Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-455/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə ##.##.1986-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, II dərəcə əlil, məhkumluğu olmayan, Masallı şəhəri, Seybətin küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmiş, həmçinin həmin hökmlə iş üzrə maddi sübutun taleyi həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı nömrəli hökmünün dəyişdirilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cərimə və ya islah işləri ilə əvəz edilməklə ona yüngül cəza verilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-***/**** saylı qərarı ilə müdafiəçi müdafiəçi1 vəsatəti qismən təmin edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. IŞIN HALLARI Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Masallı rayonu Boradigah qəsəbəsi M.Əzizbəyov küçəsi ev 35-də qeydiyyatda olmaqla Masallı rayonu Babaser kəndində yaşayan zərərçəkmiş şəxs1 3000,0 manat pulun müqabilində əvvəllər almış olduğu əlillik dərəcəsini və əlilliyə görə təyin edilmiş sosial müavinətini bərpa etdirəcəyinə dair yalan vədlər verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra ##.##.2025-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən çayxanada sonuncunun atası X2 1500,0 manat, ##.##.2025-ci il tarixdə saat 18:49-da X5 rayonu Babaser kəndində yerləşən “Babaser market”-dəki “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 416973******** saylı “Kapital bank” plastik kart hesabına köçürmə üsulu ilə göndərdiyi 500,0 manat və ##.##.2025-ci il tarixdə saat 18:26- da yenə X5 rayonu Babaser kəndində yerləşən yaşadığı evdə mobil telefonun “ABB” mobil tətbiq proqramı vasitəsilə onun istifadəsində olan 416973******** saylı “Kapital bank” plastik kart hesabına köçürmə üsulu ilə göndərdiyi 200,0 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2200,0 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi cinayət əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Evlidir, 1 azyaşlı uşağı vardır. Sol ayağından əməliyyat olmuşdur. Ailəsinə qazanc gətirən yeganə şəxsdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, əməlindən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslərlə barışmasını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alıb, apellyasiya şikayətinin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün cəza hissəsində dəyişdirilərək barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdilər. Dövlət ittihamçısı X1 apellyasiya şikayətinin təmin olunmamasını, qanuni və əsaslı olan Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və məhkəmənin hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, nə müdafiə tərəfi, nə də ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, təqsirləndirilən şəxs apellyasiya şikayətində hökmün cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-nin müvafiq maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, cinayət qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə cinayət qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Iş materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə ##.##.2018-ci il tarixli hökm ləğv edilib və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və dəymiş ziyanı qismən ödəməsini, xəstə olmasını, ikinci dərəcəli əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, onu Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin cəza ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cəza təyin edilərkən cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəzanın fərdiləşdirilməsi prinsiplərinə riayət olunmalı, təyin edilən cəza törədilmiş cinayətin ağırlığı ilə yanaşı, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətdən əvvəlki və sonrakı davranışını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın məqsədlərinə nail olunması üçün zəruri və kifayət edən həddə müəyyən edilməlidir. Bu baxımdan cəza təyin edilməsi zamanı məhkəmənin qarşısında duran əsas məsələ yalnız şəxsin təqsirli bilindiyi cinayətə görə hansı cəzanın formal olaraq tətbiq edilə bilməsi deyil, konkret halda həmin cəzanın şəxsin islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından zəruri olubolmamasının müəyyən edilməsidir. Kollegiya xüsusilə vurğulayır ki, ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə, qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə, şərti məhkum etmə institutunu tətbiq etməyə və təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur və həmin hallar CM-nin 59-cu maddəsində öz əksini tapmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edərək törətdiyi əməlindən peşmançılıq hissi keçirdiyini bildirmişdir. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Həmçinin, müdafiə tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və barışıq sazişlərindən görünür ki, cinayət nəticəsində zərər çəkmiş şəxslər X3 və zərərçəkmiş şəxs2 Məmmədulu oğluna vurulmuş maddi ziyanın tam həcmdə ödənildiyi və onlarla barışdığı təsdiq edilmişdir. Kollegiyanın qənaətincə, qeyd olunan hal da cəzanın fərdiləşdirilməsi baxımından təqsirləndirilən şəxsin şəxsiyyətini və cinayətdən sonrakı davranışını xarakterizə edən hallardır. Belə ki, ziyanın tam ödənilməsi yalnız zərər çəkmiş şəxslərin əmlak mənafeyinin bərpası baxımından deyil, həm də məhkumun törətdiyi əməlin nəticələrinin aradan qaldırılması istiqamətində sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə davranış cinayətin törədilməsindən sonra yaranmış maddi nəticələrin aradan qaldırılmasına yönəlmiş real hərəkət olmaqla, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı mühüm haldır. Cinayəti törətdikdən sonra təqsirkarların hərəkətlərində müşahidə olunan cəzanı yüngülləşdirən halların məcmusu, habelə onların zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi və onlarla barışması kollegiyaya belə nəticəyə gəlməyə əsas verir ki, o cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış, həm də özünün şəxsiyyətinin təhlükəli olmadığını isbat etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu davranışını onun artıq islah yoluna qədəm qoyması kimi qiymətləndirir və hesab edir ki, onlar bu davranışı ilə CM-nin 41-ci maddəsində göstərilən nəticəni, yəni həm islah olunma nəticəsini əldə etməyə başlamış, həm də onun bu davranışı nəticəsində sosial ədalət bərpa olunmuşdur. Bununla yanaşı, himayəsində 1 nəfər azyaşlı uşağının olması, onun xəstə olması, II dərəcə əli olması da cəzanın təqsirkarın şəxsiyyətinə və ailə vəziyyətinə təsirinin qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır. Belə ki, cinayət törətmiş şəxsin ailə vəziyyətinin cəza təyin edilərkən nəzərə alınması cəzanın konkret növü və həddinin müəyyən edilməsində, cəzanın məqsədlərinə hansı vasitə ilə nail oluna biləcəyinin qiymətləndirilməsində əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin şəxsin əlilliyi, xəstə olması məhz onun şəxsiyyətini xarakterizə edən amillər kimi qiymətləndirilir və cəzanın yüngülləşdirilməsinə sanksiya daxilində daha az cəza verilməsinə əsas verən amillərdəndir. Belə ki, CM-nin 59.2-ci bəndinə görə, cəza təyin edərkən məhkəmə 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da yüngülləşdirici hal kimi qəbul edə bilər. Yəni, qanun məhkəməyə şəxsin səhhətini yüngülləşdirici hal kimi tanımağa tam hüquqi imkan verir. Məhkəmə kollegiyası həmçinin cəzanın məqsədlərini nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Bu məqsədlərdən hər hansı birinə nail olmaq üçün yalnız azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinin zəruri olduğu qənaətinə gəlmək üçün isə iş üzrə konkret əsaslar mövcud olmalıdır. Hazırkı işdə isə belə əsasların məcmusu müəyyən edilmir. Belə ki, məhkumun cəzasını ağırlaşdıran hal yoxdur, himayəsində 1 azyaşlı uşağı vardır, II dərəcə əlil olması, cinayət nəticəsində vurulmuş maddi ziyan zərər çəkmiş şəxslərə tam ödənilmiş və barışıq əldə edilmişdir. Bu hallar onların törətdiyi əməllərin ictimai təhlükəliliyini aradan qaldırmasa da, cəzanın növünün müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı daha sərt cəzanın zəruriliyini qiymətləndirərkən nəzərə alınmalı hallardır. Eyni zamanda, cəzanın məqsədlərinə nail olunması üçün cəzanın mütləq olaraq azadlıqdan məhrum etmə növündə seçilməsi barədə nəticəyə gəlmək üçün şəxsin islahının digər, daha yüngül cəza vasitəsi ilə mümkün olmadığını təsdiq edən hallar da müəyyən edilməlidir. Əks halda cəzanın ağırlığının yalnız törədilmiş cinayətin tövsifindən çıxış etməklə müəyyən edilməsi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olmazdı. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, onların şəxsiyyətini və cinayətdən sonrakı davranışını səciyyələndirən xüsusatlar, cəzanı ağırlaşdıran halların olmaması və vurulmuş maddi ziyanın zərər çəkmiş şəxslərə tam ödənilməsi və onlarla barışması birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxslərin cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasının və gələcəkdə yeni cinayətlər törətmələrinin qarşısının alınmasının azadlıqdan məhrum etmə cəzası tətbiq edilmədən də mümkün olduğu qənaətinə gəlmək olar. Kollegiyanın qənaətincə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza çəkməklə islah olunmalarının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onların cinayət törətdikdən sonrakı davranışlarını, barələrində olan yüngülləşdirici halları, həmçinin apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın yüngülləşdirilməsini, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin: 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmalı, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 1 ay 25 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, onun üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası onun yaşayış yeri üzrə Masallı Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası 397-399, 404, 405, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Hökmlə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 25 (iyirmi beş) gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla 3 (üç) ay 20 (iyirmi) gün, ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-455/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-455/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver