Məhkəmə qərarları › İş №1(3-9)-489/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-489/2026

23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-489/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ##.##.1985-ci ildə Saatlı rayonu, Potubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, Saatlı rayonu, Potubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim X3) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında cəza çəkməsinin nəzərə alınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar məsələsi də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün cinayət qanunu normalarını düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Saatlı rayonu, Seyidlər kəndində yaşayan zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsində olan heyvan saxlanılması üçün nəzərdə tutulan tövlənin hasarının arxa hissəsində, beton panelin üzərində olan taxta parçasını sındıraraq, oradan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq bir baş 280 manat dəyərində qoyunu gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş zərərçəkmiş şəxs2 280 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən ##.##.2026-cı il tarixdə saat 03 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Saatlı rayonu, Seyidlər kəndində yaşayan zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsində olan heyvan saxlanılması üçün nəzərdə tutulan tövləyə, dəmir tordan olan giriş qapısının yuxarı hissəsini özünə çəkərək oradan saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq bir baş 250 manat dəyərində qoyunu gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş zərərçəkmiş şəxs1 250 manat məbləğində ziyan vurmuşdur. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün, Saatlı rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə nəzərdə tutulmuş cinayət işi üzrə tutularaq saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmasını məhkəməyə təklif etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cəza təyininə aid hissədə cinayət qanununun normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, CM-nin 69.3-cü maddəsinə əsasən - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli qərarının 56-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. Hazırki cinayət işi materiallarına əlavə edilmiş protokollardan, eləcə də mübahisələndirilən hökmün 9 cu səhifəsinin 3-cu abzasından görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Beləliklə də, məhkəmə tərəfindən cinayət qanununun normaları düzgün tətbiq edilməmiş, Təqsirləndirilən şəxs sonuncu iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət barəsində ##.##.2026-cı il tarixdə çıxarılmış hökmlə təyin olunmuş cəza müddətinə daxil edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.3 və 353.4.8-ci maddələrinə əsasən - Məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri, eləcə də təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edib, apellyasiya protestinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün cinayət qanunu normalarını düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumat verilməsinə baxmayaraq, zərər çəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçılarının mövqeyini və həmin şəxslərin iştirakı olmadan işə baxılmasına mane olan halın mövcud olmamasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya protesti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya protestinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya protesti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, proses iştirakçılarının çıxışlarını, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş üzrə qəbul edilmiş Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cəza təyininə aid hissədə cinayət qanununun normaları düzgün tətbiq edilməmişdir. Belə ki, CM-nin 69.3-cü maddəsinə əsasən - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli qərarının 56cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. Apellyasiya protestinə əsasən mübahisələndirilən məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Beləliklə də, məhkəmə tərəfindən cinayət qanununun normaları düzgün tətbiq edilməmiş, Təqsirləndirilən şəxs sonuncu iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət barəsində ##.##.2026-cı il tarixdə çıxarılmış hökmlə təyin olunmuş cəza müddətinə daxil edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.3 və 353.4.8-ci maddələrinə əsasən - Məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri, eləcə də təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı hazırki iş uzrə Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldılğı 2 günü hökmlə təyin olunmuş cəza müddətinə daxil etməmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldılğı 2 gün ona təyin edilmiş cəzadan cıxılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cəzanın düzgün təyini ədalətli, mütənasib və cəzanın məqsədlərinə uyğun hesab olunur. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları bir daha təhlil edib, yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldılğı 2 gün ona təyin edilmiş cəzadan çıxılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün müddət, bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar