Məhkəmə qərarları › İş №1(3-9)-64/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-64/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-64/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə) Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə (X12 (sədrlik edən), X8 və X10 ibarət tərkibdə) ## ###### 1999-cu il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X26 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FIN *******) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## ### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməsi, Təqsirləndirilən şəxs maddi zərər kimi 313000 (üç yüz on üç min) manat, ödənilmiş dövlət rüsumu əvəzinə 603 (altı yüz üç) manat pul olmaqla, ümumilikdə 313603 (üç yüz on üç min altı yüz üç) manat tutularaq zərərçəkmiş şəxs3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iddiaçı zərərçəkmiş şəxs4 mülki iddiasının təmin edilməsi, Təqsirləndirilən şəxs maddi zərər kimi 41133,89 (qırx bir min bir yüz otuz üç manat, səksən doqquz qəpik) manat, ödənilmiş dövlət rüsumu əvəzinə 213,49 (iki yüz on üç manat, qırx doqquz qəpik) manat olmaqla ümumilikdə 41347,38 manat (qırx bir min üç yüz qırx yeddi manat otuz səkkiz qəpik) pul tutularaq zərərçəkmiş şəxs4 ödənilməsi, mülki iddiaçı zərərçəkmiş şəxs5 mülki iddiasının təmin edilməsi, Təqsirləndirilən şəxs maddi zərər kimi 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumu əvəzinə 70,40 (yetmiş manat, qırx qəpik) manat olmaqla ümumilikdə 5070,40 (beş min yetmiş manat qırx qəpik) manat pul tutularaq zərərçəkmiş şəxs5 ödənilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, atası X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə aralarındakı qohumluq münasibətlərindən irəli gələn etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxs3 X22 Dubay şəhərindən elektron fotoaparatları ucuz qiymətə alıb, ölkə ərazisində baha qiymətə satışı ilə məşğul olduqlarını bildirərək maliyyə dəstəyi göstərəcəyi təqdirdə bu işdən böyük qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2022-ci ilin may ayının ortalarında saat 14-15 radələrində zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən * saylı mənzilin girişində aldığı 30000 (otuz min) manat, 2022-ci ilin may ayının sonunda saat 14 radələrində həmin ünvanda aldığı 30000 (otuz min) manat, 2022-ci ilin iyun ayının əvvəlində saat 13-14 radələrində həmin ünvanda aldığı 30000 (otuz min) manat, 2022-ci ilin avqust ayının əvvəlində saat 11 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "Mərkəzi Bazar"ın yaxınlığında aldığı 50000 (əlli min) manat, 2022-ci ilin sentyabr ayının sonunda saat 19 radələrində ünvan 1 ünvanında yerləşən "Metropark" ticarət mərkəzində qrup üzvü Rasim Rəhimovun aldığı 100000 (bir yüz min) manat, 2022- ci ilin oktyabr ayının sonunda axşam saatlarında Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi,** №-li binanın arxasında qrup üzvü Rasim Rəhimovun aldığı 50000 (əlli min) manat, 2023-cü ilin yanvar ayının ortalarında saat 14 radələrində zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən * saylı mənzilin girişində aldığı 50000 (əlli min) manat, ## #### 2023-cü il tarixdə, saat 14 radələrində həmin ünvanda aldığı 15000 (on beş min) manat ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 355000 (üç yüz əlli beş min) manat məbləğində pul vəsaitinin bir qismini -42000 (qırx iki min) manat pulu iş görüntüsü yaratmaq və daha iri məbləğləri ələ keçirməsinə zəmin yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə zərərçəkmiş şəxs3 vermiş, qalan hissəni şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs3 məxsus özgənin külli miqdarda əmlakını, yəni 355000 (üç yüz əlli beş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs5, sonuncunun oğlu şahid11 guya Bakı şəhərində yerləşən orta məktəblərin birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2022-ci ilin dekabr ayının sonunda saat 11-12 radələrində zərərçəkmiş şəxs5 yaşadığı Lənkəran rayonu, Şağlaser kəndində yerləşən evinin həyətində sonuncuya məxsus 5000 (beş min) manat pulu təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı zərərçəkmiş şəxs1, sonuncunun arvadı şahid8 guya Bakı şəhərində yerləşən orta məktəblərin birinə müəllim vəzifəsinə işə düzəlməsinə və işlədiyi müddətdə ali təhsil alması üçün qiyabi olaraq ali məktəblərin birinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq bu adla ## ###### 2023-cü il tarixdə saat 00:00 radələrində zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Nizami rayonu, Əlif Hacıyev küçəsi **A №-li binanın qarşısında sonuncuya məxsus həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 39999 manat 30 qəpiklə ifadə olunan xeyli miqdarda- 23,529 (iyirmi üç min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində pul vəsaitini alaraq ələ keçirib, təkrar etibardan sui-istifaldə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə onunla birlikdə X22 Dubay şəhərində kirayədə yaşamış həmyerlisi şahid5 vasitəsi ilə sonuncunun Lənkəran rayonunun Şıxəkəran kəndində yaşayan anası zərərçəkmiş şəxs4 X22 Dubay şəhərində "otel" biznesi ilə məşğul olduğunu bildirərək həmin biznesə 40000 (qırx min) manat investisiya edəcəyi təqdirdə 10000 (on min) manat xalis mənfəət əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla zərərçəkmiş şəxs4 oğlu şahid5 vasitəsi ilə ona ## #### 2023-cü il tarixdə saat 10:06 dəqiqədə göndərdiyi 4517,89 (dörd min beş yüz on yeddi manat səksən doqquz qəpik) manat, ## #### 2023-cü il tarixdə saat 10:09 dəqiqədə göndərdiyi 4246,58 (dörd min iki yüz qırx altı manat əlli səkkiz qəpik) manat, ## #### 2023-cü il tarixdə saat 15:05 dəqiqədə göndərdiyi 1081,26 (bir min səksən bir manat iyirmi altı qəpik) manat, ## #### 2023-cü il tarixdə saat 15:10 dəqiqədə göndərdiyi 307,93 (üç yüz yeddi manat doxsan üç qəpik) manat, ## #### 2023-cü il tarixdə saat 16:40 dəqiqədə göndərdiyi 2256,85 (iki min iki yüz əlli altı manat səksən beş qəpik) manat və ## #### 2023-cü il tarixdə saat 16:42 dəqiqədə göndərdiyi 2573,38 (iki min beş yüz yetmiş üç manat otuz səkkiz qəpik) manat məbləğində olan pul vəsaitini şahid5 tərəfindən X22 Dubay şəhərində özünün istifadəsində olmuş "xxxx" ASC-dən adına verilmiş 416973******7655 plastik kart hesabına mobil tətbiqi proqramı vasitəsi ilə köçürülməsinə nail olmaqla, ## #### 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən evinin qarşısında zərərçəkmiş şəxs4 21150 manat pul vəsaitini şahid5 "Rent a car"dan icarəyə götürüb idarə etdiyi "Range Rover" markalı avtomobilin içərisində qəbul etməklə və zərərçəkmiş şəxs4 oğlu şahid5 vasitəsi ilə ## ###### 2023-cü il tarixdə saat 11:55 dəqiqədə Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən "Ballı market"də quraşdırılmış ***** №-li "MilliÖN" elektron ödəmə terminalı vasitəsi ilə istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 416973******7655 plastik kart hesabına 5000 manat göndərilməsinə nail olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 41133,89 (qırx bir min yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində pulu şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs4 məxsus özgənin xeyli miqdarda əmlakını, yəni 41133,89 (qırx bir min yüz otuz üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitini təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və elan olunmuş ittihamdan zərərçəkmiş şəxs3 ilə bağlı epizodun çıxarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmün surəti ona ## ###### 2025-ci il tarixində təqdim olunmuşdur. Hökmün məzmununa görə o, mərhum atası Rasim Rəhimovun uzaq qohumu zərərçəkmiş şəxs3 355000 manat, zərərçəkmiş şəxs4 40000 manat pulu guya dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Mərhum atası Rasim Rəhimov ailə üzvlərinin məlumatı olmadan tanımadığı şəxslərlə razılaşıb uzaq qohumu Kamilədən külli miqdarda pulu faizə almış, bir müddət sonra borcu qaytara bilmədiyindən ##.##.2023-cü il tarixdə intihar etmişdir. Elə bütün problemlər bundan sora başlamışdır. Kamilə sələmə verdiyi pulları geri ala bilmədiyindən ailəsini şantaj edib DINə müraciət etmişdir. Uzun müddət araşdırılma aparılmasına baxmayaraq cinayət işi qaldırılmamışdır. X6 Cinayətlər Məhkəməsi istintaqın təqdim etdiyi əsassız materiallara görə onu məhkum etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və elan olunmuş ittihamdan zərərçəkmiş şəxs3 ilə bağlı epizodun çıxarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi müdafiəçisi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 315.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, habelə ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlar tələb edir ki, məhkəmə icraatı həqiqətin üzə çıxarılmasını təmin etsin, cinayət törətməkdə ittiham olunan şəxsin əməlinə düzgün hüquqi qiymət verilsin, təqsirli şəxslər ədalətli mühakimə olunsunlar, təqsirsiz şəxslərə bəraət verilsin. Həmçinin, qeyd olunan milli və beynəlxalq hüquqi aktların tələblərinə görə göstərilən ali məqsədlərə nail olmaq və ədalət mühakiməsinin yüksək maraqlarını təmin etmək üçün hakimlər hər bir cinayət işinə və cinayət təqibi ilə bağlı materiallara göstərilən tələblər daxilində yanaşmaq, işin bütün hallarını araşdırmaq və ümumilikdə qanuni və əsaslı nəticəyə gəlmək vəifələrini daşıyırlar. Konstitusiya Məhkəməsi Plenumunun da qeyd etdiyi kimi belə məqsədə nail olmaq hakimlərin həm qanundan irəli gələn, həm də mənəvi borcudur. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi halları – Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını nəzərə alaraq, məhkəmə tərkibi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edərərək, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Işin materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin IB-nin müstəntiqi R Əliağa Hüseynov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. (cild 1, i.v. 1;) Işin materiallarında olan çıxarışlardan görünür ki, “Nıhad Rahımlı” kimi qeyd olunan şəxsə 4517.89 (dörd min beş yüz on yeddi manat, səksən doqquz qəpik) manat, 4246.58 (dörd min iki yüz qırx altı manat, əlli səkkiz qəpik) manat, 1081.26 (bir min səksən bir manat, iyirmi altı qəpik) manat, 2256,85 (iki min iki yüz əlli altı manat, səksən beş qəpik) manat, 2573.38 (iki min beş yüz yetmiş üç manat, otuz səkkiz qəpik) manat məbləğində pul göndərilmişdir. (cild 1, i.v. 11-16;) Işin materiallarında olan çıxarışdan və ödəniş qəbzindən görünür ki, ##.##.2023-cü il tarixdə 11:55:37 radələrində Lənkəran rayonu, Şıxakəran kəndində Ballı marketdə yerləşən ***** nömrəli terminal vasitəsilə 416973********** nömrəli kart hesabına, R*****N*****R***** oğlu kimi qeyd edilən şəxsə 5000 (beş min) manat məbləğində pul köçürülmüşdür. (cild 1, i.v. 17- 18;) Işin materiallarında olan ## ### 2023-cü il tarixli CC/*****/**/** nömrəli "xxxx" ASC-nin kredit sazişinin surətindən görünür ki, zərərçəkmiş şəxs4 ## ### 2023-cü il tarixdə "xxxx" ASCdən 15.000 manat məbləğində kreditə pul vəsaiti götürmüşdür. (cild 1, i.v. 19-21;) Işin materiallarında olan bir ədəd diskdə olan səs yazısından və ## ###### 2024-cü il tarixli bir ədəd CR-R formatlı diskdə baxış keçirilməsi barədə protokoldan görünür ki, “38 min” adlı bir ədəd audiofaylda aşağıdakı məzmunda səs aşkar edilmişdir: “Yenə deyirəm xətrin əzizdir, 38.500 manat puldur, karta atılan məbləğlərdə var, əlbəəl verdiyin məbləğlərdə var, ürəyin necə istəyir elə də elə Mirbaba, bir az amma ayıq ol uşaq olma yaxşı, sənə heç kim demir, sənin pulunu atıb verməyəcəm, prosto həqiqətən deyirəm and olsun allaha,qurana and olsun məhlə uşaqlarından 20-15 manat yığıb bilet pulumu alıb Abudabiyə gəldim, cibimdə 70-80 manat pul var, işləyib burda nə isə eləmək lazımdır, ona görə işləyib borcunuzu qaytaracam qardaş. Mən şükür allaha ki,qazanan uşağam,mən əvvəlkindən də min dəfə yaxşı qazanacam, min dəfə yaxşı kuruqum da olacaq,yəqin ki,siz belə etməklə düşündünüz ki, Nihadı tutarıq, Nihadda pul var çıxaracaq, amma yox idi,həqiqətən yox idi. Allaha şahid olsun idi ki, yox idi, olsaydı çoxdan vermişdim mən, qalmazdım”. (cild 1, i.v. 22; cild 1, i.v. 81;) Işin materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli məktubdan görünür ki, ##.##.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. (cild 1, i.v. 38;) Işin materiallarında olan Azərbaycan Respublikası DIN-in "X17" sistemində qeydiyyat məlumatlarına dair ## ###### 2023-cü il tarixli *-**-**/*-*****/**** nömrəli son sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdən, ## ###### 2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisindən Bakı şəhəri X14 X27 Ciddə şəhərinə, Türkiyə Respublikasının Istanbul şəhərinə,Gürcüstan Respublikasının Tbilisi şəhərinə X22 Abu Dabi və Dubay şəhərlərinə və Rusiya Federasiyasının Moskva şəhərinə çıxış və girişlər etmişdir. (cild 1, i.v. 39-40;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və bu barədə ona məlumatın verilməsi qərara alınmışdır. (cild 1, i.v. 71;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli sənədlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, “Nıhad Rahımlı” kimi qeyd olunan şəxsə 4517.89 (dörd min beş yüz on yeddi manat, səksən doqquz qəpik) manat, 4246.58 (dörd min iki yüz qırx altı manat, əlli səkkiz qəpik) manat, 1081.26 (bir min səksən bir manat, iyirmi altı qəpik) manat, 307,93 (üç yüz yeddi manat, doxsan üç qəpik) manat, 2256,85 (iki min iki yüz əlli altı manat, səksən beş qəpik) manat, 2573.38 (iki min beş yüz yetmiş üç manat, otuz səkkiz qəpik) manat məbləğində, Lənkəran rayonu, Şıxakəran kəndində Ballı marketdə yerləşən ***** nömrəli terminal vasitəsilə 416973********** nömrəli kart hesabına, R*****N*****R***** oğlu kimi qeyd edilən şəxsə 5000 (beş min) manat məbləğində pul köçürülmüşdür. Baxış zamanı zərərçəkmiş şəxs4 köçürmə qəbzlərində göstərilən pulların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs iş qurmaq adı ilə onu aldadaraq etibarını qazandıqdan sonra o, həmin pul vəsaitlərindən cəmi 14983,89 manatıTəqsirləndirilən şəxs verməsi üçün oğlu şahid5 “xxxx” kart hesabına köçürtdüyünü, oğlu şahid5 də ona məxsus həmin pullarının mobil tətbiqi proqramı vasitəsilə Təqsirləndirilən şəxs “xxxx” kart hesabına köçürtdüyünü, həmçinin o, Təqsirləndirilən şəxs verməsi üçün oğlu şahid5 ## ###### 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Şıxakəran kəndi ərazisində yerləşən evində 5000 manat pulun verdiyini və şahid5 də həmin 5000 manat pulu qəbzin surətində göstərilən tarixdə və vaxtda Lənkəran rayonu, Şıxakəran kəndi ərazisində yerləşən Ballı marketdə olan “MilliÖn” ödəmə sistemi terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” kart hesabına köçürtdüyü bildirdmişdir. (cild 1, i.v 82-85;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və bu barədə ona məlumatın verilməsi qərara alınmışdır. (cild 1, i.v. 88;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və bu barədə ona məlumatın verilməsi qərara alınmışdır. (cild 1, i.v. 104;) Işin materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Lənkəran rayonu, Vilvan kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,06 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. (cild 1, i.v. 117;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli DIN-in BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v 129- 130;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli təqsirlındirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. (cild 1, i.v. 136;) Işin materiallarında olan ## ### 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan və ## ### 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittihamın elan olunması haqqında qərardan görünür ki, iş üzrə cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan yenidən ittihamın elan olunması qərara alınmışdır. (cild 1, i.v. 200- 202; Cild 1, i.v. 206;) Işin materiallarında olan “xxxx” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş *** nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (cild 1, i.v 204- 205;) Işin materiallarında olan ## ### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ## ### 2024-cü ildən hesablanmışdır. (cild 1, i.v 225-227;) Işin materiallarında olan pul köçürmələrinə dair “xxxx” ASC-yə aid hesabdan çıxarışın kserosurətlərindən görünür ki, ## ###### 2016-cı il tarixdən, ## #### 2022-ci il tarixədək olan müddət ərzində "Zolotaya Korona" sistemi ilə zərərçəkmiş şəxs X18 cəmi 353616.89 (üç yüz əlli üç min altı yüz on altı manat səksən doqquz qəpik) manat pul ödənilmişdir. (cild 1, i.v 248- 252;) Işin materiallarında olan pul kredit verilməsinə dair “xxxx” QSC-yə aid sənədin kserosurətindən görünür ki, ## ####### 2022-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 “xxxx” QSC-dən 50.000 (əlli min) manat məbləğində kreditə pul vəsaiti götürmüşdür. (cild 1, i.v 253;) Işin materiallarında olan "xxxx" MMC-yə məxsus "Kontakt Home" mobil telefonların satışı mağazasına aid kredit sənədlərinin kserosurətlərindən görünür ki, zərərçəkmiş şəxs2 ## ###### 2022-ci il tarixdə,saat 14 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Kontakt Home" mobil telefonların satışı mağazasından nağd satış qiyməti 3068.8 manat, 18 ay müddətində kredit faizi ilə birlikdə nisyə satış qiyməti 3803.79 manat olan 358298163053828 IMEI kodlu "IPhone 13 PRO 128 GB-GRAPHITE" markalı mobil telefonu kreditə götürmüşdür. (cild 2, i.v 65-66;) Işin materiallarında olan ## #### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və bu barədə ona məlumatın verilməsi qərara alınmışdır. (cild 2, i.v. 67;) Işin materiallarında olan Lənkəran şəhər IHB-nın Vilvan kənd IƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, 12-11\*** nömrəli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran şəhər IHB-nın Vilvan kənd IƏDsi üzrə nümayəndəliyinə şikayət və cinayət xarakterli müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs aşağıda adları qeyd edilən ailə üzvləri vardır: 1. Anası şahid1. 2. X9 (cild 2, i.v. 119; Cild 2, i.v. 218-219; ) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və bu barədə ona məlumatın verilməsi qərara alınmışdır. (cild 2, i.v. 123;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokoldan və "whatsapp" ani mesajlaşma mübadilə sistemindən olan çıxarışlardan görünür ki, cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 təqdim etdiyi "whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə aparılmış yazışmaların 2 vərəqədən ibarət kserosurətlərinə tərəfimdən ## ###### 2024-cü il tarixdə tərəfimdən baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: 23:16 48% -X4 seni hec vacd pis vezyetde qiymaz menim atamdi bilirem 23:55 Brat 23:55 Əmim olsa daverat elemerem 23:55 Dedem sukurnolsun hamsinun yaninda daveryasinu qazanub 23:55 Brat 23:55 40 manat dolarla ne qeder edir 23:56 Deyimde sene brat 23:56 23 min 529 dollar 23:56 Brat 23:56 Tamam 23:57 Seidgil qeti ha qeti bilmesin 23:58 Hele 20 deneye gore 23:58 Meni seid 23:58 23:22 47% -X2 atub qacacaq sene (gülüş smaylikləri) 00:01 Ozde ozne istanbukda nadir qafarzadenin evnin yanunda ev alib ozne 00:02 (gülüş smaylikləri) Yaxsi olar inslslah 00:04 Brat sen rahat ol men sene qaranti verrrm yaxsi olar insallah 00:04 Sasa 00:04 Seher yiqarsan mene 00:04 Tez durscam onsuz 00:04 Sabah gelerem 9 da orda 00:04 Ala sen fuflo admsaan senen 100 manat ala bilimre 00:04 Mene hardan qaranti durasan sən 00:04 Indinisde verim 00:04 Oldursen 00:04 Seni 00:04 Varimdu usdumde 00:04 (cild 2, i.v. 134-137;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Istintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin 3 ay olmaqla 7 aya kimi, yəni ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 2, i.v. 144- 145;) Işin materiallarında olan ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay 7 gün, yəni ## ###### 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 2, i.v 162- 167;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli "xxxx" MMC-dən əldə olunmuş telefon danışıqlarına dair məlumatlardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan (010) 313-00-42 mobil telefon nömrəsi ilə (051) 517- 95-75 mobil telefon nömrəsinə zəng edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ilə, (050) 694 63 69 mobil telefon nömrəsinə zəng edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ilə, (055) 602-43-43 mobil telefon nömrəsinə zəng edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə, (055) 869-75-82 mobil telefon nömrəsinə zəng edərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə, (050) 605-22-53 mobil telefon nömrəsinə zəng edərək şahid qismində dindirilmiş şahid11 ilə mütəmadi olaraq telefon danışıqları aparmışdır. (cild 2, i.v 168-183;) Işin materiallarında olan “xxxx” tərəfindən verilmiş ## #### 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş bir ədəd diskdən görünür ki, "xxxx" ASC-yə aid 409809********** nömrəli plastik kart hesabı şahid5 məxsusdur. (cild 2, i.v 220-221;) Işin materiallarında olan "xxxx" ASC-dən əldə olunmuş ## ###### 2024-cü il tarixli məktubdan, 17 vərəqə hesabdan çıxarışdan, 1 vərəqə anket məlumatlarıdan, 01 ədəd CD diskdən və ## ####### 2024-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ## ####### 2024-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabı - ## ###### 1999-cu il tarixdə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olan, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və 010-313-00-42 mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs məxsusdur. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 4517,89 manat pul köçürmüşdür. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 4246,58 manat pul köçürmüşdür. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 1081,26 manat pul köçürmüşdür. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 307,93 manat pul köçürmüşdür. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 2256,85 manat pul köçürmüşdür. şahid5 mobil tətbiqi proqramı vasitəsi ilə ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına 2573,38 manat pul köçürmüşdür. ##.##.2023-cü il tarixdə,saat 11:55 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 416973********** nömrəli plastik kart hesabına MilliÖN elektron ödəmə sistemi terminalı vasitəsi ilə 5000 manat pul köçürülmüşdür. (cild 2, i.v 229-249;) Işin materiallarında olan çıxarışdan görünür ki, ## ###### 2023-cü il tarixinə 1 ABŞ dollarının məzənnəsi 1.7000 Azərbaycan manatına bərabərdir. (cild 3, i.v 6;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Istintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin 01 ay olmaqla 08 aya kimi, yəni ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 3, i.v. 15- 16;) Işin materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan yenidən ittihamın elan olunması qərara alınmışdır. (cild 3, i.v 68-73;) Işin materiallarında olan ## ###### 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, atası X7 ilə birgə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 qarşı törətmiş olduqları dələduzluq əməli vahid niyyət kimi deyil, təkrarçılıq kimi qiymətləndirilmısi, səs yazıları olan 01 (bir) ədəd CD diskin iş üzrə maddi sübut hesab edilməsi və təqsirləndirilən şəxs, müdafiəçi, təqsirləndirilən şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər maddi sübutla tanış oduqdan sonra cinayət işinə əlavə olunması, pul köçürülmələrinə dair qəbzlərin kserosurətləri, "xxxx" ASC-yə aid bank sənədləri və Azərbaycan Respublikası DIN-in "X17" sistemində qeydiyyat məlumatlarına dair ## ###### 2023-cü il tarixli 3- **-**/*-*****/**** nömrəli son sərhədkeçmə hesabatı,pul köçürmələrinə dair “xxxx” ASC-yə aid hesabdan çıxarışın və pul krediti verilməsinə dair “xxxx”a aid sənədin kserosurətləri,"xxxx" MMC- yə məxsus "Kontakt Home" mobil telefonların satışı mağazasına aid kredit sənədlərinin kserosurətləri,"WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə aparılmış yazışmaların kserosurətləri, "xxxx" MMC-dən götürülmüş elektron formatda məlumatların əks olunduğu 1 (bir) ədəd CD disk və həmin diskdən printer vasitəsilə çapa verilməklə çıxarılmış sənədlərə baxış keçirilməsi haqqında protokol, “xxxx” ASC-dən və "xxxx" ASC-dən əldə olunmuş bank məlumatlarının əks olunduğu 2(iki) ədəd CD disk, 17 vərəq hesabdan çıxarış və anket məlumatın sübut növü kimi qiymətləndirilməsi, cinayət işinə əlavə olunması, cinayət işinin materiallarında "Nihad" və "Nahid" kimi yazılmış sözlər, "Nihad" kimi oxunması, cinayət işinin materiallarında "Kəmalə" kimi yazılmış sözlər, "Kamilə" kimi oxunması, cinayət işinin materiallarında "Əsgərov", "Həbib" və "Soltanağa" kimi yazılmış sözlər, "Əskərov", "Habil" və "Sultanağa" kimi oxunması, cinayət işinin materiallarında "Mirababa" kimi yazılmış sözlər,"Mirbaba" kimi oxunması qərara alınmışdır. (cild 3, i.v 85-165;) Işin materiallarında olan zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı verilmiş maddi ziyan tələbinə dair iddia ərizəsindən və ona əlavə edilmiş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs4 ona dəymiş 41133,89 (qırx bir min bir yüz otuz üç manat, səksən doqquz qəpik) manat maddi ziyanı və ödənilmiş 213,49 (iki yüz on üç manat, qırx doqquz qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. (cild 4;) Işin materiallarında olan zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı verilmiş maddi ziyan tələbinə dair iddia ərizəsindən və ona əlavə edilmiş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs3 dəymiş 355000 (üç yüz əlli beş min) manat maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs3 ödənilməsi xahiş edilmişdir. Iddia ərizəsinin verilməsi üçün 645 (altı yüz qırx beş) manat dövlət rüsumu ödənilmişdir. (cild 4); Işin materiallarında olan zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı verilmiş maddi ziyan tələbinə dair iddia ərizəsindən və ona əlavə edilmiş ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs5 ona dəymiş 5000 (beş min) manat maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Iddia ərizəsinin verilməsi üçün 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. (cild 5;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxs3 münasibətdə olan hissədə təqsirli bilməsə də, onun atası ilə birlikdə cinayət törətməsinə dair cinayət işinə hissəvi xitam verilməsi haqqında qərarı mübahisələndirməmişdir. Bundan başqa, işin digər halları ilə də Təqsirləndirilən şəxs dəlilləri təkzib olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli, * saylı Qərarının 24-cü bəndində göstərilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını nəzərə almış, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli və birinci instansiya məhkəməsinin təyin etdiyi cəza CM-in tələblərinə uyuğun hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndin də göstərilmişdir ki, şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq və onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar