Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-28/2026 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə, saat 21:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən «Ağ çiçəyim» gül mağazasının yaxınlığında əvvəllər tikinti sahəsində birlikdə işlədiyi tanışı Zərərçəkmiş şəxs ona olan 170 (bir yüz yetmiş) manat məbləğində pul borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu həmin vəsaiti verməkdən imtina etmiş və onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bıçaqla qəsdən üç dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinin sol-yan səthi və döş qəfəsi nahiyəsinin arxa səthinin sol yarısında daxilə - sol plevra (döş) boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən cəmi iki ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan, ümumilikdə və ayrı ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və qarın nahiyəsinin ön divarından daxilə - qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla ilk dəfə “Nasosnu” deyilən yerdə birlikdə işləmiş, daha sonra ona Şamaxıda iş təklifi ediləndə sonuncu da onunla birlikdə günü 30 manata fəhlə kimi getmək istədiyini bildirmiş, o da razılaşmışdır. Təqsirləndirilən şəxs çatan kimi pul istəmiş, o isə hələ pulun verilmədiyini bildirərək öz pulundan 60 manat sonuncuya vermiş və başqa işi çıxdığdan Bakıya getmişdir. İki gün sonra geri qayıdanda orada işləyən digər işçilər ona Təqsirləndirilən şəxs işləmədiyini, bütün günü içib yatdığını bildimiş, o da sonuncuya işləməsini, əks təqdirdə evə pul apara bilməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs işi çıxdığından getməli olduğunu bildirərək ondan 50 manat pul almış və çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə ona 100 neçəsə manat pul vermiş, sonuncu təqribən 10 gündən sonra ona zəng edib harada olduğunu öyrənərək 20-30 manat pul istəmiş və işləməyə gələcəyini bildirmiş, lakin o, 20 manat pul göndərəndən sonra Təqsirləndirilən şəxs işi çıxdığından gələ bilməyəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs yenidən zəng edərək pul istəyəndə o, borcunun olmadığını qeyd etmiş, sonuncu isə görüşək istədiyini bildirmişdir. İşdən çıxanda yanında Sabir adlı tanışı ilə birlikdə Təqsirləndirilən şəxsla görüşməyə getmiş, görüş yerinə çatanda sonuncu maşına minərək ondan yenə də pul istəmiş, o isə pulu işlədiyi yerdən istəməsini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs maşından düşməsini istəmiş, sonuncu isə “mən düşsəm, sən də düşəcəksən” deyə bildirmişdir. Təqsirləndirilən şəxs maşından düşmədiyinə görə o, maşını 30 metr qabağa sürdükdən sonra saxlayaraq sonuncudan sürüb yenidən düşməsini tələb etmişdir. Təqsirləndirilən şəxs maşından düşməməyə davam etdiyindən o, maşını sürərək Komsomolskiyə gəlmiş, orada evinə getdiyini bildirərək sonuncunun maşından düşməsini tələb etmiş, Təqsirləndirilən şəxs isə “düşmürəm, hara gedirsənsə ora gedəcəyəm” deyə bildirmişdir. Bu zaman Sabir Təqsirləndirilən şəxs “yekə kişisən, niyə belə edirsən, düz hərəkət etmirsən” deyə bildirmiş, sonuncu isə buna məhəl qoymadan roldan yapışıb maşını oynadaraq “maşını aşırdacam, siz də öləcəksiz mən də” deyə bildirmişdir. Bundan sonra o isə maşını saxlayıb arxa qapını açaraq Təqsirləndirilən şəxs maşından düşməsini istəmiş, sonuncu düşdükdən sonra bardyorun üst tərəfində, o isə aşağı tərəfində durmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla sözlü mübahisələri davam edərkən sonuncu onu yan tərəfindən vurmuş, o, bunun yumruq zərbəsi olduğunu zənn etsə də, sonradan bıçaq zərbəsi olduğunu anlamışdır. O, Təqsirləndirilən şəxs boğazından tutub itələdikdən sonra sonuncu yerə, o da onun üzərinə yıxılmışdır. Daha sonra Sabir onları aralamış, 5-10 metr aralıda olanda Təqsirləndirilən şəxs onu “sənin varyoxun belə-belə olsun” deyə söydüyündən sonuncunun arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs çatanda sonuncu onu bir dəfə də ayağından vurmuş, o, bunun bıçaq zərbəsi olduğunu hiss etmişdir. Bundan sonra Sabirə bıçaqla vurulduğunu bildirəndə sonuncu ona kürəyinin deşik-deşik olduğunu bildirmişdir. Həmin anda o, kürəyindən nəsə soyuq bir şey axdığını hiss etmiş, yerə qan töküldüyünü görmüş və Sabirlə birlikdə xəstəxanaya getmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, İ.Ə.İsgəndərovu telefonda təhqir etməmiş, maşında çox da böyük mübahisələri olmamış, sonuncu rola əl atdığına görə maşını saxlamışdır. Hadisə kameranın altında olduğundna görüntülərə baxıla bilər. Onun məqsədi dava olsaydı, yanında bıçaq götürər və ya oraya kimləsə birlikdə gedərdi. O, maşını özü idarə edib xəstəxanaya getmiş və orada 7-8 gün qalmışdır. Daha sonra o, təqsirləndirilən şəxslə barışmamasının nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəzanın verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs günortadan zəng edib Zərərçəkmiş şəxs çağırmış, sonuncu işdə olduğunu, axşam görüşə biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxsla işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək Socar yanacaq doldurma məntəqəsində olduğunu bildirərək onları da oraya çağırmışdır. Onlar həmin yerə gəldikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşınına minmiş, əvvəlki pul istəmiş, Zərərçəkmiş şəxs isə indi pulunun olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs maşından düşmüş, o, maşının güzgüsündən baxanda əvvəlkilərin bir-birlərindən yapışdıqlarını görərək onları ayırmaq üçün dərhal maşından düşmüşdür. O, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yanına çatanda əvvəlki artıq bıçaqlanmış, üstü qanlı olmuş, lakin neçə bıçaq zərbəsinin vurulduğunu bilməmişdir.
5. Məhkəmə iclasında Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, Respublikanın rayonlarında və Bakı şəhərində müxtəlif yerlərdə Zərərçəkmiş şəxs ona verdiyi dam işlərini görür. Təqsirləndirilən şəxs baş vermiş hadisədən təxminən 15 gün əvvəl, sonuncuyla birlikdə Şamaxı şəhərində tikintidə fəhlə işləyən zaman tanımış, onların briqadiri isə Zərərçəkmiş şəxs olmuşdur. xx.xx.2025-ci il tarixdə sonuncuyla birlikdə Dərnəgül qəsəbəsində işləyən zaman saat təxminən 17:00 radələrindən Təqsirləndirilən şəxs teztez Zərərçəkmiş şəxs mobil telefonla zəng vuraraq görüşmək istədiyini bildirərək sonuncudan ona pul verməsini tələb etmişdir. Buna görə də onlar işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla görüşə Sabunçu rayonu ərazisində yerləşən Socar YDM-nin yaxınlığına getmiş, sonuncu maşının sağ arxa oturacağında əyləşdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə etməyə başlamışdır. Təqsirləndirilən şəxs avtomobilə oturduqdan sonra Zərərçəkmiş şəxs 50 manat pul istəmiş, sonuncu da ona işlədiyi yerdən pul almadığını və üzərində də pulu olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl çəkməyərək pul istəməyə davam etmiş, buna görə də sonuncu avtomobili saxlamış və Təqsirləndirilən şəxs nalayiq söz işlədərək maşından düşməsini istəmiş, lakin sonuncu buna məhəl qoymayaraq “mən düşsəm, sən də düşəcəksən” deyə bildirmişdir. Təqsirləndirilən şəxs maşından düşdükdə sonra Zərərçəkmiş şəxs da maşından düşmüş və Təqsirləndirilən şəxs sonuncunun yaxasından tutmuş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifətindən yumruqla bir neçə zərbə vurmuşdur. O, sonuncuları aralaşdırmağa çalışan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmiş və o, əvvəlkinin sol tərəfindən qan axdığını görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs maşına sürərək xəstəxanaya getmələrini bildirmiş, sonuncu orada əməliyyat olunmuşdur. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, o, Zərərçəkmiş şəxs briqadir olduğu işdə təxmini 20 gün işləmiş, pulunun bir hissəsini almış, Təqsirləndirilən şəxs isə həmin işdə təxmini 10-15 gün işlədikdən sonra işi yarımçıq qoyub getmişdir. Ustanın günlük maaşı 50 manat, yarım ustanın maaşı 40 manat, Təqsirləndirilən şəxs günlük maaşı isə 30 manat olmuşdur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs maşından düşdükdən bir qədər sonra o güzgüdən baxaraq sonuncuların dalaşdığını görmüş və ayırmaq üçün yanlarına getmiş, Təqsirləndirilən şəxs əlində kəsici-deşici əşya görməmiş, sonuncu əvvəlcədən xəsarət yetirəcəyi barədə heç nə deməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs xəstəxanaya o aparmış, Təqsirləndirilən şəxs heç bir köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs indi pulunun olmadığını bildirsə də, Təqsirləndirilən şəxs səbrsizlik göstərdiyindən, mübahisənin başlamasına təşəbbüskar da məhz sonuncu olmuşdur. O, Zərərçəkmiş şəxs həqiqətən də Təqsirləndirilən şəxs borcunun olması, həmin pulun məbləği barədə məlumatsız olmuş, eləcə də, kimin birinci vurması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıb vurmasını görməmişdir. İlk növbədə o, Zərərçəkmiş şəxs nəfəs ala bilmədiyini görüb maşını sürmək istəmiş, lakin sonuncu özü maşını sürərək xəstəxanaya getmişdir.
6. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 32).
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci ildən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 67-71).
8. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə, yəni xx.xx.2025-ci il tarixinədək uzadılmışdır (i/v 88-92).
9. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətə, yəni xx.xx.2026-cı il tarixinədək uzadılmışdır (i/v 160-162).
10. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (i/v 170-171).
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i/v 183-184).
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin xx.xx.2025-ci il tarixli, 795 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-döş qəfəsi nahiyəsinin sol-yan səthi və döş qəfəsi nahiyəsinin arxa səthinin sol yarısında daxilə-sol plevra (döş) boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən cəmi iki ədəd deşilmiş-kəsilmiş yara və qarın nahiyəsinin ön divarından daxilə-qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalarla), ola bilsin bıçaqla yetirilə bilərdilər, döş qəfəsi nahiyəsindəki daxilə-döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvumaya aiddirlər, qarın nahiyəsindəki daxilə-qarın boşlığuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir (i/v 95-98).
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 653 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - burun və boyun nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyir edilmir (i/v 93-94).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4178 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasınən CM-nin 21.1 və 22- ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 109-111).
15. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində, Xəzər rayonu istiqamətində yolun sol tərəfində olan piyada səkisində baş vermişdir. Həmin istiqamətdə 50 metr qabaqda “Ağ çiçəyim” gül mağazası, 150 metr qabaqda isə yolüstü piyada keçidi var. Hadisə yerində səki beton pilləkənlərlə örtülmüş, hadisə yerinin ətrafı yaşıllıqdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut əhəmiyyətli əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir (i/v 3-7).
16. 08.12.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (i/v 99-103).
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 157.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə islah işi cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan azad edilmişdir (i/v 82-83).
18. Cinayət işinin ikinci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərə görə 6.000 (altı min) manat, mənəvi zərərə görə 3.000 (üç min) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat olmaqla, cəmi 9110 (doqquz min bir yüz on) manat pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
19. Cinayət işinin ikinci cildinə əlavə edilmiş ********** nömrəli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər şəhərin müxtəlif yerlərində tikinti işində Zərərçəkmiş şəxsla, daha sonra isə sonuncunun qardaşıyla birlikdə işləmişdir. Zərərçəkmiş şəxs qardaşı sonuncunun iş götürdüyünü bildirərək birlikdə işləməyi təklif etmiş, o da razılaşmışdır. Birinci dəfə Sumqayıtda, daha sonra isə Şamaxıda Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləmiş, sonuncu isə briqadir olmuşdur. O, şəhərə gəlməli olduğuna görə Zərərçəkmiş şəxs pul istəmiş, sonuncu isə pulun birigün olacağını qeyd edərək ona 10 manat yol pulu vermişdir. O, günü 50 manata Zərərçəkmiş şəxs yanında 6 gün işləmiş, sonuncu əvvəlcə 120 manat, sonra isə 10 manat yolpulu vermiş, bundan sonra isə Zərərçəkmiş şəxs 170 manat pulu qalmışdır. O, dediyi vaxtda Zərərçəkmiş şəxs yığaraq qaldığı evdə pula ehtiyacı olduğunu bildirərək pulunu istəmiş, sonuncu isə narahat olmamasını, pulunu verəcəyini bildirmişdir. İki gün keçəndən sonra yenidən Zərərçəkmiş şəxs zəng etmiş, bu zaman o, “mənim sənə pul verəcəyim yoxdur, Sadiq adlı prorab var, pulun ondadır get ondan al” deyə bildirmişdir. Bundan sonra o, sonuncunun qardaşı ilə danışaraq günün altında əziyyət çəkib işlədiyini, pulunu istədiyini bildirmiş, sonuncu da Zərərçəkmiş şəxsla danışaraq pulu alıb ona verəcəyini qeyd etmişdir. İki gündən sonra sonuncunun qardaşına zəng edib, qonum-qonşudan pul aldığını, saç-saqqalını təmizlətməyə pulunun olmadığını, heç olmasa 50 manat pul verməsini bildirəndə sonuncu “gedin özünüz həll edin” deyə bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs zəng edib pulunu istəyəndə sonuncu əsəbiləşib telefonu söndürmüş, bu hal bir neçə dəfə təkrarlanmışdır. Dördüncü dəfə danışanda Zərərçəkmiş şəxs ona qarşı qeyrət söyüşü söyüb telefonu bağlamış, o isə 5-10 dəqiqə sonra təkrar zəng edərək pulunu istəmiş və niyə onu söydüyünü soruşaraq görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs maşınına minmiş, bu zaman Sabir də maşında olmuş və yolda aralarında mübahisə yaranmışdır. O, özünü müdafiə məqsədi ilə yanında meyvə bıçağı götürmüş, əslində isə Zərərçəkmiş şəxs vurmaq məqsədi olmamış, sonuncunun onu döyməsində ehtiyat etmişdir. Zərərçəkmiş şəxs ondan maşından düşməsini istəmiş, o düşəndən sonra sonuncu da maşından düşmüş və onu vurub yerə yıxmışdır. Bundan sonra o, qarın hissəsində köynəyinin altına qoyduğu bıçaqla yıxılı vəziyyətdə onu vurmuş, bıçağın sonuncunun qoluna dəydiyini zənn etmiş, bir dəfə də bıçağı atmış və bıçaq Zərərçəkmiş şəxs böyrünə dəymişdir. Həmin vaxt o, qorxub geri çəkilmiş, bu zaman sonuncu yenidən onun üstünə gəlmiş, o isə əlində bıçaq olduğunu qışqırmışdır. Zərərçəkmiş şəxs üstünə gələndə o, yarı ayağa durmuş vəziyyətdə sonuncunun ayağına da bir bıçaq vurmuş, məqsədi Zərərçəkmiş şəxs onu vurmasını dayandırmaq olmuşdur. Lakin o, səhv etmişdir və hazırda peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o heç vaxt üzərində bıçaq daşımamış, yalnız hadisə baş verən günü evdən götürərək üzərində saxlamış, maşından düşəndə birinci Zərərçəkmiş şəxs onu vurmuş, sonuncuyla yolun kənarında yaxalaşa-yaxalaş getmiş, daha sonra yıxılmış və Zərərçəkmiş şəxs yıxılı vəziyyətdə vurmuşdur. Daha sonra ona yüngül cəzanın verilməsini və ədalətli qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
21. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 25.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 26.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
27. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
29. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 31.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 33.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 34.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 36.Maddə 179. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
37. Maddə 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda.
38. Maddə 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 39.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 40.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 41.Maddə 354. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı:
45. Qərarın 2-ci bəndi. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
46. Həmin Qərarın 8-ci bəndi. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
47. Qərarın 11-ci bəndi. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
49. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
50. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin President Hüququ:
51. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
52. Beləliklə, Təqsirləndirilən şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, hadisə yerinə baxış keçirmə, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, ekspert rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi və ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 33-cü bəndi).
53. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verməsi, Zərərçəkmiş şəxs maşından düşəndən sonra onu vurub yerə yıxması, yerdə yıxılı vəziyyətdə olarkən sonuncunu qolundan vurması, bıçağı bir dəfə də zərərçəkmiş şəxsə tərəf atdıqdan sonra bıçağın Zərərçəkmiş şəxs böyrünə dəyməsi, qorxub geri çəkildikdən sonra Zərərçəkmiş şəxs onun üstünə gələn zaman əlində bıçaq olduğunu qışqırması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
54. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
55. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs maşında onunla pul mübahisəsi edən zaman o, mübahisənin davam etməməsi üçün sonuncuya dəfələrlə maşından düşməsini bildirsə də, Təqsirləndirilən şəxs “mən düşsəm, sən də mənimlə düşəcəksən” deyərək təkidlə pulunu istəməyə davam etmişdir. Bundan sonra ikisi birlikdə maşından düşdükdən sonra ilk olaraq sonuncu onu vurmuş, o, əvvəlcə yumruqla vurulduğunu zənn etsə də, sonradan bıçaqla vurulduğunu anlamış, Təqsirləndirilən şəxs itələyəndə sonuncu yerə, o da üzərinə yıxılmışdır. Daha sonra Sabir onları aralamış, 5-10 metr aralıda olanda Təqsirləndirilən şəxs onu “sənin varyoxun belə-belə olsun” deyə söydükdə bu dəfə o sonuncunun arxasınca düşmüş, çatanda isə Təqsirləndirilən şəxs onu bir dəfə də ayağından bıçaqla vurmuşdur.
56. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs maşına oturduqdan sonra Zərərçəkmiş şəxs əl çəkmədən pul istəməyə davam etdikdə sonuncu indi pulunun olmadığını qeyd edərək Təqsirləndirilən şəxs maşından düşməsini istəmiş, sonuncu isə səbrsizlik göstərərək mübahisənin başlamasında təşəbbüskar olmuşdur. Maşının güzgüsündən dalaşdıqlarını gördükdən sonra yanlarına gedərək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralaşdırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmiş və o, əvvəlkinin sol tərəfindən qan axdığını görmüşdür.
57. Həmçinin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşman olaraq son çarə olaraq zərərçəkmiş şəxsə bıçaqla zərbə endirdiyini bildirmişdir.
58. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən yumruqla vurulduqdan və yerdə döyüldükdən sonra yalnız özünü müdafiə etmək məqsədi ilə onu bıçaqla vurduğunu iddia etsə də, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs evdən çıxarkən qabaqcadan bıçaq götürərək zərərçəkmiş şəxslə görüşə getməsi, maşında təkidlə pul tələb etməsi nəticəsində zərərçəkmiş şəxsin onun maşından düşməsini istəməsinə baxmayaraq düşməməsi və zərərçəkmiş şəxsin də onunla yerə düşməsini tələb etməsi, hadisə baş verən zaman zərərçəkmiş şəxsə bıçaqla daxilə-döş boşluğuna nüfuz edən iki ədəd, eləcə də qarın nahiyəsindəki daxilə-qarın boşlığuna nüfuz etməyən bir ədəd olmaqla, ümumilikdə üç ədəd bıçaq zərbəsi vurması, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən düşünüldüyü və onun təşəbbüsü ilə baş verdiyini sübut edir.
59. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri səmimi və inandırıcı olmamaqla yanaşı, yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır.
60. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 21 və 22-ci bəndləri).
61. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
62. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, evli olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir.
63. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
64. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
65. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 26-cı bəndi).
66. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 32, 67-71).
67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 6 və 34-cü bəndləri).
68. Bundan başqa məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə təqsirliliyi sübuta yetirildiyindən onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına zərər yetirildiyindən mənəvi zərərin əvəzi kimi ağlabatan məbləğ, yəni 2.000 (iki min) manat müəyyən edilməlidir. Mülki iddia digər hissədə heç bir əsaslı sübut təqdim edilmədiyindən təmin edilməməlidir.
69. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyanın vurulmasına görə 2.000 (iki min) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 2.110 (iki min bir yüz on) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir (hökmün 36-cı bəndi).
70. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 39-cu bəndi).
71. İş üzrə maddi sübut yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 27 və 32-ci bəndləri).
72. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin, mənəvi ziyanın vurulmasına görə 2.000 (iki min) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 2.110 (iki min bir yüz on) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə mülki iddia digər hissədə təmin edilməsin. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli