Məhkəmə qərarları › İş №1(3-9)-481/2026

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-9)-481/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1(3-9)-481/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsinə dair Neftçala Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Quliyev Samir İdris oğlunun sədrliyi) ilə ## ###### 1981-ci ildə Neftçala rayonu Xəzər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, 2-ci qrup əlil, Neftçala şəhəri, Xəzər kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlin həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasə xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs ## ####### 2025-ci ildə, saat 23:00 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən yaşayış binasının həyətində - ictimai yerdə Zərərçəkmiş şəxs ona avtomobilini vurub qaçması ilə bağlı öz iradını bildirərkən onu söyüb təhqir edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələr və əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, mənəviyyat normalarına qarşı saymazlıq edərək nalayiq söyüşlər söyüb səs-küy salıb, cəmiyyətə açıqca hörmətsizlik edərək yumruqla Zərərçəkmiş şəxs ənsə nahiyyəsinə vuraraq ona başın ənsə nahiyyəsinin qançır və şişkinliyi, dərialtı hematoması, qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra avtomobilində saxladığı taxta parçasını götürərək silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs məxsus “X3” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinə, kapot hissəsinə və sağ ön qapısına bir neçə dəfə vuraraq avtomobili zədələyib, zərərçəkmiş şəxsə 992 manat ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı qismində çıxışında Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə iş üzrə gəldiyi nəticələri və təklifləri nəzərə almayaraq təqsirləndirilən şəxsin təqsirli bilindiyi ittiham üzrə cinayət işi üzrə əməli əsassız olaraq daha yüngül maddəyə tövsif etməklə iş üzrə icraat xitam vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməklə, ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 23 radələrində onun arxasınca yaşadığı binanın həyətinə gələn Zərərçəkmiş şəxs onun qolundan tutub avtomobilə aparmaq istədiyi üçün qurtulmaq məqsədilə yumruqla ona vuraraq, yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Yəni, Təqsirləndirilən şəxs yol verdiyi cinayət əməlinə subyektiv münasibəti təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, təşkil etməmişdir. Bu isə təqsirləndirilən şəxsin əməlində subyektiv cəhətdən xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edir. Məhkəmənin yuxarıda əsasladırmağa çalışdığı – “guya hadisənin zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlaması” işin faktiki hallarına tamamilə ziddir. Belə ki, işin faktiki hallarından aydın olur ki, təqsirləndirilən şəxs kafedə spirtli içki olan pivə içib kafenin avtodayanacağına gələrək öz avtomobilinə əyləşmiş, avtomobili arxaya verən zaman zərər çəkmiş şəxsin avtomobilini vurmuş, avtomobili vurduğu halda (öz ifadəsi ilə də təsdiqlənir) saxlamayıb içkili vəziyyətdə maşını idarə etmiş, zərər çəkmiş şəxs da haqlı olaraq Təqsirləndirilən şəxs arxasına getmişdir. Zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs arxasına getməsi və sonuncunun yaşadığı binanın həyətində onu görərək irad bildirməsi haqlı olmuşdur ki, istənilən şəxs mülkiyyətinə digər şəxs tərəfindən zərər vurulduqda onu qarşı tərəfdən tələb etməyə haqqı vardır. Təqsirləndirilən şəxs isə ona zərər çəkmiş şəxs tərəfindən bildirilən iradı heçə sayaraq (saymamazlıq nümayiş etdirərək) yumruqla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmiş, bundan sonra da qanunazidd hərəkətlərini davam etdirərək taxta ilə zərər çəkmiş şəxsin avtomobilinə maddi ziyan vurmuşdur. Məhkəmə isə qərarında elə bir təəssürat yaratmışdır ki, guya zərər çəkmiş şəxs heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs arxasınca getmiş, onun qolundan tutaraq zorla avtomobilə əyləşdirməyə çalışmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən və zərər çəkmiş şəxsin özləri belə məhkəmənin yuxarıda qeyd etdiyi kimi hadisənin o formada baş vermədiyini bildirmişlər, bundan başqa, Təqsirləndirilən şəxs içkili vəziyyətdə əsaslı səbəb olmadan zərər çəkmiş şəxsi vurduğunu və ən asas detallardan biri olan avtomaşının taxta ilə vuraraq ziyan vurduğunu etiraf etmişdir. Məhkəmənin işin faktiki hallarını təhrif etməsi özü üçün özlüyündə cinayət işi üzrə əməlin əsassız olaraq tövsif edilməsi üçün zəmin yaratmış, nəticədə təqsirləndirilən şəxsin əməli işin faktiki hallarına uyğun olmayan daha yüngül maddəyə tövsif edilmişdir. Məhkəmə, həmçinin, mübahisələndirilən qərarında göstərmişdir ki, şahid qismində dindirilmiş şahid2 və şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğunu gördüklərini, hadisənin baş verdiyi yerdə başqa şəxsləri görmədiklərini bildirdilər. ## ####### 2025-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş cinayət hadisəsi də qısa müddət ərzində başlamış, davam etmiş və başa çatmışdır. Həmin hadisə nəticəsində ictimai qayda kobud şəkildə pozulmamış, yəni təqsirləndirilən şəxsin hərəkətləri vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə, təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməkdə ifadə olunmamışdır. Həmçinin tərəflər arasında baş vermiş mübahisəni görən təqsirləndirilən şəxsin ailə üzvündən başqa heç bir şahidin olmaması da əməl nəticəsində cəmiyyətə açıqca hörmətsizlik edildiyini istisna edir. Bundan başqa, Təqsirləndirilən şəxs əməli ictimai qaydaya və cəmiyyətə qarşı deyil, sadəcə Zərərçəkmiş şəxs onun yaşadığı binanın həyətinə gəldiyinə və qolundan tutub öz avtomobilinə aparmaq istədiyinə görə ondan qurtulmaq məqsədi daşımışdır. Buna görə də həmin şəxsin əməli ictimai qaydaya və cəmiyyətə qarşı yönəlmədiyindən Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin obyekti də yoxdur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumun 3-cü bəndində göstərilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki iş üzrə qeyd edilməlidir ki, məhkəmənin qeyd etmək istədiyi kimi -hətta tərəflər arasındaki mübahisə şəxsi münasibətlər zəminində başlamış olsada belə, Təqsirləndirilən şəxs bundan sonrakı, yəni yumruqla zərərçəkmiş şəxsi vurduqdan sonrakı hərəkətləri tam şəkildə xuliqanlıq cinayətinə çevrilmişdir. Hansı ki, bu hissəyə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özü də hadisənin yaşadıqları binanın həyətində təxminən 10 dəqiqə ərzində davam etdiyini, zərər çəkmiş şəxslə dalaşaraq ona və maşınına xəsarət yetirdiyini etiraf etmiş, yaranmış səs-küyə onunla eyni binada yaşayan qardaşı oğlu şahid3 hadisə yerinə gəlmiş, bundan başqa Təqsirləndirilən şəxs ailə üzvləri də hadisəni yaşadıqları evdən görmüşdürlər. Göründüyü kimi, hadisə ictimai yer olan binanın həyətində baş vermiş, yaranmış səs-küy səbəbindən binada yaşayan sakinlərin istirahət hüququ pozulmuş, hətta, binanın yuxarı mərtəbəsində yaşayan Təqsirləndirilən şəxs öz ailə üzvləri belə pəncərədən baxaraq hadisəni birbaşa görmüşdürlər. Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayət əməli bununla kifayətlənməmiş, zərər çəkmiş şəxsə xəsarət yetirdikdən sonra sonuncu canını qurtarmaq üçün avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmış, Təqsirləndirilən şəxs isə “günahın” özündə olduğunu bildiyi halda daha da aqressivlik nümayiş etdirərək zərər çəkmiş şəxsi təqib etməyə başlamış, şəhərin mərkəzində qarşısını kəsərək yenidən onu münaqişəyə cəlb etməyə çalışmış, yalnız təsadüfən orada olan polis əməkdaşlarının səyləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbənin həyətində isə Bayram Hüseynovun şəhid olmuş övladı barəsində təhqiramiz ifadələr işlətmişdir. Qeyd edilən xüsusatlar həm zərər çəkmiş şəxsin, həm də qismən təqsirləndirilən şəxsin özünün ifadələri ilə də təsdiqlənir. Şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı oğlu X2 ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə olan zaman həyətdən söyüş səsləri eşitmiş, həmin zaman Təqsirləndirilən şəxs ailə üzvləri də yaşadıqları evdə olmuş, pəncərədən çölə baxan zaman əmisinin bir nəfər şəxsin üzərinə hücüm etdiyini görmüş, bu səbəbdən evdən çıxaraq onların olduğu yerə getmiş, həmin zaman əmisinin içkili olduğunu hiss etmiş, onu sakitləşdirməyə çalışsa da buna nail ola bilməmişdir. Q.Mehdiyev ifadəsini davam etdirərək hadisənin təxminən 10 dəqiqə ərzində binanın həyətində baş verdiyini, hadisə zamanı əmisinin içkili olduğunu, söyüş söydüyünü, eləcə də taxta ilə Bayram Hüseynovun avtomobilinə zərər yetirdiyini bildirmişdir. Qulu Mehdiyev, həmçinin, istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hadisə yerində gəldikdən sonra əmisi avtomobilinin yük yerində olan taxta parçasını götürüb Hüseynin avtomobilinin ön alın şüşəsinə və kapotunun üzərinə bir neçə dəfə vurmuş, binada yaşayan digər şəxslər pəncərədən Hüseynə söyüş söyməməsini, getməsini demişlər. O da çətinliklə əmisini oradan kənarlaşdırmışdır. Bundan sonra Hüseyn avtomobilinə əyləşib getmişdir. O da əmisinə polis şöbəsinə gedib şikayət etməsini demişdir. Onlar birlikdə polis şöbəsinə grtmişlər. Hüseynində polis şöbəsində olduğunu görmüşlər. Polis şöbəsində onların izahatlarını almışlar. Hüseynin onun barəsində guya onu bıçaqla hədələməsi barədə şikayət etdiyini bilmişdir. Mübahisə vaxtı onun əlində bıçaq olmamışdır. O ümumiyyətlə Hüseynə qarşı hər hansı bir hədələyici söz işlətməmişdir. Hüseynə sadəcə olaraq söyüş söyməməsini demişdir. İş üzrə dindirilmiş bütün şəxslərin ifadələri ilə təsdiqlənir ki, ilk öncə hadisə yerində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuş, təqsirləndirilən şəxsin ardıcıl və ucadan söyüş söyməsi nəticəsində həmin binada yaşayan bina sakinləri rahatsız olmuş, səs-küyə hadisə yerinə Təqsirləndirilən şəxs qardaşı oğlu gəlmiş, Qulu Mehdiyev belə onu sakitləşdirə bilmədiyindən Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərini davam etdirmişdir. İş materialarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr iki dəfə CM-nin 221.2.1, 221.2.2 və 315.1-ci maddələr ilə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Neftçala rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 06 ay islah işləri 10% cəzasına məhkum edilmiş, Mili Məclisin ##.##.2016-cı il tarixli “Amnistiya" qərarına əsasən cəzadan azad edilmişdir. Hazırki cinayət əməli törədilən zaman Təqsirləndirilən şəxs məhkumluğu CM-nin 83-cü maddəsinin tələblərinə əsasən ödənilsə də, göründüyü kimi, o, əvvələr də eyniməzmunlu cinayət əməli törətdiyinə görə iki dəfə məhkum olunmuş, cəzasını çəkib qurtardıqdan sonra islah yoluna qədəm qoymamış, bu səbəbdən yenidən silah qismində istifadə edən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən mənfi bir hal kimi qiymətləndirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı qeyd etmək lazımdır ki, sonuncu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımış, onun övladının şəhid olmasından xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs bunu bildiyi halda hadisənin gedişində zərər çəkmiş şəxsin şəhid olmuş övladının ünvanına təhqiredici ifadələr işlətmiş, şəhid ailəsinə bəlkə də etmiş olduğu əməldən daha ağır bir mənəvi zərbə vurmuşdur. Qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətini bir daha ortaya qoysa da məhkəmə öz qərarında bu kimi halları da görməzdən gəlmişdir. Canlı şəxsin ekspertizası ilə bağlı ## ####### 2025-ci il tarixli *** nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyyəsinin qançır və şişkinliyi, hematoması, qapalı kələ-beyin travması, beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni ## ####### 2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğıa Yüngül zərərvurmaya aiddir”. Hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən yaşayış binasının qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. Baxış keçirilməsi haqqında ## ####### 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus X4 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsində çat, kapot və sağ ön qapısında isə batıqlar vardır. Cinayət işinin materialarına əlavə edilmiş qüsur aktında Zərərçəkmiş şəxs məxsus X3 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 992 manat ziyan dəydiyi göstərilmişdir. Xuliqanlıq əməlinin mahiyyəti ondan ibarətdir ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Yəni, cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Hazırki işin araşdırılan halarından, həmçinin, zərərçəkmiş şəxsin ifadələrindən (ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdikləri ifadələrindən) və şahidlərin ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ilk öncə zərər çəkmiş şəxsi vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmiş, daha sonra hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi taxta ilə sonuncunun avtomobilinə 992 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, “yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir”. CM-nin 221.3-cü maddəsi isə müəyən edir ki, “bu Məcələnin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əmələrin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” daha ağır cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və haları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcələ ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcələsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əmələrin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcələsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki halarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bununla yanaşı, “Azərbaycan Respublikası Cinayət Məcələsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcələsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kolegiyasının 2005-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004 cü il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Qanununun mənasına görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin bilavasitə obyekti ictimai təhlükəsizlikdir. Qeyd olunan cinayətin obyektiv cəhəti yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsində ifadə olunur. Şərh olunan cinayət formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. İşin halarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş B.Hüseynov arasında olan və ibtidai istintaq tərəfindən haqlı olaraq xuliqanlıq əməli kimi qiymətləndirilən hərəkətlər xuliqanlıq motivindən irəli gəlmiş və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür etmişdir. Nəbiyevin xuliqanlıq əməli bir cinayət kimi formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərinin xuliqanlıq kimi niyyətdən, yəni, məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirsin. Belə olan halda, Təqsirləndirilən şəxs qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni, özü-özlüyündə də ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olmuşdur. Beləliklə, məhkəmə öz qərarında Təqsirləndirilən şəxs tərəfindən törədilən xuliqanlıq hadisəsini xuliqanlıq cinayəti konteksindən çıxarmaq üçün ictimai qaydanın pozulmadığını, hadisənin “zərər çəkmiş şəxsin təşəbbüsü ilə” baş verməsini göstərsə də, diqqətdən kənarda qoymuşdur ki, hadisə elə məhz Təqsirləndirilən şəxs avtomobili vurub uzaqlaşması səbəbindən baş vermiş, təqsirləndirilən şəxs ona bildirilən haqlı irada qeyri-adekvat yanaşmış, içkili vəziyyətdə əvvəlcə zərər çəkmiş şəxsi vuraraq, daha sonra avtomaşınını vuraraq zərər yetirməklə ictimai qaydanı pozmuş, bütün bunlar azmış kimi hadisə yerindən uzaqlaşan zərər çəkmiş şəxsi təqib etmiş, yalnız polis əməkdaşlarının səyi nəticəsində saxlanılmışdır. Görünən odur ki, məhkəmə baş vermiş hadisəni qəbul etsə də, onu xuliqanlıq əməli kimi deyil, şəxsi münasibətlərdən irəli gələn bir hadisə kimi qiymətləndirəndə, məhz yuxarıda vurğuladığım xüsusatları unutmuş, əslində isə xuliqanlıq cinayət əməli olan hadisənin məhz təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində başlamasını, davam etməsini və yekunlaşmasını, beləliklə də onun ictimai qaydalara etinasızlığını, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyini, özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməsini nəzərə almamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib, protestin təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını göstərib onun həbs olunmamasını xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, spirtli içkinin təsiri altında olduğunu, aralarında bir az söz-söhbət olduğunu, daha sonra üzr istəmək üçün polis şöbəsinə getdiyini, əməlindən peşman olduğunu göstərib, protestin təmin olunmamasını, məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin olunmamasını, məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməklə, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyini hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, habelə cinayət prosesinin tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, təqsirləndirilən şəxsin CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit edilmişdir. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. CM-nin 221.2-ci maddəsinə görə eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə ağırlaşdırıcı tövsifedici əlamət sayılır. Həmçinin, CM-nin 221.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda bu maddənin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Lakin hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan məqsədlərinə nail ola bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X7, şahid1, şahid6, şahid4 və şahid5 ifadələrini, canlı şəxsin ekspertizası ilə bağlı ## ####### 2025-ci il tarixli *** nömrəli ekspert rəyi, habelə digər iş materiallarını nəzərdən keçirib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməməsi, onun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmçinin onun ## ###### 2025-ci il tarixli amnistiya aktının 5.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməli olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Neftçala şəhər sakini və şəhid atası kimi tanıyır. Hüseynlə aralarında heç bir ədavət və düşmənçilik yoxdur. X5 adına olan “VAZ-21099” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonunun ərazisində taksi fəaliyyəti ilə məşğul olur. ## ####### 2025-ci ildə axşam saatlarında Neftçala şəhərinin ərazisində təzə bazar adlanan yerdə yerləşən kafedə bir bakal pivə içib, saat 23:00 radələrində idarə etdiyi avtomobillə evə getmək üçün yola düşmüşdür. Onun idarə etdiyi avtomobilin qarşısında şahid6 məxsus olan “VAZ-21011” markalı, arxasında isə Zərərçəkmiş şəxs məxsus “X3” markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Oradan çıxmaq üçün avtomobili hərəkət etdirərkən avtomobilinin ön hissəsi ilə şahid6 avtomobilinin ön hissəsi toqquşmuşdur. Eldar Ramazanova məxsus “VAZ-21011” markalı avtomobil cüzi əzildiyi üçün çıxıb evinə getmiş, düşünmüşdür ki, səhər onunla razılaşar. Yaşayış binasının qarşısına çatdıqda Hüseynin avtomobili ilə arxasınca gəldiyini görmüşdür. Hüseyn gəlib avtomobili onun yanında saxlamışdır. Hüseyn avtomobildən düşüb onu təhqir etmiş, niyə avtomobilini vurub qaçdığını demişdir. O da Hüseynə onun avtomobilini vurmadığını və nə üçün gəldiyini soruşmuşdur. Hüseyn bu zaman onu qucaqlayıb, qollarını sıxaraq öz avtomobilinə mindirmək istəmişdir. O da Hüseyndən niyə belə etdiyini soruşmuş və bu vaxt aralarında mübahisə yaranmışdır. Hüseyn onu təhqir etdiyi və zorla avtomobilinə mindirmək istədiyi üçün yumruqla bir dəfə onun ənsə nahiyyəsinə vurmuşdur. Hüseyn də onu buraxmışdır. O da əsəbləşdiyi üçün avtomobilindən taxta parçasını götürüb Hüseynin avtomobilinin ön alın şüşəsinə və ön kapot hissəsinə bir neçə dəfə vurmuşdur. Qardaşı oğlu Qulu onu evə aparmışdır. Hüseyn onu avtomobilinə mindirmək istəyərkən yerə oturduğu üçün sağ dizi yerə sürtünərək cızılmışdır. Hadisə olan axşam özü polis şöbəsinə gəlib Hüseyndən şikayət etmişdir. Orada Hüseynin də ondan şikayət etdiyini öyrənmişdir. Səhəri gün Elşadın yanına gedib avtomobilini düzəltdirmək istədiyini bildirdikdə, Elşad ona avtomobilinə cüzi ziyan dəydiyini, düzəltdirməyə ehtiyac olmadığını, Hüseynə onun arxasınca getməməsini dediyini bildirmişdir. Habelə qeyd edir ki, zərərçəkmişin istintaqa verdiyi ifadəsində qeyd olunduğu kimi o, zərərçəkmişin şəhid oğlu və digər şəhidlər barədə təhqiramiz ifadələr qətiyyən işlətməmişdir. Əlavə olaraq qeyd edir ki, zərərçəkmişlə aralarında olan münaqişə zamanı yanlarında qardaşı oğlu Quludan başqa heç kəs olmamış və münaqişə zamanı qonşulardan da kimsə yanlarında, həyətdə və ətrafda olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tam ödəmişdir. Barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində sürücü işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Mehdi ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. ## ####### 2025-ci il tarixində, saat 23:00 radələrində Neftçala şəhərinin ərazisində təzə bazar adlanan yerdə tanışları Samir, Elşad və Zöhrabla birlikdə oturmuş, Samir və Elşad pivə, o və Zöhrab isə çay içmişlər. O, kafeyə etibarnamə əsasında idarə etdiyi “X3” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Onun avtomobilinin qarşısında Təqsirləndirilən şəxs məxsus “VAZ-21099” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil, Mehdinin avtomobilinin qarşısında isə şahid6 məxsus olan “VAZ- 21011” markalı avtomobil dayanmışdır. Onlar evə getmək üçün kafedən çıxdıqda Mehdinin qardaşı oğlu Qulu ilə birlikdə avtomobilə minərək hərəkət etdiklərini, bu zaman avtomobilin əvvəlcə Elşadın, sonra isə onun avtomobilinə vuraraq arxa sağ stopun şüşəsini sındırdığını, bundan sonra da avtomobilini sürüb getdiyini görmüşdür. O da buna görə avtomobilini sürüb Mehdinin arxasınca getmişdir. Onun yanında olan şəxslər də onunla getmək istəsələr də, onlara gözləmələrini demişdir. O, Mehdinin yaşadğı binanın qarşısına getmişdir. Mehdinin qardaşı oğlu Qulunun avtomobilin yanında olduğunu görmüşdür. O, Mehdinin yanına gedib qolundan tutub kənara çəkərək avtomobilinin stopunun şüşəsini sındırdığını və elə də çox xərcinin olmadığını bildirib həll etməsini tələb etmişdir. Bu zaman Mehdi onu yumruqla vurmaq istəmişdir. Lakin kənara çəkildiyi üçün ona yumruq dəyməmişdir. O, Mehdini buraxıb kənara çəkilmişdir. Bu vaxt Mehdi avtomobilindən taxta parçası götürüb üzərinə hücum edib, boyun nahiyyəsinə taxta parçası ilə bir neçə dəfə vurmuşdur. O, Mehdigilin onu vuracaqlarını görüb avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Mehdi onun avtomobilinin ön alın şüşəsinə, kapotuna və sağ ön qapısına bir neçə dəfə zərbə vurmuşdur. O, avtomobili işə salıb uzaqlaşmağa başlamışdır. Mehdi və Qulu isə arxasınca daş atmağa başlamışlar. O, yenə təzə bazar adlanan əraziyə qayıtmışdır. Orada Samir, Elşad və Zöhrab onun avtomobilinə əyləşmişlər. Onlar Neftçala şəhəri, H.Əliyev prospekti ilə Neftçala Rayon Polis Şöbəsi istiqamətində hərəkət edərkən Neftçala Rayon İcra Hakimiyyətinin binasının qarşısında Mehdi avtomobillə onların qarşısını kəsmişdir. O, Mehdinin avtomobilinin ətrafından fırlanıb hərəkətinə davam etmişdir. Neftçala şəhəri, Nizami küçəsində YPX-nin əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarına işarə verib dayanmalarını bildirmişdir. Polis əməkdaşları dayandıqda onlara Mehdinin onun avtomobilini yararsız vəziyyətə saldığını demişdir. Bu zaman Mehdinin avtomobili ilə polis şöbəsinə getdiyini görmüşlər. O, da polis şöbəsinə getmişdir. Polis Şöbəsinin qarşısında dayanan polislərə Mehdini saxlamalarını demişdir. Polis əməkdaşları Mehdini şöbəyə aparan zaman o, şəhid oğlu Əmrahın və bütün şəhidlərin ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Mehdinin qardaşı oğlu Qulunun avtomobillə getmək istədiyini görmüş və polis əməkdaşlarına Qulunun da onu hədələdiyini, onu da şöbəyə aparmalarını demişdir. Polis əməkdaşları Qulunun qarşısını kəsib onu da şöbəyə aparmışlar. Polis şöbəsində ərizə yazdıqdan və izahat verdikdən sonra xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs onun avtomobilinə ümumilikdə 992 manat ziyan vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı Mehdini döyməmiş və təhqir etməmişdir. Mehdi onu döymüş və təhqir etmişdir. Əlavə olaraq qeyd edir ki, zərərçəkmişlə aralarında olan münaqişə zamanı yanlarında təqsirləndirilən şəxsin qardaşı oğlu Quludan başqa heç kəs olmamış və münaqişə zamanı qonşulardan da kimsə həyətdə və ətrafda olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, vurulmuş ziyan ödənimişdir, ona cəza verilməsini istəmir. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Onların evi binanın birinci mərtəbəsində yerləşir. Buna görə də binanın həyətini rahatlıqla görə bilirlər. ## ####### 2025-ci il tarixdə, saat 23:00 radələrində qaynının arvadı Libadə ilə mənzilin binanın həyətinə baxan otağında oturub çay içərkən səs gəldiyini eşitmiş, pəncərədən həyətə baxdıqda həyətdə Mehdinin bir nəfər şəxslə mübahisə etdiyini, həmin şəxsin Mehdiyə “nə üçün avtomobilimi vurub qaçırsan” dediyini, Mehdinin də həmin şəxsə “mən sənin avtomobilini vurmamışam, avtomobilini vurduğum şəxslə məsələni həl edəcəm” dediyini eşitmişdir. Həmin şəxsin Mehdinin qolundan tutub avtomobili istiqamətində dartdığını, bu zaman aralarında dava-dalaş başladığını, həmin şəxsin təpiklə Mehdinin avtomobilinə vurduğunu, Mehdinin də avtomobildən taxta parçası götürüb həmin şəxsin avtomobilinə bir neçə dəfə vurduğunu görmüşdür. Qaynının oğlu Qulu mübahisənin daha da şiddətləndiyini görüb onları ayırmış, həmin şəxs də avtomobillə oradan uzaqlaşmış, Mehdi də avtomobillə onun arxasınca getmişdir. Mehdi ilə Hüseynin mübahisəsi təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı onların bir-birini təhqir etdiyini eşitmiş, evin pəncərəsindən izlədiyi üçün hadisə zamanı onlardan başqa yaxınlıqlarında digər şəxslərin olmadığını bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 şahid Aynur Nəbiyeva ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 bildirmişdir ki, Zərərçəkmiş şəxs rayon sakini və şəhid atası kimi tanıyır. Hüseynlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onlar bəzən Neftçala şəhərində təzə bazar adlanan yerdə kafedə oturub çay içirlər. ## ####### 2025-ci il tarixdə, saat 23:00 radələrində Neftçala şəhərinin ərazisində təzə bazar adlanan yerdə tanışları Samir, Hüseyn və Zöhrabla birlikdə oturmuş, Samir və o pivə, Hüseyn və Zöhrab isə çay içmişlər. Hüseyn kafeyə etibarnamə əsasında idarə etdiyi “X3” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə, o da özünə məxsus olan “VAZ- 21011” markalı avtomobillə gəlmişdir. Onun avtomobili ilə Hüseynin avtomobili arasında Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Onlar evə getmək üçün kafedən çıxdıqda Mehdinin qardaşı oğlu Qulu ilə birlikdə avtomobilə minərək hərəkət etdiklərini, bu zaman avtomobilin əvvəlcə onun, sonra isə Hüseynin avtomobilinə vuraraq arxa sağ stopun şüşəsini sındırdığını, bundan sonra da avtomobilini sürüb getdiyini görmüşdür. Hüseyn də buna görə avtomobilini sürüb Mehdinin arxasınca getmiş, onlara gözləmələrini demişdir. Bir qədər sonra Hüseyn onların yanına gəlmişdir. Onlar Hüseynin avtomobilinin ön şüşəsinin çartladığını, kapotunun və digər yerlərinin əzilərək içəri batdığını görmüşlər. Hüseyndən nə baş verdiyini soruşduqda, Mehdinin taxta parçası ilə boyun nahiyyəsinə vurduğunu, daha sonra avtomobilin şüşəsinə və başqa yerlərinə vuraraq əzdiyini demişdir. Orada o, Samir və Zöhrab Hüseynin avtomobilinə əyləşmişlər. Onlar Neftçala şəhəri, H.Əliyev prospekti ilə Neftçala Rayon Polis Şöbəsi istiqamətində hərəkət edərkən Neftçala Rayon İcra Hakimiyyətinin binasının qarşısında Mehdi avtomobillə onların qarşısını kəsmişdir. Hüseyn Mehdinin avtomobilinin ətrafından fırlanıb hərəkətinə davam etmişdir. Neftçala şəhəri, Nizami küçəsində YPX-nin əməkdaşlarını görmüşdür. Hüseyn polis əməkdaşlarına işarə verib dayanmalarını bildirmişdir. Polis əməkdaşları dayandıqda Hüseyn onlara Mehdinin onun avtomobilini yararsız vəziyyətə saldığını demişdir. Bu zaman Mehdinin avtomobili ilə polis şöbəsinə getdiyini görmüşlər. Onlar da polis şöbəsinə getmişlər. Hüseyn polis şöbəsinin qarşısında dayanan polislərə Mehdini saxlamalarını demişdir. Polis əməkdaşları Mehdini şöbəyə aparan zaman o, Hüseynin şəhid oğlu Əmrahın ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Mehdinin qardaşı oğlu Qulunun avtomobillə getmək istədiyini görmüş və Hüseyn polis əməkdaşlarına Qulunun da onu hədələdiyini, onu da şöbəyə aparmalarını demişdir. Polis əməkdaşları Qulunun qarşısını kəsib onu da şöbəyə aparmışlar. Onlar Hüseyni çöldə gözləmişlər. Hüseyn ərizə yazdıqdan və izahat verdikdən sonra gəlmişdir. Onlar da Hüseyni evinə aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 və şahid5 şahid şahid6 ilə oxşar məzmunlu ifadələr vermişlər. Bundan başqa, iş materiallarında olan “Canlı şəxsin ekspertizası” ilə bağlı ## ####### 2025-ci il tarixli *** nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, “Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyyəsinin qançır və şişkinliyi, hematoması, qapalı kəllə-beyin travması, beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni ## ####### 2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğıa Yüngül zərərvurmaya aiddir”. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına və cinayət qanununun tələblərinə uyğun olmadığını hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətlərinin zərərçəkmiş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münaqişə zəminində törədildiyi, hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladığı, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik etmək niyyətinin olmadığı, hadisə zamanı ətrafda başqa şəxslərin iştirak etmədiyi və bu səbəbdən də xuliqanlıq cinayətinin zəruri əlamətlərinin mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi hadisənin ayrı-ayrı epizodlarını bir-birindən təcrid olunmuş şəkildə qiymətləndirmiş, təqsirləndirilən şəxsin hadisə boyu ardıcıl olaraq nümayiş etdirdiyi davranışların məcmusuna, xüsusilə də ilkin mübahisədən sonra əməlin xarakterinin dəyişməsinə və daha da intensivləşməsinə lazımi hüquqi qiymət verməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarda, həmçinin göstərilir ki, silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin «tətbiq etməklə» müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Həmçinin, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2004-cü il tarixli * saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş əlamətlərin hər birinin iş materiallarında olan sübutlarla təsdiq edildiyi müəyyən olunur. Belə ki, sözügedən hadisə yaşayış binasının həyətində, gecə saatlarında, yəni ictimai qayda və sakinlərin rahatlığının qorunmasının xüsusi əhəmiyyət daşıdığı məkanda baş vermişdir. Hadisənin gedişində təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə qarşı zor tətbiq edilmiş, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmuş, bundan sonra isə təqsirləndirilən şəxs avtomobilindən taxta parçası götürərək zərərçəkmiş şəxsin avtomobilinə dəfələrlə zərbə endirmiş və maddi ziyan vurmuşdur. Bu hallar yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə deyil, iş üzrə digər sübutların məcmusu ilə də təsdiq olunur. Xüsusilə, şahid X7 ifadəsindən görünür ki, hadisə zamanı yaşayış binasının həyətində səsküy yaranmış, o və şahid1 həmin səsə görə pəncərədən həyətə baxmış, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin mübahisəsini müşahidə etmiş, onların bir-birini təhqir etdiklərini eşitmiş, təqsirləndirilən şəxsin avtomobilindən taxta parçası götürərək zərərçəkmiş şəxsin avtomobilinə bir neçə dəfə vurduğunu görmüşlər. Şahid həmçinin hadisənin təxminən 10 dəqiqə davam etdiyini və şahid3 mübahisənin daha da şiddətləndiyini görərək onları ayırdığını bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin “hadisə zamanı ətrafda başqa şəxslərin olmaması” arqumenti əsaslı hesab edilə bilməz. Hətta bu hal faktiki olaraq qəbul edilsə belə, özlüyündə təqsirləndirilən şəxsin hərəkətlərinin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edən hüquqi meyar deyildir. Xuliqanlıq cinayətinin mövcudluğu üçün mütləq qaydada çoxsaylı və ya hadisəni küçədən müşahidə edən kənar şəxslərin olması tələb olunmur. Əsas məsələ təqsirləndirilən şəxsin davranışının ictimai qaydanı kobud surətdə pozması və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi ilə müşayiət olunub-olunmamasıdır. Əksinə, hazırkı işdə hadisənin yaşayış binasının həyətində baş verməsi, gecə vaxtı yüksək səslə mübahisə və təhqirlərin eşidilməsi, hadisənin təxminən 10-15 dəqiqə davam etməsi, sakinlərin səs-küyə reaksiya verərək pəncərədən hadisəni müşahidə etməsi və şahid3 mübahisəni ayırmaq üçün hadisə yerinə gəlməsi baş verənlərin sırf iki şəxs arasında qısa müddətli fiziki təmasdan ibarət olmadığını göstərir. Bu baxımdan birinci instansiya məhkəməsinin yalnız hadisə yerində çoxsaylı şəxslərin olmamasına istinad etməklə cəmiyyətə açıqca hörmətsizlik əlamətinin mövcud olmadığını qəbul etməsi xuliqanlıq cinayətinin qanunla müəyyən edilmiş əlamətlərinin mahiyyətinə uyğun deyildir. Bundan əlavə, Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən Qərarında məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmiş və izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bu mövqedən çıxış etdikdə, hadisənin əvvəlində tərəflər arasında avtomobilə dəymə ilə bağlı mübahisənin yaranması həlledici hüquqi əhəmiyyət kəsb etmir. Çünki mübahisənin hansı səbəbdən başlanması ilə təqsirləndirilən şəxsin sonrakı davranışının hansı xarakter alması ayrı-ayrı məsələlərdir. Hətta zərərçəkmiş şəxsin avtomobilinə dəymə ilə bağlı təqsirləndirilən şəxsdən ziyanın ödənilməsini tələb etmək məqsədilə onun arxasınca getməsi və ilkin olaraq onun qolundan tutması qəbul edilsə belə, bu hal Təqsirləndirilən şəxs sonrakı hərəkətlərinin də məhz avtomatik olaraq şəxsi münaqişə çərçivəsində həyata keçirildiyi nəticəsinə gəlməyə əsas vermir. Əksinə, iş materiallarından görünür ki, ilkin mübahisədən sonra hadisə bununla məhdudlaşmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yumruqla zərbə endirmiş, daha sonra avtomobilindən taxta parçası götürərək zərərçəkmişin avtomobilinə bir neçə dəfə zərbə vurmuşdur. Xüsusilə əhəmiyyəti hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs hətta zərərçəkmiş hadisə yerindən uzaqlaşdıqdan sonra da öz davranışlarını davam etdirmişdir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən avtomobilinə zərbələr endirildikdən sonra o, avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmış, daha sonra təqsirləndirilən şəxs və onunla birlikdə olan şahid3 onun arxasınca getmişlər. Zərərçəkmiş şəxs təzə bazar ərazisinə qayıdaraq tanışları Samir, Elşad və Zöhrabı avtomobilinə götürdükdən və polis şöbəsi istiqamətində hərəkət etdikdən sonra belə təqsirləndirilən şəxs bununla kifayətlənməmiş, Neftçala Rayon İcra Hakimiyyətinin binasının qarşısında avtomobillə onun qarşısını kəsmişdir. Həmin hal şahid6 ifadəsi ilə də təsdiq olunur. Belə ki, şahid6 birinci instansiya məhkəməsində bildirdiyinə görə, Hüseynlə birlikdə polis şöbəsi istiqamətində hərəkət etdikləri zaman Neftçala Rayon İcra Hakimiyyətinin binasının qarşısında Mehdi avtomobillə onların qarşısını kəsmiş, Hüseyn isə Mehdinin avtomobilinin ətrafından keçərək hərəkətini davam etdirmişdir. Sonradan onlar Nizami küçəsində YPX əməkdaşlarını görərək dayanmış və Hüseyn baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. şahid4 və şahid5 ifadələrinin də həmin hallarla uyğun məzmunda olması bu məlumatların təsadüfi xarakter daşımadığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal hadisənin hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki əgər təqsirləndirilən şəxsin əvvəlki hərəkətləri yalnız özünə qarşı yönəlmiş fiziki təsirdən yaxa qurtarmaq və ya qəflətən yaranmış şəxsi mübahisəyə cavab vermək məqsədi daşısaydı, zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra onun ardınca getməsi və daha sonra hərəkətdə olan avtomobilinin qarşısını kəsməsi üçün hər hansı zəruri səbəb mövcud olmazdı. Əksinə, bu davranış təqsirləndirilən şəxsin qarşıdurmaya son qoymaq deyil, onu davam etdirmək və zərərçəkmiş şəxslə yenidən qarşı-qarşıya gəlmək niyyətində olduğunu göstərən sonrakı davranış kimi qiymətləndirilməlidir. Beləliklə, hadisənin inkişaf dinamikası təqsirləndirilən şəxsin hərəkətlərinin yalnız yaşayış binasının həyətində baş vermiş qısa müddətli şəxsi mübahisə ilə məhdudlaşmadığını göstərir. Əksinə, ilkin qarşıdurmadan sonra zərərçəkmiş şəxsin hadisə yerindən uzaqlaşmasına baxmayaraq onun təqib edilməsi və daha sonra avtomobillə qarşısının kəsilməsi təqsirləndirilən şəxsin aqressiv davranışının davam etdiyini və qarşıdurmanı öz təşəbbüsü ilə yenidən davam etdirdiyini göstərir. Bu hal isə birinci instansiya məhkəməsinin hadisəni yalnız tərəflər arasında yaranmış şəxsi münaqişə kimi qiymətləndirməsinin işin faktiki hallarının tam və hərtərəfli nəzərə alınmasına əsaslanmadığını göstərən mühüm hallardan biridir. Çünki hadisənin gedişində təqsirləndirilən şəxsin davranışı zərərçəkmiş şəxsdən uzaqlaşmaq və münaqişəyə son qoymaq istiqamətində deyil, əksinə, artıq bitməkdə olan qarşıdurmanı davam etdirmək istiqamətində olmuşdur. Beləliklə, hadisənin ilkin mərhələsində avtomobilə dəymə ilə əlaqədar şəxsi xarakterli mübahisənin mövcudluğu sonrakı hərəkətlərin hüquqi mahiyyətini müəyyən edən yeganə və həlledici amil sayıla bilməz. Yuxarıda qeyd olunan Plenum mövqeyindən də göründüyü kimi, mübahisənin ilkin səbəbinin şəxsi münasibətlərdən irəli gəlməsi sonrakı davranışın xuliqanlıq kimi tövsifini avtomatik olaraq istisna etmir. Məhz bu baxımdan birinci instansiya məhkəməsinin hadisənin başlanğıc səbəbinə üstünlük verərək hadisənin sonrakı inkişafını və təqsirləndirilən şəxsin davranışlarının ardıcıllığını nəzərdən kənarda saxlaması düzgün hesab edilə bilməz. Digər tərəfdən, təqsirləndirilən şəxsin öz ifadəsi də onun hərəkətlərinin xarakterini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, Təqsirləndirilən şəxs özü təsdiq etmişdir ki, Hüseynlə mübahisə zamanı onu yumruqla vurmuş, daha sonra isə avtomobilindən taxta parçası götürərək Hüseynin avtomobilinin ön alın şüşəsinə və ön kapot hissəsinə bir neçə dəfə vurmuşdur. Beləliklə, təqsirləndirilən şəxs özünün zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməsini və özgənin əmlakına qəsdən zərər yetirməsini mahiyyət etibarilə inkar etməmişdir. Bu hərəkətlərin səbəbini isə təqsirləndirilən şəxs Hüseynin onu təhqir etməsi və avtomobilinə mindirmək istəməsi ilə izah etmişdir. Lakin belə izah sonrakı hərəkətlərin hüquqi mahiyyətini dəyişmir. Çünki təqsirləndirilən şəxsin özünün verdiyi ifadədən də aydın olur ki, Hüseyn onu buraxdıqdan sonra o, artıq özünü həmin vəziyyətdən xilas etmək məqsədilə deyil, “əsəbləşdiyi üçün” avtomobilindən taxta parçası götürərək zərərçəkmişin avtomobilinə bir neçə dəfə zərbə vurmuşdur. Kollegiyanın qənaətincə, təqsirkarın qeyd olunan davranışları əvvəlki hərəkətdən müdafiə olunmaq üçün zəruri hərəkət deyil, baş vermiş mübahisənin davam etdirilməsi və aqressiv davranışın yeni mərhələyə keçməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hadisənin “qısa müddət davam etməsi” barədə nəticəsi də özlüyündə xuliqanlıq tərkibinin olmadığını göstərən hal kimi qəbul edilə bilməz. Xuliqanlıq cinayətinin yaranması üçün əməlin müəyyən minimum müddət ərzində davam etməsi kimi hüquqi şərt mövcud deyildir. Əksinə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli davranışın xarakteri onun müddətindən daha çox, törədilmə üsulu, intensivliyi, davamlılığı, ətrafdakı şəxslərə münasibəti və təqsirkarın davranışının konkret şəraitdə yaratdığı ictimai təhlükə nəzərə alınmaqla müəyyən edilir. Hazırkı halda isə təqsirləndirilən şəxsin davranışı bir neçə ardıcıl hərəkətdən ibarət olmuşdur: zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq edilməsi, təhqiramiz ifadələrin işlədilməsi, avtomobildən taxta parçası götürülməsi, həmin əşya ilə zərərçəkmiş şəxsin üzərinə hücum edilməsi barədə ifadə, avtomobilin müxtəlif hissələrinə çoxsaylı zərbələr endirilməsi, zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra onun arxasınca getməsi və daha sonra onun avtomobilinin qarşısının kəsilməsi barədə zərərçəkmiş və şahidlərin ifadələrində göstərilən hallar olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarının məzmununa görə, xuliqanlıq cinayəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Bu baxımdan hazırkı işdə xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin bütün davranışlarının məcmusunda özünü aydın şəkildə göstərir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2025-ci ildə, saat 23:00 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən yaşayış binasının həyətində, ictimai yerdə Zərərçəkmiş şəxs onun avtomobilini vurub qaçması ilə bağlı iradını bildirərkən onu söyüb təhqir edərək, ictimai qaydanı kobud surətdə pozub nalayiq söyüşlər söyüb səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik göstərmiş, Zərərçəkmiş şəxs ənsə nahiyəsinə yumruqla vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmiş, daha sonra avtomobilindən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs məxsus “X6” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinə, kapotuna və sağ ön qapısına bir neçə dəfə vuraraq 992 manat məbləğində ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Həmçinin təqsirləndirilən şəxs hadisənin davamında zərərçəkmiş şəxsin arxasınca getmiş və onun avtomobilinin qarşısını kəsmişdir. Bu hərəkətlərin ardıcıllığı göstərir ki, təqsirləndirilən şəxsin davranışı konkret bir fiziki təmasla məhdudlaşmamış, münaqişənin daha da kəskinləşdirilməsi, ətrafda qəbul olunmuş davranış və birgəyaşayış qaydalarına açıq etinasızlıq nümayiş etdirilməsi və qarşıdurmanın davam etdirilməsi ilə müşayiət olunmuşdur. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə onun avtomobilinə zərər vurduğunu bildirməsi ilə bağlı ilkin səbəbin real olduğunu da nəzərdən qaçırmır. Lakin məhz bu hal təqsirləndirilən şəxsin hərəkətlərinin xuliqanlıq xarakterini aradan qaldırmır. Çünki qanun və məhkəmə təcrübəsi baxımından xuliqanlığın müəyyən edilməsi üçün yalnız mübahisənin nədən başlamasına deyil, təqsirləndirilən şəxsin həmin vəziyyətə necə reaksiya göstərməsinə, onun davranışının ictimai qaydanın kobud surətdə pozulması səviyyəsinə çatıb-çatmadığına və cəmiyyətə açıqca hörmətsiz münasibətin ifadə olunubolunmadığına qiymət verilməlidir. Hazırkı işdə isə təqsirləndirilən şəxsin reaksiyası açıq-aşkar mütənasiblik həddini aşmışdır. Avtomobilə dəymə ilə bağlı mübahisəni izah etmək və ya zərəri ödəmək əvəzinə o, zərərçəkmiş şəxsə fiziki zor tətbiq etmiş, daha sonra taxta parçası götürərək həm şəxsə qarşı təhlükəli hərəkətlər etmiş, həm də avtomobili dəfələrlə vuraraq zədələmişdir. Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra belə təqsirləndirilən şəxsin onun ardınca getməsi və qarşısını kəsməsi isə bu davranışın təsadüfi və ani xarakter daşımadığını göstərən əlavə haldır. Beləliklə, birinci instansiya məhkəməsinin hadisəni yalnız ilkin mübahisənin səbəbi və zərərçəkmiş şəxsin ilk hərəkəti müstəvisində qiymətləndirməsi nəticəsində təqsirləndirilən şəxsin sonrakı davranışlarına düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı iş üzrə bütün sübutların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri yalnız zərərçəkmiş şəxsə yüngül zərər vurmaqdan ibarət olmamışdır. Onun davranışında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik, zor tətbiq etmə və özgənin əmlakını zədələmə kimi əlamətlər bir-biri ilə əlaqəli şəkildə mövcud olmuş, üstəlik, əməlin törədilməsində silah qismində istifadə edilən əşyadan istifadə edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmaması barədə nəticəsi işin faktiki hallarına və sübutların məcmusuna uyğun gəlmir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş yuxarıda qeyd olunan sübutları Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, təsvir olunan hadisənin yalnız sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilməsi cinayət və cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərinə uyğun sayıla bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, iş üzrə mövcud sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanının qənaəti qanuni, əsaslı və üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, hərəkətlərində ona ittiham verilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirkarın əməlinin CM-nin 128-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, işin halları, hadisələrin məntiqi ardıcıllığı, işdə olan sübutların hərtərəfli və müqayisəli təhlili məhkəmənin qərarının ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair yekun nəticəyə gəlmək üçün əsas verirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). X10 o da göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında bildirilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında bildirmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (“Landvreugd Hollandiyaya qarşı”, “Brumaresku Rumıniyaya qarşı” işlər üzrə qərarlar). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə; ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə; cəza tədbirinin müəyyən edilməsinə; tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə; hüquqi şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə də qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 221.2.1, 221.2.2 və 315.1-ci maddələr ilə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Neftçala Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 06 ay islah işləri 10% cəzasına məhkum edilmiş, Milli Məclisin ##.##.2016-cı il tarixli “Amnistiya" qərarına əsasən cəzadan azad edilmişdir. Halhazırda məhkumluğu yoxdur. Kollegiya bu hissədə, həmçinin onu qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluq keçmişi onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Yuxarıda qeyd olunanlardan görünür ki, təqsirkar Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları da məhz xuliqanlıqla bağlı olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kollegiya törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması onun qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 401, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Hökmün icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar