Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-474/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə) Müdafiəçi Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Anar Pənahov) ilə ##.##.1975-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətin təhlükəli residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı – ##.##.2026-cı il tarixdən hesablanması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınması hökm edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, ##.##.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,332 (sıfır tam mində üç yüz otuz iki) qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 21:00-da Lənkəran şəhəri Fizuli küçəsində, piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan göy rəngli gödəkçənin sol içəri cibində, dəmir siqaret qabının içərisində saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,332 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinin yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Himayəsində 75-80 yaşında yaşlı anasının olduğunu və onun qulluğunda dayandığını, günahsız olduğu üçün işinin yüngülləşdirilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər şahid3, şahid2 məhkəmə istintaq zamanı verdikləri ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2026-cı il tarixli protokol, Məhkəmə-Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, ##.##.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,332 (sıfır tam mində üç yüz otuz iki) qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 21:00- da Lənkəran şəhəri Fizuli küçəsində, piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan göy rəngli gödəkçənin sol içəri cibində, dəmir siqaret qabının içərisində saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,332 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, qanunsuz maddələrdən istifadə etdiyi üçün əvvəlki illərdə məhkum olunmuş və cəzasını çəkib azad edilmişdir. Narkotik vasitələrdən istifadə etmir. Belində ağrıları var və ona görə də daha çox ağrıkəsici kimi həblərdən istifadə edir. Əsasən də ağrıları çox olanda metadon və tramadolu çox az miqdarda, ¼-ni qəbul edir. ##.##.2025-ci il tarixdə onun üzərində hər hansı qanunsuz maddə olmamışdır. Belə ki, həmin gün polis əməkdaşları tərəfindən saat təxminən 21:00 radələrində Lənkəran şəhəri, Vaqif küçəsində saxlanılmış, polis əməkdaşları özləri onun cibinə büküm qoyub sonra da öz qoyduqlarını götürmüşlər. Onu saxladıqları ərazidən yarım saat sonra tamamilə başqa tərəfə, 3 km kənara aparıb orada üzərində videoçəkilşlə baxış keçirilmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlinmiş, avtomobilə salıb orada döyərək bir neçə nəfər üstünə çıxmış və cibinə qoyduqları qanunsuz maddənin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O da qorxduğu, məcbur edildiyi və daha çox fiziki təsirlərə məruz qalmaması üçün cibinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. Onun evdə şəkər xəstəsi olan anası var və onunla birgə yaşayır. Anası yeni əməliyyat olunub, onun bütün qulluq, baxımını, yəni vaxtında yeməyini, dərmanlarını özü verir. Polis əməkdaşları tərəfindən evinə gəlib daha çox miqdarda qanunsuz maddənin evinə atacaqlarından qorxduğu üçün o cibinə qoyulan maddənin özünə məxsus olduğunu videoçəliş zamanı etiraf etmişdir. Üzərinə polis əməkdaşı tərəfindən qoyulan bükümlə və ona hədə-qorxu gəlinərək döyülməsilə bağlı əvvəl heç kimə məlumat verməmiş və məhkəmə istintaqını gözləmişdir. Lakin anası bir-neçə dəfə Lənkəran rayon prokurorunun qəbuluna gedib ona şikayət etmişdir. Barəsində olan işin istintaqı zamanı çağırılarkən gəlməməsinin və ya gecikərək gəlməsinin səbəbi isə belində bərk ağrı olması və dəfndə, qəbirstanlığda, qəbir üstə olması olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Lənkəran şəhəri Qalayçılar küçəsi ev 6-da anası ilə birlikdə yaşayır. Əvvəllər məhkumluğu olub. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini yandırıb tüstüsünü udmaqla istifadə edir. Narkotik vasitələri Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. Psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. ##.##.2025-ci il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri Böyük Bazar ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata istifadəsi üçün 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Aldığı metamfetamini istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün, axşam saatlarında Lənkəran şəhəri Fizuli küçəsində piyada gəzərkən tanımadığı şəxsdən 15 manata aldığı şüşə əynində olan gödəkçənin sol içəri cibində olmuşdur. Saat təxminən 21 radələrində piyada hərəkətdə olarkən qarşısına bir neçə mülki geyimli şəxslər çıxaraq ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə almışdır. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış, baxış zamanı Elçin adlı polis işçisi tərəfindən ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli gödəkçənin sol içəri cibində siqaret qabının içərisində saxladığı bir büküm psixotrop maddə metamfetamini və əynində olan şalvarın sağ yan cibində olan 1 ədəd Alkatel markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün ona məxsus olduğunu, həmin bükümü saxlanıldığı gün, səhər saatlarında “Böyük Bazar” ərazisində olan tanımadığı şəxsə 15 manat verməklə aldığını, öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakı ilə elektron tərəzidə çəkilmiş və 0,37 qram çəkidə olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra Elçin adlı polis işçisi üstünə baxış keçirmiş və əynində olan gödəkçənin sağ içəri cibindən sellofanda içərisində 1 ədəd qanlı şpris, 1 ədəd şüşə flakon, 1 ədəd alışqan və 1 ədəd içərisində limon duzu olan büküm, əynində olan gödəkçənin sağ bayır cibindən isə açarlar aşkar olunmuşdur. Həmin limon duzu elektron tərəzidə çəkilmiş və çəkisi 0,69 qram olmuşdur. Üzərindən aşkar olunan 1 ədəd qanlı şpris, 1 ədəd şüşə flakon və 1 ədəd içərisində limon duzu olan büküm ekspertizaya göndərilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına aparıb orada protokol tərtib edilmiş, o da protokolu oxuyub imza etmişdir. Polis şöbəsində otaqların birində təhqiqatçı Emil adlı şəxs tərəfindən üzərindən aşkarlanmış bükümün qoyulduğu zərfə və 1 ədəd qanlı şpris, 1 ədəd şüşə flakon və 1 ədəd içərisində limon duzu olan bükümün qoyulduğu zərfə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Protokol tərtib edilmiş, protokolla tanış olub imza etmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd dəmir siqaret qabı, 1 ədəd alışqan və açarlar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təhqiqatçı Emil adlı şəxs tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə müdafiəçi2 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. Üzərindən aşkar edilən bir ədəd bükümdə metamfetamini ##.##.2025-ci il tarixdə, səhər saat 11 radələrində Lənkəran şəhəri Fizuli küçəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15 manata almışdır. Həmin şəxsin adını bilmir, bir neçə dəfə həmin şəxsdən narkotik vasitə almışdır. O, narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış metamfetamini əldə etdiyi şəxsin adını, telefon nömrəsini və yaşadığı ünvanı bilmir, həmin şəxs orta yaşlı, arıq, qaraşın, orta boylu birisi olmuş, başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində, habelə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadə verərək göstərdi ki, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Raportla şöbə rəisinə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları şahid2 və şahid1 iştirak etmişlər. Onlar ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər və saat 21:00-də Lənkəran şəhəri, Fizuli küçəsində, avtobaza deyilən əraziyə yaxın olan yerdə onu görüb videoçəkiliş aparaapara yaxınlaşmışlar. Hüquq və vəzifələri izah olunaraq üstünün yoxlanılmasına başlanılmış və üstünün yoxlanılmasına başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli gödəkçənin sol içəri cibində siqaret qabının içərisində saxladığı bir büküm və əynində olan şalvarın sağ yan cibindən isə 1 ədəd Alkatel markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində “patı” olduğunu bildirmiş, həmin bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bir büküm metamfetamin elektron tərəzidə çəkilmiş və sonra zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri də imzalarla təsdiq olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üstü tərəfindən yoxlanılmış və əynində olan gödəkçənin sağ içəri cibindən sellofanda içərisində 1 ədəd qanlı şpris, 1 ədəd şüşə flakon, 1 ədəd alışqan və 1 ədəd içərisində limon duzu olan büküm, əynində olan gödəkçənin sağ bayır cibində isə açarlar aşkar olunmuşdur. Şpris, şüşə flakon və içərisində limon duzu olan büküm ekspertizaya göndərilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, psixotrop maddə qəbul edir, təqdim etdiyi metamfetamini Lənkəran şəhəri Fizuli küçəsində tanımadığı şəxsdən özü qəbul etmək üçün 15 manata almışdır. Onun satışı ilə məşğul olmur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına aparıb orada üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Polis əməkdaşı şahid2 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək ona təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metamfetamin, bir ədəd zərfdə olan 1 ədəd qanlı şpris, 1 ədəd şüşə flakon və 1 ədəd içərisində limon duzu olan büküm və bir ədəd disk tərəfindən təhqiqatçı Emil Nurizadəyə təqdim edilərək onun tərəfindən həmin əşyaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısından özünə hüquqlarını müdafiə etməsi üçün vəkil müdafiəçi2 seçmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2026-cı il tarixli protokoldan müəyyən edilir ki, ##.##.2026cı il tarixdə, saat 21:00-da Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli gödəkçənin sol içəri cibində, dəmir siqaret qabının içərisində saxladığı bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin psixotrop maddənin metamfetamin olduğunu, Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə tanımadığı şəxsdən özü qəbul etmək üçün 15 manata aldığını bildimişdir. Aşkar edilmiş bükümdəki kütlə Təqsirləndirilən şəxs özünün iştirakı ilə elektron tərəzidə çəkilərək zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və müdafiəçisi də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,332 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,282 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 qiymətləndirilməsi barədə ##.##.2026-cı il tarixli qərarından və ##.##.2025-ci il tarixli raportdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Şəxsi axtarış, əşyaya baxış və onun götürülməsi zaman videoçəkiliş aparılmasına dair 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X14 Məcburi-X8 ##.##.2025-ci il tarixli, *** saylı rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2025- ci ilin may ayından “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının ##.##.2025-ci il tarixli *** nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmət Lənkəran Penitensiar Kompleksin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdən saxlanılması üçün Lənkəran Penitensiar Kompleksinə aparılmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər * saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası X3 ilə birgə yaşayır. Məhkəmə prosesinin gedişində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi barədə ##.##.2025-ci tarixli videogörüntüyə cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ona istinad edilən ittihamda özünü təqsirli bildiyini, ##.##.2025-ci tarixdə üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu, həmin maddənin özünə məxsus olduğunu, həmin maddəni üzdən tanımadığı şəxsdən 15 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə ##.##.2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 22:05də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş qətimkan tədbiri seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla təqsirləndirilən şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız ehtimal və mülahizələrinə əsaslanır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən, ##.##.2023-cü il tarixli hökmdən və ##.##.2024-cü il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2026-cı il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə; həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.a
Məhkəmə qərarları › İş №1(3-9)-474/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-474/2026
15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver