Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-479/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-151)-52/2026 nömrəli hökmü (hakim X2) ilə ## ###### 1989-cu ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Saatlı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Saatlı şəhəri, Babək küçəsi, ev 124 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. IŞIN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə 80.0 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, əynində olan qış gödəkçəsinin sağ yan cibində saxlamış, ## #### 2026-cı il tarixdə əməliyyat axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, R şahid3,Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, R şahid2 və Sabirabad RPŞ-nin USQ-nın operatoru, R şahid1 Beyzulla oğlu tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad şəhəri, Muğan prospektində piyada hərəkət edərkən saxlanılmış, saat 19:48dən 19:57-dək olan müddət ərzində fasiləsiz videoçəkilişdən istifadə etməklə üzərinə keçirilmiş baxış zamanı əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə çəkisi 80.0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. APELLYASIYA PROTESTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün Təqsirləndirilən şəxs daha ağır azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CMnin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmasını təklif etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə cəza təyin edərkən yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin əməlindən peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs yalnız istintaq zamanı verdiyi ifadələrində “törətdiyim cinayət əməlindən peşmanam” sözlərini demişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusat onun törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunduğu üçün təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilməsi üçün belə bir ifadə vermişdir. Ona görə də hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici hallar Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Azərbaycan Republikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətn törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi Umumi Hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq müddəalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası DIN-nin tələbnaməsindən də görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək psixi vəziyyəti nəzərə alınmaqla barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlar onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş zərərin həcminə, şəxsiyyətini xarakterizə edən hallara dəlalət edən hallardır. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq- aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya protestinin təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, məhkəmənin hökmü isə cəza hissəsində dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, nə ittiham tərəfi, nə də müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini göstərib, hökmün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər şahid2, şahid1, şahid2 və şahid3 ifadələri, ## #### 2026-cı il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokolu, "Əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## #### 2026-cı il tarixli protokol, “Maddi sübut kimi tanıma haqqında” ## ##### 2026-cı il tarixli qərarı, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” ## ### 2026-cı il tarixli qərarı, məhkəmə-bioloji ekspertizasının ## #### 2026-cı il tarixli **/*** nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2026-cı il tarixli, **** nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının ##.##.2026-cı il tarixli, **** saylı rəyi, habelə iş materiallarında olan sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməsini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməsi qanuna və cinayət-hüquqi prinsiplərə uyğun deyil. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə cəza təyin edərkən yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin əməlindən peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs yalnız istintaq zamanı verdiyi ifadələrində “törətdiyim cinayət əməlindən peşmanam” sözlərini demişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusat onun törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunduğu üçün təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilməsi üçün belə bir ifadə vermişdir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən nəzərə aldığı yüngülləşdirici hallar Cinayət Məcəlləsinin tələblərinə zidd olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” qanununda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzrədə tutulandan, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı marixuananın xeyli miqdardan 16 dəfə artıq olması, o cümlədən Təqsirləndirilən şəxs psixi vəziyyəti nəzərə alınmaqla barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsi, həmçinin təqsirləndirilən şəxsin əvvəllər xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinməsi xüsusatı Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi məhkəmə nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin həmin dəlili razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək psixi vəziyyəti nəzərə alınmaqla barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilmişdir. Lakin prostetdə həmin dəlil irəli sürülərkən nəzərə alınmamışdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan xüsusilə ağır cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs düçar olduğu psixi xəstəlik nəticəsində cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınması CM-nin 58.3-cü maddəsinin tələbi ilə uzlaşmır. “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində ## #### 2026cı il tarixdə, saat 20:50-də tutulmuş hesab edilmişdir (i.v. 24). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.42-43). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsinin haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar saxlandığı Sabirabad RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Belə ki, iş materiallarında olan AR DIN-nin BƏSII tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək psixi vəziyyəti nəzərə alınmaqla barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, belə hesab edir ki, həqiqətən də birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin edilmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, çəkisi 80.0 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımada ittiham olunmuşdur. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli cəmiyyətin sağlamlığına, ictimai təhlükəsizliyə və əhalinin normal həyat tərzinə ciddi təhlükə yaradan əməllərdən olmaqla, bu kateqoriyadan olan cinayətlərin ictimai təhlükəliliyi təkcə aşkar olunmuş narkotik vasitənin faktiki miqdarı ilə məhdudlaşmır. Bu cür əməllər narkomaniyanın yayılmasına, narkotik asılılığının dərinləşməsinə, digər cinayətlərin törədilməsi üçün münbit şəraitin formalaşmasına və ümumilikdə cəmiyyətin kriminal vəziyyətinə mənfi təsir göstərir. Kollegiya nəzərə alır ki, marixuana asılılıq yaradan, insan sağlamlığı üçün təhlükəli olan narkotik vasitələrdən olmaqla, onun qanunsuz dövriyyəsi ilə bağlı hər bir əməl, hətta satış məqsədi müəyyən edilmədiyi hallarda belə, ictimai münasibətlər üçün real təhlükə yaradır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində olan digər halların cəzanın məqsədlərinə təsir dərəcəsinə lazımi səviyyədə qiymət verməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndiriən hallara, onun davranışına nisbətdə kifayət qədər ədalətli hesab edilə bilməz. Kollegiyanın qənaətincə, həmin cəza təqsirləndirilən şəxsin qanunsuz hərəkətinin xarakterinə və faktiki nəticələrinə uyğun olmamaqla, cəzanın məqsədlərinə nail olunmasını tam təmin etməyəcəkdir. Azərbaycan Republikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətn törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi Umumi Hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq müddəalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” ##.##.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün marixuananış xeyli miqdarda çəkisinin 5 qram, külli miqdarda çəkisinin isə 500 qram olması göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı marixuana xeyli miqdardan 16 dəfə artıq olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cəza kifayət qədər ədalətli və törədilmiş əmələ adekvat hesab edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasını daha məqsədəmüvafiq hesab edir və bununla da cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Zülfiqarov Röyal Rövşən oğlunun himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağı (##.##.2009-cu il təvəllüdlü Zülfiqarov Rövşən Röyaloviç) vardır. Işdə olan ##.##.2023-cü il tarixli, AZ-II ****** №-li ölüm haqqında şəhadətnamənin surətindən (təkrar) görünür ki, X5 qanitirmədən ##.##.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Iş materialları və təqsirləndirilən şəxsin ifadəsi ilə müəyyən edilir ki, ##.##.2009-cu il təvəllüdlü Zülfiqarov Rövşən Röyaloviç atası Röyül Zülfqarovun himayəsində olmaqla onunla yaşayır. Qohulmarından, uşağın nənə və babalarından heç kəs onlarla yaşamır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablanmalı, məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına etap edilsin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs himayəsində yaşayan övladı - ##.##.2009-cu il təvəllüdlü Zülfiqarov Rövşən Röyaloviçin himayəyə veriliməsi barədə məsələnin həll edilməsi üçün hazırki qərarın surəti Sabirabad Rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-479/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-479/2026
28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver