Məhkəmə qərarları › İş №1(3-9)-451/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-451/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-451/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi) ilə ## ######## 1996-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri N.Nərimanov küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, iş üzrə ibtidai istintaq zamanı ## ##### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixədək tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclası zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona toksikomaniyadan məcburi müalicənin təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - təmiz çəkisi 1.497 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, ## ##### 2026-cı il tarixdə saat 00:20də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri H.Əliyev prospektində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən * nömrəli orta məktəbin yaxınlığında saxlanılmış və həmin ərazidə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 İbadulla oğlu apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ## ###### 2026-cı il tarixli ərizə ünvanlayaraq, apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini geri görüdüyünü bildirib, həmin apellyasiya şikayətinə baxılmamasını xahiş etdi. Məhkum edilmiş şəxsin müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu məhkumun apellyasiya şikayətindən imtinası ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Dövlət ittihamçısı X1 məhkumun apellyasiya şikayətindən imtina etməsini nəzərə alaraq, şikayətə baxılmasına xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, habelə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini araşdırıb, proses iştirakçılarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsində qeyd edilmişdir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Kollegiya məhkum edilmiş şəxsin apellyasiya şikayətindən imtinasını qəbul edərək qeyd edir ki, şikayətdən imtina onun iradəsini ifadə edir. İmtinanın doğurduğu nəticələr ona aydındır, habelə üçüncü şəxslərin hüquqlarını və mənafelərini pozmur. Belə olan halda, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətindən imtina etməsini qəbul edir və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar