Məhkəmə qərarları › İş №1(3-9)-450/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-450/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-450/2026 01.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlunun (videokonfrans əlaqə sistemi vasitəsilə) Müdafiəçi müdafiəçi1 iştirakları ilə İsmayılov Elçin Vahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Etibar Quliyev) ilə ##.##.1979-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi şəhəri, Qarabağ küçəsi, ev 250-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş İsmayılov Elçin Vahid oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edillməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəza çəkməsinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, İsmayılov Elçin Vahid oğlu Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 5,25 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə İsmayılov Elçin Vahid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,30 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, ## ###### 2026-cı il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbriləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 14:30 dəqiqədən etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli Market”-in yaxınlığında hərəkətdə olduğu zaman saxlanılaraq həmin gün saat 14:37-də üzərinə yoxlanış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlu apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*- ***)-**/**** nömrəli hökmü ilə ona verilmiş azadlıqdan məhrum etmə növündə təyin etdiyi cəza hissəsinin dəyişdirilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən narazıdır və bildirmişdir ki, hökmün dəyişdirilməsi ona təyin olunmuş cəzanın ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməlidir. Belə ki o ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Bir neçə il əvvəl cəza alsa da iki ildən çoxdur ki, heç bir zərərli vərdişi yoxdur və ailəsinə məxsus fermada işləməklə zəhmət çəkir və ailəsini dolandırır. Heç bir narkotik vasitədən istifadə etmir. Əvvəllər məhkum edilmiş olsada məhkumluğu ödənilmişdir. Narkoloji kabinetdə qeydiyyatı da yoxdur. ## ###### 2026-cı il tarixdə günorta saatları yaşadığı əraziyə yaxın yerdə bir ədəd kibrit qutusu görmüş və içində kibrit olduğunu zənn edərək götürmüşdür. İçərisində narkotik vasitə olan marixuana “nəşə” olduğunu görmüş, nartotik vasitəni məhv etmək fikri ilə götürmüşdür. Yolda gedərkən bir neçə dəqiqə sonra Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları onu saxlamış və üzərində nə olduğunu soruşmuşlar. O da kibrit qutusunda narkotik vasitə tapdığını bildirmiş və könüllü olaraq təhvil vermişdir. Həmin maddəni yerdən götürərkən səhvə yol verdiyini səmimi etiraf etmişdir. Məhkəmədə həmçinin 2 ildən çoxdur ki, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. 2022-ci ildən sonra fermada çalışıb ailəsini dolandırdığını, təmiz Allaha ibadət edən şəxs olduğunu bildirmişdir. Törətdiyi cinayət ilə bağlı həm ibtidai istintaq aparılan zaman həm də məhkəmə istintaqı zamanı əməlini səmimi etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. 47 yaşı var, əvvəllər törətdiyi cinayət əməlinə görə cəza alıb tam azad olunmuşdur. Övladları ailə qurmuş və babadır. Ailəlidir, yoldaşı ilə birlikdə zəhmət çəkib qazanc əldə edir. Valideynləri yaşlı və baxıma möhtac şəxslərdir və onlara qulluq edir. Ağcabədi Rayon Məhkəməsi cəza təyin edərkən əməlindən peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu nəzərə almamış ona azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilə bilərdi. Məhkəmə cəza təyin edərkən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilə bildiyi halda ona qarşı ədalətsiz mövqedə çıxış edərək azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Onun azadlıqdan məhrum etmə cəzası ailəsinin maddi vəziyyətini ağırlaşdırır. Çünki o, gündəlik fəaliyyəti ilə məşğul ola bilmir. Buna görə də bu halların nəzərə alınıb cəza hissəsində cəza hissəsində hökmün dəyişdirilərək azadlıqdan məhrum etmə ilə bağlı olamayan cəza verilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə ona verilmiş azadlıqdan məhrum etmə növündə təyin etdiyi cəza hissəsinin dəyişdirilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlu müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq İsmayılov Elçin Vahid oğlunun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxs işin faktiki hallarını deyil cəza hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, İsmayılov Elçin Vahid oğluna istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən edilmiş şəxs İsmayılov Elçin Vahid oğluna istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni İsmayılov Elçin Vahid oğlunun özünün etirafedici ifadələri ilə yanaşı, şahidlər şahid3, şahid2 və şahid1 məhkəmə istintaq zamanı verdikləri ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji ekspertizasının ##.##.2026-cı il tarixli **/*** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli *** nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib İsmayılov Elçin Vahid oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Elçin İsmayılovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Elçin İsmayılovun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Elçin İsmayılovun qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,30 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, ## ###### 2026-cı il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbriləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 14:30 dəqiqədən etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli Market”in yaxınlığında hərəkətdə olduğu zaman saxlanılaraq həmin gün saat 14:37-də üzərinə yoxlanış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlu məhkəmə istintaqı dövründə verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. ##.##.2026-cı il tarixdə səhər saatlarında 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni yaşadığı küçədə evlərinə yaxın ərazidə yerləşən zibillik və xarabalıq olan ərazidən tapmış, həmin kibrit qutusunun içərisində olan “nəşə” deyə tanıdığı narkotik vasitəni özü istifadə etmək üçün götürmüşdür. ## ###### 2026-cı il tarixdə saat 14:37-də Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindən yaşadığı ünvana getdiyi zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş, ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib üzərini videoçəkilişlə yoxlayacaqlarını demişlər. O da polis əməkdaşları ilə razılaşaraq sonunculara qarşı tabesizlik göstərməmişdir. Bundan sonra polis əməkdaşları onu insanların və avtomobillərin çox ola bilməyəcəyi yerə aparıb üzərini videoçəkilişlə yoxlamağa başlamışlar. Videoçəkiliş ona yaxınlaşan 2 nəfər mülki geyimli polis əməkdaşlarından başqa polis əməkdaşı tərəfindən aparılmışdır. Üzəri yoxlanılan zaman polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması, olduğu halda təqdim etməyi təklif edilmiş, əynində olan və tünd göy rəngli şalvarın sağ yan cibindən istifadə etmək üçün götürdüyü içərisində “nəşə” olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Onun iştirakı ilə həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş, kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğu məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində, habelə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillər işin faktiki halları və iş materiallarında olan sübutlarla tam təkzib olunur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayılov Elçin Vahid oğlunun narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə Ağcabədi rayon Polis şöbəsinə əməliyyat məlumatlı daxil olmuşdur. Buna görə də qərar qəbul etmiş, əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra İsmayılov Elçin Vahid oğlunun cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. ##.##.2026-cı il tarixdə saat 14:37-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan İsmayılov Elçin Vahid oğlunun yeri müəyyən edilərək Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli Market”-in yaxınlığında hərəkətdə olarkən saxlanılmış, daha sonra Elçin İsmayılova narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə əhalinin çox olması səbəbi ilə saxlanıldığı yerdən təxminən 150-200 metr uzaqlıqda İsmayılov Elçin Vahid oğlunun üstünü yoxlamaq qərarına gəlmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Elçin İsmayılovun üzərinə video çəkiliş vasitəsi ilə yoxlama keçirəklərini bildirdikdə sonuncu buna etirazının olmadığını bildirmişdir. Daha sonra şahid1 tərəfindən “Apple iPhone 17 Pro” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılaraq Elçin İsmayılovun üzəri yoxlanılmağa başlanılmış, İsmayılov Elçin Vahid oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra İsmayılov Elçin Vahid oğlu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokolu iştirakçılar imzalamışlar. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji ekspertizasının ##.##.2026-cı il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...İsmayılov Elçin Vahid oğlunun üzərindən ...” sözləri və imzalar olan kağız zərfdə olan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 5,30 qram tədqiqata istifadə olundu 0,05 qram, qalıq 5,25 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 67 manat 30 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan və arayışdan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 5,25 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli *** nömrəli rəyindən görünür ki, İsmayılov Elçin Vahid oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, İsmayılov Elçin Vahid oğlu cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Sonuncu dəfə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2022-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 8 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ##.##.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Lakin yenidən, yəni ##.##.2026-cı il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi, xeyli miqdarda, narkotik vasitə olan təmiz çəkisi 5,30 qram qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da İsmayılov Elçin Vahid oğlunun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “xxxx” X2 ##.##.2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, İsmayılov Elçin Vahid oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanası X2 Konsultativ Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyil. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Elçin İsmayılovun ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İsmayılov Elçin Vahid oğlu ##.##.2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, İsmayılov Elçin Vahid oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla təqsirləndirilən şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Bununla yanaşı, təqsirləndirilən şəxs Elçin İsmayılovun ibtidai istintaq, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı özünü təqsirli bilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız ehtimal və mülahizələrinə əsaslanır. Elçin İsmayılovun ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin ##.##.2026- cı il tarixli tələbnaməsindən görünür ki, İsmayılov Elçin Vahid oğlu dəfələrlə CM-in 234.1 və 177.2ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2022-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 8 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ##.##.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə; həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İsmayılov Elçin Vahid oğlu CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Elçin İsmayılova düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs İsmayılov Elçin Vahid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar