Məhkəmə qərarları › İş №1(3-9)-476/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-476/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-476/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi2 İbrahim oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü (hakimlər X6 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) ilə ## ######## 1997-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 1 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə saxlanıldığı gündən, yəni ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmlə, həmçinin təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyətilə, yəni qazanc əldə etmək üçün təqsirləndirilən şəxs2, istintaqa İran İslam Respublikasında yaşamaqla şəxsiyyəti Saleh adı ilə məlum olan şəxs və qeyrilərinin birgə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmişdir. Belə ki, o, təqsirləndirilən şəxs2, istintaqa İran İslam Respublikasında yaşamaqla şəxsiyyəti Saleh adı ilə məlum olan şəxs və qeyrilərinin birgə iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə qabaqcadan razılaşmış, həmin razılaşmalarına uyğun olaraq istintaqa İran İslam Respublikasında yaşamaqla şəxsiyyəti Saleh adı ilə məlum olan şəxs və qeyriləri külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 8305 qram qurudulmuş marixuananı İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) və tarixdə qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, üç ədəd bağlamanın içərisində qablaşırılmış qeyd olunan külli miqdarda narkotik vasitəni ## ######## 2025-cİ il tarixdə, saat 04 radələrində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər şəxs daşıyaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu, Alaşa kəndində yerləşən 14-cü sərhəd zastavasımn 13-cü sahəsindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçməklə, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmiş, həmin ərazidə, dövlət sərhəd xəttindən 50 metr məsafədə, maneə çəpərinin üzərindən tulladıqdan sonra, istintaqa İran İslam Respublikasında yaşamaqla şəxsiyyəti Saleh adı ilə məlum olan şəxs təqsirləndirilən şəxs2 məlumat vermiş, o, ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 ilə birgə əvvəlcədən razılaşmalarına müvafiq olaraq sonuncunun idarə etdiyi “Mercedes-Benz E-class" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara rayonu, Alaşa kəndinə getmiş, istintaqa İran İslam Respublikasında yaşamaqla şəxsiyyəti Sàleh adı ilə məlum olan şəxsin “WhatsApp" mobil tətbiqi vasitəsilə verdiyi istiqamətə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu, Alaşa kəndində yerləşən 14-cü sərhəd zastavasımn 13-cü sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində, qəsdən, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 8305 qram qurudulmuş marixuanam axtararkən qeyd edilən ərazidə, *** nömrəli sərhəd nişanından 850 metr, dövlət sərhəd xəttindən 50 metr məsafədə, maneə çəpərindən 10 metr içəri tərəfdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onların saxlanıldıqları yerdən təqribən 20 metr məsafədə, yəni dövlət sərhəd xəttindən 50 metr məsafədə, maneə çəpərindən 10 metr içəri tərəfdə üç ədəd bağlamanın içərisində qablaşırılmış həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 8305 qram qurudulmuş marixuana kolluğun içərisindən aşkar edilrək götürülmüşdür. Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq məqsədilə İran İslam Respublikası vətəndaşı Saleh adlı şəxs ilə danışaraq sonuncu tərəfindən külli miqdarda narkotik vasitənin götürülməsinə dair verilmiş məlumata uyğun olaraq ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Mercedes-Benz E-class” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara rayonu, Alaşa kəndinə getmiş, Saleh adlı şəxsin “WhatsApp” mobil tətbiqi vasitəsilə verdiyi istiqamətə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu, Alaşa kəndində yerləşən 14-cü sərhəd zastavasının 13-cü sahəsində narkotik vasitə qurudulmuş marixuananı axtararkən qeyd edilən ərazidə, *** nömrəli sərhəd nişanından 850 metr, dövlət sərhəd xəttindən 50 metr məsafədə, maneə çəpərindən 10 metr içəri tərəfdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan hallara görə narkotik vasitə qurudulmuş marixuananı faktiki olaraq əldə edə bilməmişlər, onların saxlanıldıqları yerdən təqribən 20 metr məsafədə, yəni dövlət sərhəd xəttindən 50 metr məsafədə, maneə çəpərindən 10 metr içəri tərəfdə 3 (üç) ədəd bağlamanın içərisində qablaşdırılmış külli miqdarda-8305 qram narkotik vasitə qurudulmuş marixuana kolluğun içərisindən aşkar edilrək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində olan işə yenidən düzgün və ədalətli şəkildə baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Astara rayonu, Alaşa kəndində DSX-nin əməkdaşları tərəfindən həbs edilərək, DSX-nin Astara rayonu, Alaşa kəndində Astara rayonu, Alaşa kəndində yerləşən N saylı hərbi hissəsinə gətirilmiş, ibtidai istintaq müddətində ona fiziki təsirlər və işgəncələr göstərilərək, işi qeyri-obyektiv və araşdırılmadan aparılaraq, zorla ona etmədiyi əmələ görə istintaq sənədlərinə qol çəkdirmişlər. Səbail Rayon Məhkəməsinin qərarı ilə ümumilikdə hissə-hissə 09 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonra işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı müddətində də işinə qeyri-obyektiv yanaşılaraq, araşdırma aparılmadan, əlində olan əsaslar, şahid ifadələri nəzərə alınmadan barəsində haqsız olaraq ## #### 2026-cı il tarixli hökmlə 006 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən, həmçinin məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 İbrahim oğlu da apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, Novxanıda restoranda işləyən zaman Elşad yanına gəlib ona meyvə almaq üçün Astara rayonuna getdiyini, yoldaşlıq edərək onunla getməyini bildirmişdir. Elşada işdə olduğunu, lakin işdə boşluq olarsa gedə biləcəyini demişdir. Sonra Elşadla razılaşıb olunla getmiş, Elşad yolda ona su və siqaret almışdır. Hadisə yerinə çatdıqdan sonra qarşılarına kənd sakinlərindən bir nəfər yaxınlaşmış, onlar həmin vaxtı yolu tanımadıqları üçün kənd sakinindən yolun istiqamətini soruşmuşlar. Həmin vaxtı onları dövrüyəyə aldıqlarını görmüşlər. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 bildirmişdir ki, Masazırda restoranda işlədiyi vaxt Elşad avtoyuma məntəqəsində işləmiş, Elşadla tanışlıqları həmin vaxtdan yaranmışdır. Bir-iki dəfə marixuanadan istifadə etmişdir. Astara rayonuna Elşadla bir yerdə gəlmişdir. Astara rayonuna meyvə almaq məqsədi ilə gəlmişlər. Astara rayonuna Elşadın idarə etdiyi “Mercedes” markalı avtomobil ilə gəlmişlər. Bakı şəhərindən saat 17-18 radələrində çıxıb Astara rayona getmişlər. Astara rayonunun Alaşa kəndinə gəlmişlər. Astara rayonuna axşam vaxtlarında çatmışlar. Onlar sərhəd ərazisinə getməmişlər. Onlar getdikləri yolu səhv getdiklərini bildikdən sonra geri qayıtmışlar. Geri qayıdan zaman yolda təbii ehtiyaclarını ödədikdən sonra yollarına davam etmişlər. Bir az yol qət etdikdən sonra kənd “Məscidi”nin yaxınlığında kənd sakini ilə qarşılaşmışlar, kənd sakinindən yolun istiqamətini soruşmuşlar, həmin vaxtı onları saxlamışlar. Gecə saat 4 radələrində onları saxlamışlar. Onlara deyilən əraziyə getdik sonra onlara deyilmişdir ki, həmin yerdə deyildir, Lənkəran rayonunda yerləşən bazardadır. Onlar həmin yolu geri qayıdan zaman onları saxlamışlar. İfadələrində narkotik vasitə götürmək üçün gəldiklərini deməmişlər. Həmin vaxt istifadəsində “070-503-73-43” saylı mobil nömrə olmuş və telefonu “Redmi” markalı mobil telefon olmuşdur. İran İslam Respublikasında olmamışdir. Saleh adlı iranlı ilə münasibəti olmamışdır. Ümumiyyətlə belə bir adam tanımamışdır. Yolda Elşadın mobil telefonun enerjisi bitdiyindən onun telefonu ilə danışmışdır. İranlı ona narkotik vasitənin fotoşəkilini göndərməmişdir. Fotoşəkili ona Elşad göndərmiş, o da həmin fotoşəkili telefonundan silmişdir. Mobil telefonunda olan “+98-933-097-19-88” saylı nömrəni tanımamışdır. DSX-nin əməkdaşları onları saxlayan zaman üzərilərində narkotik vasitə olmamışdır. Onlar təzyiq altında narkotik vasitənin özlərinə məxsus olmasını qəbul etmişlər. Onları mülki geyimli şəxslər döymüşlər, sinəsindən yumruq vurmuşlar. Onları döyən şəxsləri tanımamışdır. Elşad ona Astara rayonuna narkotik vasitə dalınca getdiyini deməmişdir. Döyülən zaman xəsarət almamışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 bildirmişdir ki, vətən müharibəsi iştirakçısıdır, ön cəbhədə olmuş və 6 medalla təltif olunmuşdur. Onu hərbi hissədə döymüşlər, təzyiq göstərmişlər, nəticədə gözünün alt hissəsi göyərmişdir. Onların qarşılarına qoyulan narkotik vasitə ilə telefonunda olan narkotik şəkillərinin arasında çox böyük fərq vardır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclaslarında onu da bildirmişdir ki, o Astaraya narkotik maddə üçün gəlməmişdir. Elşad ona meyvə almaq üçün Astaraya getməyi təkilf etmişdir. Yol boyu da Elşad bir-neçə dəfə onun telefonundan istifadə etmişdir. O heç bir zaman heç kimlə narkotik maddə barədə danışıqlar aparmamışdır. Onun telefonundakı görüntülər isə ona aid deyildir. Məhkəmə iclasında dindirilmiş şahidlər bir-biriylə bağlı olmayan ziddiyyətli ifadələr vermişdilər. Məsələnin ən maraqlı hissəsi isə ondan ibarətdir ki, narkotik maddənin video görüntüsü iş materiallarında olmamışdır. Demək olar ki, iş materiallarında olan sübutlarla Rəhimov Mehmanın təqsiri sübuta yetirilməmişdir. Cinayət Mcəlləsinin 3-cü maddəsində qeyd edilir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 7.1-ci maddəsində qeyd edilir ki, Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət qanunverciliyinin qeyd edilən prinsipinə əsasən heç kəs törətmədiyi ictimai təhlükəli əməl və onun nəticələrinə görə Cinayət məsuliyyətinə cəlb edilib cəzalandırlıla bilməz. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq deyil, həmin şübhələri və ziddiyyətli məqamları şəxsin xeyrinə həll etməli olmasını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, is1tərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin II hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 63-cü maddəsinin IV-cü hissəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutdan istifadə oluna bilməz. 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun ttəqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə ## #### 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CinayətProsessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə ## ##### 2014-cü il tarixli Qərarında qeyd edir ki, şəxs Konvensiyanın 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyriinsani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı”. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə təcrübəsinə məlumdur ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Qeyd etmək lazımdır ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsgəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-cı il tarixli ** saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qərarıında da izah edilir ki, cinayət törətmiş şəxsə təyin edilən cəzalar ədalətli olmalı, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi üsulu, baş vermiş nəticələrin ağırlığı da nəzərə alınmlıdır. Məhkəmə cinayət işinin halları üzrə səhv nəticəyə gəlməklə yanaşı cəza təyin edilməsində də düzgün nəticəyə gələ bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs1 ikinci Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur, 6 dəfə müxtəlif medallarla təltif edilmişdir. Qətiyyətlə demək olra ki, işğal olunmuş bütün rayonlarımızın azad olunmasında bilvasitə iştrak etmişdir. Belə olduğu təqdirdə ona başa çatmayan cinayətə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin ədalət prinsipinə zidd olmuşdur. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 32-ci maddəsi cinayətdə iştirakçılığın anlayışını vermişdir. Həmin maddəyə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Göründüyü kimi qanunvericilik cinayətdə iştirakçılığı təqsirin qəsd formasında müəyyənləşdirmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində (Ədalət Prinsipi) qeyd edilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, ifadəsində narkotik vasitə almaq üçün gəldiyi demədiyini, birlikdə getdiyi adamın telefonunun enerjisi olmadığı üçün öz telefonunu ona verdiyini, telefonundakı iranlı ilə danışıqların bununla bağlı olduğunu, Elşadla yoldaş kimi Astaraya həmin əraziyə məxsus meyvələr almaq üçün getdiyini, gecə İstisuda gedib qalmaq istədiklərini, hava yağışlı olduğundan ətraf ərazinin yaxşı görünmədiyini göstərib, apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək, onların məzmununa uyğun çıxış edib, apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-nin 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - CM-nin 234.4.1-ci maddəsinin; -külli miqdarda törədildikdə - CM-nin 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadələrini, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, şahidlər şahid7 İlham oğlunun, Babayev İntiqam Namiq oğlunun, X7, şahid2 İnati oğlunun, X3 ifadələrini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin ## ######## 2025-ci il tarixli, *-**/*-**/****/** nömrəli məktubu, “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında” ## ######## 2025-ci il tarixli protokol, “hadisə yerinə baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokol, “aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokol, “mobil telefona baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokol, “məhkəmə-bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli, */**** №-li rəyi, “baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokol, “baxış keçirilməsi haqqında” ## ###### 2026-cı il tarixli protokol, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın ## ###### 2025-ci il tarixli, **** nömrəli və **** nömrəli rəyləri, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib təqsirləndirilən şəxs1 sözügedən cinayət əməlini başa çatdırmaması, külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaq və daşımağa cəhd etməsi, onun Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxs1 CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olubolmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, Novxanıda restoranda işləyən zaman Elşad yanına gəlib ona meyvə almaq üçün Astara rayonuna getdiyini, yoldaşlıq edərək onunla getməyini bildirmişdir. Elşada işdə olduğunu, lakin işdə boşluq olarsa gedə biləcəyini demişdir. Sonra Elşadla razılaşıb olunla getmiş, Elşad yolda ona su və siqaret almışdır. Hadisə yerinə çatdıqdan sonra qarşılarına kənd sakinlərindən bir nəfər yaxınlaşmış, onlar həmin vaxtı yolu tanımadıqları üçün kənd sakinindən yolun istiqamətini soruşmuşlar. Həmin vaxtı onları dövrüyəyə aldıqlarını görmüşlər. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 bildirmişdir ki, Masazırda restoranda işlədiyi vaxt Elşad avtoyuma məntəqəsində işləmiş, Elşadla tanışlıqları həmin vaxtdan yaranmışdır. Bir-iki dəfə marixuanadan istifadə etmişdir. Astara rayonuna Elşadla bir yerdə gəlmişdir. Astara rayonuna meyvə almaq məqsədi ilə gəlmişlər. Astara rayonuna Elşadın idarə etdiyi “Mercedes” markalı avtomobil ilə gəlmişlər. Bakı şəhərindən saat 17-18 radələrində çıxıb Astara rayona getmişlər. Astara rayonunun Alaşa kəndinə gəlmişlər. Astara rayonuna axşam vaxtlarında çatmışlar. Onlar sərhəd ərazisinə getməmişlər. Onlar getdikləri yolu səhv getdiklərini bildikdən sonra geri qayıtmışlar. Geri qayıdan zaman yolda təbii ehtiyaclarını ödədikdən sonra yollarına davam etmişlər. Bir az yol qət etdikdən sonra kənd “Məscidi”nin yaxınlığında kənd sakini ilə qarşılaşmışlar, kənd sakinindən yolun istiqamətini soruşmuşlar, həmin vaxtı onları saxlamışlar. Gecə saat 4 radələrində onları saxlamışlar. Onlara deyilən əraziyə getdik sonra onlara deyilmişdir ki, həmin yerdə deyildir, Lənkəran rayonunda yerləşən bazardadır. Onlar həmin yolu geri qayıdan zaman onları saxlamışlar. İfadələrində narkotik vasitə götürmək üçün gəldiklərini deməmişlər. Həmin vaxt istifadəsində “070-503-73- 43” saylı mobil nömrə olmuş və telefonu “Redmi” markalı mobil telefon olmuşdur. İran İslam Respublikasında olmamışdir. Saleh adlı iranlı ilə münasibəti olmamışdır. Ümumiyyətlə belə bir adam tanımamışdır. Yolda Elşadın mobil telefonun enerjisi bitdiyindən onun telefonu ilə danışmışdır. İranlı ona narkotik vasitənin fotoşəkilini göndərməmişdir. Fotoşəkili ona Elşad göndərmiş, o da həmin fotoşəkili telefonundan silmişdir. Mobil telefonunda olan “+98-933-097- 19-88” saylı nömrəni tanımamışdır. DSX-nin əməkdaşları onları saxlayan zaman üzərilərində narkotik vasitə olmamışdır. Onlar təzyiq altında narkotik vasitənin özlərinə məxsus olmasını qəbul etmişlər. Onları mülki geyimli şəxslər döymüşlər, sinəsindən yumruq vurmuşlar. Onları döyən şəxsləri tanımamışdır. Elşad ona Astara rayonuna narkotik vasitə dalınca getdiyini deməmişdir. Döyülən zaman xəsarət almamışdır. Vətən müharibəsi iştirakçısıdır, ön cəbhədə olmuş və 6 medalla təltif olunmuşdur. Onu hərbi hissədə döymüşlər, təzyiq göstərmişlər, nəticədə gözünün alt hissəsi göyərmişdir. Onların qarşılarına qoyulan narkotik vasitə ilə telefonunda olan narkotik şəkillərinin arasında çox böyük fərq vardır. Bir-iki dəfə marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir həftə bundan əvvəl həmyerlisi təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq 2-3 ay öncə Tik-Tok sosial şəbəkəsi vasitəsilə tanış olduğu “Saleh” adlı İran İslam Respublikası vətəndaşından İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçiriləcək narkotik vasitəni qeyd olunan ərazidən götürməkdə ona köməklik edəcəyi təqdirdə 500 AZN pul verəcəyini bildirmişdir. O, həmin təklifi qəbul etməmiş və ona bir daha belə təkliflər etməməsini xahiş etmişdir. ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 onunla yenidən əlaqə saxlayaraq onun mobil telefonundakı “WhatsApp” mesajlaşma ani tətbiqinə İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxsin ona qabaqcadan göndərdiyi iki ədəd qara rəngli bağlamanın foto-şəkillərini göndərmiş və bildirmişdir ki, həmin bağlamaları gedib Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd olan ərazisindən, yəni Astara rayonu, Alaşa kəndindən götürəcəkləri təqdirdə təqsirləndirilən şəxs2 1000 AZN məbləğində pul verəcək və həmin məbləğdən 500 AZN onunla bölüşəcək. O, yenidən həmin təklifi rədd etmişdir. ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Astara rayonuna gedəcəyini bildirmişdir. Ondan həmin əraziyə hansı səbəbdən getdiyini soruşduqda, o, oradan topdan limon və portağal alıb Bakı şəhərinə gətirərək bazarda satacağını bildirmişdir. Bu zaman o, gedəndə ona da xəbər etməsini xahiş etmiş, Astara rayonunda “İsti Su” adlanan müalicəvi istirahət yerinin olduğunu və ayağının zədəli olması səbəbindən orada müalicə alacağını bildirmişdir. ## ######## 2025-ci il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən onun icarəyə götürdüyü **-BJ-*** nömrə qeydiyyat nişanlı, “Mersedes-Benz” markalı avtomobillə Astara rayonu, Alaşa kəndinə yola düşmüşlər. Yol hərəkəti zamanı təqsirləndirilən şəxs2 telefonla İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxslə danışdığına şahid olmuşdur. Onlar arasında baş verən söhbətlər zamanı ona məlum olmuşdur ki, onların Astara rayonu ərazisinə getməkdə məqsədi orada yerləşdiriləcək narkotik vasitəni götürməkdir. İlk öncə o, yolda tərəddüd etmiş, lakin təqsirləndirilən şəxs2 ona əldə olunacaq qazancdan bir qədər verəcəyini bildirdikdən sonra razılaşmış və yollarına davam etmişlər. Saat 20:30 radələrində Astara rayonu, Alaşa kəndinə çatdıqda təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı “Saleh” ilə əlaqə saxlamış və mobil telefon vasitəsilə yolu istiqamətləndirərək onları Alaşa kəndində yerləşən məscid tərəfə yönləndirmişdir. Daha sonra bir qədər irəli getdikdən sonra göy darvazanın yanında gözləmələrin bildirmişdir. Bir müddət orada gözlədikdən sonra həmin şəxs yenidən əlaqə saxlayaraq həmin yerdən uzaqlaşmağı və təxminən gecə saat 4-5 radələrində yenidən həmin yerə gəlmələrini bildirmişdir. O, təqsirləndirilən şəxs2la birlikdə ərazidən uzaqlaşaraq tanımadıqları bir yerdə avtomobili saxlayıb istirahət etməyi qərara almışdır. Saat 04:30 radələrində İran İslam Respublikası vətəndaşı “Saleh” təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq həmin istiqamətə gəlmələrini bildirmişdir. Onlar dərhal avtomobillə həmin istiqamətə hərəkət etmiş və əraziyə yaxınlaşdıqda qeyd olunan istiqamətdə hərbi qulluqçuların olduğunu müşahidə etmişlər. Ərazidən uzaqlaşmaq istədikdə bir neçə hərbi qulluqçu onların avtomobilinin qarşısını kəsərək həmin əraziyə hansı səbəbdən və nə məqsədlə gəldiklərini soruşmuşdur. Onlar isə gəzmək məqsədi ilə “İsti Su” adlanan müalicəvi istirahət mərkəzinə gəldiklərini bildirmişlər. Lakin şübhələndikləri üçün mobil telefonlarının təqdim edilməsi tələb olunmuş, onlar da telefonları təqdim etmişlər. Telefonlara baxış zamanı onun və təqsirləndirilən şəxs2 mobil telefonlarında İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxslə danışıqlar və narkotik vasitələrin şəkilləri aşkar edilmişdir. Bundan sonra onlar sərhəd zastavasına dəvət olunmuş və orada aparılan səmimi söhbət zamanı həmin əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldiklərini etiraf etmişlər. O, hərbi qulluqçular tərəfindən saxlanılmayacağı təqdirdə ərazidə olan narkotik vasitəni götürəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə dalınca getməmişdir. Meyvə biznesi ilə məşğuldur. Masazır qəsəbəsində işlədiyi vaxtlarda Saleh adlı şəxslə bir-iki dəfə alveri olmuşdur. Astara rayonun Alaşa kənd sakini olan Saleh adlı şəxsin evinə kimi getmişdir. Saleh iran nömrəsi işlətmişdir, Salehdən hansı səbəbdən iran nömrəsi işlətdiyini soruşmuş, Saleh ona yaşadıqları kəndin İran İslam Respublikasına yaxın olduğu üçün iran nömrəsi işlətdiyini bildirmişdir. Salehin qapısının ağzında avtomobildə gözlədikləri zaman Salehlə telefonda danışmış, Saleh ona sənə 5 kq marixuana verim meyvənin altına qoyub Bakı şəhərinə apar demiş, həmin vaxt Salehə etiraz etmişdir. Salehin evindən 100-150 metr uzaqlaşdıqdan sonra DSX-nin mülki geyimli əməkdaşı onları saxlamışlar və onların mobil telefonlarına baxış keçirtmişlər, həmin vaxt mobil telefonundan iran nömrəsi aşkarlanmışdır. Onları saxlayan DSX-nin əməkdaşlarına “göy” rəngli darvazalı ünvana gəldiklərini demişdir. Sonra onları hərbi hissəyə aparmışlar, orada Muradın telefonundan şəkil aşkarlanmışdır. Onları yağışın altında saxlamışlar. Heç bir xəsarəti olmamışdır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirmişdir ki, əvvəllər Astara rayonu, Alaşa kəndinə getməmişdir. Saleh adlı şəxslə telefonla danışa-danışa dediyi əraziyə getmiş, Alaşa kənd “Məscidi”nin yanından sola dönmələrini bildirmişdir. Hava o, qədər qaranlıq olmuşdur ki, onlar sərhəd xidmətini belə görməmişlər. Salehin iranlı olubolmadığını bilməmiş, Salehin telefon nömrəsi iran nömrəsi olmuşdur. Saleh ona göy rəngli qapıya gəlməsini və narahat olmamasını demişdir. Saleh ona kilosu 18 qəpikdən mandarin, feyxoa verəcəkmiş, o isə həmin meyvələri aparıb Bakı şəhərində satacaqmış. Salehi Masazır qəsəbəsində işləyən vaxt görmüşdür. Saleh kök və qarabuğdayı oğlan olmuşdur. Salehdən 100- 200 kq meyvə alacaqmış. Göy rəngli darvazaya çatdıqdan sonra onlar avtomobildən düşməmişlər. Hava qaranlıq olduğu üçün Salehin bağın görə bilməmişlər. Sərhədçilər onları saxlayan zaman üzərilərində və yanlarında narkotik vasitə olmamış, səhəri gün səhər saat 8-9 radələrində yağışın altında quru narkotik vasitəni gətirib qarşılarına qoymuşlar və həmin narkotik vasitənin onların olduğunu demişlər. Narkotik vasitənin kolluqdan tapılması qeyd olunsa da axşam yağış yağmasına baxmayaraq narkotik vasitənin üzərində su olmamışdır. Saleh adlı şəxsin ünvanına getdikləri zaman onu görməmişdir. Saleh Lənkəran rayonuna bazarda olduğunu, bir az meyvəsi olduğunu, meyvəni satıb qayıdacağını demişdir. Salehə Lənkəran rayonuna gəlib onu götürəcəyini, orada heç kimi tanımadığını demişdir. Salehin qapısının ağzında dayanıb onunla telefonda danışmışdır. Salehin qapısından 150 metr uzaqlaşdıqdan sonra onları saxlamışlar. Saleh ona narkotik vasitə təklif edəndə Salehi telefonda söymüşdür. Həmin günə qədər onlar Astara rayonuna getməmişlər. Sərhədçilər onları Alaşa kənd “Məscidi”nin yaxınlğıında saxlamışlar. Onları saxlayan şəxs mülki geyimli şəxs olmuşdur. İstifadəsində olan telefon nömrəsini xatırlamamışdır. Muradı özü ilə yol yoldaşı kimi aparmışdır. Meyvə alveri etdiyi üçün əvvəllər Muradla Quba və Xaçmaz rayonlarına da meyvə almağa getmişlər. Onu döyən olmamış, onun əllərini bağlayıb 4-5 saat yağışın altında saxlamışlar. Onları aldadaraq sənədlərə imza etdikdən sonra onları buraxacaqlarını demişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 ay bundan əvvəl “Tik-Tok” sosial şəbəkəsində əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı, özünü “Saleh” adı ilə təqdim edən şəxslə tanış olmuşdur. Onunla bir müddət söhbət etdikdən sonra həmin şəxs maddi vəziyyətinin aşağı olduğunu bilib, ona pul müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsini təklif etmişdir. İlk öncə o, həmin təkliflə razılaşmamış, lakin sonradan maddi vəziyyətinin aşağı olması səbəbindən təklifi qəbul etmişdir. O, həmin şəxsin İran İslam Respublikası ilə həmsərhəd olan Astara rayonu, Alaşa kəndinə yaxın ərazidə sərhədə yaxın bir yerdə narkotik vasitəni qoyacağını, həmin yerdən narkotik vasitəni götürüb Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yolun kənarında gizlədərək sonradan ona həmin yerin konumunu göndərəcəyini bildirmişdir. Həmin yerdən kimlərin gəlib narkotik vasitələri götürəcəyi barədə ona heç bir məlumat verilməmişdir. Bunun müqabilində ona 1000 (min) AZN pul verəcəyini bildirmişdir. O, bu barədə 3-4 il öncə tanış olduğu təqsirləndirilən şəxs1 danışmış və onunla birlikdə həmin əraziyə getməyi təklif etmişdir, lakin o, razılaşmamışdır. ## ######## 2025-ci il tarixdə o, həmin şəxslə əlaqə saxlayaraq Astara rayonuna gedəcəyini bildirmişdir. Həmin şəxs isə niyə həmin əraziyə getdiyini soruşduqda, o, oradan topdan limon və portağal alıb Bakı şəhərinə gətirərək bazarda satacağını bildirmişdir. Bu zaman həmin şəxs ona gedəndə xəbər etməsini, Astara rayonunda “İsti Su” adlanan müalicəvi istirahət yerinin olduğunu və ayağının zədəli olması səbəbindən orada müalicə olunacağını bildirmişdir. Bu səbəbdən o, ## ######## 2025-ci il tarixdə saat 18 radələrində 3-4 il öncə tanış olduğu təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən icarəyə götürdüyü ** BJ *** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz” markalı avtomobillə Astara rayonu, Alaşa kəndinə yola düşmüşdür. Onun təqsirləndirilən şəxs1la birlikdə həmin əraziyə getməkdə məqsədi 2-3 ay öncə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu “Saleh” adlı İran İslam Respublikası vətəndaşından narkotik vasitə götürmək olmuşdur. Bakıdan Astara istiqamətində yola düşdükdən sonra o, İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxs ilə WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Həmin söhbətlər zamanı təqsirləndirilən şəxs1 məlum olmuşdur ki, o, Astara rayonu ərazisinə narkotik vasitə götürmək məqsədilə gedir. İlk öncə o tərəddüd etmiş, lakin o, əldə olunacaq qazancdan ona verəcəyini bildirdikdən sonra razılaşmış və onlar yollarına davam etmişlər. Saat 20:30 radələrində Astara rayonu Alaşa kəndinə çatdıqda o, “Saleh” ilə əlaqə saxlamış, həmin şəxs mobil telefon vasitəsilə yolu istiqamətləndirərək Alaşa kəndində yerləşən məscid tərəfə yönləndirmişdir. Daha sonra bir qədər irəli getdikdən sonra göy darvazanın yanında gözləməsini bildirmişdir. Bir müddət orada gözlədikdən sonra həmin şəxs yenidən əlaqə saxlayaraq həmin yerdən uzaqlaşmağı, saat 4-5 radələrində yenidən həmin yerə gəlməyi bildirmişdir. O, Muradla birlikdə ərazidən uzaqlaşaraq tanımadıqları bir yerdə avtomobili saxlayıb istirahət etməyi qərara almışdır. Saat 04:30 radələrində “Saleh” yenidən əlaqə saxlayaraq həmin istiqamətə gəlməyi bildirmişdir. O, dərhal avtomobillə həmin istiqamətə hərəkət etmiş, əraziyə yaxınlaşdıqda qeyd olunan istiqamətdə hərbi qulluqçuların olduğunu müşahidə etmişlər. Ərazidən uzaqlaşmaq istədikdə bir neçə hərbi qulluqçu onların avtomobilini saxlamış və həmin əraziyə hansı səbəbdən və nə məqsədlə gəldiklərini soruşmuşdur. Onlar isə gəzmək məqsədi ilə “İsti Su” adlı müalicəvi istirahət mərkəzinə gəldiklərini bildirmişlər. Lakin şübhələndikləri üçün mobil telefonlarını təqdim etmələri tələb olunmuş, onlar da telefonları təqdim etmişlər. Telefonlara baxış zamanı onun və təqsirləndirilən şəxs1 mobil telefonlarında “Saleh” adlı şəxslə danışıqlar və narkotik vasitələrin şəkilləri aşkar edilmişdir. Bundan sonra onlar sərhəd zastavasına dəvət olunmuş, orada aparılan səmimi söhbət zamanı həmin əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldiklərini etiraf etmişlər.O, hərbi qulluqçular tərəfindən saxlanılmayacağı təqdirdə ərazidə olan narkotik vasitəni götürəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 İlham oğlu ifadəsində bildirmişdir ki, ## ######## 2025-ci il tarixdə, gecə saat 04 radələrində xidmətdə olduqları vaxt kamera görüntüsündə naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkətini, həmin şəxsin 3-4 dəqiqə sonra əks istiqamətdə geri qayıtmasını müşahidə etmişlər, həmin vaxt onlar tərəfdən də bir avtomobilin asta surətdə hərəkət etdiyini naryad onlara məlumat vermişdir. Avtomobilin hərəkət etdiyi istiqamətə getmişlər, yol döngəsində şübhəli avtomobil tərəflərindən saxlanılmışdır. Avtomobilin sürücüsündən sənədlərini təqdim etməsini bildirmişlər. Sənədlərə baxış keçirtdikdən sonra saxlanılan şəxlərin haradan gəldiklərini soruşduqda onlar Astara rayonuna “İsti-su”ya istirahətə gəldiklərini bildirmişlər. Şəxsləri saxladıqları ərazi ilə “İsti su”ya olan məsafə təxminən 1 km məsafə olmuşdur. Həmin vaxt saxladıqları şəxslərdən birinin mobil telefonuna iran nömrəsindən zəng gəlmişdir. Şəxsləri saxlamazdan əvvəl İran İslam Respublikası tərəfdən bir nəfər şəxsin çayı keçdiyini kamerada müşahidə etmişlər. Şəxsləri saxladıqdan sonra sərhəd saztavasına gətirmişlər. Daha sonra əraziyə baxış keçirən zaman təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxladıqları ərazinin yaxınlığında çəpərin içəri hissəsində qara rəngli bağlamalar aşkarlanmışdır. İran İslam Respublikası tərəfindən keçən şəxsin görüntüsü ilə avtomobilin hərəkəti eyni vaxtda baş vermişdir. Həmin vaxt bir qrupu sərhəddi bağlamağa göndərmiş, özü də avtomobili saxlamağa getmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanılan zaman narkotik vasitəni hələ aşkarlamamışlar. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxladıqları yerdən təxminən 30 metr məsafədə narkotik vasitə aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid7 bildirmişdir ki, təqsirləndirilən şəxsləri saxladıqları vaxt onlar əvvəl inkar etmişlər, “İsti-su”ya istirahətə gəldiklərini demişlər, lakin onlara iran nömrəsindən zəng gəldikdən sonra şübhəli şəxs qismində saxlanılmışlar. Təqsirləndirilən şəxsləri saxladıqdan sonra kameralarda Azərbaycan Respublikası ərazisi tərəfə keçən iranlı daha sonra özünü çaya ataraq iran tərəfə keçdiyini kameralarda müşahidə etmişlər. Əraziyə baxış keçirən zaman narkotik vasitə olan bağlamanı kolların arasından aşkarlamışlar. Narkotik vasitə aşkarlandıqdan sonra ElşadlaBirinci instansiya məhkəməsində Murad etiraf etmişlər ki, narkotik vasitə dalınca gəlmişlər. Elşadla Muradı saxladıqdan sonra iranlını saxlamaq üçün də əməliyyat qruppası göndərilmiş, iranlı sərhədi pozaraq narkotik vasitəni qoyub sonradan qaçıb getmişdir. Onlar komandaya qalxıb həmin əraziyə gedən vaxta qədər iranlı duyuq düşüb ərazidən qaçmışdır. İranlı dövlət sərhəddini pozmuşdur. İranlının narkotik vasitəni qoyduğu yer meşəlik ərazidir. İranlının qoyduğu narkotik vasitəni axtarış keçirdikdən 30 dəqiqə sonra tapmışlar. Həmin vaxta qədər şəxslər onların nəzarətləri altında olmuşlar. Təqsirləndirilən şəxsləri saxladıqdan sonra onlar ilkin olaraq “İsti-su”ya istirahət etmək üçün gəldiklərini bildirmişlər. Sərhəd xətti ilə şəxslərin saxlanıldığı əraziyə qədər olan məsafə təxminən 100 metrə qədər olmuşdur. Elşad və Muradın dövlət sərhəddini keçməkləri absurddur, lakin iranlı hərəkət edib narkotik vasitəni dövlət sərhəddindən ata bilərdi. Muradı və Elşadı döyməmişlər, onlara qarşı təzyiq və təsir olmamışdır. Şəxsləri təhvil verdikdən sonra onları görməmişdir. Elşad və Muradı saxlayan zaman mülkü avtomobildə olmuşlar, avtomobildə iki nəfər olmuşlar. Elşad və Murad özləri narkotik vasitəni götürümək üçün gəldiklərini etiraf etmişlər. Saleh adlı kənd sakinini tanımamış və həmin şəxslə heç bir tanışlığı olmamışdır. Elşad və Muradı saxlayan zaman yanında kənd sakini Fərmail Nəhmətov olmuş, sonuncu heç bir müdaxilə etməmişdir. Narkotik vasitə şəxslər saxlanıldıqdan təxminən 30 dəqiqə sonra tərəflərindən aşkarlanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Babayev İntiqam Namiq oğlu ifadəsində bildirmidir ki, hadisə baş verən gün ## ######## 2025-ci il tarixdə gecə saat 4 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə şübhəli şəxsin hərəkət etdiyini kamerada müşahidə etmiş və bu barədə sərhəd zastava rəisinə məlumat vermişdir. Şəxslərin saxlanılmasında və narkotik vasitənin aşkarlanmasında iştirak etməmişdir. Saxlanılan şəxslər sərhəd zastavasına gətirildikdən sonra onları görmüşdür. Saxlanılan şəxsləri döyməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyindən tam xatırlaya bilməmişdir. Təqsirləndirilən şəxslər DSX əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt saxlanılan şəxslərin yanında qara bağlama olmuşdur. Bağlamalardan narkotik vasitə aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq şahid Fərmail Nəhmətov bildirmişdir ki, ibtdai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Saxlanılan şəxslərdən təqsirləndirilən şəxs2 3 ay əvvəl iranlı ilə danışdığını və onun üçün narkotik vasitə gətirməsini bildirdiyini demişdir. təqsirləndirilən şəxs1 isə mühafizədə işlədiyini demiş, başqa heç bir söz deməmişdir. Saxlanılan şəxslər sərhədçilər tərəfindən döyülmələri ilə bağlı heç nə deməmişlər. Saxlanılan şəxslərin üzlərində və bədənlərində xəsarət izləri görməmişdir. Ondan başqa Mais adlı hal şahidi də orada olmuşdur. Əvvəllər saxlanılan şəxsləri tanımamışdır. Saxlanılan şəxslər əraziyə öz avtomobilləri ilə gəlmişlər. Yaşadığı ev sərhəddə çox yaxındır. Saxlanılan şəxsləri sərhəddin dibində görmüşdür. Neçə bağlama olduğunu xatırlamamışdır. Sərhədçilər onu çağırdıqdan sonra adam saxladıqlarını və hal şahidi qismində iştirak etməsini demişlər. Hal şahidi qismində onu səhər vaxtı çağırmışlar. Onun evindən həmin əraziyə olan məsafə çox yaxındır. Muradın əlində heç nə olmamışdır. Onlar kənd ərazisində kənar şəxslər gördükləri zaman sərhədçilərə məlumat verirlər. Kəndlərində sitrus meyvələri olur, kənardan gəlib meyvələri alırlar. Əvvələr hər hansı işdə hal şahidi olmamışdır. Təqsirləndirilən şəxsləri özü saxlamamış, ancaq kənddə şübhəli şəxs görən zaman sərhədçilərə məlumat vermişdir. Sərhədçilərə kənd ərazisində şübhəli avtomobilin olması barədə məlumat vermişdir. Daha sonra sərhədçilər gəlmişlər. Sərhədçilər saxlanılan şəxslərə onlara məxsus telefona baxılmalı olduqlarını demişlər, o da həmçinin saxlanılan şəxslərə sərhədçilərin telefona baxış keçirməli olduqlarını demişdir. Sərhədçi telefona baxan zaman Elşadın telefonundan iranlı ilə əlaqəsi aşkarlanmışdır. O gələn zaman bağlama yerdə olmuş, bağlama saxlanılan şəxslər saxlanılan yerdən təxminən 15 metr aralıda olmuşdur. Elşad və Murad narkotik vasitəni hələ götürməmişlər. Evdən avtomobil səsinə çölə çıxmış və kənddə tanımadıqları avtomobil olduğunu görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 İnati oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər saxlanılan zaman yağışlı hava olmuşdur. Sərhədçilər şübhəli şəxslər saxladıqlarını bildirmişlər və onu hal şahidi qismində dəvət etmişlər. Saxlanılan şəxslərdən Elşad 3 ay əvvəl iranlı ilə “TikTok” sosial şəbəkəsində tanış olduğunu, həmin vaxtdan ona Astara rayonu, Alaşa kəndinə gəlməsini bildirdiyini demişdir. Elşad narkotik vasitə dalınca gəldiyini etiraf etmişdir. Verilmiş suallara cavab olaraq şahid şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən təqsirləndirilən şəxs1 nə dediyini xatırlamamışdır. Narkotik vasitəni aşkarlandığı yerdə görmüşdür və narkotik vasitə qara rəngli selofan torbada olmuşdur. Narkotik vasitə aşkarlanan ərazidə avtomobil olmamışdır. Saxlanılan şəxslərin avtomobilindən heç nə aşkarlanmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Narkotik vasitə olan bağlama saxlanılan şəxslərdən təxminən 20 metr aralıda aşkarlanmışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 narkotik vasitə götürmək üçün gəldiyini təsdiqləşmişdir. O, hadisə yerinə gələn zaman Fərmail də ora gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Astara rayonu, Alaşa kənd sakinidir. Yaşadığı evin həyət qapısının rəngi qırmızı rəngdə olmuşdur. Alaşa kəndində ondan başqa da Saleh adlı şəxs olmuş, həmin şəxs hərbiçi olmuş və uzun illərdir həmin kənddə yaşamamışdır. Həmin şəxsin həyətlərinin darvazası olmamışdır. Əmisi ilə eyni həyətdə yaşamışdır. Həyətlərində sitrus meyvələri olmuş və həmin meyvələri satmışlar. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin ## ######## 2025-ci il tarixli, *- **/*-**/****/** nömrəli məktubunda göstərilmişdir ki, ## ######## 2025-ci il tarixdə saat 04:00dan 08:00-dək 14-cü sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadına təyin olunmuş əsgər şahid3 tərəfindən saat 04:50 radələrində SZ-nin 13-cü sahəsində *** nömrəli sərhəd nişanından 850 metr sola Astara çayından 1 nəfərin İİR-AR istiqamətinə hərəkəti və 3-4 dəqiqə sonra geri İİR istiqamətinə qayıtması müşahidə olunmuşdur. Dərhal 14-15-ci SZ-i və 3-cü SK-ı “Silaha” komandasına qalxaraq əraziyə hərəkət etmiş, DS xətti qapadılmışdır. Arxa istiqamətdə Alaşa-Qapıçıməhəllə avtomobil yolunda saat 04:57 radələrində “Mercedes” markalı **-BJ-*** dövlət nömrə nişanlı şübhəli avtomobil saxlanılmışdır. 2 nəfər Xaçmaz sakinləri ## #### 1987ci il təvəllüdlü təqsirləndirilən şəxs2 Ramin oğlu və ## ######## 1997-ci il təvəllüdlü təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılmışdır. Hər iki şəxs narkotik vasitə götürmək məqsədilə gəldiklərini etiraf etmişdir. Saxlanılan şəxslərin üzərinə baxış zamanı 1 ədəd Samsung, 2 ədəd redmi markalı mobil telefon, 1 ədəd rabitə vasitəsi, 2 ədəd pul kartı, 1 ədəd açar, 1 ədəd əl çantası, 1 ədəd pul qabı, 1 ədəd Bakı kartı (metro), təqsirləndirilən şəxs1 məxsus 1 ədəd hərbi bilet, 1 ədəd şəxsiyyət vəsiqəsi, müharibə veteranı vəsiqəsi aşkar olunmuşdur. Əraziyə baxış zamanı 13-cü sahədə *** nömrəli sərhəd nişanından 850 metr sola DSX-dən 50 metr aralıda MTÇ-dən 10 metr içəridə, kolların arasında 3 ədəd bağlamada ümumi çəkisi 8.8 kq olan narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı onun üzərindən 1 (bir) ədəd “Redmi” markalı smartfon mobil telefon, 1 (bir) ədəd plastik “Kapital Bank” a məxsus kart, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd hərbi bilet, 1 (bir) ədəd veteran vəsiqəsi, 1 (bir) ədəd rabitə vəsiqəsi, 1 (bir) ədəd ətir və 1 (bir) ədəd əlçantası aşkar olunmuşdur. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Alaşa kənd yolunun üzərində ## ######## 2025-ci il tarixdə, saat 04:57 radələrində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 və onlara məxsus **-BJ-*** nömrə nişanlı “Mercedes” avtomobilinin saxlanıldığı ərazidir. Saxlanılan şəxslər bu əraziyə İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxsin gətirəcəyi narkotik vasitəni götürmək üçün gəldiklərini bildirmişlər. Qeyd olunan şəxslərə yaxın istiqamətdə axtarış aparılan zaman onların saxlanıldıqları yerdən 20 (iyirmi) metr aralıda 3 (üç) ədəd qara rəngli bağlama aşkar edilmiş və həmin bağlamalar baxış keçirilməsi üçün götürülmüşdür. İş materiallarında olan “aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, ## ######## 2025-ci il tarixdə, saat 04:57-də 14-cü sərhəd zastavasının 13-cü sahəsində mühəndis-texniki çəpərdən 10 (on) metr içəridə, dövlət sərhəd xəttindən 50 metr aralıda əraziyə baxış zamanı aşkar edilərək götürülmüş 3 (üç) ədəd bağlamalara baxış keçirilmiş, baxış zamanı çəkisi 8 (səkkiz) kq 800 (səkkiz yüz) qram marixuana aşkar olunmuşdur. Hadisə yerinin yaxınlığında saxlanılmış təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitəni əldə etmək üçün həmin əraziyə gəldiklərini və onları həmin yerə İran İslam Respublikası vətəndaşı Saleh adlı şəxsin yönləndirdiyini bildirmişlər. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı göy rəngli mobil telefonun eni– 7.6 sm, uzunluğu – 16.3 sm, qalınlığı 0.9 sm, arxa hissəsində Samsung sözu yazılmışdır. Mobil telefonda “077-334-94-69” saylı mobil nömrə vardır. Qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “077-334-94-69” dur. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə ## ######## 2025-ci il tarixdə şəxsiyyəti istintaqa Saleh adı ilə məlum olan şəxsin istifadəsində olan İran İslam Respbulikasına məxsus “+98-933-097-19-88” nömrəsindən təqsirləndirilən şəxs2 istifadəsində olan “077-334-94-69” nömrəsinə 6 dəfə (saat 04:35, 04:37, 04:38; 04;43, 05;04 və 23:25) cavabsız audio zəng olunub və saat 20:13-də “ay qaqa”, “yığ məni” və “cavab yaz” yazışmaları aşkar edilmişdir. Bundan başqa qeyd olunan yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı ağ rəngli mobil telefonun eni-7.6 sm, uzunluğu-16.3 sm, qalınlığı 0.9 sm, arxa hissəsində “Redmi” sözu yazılmışdır. Mobil telefonda “070-503-73-43” saylı mobil nömrə vardır. Qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “070-503-73-43” dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə ## ######## 2025-ci il tarixdə şəxsiyyəti istintaqa Saleh adı ilə məlum olan şəxsin istifadəsində olan İran İslam Respbulikasına məxsus “+98-933-097-19-88” nömrəsindən təqsirləndirilən şəxs1 istifadəsində olan “070-503-73-43” nömrəsinə 2 dəfə (saat 10:15 və 10:32) cavabsız audio zəng olunub, saat 10:28-də isə video-zəng ilə 1 dəqiqə danışıq olunub, saat 09:42-də “Sal” və saat 10:33-də “Nə oldu” yazışmaları aşkar edilmişdir. Həmçinin mobil telefonun qaleriya qovluğuna baxış keçirilən zaman ## ######## 2025-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçiriləcək narkotik vasitələrin 2 ədəd fotoşəkilləri aşkar edilmişdir. Bundan başqa“WhatsApp” proqramında mövcud olan yazışmalar və qaleriya qovluğundan aşkar edilmiş fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli, */**** №-li rəyindən görünür ki, üzərində “N Hərbi hissə 14-cü zastavası 8 kq 800 qram marixuana ## ######## 2025-ci il..” sözləri yazılmış 3 ədəd qara rəngli polietilen bağlamalar daxil olmuşdur. Təqdim olunmuş 3 ədəd qara rəngli polietilen bağlamalara baxış zamanı içərisindən ümumi sayı 8 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1040 qram, 1030 qram, 1045 qram, 1060 qram, 1020 qram, 1055 qram, 1040 qram olmaqla ümumi çəkisi 8305 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” X8 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş izahlı qaimə ilə müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Saleh adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “+98-933-097-19-88” mobil telefon nömrəsindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istifadəsində olan “077-334-94-69” mobil telefon nömrəsinə ## ######## 2025-ci il tarixdə, saat 00:17:27-də 17 saniyə davam edən telefon danışığı qeydə alınmışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən təqdim edilmiş diskə baxış keçirilmiş və cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istifadəsində olan “077-334-94-69” mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa Saleh adı ilə İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin istifadəsində olan “+98-933-097-19-88” mobil telefon nömrəsi arasında ## ######## 2025-ci il tarixdə, saat 00:17:27-də 17 saniyə davam edən telefon danışığı qeydə alınmışdır. İş materiallarında olan “ambulator məcburi narkoloji tibbi yoxlama”nın ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyində göstərilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olsa da, hal-hazırda təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan cinayət təqibindən imtina etməsinə dair vəsatət vermiş və Lənkəran Ağır Cinayət Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə dövlət ittihamçısının ittihamdan imtina etməsi qəbul olunmuş və təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutların məcmusu məhkəmə kollegiyasında cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Saleh” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq üçün ## ######## 2025-ci il tarixdə Bakı şəhərindən Astara rayonu, Alaşa kəndinə getmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saxlanıldıqlarından iradəsindən asılı olmayan hallara görə cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri, istintaq hərəkəti protokolları, habelə təqsirləndirilən şəxslərin mobil telefonuna baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlar məhkəmə kollegiyasında təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, həmin məqsədlə narkotik vasitəni götürmək üçün hadisə yerinə getməsi, narkotik vasitəni axtarması və cinayət əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsinə dair qənaətin formalaşmasına əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və “Saleh” adlı İİR vətəndaşı ilə aralarında qeyd olunan hərəkətlərini CM-nin 29,234.4.1-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməyə, saxlamağa, daşımağa və s. cəhd etməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-nin 29,234.4.3-cü maddəsinin tərkibi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, onun külli miqdarlarda narkotik vasitəni əldə etmək barədə razılaşması, həmin maddələri qəbul etmək üçün Astara rayonunun Alaşa kəndi ərazisinə getməsi və nəticə etibarilə ümumi təmiz çəkisi 8305 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyə cəhd etməsi onun əməlində CM-nin 29,234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxsin əldə etməyə cəhd etdiyi bağlamadan aşkar edilmiş narkotik vasitənin çəkisi nəzərə alınaraq o, CM-nin 29,234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, eləcə də təqsirləndirilən şəxsin əldə etməyə cəhd etdiyi bağlamadan aşkar edilmiş narkotik vasitələrin miqdarını sonuncunun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməyə cəhd etməsinə dəlalət edən hallar kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfin dəlillərinə də qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası, ilk növbədə, təqsirləndirilən şəxs1 apellyasiya şikayətində ibtidai istintaq zamanı ona təzyiq və təsirlər edilməsi, həmçinin fiziki zor tətbiq edilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə aparılmış istintaq hərəkəti protokolları, habelə digər iş materialları ilə təkzib olunan dəlillər olmaqla ona CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə bəraət verilməsi və ya əməlinin tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası təqsirlərdirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxs1 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 adına açılmış ****/**** nömrəli “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, onun bədəni üzərində yeni xəsarət izi aşkar olunmamış, hər iki saidinin ön səthində köhnə çapıq toxumaları olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasına dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «X5rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini sonradan dəyişərək həmin ifadənin fiziki və psixoloji təzyiq altında alındığını bildirsə də, bu iddianı təsdiq edən hər hansı obyektiv və mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, onun ibtidai araşdırma zamanı verdiyi ifadədə göstərdiyi məlumatlar digər müstəqil sübutlarla da uzlaşır. Xüsusilə onun həmin ifadəsində təqsirləndirilən şəxs2la birlikdə Astara rayonu, Alaşa kəndinə narkotik vasitəni götürmək məqsədilə getmələri, “Saleh” adlı şəxslə əlaqə, həmin şəxsin verdiyi istiqamətlər və narkotik vasitənin götürülməsinə dair razılaşma barədə məlumat verməsi sonradan iş materiallarında olan mobil telefonlara baxış protokolları və digər sübutlarla təsdiqini tapmışdır. Bu baxımdan, ibtidai istintaq zamanı verilmiş ifadənin sonradan dəyişdirilməsi özözlüyündə həmin ifadənin qanunsuz yolla alınması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə iddianın mötəbər hesab edilməsi üçün onu təsdiq edən konkret və obyektiv məlumatların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxs1 bu barədə bildirdikləri yalnız onun məhkəmədə irəli sürdüyü mövqedən ibarət olmuş, həmin iddialar digər sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan ## ######## 2025-ci il tarixli şəxsi axtarış və əşyaların götürülməsi protokolundan, hadisə yerinə baxış protokolundan, mobil telefonlara baxış protokollarından, şahid ifadələrindən və digər sübutlardan görünür ki, təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra onların olduqları əraziyə baxış keçirilmiş və məhz onların saxlanıldığı yerin yaxınlığında, dövlət sərhəd xəttindən təxminən 50 metr, mühəndis-texniki çəpərdən isə 10 metr içəri məsafədə üç ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalarda ümumi təmiz çəkisi 8305 qram olan marixuananın olması isə məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Daha mühüm hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun baxışı zamanı İran İslam Respublikasında istifadə olunan “+98-933-097-19-88” nömrəsindən onun istifadəsində olan “070-503-73-43” nömrəsinə zənglərin edilməsi, həmin nömrələr arasında video-zəngin baş tutması, “Sal” və “Nə oldu” məzmunlu yazışmaların olması, habelə telefonun qalereyasında ## ######## 2025-ci il tarixdə narkotik vasitələrin fotoşəkillərinin aşkar edilməsi müəyyən edilmişdir. Belə obyektiv məlumatların mövcudluğu təqsirləndirilən şəxs1 narkotik vasitə barədə məlumatının olmaması və hadisə yerinə yalnız təsadüfi məqsədlə getməsi, telefonunu təqsirləndirilən şəxs2 verməsi və aşkar olunmuş məlumatlarla əlaqəsinin olmaması barədə məhkəmədə verdiyi izahın mötəbərliyini ciddi şəkildə istisna edir. Həmin məlumatların məhz təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondan aşkar edilməsi və həmin telefon vasitəsilə “Saleh” adlı şəxsin istifadəsində olan İran nömrəsi ilə əlaqənin müəyyən edilməsi obyektiv texniki məlumatlardır. təqsirləndirilən şəxs1 isə bu əlaqələrin və narkotik vasitələrin fotoşəkillərinin onun telefonunda olmasını təsadüfi və ya başqa şəxsin hərəkətləri ilə izah edə biləcək inandırıcı səbəb göstərə bilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməli onun hadisədən əvvəl və hadisə zamanı nümayiş etdirdiyi davranışların, digər təqsirləndirilən şəxslə birlikdə hərəkət etməsinin, mobil telefonunda aşkar edilmiş məlumatların, hadisə yerində saxlanılmasının və narkotik vasitənin həmin yerin bilavasitə yaxınlığından aşkar edilməsinin məcmusu əsasında qiymətləndirilmişdir. Belə ki, təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Bakı şəhərindən Astara rayonu, Alaşa kəndinə getmiş, gecə saatlarında sərhədə yaxın əraziyə gəlmiş, məhz həmin vaxt dövlət sərhədinin İran İslam Respublikası tərəfindən Azərbaycan istiqamətində hərəkət edən naməlum şəxsin müşahidə edilməsi ilə eyni vaxtda həmin ərazidə hərəkət edən avtomobildə olmuş və saxlanılmışdır. Sonradan aparılmış baxış zamanı isə onların saxlanıldığı yerdən təxminən 20 metr məsafədə, sərhədə son dərəcə yaxın ərazidə külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Bu hallar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirildikdə, onun həmin əraziyə getməsinin təsadüfi xarakter daşıması barədə müdafiə tərəfin versiyasının inandırıcılığını aradan qaldırır. Təqsirləndirilən şəxsin Astara rayonuna meyvə almaq məqsədilə getməsi barədə izahatına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu izahat işin obyektiv halları ilə uzlaşmır. Belə ki, onun göstərdiyi məqsəd meyvə almaq olduğu halda, gecə saatlarında sərhədə yaxın, adi hərəkət marşrutundan kənar əraziyə getməsi, həmin ərazidə İran nömrəsi ilə istifadə olunan telefonla əlaqədə olması, telefonunda narkotik vasitələrin fotoşəkillərinin saxlanılması və nəticədə narkotik vasitənin aşkar edildiyi əraziyə yaxın yerdə təqsirləndirilən şəxs2la birlikdə saxlanılması irəli sürülən arqument ilə məntiqi baxımdan uzlaşmır. Bununla yanaşı, təqsirləndirilən şəxs1 məhkəmə iclasında təqsirləndirilən şəxs2 ona yalnız meyvə almaq məqsədilə Astara rayonuna getdiyini bildirməsi barədə ifadəsi təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə də təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs2 istintaq zamanı təqsirləndirilən şəxs1 əvvəlcə narkotik vasitənin götürülməsi ilə bağlı təklifdən xəbərdar olmadığını, lakin sonradan Astara rayonuna getmək məqsədinin narkotik vasitəni götürmək olduğunu bildikdən sonra əldə olunacaq qazanc müqabilində onunla birlikdə getməyə razılaşdığını göstərmişdir. Bu ifadənin ayrı-ayrı detalları mobil telefon məlumatları, hadisə yerindəki vəziyyət və digər sübutlarla da uyğunluq təşkil edir. Müdafiəçinin şahid ifadələrinin bir-biri ilə ziddiyyətli olması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin hadisənin ayrı-ayrı detalları ilə bağlı ifadələrində müəyyən fərqlərin mövcudluğu onların bütünlüklə mötəbərsiz hesab edilməsi üçün əsas yaratmır. Şahid ifadələrinin qiymətləndirilməsində əsas məsələ onların ifadələrinin iş üzrə hansı faktiki halları təsdiq etməsi və həmin məlumatların digər sübutlarla uzlaşıb-uzlaşmamasıdır. Hazırkı iş üzrə şahidlərin ifadələrindən gecə saatlarında İran İslam Respublikası istiqamətindən Azərbaycan ərazisinə hərəkət edən şəxsin müşahidə edilməsi, həmin vaxt eyni ərazidə şübhəli avtomobilin hərəkət etməsi, avtomobildə olan təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanılması və onların saxlanıldığı əraziyə yaxın yerdə narkotik vasitənin aşkar edilməsi müəyyən edilir. Bu baxımdan, müdafiə tərəfinin ayrı-ayrı şahidlərin ifadələrində ikinci dərəcəli detallar barədə fərqlərin olmasına istinad etməsi iş üzrə əsas sübutların qarşılıqlı əlaqəsini aradan qaldırmır. Əksinə, müxtəlif sübut mənbələrindən əldə edilən məlumatların əsas mahiyyət etibarilə bir-birini tamamlaması onların birlikdə qiymətləndirilməsinə imkan verir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə qiymətləndirərək yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, həmin dəlillər formal mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. təqsirləndirilən şəxs1 ona CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, işdə olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İşdə olan Xaçmaz RİHB-nın Mənzil Komunal Təsərrüfatı İdarəsindən verilmiş ## ####### 2025 ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 ailə tərkibi atası, anası və qardaşından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun “İkinci Qarabağ” müharibəsində iştirak etməsini, “Vətən Müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilib ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, onun cinayətdə iştirak dərəcəsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Məhkəmə kollegiyası müdafiəçinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlığı və ədalətsiz olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Müdafiə tərəfin göstərdiyi xüsusatlar artıq cəza təyin edilərkən qiymətləndirilmiş və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. İstinad edilən hallar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur və ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayələrti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi2 İbrahim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar