Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-466/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi) ilə ##.##.1992-ci il tarixdə Ağsu rayon Növçü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Laçın rayonu Cağazur kəndində qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, 564 yerlik y/k bina 5, mənzil 33-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 00:30-dan ##.##.2026-cı il tarixə saat 17:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. IŞIN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 14 radələrində Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanlar otarması səbəbindən sonuncunun heyvanları torpaq sahəsindən çıxarmasını tələb etdikdən sonra heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib öz iradəsini zorakı üsullarla başqalarına qəbul etdirmək və şəxsi üstünlüyünü nümayiş etdirmək məqsədilə, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyəti üzərində fövqəldə göstərərək, eqoist niyyətini və üstünlük iddiasını zorakı şəkildə ortaya qoymaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq xuliqanlıq niyyəti ilə qəsdən əlində olan çomaqla baş nahiyəsinə zərbə endirib, sonuncuya başın sol təpə gicgah nahiyəsinin yarası, baş beyin silkələnməsi xəsarətləri ilə müşayiət olunan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, həyat üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır xəsarətlər yetirmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin “sübutların qiymətləndirilməsi'" başlığı altındakı 145-ci maddəsinin ruhunu pozmuşdur. Belə ki, ış üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, sübutların məcmusuna, mötərəbliyinə düzgün olmayan hüquqi qiymət vermişdir. Maddədə əks olunan və qanun norması halına salınmış, zərər çəkmiş Zərərçəkmiş şəxs Kürdəmir Rayon Polis Şöbəsinə verdiyi ilkin ərizəsində, müvəkkili Təqsirləndirilən şəxs onu "taxta' parçası ilə vurub xəsarət yetirdiyini qeyd etsə də, məhkəmə istintaqı zamanı onun çomaqla vurduğunu göstərmişdir. X6 tərəfindən cinayətin predmeti hesab edilən əşya, maddi sübut kimi götürülməmiş, hadisə yerinə baxış keçirilməmişdir. Təhqiqatçının təşəbbüsü ilə alınan məhkəmə-tibb ekspertinin ehtimal olunan ilkin rəyinə görə, zərər çəkənin xəsarəti yüngül olmuşdur. Belə ki, zərərçəkən bir gün də olsun belə xəstəxanada stasionar müalicə almamışdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini və amnistiya aktı ilə işinə xitam veriləcəyini öyrənən zərər çəkmiş Zərərçəkmiş şəxs təhqiqatçıya son məqsədinin Təqsirləndirilən şəxs həbs olunmasından ibarət olduğunu bildirmişdir. Doğuluşundan çobanlıq edən Təqsirləndirilən şəxs yazıb-oxumaq bilməməyindən sui-istifadə edən təhqiqatçı ona nəinki məcburi müdafiəçi təyin etməmiş, eyni zamanda da Təqsirləndirilən şəxs ona amnistiya aktının tətbiq olunmasından imtina etməsi barədə onun adından falsifiksiya edilmiş ərizə tərtib edərək işə əlavə etmişdir. (Halbuki, bundan öncə Xəyalın anasını, barışıq üçün dəfələrlə zərər çəkmişin evinə göndərmişdir). Sonradan iş ibtidai istintaqa ötürülmüş, ekspertin verdiyi az ağır dərəcəli kəllə-beyin travması”rəyinə əsasən, müvəkkilinə qarşı, Azərbaycan Respublikası CM-nin 127.2.3.-cü, yəni, “xuliqanlıq niyyəti" ilə az ağır xəsarət yetirilməsi maddəsi ilə ittiham irəli sürülmüşdür. Istintaq zamanı verilən vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Xuliqanlıq cinayəti, formal xarakterli yəni, səbəbsiz törədilən cinayətdir, (bəhanə ilə törədilir). Motiv, şəxsi cinayət eləməyə sövq edən daxili niyyətdir. “Xuliqanlıq niyyəti” dedikdə törədilən ictimai təhlükəli əməlin səbəbsiz olaraq baş verməsi anlaşılmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs dediklərini məhkəmə istintaqı zamanı, bir daha etiraf edərək bildirmişdir ki, həqiqətən də bu hadisədən 2-3 ay öncə, təqsirləndirilən şəxslə onun arasında pul üstündə çox ciddi münaqişə olmuşdur. Təqsirləndirilən şəxsin dediyinə görə, zərər çəkmiş şəxs onu, həbsxanada öldürəcəyi barədə mesaj vermişdir. Digər tərəfdən də təqsirləndirilən şəxs öz atası ilə çobanlıq etdikləri şəxsin qoyunlarını otarmağa apararkən (dekabr ayında - yerdə ot - ələf olmadığı vaxtda) zərər çəkmiş şəxs, onlara irad tutaraq, guya qoyunlar, onun torpaq sahəsini tapdalayır” bəhanəsi ilə ədəbsiz küçə söyüşləri ilə söyərək, təhqir etmiş, yerdən yekə bir daş götürərək, onlara tərəf atmışdır. Ağır söyüşlərə dözə bilməyən Təqsirləndirilən şəxs da öz növbəsində əlindəki çubuqla (taxta - çomaq yox) onun bədən hissəsinə arxadan bir zərbə endirmişdir. Göründüyü kimi, əməllə nəticə arasında səbəbli əlaqə mövcud olduğundan, törədilən əməl “xuliqanlıq niyyəti' kimi qiymətləndirilə bilməz. Qanun, eləcə də, məhkəmə praktikası göstərir ki, 2 formada kəllə-beyin travması mövcuddur: Ağır və yüngül. Az ağır kəllə-beyin travmasının alınması qeyri-mümkündür və praktikada belə bir hal mövcud deyildir. Bir sözlə, Kürdəmir Rayon Məhkəməsinin sözügedən qanunsuz və əsassız hökmü, digər qanunvericilik aktları ilə yanaşı ümumilikdə, Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs qarşı CM-nin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın CM-nin 127.1ci maddəsinə tövsif edilməsi və işə amnistiya aktı tətbiq edilməklə xitam verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə verilmiş ittiham qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin əsas prinsiplərindən irəli gələrək məhkəmə araşdırması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmalıdır. Bu tələb eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının ədalətli məhkəmə araşdırması ilə bağlı müddəaları, habelə Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də uzlaşır. Belə ki, həmin məhkəmənin presedent hüququna əsasən dövlətin vəzifəsi yalnız formal araşdırma aparmaq deyil, hadisənin bütün mühüm aspektlərini əhatə edən “effektiv araşdırma” təmin etməkdir. Lakin bu prinsip o demək deyildir ki, istintaq və ya məhkəmə hər bir irəli sürülən fərziyyəni mütləq təsdiq etməli və ya sübuta yetirilməmiş ehtimalları hökmün əsasına qoymalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam, obyektiv və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi çomaqla deyil, çubuqla vurması, əməlinin xuliqanlıq niyyəti olmaması, Təqsirləndirilən şəxs qarşı CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməməsi və onun əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi kimi məsələlər mübahisələndirildiyi üçün kollegiya ilk olaraq həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən onu bir dəfə çomaqla başından vurmuşdur. Müdafiəçinin apellyasiya şikayətindəki zərər çəkmiş şəxsi çomaqla deyil, çubuq ilə vurması məhz təqsirləndirilən şəxsin verdiyi ifadə ilə təkzib olunur. Bununla yanaşı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahatında da göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən onu bir dəfə çomaqla başından vurmuşdur. Apellyasiya şikayətində təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin xuliqanlıq niyyəti ilə törədilməməsi ilə bağlı müdafiəçinin dəlilinə də qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində, həmçinin apellyasiya instansiya məhkəməsində də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanıdığını, əvvəllər ona məxsus fermada müxtəlif işlərdə işlədiyini, zərər çəkmiş şəxsin onu işlətdiyinə görə borcu olduğunu və borcu vermədiyini, Zərərçəkmiş şəxs ilə əvvəllər də münasibətlərinin normal olduğunu, heç bir ədavətinin və düşmənçiliyininin olmamasını, mübahisənin pul ilə baglı deyil, onun otardığı xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs torpaq sahəsinə daxil olması səbəbindən sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşib heyvanları otararkən istifadə etdiyi əlində olan çomaqla arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq bir dəfə baş nahiyəsinə zərbə vurduğunu bildirmişdir. Qeyd edilən hal zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə də sübut olunur. Iş materialları ilə müəyyən edilir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsində xırdabuynuzlu heyvanları otardığına görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs irad bildirmiş, sonuncu isə zərər çəkmiş şəxsin haqlı tələbini qəbul etməmiş, əksinə hüquqazidd davranış nümayiş etdirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq xuliqanlıq niyyəti ilə qəsdən əlində olan çomaqla baş nahiyəsinə zərbə endirib onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun sağ kənarında ona məxsus mal-qara ferması yerləşir. Əslən Laçın rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, indiyədək aralarında hər hansı ədavət və ya düşmənçilik münasibəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər onun fermasının qonşuluğunda yerləşən fermada çoban kimi işlədiyini, həmin vaxtdan onu və ailə üzvlərini tanıdığını, eyni zamanda müxtəlif vaxtlarda onun fermasında da müəyyən işlər gördüyünü və gördüyü işlərin müqabilində ödəniş aldığını göstərmişdir. ##.##.2025-ci il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi avtomobil ilə Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolu ilə fermasına gedərkən yolun sağ kənarında yerləşən, ona məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs və atası şahid2 tərəfindən xırdabuynuzlu heyvanların otarıldığını görmüşdür. Buna görə avtomobilini yolun kənarında saxlayaraq onlara yaxınlaşmışdır. Həmin vaxt şahid2 yolun kənarında dayanmış, Təqsirləndirilən şəxs isə torpaq sahəsinin içərisində olmuşdur. O, əvvəlcə şahid2 yaxınlaşaraq heyvanların otarıldığı torpaq sahəsinin ona məxsus olduğunu, həmin sahədə arpa əkildiyini və heyvanların əkinə zərər vurduğunu bildirərək heyvanların həmin ərazidə otarılmamasını tələb etmişdir. Bu zaman şahid2 ona işinə qarışmamağı bildirmişdir. Cavabında torpaq sahəsinin ona məxsus olduğunu və heyvanların bitkiyə ziyan yetirdiyini deyərək iradını bir daha təkrar etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlində heyvan otarmaq üçün istifadə etdiyi çomaqla onlara tərəf yaxınlaşaraq uzaqdan etiraz xarakterli ailə üzvləri barədə nalayiq ifadələr səsləndirmişdir. O, hər iki şəxsə heyvanları bir daha torpaq sahəsində otaracaqları halda polisə müraciət edəcəyini bildirmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs ailə üzvləri barəsində təhqiramiz ifadələr işlətdiyini və istədiyi yerə şikayət edə biləcəyini demişdir. Bundan sonra mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmaq və polisə müraciət etmək qərarına gələrək şahid2 polisə şikayət etməyə gedəcəyini deyib avtomobilinə tərəf yönəlmişdir. Avtomobilə əyləşmək üçün gedərkən arxadan Təqsirləndirilən şəxs yaxınlaşdığını hiss etmiş və Təqsirləndirilən şəxs əlində olan çomaqla onun baş nahiyəsinə iki dəfə zərbə vurmuşdur. Zərbələrin təsirindən bir müddət özünü itirdiyini və başından qan gəldiyini gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs onu söyərək təhqir etməyə davam etdiyini bildirmişdir. Daha sonra mübahisəni davam etdirməmiş, avtomobilinə əyləşərək polis şöbəsinə getmiş, hadisə barədə ərizə ilə müraciət etmiş və bundan sonra tibbi müayinə üçün xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs keçmişdə qardaşı Zərərçəkmiş şəxs fermasında müxtəlif işlərdə işləmişdir və aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş verən mübahisənin canlı şahidi olmamışdır. Lakin mübahisədən sonra, yəni ## ###### 2025-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs ona telefonla zəng edərək qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, onu döydüyünü, çomaqla başından vuraraq başını yardığını, Zərərçəkmiş şəxs bir daha qarşısına çıxacağı halda bıçaqla onu öldürəcəyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs sakitləşdirmiş, heç bir mübahisəyə ehtiyac olmadığını demiş və telefon danışığını bitirmişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayaraq baş verənləri soruşduqda, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onu çomaqla başından iki dəfə vuraraq xəsarət yetirdiyini və hazırda xəstəxanada olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və o, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə ## ###### 2025ci il tarixdə, saat təxminən 14 radələrində Ağsu–Kürdəmir– Bəhrəmtəpə avtomobil yolunun kənarında yerləşən torpaq sahələrinə xırdabuynuzlu heyvanları otarmağa aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə oradan keçərkən avtomobili yolun kənarında saxlayaraq onlara yaxınlaşmış, oğlu bir qədər aralıda olduğundan əvvəlcə Zərərçəkmiş şəxs ilə özü danışmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs heyvanların otarıldığı sahənin ona məxsus olduğunu iddia edərək heyvanları oradan çıxarmağı tələb etmiş və nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs da onların yanına yaxınlaşmış, Şöhrət yerdən daş götürərək Xəyala tərəf tullamış, sonar o, nə baş verdiyini görməmişdir. Bundan sonra onlar arasında dava dalaş olmasını Xəyalın Şöhrəti çomaqla vurmasının şahidi olmamışdır. Şöhrətin oğluna 150 manat borcu olduğunu eşitmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində başın sol təpə nahiyəsinin yarası, baş beyin silkələnməsi xəsarətləri vardır. Həmin xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən ## ###### 2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.(i.v.23-25); Təqdim edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Atakişili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs adına dövlət qeydiyyatına alınmışdır. Bununla da hadisənin baş verdiyi torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olması öz təsdiqini tapmışdır. (i.v.109-113; Əməliyyat tapşırığının icrası barədə raportdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ağsu–Kürdəmir– Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, açıq və yaşayış olmayan sahədə baş verdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisə zamanı ətrafda kənar şəxslər olmamış, hadisə kənar şəxslərin müşahidə etmədiyi şəraitdə qısa zaman ərzində baş vermiş, ictimai qaydanın pozulması halları müşahidə edilməmişdir. Araşdırma zamanı hadisənin yeganə şahidi kimi şahid2 müəyyən edilmiş, digər şahidlərin olması faktı aşkar edilməmişdir. Cinayətin törədilməsində istifadə edildiyi bildirilən alətin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilsə də, həmin alətin yeri müəyyən edilməmişdir. (i.v.96); Azərbaycan Respublikası DIN-in Baş Əməliyyat və Statistika Informasiya Idarəsinin ##.##.2025-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 18); Kürdəmir, Ucar və Göyçay rayon Mənzil Kommunal Istismar Sahəsinin ##.##.2026- cı il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu 564 ailəlik qəsəbə, bina 5, mənzil 33-də qeydiyyatda olmaqla yaşayır və ailə üzvüləri atasışahid2 ibarətdir. Yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (i.v. 97-98); “xxxx” X2 daxil olan ## ###### 2026-ci il tarixli **-*-**/*-**/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. (i.v. 96); Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin apellyasiya şikayətindəki yuxarıda qeyd edilən dəlilləri iş üzrə toplanmış sübutlarla, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri, daha sonra şahid ifadəsi, ekspert rəyi, istintaq hərəkəti protokolları ilə tam təkzib edilir. Əks nəticəyə gəlinməsi, bu faktın inkarı isə mümkünsüzdür. Müdafiəçinin apellyasiya şikayətində təhqiqat zamanı təhqiqatçı təqsirləndirilən şəxsin savadsızlığından istifadə edərək ona müdafiəçi təyin etməməsini göstərsə də məhkəmə kollegiyası hesab edir ki, istintaq mərhələsində həmin hallar aradan qaldırılaraq təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmiş və zəruri istintaq hərəkətləri məhz müdafiəçinin iştirakı ilə keçirilmişdir ki, bu da iş üzrə qanuni yolla toplanmış və araşdırılmış sübutların mötəbərliyini şübhə altına almasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün əsaslar müəyyən etmir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-466/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-466/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver