Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-517/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X6 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə Idarəsinin şöbə prokuroru, R X1, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə MÜƏYYƏN ETDI: Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, eyni zamanda Şirvan Şəhər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması haqqında vəsatət qaldırmışdır. Məhkum Təqsirləndirilən şəxs vəsatətini belə əsaslandırmışdır ki, Umbakı Penitensiar Müəssisəsində olarkən ## ###### 2025-ci ildə barəsində olan hökmün surətini əldə etmişdir. Elə həmin vaxtda saxlanıldığı ** saylı korpusun baş nəzarətçisinə apellyasiya şikayətini təqdim etmişdir. Lakin sonuncunun günahı ucbatından yazdığı apellyasiya şikayəti göndərilməmişdir. Bu səbəbdən də hökmdən apellyasiya müddətini buraxmalı olmuşdur. Ona görə ondan asılı olmayan səbəbdən apellyasiya müddətinin buraxılmasını nəzərə alıb həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərarla razılaşmayan məhkum Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş və şikayətini müddətin bərpası haqqında vəsatətində göstərdiyi dəlillə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından apellyasiya şikayəti verilməsi müddəti hökmün və ya qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun apellyasiya şikayəti verilməsi müddətini hökm və ya qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün və ya qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Iş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü elan olunarkən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Işdə olan məhkəmə qəbzindən (cild 3, səh. 97) görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün surəti ##.##.2025-ci il tarixdə Penitensiar Xidmətdə məhkum Təqsirləndirilən şəxs imza etdirilməklə şəxsən təqdim olunmuşdur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət axımı məhkum Təqsirləndirilən şəxs münasibətdə ##.##.2025-ci il tarixdən başlamış və ##.##.2025-ci il tarixdə başa çatmışdır. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatəti isə saxlanıldığı Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin ##.##.2026-cı il tarixli müşayiətedici məktubu ilə Şirvan Şəhər Məhkəməsinə göndərilmiş və həmin apellyasiya şikayəti və vəsatət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, 7 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum hökmün surətini ##.##.2025-ci il tarixdə rəsmi qaydada və şəxsən əldə etməklə apellyasiya şikayəti vermək hüququnun yarandığını bilmişdir. Bu hal həm hökmdə apellyasiya şikayəti verilməsi üçün müddətin göstərilməsi ilə, həm də hökm məhkumun iştirakı ilə elan olunarkən ona hökmdən 20 gün ərzində şikayət verməli olmasının izah edilməsi ilə müəyyən edilir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya müraciətində hökmdən apellyasiya şikayətini cəzaçəkmə müəssisəsində saxlanıldığı ** saylı korpusun baş nəzarətçisinə təqdim etdiyini, lakin sonuncunun günahı ucbatından yazdığı apellyasiya şikayətinin və bu səbəbdən hökmdən apellyasiya müddətini buraxdığını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də kollegiya məhkum Təqsirləndirilən şəxs qeyd olunan dəlili ilə razılaşmağı mümkün saymır, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır və hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384 və 391ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-517/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-517/2026
28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver