Məhkəmə qərarları › İş №1(3-9)-461/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-461/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-461/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlunun ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü (hakimlər X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) ilə ## ###### 1998-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 182.2.2 ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs kimi tutulduğu, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, internet informasiya ehtiyatında - “TikTok” sosial şəbəkəsində şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və cinsiyyətinə dair yalan məlumat yerləşdirərək yaratdığı saxta istifadəçi adı-“aylin qurbanova” adlı saxta profildən istifadə edərək özünü qadın kimi təqdim etməklə tanış olduğu Zərərçəkmiş şəxs fotoşəkillərini əldə etdikdən sonra həmin fotoşəkillərdən bir ədədinin üzərində təhqiramiz semantikaya malik ifadə hesab edilən “evli qadınlara yataq təklif edir şərəfsiz” yazısını yazıb ## ###### 2025-ci il tarixdə saat 20:00 radələrində Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman “TikTok” sosial şəbəkəsində yuxarıda qeyd edilən saxta istifadəçi adı-profildən istifadə etməklə kütləvi nümayiş etdirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhqir etmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını vahid qəsdlə hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində açdığı “aylin qurbanova” adlı saxta profil hesabında özünü qadın kimi təqdim etməklə tanış olduğu Oğuz rayonu, Tərkeş kəndində yaşayan Zərərçəkmiş şəxs fotoşəkillərini əldə etdikdən sonra həmin fotoşəkillərin üzərində nalayiq sözlər yazmaqla sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə, Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman həmin tarixdə saat 20:10-da hədə qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan 5243 7544 4934 **** saylı “xxxx”a məxsus bank kart hesabına köçürülmüş 100 manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 20:14-də hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “xxxx”a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 200 manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 20:21-də Zərərçəkmiş şəxs tərəfindən hədə-qorxu ilə tələb etməsinə əsasən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X3 adına olan “xxxx”a məxsus ******* saylı bank kart hesabına köçürülmüş 200 manat olmaqla, ümumilikdə 500 manat məbləğində pul vəsaitini ələ keçirməklə qanunsuz mərc oyunlarında istifadə edərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişdir. Bundan başqa, o, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmək məqsədlə “TikTok” sosial şəbəkəsindəki yaratdığı “Müəllimə” adlı saxta profil hesabı ilə onunla sosial şəbəkədə əlaqə yaradan Zərərçəkmiş şəxs üzərində nalayiq ifadələr yazdığı fotoşəkillərini sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman həmin tarixdə saat 00:49-da hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “xxxx”a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 100 manat pul vəsaitini, həmin tarixdə saat 00:53-də hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “xxxx”a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul vəsaitini ələ keçirməklə qanunsuz mərc oyunlarında istifadə edərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövif edilməsini, ona CM-nin 148-1-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 182.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış hökm cinayət işinin materialarına əsaslanmır və Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs internet informasiya ehtiyatında «TikTok» sosial şəbəkəsində şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və cinsiyyətinə dair yalan məlumat yerləşdirərək yaratdığı saxta istifadəçi adı-“aylin qurbanova" adlı saxta profildən istifadə edərək özünü qadın kimi təqdim etməklə tanış olduğu Zərərçəkmiş şəxs fotoşəkillərini əldə etdikdən sonra həmin fotoşəkilərdən bir ədədinin üzərində təhqiramiz semantikaya malik ifadə hesab edilən “evli qadınlara yataq təklif edir şərəfsiz" yazısını yazıb ## ###### 2025-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzildə olduğu zaman “TikTok" sosial şəbəkəsində yuxarıda qeyd edilən saxta istifadəçi adı-profildən istifadə etməklə kütləvi nümayiş etdirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhqir etmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını vahid qəsdlə hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində açdığı “aylin qurbanova” adlı saxta profil hesabında özünü qadın kimi təqdim etməklə tanış olduğu Oğuz rayonu, Tərkeş kəndində yaşayan Zərərçəkmiş şəxs fotoşəkilərini əldə etdikdən sonra həmin fotoşəkilərin üzərində nalayiq sözlər yazmaqla sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə, Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman həmin tarixdə saat 20:10-da hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz adına olan 5243 7544 4934 4934 **** saylı “Uni bank”a məxsus bank kart hesabına köçürülmüş 100 manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 20:14-də hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “Birbank”a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 200 manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 20:21-də Zərərçəkmiş şəxs tərəfindən hədə-qorxu ilə tələb etməsinə əsasən istifadəsində olan 4169 7388 4934 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz şəxsin X4 adına olan “xxxx”a məxsus ******* saylı bank kart hesabına köçürülmüş 200 manat olmaqla, ümumilikdə 500 manat məbləğində pul vəsaitini ələ keçirməklə qanunsuz mərc oyunlarında istifadə edərək zərərçəkmişhaqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir Bundan başqa o, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmək məqsədlə “TikTok” sosial şəbəkəsindəki yaratdığı “Müəlimə” adlı saxta profil hesabı ilə onunla sosial şəbəkədə əlaqə yaradan Zərərçəkmiş şəxs üzərində nalayiq ifadələr yazdığı fotoşəkilərini sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman həmin tarixdə saat 00:49- da hədə-qorxu ilə tələb etməsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “xxxx”a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 100 manat pul vəsaitini, həmin tarixdə saat 00:53-də hədə-qorxu ilə tələb etməsinə əsasən Məhəmməd Mırzəmətli tərəfindən istifadəsində olan 4169 7388 8983 **** nömrəli “Birbank” bank kart hesabından mobil tətbiq vasitəsilə cinayətdən xəbərsiz X7 adına olan “•'xxxx"a məxsus 5243 7544 4934 **** saylı bank kart hesabına köçürülmüş 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul vəsaitini ələ keçirməklə qanunsuz mərc oyunlarında istifadə edərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona istinad edilən əməldə təqsirli bilərək törətdiyi əməldən səmimi peşman oldğunu bildirmişdir. Verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxsə təkrarlığa görə ittiham verilsə də, onun tələb etdiyi özgə əmlakı bir nəfərindir, yəni onun üç halda pul tələb etdiyi mənbə eynidir. Təqsirləndirlən şəxsin niyyəti müxtəlif vaxtlarda olsa da, o, bir neçə mərhələdə bir şəxsin əmlakını ələ keçirməyə, vahid nəticəyə yönəlmişdir. Konkret halda davam edən əmələ bir nəticə əldə olunmuşdur. Məhkəmə hökmündə onun törətdiyi əməlin davam edən cinayət olduğunu göstərir. Belə ki, hökmdə qeyd edilir ki, “Məhkəmə tərkibi müəyyən edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişdən eyni gün ərzində üç dəfəyə ümumilikdə 500 manat məbləğində pul vəsaitinin alınması ayrı-ayrı müstəqil cinayətlər deyil, vahid qəsdlə əhatə olunan davam edən cinayətin tərkib hissələridir. Belə ki, həmin hallarda təqsirləndirilən şəxs eyni üsuldan istifadə etməklə, eyni zərərçəkmişə qarşı, eyni xarakterli hədələr səsləndirmiş və vahid məqsədlə zərərçəkmiş şəxsdən pul vəsaiti əldə etmək məqsədi güdmüşdür. Pul vəsaitinin hissə-hissə verilməsi təqsirləndirilən şəxsin cinayətkar niyyətinin dəyişdiyini və ya hər dəfə yeni müstəqil qəsdin yarandığını göstərmir. Bu səbəbdən həmin hərəkətlər vahid qəsdlə əhatə olunan və ümumi cinayətkar məqsədin həyata keçirilməsinə yönəlmiş davam edən cinayət kimi qiymətləndirilir”. Göründüyü kimi, məhkəmə özü də hökmündə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı hərəkətlərini davam edən vahid cinayət kimi qəbul edir. Lakin sonda nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində təkrarən hədə-qorxu ilə tələb etmə cinayəti mövcuddur. Halbuki, qüvvədə olan qanun tələbinə görə şəxsin əməlində davam edən cinayətin tərkibi olduğu halda, ona həmin əməlin təkrarlığa görə ittiham verilə bilməz. Bu tələb Azərbaycan Respublikası ərazisində məcburi hüquqi qüvvəyə malik olan “Azərbaycan Respublikası Cinayət Məcələsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında öz əksini tapmışdır. Həmin qərara görə nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox halarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün davam edən cinayətlərin mahiyyətinin açıqlanmasını vacib hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcələsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əmələr ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Bundan başqa, təqsirləndirilən şəxsin əməlində internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə məsuliyyət nəzərdə tutan CM-nin 148-1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, konkret halda, təqsirləndirilən şəxs hədə-qorxu ilə özgə əmlakını tələb etmə zamanı üsul kimi internet informasiya ehtiyatında saxta istifadəçi adlardan istifadə etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsə verilən cəza onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun deyildir, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmamışdır. Məhkəmə hökmdə qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin məhkəmə təqsirləndərilən şəxsə istinad edilən maddələrdə müəyyən edilmiş aşağı həddən də az cəza və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməmiş, eyni zamanda verilən cəzanı şərti olaraq tətbiq etməmişdir. Qeyd edildiyi kimi, buna Təqsirləndirilən şəxs şəxsiyyəti, həyat şəraiti imkan verirdi. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olmaqdan çıxması üçün bütün zərururi hərəkətləri etmiş, əməlindən səmimi olaraq peşman olmuş, zərərçəkmişlə barışmış, ona vurulmuş ziyanı ödəmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, ## ###### 2025-ci il tarixdə “aylin qurbanova” adlı saxta profil hesabında Zərərçəkmiş şəxs ilə yazışdığını, profili nə vaxt yaratdığını xatırlamadığını, Məhəmmədin ona “aylin qurbanova” profili ilə danışarkən 500 manat, digər profillə isə 200 manat pul yolladığını, kart hesabına pul köçürtməsi etdikdən sonra paylaşdığı şəkili və “aylin qurbanova” profilini sildiyini, həmin profili dəyişib “müəllimə” profili etdiyini, bu zaman yenə həmin şəxsin 21 avqust tarixində ona yazdığını və profilin onun olmasını bilmədiyini, tanış olmaq məqsədi ilə ona pul yolladığını, əməlində təkrarlıq olmadığını, şəxsdən vahid niyyətlə pul aldığını bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib şikayətin təmin olunmasını xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi həm işin faktiki hallarını və təqsirlilik məsələlərini, həm də təyin olunmuş cəzanı mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxsə CM-nin 148- 1-ci maddəsi ilə bəraət verilməli, həmçinin əməli CM-nin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməllərinin CM-nin 148-1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, sonuncuya bəraət verilməsi, habelə əməlinin CM-nin 182.1-ci maddəsinə tövsif olması üçün əsasların olub-olmamasına, o cümlədən birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. 182.2.2-ci maddəsinə əsasən təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli, ** nömrəli Qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, ## ###### 2025-ci il tarixli “üzləşdirmə protokolu, zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefon aparatına baxış protokolu, ödəniş qəbzləri, “maddi ziyanın ödənilməsi haqqında” ## ######## 2025-ci il tarixli və ## ######## 2025-ci il tarixli protokollar, “xxxx” ASC-dən daxil olmuş ## ####### 2025-ci il tarixli məktub, “xxxx” ASC-dən daxil olmuş ## ###### 2025-ci il tarixli məktub, “məhkəmə-linqvistik ekspertizası”nın ## ##### 2026-cı il tarixli, */*** nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədləri araşdırıb Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 148-1 və 182.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsin şəkillərini paylaşmışdır. İttiham aktında yazılanlar düzdür. “TikTok” sosial şəbəkəsindən qız adı ilə qeydiyyatdan keçmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dostluq göndərmiş və bundan sonra yazışmağa başlamışlar. Niyyəti zərərçəkmiş şəxsdən 500 manat pul almaq olmuşdur. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə “TikTok” sosial şəbəkəsində tanış olmuşdur. “TikTok” sosial şəbəkəsində “Aylin Qurbanova” və “Müəllimə” adlı profillərindən istifadə etmişdir. Zərərçəkmiş şəxsə hansı profillə yazdığını xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi yaddından çıxmışdır. Mərc oyunlarda uduzduğu üçün pula ehtiyacı olmuşdur. Zərərçəkmiş şəxsdən aldığı pulları mərc oyunları üçün göndərmişdir. Zərərçəkmiş şəxs təkrar pul almaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, danışığı olmamış, onunla “TikTok”da yazışmışdır. Zərərçəkmiş şəxs ona 100 manat pul göndərdikdən sonra aralarında heç bir razılaşma olmamışdır. Zərərçəkmiş şəxs ona 100 manat pul atdıqdan sonra şəkilləri silmişdir. Zərərçəkmiş şəxsin şəkillərinin üzərinə nə yazdığını xatırlamamışdır. Zərərçəkmiş şəxs ona pul verməsəydi belə şəkilləri hər yerdən siləcəkdi. Həmin şəkilləri heç kim görməmişdir. Zərərçəkmiş şəxs ilə yazışan zaman öz yaşadığı evdə olmuşdur. Profilində olan qızların şəkillərini sosial şəbəkədən götürmüşdür. Başqa adamlara qarşı belə bir hərəkət etməmişdir. Hüseyn Nəsirov və Namiq Muradov adlı şəxsləri tanımamışdır. Mərc oyunlarında uduzduğu pulları karta göndərmişdir. Kimin kartına göndərildiyini bilməmişdir. Pulu göndərdikdən sonra ona mərc oyunları üçün kod göndərmişlər və bundan sonra oyun oynamışdır. Həmin adamları tanımamışdır. Mərc oyunlarının kodunu pulla almış, daha sonra oyun oynamışdır. Profilində olan şəkillər saxta qadın şəkilləri olmuş, həmin qadınları tanımamışdır. İnternetdən yüklədiyi şəkilləri profilinə yükləmişdir. Üçüncü dərəcəli əlilliyi olduğu üçün təqaüd almış, ancaq aldığı təqaüdlə kredit ödəmişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı anası ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Etdiyi əmələ görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “TikTok” sosial şəbəkəsində “Aylin Qurbanova” adlı profilin təkrar təkrar videoları qarşına çıxdığı üçün həmin profilə daxil olmuş və aralarında yazışma olmuşdur. “Aylin Qurbanova” adlı profillə yazışan vaxt ona foto şəkillərini göndərmişdir. Daha sonra “Aylin Qurbanova” profilindən ona “link” göndərilmiş, həmin linkə daxil olmuş və foto şəkillərinin üzərinə etik olmayan ifadələr yazıldığını görmüşdür. “Aylin Qurbanova” adlı şəxsin profilinə daxil olarkən orada eyni adamın bir neçə foto şəkillərini görmüşdür. Daha sonra həmin profildən yazan şəxs ondan pul tələb etmişdir. O, həmin şəxsə 100 manat, 200 manat, 200 manat, daha sonra iki dəfə ayrı-ayrılıqda 100 manat pul göndərmişdir. Ümumilikdə həmin şəxsə 700 manat pul göndərmişdir. Birinci dəfə həmin şəxsə 100 manat pul göndərdikdən sonra ona göndərdiyi “linki” silmişdir. 4 dəqiqə keçdikdən sonra həmin şəxs onun başqa şəkilinin üzərinə yenə qeyri etik olmayan yazılar yazmış və o həmin şəxsə 200 manat pul göndərmişdir. “Aylin Qurbanova” adlı profilin səhifəsinə girib onun dostluğunda olanlara baxış keçirmiş, fikirləşmişdir ki, iş yoldaşlarından kimsə prinsipə onunla belə bir hərəkət etmişdir. “Aylin Qurbanova” adlı profilin dostluğunda olan “Müəllimə” adlı şəxsə yazmış, sonradan bilmişdir ki, həmin profili istifadə edənlə “Aylin Qurbanova” adlı profili istifadə edən eyni adamlardır. “Müəllimə” profilinə yazdıqdan sonra da ondan pul tələb etmişdir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, birinci dəfə 100 manat pulu göndərdikdən sonra təkrar ondan pul tələb etmişdir. Təkrar ondan pul tələb etdikdən sonra ekran qeydedici ilə yazışmaları qeyd etmişdir. “Aylin Qurbanova” adlı profilə 4-5 foto şəkilini atmışdır. Hadisənin səhəri günü işə getmiş, başına gələn hadisə ilə bağlı işdə məlumat verdikdən sonra polis şöbəsinə müraciət etmişdir. Göndərdiyi pulların çekini ondan tələb etmişdir. Pulları “1 bankla” onun dediyi hesaba göndərmişdir. “Müəllimə” profilinə yazmasa idi, ondan 200 manat pulu istəməzdi. “Müəllimə” profilinə yazmaqda niyyəti kiminsə onunla düşmənçiliyinin olub-olmamasını araşdırmaq olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. İstintaq zamanı şikayət və tələbinin olmadığını bildirmişdir. Yola xərclədiyi 700 manat pulu təqsirləndirilən şəxsdən tələb edir. Yola xərclədiyi pulu təqsirləndirilən şəxs əgər ona ödəsə yenə də ondan heç bir şikayəti olmayacaqdır. Bundan başqa, iş materiallarında olan ## ###### 2025-ci il tarixli “üzləşdirmə protokolun”dan görünür ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları iş üzrə həyata keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon aparatına baxış protokolundan görünür ki, mobil telefonun yaddaşında “screenshot” edilmiş Zərərçəkmiş şəxs məxsus üzərində «evli qadınlara yataq təklif edir ********** söyür hərbiçi tiktokda» yazısı olan Fövqəladə Hallar Nazirliyinin zabit uniformasında olan fotoşəkili, “TikTok” sosial şəbəkəsindəki “müəllimə” adlı və “aylin qurbanova” adlı profil hesablarındakı yazışmaların fotoşəkilləri aşkar edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ödəniş qəbzlərindən görünür ki, “Birbank” tətbiqi vasitəsi ilə “onlayn” qaydada ## ###### 2025-ci il tarixdə saat 20:10-da “xxxx” hesabına 100 manat, 20:14-də 200 manat, saat 20:21-də “xxxx” hesabına 200 manat, ## ###### 2025-ci il tarixdə “xxxx” hesabına 100 manat, həmin gün saat 00:53-də 100 manat pul köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-dən daxil olmuş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, ## ###### 2025-ci il tarixdə “Birbank” tətbiqi vasitəsi ilə “onlayn” qaydada X3 adına olan ******* saylı bank hesabına 200 manat pul köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-dən daxil olmuş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, ## ###### 2025-ci il tarixdə “birbank” tətbiqi vasitəsi ilə “onlayn” qaydada X8 adına olan **************** saylı bank hesabına ## ###### 2025-ci il tarixdə saat 20:10-da 100 manat, saat 20:14-də 200 manat, ## ###### 2025-ci il tarixdə saat 00:49-da 100 manat pul köçürülmüşdür. İş materiallarında olan “məhkəmə-linqvistik ekspertizası”nın ## ##### 2026-cı il tarixli, */*** nömrəli rəyindən görünür ki, tədqiq olunmuş şəxs Təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində paylaşdığı “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsi təhqiramiz semantikaya malik ifadə hesab edilir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs internet informasiya ehtiyatında-“TikTok” sosial şəbəkəsində şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və cinsiyyətinə dair yalan məlumat yerləşdirərək yaratdığı saxta istifadəçi adı-“aylin qurbanova” adlı saxta profildən istifadə edərək özünü qadın kimi təqdim etməklə tanış olduğu Zərərçəkmiş şəxs fotoşəkillərini əldə etdikdən sonra həmin fotoşəkillərdən bir ədədinin üzərində təhqiramiz semantikaya malik ifadə hesab edilən “evli qadınlara yataq təklif edir şərəfsiz” yazısını yazıb ## ###### 2025-ci il tarixdə, saat 20:00 radələrində Saatlı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 15 ünvanında yerləşən mənzildə olduğu zaman “TikTok” sosial şəbəkəsində yuxarıda qeyd edilən saxta istifadəçi adıprofildən istifadə etməklə kütləvi nümayiş etdirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhqir etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını vahid qəsdlə hədəqorxu ilə tələb edib ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində açdığı “aylin qurbanova” adlı saxta profil hesabında özünü qadın kimi təqdim etməklə zərərçəkmiş şəxsin fotoşəkillərini əldə etdikdən sonra həmin fotoşəkillərin üzərində nalayiq sözlər yazmaqla sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə saat 20:10, saat 20:14 və saat 20:21 dəqiqələrində üç dəfəyə 500 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrar hədə-qorxu ilə tələb edib ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə “TikTok” sosial şəbəkəsindəki yaratdığı “Müəllimə” adlı saxta profil hesabı ilə onunla sosial şəbəkədə əlaqə yaradan Zərərçəkmiş şəxs üzərində nalayiq ifadələr yazdığı fotoşəkillərini sosial şəbəkə üzərindən yayıb rüsvay edəcəyi ilə hədələyib həmin görüntülərin yayılmaması müqabilində ## ###### 2025-ci il tarixdə saat 00:49da 100 manat pul vəsaitini və saat 00:53-də 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul vəsaitini ələ keçirməklə qanunazidd maddi qazanc əldə etmişdir. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə şikayətin əsas dəlillərindən biri olan Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsinin mövcud olmaması və onun əməlində vahid qəsdin olması barədə dəlilləri əsassız hesab edir. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 20:10, 20:14 və 20:21-də zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrı köçürmələrlə ümumilikdə 500 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirməsini ayrı-ayrı cinayətlər kimi deyil, eyni zərərçəkmiş şəxsə qarşı, eyni üsulla, eyni xarakterli hədələrdən istifadə edilməklə və eyni məqsədə yönəlmiş vahid qəsdin tərkib hissəsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Çünki iş materiallarından görünür ki, qeyd edilən üç pul köçürməsi arasında qısa zaman intervalı olmuş, hər üç halda tələb eyni zərərçəkmiş şəxsə yönəlmiş, eyni fotoşəkillərin yayılması ilə bağlı hədə həyata keçirilmiş və həmin ödənişlər bütövlükdə eyni maddi məqsədə xidmət etmişdir. Pul vəsaitinin üç ayrı ödənişlə verilməsi özlüyündə hər bir ödənişi müstəqil cinayət əməli kimi qiymətləndirməyə əsas vermir. Əksinə, həmin hərəkətlərin faktiki şəraiti onların vahid qəsdin həyata keçirilməsinin ayrı-ayrı mərhələləri olduğunu göstərir. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin epizodu davam edən cinayət kimi qiymətləndirməsi işin faktiki hallarına və toplanmış sübutların məcmusuna uyğundur. Lakin apellyasiya şikayətində müdafiə tərəfinin istinad etdiyi vahid qəsd anlayışının Təqsirləndirilən şəxs sonrakı hərəkətlərinə də şamil edilməsi üçün iş materiallarında kifayət qədər əsas yoxdur. Belə ki, ## ###### 2025-ci il tarixdə saat 20:10, 20:14 və 20:21-də həyata keçirilmiş ödənişlərdən sonra həmin epizod faktiki olaraq başa çatmış, növbəti gün, yəni ## ###### 2025ci il tarixdə isə Təqsirləndirilən şəxs tərəfindən artıq digər “Müəllimə” adlı saxta istifadəçi profilindən istifadə edilməklə zərərçəkmiş şəxslə yenidən əlaqə yaradılmış və onun fotoşəkillərinin üzərinə nalayiq ifadələr yazılaraq sosial şəbəkədə yayılacağı barədə yeni hədələr irəli sürülmüşdür. Bundan sonra saat 00:49-da 100 manat, saat 00:53-də isə daha 100 manat olmaqla, ümumilikdə 200 manat pul vəsaiti əldə edilmişdir. Burada əvvəlki epizoddan fərqli olaraq, söhbət artıq əvvəlki üç ödənişin davamı olan texniki xarakterli ayrı-ayrı ödənişlərdən deyil, başqa zaman kəsiyində, digər saxta profil vasitəsilə, yeni əlaqə və yeni tələb əsasında həyata keçirilmiş ayrıca hədə-qorxu ilə tələb etmə hərəkətlərindən gedir. Eyni zamanda, iş materiallarında həmin sonrakı tələbin əvvəlcədən formalaşmış və ## ###### 2025-ci il tarixdə həyata keçirilmiş 500 manatlıq epizodu da əhatə edən vahid qəsdin tərkibində olmasını təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilmir. Əksinə, zərərçəkmiş şəxsin ifadəsi, onun mobil telefonuna baxış keçirilməsi haqqında protokol, “Aylin Qurbanova” və “Müəllimə” adlı TikTok hesabları ilə aparılmış yazışmaların görüntüləri və pul köçürmələrinə dair sənədlərdən müəyyən olunur ki, ikinci epizodda istifadə edilmiş “Müəllimə” adlı profil ayrıca istifadə olunmuş, həmin profil vasitəsilə yenidən zərərçəkmiş şəxsin fotoşəkillərinin yayılması ilə bağlı hədə irəli sürülmüş və bu hədənin aradan qaldırılması müqabilində ayrıca olaraq 200 manat pul vəsaiti əldə edilmişdir. Bu hallar həmin epizodun əvvəlki 500 manatlıq davam edən cinayətin tərkib hissəsi deyil, ondan ayrı və müstəqil cinayət əməli olduğunu göstərən obyektiv hallardır. Kollegiya müdafiə tərəfinin həmin pul vəsaitlərinin eyni zərərçəkmiş şəxsdən alınmasını və hadisələrin bir-birinə zaman baxımından yaxın olmasını əsas gətirməklə bütün hərəkətlərin vahid qəsdlə törədildiyi barədə mövqeyini əsaslı hesab etmir. Cinayət əməllərinin eyni zərərçəkmiş şəxsə qarşı yönəlməsi və onların arasında qısa zaman intervalının olması, özözlüyündə, sonrakı hərəkətin əvvəlki cinayətin davamı hesab edilməsi üçün kifayət etmir. Bunun üçün sonrakı əməlin də əvvəlcədən formalaşmış vahid qəsdlə əhatə olunduğunu və əvvəlki əməllərlə birlikdə vahid cinayət məqsədinin həyata keçirilməsinə xidmət etdiyini təsdiq edən konkret hallar mövcud olmalıdır. Hazırkı iş üzrə isə ikinci epizodun yaranma şəraiti, istifadə olunmuş digər saxta profil, yeni hədə-qorxu xarakterli tələb və ayrıca pul vəsaitinin əldə edilməsi həmin epizodun müstəqil xarakter daşıdığını göstərir. Bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin bu qəbildən olan işlər üzrə müvafiq qərarlarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən talama cinayət əməli eyni şəxsə qarşı olsa belə, hər dəfə müstəqil yaranmış niyyətlə törədilirsə, bu zaman ələ keçirilmiş əmlakın dəyərinin toplanılmasına yol verilmir və hər bir əmələ ayrıca qiymət verilməklə müvafiq talama əməli təkrarlıq əlaməti üzrə tövsif edilməlidir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 1998-ci il tarixli * nömrəli Qərarının 4cü bəndində qeyd olunur ki, bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Oxşar mövqe “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarında sərgilənmişdir. Belə ki, həmin Qərarın 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Cinayət hüquq nəzəriyyəsində isə davam edən cinayətin üç obyektiv və bir subyektiv şərtinin olduğu qəbul edilir. Obyektiv şərtlər - birdən çox cinayət əməlinin olması, bu əməllərin eyni cinayəti təşkil etməsi və onların müxtəlif vaxtlarda dəfələrlə törədilməsi, subyektiv şərt isə birdən çox əməlin cinayət törətmək barədə vahid qərarın (vahid qəsdin) icrası çərçivəsində törədilməsidir. Bu şərt birdən çox cinayət arasında subyektiv əlaqənin mövcudluğunu nümayiş etdirir. Əgər cinayətlər arasında belə bir əlaqə yoxdursa və ya bu əlaqə sonradan kəsilirsə, bu halda davam edən cinayətdən söhbət gedə bilməz. Vahid qəsd (vahid niyyət) dedikdə isə, şəxsin bir neçə hərəkəti vahid cinayət məqsədinə nail olmaq üçün həyata keçirməsi başa düşülür. Bu halda ayrı-ayrı epizodlar müstəqil qərarların nəticəsi deyil, əvvəlcədən mövcud olan və ya ən azı ilk epizod zamanı formalaşmış ümumi cinayət planının tərkib hissəsi kimi çıxış edir. Yəni, sonrakı epizodlar müstəqil cinayət qərarının deyil, əvvəlki cinayət planı üzrə mövcud vahid qəsdin icrasının davamı olmalıdır. Əgər hər epizoddan əvvəl şəxs yenidən müstəqil cinayət törətmək qərarı qəbul edirsə, bu artıq vahid qəsd (vahid niyyət) hesab oluna bilməz. Başqa sözlə, əgər şəxsin hərəkətləri arasında daxili bir bağlılıq (vahid niyyət) yoxdursa və hər bir cinayət faktı müstəqil bir qərara əsaslanırsa, bu, təkrar cinayətlər sayılır. Bundan əlavə, davam edən cinayət məsələsində əsas meyar vahid qəsdin sübut olunmasıdır. Eyni obyektə, eyni zərərçəkənə qarşı eyni üsulla cinayət əməlinin törədilməsi faktı özlüyündə vahid qəsdi təsdiq etmir. Məhkəmə işin bütün halları əsasında müəyyən etməlidir ki, sonrakı epizod şəxsin əvvəlki planının davamıdır, yoxsa yeni yaranmış qəsdinin nəticəsidir. Qeyd olunan şərhlərə nəzərən hazırki işin hallarına baxdıqda, Şanil Fətullayevin törətdiyi sonrakı hədə-qorxu ilə tələb etmə əməlinin vahid qəsdlə əhatə olunmaqla davam edən cinayət təşkil etməsi barədə müdafiə tərəfin gəldiyi nəticənin tədqiq edilmiş sübutlarla uzlaşmadığı müəyyən olunur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk üç ödənişin vahid qəsdin tərkibində olan davam edən cinayət kimi, sonrakı iki ödənişin isə ayrıca cinayət kimi qiymətləndirilməsi arasında hər hansı ziddiyyət yoxdur. Əksinə, məhz bu yanaşma davam edən cinayət ilə eyni xarakterli cinayətlərin təkrar törədilməsi arasındakı fərqin işin konkret faktiki hallarına tətbiq edilməsindən irəli gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə 500 manat pul vəsaitini vahid qəsdlə hədə-qorxu ilə tələb edib ələ keçirməsi bir cinayət kimi qiymətləndirilsə də, ## ###### 2025-ci il tarixdə əlavə olaraq 200 manat pul vəsaitinin yeni saxta profil vasitəsilə, yeni tələb və hədə-qorxu əsasında əldə edilməsi artıq ayrıca cinayət təşkil edir. Bununla da onun eyni xarakterli cinayət əməlini iki dəfə törətməsi müəyyən edilir və əməlində cinayətin təkrar törədilməsinin əlamətləri mövcud olur. Ona görə də, müdafiə tərəfinin Təqsirləndirilən şəxs hərəkətlərinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi barədə dəlili işin faktiki hallarına uyğun deyildir. İş üzrə müəyyən edilmiş hallar və sübutların məcmusu onun hədə-qorxu ilə tələb etmə əməllərinin yalnız bir epizoddan ibarət olmadığını, ikinci epizodun əvvəlki cinayətdən ayrı olaraq törədildiyini və nəticə etibarilə təkrarlığın yarandığını təsdiq edir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və həmin əməlin 182.1-ci maddə ilə tövsif edilməsi üçün hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə bəraət verilməli olmasına dair dəlillərini də əsassız hesab edir. Apellyasiya şikayətindən görünür ki, müdafiə tərəfi həmin əməlin hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi üsulu kimi çıxış etdiyini, saxta profillərdən və zərərçəkmiş şəxsin fotoşəkillərindən istifadənin yalnız pul vəsaitinin əldə edilməsinə yönəldiyini əsas gətirməklə Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Lakin iş materiallarında müəyyən edilmiş konkret hallar bu mövqeni təsdiq etmir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən yaradılmış “Aylin Qurbanova” adlı saxta istifadəçi hesabından istifadə edilməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs fotoşəkillərindən biri üzərində “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsi yerləşdirilmiş və həmin fotoşəkil ## ###### 2025-ci il tarixdə “TikTok” sosial şəbəkəsində kütləvi nümayiş etdirilmişdir. Bununla bağlı iş materiallarında olan zərərçəkmiş şəxsin ifadəsi, onun mobil telefonuna baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş görüntülər, eləcə də məhkəmə-linqvistik ekspertizasının ## ##### 2026-cı il tarixli, */*** nömrəli rəyi bir-birini tamamlayaraq həmin hərəkətin həqiqətən baş verdiyini təsdiq edir. Xüsusilə qeyd edilməlidir ki, ekspert rəyində “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsinin semantik baxımdan təhqiramiz məna daşıdığı müəyyən edilmişdir. Deməli, söhbət sadəcə olaraq zərərçəkmiş şəxsin fotoşəkilindən istifadə edilməsindən və ya həmin fotoşəkilin hədə-qorxu məqsədilə saxlanılmasından getmir. Fotoşəkil üzərində zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldan, onun barəsində mənfi münasibət formalaşdırmağa yönələn konkret ifadə yerləşdirilmiş və həmin görüntü sosial şəbəkədə kütləvi nümayiş etdirilmişdir. Bu hal həm də müdafiə tərəfinin həmin hərəkətlərin yalnız hədə-qorxu ilə tələb etmənin üsulu olması barədə dəlilini əsassız edir. Belə ki, hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibində şəxsin əmlakının və ya əmlak xarakterli hərəkətin əldə edilməsinə yönəlmiş tələb və həmin tələbin təmin edilməməsi halında zərərçəkmiş şəxs barəsində müəyyən xarakterli məlumatların yayılması ilə bağlı hədənin irəli sürülməsi əsas əhəmiyyət daşıyır. Hazırkı işdə isə bundan əlavə, zərərçəkmiş şəxsin ünvanına açıq şəkildə təhqiramiz ifadə işlədilmiş, həmin ifadə onun fotoşəkli üzərində yerləşdirilmiş və sosial şəbəkə vasitəsilə kütləvi nümayiş etdirilmişdir. Bu hərəkət artıq yalnız gələcəkdə baş verə biləcək yayım hədəsi deyil, faktiki olaraq həyata keçirilmiş müstəqil hərəkətdir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 1998-ci il tarixli * nömrəli Qərarının 3cü bəndinə əsasən əgər zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onlar xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Şəxsin barəsində CM-in 182-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması onun CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Beləliklə, Təqsirləndirilən şəxs sonradan həmin görüntülərdən zərərçəkmiş şəxsdən pul vəsaiti tələb etmək məqsədilə istifadə etməsi əvvəlki təhqiramiz hərəkətin müstəqil hüquqi əhəmiyyətini aradan qaldırmır. Cinayət əməllərinin törədilməsi zamanı eyni vasitədən və ya eyni məlumatdan istifadə olunması müxtəlif cinayət tərkiblərinin mövcudluğunu istisna etmir. Əsas məsələ hər bir əməldə müvafiq cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin ayrıca müəyyən olunmasıdır. Hazırkı işdə isə zərərçəkmiş şəxsin təhqir edilməsi ilə onun barəsində rüsvayedici məlumatların yayılması hədəsi altında pul vəsaitinin tələb edilməsi mahiyyət və hüquqi nəticə etibarilə eyni hərəkət deyil, iki ayrı müstəqil cinayət tərkibidir. Həmçinin zərərçəkmiş şəxsin fotoşəkillərinin sonradan silinməsi, pul vəsaitinin ödənilməsi və ya zərərçəkmiş şəxslə barışıq əldə olunması da artıq baş vermiş təhqir faktını aradan qaldıran hallar deyildir. Cinayət əməli fotoşəkil üzərində təhqiramiz ifadənin yerləşdirilərək sosial şəbəkədə kütləvi nümayiş etdirilməsi ilə faktiki olaraq həyata keçirilmişdir. Sonrakı hərəkətlər isə həmin əməlin baş verməsini və onun hüquqi qiymətini dəyişdirmir. Buna görə də iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhqir etməsini, bu məqsədlə onun fotoşəklindən istifadə etməklə təhqiramiz ifadəni sosial şəbəkədə kütləvi nümayiş etdirməsini tam və mötəbər şəkildə təsdiq edir. Həmin hərəkətdə Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri mövcud olduğundan, bu maddə üzrə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, şikayətində bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayətləri törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 148-1 və 182.2.2-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməllərin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “hipermetropiya, OU zəif dərəcəli hipermetropiya sağda 2.0D (iki) solda 1.0(bir) DoD cərrahi əməliyyat olunmuş residivli xarici çəpgözlük, refraksiona ambliopiya. Muştərək xarici çəpgözlük diaqnozu qoyulmaqla, müddətsiz olaraq üçüncü dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Qismən əmək qabiliyyətsizdir. İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 700 (yeddi yüz) manat maddi ziyan İlhamə Fətullayeva tərəfindən ## ######## 2025-ci il tarixdə BMCMİ-nin inzibati binasında istintaqa təqdim edilmişdir. İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs anası İlhamə Fətullayeva tərəfindən istintaqa təqdim edilmiş 700 (yeddi yüz) manat pul ## ######## 2025-ci il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs BMCMİ-nin inzibati binasında təqdim edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ## #### 2026-cı il tarixli teleqramda göstərilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunun Cinayət Məcəlləsinin 148-1 və 182.2.2ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 148-1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 182.2.2 ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları; 182.2.2-ci maddəsinin sanksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, onun həyat şəraitini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almaqla, Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə və növdə cəza təyin etmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, eyni zamanda təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və törədilmiş əməl xarakterizə edilməlidir. Cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətin ağırlıq dərəcəsinə, həmçinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin barəsində əsassız olaraq CM-nin 70-ci maddəsi tətbiq edilmədiyi ilə bağlı dəlilə münasibət bildirərək qeyd edir ki, işin faktiki halları Cinayət Qanununun bu normasının tətbiqinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cəzanı real çəkmədən islah olmasının mümkünlüyü təkcə cəzanı yüngülləşdirən ayrı-ayrı hallardan və ya belə halların məcmusundan asılı deyil. Cəzanı yüngülləşdirən hallar adından göründüyü kimi cəzanın yüngülləşməsinə xidmət edir. Bu hallar həm məcmu halında, həm də ayrı-ayrılıqda məhkumun cəzanı real çəkmədən islah olmasına əsas verə də bilər, belə əsasa zəmin yaratmaya da bilər. Həmçinin, məhkəmə kollegiyasına görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, məhkum əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən də islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasa malik aktiv davranışı nəzərdə tutur. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbindən də göründüyü kimi, təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən halların olması barədə kifayət qədər təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinin cəzanın ağırlığına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Müdafiə tərəfin göstərdiyi xüsusatlar artıq cəza təyin edilərkən qiymətləndirilmiş və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. İstinad edilən hallar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs İsmayılzadə Ülvi Abuzər oğluna münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsə təyin edilmiş kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə, habelə həmin cəzanın şərti hesab olunmasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar