Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-460/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), Müdafiəçi müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Şəfiqə Meybullayeva) ilə ## ###### 1979-cu ildə Astara rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Astara rayonu, Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalından həbsə alınması və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 1,140 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut – 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması, ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda – 1,240 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## #### 2026-cı il tarixdə, saat 11:16 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılıb, üstü yoxlanılarkən 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,240 qram narkotik vasitə olan heroin onun əynindəki göy rəngli gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sonradan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxs işin faktiki hallarını deyil, cəza hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər şahid4 İsazadə İsa Azad oğlunun məhkəmə istintaq zamanı verdikləri ifadələri, “Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## #### 2026-cı il tarixli protokol, “Şübhəli şəxsin tutulması haqqında” ## #### 2026cı il tarixli protokol, “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## #### 2026-cı il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, **/*** saylı rəyi habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Babakişi İbrəhimovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda – 1,240 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## #### 2026-cı il tarixdə, saat 11:16 radələrində Astara RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılıb, üstü yoxlanılarkən 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,240 qram narkotik vasitə olan heroin onun əynindəki göy rəngli gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya üsulu ilə istifadə edir. O, ## #### 2026-cı il tarixdə, təxminən saat 12 radələrində Lənkəran şəhəri ərazisindəki “Bazar” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində narkotik vasitə olan heroin almış, elə həmin gün narkotik vasitədən istifadə etmişdir. ## #### 2026-cı il tarixdə də bir dəfə yenə istifadə etmişdir. ## #### 2026-cı il tarixdə, saat 10 radələrində əmisioğlu şahid1 Şahağacı kəndində yaşadığı fərdi yaşayış evinə getmiş, heroin də əynindəki gödəkçənin sol iç cibində olmuşdur. Ancaq bundan Coşqunun məlumatı olmamışdır. Təxminən saat 11 radələrində Coşqun həyətə çıxıb mülki geyimli şəxslərlə birlikdə içəri daxil olmuşlar, onlar özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polislər ona üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşyanın və ya predmetin olması halında təqdim etməyini təklif etmişlər. Həmin təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, ondan sonra üstü yoxlanılan zaman əynində olan göy rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofan bükümdəki heroin aşkar edilmişdir. O, üzərində aşkar olunan bükümün “kakos” olduğunu bildirmiş, üzərində aşkar olunan büküm elektron tərəzidə çəkilmiş, çəkisi təxminən 1 qramdan çox olması müəyyən edilmişdir. Sonra üzərindən siqaret qutusu və alışqan götürülmüş, başqa da heç bir qanunsuz əşya aşkar edilməmiş, üzərində aşkar edilən büküm boş zərfdə qablaşdırılmış, möhürlənmiş, imzaları çəkilmişdir. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmişdir, heç kəs zor tətbiq etməmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində, habelə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara rayon Polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə ## #### 2026cı il tarixdə, saat 11:16-da Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən şahid1 yaşadığı fərdi yaşayış evinə getmiş, Təqsirləndirilən şəxs orada olub-olmadığı soruşulduqda Coşqun Xudaverdinin orada olduğunu bildirmiş, şahid1 iştirakı ilə həyətə daxil olub Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan sonra tərəfindən üstü yoxlanılan zaman sağ əlində 1 ədəd üzərində “Prima” sözləri yazılan siqaret qutusu, 1 ədəd alışqan və əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroin aşkar edilmiş, başqa da heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilmiş heroinə bənzər kütləni təxminən 2 gün əvvəl Lənkəran şəhəri ərazisindəki “Bazar” adlanan ərazidəki üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində aldığını, 2 dəfə istifadə etdiyini, heç kəsə satmadığını, istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzidə 1 ədəd bükümdə narkotik vasitə olan heroin çəkilmiş, çəkisinin 1,54 qram olması müəyyən edilmişdir. Tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, ** saylı möhür ilə möhürlənmişdir. İş materiallarında olan “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin başlanılması və aidiyyəti üzrə Şöbənin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə saat 10:00-dan saat 11:33-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı sağ əlində 1 ədəd üzərində “Prima” sözləri yazılmış siqaret və 1 ədəd alışqan, əynində olan göy gödəkçənin iç sol cibindən 1 ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1,54 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün ** saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni 2 gün əvvəl, Lənkəran rayonunda “Bazar” yaxınlığında 50 manat qarşılığında tanımadığı şəxsdən əldə etdiyini və ona məxsus olduğunu, istifadə etmək məqsədi ilə, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, istifadə məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə vermədiyini bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan ## #### 2026-cı il tarixdən, saat 11:16-dən tutulmuş hesab olunmuşdur. “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:55-dən saat 13:06-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 1 ədəd zərf açılmış, bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləyə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra, heroinə bənzər kütlənin təxmini çəkisi 1,57 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün ** saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir . Cinayət işinin icraata qəbul edilməsi haqqında ## #### 2026-cı il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. “Vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” ## #### 2026- cı il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs saxlandığı Astara rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa növ qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın ## ### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Talət oğlunda PSİXOSTİMULYATORLARIN VƏ OPİOİDLƏRİN qəbulundan yaranan Asılılıq sindromu (POLİNARKOMANİYA xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. “Mobil telefona baxış keçirilməsi haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, 260280020 sayli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon Vəkil bürosunun vəkili müdafiəçi2 və tərcüməçisi X3 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması zamanı götürülmüş bir ədəd göy rəngli “Oppi” markalı mobil telefona ## #### 2026cı il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefon yaşıl rənglidir, mobil telefonun içərisində mobil nömrə yoxdur. Mobil telefonun “kontaktlar”, “mesajlar” və digər hissələrinə baxış zamanı qeyd olunan yerlərdən cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı fakt aşkar edilməmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı bir şəxslə əlbir olub, cinayət əlaqəsinə girərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıyla bağlı və yaxud hər hansı bir şəxsə narkotik vasitə salması ilə bağlı hər hansı dəlil aşkar edilməmişdir. ## #### 2026-cı il tarixli maddi sübut kimi tanınma haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,140 qram narkotik vasitə olan heroin, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 2 ədəd DVD diskin maddi sübut qismində tanınması, narkotik vasitə olan heroinin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağacı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ##### 2026-cı il tarixli *** saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X4 ibarət ailə tərkibi vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun İ siyahısının 109-cu bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 500 qram olması, həmin Qanunun II siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs…” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 1,240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edilmişdir – 0,10 qram, qalıq 1,140 qram. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin əldə etdiyi mənbə barədə cinayət işinin ayrıca icraata ayrılaraq materialın rayon prokurorluğuna göndərilməsi, ## #### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,140 qram narkotik vasitə olan heroin maddi sübut hesab edilməsi və saxlanılması üçün Astara rayon Polis şöbəsinin maddi stübutların saxlama kamerasına təhvil verilməsi, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı və üzərindən aşkar olunmuş predmetə baxış keçirilərkən qeyd alınmış videoçəkilişlər olan 2 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan "məhkəmə bioloji ekspertiza" və “məhkəmə-narkoloji ekspertiza” üzrə rəylər, habelə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri və digər istintaq hərəkəti protokolları sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla təqsirləndirilən şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız ehtimal və mülahizələrinə əsaslanır. Babakişi İbrəhimovun ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməmliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Talət oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-460/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-460/2026
14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver