Məhkəmə qərarları › İş №1(3-9)-471/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-471/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-471/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) ilə ##.##.1958-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işsiz, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 74A-da qeydiyyatda olmaqla, M.Hacıyev küçəsi, bina 3də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ##.##.2024-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə həşişi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istifadəsində olan +*****-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti məlum olmayan şəxslə danışaraq külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin şəxsdən məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə həşişi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu ərazisinə daşımış, ## ###### 2026-ci il tarixdə, saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul- Muğan avtomobil yolunun Muğan qəsəbəsi istiqamətində yolun kənarında yerləşən yarım tikilidə saxlanılaraq üzərində yoxlama aparılan zaman onun məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 03 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 1280,0, qram, 970,0 qram və 1210,0 qram olmaqla, ümumi təmiz çəkisi-3460,0 qram külli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd üzəri yapışqdan lentlə bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1100,0 qram və 1095,0 qram olmaqla, ümumi təmiz çəkisi 2195,0 qram külli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş və 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torbada təmiz çəkisi-790,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin sağ əlində saxlayıb daşımaqla yerə atdığı qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə verilmiş ittiham sübut olunmadığı üçün ona həmin maddələrlə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi üzrə ittiham iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmadığı, həmçinin iş üzrə bir sıra qanun pozuntularına yol verildiyi, həmçinin iş üzrə tam və hərtərəfli araşdırma aparılmadığı üçün Təqsirləndirilən şəxs əməli 29, 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə iclasında ifadə vermiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməmiş, bildirmişdir ki, hadisə günündən bir gün qabaq onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxsi o tanımamış, həmin naməlum şəxs ona Hacıqabul rayonu ərazisində bir qadınla görüşüb öz istifadəsi üçün narkotik əldə edəbiləcəyini bildirmişdir. O da, narkotik vasitə istifadəsiçi olduğu üçün və öz istifadəsi üçün narkotik vasitə əldə etmək üçün zəng edən naməlum şəxslə razılaşaraq Hacıqabul rayonu ərazisinə getməyə qərar vermişdir. Hadisə yerinə yalnız özünün istifadəsi üçün 100 qram həşiş üçün gəlmişdir. Hadisə yerində yarımtikilinin içinə giririb, qaranlıq olduğu üçün heç kimi və heçnəyi görməmişdir, bu zaman tikilinin içində pusqu qurmuş polis əməkdaşları onu tutmuşlar. O əlini hər hansı bir çantaya vurmamışdır. Polis tərəfindən ona psixi təzyiq göstərildiyi üçün çantanın ona məxsus olduğunu bildirmişdir. Belə ki, polis nəfərləri tərəfindən ona narkotik vasitə olan çantanı özünə aid olduğunu bildirməyəcəyi halda hadisə yerinə onu gətirmiş taksi şoferini və onlarla gələn bacısı oğlunu da narkotik vasitələrinin dövriyyəsində ittiham edəcəklərini bildirmişlər. O da məcbur olub çantanın güya ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında baxışı keçirilmiş tutulması anını əks etdirən videoçəkiliş səhnələşdirilib və saxtadır, müdaxiləyə məruz qalmışdır, əlinə heç bir çanta götürməmiş və kənara atmamışdır. Videoçəkilişin ekspertizasının keçirilməsi zəruridir. Bundan başqa, məhkəmədə dindirilmiş polis əməkdaşları olan şahidlər bir-birinə ziddiyətli ifadələr verərək, təqsirləndirilən Təqsirləndirilən şəxs gah əlində çanta tikiliyə girəndə, gah da tikilinin içində saxlanıldığını, tikilidə polis əməkdaşları tərəfindən pusqu qurulmadığını, Təqsirləndirilən şəxs arxası ilə tikiliyə girərək onu tutduğlarını bildirmişlər. Amma iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, videoçəkiliş tikilinin içində olan polis əməkdaşı tərəfindən fənər yandırıldıqdan sonra tikilinin içində olan polis əməkdaşı tərəfindən aparılmışdır. İş materiallarından və məhkəmədə dindirilmiş şahid ifadələrindən görünür ki, güya Təqsirləndirilən şəxs qabaqcadan alınmış məlumat əsasında barəsində əməliyyat tədbiri keçirilmişdir. Onun olduğu yer müəyyən edilərək izlənilmiş, ## ######## 2025-ci il saat 19:15 radələrində yol kənarında yerləşən yarımtikilinin içinə girməsi müşahidə olunmuş və arxasıyca gedilərək əməliyyat çəkilişi ilə yarımtikilinin içində saxlanılmışdır. Saxlandıqdan sonra Rüstəm Qulu zadənin telefonunda narkotik maddənin olduğu yeri bildirən “konum-məkan” və şəkillər aşkar edilmişdir. Guya Rüstəm-Quluzadə İranlı bir şəxs tərəfindən onun telefonunda quraşdırılmış ani mesajlaşma tətbiqi “WhatsApp”-dan istifadə edərək ona narkotikin yerləşdirildiyi məkan və şəkillər göndərilmişdir. Bu mesajlardan yalnız Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Buradan belə bir sual ortaya çıxır ki, polis əməkdaşları bu barədə haradan bilərək narkotik olan çanta yerləşdirildiyi tikilidə qabaqcadan pusqu quraraq Təqsirləndirilən şəxs tutmuşlar. Belə bir ehtimal ortaya çıxır ki, Rüstəm Quluzadə polis əməkdaşlarına bəlli bir şəxs tərəfindən cinayətə təhrik edilərək tutulmuşdur. İş materiallarında olan videoçəkilişin 00:12-ci saniyyəsindən görünür ki, videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən hadisə yerində fənər yandırıldıqdan sonra Təqsirləndirilən şəxs qaranlıqdan 5-6 metr məsafədən yandırılmış gur fənər işığına ilkin olaraq heç bir reaksiya vermədən hərəkətinə davam edir. Halbuki, normal vəziyyətdə əyər şərait qəfil dəyişirsə və ya qaranlıqda işıq yanırsa şəxs həmin işığa dərhal adekvat reaksiya verməli, hərəkətini dayandırmalı, nə baş verdiyini anlamağa çalışmalıdır. Amma çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən verilmiş təlimatlandırmaya uyğun hərəkət edərək guya çantanı ərazidən götürərək uzaqlaşmağa çalışmış, və onu tutanda yerə tullamişdır. Halbuki, Təqsirləndirilən şəxs heç bir çanta götürmədiyini və videoçəkilişin quraşdırma olduğunu israrla bildirmişdir. Həmçinin çəkilişdə çantanın tullanması epizodunda şübhəli məqamlar açıq aşkar görünür ki, çanta qəfildən yoxa çıxır və sonradan polis əməkdaşları tərəfindən gətirilərək çəkiliş əhatəsinə qoyulur. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tutulduğu anı əks etdirəm videoçəkilişin məhkəmə-texniki ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Həmçinin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs saat 19:15 dəqiqədə saxlanılmış və videoçəkiliş saat 19:38-də bitmişdir. Amma iş materiallarından görünür ki, Rüstəm Qulu zadənin telefonuna 19:40 (səs qeydi: “Dayı nə xəbər bə niyə belə edirsən götürəndən sonra malı, bu nə hərəkətdi daydan tez mənə zəng elə”) və 19:41-də (yazı - “3 kilo otdu 3kilo heşeş 750 qram kola”) göndərilmişdir. Bundan görünür ki, tutulmamışdan qabaq Təqsirləndirilən şəxs narkotikin çəkisindən belə xəbəri olmamışdır, özünün bildirdiyi kimi o, 100 qram narkotikin əldə edilməsi üçün hadisə yerinə gəlməyə təhrik edilmişdir. Polis əməkdaşlarının hadisə yerində pusqu qurması bunu bir daha sübut edir. Həmçinin narkotik vasitənin çəkisi barədə məlumat Təqsirləndirilən şəxs tərəfindən tutulduqdan sonra onun mobil telefonuna göndərilməsi ona AR CM 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı şübhə altına alır. Bu bir daha Rüstəm Quluzadənin külli miqdarda narkotik üçün gəlmədiyini təsdiq edir. Amma məhkəmə hökmünün 49-cu bəndində qeyd edilir ki, “... İranlı şəxsin yazdığı 3 kilo ot, 3 kilo həşiş, 750 qram həşiş” mesajı ekspertiza nəticəsində aşkar edilən narkotiklərin miqdarı və növü ilə tam üst-üstə düşür ki, bu da şəxsin nə daşıdığını dəqiq təsdiq edir“. Halbuki, yuxarıda qeyd edildiyi kimi bu mesaj Təqsirləndirilən şəxs saat 19:15 də saxlanılması və əməliyyat videoçəkilişinin saat 19:37 dəqiqədə bitməsindən sonra, yəni 19:41 dəqiqədə telefonuna göndərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli * nömrəli Qərarının 32-ci bəndində qeyd edilir ki, “əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. ...Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. X14 qeyd edilir ki, “Bu dəyişikliklər, eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il # #### tarixli * nömrəli Qərarının qəbul edilməsindən sonra narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair işlərə məhkəmələrdə baxılması zamanı meydana gələn yeni suallar, bir sıra məsələlər üzrə, o cümlədən əməliyyataxtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi məsələlərinə münasibətdə fərqli yanaşmaların olması yeni Plenum qərarının qəbul edilməsini, hüquqtətbiqetmə təcrübəsində yaranan suallar üzrə düzgün hüquqi mövqelərin və vahid yanaşmanın formalaşdırılmasını zəruri etmişdir.”. Amma yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Qərarında qeyd edilənlərə zidd olaraq, hazırki iş üzrə təqsirləndirilən şəxsin saxlanılması anını əks etdirən videoçəkiliş iş üzrə yuxarıda qeyd edilmiş ciddi şübhlələr və ziddiyətli məqamlar yaradır. Bu şübhələr CPM-nin tələblərinə görə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilsə də, iş üzrə onunla qabaqcadan əlbir olan heç bir şəxs müəyyən edilməmişdir. İttihamda belə qeyd edilir ki, “İran İslam Respublikası vətəndaşı ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq...”. Bu hallarda yalnız təqsirləndirilən şəxsin güya özünün verdiyi ifadələrində öz əksini tapmışdır. Amma iş üzrə digər mötəbər sübutlarla təsdiqini tapmır. Yəni yuxarıda qeyd edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsinə təhrik edilməsi şübhələri mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. Bu maddə üzrə ittiham qeyri-müəyyən və ehtimal yaradan ifadələrlə əsaslandırılmağa çalışılmışdır. Məhkəmə hökmü ehtimallara əsaslana bilməz. Təsadüfi deyil ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli 1 (4-5) **/**** nömrəli hökmü ilə (Sədrlik edən cənab Elxan Süleymanov, hakimlər Neymət Məmmədov və Ənnağı Məmmədli) eyni məzmunlu ittiham üzrə ehtimallara əsaslanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi həmin iş üzrə təqsirləndirilən şəxsə (T.İsayev) verilmiş ittihamdan çıxarılmışdır. Belə ki, həmin iş üzrə məhkəmə bu işdə olduğu kimi verilmiş ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin ehtimallara əsaslandığı və sübut olunmadığı qənaətinə gəlmişdir. Məhkəmə hökmündə ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını kifayət qədər əsaslandırmışdır. Son dövrlər Azərbaycan Respublikası Ali Məhkəməsi öz fəaliyyətində və qəbul etdiyi qərarlarında məhkəmə təcrübəsinin formalaşdırılmasına çox geniş yer verir. Qürurverici haldır ki, bu kimi əsaslandırmalarla qəbul edilmiş milli məhkəmələrin hökmlərinin və qərarlarının olması hər hansı bir Avropa Məhkəməsi qərarına belə istinad edilməsinə belə ehtiyac qoymur. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs özünü 100 qram narkotik vasitə əldə etmə əməlinə görə təqsirli bildiyini göstərib, apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci maddəsinin; -külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələrini, eyni zamanda şahidlər şahid5, şahid4, şahid3 və şahid2 ifadələri, ##.##.2026-cı il tarixli “Raport”, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin əl yükünə baxış keçirilməsi, üstünün yoxlanılması və götürmə haqqında» ## ###### 2026-cı il tarixli protokol və ona əlavə edilmiş disk, ## ###### 2026-cı il tarixli telefona baxış keçirilməsi haqqında protokol, «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» ## ###### 2026-cı il tarixli protokol və ona əlavə edilmiş disk, «Məhkəmə-bioloji ekspertizası»nın ## ###### 2026-cı il tarixli, **/***-*** nömrəli rəyi, məhkəmə tibbi ekspertizasının ## ###### 2026-cı il tarixli, ** saylı rəyi, Məhkəmə-narkoloji ekspertizasının ## ##### 2026-cı il tarixli, **** nömrəli rəyi, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ##### 2026 cı il tarixli, **** saylı rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi ev 74A-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu M.Hacıyev küçəsi bina 3-də tək yaşayır. Heç vaxt evli olmamışdır. Əvvələr bir neçə dəfə cinayət etdiyi üçün məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə isə ##.##.2025-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsi ilə təqsirli bilindiyi üçün 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. ##.##.2026-cı il tarixdə amnistiya aktına əsasən cəzadan azad olmuşdur. Bundan əlavə imkan olduqda el arasında nəşə kimi adlanan narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün hər ay dövlət tərəfindən 220 manat sosial müavinət alır. ## ###### 2026-ci il tarixdə gecə saat 02 radələrindən Oppo markalı mobil telefonuna quraşdırdığı və +*****-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi vatsap ani mesajlaşma mobil tətbiqinə +************ saylı mobil nömrədən zəng gəlmişdir. Həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayan zaman ona adını deməsə də, adı ilə çağırmış və tanıdığını başa düşmüşdür. Həmin şəxsdən nə işlə məşğul olduğunu soruşmuşdur. O da, həmin şəxsə telefonda demişdir ki, maddi imkanı olmadığı heç bir işlə məşğul olmur. Həmin şəxs onun güvənilən insan olduğunu bildirib iş təklif etmişdir. Belə ki, deməsinə görə Hacıqabul rayonunda tanıdığı qadının bağlamada narkotik vasitə verəcəyini və Gəncə şəhərinə qayıtdıqdan sonra həmin bağlamanı Gəncə şəhərində bir yerə qoyacağını, bunun qarşılığında ona 700 manat pul verəcəyini bildirmişdir. Əlavə olaraq da, 100 manat taksi pulu verəcəkdir. Ona zəng edən nömrənin iran nömrəsi olmasını və danışan şəxsin İran İslam Respublikası vətəndaşı olmasını dediyi üçün başa düşmüşdür ki, həmin şəxsin ona dediyi iş təklifi narkotik vasitə ilə bağlıdır. Maddi imkanı olmadığı üçün həmin təkliflə razılaşmışdır. ## ###### 2026-ci il tarixdə ac olduğu üçün saat 14 radələrində bacısı Xumarənin evinə gedib orada yemək yemişdir. Sonra bacısı oğlu Səbuhiyə demişdir ki, Hacıqabul rayonuna gedib bir nəfər şəxslə görüşüb geri qayıdacaqdır. Səbuhi isə onunla getmək istədiyini bildirmişdir, o isə etiraz etməmişdir. Sonra Gəncə şəhərində üzlə tanıdığı şəxsə yaxınlaşmış və ona Hacıqabul rayonuna gedib qayıdacağını bildirmişdir. Sürücü ilə belə razılaşmışdır ki, benzin pulunu verəcək, özünə əlavə pul hörməti edəcəkdir. Sonra sürücünün idarə etdiyi “Lada-Priora” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Bacısı oğlu isə Səbuhi arxa oturacaqda əyləşmişdir. Təxminən 14-15 radələrində Gəncə şəhərindən avtomobillə hərəkət etməyə başlamışlar. Zəng edən şəxsin göndərdiyi konuma gəldikdən sonra sürücüyə demişdir ki, avtomobili saxlasın. Avtomobildən düşdükdən sonra sürücüyə demişdir ki, “çıxıb gedə bilərsiz, deyəndə, gəlib məni apararsız”. Çünki fikirləşmişdir ki, görüşəcəyi qadın ola bilsin ki, utanar həmin şəxslərin yanında onunla görüşməz. Yol kənarında dayandıqdan sonra təxminən saat 19:05 radələrində adını bilmədiyi İran vətəndaşı onunla səsli danışaraq qadının görüşə bilməyəcəyini, bağlamanın konum göndərəcəyi yerdə olacağını bildirmişdir. O həmin şəxslə razılaşmışdır. Sonra telefonda danışdığı şəxsin göndərdiyi oxla işarələnmiş yol kənarında tikilinin olmasını görmüşdür. Həmin yarım tikiliyə daxil olmuş, orada heç kim olmamışdır. Yerdə isə qara rəngli idman çantasını görmüşdür. Çantanı götürüb oradan uzaqlaşmaq istəyərkən mülki geyimdə olan şəxslərin ona tərəf gəldiyini görmüşdür. Bu zaman çantanı yerə atmışdır. Həmin şəxslər onu tikilinin içərisində saxlamışlar. Bundan sonra ona Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını, üzərində külli miqdarda narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ilk öncə onun üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini elan etmişlər. Əməliyyatçı üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra yerə atdığı idman çantası polis əməkdaşları tərəfindən açılmış və içərisində 6 ədəd qara rəngli bükümlər çıxmışdır. Bundan sonra həmin bükümlər yoxlanılmışdır. Həmin bükümlərdən 3 ədədində nəşə kimi tanıdığı narkotik vasitə qurudumuş marixuana bənzər kütlələr, 2 ədədində narkotik vasitə həşişə bənzər kütlələr, 1 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. İlkin olaraq birinci bükümdə həşiş kimi tanıdığı narkotik vasitə həşişə bənzər kütlənin çəkisinin 1161 qram, ikinci bükümdə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1387 qram, üçüncü bükümdə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1332 qram, dördüncü bükümdə nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1086 qram, beşindi bükümdə həşiş kimi tanıdığı narkotik vasitə həşişə bənzər kütlənin çəkisinin 1145 qram, altımcı bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 820 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr çantaya qoyulduqdan sonra ağ rəngli sintetik kisə qoyularaq möhürlənmişdir. Bundan əlavə hadisə zamanı əlində saxladığı 1 ədəd Poco markalı üzərində 051-831-28-77 və 055-544-53- 33 mobil nömrələr olan mobil telefon aşkar olunaraq götürülmüş və əməliyyatçı tərəfindən qablaşdırılmışdır. Daha sonra üzərində yoxlama davam etdirilmiş, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra əlindəki çantaya və üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuş, həmin polis əməkdaşı ona üzərində külli miqdarda narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Tapdıqov İlqar Məhərrəm oğlu hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra Təhqiqatçı əlindəki çantaya baxış zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, onun və müdafiəçinin iştirakıilə çantadan aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində imzalar edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onunla telefon əlaqəsi saxlayan şəxs iran vətəndaş olmasını demişdir, həmin şəxsin şəxsiyyətindən heç bir məlumatı yoxdur, mobil nömrəsi +989903307969 olmuşdur. Aşkar edilmiş narkotik vasitələr əlində saxladığı çantada aşkar olunduğu üçün özünə məxsusdur. Həmin çantada olan narkotik vasitələri deyilən ünvana aparmalıydı. Lakin polis əməkdaşları tərəfindən tutulduğu üçün apara bilməmişdir. Avtomobilin sürücü Samir Kərimova və bacısı oğlu Səbuhi Alıyevə demişdir ki, Hacıqabul rayonunda tanış xanımla görüşüb geri qayıdacaqdır. Həmin şəxslər onun narkotik vasitə götürməyi barədə məlumatları olmamışdır. Hətda qadınla görüşəcəyini həmin şəxslərə dediyi üçün avtomobildən düşdükdən sonra çıxıb getmələrini, deyəndə gəlib onu aparmalarını demişdir. Əvvəllər narkotik vasitə istifadə etsə də, satışı ilə heç vaxt məşğul olmamışdır. Lakin sonuncu məlum hadisə zamanı aşkar edilmiş kütlələri iranlının dediyi ünvana aparacağı müqabilində 700 manat pul alacaqmış. Polis əməkdaşları tərəfindən üzərində yoxlama, o cümlədən əlindəki çantaya baxış aparılan zaman fiziki güc və ya zorakılıq hərəkətləri olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla deyil, İran İslam Respublikası vətəndaşı ilə danışıb, ondan öz istifadəsi üçün 100 qram qurudulmuş marixuana əldə etməkdə təqsirli bildiyini qeyd etmişdir. Belə ki, o, sərbəst ifadə verərək qeyd etmişdir ki, ## ###### 2026-ci il tarixdə gecə saat 02-03 radələrində istifadəsində olan mobil telefonundakı “WhatsApp” tətbiqinə tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxsin danışığından İran İslam Respublikasının vətəndaşı olduğunu anlamışdır. O, Rüstəmdən nə işlə məşğul olduğunu və maddi vəziyyətinin necə olduğunu soruşmuş, o isə maddi imkanının olmadığını və heç bir işlə məşğul olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs ona 100 qram narkotik vasitə verməyi, onu 10-15 gün müddətində sataraq qazanc əldə etməsini və narkotik vasitəsinin dəyəri olan 700 manatı ona qaytarmasını təklif etmişdir. Həmçinin İran vətəndaşı ona gələcəkdə yenidən narkotik vasitə istəsə hər qramını 10 manatdan verəcəyini bildirmişdir. Bundan sonra, İran İslam Respublikasının vətəndaşı onu bir qadınla tanış edəcəyini və narkotik vasitəni həmin qadından təhvil alacağını ona bildirmişdir. O, İran İslam Respublikasının vətəndaşı ilə razılaşdıqdan sonra yaşadığı Gəncə şəhərindən yola çıxmışdır. Təxminən gündüz saat 5-6 radələrində Hacıqabul rayonu ərazisinə çatmış, Hacıqabul rayonunun mərkəzinə çatmağa az qalmış, magistral yolun kənarında yerləşən “Muğan” yanacaq doldurma məntəqəsində gözləmişdir. Təxminən 1 saat gözlədikdən sonra İran vətəndaşı ona narkotik vasitəni götürmək üçün qadınla görüşəcəyi məkanın koordinatlarını (konum) “WhatsApp” tətbiqi vasitəsilə göndərmişdir. O, həmin göndərilən məkana getmiş, məkan heç kimin yaşamadığı köhnə yarımtikilini göstərmişdir. O, İran vətəndaşı ilə əlaqə saxlamış, həmin şəxs ona yarımtikili binanın yanına getməsini bildirmişdir. Yarımtikili binaya getdikdən sonra orada heç kimi görmədiyi üçün yenidən İran vətəndaşı ilə əlaqə saxlamış, İran vətəndaşı ona qadının Hacıqabul şəhərində kiminsə onu görməsini istəmədiyini, bu səbəbdən çantanı koordinatlarını göndəridyi məkana (konuma) qoyub getdiyini demişdir. O, yarımtikiliyə daxil olmuş və yuxarı qalxmışdır, məkan qaranlıq olmuş, o isə uzaqdan heç kim onu görməsin deyə telefonun işığını yandırmamışdır. Bu zaman o “Tərpənmə, çəkiliş gedir!” sözlərini eşitmişdir. O da həmin vaxt əlini yuxarı qaldırıb dayanmışdır. Oradakı şəxslərdən biri yaxınlaşaraq böyük bir çantanı məkanın ortasına ataraq onun olub olmadığını soruşmuş, o isə onun olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona zəng edən İran İslam Respublikası vətəndaşını tanımır, zəng edən nömrənin ad hissəsində fars dilində nələrsə yazıldığı üçün həmin adamın şəxsiyyəti barədə məlumatı yoxdur. Onun adını telefonda “Əmi Oğlu” kimi qeyd etmişdir. Gəncə şəhərindən günorta saatlarında yola çıxmış, birlikdə gəldiyi taksi sürücüsü və bacısı oğluna Hacıqabulda tanış bir qadınla görüşəcəyini demişdir. Hacıqabul rayonuna çatdıqdan sonra onlarla birlikdə yanacaq doldurma məntəqəsində gözləmiş, daha sonra ona məkanın koordinatları göndərildikdən sonra taksi sürücüsü və bacısı oğlu ilə birlikdə həmin yerə gəlmiş, lakin onlara gözləməməklərini bildirmiş, onlar da onu düşürtdükdən sonra avtomobil ilə çıxıb getmişlər. O, qadınla görüşdükdən sonra onlara zəng edib yenidən görüşəcəkmiş. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun məqsədi 100 qram qurudulmuş marixuana əldə etmək olmuşdur, həmin 100 qram marixuanaya görə İran vətəndaşı ilə 700 manata razılaşmışlar. İran İslam Respublikasının vətəndaşı ona əvvəlcə 800 manat demiş, 100 manat isə Gəncədən Hacıqabula gəlib-getmək üçün yol puluna görə çıxmışdır. İran vətəndaşı tərəfindən yarımtikilinin olduğu yerin coğrafi koordinatları ona “WhatsApp” tətbiqi vasitəsi ilə göndərilmişdir. Həmçinin, ona 3 ədəd fotoşəkil də İran vətəndaşı tərəfindən göndərilmiş, həmin şəkillərdə yarımtikili, yarımtikilinin içində çantanın qoyulduğu yer və çantanın şəkilləri olmuş, yerlərini dəqiq göstərmək məqsədi ilə həmin fotoşəkillər ox işarələri ilə işarələnmişdir. O, yarımtikiliyə daxil olduğunu, lakin çantanı hələ götürmədiyini, bu zaman polislər tərəfindən yaxalandığını, çantanın isə polislər tərəfindən ora gətirildiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaxalanarkən polis əməkdaşları tərəfindən videoçəkiliş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ifadələr qismən doğrudur. Belə ki, İran İslam Respublikası vətəndaşı ona narkotik vasitəni 700 manat müqabilində verməyə razılaşmış, həmin şəxsə pulunun olmadığını bildirmiş, o isə “satıb pulunu verərsən” demişdir. O İran vətəndaşı ilə razılaşsa da, narkotik vasitəni əldə etdikdən sonra 700 manatı göndərməyəcəyini, həmin narkotiki öz istifadəsi üçün əldə edəcəyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, narkotiki götürmək üçün yarımtikiliyə daxil olmuş, lakin çantanı götürməmiş polis əməkdaşları onu yaxalamışlar. Apellyasiya baxışı zamanı da Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, Hacıqabul RPŞ-nin X11 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ## ###### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19 radələrində Hacıqabul-Muğan yolunda Təqsirləndirilən şəxs "Lada Priora" markalı avtomobildən düşərək yol kənarındakı yarımçıq tikiliyə tərəf getdiyini, avtomobilin isə oradan uzaqlaşdığını müşahidə etmişlər. Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs tikiliyə daxil olub qara idman çantasını götürmüş, tikilidən çıxmaq istəyərkən elə tikilinin içində onlar tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu yaxalayarkən o, əlində olan qara idman çantasını yerə tullamışdır. Video-çəkiliş tətbiq edilməklə keçirilən baxış zamanı həmin çantadan 6 ədəd bükümdə külli miqdarda qurudulmuş marixuana, həşiş və heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, narkotikləri İran vətəndaşının xahişi ilə 700 manat müqabilində Gəncəyə aparmalı imiş. Daha sonra Təqsirləndirilən şəxs məxsus mobil telefon götürülmüş, onunla birlikdə gələn sürücü Samir Kərimov və sərnişin Səbuhi Alıyevin üzərində, habelə avtomobildə yoxlama aparılsa da, qanunsuz əşya aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc və ya zorakılıq tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş digər şahidlər şahid4, şahid3 və şahid2 şahid şahid5la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, iş materiallarında olan Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili şahid5 ##.##.2026-cı il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etməsi və daşıması barədə Hacıqabul RPŞ-yə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin əl yükünə baxış keçirilməsi, üstünün yoxlanılması və götürmə haqqında» ## ###### 2026-cı il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Muğan avtomobil yolunun Muğan qəsəbəsi istiqamətində yolun kənarında yerləşən yarım tikilidə saxlanılaraq üzərində yoxlama aparılan zaman əlində saxladığı, lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman yerə atdığı 1 ədəd qara rəngli idman çantasına baxış keçirilən zaman içərisində üzəri yapışqan lentlə bağlanmış 06 ədəd bükümlər aşkar olunmuşdur. Bundan sonra həmin bükümlər yoxlanılmışdır. Həmin bükümlərdən 3 ədədində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 2 ədədində narkotik vasitə həşişə bənzər kütlələr, 1 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. İlkin olaraq birinci bükümdəki narkotik vasitə həşişə bənzər kütlənin çəkisinin 1161 qram, ikinci bükümdəki narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1387 qram, üçüncü bükümdəki narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1332 qram, dördüncü bükümdəki narkotik vasitə qurudulmuş marixuana bənzər kütlənin 1086 qram, beşinci bükümdə narkotik vasitə həşişə bənzər kütlənin çəkisinin 1145 qram, altımcı bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 820 qram olduğu elektron tərəzidə çəkildikdən sonra müəyyən edilmişdir. Həmin kütlələr çantaya qoyulduqdan sonra ağ rəngli sintetik kisəyə qoyularaq möhürlənmiş və götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılan zaman əlində saxladığı 1 ədəd “Oppo” markalı mobil telefon əhəmiyyət kəsb etdiyi üçün zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. İş materiallarında olan ## ###### 2026-cı il tarixli telefon baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və üzərində yoxlama aparılan zaman aşkar olunaraq götürülmüş üzərində 051-831-28-77 və ***-***-**-** saylı mobil nömrə olan qara rəngli “Oppo A60” markalı 866063070676813 və 866063070676805 imei kodlu mobil telefona Hacıqabul rayon Polis Şöbəsinin inzibati binasında xidməti otağda baxış keçirilmişdir. Baxış zamanı telefona quraşdırılmış whatsapp ani mesajlaşma sisteminə daxil olan zaman həmin sistemdən +99451-831-28 ** saylı mobil nömrə ilə İran İslam Respublikasına məxsus +0989903307969, “Əmi Oğlu” kimi qeyd olunmuş nömrə ilə ##.##.2026ci il tarixdə qarşılıqlı olaraq zənglər, smslər və səsli qeydlər olması müəyyən edilmişdir. Belə ki, ##.##.2026-ci il tarixdə saat 17:01-də səsli zəng, saat 17:02-də səsli zəng, saat 17:27-də səsli zəng, saat 17:29-də səsli zəng, saat 18:27-də səsli zəng, saat 18:47-də səsli zəng, saat 18:52də səsli zəng, saat 18:56 də məkan (yönləndirilib) konum-məkanın Hacıqabul rayonu olması əks olunur, saat 18:56-də səsli zəng, saat 18:58-də səsli zəng, saat 19:03-də səsli zəng, saat 19:05-də səsli zəng, saat 19:07-də səsli zəng, saat 19:08-də şəkil (yönləndirilib) üzərində göy rəngli oxla işarələnmiş və Hacıqabul-Muğan avtomobilin yolunun sol kənarında mişar daşlarından tikilmiş yarımçıq tikili kənardan görünür, saat 19:08-də şəkil (yönləndirilib) üzərində göy rəngli oxla işarələnmiş və Hacıqabul-Muğan avtomobilin yolunun sol kənarında mişar daşlarından tikilmiş yarımçıq tikili yaxından görünür, saat 19:09-da səs qeydi “Başaa dönüm dayı götürdün xəbər elədə”, saat 19:12-də səsli zəng, saat 19:13-də şəkil (yönləndirilib) üzərində göy rəngli oxla işarələnmiş və Hacıqabul-Muğan avtomobilin yolunun sol kənarında mişar daşlarından tikilmiş yarımçıq tikilinin içərisində 1 ədəd qara rəngli idman çantası görünür, saat 19:15-də səsli zəng, saat 19:15-də səsli zəng, saat 19:17-də səsli zəng, saat 19:20-də səsli zəng, saat 19:22-də səsli zəng, saat 19:40-da səs qeydi, “Dayı nə xəbər bə niyə belə edirsən götürəndən sonra malı, bu nə hərəkətdi daydan tez mənə zəng elə”, saat 19:41-də yazışma “3 kilo otdu 3 kilo heşiş 750 qram kola” məzmunlu mesajlar, səsli mesajlar və şəkillər göndərilmişdir. İş materiallarında olan «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» ## ###### 2026-cı il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki idman çantasına baxış keçirilən zaman aşkar edilmiş 6 ədəd bükümlərin olduğu 1 ədəd kisə açılmış və baxış keçirilərək təkrarən qablaşdırılmışdır. Eyni zamanda əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin əl yükünə baxış keçirilməsi, üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş diskə baxış zamanı videogörüntünün 24 dəqiqə 30 saniyədən ibarət olması, həmin görüntünün 05:00 dəqiqəsində və sonrakı dəqiqələrdə Təqsirləndirilən şəxs əl çantasına baxış zamanı 3 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 2 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə həşişə bənzər kütlələr və 1 ədəd qara rəngli sellofan bükümdə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilməsi əks olunur. İş materiallarında olan «Məhkəmə-bioloji ekspertizası»nın ## ###### 2026-cı il tarixli, **/***-*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış sintetik torbada olan 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-1280,0 qram, 970,0 qram, 1210,0 qram, ümumi çəkisi -3460,0 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 1100,0 qram, 1095,0 qram, ümumi çəkisi-2195,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə həşişdir. 01 ədəd polietilen torbada təmiz çəkisi-790,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli ## ###### 2026-cı ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir: «Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış edərək bildirdi ki, əvvəllər 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir.sonuncu dəfə barəsində amnistiya aktı tətbiq edilərək məsuliyyətdan azad edilmişdir. Törətdiyi cinayət hadisəsi ilə bağlı bildirmişdir ki, əməlini etiraf edir, cəzasını çəkməyə hazırdır, lakin ona qətimkan tədbiri olaraq ev dustaqlığı seçilməsini xahiş etmişdir.» Beləliklə, sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə həşişi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlar məhkəmə kollegiyasında təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, satış məqsədi ilə həmin maddələri əldə etməsi, saxlaması, daşımasına dair qənaətin formalaşmasına əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyəti məlum olmayan İİR vətəndaşı ilə aralarında qeyd olunan hərəkətlərini CM-nin 234.4.1-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması, daşıması və s. kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-nin 234.4.3-cü maddəsinin tərkibi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, onun külli miqdarlarda narkotik vasitəni əldə etmək barədə İİR vətəndaşı ilə razılaşması, həmin maddələri qəbul etmək üçün Hacıqabul rayonu ərazisinə qoyulmuş külli miqdarlarda ümumi təmiz çəkisi 3460,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 2195,0 qram narkotik vasitə həşiş və təmiz çəkisi 790,0 qram narkotik vasitə heroini qəbul etməsi onun əməlində CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, narkotik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə olan həşişin isə xeyli miqdarının aşağı həddi 1 qram, külli miqdarının aşağı həddi 100 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxslərdən aşkar edilmiş qurudulmuş marixuananın, heroinin və həşişinçəkisinin külli miqdarda olması nəzərə alınaraq ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, eləcə də təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik maddələrin miqdarını sonuncunun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallar kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı baxımından yoxlayaraq həmin dəlillərin hökmün ləğv edilməsinə, təqsirləndirilən şəxsə bəraət verilməsinə və ya onun əməlinin başqa maddəyə tövsif edilməsinə əsas vermədiyi qənaətinə gəlir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu yalnız onun ayrı-ayrı ifadələrinə və ya hər hansı bir sübuta əsasən deyil, iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutların məcmusu əsasında müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində və onun faktiki sahibliyində olan qara rəngli idman çantasından ümumi çəkisi 3460 qram qurudulmuş marixuana, 2195 qram həşiş və 790 qram heroin aşkar edilərək götürülmüş, həmin maddələrin narkotik vasitələrin konkret növlərinə aid olması və təmiz çəkiləri məhkəmə-bioloji ekspertizasının ## ###### 2026cı il tarixli, **/***-*** nömrəli rəyi ilə müəyyən edilmişdir. Beləliklə, aşkar edilmiş maddələrin mahiyyəti, növü və miqdarı subyektiv mülahizələrə deyil, xüsusi biliklər əsasında verilmiş ekspert rəyinə söykənir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs guya yalnız öz istifadəsi üçün 100 qram narkotik vasitə əldə etmək məqsədilə Hacıqabul rayonuna getməsi barədə dəlili isə işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Belə ki, bu versiya təqsirləndirilən şəxsin məhkəmə baxışının müxtəlif mərhələlərində verdiyi ifadələrin özündə də ardıcıl və sabit şəkildə təsdiqlənmir. Əksinə, onun məhkəməyədək verdiyi ifadələrindən müəyyən olunur ki, o, maddi vəziyyətinin ağır olduğunu bildirdikdən sonra tanımadığı şəxsin təklif etdiyi narkotik vasitənin Hacıqabul rayonunda müəyyən olunmuş yerdən götürülərək başqa yerə aparılmasına razılıq vermiş, bunun müqabilində 700 manat pul vəd edilmişdir. Həmin ifadələrdə narkotik vasitənin ona başqa şəxs tərəfindən müəyyən edilmiş məkanda verilməsi, onun həmin məkana getməsi və narkotik vasitəni götürərək aparmaq niyyətində olması konkret şəkildə göstərilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, təqsiirləndirilən şəxsin sonradan həmin narkotik vasitəni yalnız şəxsi istifadə üçün əldə etmək istədiyini, hətta 700 manatın narkotik vasitənin satış qiyməti olduğunu və onu sonradan ödəməyəcəyini bildirməsi əvvəlki ifadələrində təsvir etdiyi hadisə mexanizmi ilə uzlaşmır. Üstəlik, o, sonrakı ifadəsində narkotik vasitəni ümumiyyətlə götürmədiyini bildirsə də, iş üzrə müvafiq istintaq hərəkətinin gedişini əks etdirən videogörüntülər həmin iddianı da təkzib edir. Deməli, müdafiə tərəfinin istinad etdiyi versiya iş üzrə müəyyən edilmiş digər hallarla qarşılıqlı əlaqədə deyil, əksinə, sübutların əksəriyyəti ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası, həmçinin onu qeyd edir ki, sözügedən videoçəkilişin saxtalaşdırılması, səhnələşdirilməsi və ya sonradan dəyişdirilməsi barədə müdafiə tərəfin iddiaları da iş materiallarında olan hər hansı obyektiv sübutla təsdiqlənmir. Əksinə, birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi, videogörüntünün məhkəmə iclasında bilavasitə tədqiq edilməsi zamanı hadisənin gedişatı müşahidə olunmuş, görüntünün ilk saniyələrinin hadisə yerinin işıqsız olması ilə əlaqədar qaranlıq olduğu, daha sonra işıqlandırma yarandıqda Təqsirləndirilən şəxs əlində qara rəngli çantanın aydın göründüyü və saxlanıldığı anda həmin çantanı kənara atdığı müəyyən edilmişdir. Bu hal həmçinin həmin videogörüntünün məzmununu təsdiq edən polis əməkdaşlarının ifadələri ilə də uzlaşır. Əhəmiyyətli olan digər məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özü də birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq həmin videogörüntünün məhz onun saxlanıldığı an çəkildiyini və ayrıca sonradan əlavə çəkiliş aparılmadığını bildirmişdir. Bu vəziyyətdə müdafiə tərəfinin sonradan həmin videonun “quraşdırılmış”, “səhnələşdirilmiş” və ya “müdaxiləyə məruz qalmış” olması barədə ümumi mülahizəsi konkret fakt və ya texniki məlumatla əsaslandırılmadığından həmin iddia sübut edilmiş hal kimi qəbul edilə bilməz. Belə olan halda, kollegiya müdafiə tərəfinin videogörüntünün məhkəmə-texniki ekspertizasının keçirilməməsi ilə bağlı məsələni mübahisələndirməsini də əsaslı hesab etmir. Belə ki, hazırkı iş üzrə videogörüntüdən müəyyən olunur ki, onun məzmunu protokollaşdırılmış, görüntüdə Təqsirləndirilən şəxs əlində çantanın olması və onu yerə atması müşahidə edilmiş, həmin hal digər sübutlarla da uzlaşmışdır. Müdafiə tərəfi isə videonun konkret hansı hissəsinin montaj edildiyini, hansı saniyələr arasında müdaxilənin aparıldığını, görüntünün hansı texniki xüsusiyyətinin saxtalaşdırmanı göstərdiyini ortaya qoyan hər hansı obyektiv məlumat təqdim etməmişdir. Bu səbəbdən yalnız ehtimal xarakterli mülahizəyə əsasən ekspertiza keçirilməsinin zəruri olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Müdafiə tərəfin apellyasiya şikayətində irəli sürdüyü əməliyyat-axtarış tədbirinin əvvəlcədən keçirilməsini və polis əməkdaşlarının yarımtikilidə pusqu qurmasını Təqsirləndirilən şəxs cinayətə təhrik edilməsi kimi qiymətləndirməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, əməliyyat məlumatının mövcudluğu öz-özlüyündə şəxsin cinayətə təhrik edildiyini göstərmir. İş materiallarında Hacıqabul RPŞ-nin X11 baş əməliyyat müvəkkili şahid5 ## ###### 2026-cı il tarixli raportu mövcuddur və həmin sənəddən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğu müəyyən edilir. Hazırkı işdə isə Təqsirləndirilən şəxs cinayət törətməyə məcbur edilməsi və ya onun iradəsinə zidd olaraq narkotik vasitəni götürməyə sövq edilməsi barədə hər hansı obyektiv sübut müəyyən edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin telefonuna aparılmış baxış zamanı aşkar edilmiş məlumatlar onun naməlum şəxslə əvvəlcədən əlaqə saxladığını, həmin şəxslə dəfələrlə telefon əlaqəsi yaratdığını, Hacıqabul rayonu ərazisini göstərən konum aldığını, yarımtikilinin əvvəlcə kənardan, daha sonra isə içərisində çantanın yerləşdiyi yeri göstərən fotoşəkilləri qəbul etdiyini göstərir. Beləliklə, şəxsin hadisə yerinə aparan hərəkətləri və onun naməlum şəxslə əlaqəsi polis əməkdaşlarının iradəsi ilə hadisə yerində yaradılmış süni vəziyyətin deyil, ondan əvvəl başlamış davranışların nəticəsi olmuşdur. Əməliyyat orqanının müəyyən edilmiş əməliyyat məlumatı əsasında müvafiq tədbirləri həyata keçirməsi baxımından təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən cinayətə təhrik edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Müdafiə tərəfin bu barədə irəli sürdüyü ehtimal isə konkret sübutla təsdiqlənmədiyindən ittihamı təkzib edən hal kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, müdafiə tərəfin saat 19:40 və 19:41-də Təqsirləndirilən şəxs telefonuna göndərilmiş səsli və yazılı mesajların onun saxlanılmasından sonra daxil olmasına istinad etməsi də ayrıca olaraq əməlin tövsifini dəyişdirmək üçün əsas deyildir. Kollegiya hesab edir ki, yalnız həmin mesajların tutulmadan sonra daxil olmasına və bu mesajların məzmununa əsasən Təqsirləndirilən şəxs tutulmazdan əvvəl narkotik vasitələrin əsl miqdarından xəbərsiz olması barədə nəticə çıxarılması düzgün olmazdı. Belə ki, həmin mesajlardan xeyli əvvəl, saat 18:56-da Təqsirləndirilən şəxs telefonuna Hacıqabul rayonu ərazisini göstərən konum göndərilmiş, saat 19:08-da yarımtikilinin yerləşdiyi yeri göstərən fotoşəkillər, saat 19:13-da isə həmin tikilinin daxilində yerləşdirilmiş qara rəngli idman çantasını göstərən fotoşəkil göndərilmişdir. Bundan sonra, saat 19:15-dək və sonrakı dəqiqələrdə həmin şəxslə çoxsaylı telefon əlaqələri saxlanılmış, 19:09-da “götürdün xəbər elədə” məzmunlu səs qeydi göndərilmişdir. Bu məlumatların xronoloji ardıcıllığı göstərir ki, Təqsirləndirilən şəxs sözügedən yerə gəlməsi, orada narkotik vasitələr olan çantanı əldə etməsi, daşıması və saxlaması təsadüfi xarakter daşımamışdır. Qeyd olunanlara əsasən, saat 19:41-də göndərilən mesajın tutulmadan sonra daxil olması təqsirləndirilən şəxsin daha əvvəlki hərəkətlərinin və niyyətinin hüquqi qiymətləndirilməsini aradan qaldırmır. Həmçinin iş materiallarında olan konumun göndərilməsi ilə bağlı mesajlar, fotoşəkillər, səsli əlaqələr, videoçəkiliş və çantanın faktiki olaraq onun tərəfindən götürülməsi barədə sübutlar şəxsin hadisə yerinə hansı məqsədlə gəldiyinin müəyyən edilməsi üçün kifayət qədər əhəmiyyət daşıyır. Bundan başqa, müdafiə tərəfin polis əməkdaşlarının ifadələrinin bir-birinə zidd olması barədə dəlili də iş materiallarının məzmunu ilə təsdiqlənmir. Şahidlər şahid5, şahid4, şahid3 və şahid2 əsas hadisənin mühüm xüsusatları, yəni Təqsirləndirilən şəxs yarımtikiliyə getməsi, həmin tikilidə saxlanılması, əlində olan qara rəngli çantanı yerə atması və çantadan narkotik vasitələrin aşkar edilərək götürülməsi barədə mahiyyət etibarilə bir-birini tamamlayan ifadələr vermişlər. Ayrı-ayrı şahidlərin hadisəni müşahidə etdikləri mövqedən, gördükləri anın xüsusiyyətlərindən və ifadə vermə formasından irəli gələn fərqli ifadə detalları onların ifadələrinin bütövlükdə ziddiyyətli və etibarsız hesab edilməsi üçün əsas yaratmır. Əksinə, əsas faktların müxtəlif mənbələrdən eyni məzmunla təsdiq olunması həmin sübutların qarşılıqlı uyğunluğunu göstərir. Bununla yanaşı, kollegiya təqsirləndirilən şəxsin satış məqsədinin olmaması, onun yalnız şəxsi istehlak məqsədilə 100 qram narkotik vasitədən ötrü qeyd olunan əraziyə getməsi ilə bağlı dəlillərə münasibətdə onu qeyd edir ki, məhkəmə bu hissədə də təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, satış məqsədinin müəyyən edilməsi yalnız narkotik vasitənin miqdarına əsaslanmır. Ali Məhkəmənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə təcrübəsinə dair izahlarında da satış niyyətinin müəyyən edilməsində narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılaşma, narkotik vasitənin qablaşdırılması və işin digər konkret hallarının birlikdə nəzərə alınması vurğulanır. Hazırkı işdə isə satış məqsədini təsdiq edən hallar bir-birindən təcrid olunmuş şəkildə deyil, məcmu halında mövcuddur. İlk növbədə, aşkar edilmiş narkotik vasitələrin miqdarı təqsirləndirilən şəxsin “100 qram şəxsi istifadə üçün narkotik əldə etmək niyyəti” barədə sonrakı izahatı ilə açıq şəkildə uyğun gəlmir. Bundan başqa, eyni çantada müxtəlif növ narkotik vasitələr olan marixuana, həşiş və heroinin külli miqdarlarda olması, narkotik vasitələrin ayrı-ayrı bükümlərdə qablaşdırılması, onların əvvəlcədən müəyyən edilmiş məkana yerləşdirilməsi, həmin yerin koordinatlarının və fotoşəkillərinin Təqsirləndirilən şəxs telefonuna göndərilməsi, onun həmin yerə məhz həmin məlumatlardan sonra getməsi və çantanı götürməsi satış məqsədinin müəyyən edilməsində bir-birini tamamlayan hallardır. Bu xüsusatlar nəzərə alındıqda, müdafiə tərəfinin hadisənin yalnız 100 qram narkotik vasitənin şəxsi istifadə üçün əldə edilməsi ilə bağlı olması barədə mövqeyi işin obyektiv halları ilə uzlaşmır. Bununla yanaşı, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Hacıqabul Rayon Məhkəməsində verdiyi izahat da diqqətəlayiqdir. Belə ki, həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərhələdə hazırkı cinayət əməlini törətməsini etiraf etmiş, təqsirini qəbul etdiyini və cəza çəkməyə hazır olduğunu bildirmişdir. Məhz buna görə də Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək çantanı götürmədiyini, narkotik vasitələrin yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulduğunu və 100 qram narkotik əldə etmək niyyətində olduğunu bildirməsi digər obyektiv sübutlarla təkzib olunan müdafiə versiyası kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Həmin dəlillər sübutların məcmusunu təkzib edən və ya onların mötəbərliyini aradan qaldıran obyektiv faktlarla təsdiqlənmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Amnistiya qərarının 2.6cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İşdə olan ## ###### 2025-ci il tarixli, Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs onun barəsində Abşeron Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, № **/*-**/**** nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində ərizə və şikayət daxil olmamışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, sonuncunu CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, onun cinayətdə iştirak dərəcəsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar