Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-12/2026 17.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, hakimlər Pənahov Babək Əkbər oğlu və Kərimov Namiq Həsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Astara rayonu, Toradi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Astara rayonu, Toradi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 4,749 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 oktyabr 2025-ci il tarixdə, saat 12:56-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq orada həmin tarixdə saat 13:11-dən üzərində baxış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 4,749 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 17 oktyabr 2025-ci il tarixdə, saat 15-16 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki evdə atası, anası və bacısı ilə birlikdə olmuşdur. Bu zaman çöl qapı döyüldüyü üçün atası Şahid4 qapıya çıxmış, o da atasının arxasınca getmişdir. Həyətdən çöldə iki nəfər şəxsin dayandığını görmüş və həmin şəxslər özlərini "Azərişıq”ın əməkdaşı kimi təqdim etmişdilər. O, darvazadan çölə çıxan kimi həmin şəxslər onu görüb heç nə demədən onu avtomobilə mindirmişlər. Onu həmin avtomobillə təxminən 400 metr aralıda yerləşən su kanalının yaxınlığına gətirmişlər. Orada həmin maşınlardan təxminən 10 nəfər şəxs aşağı düşmüşdür. Yolda gəldiyi zaman maşında olan şəxslərdən biri demişdir ki, "Sənə bir şey verəcəyik, onu boynuna götür". O, həmin şeyin nə olduğunu dedikdə ona heç nə deməmişlər. Avtomobildən düşəndə ona bir şillə vurmuşdular. Ona sellofan büküm verərək “Bu patıdır, bunu boynuna götür”. Həmçinin ona həmin narkotiki Binə ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını deməsini, əks halda bundan iki torba yaşadığı evin zirzəmisinə atıb atasını da tutacaqlarını demişlər. Həmin şəxslərin bu sözlərdən sonra o, qorxduğu üçün razılaşaraq onların dediklərini etmişdir. Təxminən bir-iki dəqiqə sonra videoçəkiliş başlanmış və o, videoçəkiliş vaxtı dedikləri kimi edib şalvarının cibindən ona verdikləri bükümü çıxardıb tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Qeyd etdiyi kimi o, saxlanılan zaman orada olan şəxslərdən biri onun başının yuxarı hissəsindən şillə ilə vurmuş, bundan başqa onu vuran və ya xəsarət yetirən olmamışdır. Onun narkotik vasitənin ona məxsus olmasını boynuna almağına səbəb atasını tutdurmaqlarından qorxması olmuşdur. O, heç vaxt narkotik vasitənin satışı və ya dövriyyəsi ilə məşğul olmamış, habelə istifadə etməmişdir. Eyni zamanda o, psixi xəstəlikdən əziyyət çəkdiyi üçün müəyyən vaxtlarda müalicə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə protokolları, şahid ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 17 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Baş İdarənin kiçik inspektoru Şahid3, təhqiqatçı X8 daxil edilmişdir. 17 oktyabr 2025-ci il tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 12:56-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra elə orada videoçəkilişdən istifadə edilməklə Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərində baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində patı olduğunu bildirib əynindəki şalvarının cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini yaşadığı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərindən 01 ədəd qulaqcıq və 01 ədəd alışqanı, əynində olan gödəkcəsinin cibindən salfeti təqdim etmişdir. Aşkar edilmiş əşyalar geri qaytarılmışdır. Bundan sonra müvafiq sənədləşmənin aparılması üçün Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş, Baş İdarədə baxış prosesinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin işıq pulunu ödəyib evə qayıtmışdır. Təxminən saat 13 radələrində qapı döyüldüyü üçün bayıra çıxdıqda mülki geyimdə olan 3 nəfər şəxsin qapıda olduğunu görmüşdür. İşıq idarəsindən gəldiklərini və ödəniş etmədiklərinə görə işığı kəsəcəklərini bildirdikdə onlara sayğacın smart olduğunu və pul qutaranda işığın kəsildiyini bildirmışdır. Bundan sonra həyətdən çıxıb sayğaca baxan zaman sayğacın qapısının açıq olduğunu görmüşdür. Həmin şəxslərdən bir nəfər ondan kim olduğunu soruşduqda, evin sahibi olduğunu bildirmışdır. Bu zaman həmin şəxslərdən bir nəfər arxadan onu tutaraq üzünü evin əks istiqamətinə döndərmişdir. Həmin vaxt evin qarşısında maşın saxlanılmış, oğlu Mahsunu maşına mindirib apardıqdan sonra onu buraxmışlar. Həmin şəxslər onun həyəcan keçirtdiyini, narahat olduğunu görüb ondan nömrə alaraq onunla əlaqə saxlayacaqlarını demişlər. Eyni zamanda həmin şəxlər “Tiktok”da paylaşdığı videoya görə oğlunu öldürmək istədiklərini, onun təhlükəsizliyini qorumağa gəldiklərini, səsini çıxarmamağını bildirərək maşına əyləşib getmişdilər. Həmin gün saat 14:31-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, daha sonra xatırlamadığı Xəzər RPİ-nin polis bölməsindən ***-***-**-** saylı nömrə ilə saat 14:39-da onunla əlaqə saxlayaraq ondan nə baş verdiyini soruşduqda, o da hadisni danışmış, ona məlumat verəcəklərini bildirsələr də xəbər çıxmamışdır. Daha sonra 2-ci dəfə zəng etmiş, saat 14:45-də Xəzər RPİ-nin hansısa bölməsindən ***-***-**-** saylı nömrədən onunla əlaqə saxlayıb məlumat verəcəklərini bildirmişlər. Daha sonra axşamüstü Xəzər rayonunun 3-cü Polis Bölməsinə getmiş, onlar da ona məlumat verməyərək ona 3 gündən sonra zəng edəcəklərini demişlər. Bundan sonra BMCMİ-nə getmiş və oğlunu soruşduqda orada ona belə bir adamın olmadığını bildirmişdilər. Yalnız Mahsun aparıldıqdan 5 gün sonra ona zəng edib Kürdəxanı Təcridxanasında olduğunu bildirmişdir. Oğlu narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, onda belə bir şey görməmişdir. Oğlu xəstədir, 2014-cü ildən həkim nəzarətində psixiatrik dərmanlar qəbul edir. Oğlu il ərzində 6 ay sakit olur, 6 ay isə davranış pozğunluğu yaşayır. Bu səbəbdən də harasa getməyə qoymamış, fəhlə kimi həmişə yanında saxlamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, elan edilmiş ittihamda özünü qismən təqsirli bilir. Heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Orta təhsillidir və təhsilini Azərbaycan dilində almışdır. Təxminən 1 il olar ki, psixotrop maddə metamfetamindən hərdənbir istifadə edir. Saxlanılmazdan təxminən bir həftə əvvəl yaşadığı Binə qəsəbəsi ərazisində adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata patı almış və gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. 17 oktyabr 2025-ci il tarixdə, saat 12:55 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Həmin zaman yerində baxış keçirilməsi üçün şərait olmadığından saxlanıldığı yerdən təxminən 70 metr aralıda videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə patı olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 qulaqcıqı və 01 ədəd alışqanı, əynində olan gödəkcənin sol iç cibindən salfetləri çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm onun və iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən götürülüb elektron tərəzi çəkilmiş, 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni yaşadığı ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd qulaqcıq, 01 ədəd alışqan və salfet ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. İdarədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş, üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə baxış keçirməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təxminən 20 gün əvvəl fəhlə kimi işlədiyi zaman daşyonan alətin təsirindən sağ əlində yara izləri əmələ gəlmiş, bundan başqa xatırlamadığı tarixdə özözünə qaşındığı üçün belinin sağ nahiyəsində və hər iki ayağının aşağı hissələrində yara izləri vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı (həmçinin xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və şübəhli şəxsin üstünün yoxlanılmasına dair” protokolla) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2025-ci il tarixdə, saat 12:56-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı evin yaxınlığında olarkən saxlanılmış və saxlanıldığı yerdə insanların hərəkətlərinin çox olması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün saxlanıldığı yerdən təximinən 70 metr kənara aparılmışdır. Paltarında, əşyalarında və ya bədənində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, üstündə “patı” olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddəni 1 həftə öncə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə 50 manata aldığını, heç kimə satmadığını, pay vermədiyini, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış, həmin bükümün içində ağ rəgli, kristallik formada spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş, həmin büküm tamlığının pozulmaması üçün bir ədəd sellofan paketə yerləşdirilərək nahamar yer səthində elektron tərəzidə çəkilən zaman təxminən 5,76-5,81 qram arasında olması müəyyən olunmuş və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış və möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqə 10-12 ) - xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, həmin gün, saat 14:53-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2025-ci il tarixli, 6/139 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 4,749 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 4,749 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 4,699 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 38-41) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 1243/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 oktyabr 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 87-91) - xx.xx.2025-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,699 qram metamfetamin maddi sübut hesab edilməklə saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 92- 93) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 109) - Astara rayon İcra Hakimiyyətinin Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 03 nömrəli xasiyyətnaməsindən görünür ki, Mirzəzadə X2 orta məktəbini bitirmişdir. Təxminən 2019-2020-ci ildə ailəsi ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsinə köçmüşdür, 3 bacısı vardır. Fiziki cəhətdən saglam deyil, psixoloji problemi vardır. Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə hər hansı bir şikayət xarakterli müraciət daxil olmamışdır. (Cild 1, iş vərəqə 111) - Astara rayon İcra Hakimiyyətinin Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 364 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Toradi kəndində daimi qeydiyyatda olsa da, uzun müddətdir ki, Xəzər rayonunun Binə qəsəbəsində yaşayır. (Cild 1, iş vərəqə 113) - Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu Qala qəsəbəsi, Südçülük sovxozunda qeydiyyatsız yaşayır və barəsində qəsəbə nümayəndəliyinə heç bir şikatət daxil olmamışdır. (Cild 1, iş vərəqə 127) - xx.xx.2025-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 28116 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 130) - Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 18 oktyabr 2025-ci il tarixli, 6468 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə halları olmuş, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 133-134) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-cİ il tarixli, 3717 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunun əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 136-137) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X7 xx.xx.2025-ci il tarixli, 500/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin İ, İİ barmaqlarının, sağ kürək nahiyyəsinin və hər iki ayağın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hisssəsində göstərilən müddətdə və şəraitdə törənə bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. (Cild 1, iş vərəqə 139-141) - xx.xx.2025-cİ il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,699 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 142-154) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli, 3-16-17/40/2-24/2026 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra müayinə zamanı onda zədəxəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru, baş ədliyyə müşaviri Namiq Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqədar 1529-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesindəədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini desə də, Şahid1 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişdir. Qeyd olunan Plenum qərarına əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə müraciət etmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli, 3-16-17/40/2-24/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən üzərində qanunla qadağan edilmiş əşya, predmet, o cümlədən psixotrop maddəmetamfetamin olmadığını, polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılığa məruz qaldıqdan sonra psixotrop maddə olan metamfetamini videoçəkiliş zamanı cibindən çıxarıb təqdim etdiyini bildirsə də, Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər predmeti təqdim etdiyini, aşkarlanan maddənin qablaşdırılaraq ekspertizaya göndərildiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə kütlənin təqdim edilmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini gizlətmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin atası Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və həmin ifadəni həqiqətə uyğun olmayan və oğlunu cinayət məsuliyyətindən qurtarmaq məqsədi ilə vermiş olduğu ifadə kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixli ifadəsini, Şahid1 ifadəsini, ekspert rəylərini, digər istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 4,749 qram təşkil edir. Məhkəmə qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, həm şahid ifadələri və cinayət işinin materialları ilə, həm də Təqsirləndirilən şəxs mobil telefonuna və mobil nömrəsinə baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə-metamfetamini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmiş və o, bu cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmin maddənin dispozisiyasına görə, qeyd olunan əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, əməlin ictimai təhlükəliliyini, habelə cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-1243/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış və hazırda da həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək cəzanın əvvəli onun tutulduğu 17 oktyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,699 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə tərəfindən hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 xx.xx.2025-ci il tarixli, 6468 nömrəli Ambulator məcburi məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2025-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 4,699 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən hakim Firdovsi Əliyev Hakimlər Babək Pənahov Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(4-1)-12/2026
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-12/2026
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver