Məhkəmə qərarları › İş №1(3-9)-512/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-512/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-512/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən Fikrət Hüseynov, MÜƏYYƏN ETDIM: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli, * nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Instagram" sosial şəbəkəsi Azərbaycan Respublikasında qeydiyyatda alınmadığından, xüsusi ittiham qaydasında şikayətə yayılması ehtimal edilən böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin yaşayış yeri üzrə baxılmalıdır. Elektron Məhkəmə Informasiya sistemindən əldə edilən məlumatlardan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 ünvan 1 ünvanında, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə “BTV Xəbər” media resursuna barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 rəhbərlik etdiyini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Işin aidiyyəti üzrə göndərildiyi Saatlı Rayon Məhkəməsi hazırkı işin baxılmasının onun səlahiyyətinə aid olmadığı qənaətinə gələrək, ## ######## 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə aidiyyət məsələsi üzrə mübahisənin həll edilməsi üçün iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Xüsusi ittiham qaydasında şikayətin materiallarını nəzərdən keçirərək aşağıdakılara görə hesab edirəm ki, iş aidiyyət ilə bağlı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sədri həmin apellyasiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri arasında olan fikir ayrılığına baxır. Lakin hazırki işin materiallarından görünür ki, aidiyyətlə bağlı fikir ayrılığı müxtəlif apellyasiya instansiya məhkəmələrinin yurisdiksiyalarına aid olan birinci instansiya məhkəmələri arasında yaranmışdır. Belə olan halda hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi ilə digər apellyasiya instansiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi arasında yaranan fikir ayrılığına həmin apellyasiya instansiya məhkəmələrindən hər hansı birinin baxması qanunvericiliyin tələblərinə uyğun olmazdı. Odur ki, hesab edirəm ki, hazırkı aidiyyətlə bağlı mübahisənin xarakteri iki müxtəlif apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə bağlı olduğuna və onlardan heç birinin mövcud vəziyyətdə olan aidiyyət mübahisəsini həll etmək barədə səlahiyyətlərinin qanunvericilikdə nəzərdə tutulmadığına görə hazırki iş aidiyyət mübahisəsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Saatlı Rayon Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi arasında yaranmış aidiyyət məsələsi ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədr vəzifəsini icra edən Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar