Məhkəmə qərarları › İş №1(3-9)-467/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-467/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-467/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), Müdafiəçi müdafiəçi1 İbrahim oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Rəşad Məmmədov) ilə ##.##.1995-ci ildə Yardımlı rayonun Abasabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməsi və onun, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı, yəni ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, ##.##.2025-ci il tarixdə axşam saatlarında Yardımlı rayonu, Abasabad kəndində yerləşən evində qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı Zərərçəkmiş şəxs yeməyin hazır olmamasını bildirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və yumruqla sol qaş nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq ona “sol qaş nahiyəsinin çapığı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla kifayətlənməyərək 2026-cı ilin fevral ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə axşam saatlarında həmin evdə olan zaman Zərərçəkmiş şəxs soyuq çay gətirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və dəmir şişi odun sobasında qızdırıb sağ qol və sol baldır nahiyələrinə təmas etdirərək ona “sol baldır və sağ said nahiyəsinin çapıqları” ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş və sonuncu dəfə ## ##### 2026-cı il tarixdə saat 23 radələrində həmin evdə Zərərçəkmiş şəxs çayı gec gətirməsini bəhanə edərək kəmərlə sol qol nahiyəsinə zərbələr vuraraq ona “sol said nahiyəsinin qançırı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə ona işgəncə edərək əzab vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 İbrahim oğlu apellyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilməsini, Apellyasiya Məhkəməsi əməlin CM-in 128-ci maddəsinə tövsif edilməsini mümkün hesab etmədiyi halda, təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyəti, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə cəzanın məqsədlərinə daha yüngül cəza ilə nail olunmasının mümkünlüyü nəzərə alınaraq mümkün olan ən yüngül həddə endirilməsini və ya qanunun imkan verdiyi həddə daha yüngül cəza tətbiq edilməsini, iş üzrə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrinə və digər sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasında xəsarətlərin yaranma vaxtının, yaranma mexanizminin və hansı predmetlə yetirilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilsə də, məhkəmə bu ziddiyyətlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmamışdır. Bundan başqa, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrini faktiki olaraq nəzərə almamış, həmin ifadələrin niyə qəbul edilmədiyini hökmün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Bununla da iş üzrə həqiqətin müəyyən edilməsi üçün əhəmiyyətli olan hallar araşdırılmamış qalmışdır. Nəticədə məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlara üstünlük verməklə birtərəfli nəticəyə gəlmiş, bu isə işin faktiki hallarının düzgün müəyyən edilməsinə mane olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasında xəsarətlərin yaranma vaxtının, yaranma mexanizminin və hansı predmetlə yetirilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilsə də, məhkəmə bu ziddiyyətlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmamışdır. Bundan başqa, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrini faktiki olaraq nəzərə almamış, həmin ifadələrin niyə qəbul edilmədiyini hökmün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Bununla da iş üzrə həqiqətin müəyyən edilməsi üçün əhəmiyyətli olan hallar araşdırılmamış qalmışdır. Nəticədə məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlara üstünlük verməklə birtərəfli nəticəyə gəlmiş, bu isə işin faktiki hallarının düzgün müəyyən edilməsinə mane olmuşdur. İş materiallarında göstərilən epizodların hər biri müstəqil sübutlarla təsdiq edilməmiş, onların əhəmiyyətli hissəsi yalnız zərərçəkmişin ifadəsinə əsaslanmışdır. Ekspertiza müəyyən etmişdir ki, xəsarətlərin bir hissəsi sağlamlığa zərər vurmayan xəsarətlərdir; yalnız bir hissəsi sağlamlığa yüngül zərər vurmuşdur; çapıqların nə vaxt və hansı predmetlə əmələ gəlməsi müəyyən edilməmişdir. Belə ekspert rəyi “işgəncə vermə” faktını qəti şəkildə təsdiq etmir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tövsif etsə də, iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlar həmin maddənin tətbiqi üçün zəruri olan əlamətləri tam təsdiq etmir. Əksinə, iş materialları, xüsusilə məhkəmə-tibbi ekspertiza rəyində müəyyən edilmiş hallar əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməsini zəruri edir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin bir hissəsi sağlamlığa zərər vurmayan, yalnız bir hissəsi isə sağlamlığa yüngül zərər vuran xəsarətlər kimi qiymətləndirilmişdir. Eyni zamanda ekspertiza rəyi ilə xəsarətlərin əmələ gəlmə vaxtı, hansı alətlə yetirilməsi və konkret yaranma mexanizmi müəyyən edilməmiş, yalnız onların zərərçəkmişin göstərdiyi şəraitdə əmələ gəlməsinin mümkünlüyü qeyd olunmuşdur. Belə bir ekspert rəyi CM-in 133.2.6-cı maddəsində nəzərdə tutulan "işgəncə vermə" əlamətini və mütəmadi olaraq güclü fiziki ağrı və ya psixi iztirab yetirilməsini təsdiq edən qəti sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində isə qəsdən sağlamlığa yüngül zərər vurma, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan xəsarətin yetirilməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. İş üzrə ekspertiza rəyi də məhz zərərçəkmişə sağlamlığa yüngül zərər vurulduğunu müəyyən etmişdir. Buna görə də iş üzrə müəyyən edilmiş obyektiv hallar CM-in 128-ci maddəsinin dispozisiyasına uyğun gəlir. Birinci instansiya məhkəməsi ekspertiza rəyində müəyyən edilmiş tibbi nəticələrə lazımi hüquqi qiymət verməmiş, xəsarətlərin xarakterindən irəli gələn hüquqi nəticələri nəzərə almamış və həmin nəticələri CM-in 133.2.6-cı maddəsinin dispozisiyası ilə əlaqələndirmədən, əsasən zərərçəkmiş şəxsin ifadəsinə istinad etməklə daha ağır cinayət tərkibini tətbiq etmişdir. Halbuki cinayət qanununun düzgün tətbiqi prinsipi tələb edir ki, əməl yalnız sübuta yetirilmiş faktiki hallara uyğun olan norma ilə tövsif edilsin. Beləliklə, iş üzrə toplanmış sübutlar, xüsusilə məhkəmə-tibbi ekspertizasının rəyi, zərərçəkmişə qəsdən sağlamlığa yüngül zərər vurulmasını təsdiq etdiyi halda, CM-in 133.2.6-cı maddəsinin tətbiqi üçün zəruri olan “işgəncə vermə” və “mütəmadi olaraq güclü fiziki ağrı və ya psixi iztirab yetirmə” əlamətləri obyektiv sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə deyil, 128-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə hökmünü əsasən zərərçəkmiş şəxsin ifadələrinə və onun mövqeyini dəstəkləyən şahidlərin ifadələrinə əsaslandırmış, müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrinə isə lazımi hüquqi qiymət verməmişdir. Hökmdə həmin şahidlərin ifadələrinin niyə mötəbər hesab edilmədiyi, hansı səbəbdən rədd edildiyi və ya onların iş üzrə əhəmiyyət daşımadığı əsaslandırılmamışdır. Bundan başqa, ekspertiza rəyində xəsarətlərin yaranma vaxtının, yaranma mexanizminin və hansı alətlə yetirilməsinin dəqiq müəyyən edilməsinin mümkün olmaması göstərildiyi halda, məhkəmə həmin qeyri-müəyyənlikləri təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirməmiş, əksinə, onları ittihamın xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə hökmünü əsasən zərərçəkmiş şəxsin ifadələrinə və onun mövqeyini dəstəkləyən şahidlərin ifadələrinə əsaslandırmış, müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrini isə lazımi qaydada araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Hökmdə həmin şahidlərin ifadələrinin hansı səbəbdən qəbul edilmədiyi və ya niyə mötəbər hesab edilmədiyi əsaslandırılmamışdır. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyində zərərçəkmiş şəxsdə müəyyən edilmiş xəsarətlərin bir hissəsinin sağlamlığa zərər vurmayan, digər hissəsinin isə sağlamlığa yüngül zərər vuran xəsarətlər olduğu müəyyən edilmiş, eyni zamanda xəsarətlərin yaranma vaxtının, yaranma mexanizminin və hansı alətlə yetirilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə isə bu halları digər sübutlarla birlikdə hərtərəfli yoxlamamış, ekspertiza rəyində mövcud olan ziddiyyət və qeyri-müəyyənlikləri aradan qaldırmadan həmin rəyi yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə əlaqələndirməklə ittihamın əsasına qoymuşdur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam və obyektiv araşdırmaq və yoxlamaq vəzifəsini yerinə yetirməmiş, yalnız ittiham tərəfinin mövqeyini dəstəkləyən sübutlara üstünlük verməklə CPM-in 143-cü maddəsinin tələblərini pozmuşdur. Bu prosessual pozuntu nəticəsində işin faktiki halları düzgün müəyyən edilməmiş, təqsirləndirilən şəxsin əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tövsif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hökmü əsasən zərərçəkmiş şəxsin ifadələri və onun mövqeyini dəstəkləyən şahidlərin ifadələri əsasında qurmuş, müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrini isə lazımi qaydada təhlil etməmiş, onların niyə qəbul edilmədiyini və ya hansı əsaslarla mötəbər hesab edilmədiyini hökmdə göstərməmişdir. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi barədə Plenum Qərarında ifadə olunmuş hüquqi mövqeyə ziddir. Bundan başqa, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyində zərərçəkmiş şəxsdə müəyyən edilmiş xəsarətlərin sağlamlığa yüngül zərər vurduğu, habelə xəsarətlərin yaranma vaxtının, yaranma mexanizminin və hansı alətlə yetirilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərildiyi halda, məhkəmə həmin nəticələri digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməmiş, ekspertiza rəyində mövcud olan qeyrimüəyyənlikləri aradan qaldırmadan ittihamın əsasına qoymuşdur. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmə hökmü ehtimallara deyil, yalnız məhkəmə iclasında araşdırılmış və biri-birini tamamlayan sübutların məcmusuna əsaslanmalıdır. Hazırkı iş üzrə isə məhkəmə sübutların məcmusunu deyil, əsasən ittiham tərəfinin təqdim etdiyi sübutları əsas götürmüş, müdafiə tərəfinin sübutlarını isə lazımi qaydada araşdırmayaraq və qiymətləndirməyərək qanuni, əsaslı və ədalətli hökm qəbul edilməsi ilə bağlı Plenum Qərarının tələblərini pozmuşdur. Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilməsini, Apellyasiya Məhkəməsi əməlin CM-in 128-ci maddəsinə tövsif edilməsini mümkün hesab etmədiyi halda, təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyəti, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə cəzanın məqsədlərinə daha yüngül cəza ilə nail olunmasının mümkünlüyü nəzərə alınaraq mümkün olan ən yüngül həddə endirilməsini və ya qanunun imkan verdiyi həddə daha yüngül cəza tətbiq edilməsini, iş üzrə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələrinə və digər sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi əməlin tövsifi ilə bağlı olan hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.6-cı maddəsinə əsasən eyni əməllər işgəncə verməklə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, zərərçəkmiş şəxsə mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar verilir. CM-in 133-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qeyd edilən cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir a) əzab vermənin üsulları, yəni mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər; b) şəxsə verilən əzabın məzmunu, yəni güclü fiziki ağrı və ya psixi iztirablar vermə; c) belə əməllərin CM-in 126-cı və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmaması. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə, şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və yaxud sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə (çimdikləmə, kəsibdoğrama, küt və ya iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə) və buna oxşar digər hərəkətlər başa düşülməlidir. CM-in 133.2.6-cı maddəsində əzab vermənin işgəncə verməklə törədilməsi bu cinayətin ağırlaşdırıcı əlaməti kimi verilmişdir. Cinayət qanunvericiliyində işgəncəyə verilmiş anlayışdan aydın olur ki, işgəncə hər halda zərərçəkmişə güclü fiziki ağrı və ya psixi iztirablar verməni nəzərdə tutur. Əzab vermə işgəncənin ayrılmaz və zəruri əlamətidir. Apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, şahidlər X1, şahid3 və şahid1 məhkəmə istintaq zamanı verdikləri ifadələri, “xxxx” X3 ##.##.2026-cı il tarixli, ** nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, ##.##.2025-ci il tarixdə axşam saatlarında Yardımlı rayonu, Abasabad kəndində yerləşən evində qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı Zərərçəkmiş şəxs yeməyin hazır olmamasını bildirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və yumruqla sol qaş nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq ona “sol qaş nahiyəsinin çapığı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla kifayətlənməyərək 2026-cı ilin fevral ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə axşam saatlarında həmin evdə olan zaman Zərərçəkmiş şəxs soyuq çay gətirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və dəmir şişi odun sobasında qızdırıb sağ qol və sol baldır nahiyələrinə təmas etdirərək ona “sol baldır və sağ said nahiyəsinin çapıqları” ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş və sonuncu dəfə ## ##### 2026-cı il tarixdə saat 23 radələrində həmin evdə Zərərçəkmiş şəxs çayı gec gətirməsini bəhanə edərək kəmərlə sol qol nahiyəsinə zərbələr vuraraq ona “sol said nahiyəsinin qançırı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə ona işgəncə edərək əzab vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, qeyd edilənlər hamısı böhtandır. Zərərçəkmiş şəxs ilə aralarında söz-söhbət olsa da, Aytən özü qaçıb evlərinə getmişdir. Aytənin üzərində aşkar edilmiş xəsarətləri o yetirməmişdir. O, polis şöbəsində verdiyi izahatındada bunu bildirmişdir.Birgə yaşadıqları müddətdə O, Aytənə hər hansı fiziki və psixi təziq göstərməmişdir. Belə bir şey olsaydı qonşuların və ya qohumların da məlumatı olardı. Aralarında olan narazılıq onunla birlikdə yaşayan 1-ci qrup əlil bacısından Aytənin irgənməsindən başlamışdır. Aytənə yaxın qohumları təsir edir ki, Aytən ondan ayrısın. Ona deyirlər ki, səni pullu şəxsə verəcəyik. Qeyd etdiklərini nəzərə alaraq əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan əməlin törədilməsi birbaşa olaraq zərərçkəmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Məhkəmə iclasında şahidlərin verdiyi ifadələr isə zərərçəkmiş şəxsin ifadəsi ilə üst-üstə düşməklə onu tamamlayır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirlənsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsi, yəni Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə axşam saatlarında Yardımlı rayonu, Abasabad kəndində yerləşən evində qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı Zərərçəkmiş şəxs yeməyin hazır olmamasını bildirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və yumruqla sol qaş nahiyəsinə 01 (bir) dəfə zərbə vuraraq ona “sol qaş nahiyəsinin çapığı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla kifayətlənməyərək 2026-cı ilin fevral ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə axşam saatlarında həmin evdə olan zaman Zərərçəkmiş şəxs soyuq çay gətirməsini bəhanə edərək sonuncunu təhqir etmiş və dəmir şişi odun sobasında qızdırıb sağ qol və sol baldır nahiyələrinə təmas etdirərək ona “sol baldır və sağ said nahiyəsinin çapıqları” ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş və sonuncu dəfə ## ##### 2026-cı il tarixdə saat 23 radələrində həmin evdə Zərərçəkmiş şəxs çayı gec gətirməsini bəhanə edərək kəmərlə sol qol nahiyəsinə zərbələr vuraraq ona “sol said nahiyəsinin qançırı” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə ona işgəncə edərək əzab verməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli, ** nömrəli rəyi ilə və işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Sadalanan sübutlar təqsirləndirilən şəxsə istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə özünü təqsirli bilməsi həm də apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, onun ifadələri arasında ziddiyyət mövcuddur. Kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi nəvəsi, Təqsirləndirilən şəxs isə kəndçisidir. Tarixini xatırlamadığı vaxtda səhər çağı evin çöl qapısı döyülmüş və qapını açarkən Aytən ona «ay əmi məni ödürdülər» deyərək içəri daxil olmuşdur. İlk əvvəl o, Aytəni tanımamış, lakin eyvana çıxdıqdan sonra ailə üzvələri onun kim olduğunu ona bildirmişlər. Daha sonra mobil telefonla Aytənin atasına zəng edib məlumat vermiş, Aytənin atası gəlmiş və birlikdə Aytəni onlara aparmışlar. Söhbət zamanı Aytən onu Qeysin döydüyünü bildirmişdir. İş materiallarında olan “xxxx” X3 ##.##.2026-cı il tarixli, ** nömrəli rəyindən görünür ki;

1. Vət. Zərərçəkmiş şəxs sol said nahiyyəsinin qançırı, sol qaş, sol baldır və sağ said nahiyyəsinin çapığı müəyyən olunmuşdur: Sol said nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

2. Vət. Zərərçəkmiş şəxs sol qaş nahiyyəsində aşkar olunan çapıq səthi yaranın sağaldıqdan sonrakı izidir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İlkin tibbi sənəd olmadığından yaranın xarakterini, hansı növ alətin təsirindən törədilməsini və törənmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir. Qeyd olunan xəsarətin müayinə olunanın göstərdiyi vaxtda və şəraitdə, yəni ## ###### 2025-ci il tarixdə yumruqla vurulma nəticəsində əmələ gələ bilməsi inkar olunmur.

3. Vət. Zərərçəkmiş şəxs sol baldır və sağ said nahiyyəsində aşkar olunan çapıqlar yaraların sağaldıqdan sonrakı izi olub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İlkin tibbi sənəd olmadığında yaraların xarakterini, hansı növ alətin təsirindən törənməsini və törənmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir. Qeyd olunan xəsarətlərin müayinə olunanın göstərdiyi vaxtda, yəni 2026-cı ilin fevral və ya mart ayında yüksək hərarətə malik əşyanın təsirindən əmələ gələ bilməsi inkar olunmur. “xxxx” X3 ##.##.2026-cı il tarixli, ***/**** nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Abasabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 16:10- da sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü Yardımlı RMX-nın TTYŞ-də müayinədən keçmiş və onda sərxoşluq aşkarlanmamışdır. “xxxx” X3 ##.##.2026-cı il tarixli, ***/**** nömrəli məktubundan görünür ki, Yardımlı rayonu Abasabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatında dayanmır. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Hamarkənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə özünü sakit, səmimi şəxs kimi tanıtsa da, sön dövrlərdə ailsində mütəmadi narazılıqlar yaradaraq, davadalaş salması barədə məlumatlar daxil olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və # #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 133.2.6-cı maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin iş materiallarına olan “Qətimkan tədbirinin seçilməsinə dair” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla təqsirləndirilən şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız ehtimal və mülahizələrinə əsaslanır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyində “əzab vermə” xüsusi cinayət tərkibi (məsələn, CM-in 133-cü maddəsi - Əzab vermə) olmaqla yanaşı, həm də digər ağır cinayətlərdə (məsələn, qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma) ağırlaşdırıcı hal kimi nəzərdə tutulur. Cinayət törədilərkən zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya mənəvi əzabların verilməsi (məsələn, diri-diri yandırma, uzun müddət qida və sudan məhrum etmə, bədəninə çoxsaylı xəsarətlər yetirmə) "əzab vermə" və xüsusi amansızlıq kimi qiymətləndirilir. Əməlin bu maddə ilə tövsif edilməsi üçün təqsirkar şəxsin zərərçəkmişə məhz işgəncə və ya əzab vermək niyyətinin (subyektiv cəhətdən) mövcud olması sübuta yetirilməlidir. "Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs üzərində tam asılılığından sui-istifadə edərək, ona mütəmadi olaraq döymə və digər qəddar hərəkətlərlə yanaşı, həm də işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirablar yaşatmışdır. Təqsirkarın bu əməlləri Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsinin tərkib əlamətlərini tam ehtiva edir.” “Məhkəmə müəyyən etmişdir ki, zərərçəkmişə qarşı tətbiq edilən zorakılığın intensivliyi, davamlılığı və qəddarlıq dərəcəsi adi əzab vermə həddini aşaraq keyfiyyətcə daha ağır məzmun kəsb etmiş və CM-in 133.2.6-cı maddəsində təsbit olunmuş işgəncə elementləri ilə müşayiət olunmuşdur.” Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs himayəsində birinci qrup olmasına da məhkəmə kollegiyası hüquqi qiymət verərək hesab edir ki, bu hal da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, lakin ona təyin edilmiş cəzanın bu hal da nəzərə alınmaqla ədalətli olması və cəzanın dəyişdirilməsi üçün əsas olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CMin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar