz və güllələrin sayı, eləcə də bu texniki halların şahid ifadələri ilə uyğunluğu istintaq tərəfindən tam və qərəzsiz araşdırılmamış” dəlilinin əksinə olaraq apellyasiya məhkəməsində dindirilmiş məhkum edilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, onun məqsədi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, qorxutmaq üçün əlindən nişan alaraq tüfənglə bir dəfə atəş açaraq vurmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanuna zidd hərəkətinin nəticəsi olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağ əlin odlu silah güllə yaralanması və sağ əlin V daraq sümüyünün açıq sınığı kimi dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi öz təsdiqini tapır. Qeyd edilən işin faktiki halı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs niyyətinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qorxutmaq deyil, öldürmək niyyətinin olmasına dəlalət edir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 330-cu maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,...Əzim və Namiq avtomobildən yerə enmiş, özü isə avtomobili işlək vəziyyətdə saxlayaraq yerə düşməmişdir. Çünki onlara əvvəlcədən demişdir ki, üzərində olan paltarları dəyişib qayıdacaq. Əzim yerə enəndən sonra avtomobilin qabaq sağ qapısını açıq qoyaraq yaxınlıqda dayanmış, Namiq isə avtomobilin arxası tərəfdə evlərinin qapısının yaxınlığında dayanmışdır. Həmin vaxt avtomobilin açıq vəziyyətdə qalmış qabaq sağ qapısının və qabaq sol qapısının şüşələri açıq vəziyyətdə olmuşdur. Üçü biri-biri ilə söhbət etdikləri üçün həm özü və həmdə Əzim Namiqə doğru baxmışlar, elə bu vaxt avtomobilinin sağ arxa hissəsində dayanmış Namiq uşaqlar qaçın deyə qışqırmışdır. Üzünü arxadan qarşıya doğru çevirən zaman əlində tüfəng ona doğru gələn Təqsirləndirilən şəxs təxminən 10 metr məsafədən olduğu istiqamətdə əlindəki tüfəngdən bir qədər yuxarıya doğru atəş açdığını görmüşdür. Dərhal avtomobili hərəkətə gətirərək sol doğru istiqamətlənmiş və Emin avtomobilinə təxminən 5 metr qalmış tüfəngi üzərinə tüşlayaraq atəş açmışdır. Həmin an işlək vəziyyətdə olan avtomobili hərəkətə gətirərək sola doğru hərəkət etdirdiyi üçün güllə sağ əlinə dəyib xəsarət yetirmişdir... Təqsirləndirilən şəxs ona birinci dəfə təxminən 10 metr aralıdan avtomobili istiqamətində və ikinci dəfə isə təxminən 5 metr ara məsafədən tüfəngi ona doğru tuşlayaraq atəş açmışdır. Həmin vaxt avtomobilini dərhal yerindən tərpədərək sürətlə oradan kənarlaşmasaydı Emin onu vura bilərdi və tüfənglə vurub öldürə bilərdi. Lakin Eminin həmin vaxt onu öldürmək niyətinin və istəyinin olub-olmaması ilə bağlı heç bir fikri yoxdur. Birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş şahid şahid6 ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Elçin dostudur. Hadisə günü onların həyətində qurban kəsəcəklərmiş, Elçin və Əzim də onun yanında olmuşdur, söhbət edən vaxt Emin onlara yaxınlaşmış, bundan sonra güllə səsi eşitmiş və güllənin Elçinin əlinə dəydiyini görmüşdür. Həmin vaxt Eminlə arasında 2-3 metr məsafə olmuşdur. Bundan sonra qaçıb evə girmişdir. Elçinlə Eminin arasında münaqişə olmasından xəbəri olmamışdır. Hadisə vaxtı Elçinin maşınının qapısı açıq olmuş, Emin sürücü tətəfdən ona yaxınlaşmışdır. Eminlə Elçinin arasında 1 metr məsafə olmuşdur. O, həmçinin ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, həmin vaxt Əzim avtomobilin yanında dayanıb Elçinlə söhbət etmiş, özü isə onlardan bir neçə metr aralanaraq yaşadığı evin həyət darvazasının qarşısında qoyulan qurbanlıq qoyuna yaxınlaşmışdır. Birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş şahid şahid4 ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü Emin ona onu məhlədə düşürməyini, qardaşının onu orada gözlədiyini demişdir. Emini məhlədə düşürdükdən sonra silah səsi eşitmişdir. O, həmçinin, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, maşından enən zaman atəş səsini eşitmiş, həmin vaxt Elçinin avtomobilini sürətlə yerindən hərəkət etdirərək getdiyini görmüş, həmçinin ikinci atəş səsini eşitmişdir. Emin Zərərçəkmiş şəxs iki dəfə atəş açmış, avtomobilindən yerə enib Eminə yaxınlaşmağa cəhd etmək istəyərkən artıq hər iki atəş açılmışdır. Eminin tüfəngi konkret olaraq Elçinə doğru tuşladığını görməmiş, lakin Emin Elçinin olduğu istiqamətdə atəş açmışdır. Birinci atəş səsi gələn kimi Elçin artıq avtomobilini sürətlə yerindən dəbərdərək getmişdir. Birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş şahid şahid5 ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü o və Namiq Elçinlə biryerdə olmuşlar. Onlar həyətdə söhbət edəndə Emin gəlmiş və atəş açmışdır, bundan sonra Elçin maşını sürüb getmişdir. O, qabaq tərəfdən gəlmiş əlində ov tüfəngi olmuşdur, həmin vaxt maşın işlək vəziyyətdə olmuşdur. O, Eminin atəş açdığını görməmiş, sadəcə güllənin səsini eşitmişdir. Ona kimsə mane olmağa çalışmamışdır, əgər istəsə, Elçini öldürə bilərmiş. Eminlə Elçinin arasında ədavət olması barədə məlumatı olmamışdır. O, həmçinin, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Namiqlə birlikdə avtomobildən yerə enmişlər və avtomobilin qabaq qapısını açıq saxlayaraq yaxınlıqda dayanmışdır. Namiq isə avtomobilin arxa hissəsinə yaşadığı evin qapısına doğru qurbanlıq qoyuna tərəf getmişdir. Elçin isə sükanın arxasında əyləşərək avtomobili işlək vəziyyətdə saxlamışdır. Həmin ərəfədə biri-biriləri ilə söhbət etdikləri üçün onların üzü Namiqə tərəf olmuşdur. Avtomobilin sərnişin tərəfdən qapısı və pəncərəsi açıq qalmışdır. Birdən Namiq “uşaqlar qaçın, Elçin sür” deyə qışqırmış və Namiqin bu sözləri deməsi ilə atəş səsini gəldiyi eyni olmuşdur. Elçin avtomobili sürətlə yerindən tərpədərək oradan uzaqlaşmış və həmin an ikinci dəfə də atəş səsi gəlmişdir. Ilk atəş səsini eşidən kimi özünü Namiqlə birlikdə onların evinin giriş qapısından içəri atmış və bundan bir neçə dəqiqə sonra küçəyə çıxarkən orada nə Emin və nə də Elçin olmamışdır. Birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş əlavə şahid şahid1 məhkəmə iclası zamanı verilən suallaara cavab olaraq bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ballistik və trasoloji ekspertizalar şöbəsinin baş eskperti vəzifəsində işləyir, hər lülədən iki ədəd eksperimet atəş açılanda silah qoşa lülə olsa da, hər dəfə ayrıca tətiyi çəkmək lazımdır, yəni, bir dəfə tətiyi çəkəndə bir güllə çıxır, tədqiq edilən silah bir çaxmaqlı olmuşdur, atəşin biri bu gün, digəri üç gün sonra açılarsa, hansı atəşin nə vaxt açıldığını müəyyən etmək üçün metodika yoxdur, silah saz vəziyyətdədirsə tətiyi çəkmədən ikinci atəşin açılması mümkün deyil. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: «Şübhəli şəxsin tutulması haqqında» ## #### 2024-cü il tarixli, *** nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30-da ARCM-in 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 39) - Biləsuvar Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılarkən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. (C-İ, i.v. 78-82) – «Hadisə yerinə baxış keçirilməsi haqqında» ## #### 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar şəhəri, Təyyarə meydanında yerləşən şahid6 yaşadığı fərdi yaşayış evinin qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Akif oğlu göstərmişdir ki, ## #### 2024-cü il tarixdə, saat 18:30 radələrində şahid5 və şahid6lə birlikdə istifadəsində olan “Mercedes-Benz E” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun yaşadığı evin qarşısında küçədə olan zaman Təqsirləndirilən şəxs əlində olan tüfənglə ona atəş açmışdır. (C-İ, i.v. 07-11) - «Könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında » ## #### 2024-cü il tarixli, *** nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ov tüfəngi 16 çaplı, MP-27EM-1C markalı, Rusiya istehsalı olan “Baykal” adlı qoşalüləli silahdır. Tüfəngin üzərində kənar təsirdən yaranmış heç bir zədə və yaxud qanabənzər izlər yoxdur. (C- İ, i.v. 26-28) - Lənkəran şəhər Psixiatriya xəstəxanasının ##.##.2024-cü il tarixli, *** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. (CI, i.v. 178) - Səhiyyə Nazirliyi Respublika X11 hüquqi şəxsin ## ###### 2024-cü il tarixli, **** saylı məktubuna əsasən Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. ( C-İ, i.v. 179) - Salyan rayonlararası Psixiatriya xəstəxanasının ## ###### 2024-cü il tarixli, *** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. ( CI, i.v. 180) - Məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, əsasən Zərərçəkmiş şəxs “sağ əlin odlu silah-güllə yaralanması və sağ əlin V-ci daraq sümüyünün açıq sınığı müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlmişdir, törənmə müddəti ##.##.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa “Az Ağır” zərərvurmaya aiddir. ( C-İ, i.v. 190-192) - Məhkəmə-psixiatrik ekspertizasının ## #### 2024-cü il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi mülicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, hadisəni törədən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətində iştirak etmək imkanına malikdir, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur və ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (C-II, i.v. 13-16) - Məhkəmə-ballistik ekspertizasının ## #### 2024-cü il tarixli, *-**-**/*-*/**** nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli “182731055” nömrəli “MP-27 EM-1C” moddelli daxili çaxmaqlı qoşalüləli tüfəngdiryivsiz odlu ov silahıdır, konstruksiyasında əlavə və dəyişiklik edilməmişdir. Tüfəngin patronluğunda hər hansı predmet yoxdur, saz vəziyyətdədir və atəşə yararlıdır. ( C-II, i.v. 17-20) - «Sübutların qiymətləndirilməsi haqqında» ## ######## 2024-cü il tarixli qərarda göstərilmişdir ki, cinayətin predmeti olan 16 kalibrli, *182731055" nömrəli "MP-27 EM-1C" moddelli odlu ov tüfənginin maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Prokurorluğunun arxivinə verilsin. ( C-II, i.v. 49-67) Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin apellyasiya şikayətindəki yuxarıda qeyd edilən dəlilləri iş üzrə toplanmış sübutlarla, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələri, daha sonra həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən vermiş olduğu izahatı (özünü təqsirli bilmiş və törətdiyi əməldən peşmançılıq hissi keçirmədiyini qeyd etmişdir), şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları ilə tam təkzib edilir. Əks nəticəyə gəlinməsi, bu faktın inkarı isə mümkünsüzdür. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs məhz təsir və təzyiqə məruz qaldığı üçün, yəni təqsirləndirilən şəxsə işgəncə verilməklə, zorla, döyülməklə və aldadılmaqla cinayət prosesini həyata keçirən orqanın diktə etdiyi formada ibtidai araşdırma zamanı əleyhinə ifadə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun müdafiəçisi təxminən ibtidai istintaq dövründə belə məzmunlu şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz təsir, təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № *****/**, §§ 42-43, ## ###### 2013; Məmmədov Azərbaycana qarşı, № **/**/****, §§ 23-27, ## ###### 2007; Rizvanov Azərbaycana qarşı, № *****/**, §§ 12-20, ## ##### 2012; və Nəcəfli Azərbaycana qarşı, № ****/**, §§ 11-21, # ####### 2012). Bundan başqa, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində xəsarət izləri də qeydə alınmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli yuxarıda sadalanan işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29, 120.2.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün əsaslar müəyyən etmir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən və cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs CM-in 29,120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-431/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-431/2026
26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver