Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-436/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsi ilə) Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü (hakim Gülsaba Ağayeva) ilə ##.##.1973-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 154 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 2 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməsi və Azərbaycan Respublikası DİN-in silahsursat anbarına təhvil verilməsi hökm edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu silah hesab edilən 1 ədəd “Makarov” konstruksiyalı tapançanı, onun komplekt hissəsi sayılan 1 ədəd darağı və döyüş sursatı hesab edilən 4 ədəd patronu qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes” markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobildə saxlayıb gəzdirməklə İmişli şəhəri ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ## ###### 2025-ci il tarixdə saat 10:22-də İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən H.Əliyev parkının yaxınlığında saxlanılaraq həmin yerdən 150-200 metr məsafədə İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən İmişli şəhər Dəmiryol Stansiyasının yaxınlığında qeyd olunan tarixdə saat 10:38-dən etibarən idarə etdiyi “Mercedes” markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş, OM- *** №-li, 9 mm kalibrli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatına görə üzərində hər hansı dəyişiklik edilməmiş, odlu silah hesab edilən 1 ədəd Makarov konstruksiyalı tapança, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi sayılan, texniki cəhətdən saz və istifadə üçün yararlı 1 ədəd daraq və zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı 4 ədəd patron aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, Təqsirləndirilən şəxs “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci, 14- cü və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla II qrup əlildir. Avtomobilində aşkar olunmuş “Makarov” konstruksiyalı tapançadan məlumatlı olmayıb, həmin silah ona məxsus deyildir. Ərizəçi əslində AXCP üzvü olduğu üçün o, əsassız olaraq ittiham olunub və məhkum edilib. Siyasi fəaliyyətinə görə o, əsassız ittihamlarla həbs olunub. Qəbul olunan hökmdə xeyli boşluq mövcuddur, heç biri hakim tərəfindən aydınlaşdırılmayıb. Belə ki, niyə BMCMİ əməkdaşları yalnız ərizəçini tutmaqla yetiniblər? Niyə onun bu silahı haradan və ya kimdən əldə etməsi ilə maraqlanmayıblar? Ərizəçinin bu cinayət hadisəsini törətməsi ilə ittiham edə bilən bu hüquqmühafizə orqanı necə oldu ki, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi üçün daha önəmli addım olan təhlükənin mənbəyini araşdıra bilməyib? Həmçinin hakim də hökmü qəbul edərkən bu məsələ ilə maraqlanmayıb, görməzdən gəlməyə üstünlük verib. 2025-ci ilin dekabr ayından ərizəçinin vəkili olmuş, lakin yalnız 2026-cı ilin mart ayından etibarən müstəntiq tərəfindən ərizəçiyə təqdim olunmuşdur. Nəticədə, heç bir istintaq hərəkətində iştirakına şərait yaradılmamışdır. BMCMİ tərəfindən İmişlidə keçirən əməliyyat ərizəçiyə qarşı edilən əməliyyat olmuşdur. Hökmdə qeyd olunan: “Təqsirləndirilən şəxs üstünün və avtomobilinin yoxlanılmasına, habelə istifadəsində olan kafeyə və həmin kafedəki avtomobilə, eləcə də yaşadığı evə baxış keçirilməsinə dair yerində protokol tərtib edilməsinə şəraitin olmaması səbəbindən protokol İmişli RPŞ-nin inzibati binasında tərtib edilmişdir”. Necə olub ki, BMCMİ əməkdaşları kafedəki və ya evdəki şəraitdən yararlana bilməyib bu protokolları tərtib etməkdə çətinlik çəkib? Və təqsirləndirilən şəxsin izahatını inandırıcı hesab etməyən hakim necə olub ki, bu izahatı olduqca inandırıcı hesab edib və sorğulamayıb? Məhkəmə heç bir əsas gətirmədən sübutlara selektiv yanaşmış, yəni ərizəçinin ibtidai istintaq zamanı zorakılıqla alınan ifadələrini üstün tutmuş və bunu nə üçün üstün tutduğunu qeyd etməmişdir. Məhkəmədə yalnız BMCMİ əməkdaşlarının izahatı alınıb. Əməliyyatı həyata keçirən şəxslər olaraq onlar ərizəçinin əleyhinə izahat veriblər. Amma müdafiə tərəfindən əlavə heç kimin izahatı alınmayıb. Məhkəmə işə birtərəfli yanaşıb. Məhkəmə ərizəçinin niyə bəzi protokolları imzalayıb, digərilərini imzalamqdan imtina etdiyini araşdırmayıb. Evdə axtarış-götürməyə sözdə heç bir etiraz etməmiş şəxs niyə evdə axtarış-götürmə protokolunu imzalamaqdan imtina edir? Ümumilikdə şəxsi baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, “Mercedes” markalı, **-NR- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi, ərizəçinin yaşadığı evə keçirilən baxış, ərizəçinin istifadəsində olan kafeyə baxış, kafenin həyətində olan “VAZ 21214” markalı, **-BX- *** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış olmaqla 5 dənə prosessual hərəkət icra olunub. Lakin heç birində vəkilin iştirakı təmin olunmayıb. Ərizəçinin müdafiə hüququ kobud formada pozulub. Protokola imza etməkdən imtina etməsi, BMCMİ orqanının əvvəl maşına baxış keçirilərkən BMCMİ-nin iddiasına görə ərizəçinin olduğu yerdən, yəni parkdan uzaqlaşdırılması, daha sonra evə, kafeyə, digər maşına baxış keçirərkən “şəraitin olmamasını” əsas gətirərək protokolun İmişli RPŞ-nin inzibati binasında tərtib edilməsi, prosessual hərəkətlərin heç birində vəkilin iştirakının təmin olunmaması və mənim 3 ay sonra ərizəçiyə vəkil olaraq təqdim olunmağı ərizəçinin BMCMİ əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığının açıq-aşkar sübutudur. Məhkəmə heç bir əsas gətirmədən tərəflərin bərabərliyi hüququnu pozaraq müdafiə müdafiə tərəfini ittiham tərəfi qarşısında əlverişsiz vəziyyətə salıb. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, Təqsirləndirilən şəxs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci, 14-cü və 18-ci maddələri ilə təminat verilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif etdiyini, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq cəza təyin etdiyini ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi şikayətində həm ona təyin edilmiş cəzanın ağırlığı ilə bağlı məsələni, həm də işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək, avtomobilindən çıxan soyuq silahın ona məxsus olmadığını bildirib, CM-in 228.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələrini, şahidlər Nəbiyev İbrahim Rasim oğlu, X3 və X4 ifadələri, ## ###### 2025-ci il tarixli “baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi habelə iş materiallarında olan digər sənədləri araşdırıb Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Birinci instansiya məhkəməsində isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla II qrup əlildir. Hazırda xəstədir. Avtomobilində aşkar olunmuş “Makarov” konstruksiyalı tapançadan məlumatlı olmamış, həmin tapança ona məxsus deyildir. Sonda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı da Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də məhkəmədə verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində özünü təqsirli bilməməsi, baş vermiş hadisə ilə bağlı ifadələri kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillər işin faktiki halları və iş materiallarında olan sübutlarla tam təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, R Nəbiyev İbrahim Rasim oğlu ifadəsində bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X3, X4 və o daxil edilmişlər. ## ###### 2025-ci il tarixdə saat 10:30 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən H.Əliyev adına parkın yaxınlığında olması müəyyən edilmiş və qrup üzvləri ilə həmin ünvana getmişlər. Saat 10:20 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi “Mercedes” markalı, **- NR-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görmüş, həmin vaxt ona yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, onun üzərinin və avtomobilinin videoçəkilişdən istifadə edilməklə yoxlanılacağını izah etmişlər. O da heç bir etiraz etməmişdir. Vüqar Nadirovun saxlanıldığı yerdə insanların sıx toplaşması və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü və avtomobili həmin yerdə yoxlamaq mümkün olmadığı üçün saxlanıldığı yerdən təxminən 150-200 metr kənarda, İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən İmişli Şəhər Dəmiryolu stansiyasında yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olan əşya və predmetləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan gödəkçənin cibindən 2 ədəd mobil telefonu, əynindəki şalvarının cibindən müəyyən məbləğdə pulu, 1 ədəd kağız qəbzi, 1 ədəd kağız vərəqəni və 1 ədəd mobil danışıq kartını çıxardıb baxışa təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-NR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sağ tərəfdə olan saxlanc yerindən 1 ədəd üstündə “OM 836 1954” yazıları olan 1 ədəd tapança tipli dəmir predmet, 1 ədəd daraq tipli dəmir predmet və 4 ədəd patrona oxşar dəmir predmet, 3 ədəd bank kartı, 1 ədəd əlillik vəsiqəsi, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd qeydiyyat şəhadətnaməsi və 1 ədəd etibarnamə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd tapança tipli, 1 ədəd daraq tipli və 4 ədəd patrona oxşar dəmir predmetlər müvafiq qaydada qablaşdırılmış, möhürlənib iştirakçılar tərəfindən imzalansa da, Vüqar Nadirov qablaşdırmanı imzalamaqdan imtina etmişdir. Aşkar olunmuş 3 ədəd bank kartı, 1 ədəd əlillik vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd qeydiyyat şəhadətnaməsi və 1 ədəd etibarnamə təhqiqatçı tərəfindən götürülmüşdür. Digər əşya və predmetlər isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən və avtomobilindən dövriyyəsi qadağan olunmuş başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən onun istifadəsində olan kafeyə və avtomobilə baxış keçiriləcəyi Vüqar Nadirova izah olunmuş, sonuncu ərizə yazaraq qeyd olunan ünvana və avtomobilə baxış keçirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə İmişli şəhəri Muğan küçəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan kafeyə gəlmiş, nəticədə kafeyə və kafenin həyətində olan “Vaz 21214” markalış **-BX-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. İlk öncə avtomobilə baxış keçirilmiş və avtomobildən 1 ədəd etibarnamə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan kafeyə baxış keçirilmiş, baxış zamanı kafenin 10 kabinet, mətbəx və ümumi zaldan ibarət olması müəyyən edilmiş, baxış keçirilərkən kafedən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçiriləcəyi Vüqar Nadirova izah olunmuş, sonuncu ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, M.Müşviq küçəsi, ev 154 ünvanına gəlmiş və baxış keçirilməsinə başlanılmışdır. Evə daxil olduqda giriş hissəsinin sağ tərəfində birmərtəbəli ev, girişlə üzbəüz hissədə əlavə birmərtəbəli evin olması müəyyən edilmiş, sağ tərəfdə yerləşən evə baxış zamanı evin mətbəx və 2 otaqdan ibarət olması müəyyən edilmişdir. Baxış zamanı həmin evdən iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Digər evə keçirilən baxış zamanı isə evin 2 zal, 1 uşaq, 2 yataq, 1 mətbəx otağından və 1 təmirsiz sanitar qovşağından ibarət olması müəyyən edilmişdir. Baxış davam etdirilərkən həmin evdən 1 ədəd elektron yaddaş daşıyıcısı aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün və avtomobilinin yoxlanılmasına, habelə istifadəsində olan kafeyə və həmin kafedəki avtomobilə, eləcə də yaşadığı evə baxış keçirilməsinə dair yerində protokol tərtib edilməsinə şəraitin olmaması səbəbindən protokol İmişli RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, Təqsirləndirilən şəxs protokola imzalamaqdan imtina etmişdir. Protokol düzgün tərtib edildiyindən polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmiş və baxış keçirilməsinə dair videoyazının aparıldığı 3 ədəd DVD disk protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan başqa, işdə olan ## ###### 2025-ci il tarixli “baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 10:22-də İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən H.Əliyev parkının yaxınlığında idarə etdiyi “Mercedes” markalı, **- NR-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin yerdən 150-200 metr aralı məsafədə İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən İmişli şəhər Dəmiryol Stansiyasının yaxınlığında həmin tarixdə saat 10:38-dən üzəri və avtomobil yoxlanılan zaman avtomobilin qabaq sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 1 ədəd tapança tipli dəmir predmet, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. (iş vərəqi 10-11) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 13:48-də BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X1 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(İş vərəqi 30) ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham ona elan edilmişdir. (iş vərəqi 80-81) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ##.##.2025-ci il tarixdən, saat 10:22-dən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 102-104) Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd OM*** №-li silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 4 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 4 ədəd 9x18 mm kalibrli patronlardan 2 ədədi eksperimental atəş zamanı istifadə olundu. (iş vərəqi 50-54) ##.##.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 ədəd “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 4 ədəd patron maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqi 109-110) ##.##.2026-cı il tarixli sübutların qimətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 1 ədəd “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 2 ədəd patron və üç ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (iş vərəqi 139-150) ## ###### 2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (iş vərəqi 152-153) ## ###### 2026-cı il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından 1 ədəd “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 4 ədəd patronun əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata cinayət işi ayrılmışdır. (iş vərəqi 171- 172) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqi 137-138) Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il ## ######## tarixli, ***-IIQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsiilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexanik iqurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 228.5-ci maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa və avtomobilindən aşkar edilmiş bıçağın özünə məxsus olmadığını bildirsə də, şikayətində bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Rəşad Allahverdiyevin ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və müharibə iştirakçısı olmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmiş, onu CM-in 228.1-ci maddəsi ilə təqsirli bilib, CM-in 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Odur ki, müdafiə tərəfin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-436/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-436/2026
25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver