Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-448/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Axundov İbrahim Oktay oğlunun, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Axundov İbrahim Oktay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/*** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/*** nömrəli hökmü (hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi) ilə ## ###### 1986-cı ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sabirabad şəhəri, E.Qasımov küçəsi, ev 20 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Axundov İbrahim Oktay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI İbtidai istintaq orqanı tərəfindən Axundov İbrahim Oktay oğluna qarşı CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 72,56 qram çəkidə olmaqla xeyli miqdarda 16 ədəd kibrit qutusunda və 1 ədəd polietilen bükümdə qablaşdırılmaqla bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 16,16 qramını 4 ədəd kibrit qutusunda olmaqla üzərində daşımış, 56,4 qramını isə 12 ədəd kibrit qutusunda və 1 ədəd polietilen bükümdə olmaqla kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, ## ###### 2026-cı il tarixdə saat 11:45 dəqiqədə əməliyyat-axtarış fəaliyyətinin subyektləri Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, R şahid4, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R Şıxəliyev İsmayıl Teyyub oğlu, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis Rı şahid3 və Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, R şahid1 İlqar oğlu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, o, kirayə yaşadığı evin qarşısında saxlanılmış, saat 11:45 dəqiqədən saat 12:11 dəqiqəyədək fasiləsiz videoçəkilişdən istifadə edilməklə, üzərinə və yaşadığı mənzilə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 4,32 qram, 4,06 qram, 3,60 qram və 4,18 qram olmaqla 16,16 qram çəkidə, kirayə yaşadığı evin yataq otağına baxış keçirilən zaman isə həmin otaqdakı 1 ədəd idman çantasının içərisindən 12 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,47 qram, 4,14 qram, 3,43 qram, 4,76 qram, 3,88 qram, 1,16 qram, 4,06 qram, 4,12 qram, 4,20 qram, 3,74 qram, 4,14 qram, 3,82 qram və 1 ədəd polietilen torbada təmiz çəkisi 10,48 qram olmaqla 56,4 qram çəkidə, ümumilikdə isə 72,56 qram çəkidə orqanoleptik əlamətlərinə görə eyni tərkibli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Axundov İbrahim Oktay oğlunun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun normalarına uyğun həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxs Axundov İbrahim Oktay oğlunun CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəməyə təklif etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü onunla əsaslandırılmışdır ki, “istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilən zaman Axundov İbrahim Oktay oğlu narkotik vasitələrin satışı ilə məşğul olmadığını, uzun müddətdir narkotik vasitədən istifadə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş 4 büküm və evindən aşkar edilmiş 12 büküm narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxladığını bildirmişdir. Hazırki məhkəmə iclasında da təqsirləndirilən şəxs üzərindən 04 bükümdə, evindən 12 bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu etiraf edərək həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, heç bir zaman narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni özünün gündəlik şəxsi istifadəsi üçün bükümlərdə saxlamaqla istifadə etdiyini bildirmişdir. Həmin narkotik vasitələri Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində məşq etmək məqsədilə getdiyi zaman tapdığını, həmin vaxt narkotik vasitələrin bükümlərdə olduğunu, həmin narkotik vasitələrin bir bükümünü təxminən 5-6 gün ərzində özünün istifadə edərək bitirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilmiş bükümlərin sayına münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin bükümlərdə olması həmin narkotik vasitənin satışına və ya həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz”. Aşağıdakı əsaslara görə, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Axundov İbrahim Oktay oğlu CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini tövsif edən zaman sonuncunun özünümüdafiə xarakterli verdiyi ifadəni əsas götürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə “ittihamda göstərilən narkotik vasitələri nə üçün bükümlərə bölmüsən və hansı səbəbdən həmin bükümlərin əksəriyyətinin çəkisi eyni miqdardadır?” sualı verilən zaman İbrahim Axundov suala cavab olaraq “Həmin narkotik vasitələri bükümlərdə olduğu halda tapmışam”-deyə qeyrisəmimi və özünümüdafiə xarakterli ifadə verməsi özünün əsl niyyətini gizlətməyə əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2011-ci il tarixli qərarının 9-cu bəndinə istinad edərək “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallar nəzərə alınmalıdır”- göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs İbrahim Axundov tərəfindən narkotik vasitələr eyni çəkilərdə (3-4 qram çəki aralığında) çəkilib xırda bağlamalara bükülmüşdür. Təqsirləndirilən şəxs İbrahim Axundov polis əməkdaşları tərəfindən evinin qarşısında saxlanılan zaman üzərindən 4 büküm narkotik vasitə aşkar edilməsi, eləcə də, sonuncunun ifadəsində “bir büküm narkotik vasitəni təxminən 5-6 gün istifadə edirəm” deməsi onu deməyə əsas verir ki, təqsirləndirilən İbrahim Axundov xırda bağlamalara çəkib böldüyü narkotik vasitəni üzərində satış məqsədi ilə saxlamaqla daşımışdır. Çünki, İbrahim Axundov öz ifadəsinə əsasən bir büküm narkotik vasitəni 5-6 gün istifadə edirsə, sonuncunun üzərində 1 büküm narkotik vasitə gəzdirməsi kifayət edərdi. Bundan başqa, məhkəmə prosesində şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CABnin əməliyyat müvəkkili İsmayıl Şıxəliyev məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq “bizə daxil olmuş əməliyyat məlumatında İbrahim Axundovun üzərində narkotik vasitə gəzdirdiyi və istəyən olsa məndə narkotik var, sata bilərəm deməsi” bildirmişdir. Həmçinin, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi, hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitə və psixotrop maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş İbrahim Axundov istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə əldə edilməsi mümkündür və istisna olunmamışdır. Təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin dəqiqliklə çəkilib xırda bağlamalara bükülməsi, bükümlərin sayını, 4 büküm narkotik vasitəni üzərində gəzdirməsi, polis əməkdaşlarına daxil olmuş məlumatda İbrahim Axundovun üzərində narkotik gəzdirərək istəyən olsa sata bilərəm deməsi və işin digər halları sonuncunun qeyd edilən narkotik vasitələri satış məqsədi ilə saxlamasına dəlalət edən hallardır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə mübahisələndirilən hökmdə, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs İbrahim Axundovun əməlini CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya protestinin təmin olunmasını, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Axundov İbrahim Oktay oğlunun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Axundov İbrahim Oktay oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Sabirabad Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-nin 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirməklə, məhkəmə tərəfindən düzgün olmayaraq Axundov İbrahim Oktay oğlunun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyini hesab etmiş, bu səbəbdən onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs İbrahim Axundovun əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun əməlinin CM-nin 234.2-ci maddəsinə tövsif olması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, yəni təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, şahidlər şahid4, Şıxəliyev İsmayıl Teyyub oğlu, şahid1 İlqar oğlu, şahid3 ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsinə dair” ## ###### 2026-cı il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Şöbəsinin məhkəmə bioloji ekspertizasının ## ###### 2026-cı il tarixli, **/*** saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2026cı il tarixli, **** nömrəli rəyi, “Baxış keçirilməsi haqqında” ## ##### 2026-cı il tarixli protokol, habelə digər iş materiallarını araşdırıb İbrahim Axundovun əməlində satış məqsədinin müəyyən edilməməsi, onun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin İbrahim Axundovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi İbrahim Axundovun ittiham olunduğu kimi xeyli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməkdə təqsirinin olmaması, onun xeyli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi, daşıması və saxlaması, buna görə də onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmiş, məhkəmənin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası İbrahim Axundovun əməlinin düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 25.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, Cinayət Qanununun yuxarıda qeyd edilən müddəaları o zaman əməli (hərəkət və ya hərəkətsizliyi) cinayət hesab edir ki, həmin əməl ictimai təhlükəli olsun, təqsirkar əməlin ictimai təhlükəliliyini qabaqcadan görsün, bunu arzu etsin (yaxud arzu etməsə də buna şüurlu surətdə yol vermiş olsun) və həmin əməli törətmiş olsun. Başqa sözlə desək birbaşa qəsd zamanı əməlin törədilməsi təqsirləndirilən şəxsin arzusu ilə əhatə edilmiş olur. İbrahim Axundovun hökmlə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin dispozisiyasından görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit olunmuşdur. Onun ittiham olunduğu CMnin 234.2-ci maddəsinə əsasən isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi, həmçinin birbaşa qəsdlə törədilən əməl kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, istənilən cinayət hadisənin baş verib-verməməsi, şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması, habelə cinayətin törədilməsinin vaxtı, yeri, şəraiti, üsullarının və digər zəruri tərkib əlamətlərinin müəyyən edilməsi üçün hüquqi prosedur Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Beləliklə, cinayət-prosessual qanunvericilik, yalnız yuxarıda qeyd edilən hüquqi prosedurlar daxilində əldə edilmiş, yoxlanılmış, müqayisəli şəkildə təhlil edilmiş və məhkəmədə tədqiq edilmiş sübutlar əsasında təsdiq edilən əməli sübuta yetirilmiş əməl kimi, habelə bu qaydalara əməl etməklə çıxarılan hökmü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul edir. Hazırkı cinayət işinin materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkrar nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasına dair ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmamış, bu səbəbdən məhkəmə haqlı olaraq təqsirləndirilən şəxsin əməlini həmin narkotik vasitəni satış məqsədi olmadan əldə etmə kimi qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxs Axundov İbrahim Oktay oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayır, hazırda işsizdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 228.1 -ci maddəsi ilə təqsirli bilinib 06 ay 05 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzamın sonu ilə 2025-ci ildə azadlığa çıxmışdır. O, uzun illərdi ki, narkotik vasitənin qurudulmuş marixuana növündən tapdıqca istifadə etmiş, sonuncu dəfə, təxminən 2026-ci ilin fevral ayının 10-da Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsinə nəfəs almağında çətinlik çəkdiyi üçün hava almaq məqsədilə getmiş, orada yulğun kolunun arasından 1 ədəd sellofan torba tapmışdır. Həmin sellofan torbanın içərisində baxdıqda içərisində 16 ədəd kibrit qutusunda və 1 ədəd xırda sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, özü istifadə etmək üçün həmin narkotik vasitəni götürərək kirayə yaşadığı evə gəlmişdir. Bu barədə heç kimə heç nə deməmiş, həmin kibrit qutularının birinin içərisində olan narkotik vasitədən az miqdarda istifadə etmiş, sonra işsiz olduğu üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. ## ###### 2026-cı il tarixdə 16 ədəd kibrit qutusundan 4 ədədini Bakı şəhərində istifadə etmək üçün qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuş, digər 12 ədəd kibrit qutusunu və 1 ədəd sellofan torbada olan narkotik vasitəni isə yataq otağında özünə məxsus idman çantasının içərisinə yerləşdirmişdir. ## ###### 2026-cı il tarixdə saat 11 radələrində yaşadığı evin darvazasından çölə çıxmış, bu zaman onu orada mülki geyimli şəxslər saxlamış, həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Ondan üzərində və yaşadığı ünvanda narkotik vasitə olub-olmamasını soruşduqda üzərində və yaşadığı evdə narkotik vasitə olduğunu demiş, polis əmədkaşları videoçəkilişlə üzərini yoxlayacaqlarını və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmiş, onlar həyətə keçmiş, gödəkçəsinin sol yan cibində gizlətdiyi 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, onlara həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları həmin təqdim etdiyi kütlələrə baxış keçirtmiş, sonra həmin kütlələri elektron tərəzidə çəkib ağ rəngli zərfdə qablaşdırmış, zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Sonra o, özünə məxsus “Redmi” markalı mobil telefonu, 1 ədəd “Winston” markalı siqaretini, 1 ədəd təsbehini, 1 ədəd əl dəsmalını və 1 ədəd alışqanı təqdim etmiş, üzəıi yoxlanıldıqda sadaladıqlarından başqa heç bir əşya aşkar olunmamışdır. Şəxsi əşyaları özünə qaytaıılmış, narkotik vasitə və mobil telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. O, evdə də narkotik vasitə saxladığını bildirmiş, polis əməkdaşları ilə birlikdə yataq otağına daxil olmuş, narkotik vasitəni saxladığı çantasını göstərmişdir. Polis əməkdaşları həmin çantanın cib hissəsindən 2 ədəd sellofan toıbada 11 ədəd, 1 ədəd ayrı vəziyyətdə olmaqla ümumilikdə 12 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbada saxladığı narkotik vasitəni aşkar edib götürmüşlər. Sonra polis əməkdaşları tərəfindən həmin kütlələr də elektron tərəzidə çəkilmiş, iri ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmişlər. Bundan sonra yataq otağında baxış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmiş, videoçəkiliş yekunlaşmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişər. Polis şöbəsində xidməti otaqların birində üzərindən və yaşadığı ünvandan aşkar olunmuş əşyalara baxış və götürmə keçirilmiş, həmin qablaşdırılmış kütlələrin və ona məxsus olan mobil telefonun fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi kimi Səxavət müəllimi seçmişdir. Uzun illərdir ki. narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı təxminən 2026-cı ilin fevral ayının 10-da səhər saatlarında Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsinin yaxınlığında yulğun kolunun altından tapmış, həmin qurudulmuş marixuananı özü üçün saxlamış, heç kimə satmaq və ya əvəzsiz vermək kimi bir fikri olmamışdır. Narkotik vasitəni çox sayda qutuda olmasına izah verərkən həmin narkotik vasitəni o formada tapdığını, ona görə də olduğu kimi saxladığını qeyd etmiş, Bakı şəhərinə gedəcəyi üçün 4 ədəd kibrit qutusunda olan narkotik vasitəni özü ilə götürmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Axundov İbrahim Oktay oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sabirabad şəhəri, E.Qasımov küçəsi, ev 20 ünvanında kirayə yaşayır, hazırda işsizdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 05 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzasının sonu ilə 2025-ci ildə azadlığa çıxmışdır. O, uzun illərdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən tapdıqca istifadə edir. Təxminən 2026-ci ilin fevral ayının 10-da Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsinə məşq etmək məqsədilə getmiş, orada yulğun kolunun arasından 1 ədəd sellofan torba tapmışdır. Həmin sellofan torbanın içərisində baxdıqda içərisində 16 ədəd kibrit qutusunda və 1 ədəd xırda sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, özü istifadə etmək üçün həmin narkotik vasitəni götürərək kirayə yaşadığı evə gəlmişdir. Bu barədə heç kimə heç nə deməmiş, həmin kibrit qutularının birinin içərisində olan narkotik vasitədən az miqdarda istifadə etmiş, sonra işsiz olduğu üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. ## ###### 2026-cı il tarixdə 16 ədəd kibrit qutusundan 4 ədədini Bakı şəhərində istifadə etmək üçün qara rəngli gödəkçənin sol yan cibinə qoymuş, digər 12 ədəd kibrit qutusunu və 1 ədəd sellofan torbada olan narkotik vasitəni isə yataq otağında özünə məxsus idman çantasının içərisinə yerləşdirmişdir. ## ###### 2026-cı il tarixdə saat 11 radələrində yaşadığı evin darvazasından çölə çıxmış, bu zaman onu orada mülki geyimli şəxslər saxlamışlar, həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Ondan üzərində və yaşadığı ünvanda narkotik vasitə olub-olmamasını soruşduqda üzərində və yaşadığı evdə narkotik vasitə olduğunu demiş, polis əməkdaşları videoçəkilişlə üzərini yoxlayacaqlarını və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmişdir, onlar həyətə keçmişlər, gödəkçənin sol yan cibində gizlətdiyi 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, onlara həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları həmin təqdim etdiyi kütlələrə baxış keçirmiş, sonra həmin kütlələri elektron tərəzidə çəkib ağ rəngli zərfdə qablaşdırmış, zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Sonra özünə məxsus "Redmi" markalı mobil telefonunu, 1 ədəd "Winston" markalı siqaretini, 1 ədəd təsbehini, 1 ədəd əl dəsmalını və 1 ədəd alışqanı təqdim etmiş, üzəri yoxlanıldıqda sadaladıqlarından başqa heç bir əşya aşkar olunmamışdır. Şəxsi əşyaları özünə qaytarılmış, narkotik vasitə və mobil telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. O, evdə də narkotik vasitə saxladığını bildirmiş, polis əməkdaşları ilə birlikdə yataq otağına daxil olmuş, narkotik vasitəni saxladığı çantasını göstərmişdir. Polis əməkdaşları həmin çantanın cib hissəsindən 2 ədəd sellofan torbada 11 ədəd, 1 ədəd ayrı vəziyyətdə olmaqla ümumilikdə 12 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbada saxladığı narkotik vasitəni aşkar edib götürmüşlər. Sonra polis əməkdaşları tərəfindən həmin kütlələr də elektron tərəzidə çəkilmiş, iri ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmişlər. Bundan sonra yataq otağında baxış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir, videoçəkiliş yekunlaşmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərindən və yaşadığı ünvandan aşkar olunmuş əşyalara baxış və götürmə keçirilmiş, həmin qablaşdırılmış kütlələrin və ona məxsus olan mobil telefonun fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi kimi Səxavət müəllimi seçilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Odur ki, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs narkotik vasitələri almadığını, onları Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində məşq etmək məqsədilə getdiyi zaman tapdığını, satış məqsədinin olmadığını, satış məqsədi olsaydı onun tərəzisi olardı, lakin tərəzisinin olmadığını, Sabirabad rayonunda böyüdüyünü, 42 yaşı olduğunu, narkotik vasitələri 16 yaşından istifadə etdiyini, ümumiyyətlə narkotik satanları bəyənmədiyini, heç kimə narkotik vasitələr satmadığını, onu polis əməkdaşları tutanda evdə olduğunu, Bakı şəhərinə getməyə hazırlaşdığını, hazırda rayonda evinin olmadığını, Bakı şəhərində qaldığını, narkotik vasitələri özünün istifadə etməyi üçün saxladığını, ola bilsinki, narkotik vasitələri o tapdığı yerə kiminsə qoyduğunu, video görüntüdə olan evin birinci mərtəbəsində yaşadığını, ikinci mərətəbəsində isə heç kimin yaşamadığını, evin yiyəsinin qapını bağlayıb getdiyini, hazırda evin yiyəsinin Bakı şəhərində yaşadığını, 15 gün olardı ki, rayona gəldiyini, 1 gün ərzində 5 siqaret narkotik vasitə çəkdiyini, bir qutunun heç 100 qram da olmadığını, narkotik vasitə istifadə etməklə düzgün iş görmədiyini satış məqsədi olsaydı evindən tərəzi çıxmalı olmasını, onu azadlıqdan məhrum etmək üçün polisə səbəb lazım olduğundan, narkotik istifadə etməyinin onlar üçün səbəb olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R şahid4 ifadəsində göstərmişdir ki, Axundov İbrahim Oktay oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Axundov İbrahim Oktay oğlunun ## ###### 2026 cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifad etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də həmin tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqınd qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2026-cı ilin fevral ayının 17-də Sabirabad NMQ-nun baş əməliyyat müvəkkili, polis Rı şahid3, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R Şıxəliyev İsmayıl Teyyub oğlu və Sabirabad NMQ-nun əməliyyat müvəkkili, R şahid1 İlqar oğlu ilə birlikdə saat 1 radələrində İbrahim Axundovun yaşadığı Sabirabad şəhəri, E.Qasımov küçəsinə getmiş, saat 11:42 dəqiqədə İbrahim Axundovu kirayə yaşadığı evin qarışısında saxlamış, özlərini İbrahim Axundova təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirmişlər. Şübhəli şəxs Axundov İbrahim Oktay oğlunun ilk öncə üstü yoxlanılmış, şübhəli şəxs Axundov İbrahim Oktay oğlunun üstü yoxlanılmazdan əvvəl sonuncunun yaşadığı evin həyətinə açıq darvazadan keçmişlər. İbrahim Axundovun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təkliidən sonra Axundov İbrahim Oktay oğlu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 4 ədəd kibrit qutusunu çıxardıb təqdim edərək həmin qutuların içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlələr həyətdə olan köhnə masanın üzərinə qoyulmuş, İbrahim Axundovdan üzərində baş narkotik vasitə olub-olmamasını soruşduqda sonuncu 4 ədəd kibrit qutusundakı narkotik vasitədən başqa üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra 4 ədəd kibrit qutuularınm içərisinə baxıldıqda içərilərində yaşıl rəngli, spessifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, İbrahim Axundovdan həmin kütlələri haradan əldə etməsini soruşduqda sonuncu tapdığını bildirmiş, heç kimə vermədiyini, özünün istifadə etdiyini qeyd etmişdir. Sonra tərəfindən İbrahim Axundovun üzəri yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd təsbeh, 1 ədəd cib dəsmalı, 1 ədəd siqaret, 1 ədəd alışqan aşkar edilmiş, mobil telefondan başqa şəxsi əşyaları özünə qaytarılmış, sonra 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr tərəfindən elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İbrahim Axundova yaşadığı otağa baxış keçirəcəklərini bildirmiş sonuncu isə, buna etiraz etmədiyini demişdir. Onlar İbrahim Axundovun yaşadığı otağın qarşısına gəlmiş, İbrahim Axundovdan yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşduqda sonuncu yataq otağında narkotik vasitə saxladığını bildirmişdir. Onlar otağa keçmiş, otağın hər iki tərəfində tək nəfərlik çarpayı olmuş, sol tərəfdə isə paltar dolabı yerləşmişdir. İbrahim Axundov otağa daxil olduqdan sonra sol tərəfdə paltar dolabının küncündə stulun üzərinə qoyulmuş 1 ədəd üzərində “adidas” yazısı olan qara rəngli çantanı götürüb narkotik vasitənin həmin çantada olduğunu demiş, sonra çantanı digər stulun üzərinə qoymuşdur.İbrahim Axundovdan çantanın harasında olduğunu dedikdə sonuncu çantanın künc tərəfindəki cibi açıb oradan biri sellofan torbada 9 ədəd, digər sellofan torbada 2 ədəd olmaqla ümumilikdə 11 ədəd kibrit qutusunda və 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, sonra tərəfindən çantaya baxış keçirildikdə orada çantanın digər yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə də aşkar edilmişdir. İbrahim Axundovdan həmin kütlələri haradan əldə etdiyi soruşulduqda tapdığını bildirmiş, sonra 12 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütlələr tərəfindən elektron tərəzidə çəkilmiş, bir ədəd ağ rəngli zərfə qoyulub möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan soma İbrahim Axundovun yaşadığı otağa baxış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamış, baxış tərəfindən yekunlaşdırılmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid4 Axundov İbrahim Oktay oğlunun ## ###### 2026-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olduğunu, ona görə də həmin tarixdə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini, Axundov İbrahim Oktay oğlunda narkotik vasitələr aşkar olunarkən tapdığını və satış məqsədi olmadan şəxsi istifadəsi üçün saxladığını bildirdiyini, Axundov İbrahim Oktay oğlunun ## ###### 2026 cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatın birbaşa ona daxil olduğunu, şəxsi saxlayanda onun narkotik vasitələri çıxardıb onlara təqdim etdiyini, şəxsin konkret olaraq narkotik vasitələri satması barədə onlarda məlumatın olmadığını, daxil olan məlumatın şəxsin narkotik vasitələri həm özünün istifadə etdiyi, həm də onun alqı-satqısı ilə məşğul olduğu barədə olmasını, sonradan da onlara şəxsin narkotik vasitələrin alqı satqısı ilə məşğul olması barədə heç bir məlumatın verilmədiyini və Axundov İbrahim Oktay oğlunun ## ###### 2026-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadə etməsi, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatının şifahi daxil olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkili, R Şıxəliyev İsmayıl Teyyub oğlu digər şahid şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Verilmiş suallara cavab olaraq şahid Şıxəliyev İsmayıl Teyyub oğlu təqsirləndirilən şəxsi rayon sakini kimi tanıdığını, Axundov İbrahim Oktay oğlunun yaşadığı evin qarşısında aşkar olunduğunu, narkotik vasitələrin İ.Axundovun üzərindən və evindən aşkar olunduğunu, İ.Axundovun narkotik vasitələri tapdığını bildirdiyini, narkotik vasitələr qutularda olduğunu, hansı məqsədlə narkotik vasitələri əldə etməsi və hansı hissədə özünü təqsirli bilməsi barədə təqsirləndirilən şəxsin dediklərinin yadında olmadığını, İ.Axundovun qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə məlumatın ona deyil, şahid4 daxil olduğunu, istifadə üçün bir kibrit qutusunun bəs etdiyini düşündüyünü və çox sayda kibrit qutularının aşkar edilməsinin məqsədinin satış olduğuna dəlalət etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, R şahid1 İlqar oğlu digər şahidlər ilə eyni məzmunlu ifadə vermişdir. Verilmiş suallara cavab olaraq şahid şahid1 İlqar oğlu Axundov İbrahim Oktay oğlunun ## ###### 2026-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatın daxil olduğunu, ona görə də həmin tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qəbul edildiyini, məlumatın satış deyil, istifadə məqsədilə daxil olduğunu bildiyini və məlumatın şahid4 daxil olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkili, polis Rı şahid3 digər şahidlər ilə eyni məzmunlu ifadə vermişdir. Verilmiş suallara cavab olaraq şahid şahid3 Axundov İbrahim Oktay oğlunun ## ###### 2026-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatın daxil olduğunu, kömək kimi getdiyini, Axundov İbrahim Oktay oğlunu saxlayanda narkotik vasitələri özünün istifadə etməsi üçün saxladığını və Bakı şəhərinə getməyə hazırlaşdığını dediyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsinə dair” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, saxlanılmış Axundov İbrahim Oktay oğlunun üzərindən və yaşadığı ünvandan aşkar olunmuş 16 ədəd kibrit qutusunda və 1 ədəd polietilen bükümdə narkotik vasiti qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Şöbəsinin məhkəmə bioloji ekspertizasının ## ###### 2026-cı il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Axundov İbrahim Oktay oğlunun üzərindən...” sözləri və imzalar kağız paket 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 4,32qr, 4,06qr, 3,60qr, 4,18qr, ümumi çəkisi - 16,16 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Axundov İbrahim Oktay oğlunun yaşadığı evdən ...” sözləri və imzalar kağız paketdə 12 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkisi - 4,47qr, 4,14qr, 3,43qr, 4,76qr, 3,88qr, 1,16qr, 4,06qr, 4,12qr, 4,20qr, 3,74qr, 4,14qr, 3,82qr, 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 10,48qr, ümumi çəkisi - 56,40 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Axundov İbrahim Oktay oğlunda Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd diskdə olan fayllarda Axundov İbrahim Oktay oğlunun istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMS-lər, telefon nömrələrinin anten dairləri ilə bağlı məlumatlar və mobil telefon nömrələrinə zəng vuran abunəçilər ilə bağlı məlumatlar əks olunmuşdur. Telefon danışıqlarına və SMS-lərə dair məlumatlar təhlil olunarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat, həmçinin İbrahim Axundovun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlara rast gəlinməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu halında qiymət verərək və məhkəmə istintaqında tədqiq edilmiş sübutların İbrahim Axundova CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Axundov İbrahim Oktay oğlunun CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaması, onun əməllərinin CM-nin 234.1-ci maddəsinin təsir dairəsinə düşməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən yanlış tövsif olunması barədə dəlilləri ilə razılşamağı mümkün hesab etmir və bununla bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun sayır: Kollegiya xüsusilə vurğulayır ki, İbrahim Axundovun üzərindən və evindən aşkar edilmiş marixuananın ümumi çəkisi xeyli miqdar təşkil etsə və ayrı-ayrı bükümlərdə olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması mötəbər şəkildə öz təsdiqini tapmır. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının cinayət məsuliyyətinə səbəb olması göstərilir. Başqa sözlə desək, göstərilən maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması nəzərdə tutulur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs İbrahim Axundova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 234.2-ci maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe ayrı-ayrı hüquq normalarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir”. Sözügedən Qərarın 9-cu bəndində göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan qanunvericilik normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Qərarının məzmunundan aydın olur ki, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərindən biri olan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə obyektiv cəhətdən fəal hərəkətlərlə törədilir və formal tərkibli cinayət əməli olmaqla, başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) satış məqsədi ilə törətməsi faktının müəyyən olunması kifayətdir. Başqa sözlə, yuxarıda qeyd olunan hərəkətlərin törədilməsi o zaman Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranmasına səbəb olur ki, təqsirkar həmin hərəkətləri satış niyyəti ilə həyata keçrir, bu hal olmadıqda, yəni şəxsin satış niyyəti olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması və göndərməsi isə törədilmiş əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmasını və şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Çünki həmin hal olmadıqda Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv və obyektiv cəhətinə aid əlamətlər tam mövcud olmur və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsi kimi qiymətləndirilməsi və şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaranmır. Şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin xeyli miqdarda narkotik vasitə marixuananı əldə etməkdə onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Hətta, iş materiallarında olan ## ##### 2026-cı il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş məlumatlara əsasən Axundov İbrahim Oktay oğlunun istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMSlər, habelə telefon nömrələrinin anten dairələri və həmin nömrələrə zəng edən abunəçilər barədə məlumatlar araşdırılmış, lakin telefon danışıqlarının və SMS yazışmalarının təhlili zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, o cümlədən İbrahim Axundovun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat müəyyən edilməmişdir. Bu hal xüsusilə ona görə əhəmiyyətlidir ki, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və saxlaması barədə nəticəyə gəlinməsi üçün yalnız narkotik vasitənin miqdarı və ya onun ayrı-ayrı bükümlərdə olması ilə kifayətlənmək mümkün deyil. Əksinə, belə nəticə şəxsin məhz satış niyyətini təsdiq edən digər mötəbər və bir-biri ilə uzlaşan sübutların mövcudluğu ilə əsaslandırılmalıdır. Halbuki, məhkəmə araşdırması zamanı İbrahim Axundovun narkotik avsitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən hər hansı bir dəlil, o cümlədən telefon danışıqları, sms yazışmaları və s. aşkar olunmamışdır. İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onlarla sonradan sövdələşərək həmin narkotik vasitəni satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində təqsirləndirilən şəxsin kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən İbrahim Axundova qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamrın əsassız olmasını bir daha təsdiq edir. Digər tərəfdən, Axundov İbrahim Oktay oğlunun ifadələrinin məzmunu və onların ibtidai araşdırmanın ilkin mərhələsindən məhkəmə baxışınadək ardıcıl xarakter daşıması da diqqətdən kənarda qala bilməz. Belə ki, təqsirləndirilən şəxs istər şübhəli şəxs, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitələrin satışında iştirak etmədiyini, həmin vasitədən uzun müddətdir istifadə etdiyini və üzərindən, habelə yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı da eyni mövqeyini qoruyaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini və saxlanılmasını inkar etmişdir. Bu ifadələrin əsas məzmunu işin müxtəlif mərhələlərində dəyişməmiş, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin mövcudluğunu və onların özündə və yaşadığı ünvanda saxlanılmasını etiraf etsə də, onların satış məqsədilə əldə edilməsi barədə ittihamı qəbul etməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün saxlaması barədə ifadəsi iş üzrə digər sübutlarla da təkzib olunmur. Əksinə, iş materiallarında olan Respublika Narkoloji Mərkəzinin ## #### 2026-cı il tarixli rəyinə əsasən Axundov İbrahim Oktay oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun, yəni narkomaniya xəstəliyinin aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Bu hal, özlüyündə narkotik vasitələrin satış məqsədi ilə əldə edilibedilməməsini sübut etməsə də, təqsirləndirilən şəxsin narkotik vasitədən mütəmadi istifadə etməsi və aşkar edilmiş vasitələrin şəxsi istehlak məqsədi daşıması barədə verdiyi izahatın işin digər halları ilə ziddiyyət təşkil etmədiyini göstərən mühüm hal kimi nəzərə alına bilər. Bundan əlavə, iş üzrə dindirilmiş polis əməkdaşlarının ifadələri də təqsirləndirilən şəxsin narkotik vasitələri konkret olaraq hər hansı şəxsə satması və ya satışa hazırlaması barədə faktı təsdiq etmir. Əksinə, şahid şahid4 açıq şəkildə bildirmişdir ki, Axundov İbrahim Oktay oğlunun narkotik vasitələri satması barədə konkret məlumat onlarda olmamış, yalnız onun narkotik vasitələrdən istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonradan isə şəxsin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əlavə məlumat əldə edilməmişdir. Digər şahid şahid1 İlqar oğlunun ifadəsindən isə əməliyyat məlumatının məhz satış deyil, narkotik vasitələrdən istifadə ilə bağlı olduğu görünür. Bundan başqa, apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfinin əməldə satış məqsədinin mövcudluğuna dəlalət kimi istinad etdiyi əsas hal aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrılıqda çoxsaylı bükümlərdə olması olmuşdur. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin 04 ədəd, evindən aşkar edilmiş narkotik vasitənin isə 12 ədəd ayrıca bükümdə olması halını da satış məqsədinin mövcudluğunu təsdiq edən qəti sübut kimi qəbul etmir. Belə ki, kollegiya qeyd edir ki, Ali Məhkəmənin Plenum Qərarının 9-cu bəndində nəzərdə tutulmuş narkotik vasitənin xırda bağlamalara bükülməsi satış məqsədinin müəyyən edilməsində nəzərə alına biləcək hallardan yalnız biridir və belə hal digər mötəbər sübutlarla birlikdə qiymətləndirilməlidir. Başqa sözlə, narkotik vasitənin bir neçə bükümdə olması öz-özlüyündə şəxsin onu məhz satmaq niyyəti ilə əldə etməsi və ya saxlaması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, “Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, "başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər”. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı işdə təqsirləndirilən şəxsin xeyli miqdarda satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması haqqında istintaq orqanının yekun qənaəti onların istinad etdikləri sübutlarla da uzlaşmır. Baxılan işdə narkotik vasitənin ayrı-ayrı qutularda və ya bükümlərdə olması yalnız zahiri halı xarakterizə edir. Bu halın satış məqsədinə dəlalət edib-etməməsi isə həmin qablaşdırmanın yaranma səbəbi iş üzrə digər obyektiv sübutlarla birlikdə müəyyən edilməlidir. Hazırkı iş üzrə isə cinayət işinin materiallarında İbrahim Axundovun həmin bükümləri məhz satış üçün xüsusi qaydada qablaşdırması və ya ayrı-ayrı alıcılara satmaq məqsədilə hissələrə bölməsi müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələlərinən etibarən narkotik vasitələri satın almadığını, təxminən 2026-cı ilin fevral ayının 10-da Araz çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində məşq etmək məqsədilə olduğu zaman yulğun kolunun arasından içərisində 16 ədəd kibrit qutusu və bir ədəd kiçik sellofan torba olan bağlama tapdığını, həmin narkotik vasitəni məhz özünün istifadə etməsi üçün götürdüyünü, həmin narkotik vasitələrdən bir qutuda olan kütlədən az miqdarda istifadə etdiyini, sonradan isə Bakı şəhərinə getmək qərarına gəldiyini və narkotik vasitələrin qalan hissəsini də öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin iş üzrə İbrahim Axundovun sərəncamında onun satış məqsədinə xidmət edən elektron tərəzi, qablaşdırma vasitələri, satış siyahıları, sifarişlər, alıcılarla yazışmalar və ya narkotik vasitələrin dövriyyəsini həyata keçirməsinə dəlalət edən digər obyektiv sübutlar aşkar edilməmişdir. Beləliklə, narkotik vasitələrin ayrı-ayrı kibrit qutularında və bükümdə olması satış məqsədinin mövcudluğunu ehtimal etməyə əsas verə bilsə də, həmin halın özü təqsirləndirilən şəxsin CM-in 234.2-ci maddəsində nəzərdə tutulan məqsədlə hərəkət etməsi barədə qəti və birmənalı nəticəyə gəlmək üçün kifayət hesab edilə bilməz. Cinayət məsuliyyətinin daha ağır hüquqi nəticə doğuran tərkib üzrə müəyyən edilməsi isə ehtimala deyil, şəxsin təqsirini və konkret cinayət tərkibinin bütün zəruri əlamətlərini təsdiq edən mötəbər sübutların məcmusuna əsaslanmalıdır. Belə olan halda, kollegiya hesab edir ki, yalnız narkotik vasitənin ayrıca bükümlərdə olması faktına əsaslanaraq da İbrahim Axundovun satış məqsədi ilə hərəkət etməsi nəticəsinə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların müqayisəli təhlilini aparıb, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı əldə olunmuş sübutlara onların mənsubiyyəti, mötəbərliyi, yaranma və əldə olunma mənbəyinə Cinayət-Prosessual Qanunvericiliyin sübutetmə əsaslarına dair prinsipləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, Axundov İbrahim Oktay oğlunun ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən əməli, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ittiham tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində və apellyasiya baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmur və bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün olmamaqla yanaşı, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). X6 o da göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında bildirilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında bildirmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı”, “Brumaresku Rumıniyaya qarşı” işlər üzrə qərarlar). Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs İbrahim Axundovun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əməlin tövsifi ilə bağlı hissədə əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Axundov İbrahim Oktay oğlunun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edildiyini nəzərə alıb ona təyin edilmiş cəza məsələsinə qiymət verilməsini zəruri hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs İbrahim Axundova birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, Axundov İbrahim Oktay oğlu Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə məhkum Axundov İbrahim Oktay oğluna həmin hökm əsasında təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) gün hissəsi 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs İbrahim Axundova cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İbrahim Axundova düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya protesti təmin olunmamalı, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/*** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/*** nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-448/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-448/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver