Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-449/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ##.##.1983-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Bərdə şəhəri H.Əliyev prospekti ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş MÜƏYYƏN ETDI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(041)-138/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim X1) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 186.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək cəzasının azaldılmasını xahiş etmişdir. IŞIN HALLARI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(041)-138/2025 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 05:30 radələrində, Bakı- Qazax-Gürcüstan magistral avtomobil yolunun Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmçinin ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmək və ya zədələmək məqsədilə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı ##.##.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz E 270 markalı” **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qarşı tərəfindən qəsdən vuraraq avtomaşını zədələmiş, nəticədə sonuncu avtomaşını yolun kənarında saxlamağa məcbur olmuş, bundan sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək kənar şəxslərin olduğu yerdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətindən üstün tutub Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyələrinə qəsdən vuraraq ona alt çənənin səthi yarası, qarnın sol yan hissəsinin səthi yarası, sol saidin arxa səthinin yarası ilə nəticələnən ağırlıq dərəcəsinə görə dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri və sol budun arxa səthində olan deşilmiş-kəsilmiş yara, yara ətrafının geniş həcmli hematoması, yaranın ikincili sağalması ilə nəticələnən zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib, həmçinin özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi bıçağın arxa tərəfi ilə avtomaşının arxa alın şüşəsini qırmaqla, eyni zamanda qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs məxsus dayanmış vəziyyətdə olan “Mercedes-Benz E 270” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunu, avtomobilə əyləşmədən “D” vəziyyətinə keçirib qəsdən hərəkət etdirərək yaxınlıqda olan dərəyə salmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 5200 (beş min iki yüz) manat dəyərində, yəni xeyli miqdarda maddi ziyan vurub silah qismində istifadə edilən əşyadan istifadə etməklə cəmiyyətə açıqca hörmətsizlik edən və ictimai qaydanı kobud surətdə pozan, zərər çəkmiş şəxsə zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetmiş, həmçinin ümumi təhlükəli üsulla özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla qəsdən zədələmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünü ədalətli hesab etmir. Hökmdən narazı qaldığı üçün işinə yenidən baxılmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(041)-138/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, hökmün cəza hissəsindən narazı qaldıqlarını, ona ağır cəza təyin edildiyini əsas gətirib, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünun dəyişdirilərək ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 127.2.3-cü, 186.2.2-ci və 221.3cü maddələri ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(041)-138/2025 hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü, 186.2.2-ci və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hallar iş materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı iş üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Həmim maddələrin sanksiyalarına nəzər salsaq görərik ki: CM-in 127.2.3-cü maddəsi ilə “ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti” ilə törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə; CM-in 186.2.2-ci maddəsi ilə “yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla” törədildikdə və ya ağır nəticələrə səbəb olduqda-üç ildən yeddi ilədək müddətə; CM-in 221.3-cü maddəsi ilə “həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda- iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi cəzalar qismən toplanılmaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası, yəni sanksiya daxilində həmin cəzaların növünün aşağı həddinə yaxın cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən hallarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən bütün hallar nəzərə alınmışdır. Beləliklə, apellyasiya şikayətinin özündən də görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunan cəzanın yüngülləşdirilməsi üçün əlavə heç bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir, təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Cinayət Məcəlləsinin 61.1ci maddəsi konkret müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə cəzaların ədalətliliyi və ölçüsü məsələsi əsasən milli məhkəmələrin səlahiyyətinə aiddir. Avropa Insan Hüquqları Məhkəməsi o halda müdaxilə edir ki, təyin edilmiş cəza açıq şəkildə qeyri mütənasib, yəni birmənalı şəkildə ədalətsiz olsun (“Vinter və başqaları Birləşmiş Krallığa qarşı” (2013), “Svinarenko və Slyadnevin Rusiyaya qarşı” (2014)). Eyni zamanda Avropa Insan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6 və 7-ci maddələri (ədalətli məhkəmə araşdırması və qanunsuz cəza qadağası) çərçivəsində cəzanın növü və miqdarı milli məhkəmələrin sərbəst qiymətləndirmə səlahiyyətinə malikdir. (“Kafkaris Kiprə qarşı” (2008)) Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza qanuni məqsədlərə, yəni cəzalandırma, islah olunma və profilaktikaya xidmət edir, cəzanın fərdiləşməsi balansını qoruyur və Avropa Insan Hüquqları Məhkəməsi praktikasında təsbit edilmiş mütənasiblik prinsipinə tam uyğundur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən arqumentlər cəzanın dəyişdirilməsini və yüngülləşdirilməsini zəruri edən yeni hüquqi və ya faktiki əsaslar yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 186.2.2-ci və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-449/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-449/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver