Məhkəmə qərarları › İş №1(3-9)-508/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-508/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-508/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, Məhkum Təqsirləndirilən şəxs, (videokonfrans əlaqə sistemi vasitəsilə) X3 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə məhkum olunması barədə Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında məhkəmənin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə iki il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, vəsatətində müddəti buraxmasını xəstə olması ilə əlaqələndirmiş, lakin həmin müddəti üzrlü səbəblərə görə buraxdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, həmin qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü elan olunarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası ona izah olunmuşdur. İşdə olan məhkəmə qəbzindən görünür ki, Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmünün surəti ##.##.2024-cü il tarixdə Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına göndərilmiş, hökmün ##.##.2024-cü il tarixdə alınması barədə xəbərnamə təqdim olunmuşdur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət axımı məhkum Təqsirləndirilən şəxs münasibətdə ##.##.2024-cü il tarixdən başlamışdır. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatəti isə saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ##.##.2026-cı il tarixli müşayiətedici məktubu ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin apellyasiya şikayəti və vəsatət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, 2 ildən çox müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum hökmün surətini ##.##.2024-cü il tarixdə rəsmi qaydada əldə etməklə apellyasiya şikayəti vermək hüququnun yarandığını bilmişdir. Bu hal həm hökmdə apellyasiya şikayəti verilməsi üçün müddətin göstərilməsi ilə, həm də hökm məhkumun müdafiəçisinin iştirakı ilə elan olunarkən ona hökmdən 20 gün ərzində şikayət verməli olmasının izah edilməsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin müddəti ötürməsinin səbəbləri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hökm elan olunduqdan sonra onun 2 ildən aydan artıq apellyasiya şikayəti verməsinə mane ola biləcək hər hansı halın mövcud olması heç bir mötəbər sübutla təsdiq olunmur və məhkumun göstərdiyi hallar prosessual müddətin bərpası üçün əsas kimi nəzərdən keçirilə bilməz. Ona görə də kollegiya məhkum Təqsirləndirilən şəxs dəlilləri ilə razılaşmağı mümkün saymır, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır və hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2026-cı il tarixli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar