Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-486/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlunun, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs1 Abdullah oğlu və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışır. Mübahisələndirilən hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkum təqsirləndirilən şəxs1 Abdullah oğlu vəsatətində göstərilən hökmdən apellyasiya şikayəti vermə müddətini ötürməsini hüquqlarını bilməməsi ilə əlaqələndirmiş, bu halın üzrlü səbəb kimi qəbul edilərək göstərilən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlunun apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatəti rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu apellyasiya şikayəti verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından narazıdır. Hökmdən apellyasiya şikayəti vermə müddətini ötürməsini hüquqlarını bilməməsi ilə əlaqələndirmiş, bu halın üzrlü səbəb kimi qəbul edilərək göstərilən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Ilqar Əsədov apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını bildirmiş, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu və onun müdafiəçisi müdafiəçi1 isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlunun şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilməsi barədə gəlinmiş nəticə işin faktiki hallarına və cinayət-prosessual qanunun tələblərinə uyğundur, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinə görə, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin normanın məqsədi məhkumun hökmün məzmunu ilə faktiki tanış olduğu andan etibarən şikayət hüququndan real istifadə imkanını təmin etməkdir. CPM-nin 386-cı maddəsinin məzmununa görə, buraxılmış prosessual müddətin bərpası birmənalı xarakter daşımır; belə bərpa yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və sübut olunmuş üzrlü səbəblərlə bağlı olduğu hallarda mümkündür. Buna görə də müddətin bərpasını tələb edən şəxs sadəcə müddəti buraxdığını göstərməklə kifayətlənməməli, həmin müddətdə şikayət verməsinə real maneə yaradan halları konkret sübutlarla əsaslandırmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, hökmün surəti təqsirləndirilən şəxs1 təqdim edilməsi üçün ## ###### 2025-ci il tarixli məktubla onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına göndərilmiş, ## ###### 2025-ci il tarixdə ünvana çatdırılmaqla icrası həmin müəssisə tərəfindən təmin edilmişdir. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük müddət ən geci ##.##.2026-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlunun göstərilən hökmdən ona münasibətdə apellyasiya şikayəti vermə müddəti ## ###### 2026-cı il tarixdə bitdiyi halda, ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verməklə bunun üçün qanunla müəyyən edilmiş müddəti 5 ay 02 gün buraxmışdır. Bu da müddətin bərpası məsələsinin ciddi və sübuta əsaslanan yanaşma ilə qiymətləndirilməsini tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, CPM apellyasiya şikayətinin verilməsi üçün 20 günlük müddət müəyyən etməklə prosessual intizamı qorumağı, həmçinin işin səmərəli icraatını təmin etməyi hədəfləyir. Lakin bu müddət formal xarakter daşımır və şəxsin müdafiə və şikayət hüququnun reallaşdırılmasını məhdudlaşdırmaq üçün tətbiq oluna bilməz. Bu müddətin tətbiqində əsas prinsip ondan ibarətdir ki, tərəf öz şikayət hüququndan real və effektiv istifadə imkanı əldə etməlidir. Prosessual müddətlər məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla yanaşı, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Prosessual qanunvericilikdə şikayət vermə müddətlərinin müəyyən edilməsində məqsəd məhkəmə aktlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinin qarşısını almaq, hüquq münasibətlərində sabitliyi təmin etmək və məhkəmə qərarlarının yekunluğunu qorumaqdan ibarətdir. Buna görə də ötürülmüş prosessual müddətin bərpası yalnız obyektiv, qarşısıalınmaz və şəxsin iradəsindən asılı olmayan səbəblər mövcud olduqda mümkün hesab edilə bilər. Hazırkı işdə isə hökmün surəti məhkuma rəsmi qaydada vaxtında çatdırılmış, onun həmin vaxtdan etibarən apellyasiya hüququnun mövcud olduğu aydın olmuşdur. Şikayətçi bu hüququn həyata keçirilməsinə mane olan konkret və davamlı halı sübut edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Bu nöqteyi-nəzərdən hazırkı işdə məhkum edilmiş şəxs hökmdən savadsızlığı ilə bağlı şikayət verməməsini əsas gətirsə də, onun şikayət vermək hüququndan istifadə etməsinə obyektiv maneə yaranması təsdiq olunmur. Hüquqi savadsızlıq və ya qanunvericiliyin tələblərinin bilinməməsi də prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Hüququn ümumi prinsiplərinə görə qanunun bilinməməsi şəxsi onun hüquqi nəticələrindən azad etmir. Xüsusilə məhkəmə hökmünün surətinin məhkuma təqdim edildiyi və apellyasiya qaydasında mübahisələndirmə imkanının mövcud olduğu halda, şəxsin uzun müddət ərzində heç bir prosessual təşəbbüs göstərməməsi yalnız savadsızlıqla izah oluna bilməz. Əks yanaşma prosessual müddətlər institutunun mahiyyətini aradan qaldırar və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəməyə çıxış hüququ mütləq hüquq deyildir və bu hüquq prosessual qaydalarla tənzimlənə bilər. Prosessual müddətlərin müəyyən edilməsi və həmin müddətlərə riayət olunmasının tələb edilməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədinə xidmət edir. Prosessual müddətlərin tətbiqi o halda hüquqa uyğun sayılır ki, şəxs şikayət hüququndan istifadə etmək üçün real imkana malik olsun və müddətin ötürülməsi onun iradəsindən kənar, qarşısıalınmaz maneə ilə bağlı olmasın. Şəxsin prosessual hüquqlarını həyata keçirmək üçün kifayət qədər imkanı olduğu halda həmin hüquqlardan vaxtında istifadə etməməsi sonradan müddətin bərpası üçün əsas hesab oluna bilməz. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə də hüquqi müəyyənlik prinsipi məhkəmə qərarlarının yekunluğuna hörmət edilməsini tələb edir və tərəflər yalnız müstəsna hallarda prosessual müddətlərin bərpasını tələb edə bilərlər. Müddətin bərpası institutunun tətbiqi adi qaydaya çevrilməməli, yalnız həqiqətən üzrlü və sübut olunmuş hallar mövcud olduqda istifadə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxılmaqla verilmişdir. Hökmün surəti məhkuma ##.##.2025-ci ildə təqdim edildiyi halda, onun yalnız ##.##.2026-cı ildə apellyasiya şikayəti verməsi, bu uzun müddət ərzində şikayət verməsinə obyektiv maneə yaradan hallar barədə mötəbər sübutlar təqdim etməməsi müddətin bərpası üçün qanuni əsasların olmadığını göstərir. Iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə görə, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Hazırkı halda birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina barədə qərarı faktiki hallara uyğun olduğundan, həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Abdullah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-486/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-486/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver