Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-464/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Qurbanov İbrahim Nizami oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ilə ## #### 1988-ci ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işdiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu cinayətlərin məcmusu üzrə ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə olduğu 14 (on dörd) gün, ümumilikdə 16 (on altı) gün müddətin ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmsəi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3 və 264cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ## #### 2024-cü il tarixdə saat 21 radələrində mexaniki nəqliyyat vasitəsinin sürücüsü kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin maddənin tələbini pozaraq “B C” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi mülkiyyətində olan “Vaz 2105 minik” markalı, **CX*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış 0,78 % yüngül dərəcəli sərxoşluq vəziyyətində Lənkəran rayonu, Yuxarı Nüvədi kənd yolu ilə üzü Lənkəran rayonu, Səpnəkəran kəndi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinin 3cü bəndinin (* saylı Əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə zidd olaraq, işıqları yanmadan nasaz vəziyyətdə 40 km/saat sürətlə idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, işıqları sönmüş vəziyyətdə hərəkətini davam etdirməməli, qarşıda əks istiqamətdə yolun solunda dayanmış şahid8 məxsus “Vaz 21154 minik” markalı, **CB*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq avtomobilə əyləşmək istəyən piyadalar Məmmədli Duyğu İsaq qızını və Zərərçəkmiş şəxs və dayanmış vəziyyətdə olan həmin avtomobili nəzərə alıb, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək keçib getməli, lazım gələrsə idarə etdiyi avtomobili onlara çatmadan dayandırmalı, bununla da, avtomobil idarə edən şəxs kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində işıqları yanmadığına görə texniki cəhətdən nasaz vəziyyətdə olan “Vaz 2105 minik” markalı avtomobilin hərəkətini alkoqollu içkilərin qəbulu nəticəsində 0,78 % yüngül dərəcəli sərxoş halda davam etdirməklə, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçməyərək, yolun solunda əks istiqamətdə dayanmış vəziyyətdə olan şahid8 oğluna məxsus “Vaz 21154 minik” markalı avtomobilin arxa sol qapısını açıb, avtomobilə əyləşmək istəyən piyadalar – ##.##.2021-ci il təvəllüdlü Məmmədli Duyğu İsaq qızını və ##.##.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, Duyğu Məmmədliyə həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – kəllə sümüklərinin sınığı (alın, təpə, sağ gicgah, ənsə), baş beyinin ağır dərəcədə əzilməsi ilə müşayiət olunan küt açıq kəllə-beyin travması, başın təpə, alın nahiyələrində əzilmiş-cırılmış yaralar, alın nahiyəsində sıyrıq və sağ gözaltı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Məmmədli Duyğu İsaq qızının başın küt travması ilə əlaqədar kəllə sümüklərinin qəlpəli sınıqları və baş beyinin ağır dərəcədə əzilməsi nəticəsində ölümünə və Zərərçəkmiş şəxs həmin zərbənin güclü təsirindən yaranan, dərəcəsinə görə sağlamlığın uzun müddətə polzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid – sol körpücük, sol kürək, sol mil və dirsək sümüklərinin qəlpəli sınıqları, hər iki diz qapağı nahiyələrində əzilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan digər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin IV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq üzərinə həmin yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir”, “Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır”, “Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”, “Hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.” vəzifələri qoyulsa da, bunları etməyərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış Məmmədli Duyğu İsaq qızına və Zərərçəkmiş şəxs yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə saat 21 radələrində “B C” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi mülkiyyətində olan “Vaz 2105 minik” markalı, **CX*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu, Yuxarı Nüvədi kənd yolu ilə üzü Lənkəran rayonu, Səpnəkəran kəndi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinin 3-cü bəndinin (* saylı Əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə zidd olaraq, işıqları yanmadan nasaz vəziyyətdə 40 km/saat sürətlə idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, işıqları sönmüş vəziyyətdə hərəkətini davam etdirməməli, qarşıda əks istiqamətdə yolun solunda dayanmış şahid8 məxsus “Vaz 21154 minik” markalı, **CB*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq avtomobilə əyləşmək istəyən piyadalar Məmmədli Duyğu İsaq qızı və Zərərçəkmiş şəxs, həmçinin dayanmış vəziyyətdə olan həmin avtomobili nəzərə alıb, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək keçib getməli, lazım gələrsə idarə etdiyi avtomobili onlara çatmadan dayandırmalı, bununla da, avtomobil idarə edən şəxs kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində işıqları yanmadığına görə texniki cəhətdən nasaz vəziyyətdə olan “Vaz 2105 minik” markalı avtomobilin hərəkətini davam etdirməklə, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçməyərək, yolun solunda əks istiqamətdə dayanmış vəziyyətdə olan şahid8 oğluna məxsus “Vaz 21154 minik” markalı avtomobilin arxa sol qapısını açıb, avtomobilə əyləşmək istəyən piyadalar – ##.##.2021-ci il təvəllüdlü Məmmədli Duyğu İsaq qızını və ##.##.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, Duyğu Məmmədliyə həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – kəllə sümüklərinin sınığı (alın, təpə, sağ gicgah, ənsə), baş beyinin ağır dərəcədə əzilməsi ilə müşayiət olunan küt açıq kəllə-beyin travması, başın təpə, alın nahiyələrində əzilmiş-cırılmış yaralar, alın nahiyəsində sıyrıq və sağ gözaltı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Məmmədli Duyğu İsaq qızının başın küt travması ilə əlaqədar kəllə sümüklərinin qəlpəli sınıqları və baş beyinin ağır dərəcədə əzilməsi nəticəsində ölümünə və Zərərçəkmiş şəxs həmin zərbənin güclü təsirindən yaranan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid – sol körpücük, sol kürək, sol mil və dirsək sümüklərinin qəlpəli sınıqları, hər iki diz qapağı nahiyələrində əzilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan digər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin IV hissəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü olaraq üzərinə həmin yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir”, “Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır”, “Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir”, “Hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir.” vəzifələri qoyulsa da, bunları etməyərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış Məmmədli Duyğu İsaq qızına və Zərərçəkmiş şəxs yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində Cinayət və Cinayət- Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cümaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 263-1.3cü maddəsinə əsasən 4 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin ediləcək əsas və əlavə cəzaları qismən toplamaqla onun üzərində qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə hökmdə göstərmişdir ki, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ## #### 2024-cü il tarixdə saat 21 radələrində arvadı və uşaqları ilə birlikdə özünə məxsus “Vaz” markalı, **CB*** dövlət qeydiyyat nişanlı avtombillə ərzaq almaq üçün marketə getmişlər. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisindən keçən torpaq yolla hərəkətdə etməyə başlamış, torpaq yolun nisbətən sağa dönən yolu istiqamətində qarşısında bir avtomobilin asta surətlə eyni istiqamətdə hərəkət etdiyini görmüş, bu zaman onu ötüb keçmək qərarına gəlmiş, avtomobilin sürətini bir qədər qaldırıb, saatda 35-40 km. surətlə həmin avtomobili ötmək istəyərkən torpaq yolun sol tərəfində, əks hərəkət istiqamətində bir avtomobilin dayandığını və ön işıqlarının yandığını görmüş, avtomobilin təkərləri çuxura düşdüyünə görə avtomobilinin işıq sistemi sönmüş, bu zaman qarşısını görmədiyi üçün həmin avtomobilin qabaq sol hissəsi yolun sol hissəsində dayanmış avtomobilin arxa qapı hissəsinə çırpılmasının səsini eşitmişdir. Sonra avtomobili yolun sol tərəfinə verib saxlamış, bu zaman bir şəxsin arxadan söyüş söyərək ona tərəf qaçdığını görüb, yaranmış mübahisənin ailə üzvlərinin görməməsi üçün hadisə yerində qalmayıb avtomobilinə əyləşib yaşadığı evə qayıtmışdır. Evdə olan zaman bacanağı Emin Musatafazadə ona zəng edərək, yol nəqliyyat hadisəsini törətməyilə bağlı xəbər eşitdiyini, kənd camaatının hadisəni Soltanın törətdiyinini dediklərini bildirib nə üçün hadisə yerində qalmadığını bildirdikdə, ona avtomobilində ailə üzvlərinin olduğuna görə hadisə yerində qalmadığını bildirmişdir. Avtombilində işıqlar yanmadığı üçün Emin öz avtomobili ilə gəlib onu hadisə yerinə aparmış, hadisə yerinə çatan zaman həmin yerdə Eminin mobil telefonuna kimsə zəng edərək, həmin vaxtı bir neçə nəfərin xəsarət almasını deyərək, Eminə birbaşa xəstəxanaya getməyini bildirmişdir. Lənkəran Rayon Mərkəzi xəsəxanasına gələrək 3 nəfər şəxsin xəsarətlə daxil olduqlarını öyrənmişdir. Sonra Eminə onu polis şöbəsinə aparmasını bildirmiş, Emin də, avtomobili ilə onu Lənkəran şəhər rayon polis şöbəsinin qarşısına gətirmiş, o polis şöbəsində baş vermiş hadisə barədə məlumat vermişdir. Polis şöbəsindən onu narkoloji xəstəxanaya aparmışlar. Narkoloji xəstəxanada bir nəfər ağ xalatlı xanımın həyəti süpürdüyünü görmüşdür. Onu bir otağa salıb ona analiz verməli olduğunu demişdirlər. O ondan analiz götürən şəxsin tibb bacısı deyil həkim olmasını bildirmiş, lakin həmin tibb bacısı Afiqə adlı xanım bir ədəd alkotestr aparatı götürüb polis nəfərlərinin yanında öz iş otağında sərxoş olub-olmamağını yoxlamaq üçün ona nəfəsini üfürməsini, həkimə məlumat verildiyini, 15 dəqiqəyə gələcəyini demişdir. O həmin alkotestə üfüləyəndən sonra tibb bacısı ona yüngül dərəcəli sərxoş olduğunu bildirmişdir. O, buna etiraz edərək sərxoş olmadığını, namaz qıldığını bildirmişdir. Təxminən 15 dəqiqədən sonra həkim gəlmiş, həkim öz otağına onu aparmış, orada bir alkotester çıxarıb üfürməsini bildirmiş, o da həmin alkotestə üfürmüş, həkim alkotestə baxıb tibbi bacısı Afiqə adlı xanıma «Afiqə, bunda sərxoşluq yoxdur» sözlərini demiş, tibb bacısı isə yoxlayan zaman onda yüngül dərəcəli sərxoşluq göstərdiyini bildirmişdir. Həkim ondan yenidən alkotestə üfürməsini bildirmiş, yenidən onda alkoqol sərxoşluğu aşkar olunmamışdır. Həkin onu otağdan çıxarıb dəhlizdə yeriməsini bildirmiş, o da həkimin dediyi kimi dəhlizin baş tərəfinə gedib qayıtmışdır. Onu yoxlayan həkimin narkoloji xəstəxananın baş həkimi Vüqar adlı şəxsin olduğunu bilmişdir. Onun yoxlanılması barədə aktda yoxlayan şəxsin tibbi bacısı Afiqə olduğu halda sənəddə həkim narkoloq Afiqə qeyd olunmuşdur. O hadisə günü içkili olmamış, ümumiyyətlə içki içən deyil, hadisə yerindən qaçmamış, ailəsini evində düşürdüb hadisə yerinə qayıtmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanla bağlı razılığa gəlmişlər, onlara ödənişlər etmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında tibb bacısı işləyir. ##.##.2024-cü ildə saat 21-22 radələrində 3 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs sərxoşluğunu yoxlamaq üçün xəstəxanaya gətirmişlər. Polis əməkdaşları avtoqəza hadisəsinin baş verdiyini, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunu və narkotik vasitələrin qəbulu yoxlanılmasını bildirmişlər. O, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunu yoxlayan zaman alkotester onda sərxoşluq göstərsə də Sultanda sərxoşluq hallarının olmasını hiss etməmişdir. Sultandan sərxoş olub-olmamasını soruşduqda Sultan səs-küy salaraq sərxoş olmadığını bildirmişdir. Sultanda narkotik vasitələrinin qəbul etməsi ilə bağlı müayinəsini yoxlamış onda narkotik vasitələrində istifadə aşkar olunmamışdır. Sultanın narazı olduğunu görüb bu barədə baş həkim Vüqar Quliyevə zəng vurmuşdur. Baş həkim xəstəxanaya gələrək Sultanı öz alkotesti ilə müayinə etmiş, əvvəl müayinə olunduğu alkotesterin nasaz olmasını, Sultanın içkili olmasının müəyyən edilmədiyini bildirmişdir. O, baş həkimə onun tərəfindən yoxlanılan alkotesterə əsasən protokolda Təqsirləndirilən şəxs içkili olduğunu bildirdikdə, baş həkim həmin protokolun düzgün olmadığını, Sultanda içkili halların müəyyən olunmadığını bildirərək özü protokol tərtib etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şahid2 xəstəxanada həkim narkoloqun olmadığından, baş həkimin icazəsi ilə gətirilən vətəndaşları onun müayinə etdiyini, mübahisə olduğu halda baş həkimin gələrək müayinə apardığını, onun alkotesterlə apardığı müayinə protokolunu artıq polislərə verdiyini, lakin baş həkimin isə özü tərəfindən apardığı müayinə protkolunu isə səhərisi günü tərtib etdiyini, baş həkim gəldikdən sonra Sultanı özü alkotestə yoxladığını, Təqsirləndirilən şəxs barəsində onun tərəfindən tərtib edilmiş protokolun baş həkimdə qaldığını bildirmişdir. İş materiallarında olan ## #### 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən torpaq yolunda baş vermişdir. Hadisə yerində piyadaların vurulması ilə nəticələnən avtomobilin hadisə yerində olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan ## #### 2024-cü il tarixli “avtomobilə baxış” protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi ağ rəngli, “Vaz 2105” markalı, **CX*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsinin orta və qabaq bufer hissəsinə bağlanan künc hissəsinin əzildiyi, ön qeydiyyat nişanın əyildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobili Lənkəran rayonu, Yuxarı Nüvədi ərazisində yerləşən torpaq yolla idarə edərkən avtomobilin təkərlərinin çuxura düşməsi nəticəsində avtomobilin işıqlarının söndüyünü və həmin zaman yolu keçən piyadaları və yolun kənarında dayanmış, “Vaz21154” markalı avtomobil vurması nəticəsində avtomobilində həmin zədələrin olmasını göstərmişdir. Baxış zamanı isə avtomobildə hər hansı zədə və ya qan izi aşkar edilməmiş, avtomobilin işıqlarının yandığı müəyyən olunmuşdur. İş materiallarında olan ## #### 2024-cü il tarixli DVD diskdə olan videogörüntülərə “baxış keçirilməsi” haqqında protokolundan görünür ki, baxış keçirilən videogörüntünün müddəti 05:08 dəqiqə, həcmi 21,9 meqabaytdır. Videogörünütü kompyuterin ekranında açıldıqda yuxarı sol tərəfində «06-12-2024 Wed 20:57:58» rəqəm və yazıları əks olunmuşdur. Həmin bu rəqəmlər hadisənin baş verdiyi tarix, saatı və həftənin çərşənbə gününü göstərir. Video görünütü saat 20:59:00-dan başlayaraq Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisinə doğru qara rəngli “Vaz21154 markalı”, ** CB *** dövlət qeydiyyat nömrəli avtomobil torpaq yolun sağ tərəfi ilə hərəkət etdiyini, əks istiqamətdə, yəni avtomobilə doğru üç nəfər şəxsin hərəkət etdiyi görünür. Həmin piyadalar dayanmış avtomobilə minmək istəyərkən saat 20:59:34-də kəndi istiqamətindən ağ rəngli “Vaz 2105” markalı, **CX*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq işıqları sönülü vəziyyətdə hərəkət edərək həmin piyaları vuraraq hərəkət etdiyini, bu zaman avtomobilin üç nəfər şəxsi vurduğunu və zərbənin təsirindən bir nəfər şəxsi, yəni Məmmədli Duyğu İsaq qızını təxminən 10 metr məsafədə tulladığını, avtomobil hərəkətini davam etdirərək təxminən 70 metr məsafədə avtomobili saxladığını, qara rəngli avtomobilin qabaq sərnişin hissəsindən bir nəfər şəxsin ağ rəngli avtomobilə tərəf qaçdığı görünür. Piyadaları vurduqdan sonra saat 21:00-da Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, Vaz 2105 markalı, **CX*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan ## #### 2024-cü il tarixli ****** nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs 0,78 % dərəcədə yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. Aktda müayinəni həyata keçirən şahid2 Lənkəran Şəhər Narkoloji Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmasını, onun həkim narkoloq olmamasını, həmçinin məhkəmə istintaqı zamanı dindirilərkən təqsirləndirilən şəxsin müayinəsinin onun tərəfindən aparılmasını, müayinə aktının onun tərəfindən tərtib olunmasının və imzanın ona məxsus olmamasını bildirməsini, Təqsirləndirilən şəxs müayinə etdiyi alkotesterin nasaz olmasını sonradan bilməsini, həmçinin həmin xəstəxananın baş həkimi şahid1 ifadəsində Təqsirləndirilən şəxs 1-ci dəfə müayinə edən aparatda nasazlıq olduğundan, yəni aparatın gec yanıb-sönməsi halları olduğundan yarasız hesab edilməsini, bundan başqa şahid2 tərəfindən tərtib edilmiş protokol təsdiq olunmadığını, sonradan onun tərəfindən müayinə aparılan alkotester tərəfindən Təqsirləndirilən şəxs sərxoşluq hallarının aşkar olunmamasını, bu barədə tərəfindən tərtib olunmuş «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» edilməsinə dair ## #### 2024-cü il tarixli ****** nömrəli aktın əsaslı olmasını deməsini nəzərə alaraq məhkəmə hesab edir ki, «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» edilməsinə dair ## #### 2024-cü il tarixli ****** nömrəli aktı sübut qismində nəzərə alına bilməz. Əlavə olaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndində alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinənin yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən Narkoloji tibb müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Ancaq ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanın da yaşayır. 2014-cü ildən hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasında tibb bacısı işləyir. Əsas işi xəstəxanada stasionar müalicə olunan xəstələrə tibbi yardım etmək və hüquq mühafizə orqanlarının göndərişi ilə xəstəxanaya gətirilən şəxslərin sərxoşluq hallarının təyini məqsədi ilə onları tibbi müayinədən keçirib protokollar tərtib etməkdən və.s-dən ibarətdir. 10 ilə yaxın müddətdir ki gecə növbəsində çalışır. ##.##.2024-cü ildə saat 15:00-dan ertəsi gün saat 09:00-dək işdə olmuşdur. Həmin gün saat 22 radələrində 3 nəfər tanımadığı polis serjatları əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs sərxoşluğunu yoxlamaq üçün xəstəxanaya gətirmişlər. Polis əməkdaşları bilavasitə həmin şəxsi gətirdikləri üçün yazılı göndəriş məktubu gətirməmiş və həmin şəxsi müstəntiq tərəfindən göndərildiyini, həmin şəxsin avtomobili ilə başqa maşını və maşının yanında olan şəxsləri vurduğunu bildirmişlər. Gecə növbəsində şəxslərin sərxoşluğunu tibb bacısı olaraq o, yoxladığı üçün, işdə həkim və başqa tibb bacısı olmadığı üçün Təqsirləndirilən şəxs birinci mərtəbədə olan müayinə otağında 3 nəfər polis serjantlarının yanında müayinə etmişdir. Təqsirləndirilən şəxs alkoqol iyi gəlmiş və alkotesterlə müayinə edib 0,78% olmasını görmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs “Yüngül dərəcəli alkoqol sərxoşluğu, alkoqol sərxoşluğu var” barədə qənaətə gəlmişdir. Müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmaıdğını bildirdikdə, bu barədə baş həkim şahid1 məlumat vermiş, baş həkim onu təkrar müayinə edərək, Təqsirləndirilən şəxs sərxoş olmaması barədə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarına əlavə, Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” ****** nömrəli akt tərtib etmişdir.O da baş həkimin müayinəsindən sonra ****** nömrəli protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs ilk müayinə edən zaman sonuncuda alkoqol iyinin gəldiyni göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Lənkəran rayonlararası Narkoloji xəstəxanasının baş həkimi şahid1 ifadəsində göstərmişdir ki, rəhbəlik etdiyi xəstəxananın feldşer-narkoloqu şahid2 tərəfindən alkotesterlə müayinə edilərək “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ****** nömrəli protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs ##.##.2024-cü ildə saat 22:10-da Lənkəran ŞRPŞ-nın müstəntiqi Sərxan Rzayevin göndərişi əsasında tərəfindən müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs “deməsinə görə narkotik maddələrdən istifadə etmir, alkoqol iyi gəlmir”. Narkotest THC ilə müayinə edərək THC-kannobinoid-neqativ” barədə rəyə gəlinmişdir. “sidiyində THC-aşkar olunmadı” faktını təsdiq etmişdir. Şahid şahid1, feldşer-narkoloq şahid2 tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs sərxoş olması barədə ****** nömrəli protokolla bağlı bildirmişdir ki, müayinə olunan şəxs Təqsirləndirilən şəxs səs-küy salaraq sərxoş olmadığını bildirdikdə bu barədə ona məlumat verilmiş, onun tərəfindən özündə olan digər alkotesterlə müayinə edərək Təqsirləndirilən şəxs sərxoş olmaması barədə ****** nömrəli aktı tərtib etmişdir. ****** nömrəli protokol zərərçəkmiş şəxsin qohumu tərəfindən rəhbərlik etdiyi xəstəxananın dəftərxanasından qeyri-rəsmi formada əldə edilmişdir. Həmin protokol feldşer-narkoloq şahid2 tərəfindən tərtib edilmiş, imzalanmış və rəhbərlik etdiyi müəssisənin möhürü vurulmuşdur. ****** nömrəli protokolun qüvvədən düşməsini təsdiq edən hər hansı sənəd tərtib edilməmiş, sadəcə olaraq ****** nömrəli protokol tərtib edilməklə kifayətlənmişdir. Feldşer-narkoloq şahid2 Təqsirləndirilən şəxs müayinə etdiyi alkotester işləmədiyi müəyyən edilmiş və alkotesterin yararsızlığı barədə ##.##.2024-cü ildə bildiriş almışdır. Qeyd edilən bildirişdə hansı alkotesterin yararsız olması müəyyən olunmur. şahid1 əlavə olaraq göstərmişdir ki, tibbi müayinədən keçən şəxslər Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə protokollarının qeydiyyat Jurnalında qeydiyata alınır. Qeydiyyat jurnalının 834-cü qrafasında Təqsirləndirilən şəxs müayinəsinin yazılmalı olduğu halda başqa şəxsin müayinəsinin nəticəsi yazılmış, ****** nömrəli protokolda Təqsirləndirilən şəxs ##.##.2024-cü ildə saat 22:00-da, ****** nömrəli protokolda isə 22:10-da yazılmış, ****** nömrəli protokolda müayinə vaxtının saat 00:20 kimi göstərilməsinə baxmayaraq sıra ardıcıllığı pozularaq digər protokollardan (000834 və ****** nömrəli) əvvəl qeydiyyata alınmaqla texkini səhv yol verilmişdir. şahid1 həmçinin bildirmişdir ki, nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aktlarının qeydiyyatına dair Jurnalının hər ilin ilk iş günündən tərtib edilərək ilin sonuna qədər olan müddətdə müayinə olunan şəxslərin tarix və saata uyğun ardıcıl olaraq jurnalda qeydiyyatının aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs müayinə olunaraq qeydiyyata alınmalı olduğu 2024-cü il tarixli qeydiyyat jurnalının ilkin səhifəsində “Başlanıb ## ### 2025-ci il” kimi yazılmasının da texniki səhv olduğunu bildirmişdir. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlarası Narkoloji Xəstəxanasının “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ****** nömrəli protokolla Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olması, ****** nömrəli protokolun protokollar kitabında qeydiyyata alınmaması, əksinə protokollar kitabında Təqsirləndirilən şəxs sərxoş olmaması barədə ****** nömrəli protokolun qeydiyyata alınması, ****** nömrəli protokolda müayinə vaxtının saat 22:00, ****** nömrəli protokolda isə 22:10 kimi yazılması, ****** nömrəli protokolda müayinə vaxtının saat 00:20 kimi göstərilməsinə baxmayaraq digər protokollardan əvvəl qeydiyyata alınmasını, həkim-narkoloq şahid2 təqsirləndirilən şəxsi müayinədən keçirərkən “alkoqol iyi gəlir” kimi qeyd etməsi, məhkəmə isintaqı zamanı ifadəsində bir daha bildirməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmasını bildirməsi və Təqsirləndirilən şəxs sərxoş olması barədə ****** nömrəli protokolu təqdim etməsi, qeyd olunan müayinələrin həyata keçirildiyi alkotesterin yarasızlığı barədə bildirişin hadisədən 1 aydan çox müddətə əldə edilməsi, eləcə də həmin bildirişdə hansı alkotesterin yarasız olmasının müəyyən olunmaması, həmçinin sərxoşluğun müayinə protokolunda hansı alkotesterdən istifadə olunmasının qeyd olunmaması təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə saat 21 radələrində yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş vəziyyətdə olmasına dəlalət edən hallar olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə Lənkəran Şəhər Narkoloji Xəstəxanasının tibb bacısı şahid2 sürücü Təqsirləndirilən şəxs müayinədən keçirərkən onun 0,78 % yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasını müəyyən edib və barəsində ****** nömrəli sərxoşluq müayinəsi protokolu tərtib etmiş, həmin protokolu qeydiyyata almamış, daha sonra Təqsirləndirilən şəxs sorxoş olmaması barədə protokol tərtib edilmiş və qeydiyyata alınmışdır. Halbuki şahid2 tərəfindən tərtib edilmiş ****** nömrəli protokol da qeydiyyata alınmalı idi. Həmin protokolun qeydiyyata alınmaması Təqsirləndirilən şəxs həqiqətən də sərxoş olması və sərxoşluğunun gizlədilməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin tibb bacısı şahid2 məhkəmə çıxışında Təqsirləndirilən şəxs ilkin olaraq müayinədən keçirərkən ondan spirtli (alkoqol) içki iyinin gəldiyini göstərmişdir. İş materiallarında olan ## #### 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzürsüz səbəblərdən məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın icrası Lənkəran ŞRPŞ-nə həvalə edilmişdir. Məhkəmədə daxil olmuş Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinin ## #### 2026-cı il tarixli məktubundan və məkutab əlavə olunmuş ##.##.2026-cı il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Lənkəran ŞRPŞ nin əməkdaşları tərəfindən tutulmuşdur. Buradan da, görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməldən nəticə çıxartmamış, hətta məhkəmə baxışlarınada heç bir üzürlü səbəb olmadan dəfələrlə gəlməmişdir. Hazırki iş üzrə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törədib-törətməməsi ilə bağlı cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, təqsirləndirilən şəxsin ona istinad olunan cinayəti törətməsi ilə bağlı sübutları bir-biri ilə düzgün müqayisə etməmişdir ki, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində Cinayət və Cinayət-Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya protestinin təmin olunmasını, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin maddələrin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qurbanov İbrahim Nizami oğlu apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-nin 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirməklə, məhkəmə tərəfindən düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 263.2-ci maddəsi ilə tövsif edildiyini hesab etmiş, bu səbəbdən onun CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməllərinin CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun əməlinin CM-nin 263-1.3-cü maddəsinə tövsif olması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid3 İsaq qızının, şahid6, şahid5, şahid2, şahid10, şahid4, şahid8, şahid7, şahid1 ifadələri, şahid şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ## #### 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotoşəkillər, ## #### 2024-cü il tarixli “avtomobilə baxış” protokolun və fotoşəkillər, ## #### 2024-cü il tarixli DVD diskdə olan videogörüntülərə “baxış keçirilməsi” haqqında protokol, ## #### 2024-cü il tarixli ****** nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolu, ## #### 2024-cü il tarixli ****** nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolu, ##.##.2024-cü il tarixli ** nömrəli kimyəvi ekspertiza rəyi, ##.##.2024-cü il tarixli *** nömrəli kimyəvi ekspertiza rəyi, yol-nəqliyyat hadisələri ekspertizasının ## ######## 2024-cü il tarixli, */**** saylı rəyi, habelə digər iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs əməlində sərxoşluq əlamətinin müəyyən edilməməsi, onun CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış şəxslərə yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçması işin mübahisəsiz halıdır. Apellyasiya protestinin dəlillərindən də göründüyü kimi, ittiham tərəfinin mübahisələndirdiyi məsələ təqsirləndirilən şəxsin məhz CM-nin 263-1.3-cü maddəsi ilə deyil, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu kimi yol nəqliyyat hadisəsini sərxoş vəziyyətdə törətməsinin təsdiqini tapmaması, buna görə də onun əməllərinin CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif olunması ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmiş, məhkəmənin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin düzgün olaraq CM-nin 263.2 və 264cü maddələri ilə tövsif edildiyini nəzərə alaraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 25.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin dispozisiyasından görünür ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit olunmuşdur. Onun ittiham olunduğu CM-nin 263-1.3-cü maddəsinə əsasən isə həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-nin 264-cü maddəsinə görə bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, istənilən cinayət hadisənin baş verib-verməməsi, şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması, habelə cinayətin törədilməsinin vaxtı, yeri, şəraiti, üsullarının və digər zəruri tərkib əlamətlərinin müəyyən edilməsi üçün hüquqi prosedur Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Beləliklə, cinayət-prosessual qanunvericilik, yalnız yuxarıda qeyd edilən hüquqi prosedurlar daxilində əldə edilmiş, yoxlanılmış, müqayisəli şəkildə təhlil edilmiş və məhkəmədə tədqiq edilmiş sübutlar əsasında təsdiq edilən əməli sübuta yetirilmiş əməl kimi, habelə bu qaydalara əməl etməklə çıxarılan hökmü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul edir. Hazırkı cinayət işinin materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkrar nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsini məhz sərxoş halda törətməsinə dair ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmamış, bu səbəbdən məhkəmə haqlı olaraq təqsirləndirilən şəxsin əməli sərxoş vəziyyətdə törətməsinin təsdiq olunmamasına dair nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ## #### 2024-cü il tarixdə saat 21 radələrində arvadı və uşaqları ilə birlikdə özünə məxsus “Vaz” markalı, **CB*** dövlət qeydiyyat nişanlı avtombillə ərzaq almaq üçün marketə getmişlər. Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisindən keçən torpaq yolla hərəkətdə etməyə başlamış, torpaq yolun nisbətən sağa dönən yolu istiqamətində qarşısında bir avtomobilin asta surətlə eyni istiqamətdə hərəkət etdiyini görmüş, bu zaman onu ötüb keçmək qərarına gəlmiş, avtomobilin sürətini bir qədər qaldırıb, saatda 35-40 km. surətlə həmin avtomobili ötmək istəyərkən torpaq yolun sol tərəfində, əks hərəkət istiqamətində bir avtomobilin dayandığını və ön işıqlarının yandığını görmüş, avtomobilin təkərləri çuxura düşdüyünə görə avtomobilinin işıq sistemi sönmüş, bu zaman qarşısını görmədiyi üçün həmin avtomobilin qabaq sol hissəsi yolun sol hissəsində dayanmış avtomobilin arxa qapı hissəsinə çırpılmasının səsini eşitmişdir. Sonra avtomobili yolun sol tərəfinə verib saxlamış, bu zaman bir şəxsin arxadan söyüş söyərək ona tərəf qaçdığını görüb, yaranmış mübahisənin ailə üzvlərinin görməməsi üçün hadisə yerində qalmayıb avtomobilinə əyləşib yaşadığı evə qayıtmışdır. Evdə olan zaman bacanağı Emin Musatafazadə ona zəng edərək, yol nəqliyyat hadisəsini törətməyilə bağlı xəbər eşitdiyini, kənd camaatının hadisəni Soltanın törətdiyinini dediklərini bildirib nə üçün hadisə yerində qalmadığını bildirdikdə, ona avtomobilində ailə üzvlərinin olduğuna görə hadisə yerində qalmadığını bildirmişdir. Avtombilində işıqlar yanmadığı üçün Emin öz avtomobili ilə gəlib onu hadisə yerinə aparmış, hadisə yerinə çatan zaman həmin yerdə Eminin mobil telefonuna kimsə zəng edərək, həmin vaxtı bir neçə nəfərin xəsarət almasını deyərək, Eminə birbaşa xəstəxanaya getməyini bildirmişdir. Lənkəran Rayon Mərkəzi xəsəxanasına gələrək 3 nəfər şəxsin xəsarətlə daxil olduqlarını öyrənmişdir. Sonra Eminə onu polis şöbəsinə aparmasını bildirmiş, Emin də, avtomobili ilə onu Lənkəran şəhər rayon polis şöbəsinin qarşısına gətirmiş, o polis şöbəsində baş vermiş hadisə barədə məlumat vermişdir. Polis şöbəsindən onu narkoloji xəstəxanaya aparmışlar. Narkoloji xəstəxanada bir nəfər ağ xalatlı xanımın həyəti süpürdüyünü görmüşdür. Onu bir otağa salıb ona analiz verməli olduğunu demişdirlər. O ondan analiz götürən şəxsin tibb bacısı deyil həkim olmasını bildirmiş, lakin həmin tibb bacısı Afiqə adlı xanım bir ədəd alkotestr aparatı götürüb polis nəfərlərinin yanında öz iş otağında sərxoş olub-olmamağını yoxlamaq üçün ona nəfəsini üfürməsini, həkimə məlumat verildiyini, 15 dəqiqəyə gələcəyini demişdir. O həmin alkotestə üfüləyəndən sonra tibb bacısı ona yüngül dərəcəli sərxoş olduğunu bildirmişdir. O, buna etiraz edərək sərxoş olmadığını, namaz qıldığını bildirmişdir. Təxminən 15 dəqiqədən sonra həkim gəlmiş, həkim öz otağına onu aparmış, orada bir alkotester çıxarıb üfürməsini bildirmiş, o da həmin alkotestə üfürmüş, həkim alkotestə baxıb tibbi bacısı Afiqə adlı xanıma «Afiqə, bunda sərxoşluq yoxdur» sözlərini demiş, tibb bacısı isə yoxlayan zaman onda yüngül dərəcəli sərxoşluq göstərdiyini bildirmişdir. Həkim ondan yenidən alkotestə üfürməsini bildirmiş, yenidən onda alkoqol sərxoşluğu aşkar olunmamışdır. Həkin onu otağdan çıxarıb dəhlizdə yeriməsini bildirmiş, o da həkimin dediyi kimi dəhlizin baş tərəfinə gedib qayıtmışdır. Onu yoxlayan həkimin narkoloji xəstəxananın baş həkimi Vüqar adlı şəxsin olduğunu bilmişdir. Onun yoxlanılması barədə aktda yoxlayan şəxsin tibbi bacısı Afiqə olduğu halda sənəddə həkim narkoloq Afiqə qeyd olunmuşdur. O hadisə günü içkili olmamış, ümumiyyətlə içki içən deyil, hadisə yerindən qaçmamış, ailəsini evində düşürdüb hadisə yerinə qayıtmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanla bağlı razılığa gəlmişlər, onlara ödənişlər etmişdir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, hadisə günü, ## #### 2024-cü il tarixdə qohumlarının yas mərasimində olmuşdur. Həmin gün, saat 20 radələrində anası Zərərçəkmiş şəxs onun övladları ilə qonşuları olan taksi sürücüsü şahid8 avtomobili ilə evə qayıdırmışlar. 15-20 dəqiqə sonra qardaşı şahid10a zəng edərək, anası və uşaqlarının evə gəlib-gəlməməsini soruşduqda, ona anası Mərziyyənin və uşaqları avtomobil vurduğunu, vəziyyətlərinin yaxşı olduğunu və xəstəxanaya gəlməsini bildirmişdir. O, da yas yerində olan bibisi Xatirə ilə Lənkəran rayonu mərkəzi xəstəxanasına getmiş, xəstəxanaya çatdıqda qızı Duyğu Məmmədlinin öldüyünü, anası Zərərçəkmiş şəxs isə xəsarət aldığını öyrənmişdir. Sonrada yol nəqliyyat hadisəsi törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə barışmış, aralarında maddi ziyanla bağlı razılığa gəlmiş, onu bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ## #### 2024-cü il tarixdə saat 17-18 radələrində qudasının hüzür məclisində iştirak etdikdən sonra iki azyaşlı nəvələri Duyğu və Uğurla birlikdə evə qayıtmaq üçün qonşusu olan taksi sürücüsü Vəliəhədə zəng edib avtomobili ilə gəlib onları yaşadığı evə aparmasını xahiş etmişdir. O nəvələri Duyğu və Uğurla birlikdə piyada şəkildə küçə ilə hərəkət etməyə başlamış, bu zaman torpaq yolla hərəkət etdikdən sonra qonşusu Vəliəhədin qarşı tərəfdən gəldiyini və onlara tərəf işıq verdiyini və yolun sol hissəsində dayandığını görmüşdür. O, yolun sağ hissəsindən sol hissəsinə tərəf nəvələri ilə birgə yaxınlaşıb avtomobilin sol arxa qapısına çatmış, bu zaman avtomobilin qabaq sərnişin hissəsində oğlu Salehin əyləşdiyini və yas yerinə gəldiyini görmüşdür. Anidən kənd istiqamətində bir avtomobilin gələrək onu, nəvələri Duyğunu və Uğuru vurmuşdur. O avtobilin üstündə qalmış, avtomobil bir qədər irəliləmiş, o saxla desə də maşın saxlamamış, 100 metr getdikdən sonra o maşının üstündən yerə düşmüş, həmin maşının sürücüsü sürüb çıxıb getmişdir. Bu zaman oğlu şahid10 onları vuran avtomobilin arxası ilə qaçaraq maşını saxlamasını demişdir. Sonra həmin yerə təsadüfən gələn təcili tibbi yardım avtomobili nəvəsi Duyğunu Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışdır. Onu və digər nəvəsi Uğuru isə tanımadığı kənd sakinləri xəstəxanaya aparmışdılar. Hadisə nəticəsində ona xəsarətlər yetirilmiş, xəstəxanada müalicə almışdır. Bir neçə gündən sonra nəvəsi Duyğunun xəstəxanada ölməsini eşitmişdir. O, sonradan hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Sultan maşından düşməmişdir, hadisədən sonra sürüb getmişdir. Hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə barışmış, aralarında maddi ziyanla bağlı razılığa gəlmiş, onu bağışlayır, ondan heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 İsaq qızı ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində bələdiyyə sədri vəzifəsində işləyir. ##.##.2024-cü ildə qardaşı Azadxan vəfat etmişdir. Həmin gün axşam saatlarında Mərziyyə Ağamaliyeva və nəvələri yas mərasimi olan evin yaxınlığında taksi maşınına minəndə onları həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi maşınla vurub hadisə yerindən qaçdığını, nəticədə 3 yaşlı Duyğu Məmmədli vəfat etdiyini eşitmişdir. Kənd sakinlərinin danışıqlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğu üçün hadisə yerindən qaçmışdır. Yasın 40 mərasimi ərəfəsində bacısı oğlu şahid4 ondan birlikdə gedib narkoloji xəstəxanadan Təqsirləndirilən şəxs sərxoşluğu ilə bağlı keçirilmiş müayinəyə dair sənədin surətini almağı xahiş etmişdir. 2024-cü ilin noyabr ayında həmin xəstəxanaya getmişdir. Həmin zaman şahid4 çöldə qalmış, özü isə baş həkimin otağı ilə üzbəüz olan otağa getmişdir. Orada tanımadığı, adını bilmədiyi bir qadın işçiyə yaxınlaşıb Təqsirləndirilən şəxs sərxoşluğuna dair sənədin surətini istəmişdir. Həmin qadın jurnallara baxaraq onların arasından bir vərəq götürüb oradakı surət çıxardan aparat vasitəsi ilə surətini çıxardıb ona vermişdir. Həmin sənəddə möhür olmamışdır. Həmin işçi baş həkimin orada olmadığını, həkim gələndən sonra ona möhür vurdura biləcəyimi bildirmişdir. O, həmin sənədi məhkəməyə təqdim edəcəyini ona demişdir. O, sənədi alandan sonra şahid4 vermişdir. İstintaq yekunlaşıb iş məhkəməyə göndəriləndən sonra hüquqi varis kimi tanınan Salehə Ağamaliyevə ittiham aktı göndərilmişdir. Onunla tanış olduqda Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olduğu yazıldığını görmüşdür. Məhkəmə prosesində Salehə ilə birlikdə Vüsal da iştirak etdi və ilk iclasda, yəni 2024-cü ilin təxminən noyabr ayında Vüsal bir neçə ay əvvəl narkoloji xəstəxanadan alıb özündə saxladığı protokolu prosesə sədrlik edən hakim Elvin Ələgərova təqdim etmişdir. Hakim sənədə baxaraq onun möhürsüz olduğunu və onu Salehənin təqdim edə biləcəyini bildirib sənədi ona qaytardı. ##.##.2024-cü ildə o, bacısı oğlu şahid4 ilə birlikdə narkoloji xəstəxananın baş həkimi şahid1 yanına getmişdir. Vüsal Sultanın sərxoşluğuna dair protokolun surətini Vüqara təqdim edərək həmin sənədi onlardan aldığını, lakin möhürsüz olduğunu, sənədi məhkəməyə təqdim edəcəyini bildirib ona möhür vurmasını xahiş etmişdir. şahid1 də həmin rəydən narazılığı olub-olmamağını soruşduqda, ona narazı olmadığı cavabını demişdir. Vüqar sənədə baxmadan ona bir ştamp vurub ona qaytarmışdır. O, oradan çıxıb həmin aktı Vüsala vermişdir. Həmin sənədi növbəti prosesdə şahid4 Salehə Ağaliyevaya vermişdir. Salehə Ağaliyeva da həmin sənədi hakimə təqdim etmişdir. Bir bələdiyyə sədri kimi onun narkoloji xəstəxanaya müraciət etməsinə, oradan müayinə aktının almasına səbəb Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərməməsi, hadisə yerindən qaçması olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. ##.##.2024-cü il tarixdə saat 20 radələrində marketə torpaq yolla gedərkən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən qarşısında asta surətlə hərəkət edən avtomobili ötmək istəyərkən avtomobilin ön işıqları sönmüşdür. Bu zaman Təqsirləndirilən şəxs avtomobilin şitinə yumruqla zərbə vuraraq avtomobilin işığının yanmasına cəhd etmişdir. Elə həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun sol hissəsində dayanmış avtomobilin qapısına vurmasını səsini eşitmişdir. Təqsirləndirilən şəxs avtomobili hərəkət elətdirib yolun sol kənarında saxlamışdır. Həmin vaxt bir nəfərin qışqıraraq onlara tərəf qaçdığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs üzərilərinə kiminsə gəldiyini bildirib onları oradan aparmasını, uşaqlarının qorxduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də avtomobili yaşadığı evə sürmüşdür. Sonra Təqsirləndirilən şəxs evdən çıxıb getmişdir. Sultanın avtomobili çuxura düşdükdən sonra işıq sönmüşdü, Sultan biraz irəliyə gedib maşının işıqlarının sönməsinin səbəbini müəyyən etmək üçün avtombili saxlamaq istəmişdir, lakin hadisə baş vermişdir. Sultanın avtomobili qarşıdan gələn avtomobilə dəydikdən sonra Sultan 5-6 metr gedib avtomobili saxlamışdır. Sultan avtomobili saxladıqdan sonra kimisə yüksək səslə söyüş söyərək onlara tərəf gəldiyini gördüyü üçün Sultana sürməsini o demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın DYPBnın əməkdaşı şahid5 ifadəsində bildirmişdir ki, ## #### 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisindən torpaq yolda üç nəfər piyadaları naməlum avtomobil sürücü vuraraq hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olmuş, dərhal hadisə baş verən yerə getmiş, hadisə yerinə çatdıqda artıq piyadalar xəstəxanaya çatdırlmışdır. Həmin yolda isə qara rəngli, “VAZ 21154” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı bir avtomobil həmin kəndə doğru uzanan yolun sağ hissəsində dayandığını və avtomobilin arxa sol qapısının əzildiyini görmüşdür. Hadisə yeri müstəntiq tərəfindən müayinə edildikdən sonra sürücü şahid8 avtomobili ilə birgə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinə təhvil verilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində avtomobildə olan Duyğu Məmmədlinin xəstəxanada ölməsini eşitmişdir. ## #### 2024-cü il tarixdə saat 22 radələrində hadisəni törətmiş sürücünün özünün könüllü şöbəyə gəlməsi barədə ona polis şöbəsindən məlumat daxil olmuşdur. Sonradan həmin sürücünün Təqsirləndirilən şəxs olması və hadisəni törətməsi müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq şahid şahid5 sürücü Təqsirləndirilən şəxs yaxınlaşan zaman onun sərxoş vəziyyətdə olmasını hiss etdiyini, sorğu sual zamanı Sultanın ad günündən gəldiyini, «Go» adlı içki qəbul etdiyini, Sultanı digər bir polis əməkdaşı ilə narkoloji xəstəxanaya apardıqlarını, orada qadın həkimin alkotestlə 2 dəfə sərxoşluq vəziyyətinin ölçüldüyünü, onda yüngül dərəcəli alkoqol qəbul etdiyinin müəyyən olunduğunu, sonradan Sultan Quliyvdə yenidən alkoqol müəyinəsinin aparılmasından məlumatının olmadığını bildirmişdir. Şahid şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində isə baş vermiş avtonəqliyyat hadisəsi barədə ona məlum olan məlumatları göstərmişdir. Lakin ifadədə Təqsirləndirilən şəxs sərxoş olması, onun sərxoşluğunu yoxlamaq üçün narkoloji xəstəxanaya aparması barədə ümumiyyətlə heç bir məlumat göstərməmişdir. Birinci instansiya məhkəməsində şahid5 məhkəmədə verdiyi ifadədən sonra məhkəməyə teleqram ünvanlayaraq yanlışlıqla Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması, həmin gün narkoloji xəstəxanada sərxoş olmasını bildirdiyini, bu cür ifadə verməyə səbəb Təqsirləndirilən şəxs törətdiyi hadisəni başqa bir hadisə ilə səhv saldığını, Təqsirləndirilən şəxs tapılmasında iştirak etsə də, narkoloji xəstəxanada müayinəsi zamanı orada olmadığını, sonuncunun sərxoş vəziyyətdə olmasını görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında tibb bacısı işləyir. ##.##.2024-cü ildə saat 21-22 radələrində 3 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs sərxoşluğunu yoxlamaq üçün xəstəxanaya gətirmişlər. Polis əməkdaşları avtoqəza hadisəsinin baş verdiyini, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunu və narkotik vasitələrin qəbulu yoxlanılmasını bildirmişlər. O, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunu yoxlayan zaman alkotester onda sərxoşluq göstərsə də Sultanda sərxoşluq hallarının olmasını hiss etməmişdir. Sultandan sərxoş olub-olmamasını soruşduqda Sultan səs-küy salaraq sərxoş olmadığını bildirmişdir. Sultanda narkotik vasitələrinin qəbul etməsi ilə bağlı müayinəsini yoxlamış onda narkotik vasitələrində istifadə aşkar olunmamışdır. Sultanın narazı olduğunu görüb bu barədə baş həkim Vüqar Quliyevə zəng vurmuşdur. Baş həkim xəstəxanaya gələrək Sultanı öz alkotesti ilə müayinə etmiş, əvvəl müayinə olunduğu alkotesterin nasaz olmasını, Sultanın içkili olmasının müəyyən edilmədiyini bildirmişdir. O, baş həkimə onun tərəfindən yoxlanılan alkotesterə əsasən protokolda Təqsirləndirilən şəxs içkili olduğunu bildirdikdə, baş həkim həmin protokolun düzgün olmadığını, Sultanda içkili halların müəyyən olunmadığını bildirərək özü protokol tərtib etmişdir. Verilmiş suallara cavab olaraq şahid şahid2 xəstəxanada həkim narkoloqun olmadığından, baş həkimin icazəsi ilə gətirilən vətəndaşları onun müayinə etdiyini, mübahisə olduğu halda baş həkimin gələrək müayinə apardığını, onun alkotesterlə apardığı müayinə protokolunu artıq polislərə verdiyini, lakin baş həkimin isə özü tərəfindən apardığı müayinə protkolunu isə səhərisi günü tərtib etdiyini, baş həkim gəldikdən sonra Sultanı özü alkotestə yoxladığını, Təqsirləndirilən şəxs barəsində onun tərəfindən tərtib edilmiş protokolun baş həkimdə qaldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid10 ifadəsində göstərmişdir ki, ## #### 2024-cü il tarixdə saat 20 radələrində qohumlarının yas yerində iştirak etmək üçün qonşuları taksi sürücüsü Vəliəhədin avtomobili ilə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisinin giriş hissəsinə torpaq yolda gedərkən anası Mərziyyənin, bacısı uşaqları Uğur və Duyğu ilə uzaqdan maşına tərəf gəldiyini görmüşdür. Mərziyyə avtomobilin sol arxa qapısını açıb uşaqları avtomobilə mindirmək istəyən zaman qarşı tərəfdən bir avtomobilin qarşısında hərəkət edən bir avtomobili sürətlə keçdiyini və ön işıqlarının söndüyünü görmüş, dərhal avtomobilin qabaq sərnişin hissəsindən düşüb əli ilə həmin avtomobilə tərəf işarə edərək sürətini azaltmasını bildirməsinə baxmayaraq həmin avtomobil sürətlər hərəkət edərək anası Mərziyyə, bacısı qızı Duyğu Məmmədlini və bacısı oğlu İsaq Məmmədlini vurmuş, zərbənin təsirindən Duyğu bir neçə metr kənara tullamışdır. O, hadisənin təsirindən həmin avtomobilin arxasıyca qaçmağa başlamış və həmin avtomobilin “Vaz 2105” markalı avtomobil olduğunu görmüşdür. O, maşının dalınca qaçaraq sürücünü avtomobildən yerə salmaq istəyən zaman sürücü avtomobili qabağa-arxaya verib geriyə doğru uzaqlaşmış, anası maşından düşdükdən sonra sürüb getmişdir. O, avtombilin dalınca qaçaraq şüşəsindən tutsa da qapını aça bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü ildə X12 vəfat etmişdir. Həmin gün axşam saatlarında mərhumun nəvələrini ana nənəsi Mərziyyə Ağamaliyeva evlərinə apararakən yas mərasimi olan evinin yaxınlığında taksi maşınına minəndə onları Təqsirləndirilən şəxs idarə etdiyi maşınla vurub hadisə yerindən qaçmış, nəticədə 3 yaşlı Duyğu vəfat etmişdir. X12 və daysı nəvəsi Duyğu Məmmədlinin yasının 3 və 7-ci günü Təqsirləndirilən şəxs bacanağı şahid9 Sultanın işini həll etdiklərini, əgər barışıq olarsa ona yüngül cəza veriləcəyini bildirmişdir. O, qohumu bələdiyyə sədri Raifə ilə Lənkəran narkoloji xəstəxanasına getmiş, orada Təqsirləndirilən şəxs hadisə günü müayinə olunması barədə aktın surətini almışdırlar. Onlar həmin aktı özlərində saxlamışlar, lakin müstəntiqə verməmişdirlər. Təxminən 7-8 ay sonra Lənkəran Rayon Məhkəməsində cinayət işinə baxılmış, həmin vaxtı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Salehə Ağaliyeva tərəfindən həmin aktın surəti hakimə təqdim olunmuşdur. Onların narkoloji xəstəxanadan aldıqları müayinə aktı əvvəlcə möhürsüz olmuş, lakin onlar sonradan baş həkimin yanına gedərək aktı təsdiq etdirmişdirlər. Onların narkoloji xəstəxanadan aldıqları müayinə aktının prokurorluğa və müstəntiqə təqdim etməmələrinin səbəbləri müstəntiqin bu işdə maraqlı olması olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, özünə məxsus Vaz 21154 minik markalı, **BC*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. ## #### 2024-cü il tarixdə saat 21 radələrində qonşusu Mərziyyə Abdullayeva ona zəng edərək, onları avtomobililə yas yerindən götürüb yaşadığı evə gətirməyini xahiş etmişdir. O da qonşusu Mərziyyənin oğlu şahid10 kənd ərazisində avtomobilinə mindirib Lənkəran rayonu, Yuxarı kənd ərazisinə doğru hərəkət etmişlər, kənd ərazisində yerləşən torpaq yolla hərəkətdə olduğu zaman qarşıdan, yəni hərəkətdə oldğu yolun sol hissəsi ilə Mərziyyə iki azyaşlı nəvəsi ilə təxminən 15-20 metr məsafədən avtomobilimə doğru gəldiyini görmüş, avtomobili öz hərəkət hissəsi ilə hərəkət elətdirib onlarla paralel istiqamətdə saxlamış, həmin zaman qarşı tərəfdən bir avtomobilin yavaş sürətlə hərəkət etdiyini görmüş, bu zaman anidən həmin avtomobilin arxa tərəfindən yüksək sürətlə başqa bir avtomobilin ötdüyünü, həmin avtomobil saxladığı avtomobilin sol arxa qapısına sürtülüb, avtomobilinin arxa oturacağına minmək istəyən Mərziyyə və onun iki azyaşlı nəvəsini vurmasını görmüşdür. şahid10 dərhal onları vuran avtomobilin istiqamətində qaçmışdır. Sonradan baş vermiş hadisə zamanı Mərziyənin nəvəsi Duyğunun vəfat etdiyini eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 ifadəsində bildirmişdir ki, ##.##.2024-cü il tarixdə saat 21 radələrində kürəkəni Amid Yunusovun avtobili ilə qızı Arzunun evinə getmişlər. Yolda kənd ərazisində hərəkətdə olan zaman bir avtomobilin arxadan olduğu avtomobili keçdiyini, baxdıqda kürəkəni Təqsirləndirilən şəxs avtomobili olduğunu görmüşdür. Biraz hərəkət etdikdən sonra kürəkəni Amid Yunusov ona qabaqda Təqsirləndirilən şəxs deyəsən avtomobil vurduğunu bildirib avtomobilini kənarda saxlamışdır. Sonra onlar avtomobildən düşüb nə baş verdiyi öyrənmək istədikdə Təqsirləndirilən şəxs olduğu bilmişdir. Sonradan xəstəxanada hadisə nəticəsində həmkəndlisi Azadxanın nəvəsi Duyğun Məmmədlinin ölməsini eşitmişdir. Birinci instansiya məhkəməsində müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı o Lənkəran narkoloji xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir, hal hazırda işləmir. ##.##.2024-cü il tarixdə saat 21 radələrində xəstəxanadan ona zəng vurularaq mübahisəli hadisənin olduğunu, xəstəxanaya gəlməli olduğunu demişlər. Lənkəran narkoloji xəstəxanasında kadr çatışmazlığı olduğundan xəstəxanaya gətirilən vətəndaşları feldşer narkoloqlar tərəfindən müayinələrinin aparıldığını bildirmişdir. Hadisə günü ona məlumat verildiyi üçün o xəstəxanaya gəlmiş, orada Təqsirləndirilən şəxs müayinəsi aparıldığı vaxtı onda yüngül dərəcəli alkoqol qəbul etməsi müəyyən olunmuş, lakin Sultan buna etiraz edərək heç bir içki qəbul etmədiyini bildirmişdir. O, həmin anda onda olan alkotesterlə Sultanı müayinə etmiş, müayinə zamanı sərxoşluq əlamətləri aşkar olunmadı, bu barədə akt tərtib etmişdirlər. Feldşer Afiqə tərəfindən test aparıldıqdan təxminən 5-10 dəqiqə sonra onun tərəfindən müayinə aparılmışdır. Xəstəxanada 2 alkotest aparatı olmuşdur, onlardan birində texniki nasazlıq olmuşdur, həmin alkotester aktlaşdırılaraq yararsız hesab edilmişdir. Həmin axşamı Sultan həyacanlı olmuşdur, tez-tez su içmişdir, lakin onlar tərəfindən müayinə edilən zaman Sultanda içkili halların olması müəyyən olunmamışdır. şahid2 tibb bacısı olmasına baxmayaraq həkim narkoloq çatışmazlığı olduğundan, gecə növbələrində müayinə aparılan zaman müayinə aparan şəxsin adının felşer narkoloq kimi qeyd olunur. Verilmiş suallara cavab olaraq şahid şahid1 bildirmişdir ki, Səhiyyə Nazirliyinin daxili təlimatına uyğun olaraq narkoloji xəstəxanada gecə növbəsində duran tibb bacıları və müayinəyə cəlb olunanlar daxili əmrlə cəlb olunurlar, həmin əmrə əsasən onlar həm də feldşer narkoloq sayılırlar. Təqsirləndirilən şəxs 1-ci dəfə müayinə edən aparatda nasazlıq olduğundan, yəni aparatın gec yanıb-sönməsi halları olduğundan yarasız hesab edilmişdir. Bundan başqa şahid2 tərəfindən tərtib edilmiş protokolla bağlı bildirir ki, şahid2 1-ci dəfə tərtib etdiyi protokol təsdiq olunmamışdır. Lakin bir neçə gündən sonra bələdiyyə sədri şahid3 adlı şəxs müraciət etmiş, onun dövlət işçisi olduğundan və həmin günü iş çoxluğundan diqqətsizlik edərək tibb bacısı şahid2 tərəfindən tərtib edilmiş, qaralama olunmuş müayinə protokolu işçilər tərəfindən ona təqdim olunmuşdur. Xəstəxanada alkoqol müayinəsinin aparılması üçün müəyyən avadanlıq olmadığından vətəndaşlarda qan nümunəsini götürməklə müayinə aparılması mümkün deyil, müayinələr yalnız alkotester vasitəsi ilə aparılır. Bundan başqa, iş materiallarında olan ## #### 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində yerləşən torpaq yolunda baş vermişdir.Hadisə yerində piyadaların vurulması ilə nəticələnən avtomobilin hadisə yerində olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan ## #### 2024-cü il tarixli “avtomobilə baxış” protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi ağ rəngli, “Vaz 2105” markalı, **CX*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsinin orta və qabaq bufer hissəsinə bağlanan künc hissəsinin əzildiyi, ön qeydiyyat nişanın əyildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobili Lənkəran rayonu, Yuxarı Nüvədi ərazisində yerləşən torpaq yolla idarə edərkən avtomobilin təkərlərinin çuxura düşməsi nəticəsində avtomobilin işıqlarının söndüyünü və həmin zaman yolu keçən piyadaları və yolun kənarında dayanmış, “Vaz21154” markalı avtomobil vurması nəticəsində avtomobilində həmin zədələrin olmasını göstərmişdir. Baxış zamanı isə avtomobildə hər hansı zədə və ya qan izi aşkar edilməmiş, avtomobilin işıqlarının yandığı müəyyən olunmuşdur. İş materiallarında olan ## #### 2024-cü il tarixli DVD diskdə olan videogörüntülərə “baxış keçirilməsi” haqqında protokolundan görünür ki, baxış keçirilən videogörüntünün müddəti 05:08 dəqiqə, həcmi 21,9 meqabaytdır. Videogörünütü kompyuterin ekranında açıldıqda yuxarı sol tərəfində «06-12-2024 Wed 20:57:58» rəqəm və yazıları əks olunmuşdur. Həmin bu rəqəmlər hadisənin baş verdiyi tarix, saatı və həftənin çərşənbə gününü göstərir. Video görünütü saat 20:59:00-dan başlayaraq Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisinə doğru qara rəngli “Vaz21154 markalı”, ** CB *** dövlət qeydiyyat nömrəli avtomobil torpaq yolun sağ tərəfi ilə hərəkət etdiyini, əks istiqamətdə, yəni avtomobilə doğru üç nəfər şəxsin hərəkət etdiyi görünür. Həmin piyadalar dayanmış avtomobilə minmək istəyərkən saat 20:59:34-də kəndi istiqamətindən ağ rəngli “Vaz 2105” markalı, **CX*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq işıqları sönülü vəziyyətdə hərəkət edərək həmin piyaları vuraraq hərəkət etdiyini, bu zaman avtomobilin üç nəfər şəxsi vurduğunu və zərbənin təsirindən bir nəfər şəxsi, yəni Məmmədli Duyğu İsaq qızını təxminən 10 metr məsafədə tulladığını, avtomobil hərəkətini davam etdirərək təxminən 70 metr məsafədə avtomobili saxladığını, qara rəngli avtomobilin qabaq sərnişin hissəsindən bir nəfər şəxsin ağ rəngli avtomobilə tərəf qaçdığı görünür. Piyadaları vurduqdan sonra saat 21:00-da Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, Vaz 2105 markalı, **CX*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan ## #### 2024-cü il tarixli ****** nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolunda müayinə zamanı Təqsirləndirilən şəxs 0,78 % dərəcədə yüngül dərəcələi alkoqol sərxoşluğu qeyd edilmişdir. İş materiallarında olan ## #### 2024-cü il tarixli ****** nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar olunmamış, ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, mərhum: Məmmədli Duyğu İsaq qızının meyitində aşkar edilmiş xəsarətlər-kəllə sümüklərinin sınığı (alın, təpə, sağ gicgah, ənsə), baş beyninin ağır dərəcədə əzilməsi ilə müşaiyət olunan küt açıq kəllə beyin travması, başın təpə, alın nahiyələrində əzilmiş –cırılmış yaralar, alın nahiyəsində sıyrıq, sağ gözlatı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat təhlükəli olan, sağlamlığa AĞIR zərər vurmanın əlamətlərinə malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsindən verilmiş ##.##.2024-cü il tarixli *** nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol körpücük, sol kürək, sol mil və dirsək sümüklərinin qəlpəli sınıqları, hər iki diz qapağı nahiyələrində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində götərilən müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdə və sağlamlığın uzun müddətə polzulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının ## ######## 2024-cü il tarixli, */**** saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2105 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobilin işıqları yanmadan, yəni nasaz vəziyyətdə idarə etdiyindən onun həəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (* saylı Əlavənin 3 cü hissəsinin 3-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu halında qiymət verərək və məhkəmə istintaqında tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaması, onun əməllərinin CM-nin 263.2 və 264-cü maddələrinin təsir dairəsinə düşməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən yanlış tövsif olunması barədə dəlilləri ilə razılşamağı mümkün hesab etmir və bununla bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun sayır: Əvvəla, CM-nin 263-1.3-cü maddəsi üzrə məsuliyyətin yaranması üçün yalnız yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və bunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması kifayət etmir. Həmin normanın tətbiqi üçün əlavə olaraq əməli törədən şəxsin qanunda nəzərdə tutulan qaydada sərxoş vəziyyətdə olması və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması kimi xüsusi hallardan ən azı birinin sübut olunması tələb edilir. Hazırkı işdə həlledici məsələ məhz Təqsirləndirilən şəxs hadisə törədilərkən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının mötəbər və kifayət edən sübutlarla müəyyənləşdirilməsidir. İş materiallarından və apellyasiya protestinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs sərxoş olması barədə əsas istinad edilən sübut ## #### 2024-cü il tarixli ****** nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoludur. Həmin protokolda onun 0,78 faiz dərəcədə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması göstərilsə də, həmin sənədin məzmunu digər sübutlardan təcrid olunmuş şəkildə deyil, onun əldə edilməsi, rəsmiləşdirilməsi, qeydiyyatı və sonrakı müayinə ilə əlaqədar bütün hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu baxımdan ilk növbədə nəzərə alınmalıdır ki, eyni tarixdə, eyni şəxs barəsində, eyni tibb müəssisəsində aparılmış sonrakı müayinə nəticəsində ****** nömrəli akt tərtib edilmiş və Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun müəyyən edilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iş materiallarında bir-birinə zidd iki tibbi sənəd mövcuddur və həmin sənədlərdən hansının faktiki vəziyyəti əks etdirdiyi yalnız sənədlərin mövcudluğu ilə deyil, onların tərtib edilməsinin əsasları, müayinəni aparan şəxsin səlahiyyəti, istifadə edilmiş cihazın vəziyyəti, sənədlərin qeydiyyatı və onları tərtib edən şəxslərin ifadələri ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu baxımdan ****** nömrəli protokolun digər sübutlarla müqayisədə daha mötəbər hesab edilməsinə imkan verən zəruri və ardıcıl sübutlar əldə olunmamışdır. Əksinə, həmin sənədin etibarlılığını əhəmiyyətli dərəcədə şübhə altına alan bir sıra obyektiv hallar müəyyən edilmişdir. Belə ki, ****** nömrəli protokolu tərtib edən şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsindən onun Lənkəran Şəhər Narkoloji Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi, Təqsirləndirilən şəxs ilk dəfə alkotesterlə məhz özünün müayinə etdiyi, lakin müayinə zamanı onda sərxoşluğun zahiri əlamətlərini hiss etmədiyi, Təqsirləndirilən şəxs nəticə ilə razılaşmaması səbəbindən baş həkim şahid1 məlumat verdiyi və sonuncunun gəldikdən sonra Təqsirləndirilən şəxs başqa alkotesterlə yenidən müayinə etdiyi müəyyən edilir. şahid2, həmçinin xəstəxanada həmin vaxt həkim-narkoloqun olmadığını, gətirilən şəxslərin onun tərəfindən müayinə edildiyini, mübahisə yarandıqda isə baş həkimin gəlib müayinə apardığını bildirmişdir. Kollegiya xüsusilə vurğulayır ki, bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın tələbləri baxımından da əhəmiyyətlidir. Həmin Qaydaların 3.1-ci bəndində alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinənin yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən Narkoloji tibb müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Buna görə də, məhz belə müayinənin qanunvericilikdə nəzərdə tutulan subyekt tərəfindən və müəyyən edilmiş qaydada aparılıb-aparılmaması həmin müayinənin nəticəsinin sübut kimi qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Protestdə ****** nömrəli protokolun mötəbərliyinin onun şahid2 tərəfindən faktiki olaraq tərtib edilməsi və həmin şəxsin ilkin ifadəsində Təqsirləndirilən şəxs alkoqol iyi verməsini və alkotesterdə 0,78 faiz nəticənin göstərilməsini bildirməsi ilə əsaslandırılmağa çalışılsa da, bu hallar yuxarıda göstərilən ziddiyyətləri aradan qaldırmır. Əksinə, şahid2 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında da müəyyən fərqlərin olması məhkəmə tərəfindən haqlı olaraq nəzərə alınmışdır. Belə ki, birinci instansiya məhkəməsində o, Təqsirləndirilən şəxs sərxoşluq əlamətlərini hiss etmədiyini bildirmiş, ilk cihazın nəticəsindən sonra Təqsirləndirilən şəxs etiraz etdiyini və bu səbəbdən baş həkimin çağırıldığını, baş həkimin isə başqa cihazla apardığı müayinədə sərxoşluq müəyyən etmədiyini göstərmişdir. Deməli, şahidin ifadəsi özü-özlüyündə ****** nömrəli protokoldakı nəticəni şübhədən kənar və yekun tibbi nəticə kimi təsdiq edən xarakter daşımır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsi də ****** nömrəli protokolun mötəbərliyini təsdiq etmək əvəzinə onun qiymətləndirilməsi zamanı ehtiyatlı yanaşmanı zəruri edən halları ortaya qoyur. şahid1 Təqsirləndirilən şəxs ilk müayinə olunduğu alkotesterin nasaz olduğunu, onun özündə olan digər cihazla apardığı müayinə zamanı isə sərxoşluq müəyyən etmədiyini və bu nəticəyə uyğun olaraq ****** nömrəli akt tərtib etdiyini bildirmişdir. Şahidin izahatına görə, ilk cihazın texniki cəhətdən yararsız olması onun gec yanıbsönməsi ilə bağlı olmuş, sonradan da həmin cihazın yararsızlığı barədə bildiriş əldə edilmişdir. Protestdə həmin bildirişin hadisədən müəyyən müddət sonra alınması və konkret olaraq hansı alkotesterin yararsız olduğunun sənəddə göstərilməməsi ****** nömrəli protokolun təsdiqinə əsas kimi təqdim edilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu halın mövcudluğu özü-özlüyündə ****** nömrəli protokolda göstərilən nəticənin həqiqiliyini sübut etmir. Əksinə, istifadə edilmiş alkotesterin protokolda konkret göstərilməməsi, sonrakı müayinədə başqa cihazdan istifadə edilməsi və həmin müayinənin nəticəsinin sərxoşluq halını təsdiq etməməsi sübutlar arasında mövcud ziddiyyətin aradan qaldırılmadığını göstərir. Cinayət məsuliyyətini ağırlaşdıran xüsusi halın mövcudluğunu yalnız ehtimal və dolayı nəticələr əsasında qəbul etmək isə mümkün deyildir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, sərxoşluq halını təsdiq edən digər şəxslərin ifadələri də ****** nömrəli protokoldakı nəticəni müstəqil şəkildə təsdiq edən xarakter daşımır. Belə ki, şahid şahid3 sərxoşluq barədə məlumatı hadisəni bilavasitə müşahidə etməsinə deyil, hadisədən sonra digər şəxslərdən eşitdiyi məlumatlara əsaslanır. Eyni hal şahid4 ifadəsində də müşahidə olunur. Belə məlumatlar Təqsirləndirilən şəxs hadisə anında sərxoş vəziyyətdə olmasını bilavasitə təsdiq edən sübut kimi qəbul edilə bilməz. Kollegiya, həmçinin qeyd edir ki, DYP əməkdaşı şahid5 birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs sərxoş göründüyünü bildirməsi də göstərilən nəticəni dəyişmir. Belə ki, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun Təqsirləndirilən şəxs sərxoş olması barədə məlumat olmamış, o, sonradan məhkəmədə verdiyi ifadədə bu barədə məlumat vermiş, daha sonra isə göndərdiyi teleqramla həmin hissədə səhvə yol verdiyini, başqa hadisə ilə qarışdırdığını və Təqsirləndirilən şəxs narkoloji müayinəsində iştirak etmədiyini bildirmişdir. Belə ziddiyyətli məlumatın digər obyektiv sübutlarla təsdiq edilmədiyi şəraitdə onu sərxoşluq faktının mötəbər təsdiqi kimi qəbul etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlar öz növbəsində onu göstərir ki, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı sübutlar kifayət qədər olsa da, CM-nin 263-1.3-cü maddəsinin əlavə tövsifedici əlaməti olan “sərxoşluq” ayrıca və mötəbər sübutlarla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli * nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yolnəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol- nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan qərarda da məhkəmənin iş üzrə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı olduğu vurğulanır. Hazırkı işdə də birinci instansiya məhkəməsi məhz bu tələblərdən çıxış edərək yalnız ****** nömrəli protokolun mövcudluğunu əsas götürməmiş, həmin sənədi onu tərtib edən şəxslərin ifadələri, ****** nömrəli akt, alkotesterin texniki vəziyyəti, qeydiyyat jurnalı, tibbi müayinənin aparılma qaydası və digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirmişdir. Bu zaman məhkəmənin qarşısında iki ziddiyyətli tibbi nəticə olduğu halda, sərxoşluğu təsdiq edən nəticənin digər sübutlarla şübhəsiz şəkildə təsdiqlənmədiyi müəyyən edilmişdir. Protestdə həmçinin qeyd olunur ki, şahid2 ilkin müayinə zamanı Təqsirləndirilən şəxs ağzından alkoqol iyi gəldiyini bildirmişdir. Lakin bu hal da sərxoşluğun sübuta yetirilməsi üçün kifayət edən müstəqil sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin məlumat bir tərəfdən sonrakı məhkəmə ifadəsində şahidin verdiyi məlumatlarla tam uzlaşmır, digər tərəfdən isə ****** nömrəli aktla və baş həkim şahid1 müayinəsi ilə ziddiyyət təşkil edir. Üstəlik, alkoqol iyi hiss edilməsi şəxsin konkret olaraq CM-nin 263-1.3-cü maddəsinin tətbiqini şərtləndirən sərxoşluq vəziyyətində olmasını avtomatik olaraq təsdiq edən tibbi nəticə deyildir. Məhkəmə kollegiyası protestdə ****** nömrəli protokolun qeydiyyata alınmamasından irəli gələn hallara xüsusi əhəmiyyət verilməsini də əsaslı hesab etmir. Çünki cinayət işində sübutların qiymətləndirilməsi zamanı yalnız sənədin mövcudluğuna deyil, onun mənbəyinə, əldə edilmə və rəsmiləşdirilmə qaydasına, digər sübutlarla uyğunluğuna və etibarlılığına qiymət verilməlidir. Hazırkı halda isə həmin protokolun məzmunu ilə yanaşı, onun qeydiyyatı, istifadə edilmiş cihaz, müayinəni aparan şəxsin statusu və eyni şəxsin təkrar müayinəsinin nəticəsi ilə bağlı bir-birini tamamlamayan hallar mövcuddur. Buna görə həmin protokolun mövcudluğunu sərxoşluq əlamətinin şübhəsiz sübutu kimi qəbul etmək mümkün deyildir. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması və həmin pozuntu nəticəsində bir zərərçəkmiş şəxsin ölümünə, digərinin isə sağlamlığına az ağır zərər vurulmasına səbəb olması mötəbər sübutlarla təsdiq edilsə də, onun həmin əməli alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə törətməsi barədə nəticə eyni dərəcədə qəti və mötəbər sübutlarla təsdiq olunmur. Əksinə, bu məsələ üzrə bir-birinə zidd tibbi aktlar, müayinəni həyata keçirən şəxslərin statusu və ifadələrindəki uyğunsuzluqlar, alkotesterin texniki vəziyyəti ilə bağlı məlumatlar, protokolların qeydiyyatı üzrə ziddiyyətlər və sərxoşluğu təsdiq etməyən sonrakı müayinə nəticəsi mövcuddur. Bu baxımdan ****** nömrəli protokolun digər sübutlardan üstün tutulması və yalnız həmin sənədə əsaslanmaqla Təqsirləndirilən şəxs sərxoş olduğunu qəbul etmək ittihamın sübut olunması üçün tələb olunan mötəbərlik və kifayətlilik meyarlarına uyğun olmazdı. Ali Məhkəmə Plenumunun sözügedən Qərarının 12-ci bəndində tələb olunan hərtərəfli və obyektiv araşdırma da məhz belə ziddiyyətlərin aradan qaldırılmasını və sübutların məcmu halında qiymətləndirilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların müqayisəli təhlilini aparıb, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı əldə olunmuş sübutlara onların mənsubiyyəti, mötəbərliyi, yaranma və əldə olunma mənbəyinə Cinayət- Prosessual Qanunvericiliyin sübutetmə əsaslarına dair prinsipləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən əməli, yəni Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ittiham tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində və apellyasiya baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmur və bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün olmamaqla yanaşı, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). X20 o da göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında bildirilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında bildirmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı”, “Brumaresku Rumıniyaya qarşı” işlər üzrə qərarlar). Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əməlin tövsifi ilə bağlı hissədə əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlini CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif etmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edildiyini nəzərə alıb ona təyin edilmiş cəza məsələsinə qiymət verilməsini zəruri hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran rayon Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, ##.##.2009-cu il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan, ##.##.2012-ci il təvəllüdlü X8 və ##.##.2014-cü il təvəllüdlü X9 adlı azyaşlı uşaqların ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varrisi X11 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## #### 2026-cı il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxs X7 ilə barışmış, onun bağışlayır, onunla dəymiş ziyanla bağlı razılığa gəlmiş və ondan heç bir şikayət və tələbləri yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanla bağlı razılığa gəlməsini, sonuncuların onu bağışlamasını, ona qarşı şikayət və tələbinin olmamasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunun CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 263.2-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 09 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu cinayətlərin məcmusu üzrə ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu ümumilikdə 16 gün müddətin ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası; CM-nin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə və növdə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya protesti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-464/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-464/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver