Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-38/2026 10.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, Qılıcova Səltənət Yaşar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu ərazisində müxtəlif gündəlik evlərdə kirayəçi kimi yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 04 noyabr 2025-ci il tarixdə, gecə saat 01:10 radələrində qəbul etdiyi spirtli içkinin təsirindən yüngül dərəcəli sərxoş vəziyyətdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən “Neftçilər” metrostansiyasının giriş hissəsində dayanıb telefonunu şarj edən zaman Zərərçəkmiş şəxs onu bir qədər əvvəl mübahisə etdiyi Şahid1 oxşatması ilə əlaqədar ona yaxınlaşıb heç bir səbəb olmadan bel nahiyəsinə təpiklə vurub ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı əlbəyaxa olub qarşılıqlı olaraq birbirinə yumruq, təpik zərbələri vurarkən ətrafda olan kənar şəxslər tərəfindən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşmaq ücün oradan aralanıb qaçarkən o, qisas almaq niyyətilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan düyməli bıçağı cibindən çıxarıb sonuncunu təqib edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs arxadan çatıb qəsdən öldürmək məqsədilə sağ əlində saxladığı həmin bıçağın şiş uca və kəsici kənara malik tiyəsi ilə Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsi, alın, sifət və digər nahiyələrinə, həmçinin bıçağın dəstəyi ilə alın və sifət nahiyyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hemoperikardit və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin ön divarının sol yarısının daxilə nüfuz edərək sol ağciyəri və perikard divarını zədələyən 01 ədəd kəsilmiş-deşilmiş yarası, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ almacıq sümüyünün alın çıxıntısının hər iki divarının qəlpəli sınıqları, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 02 ədəd, alnın sağ yarısının 01 ədəd, sağ gözaltı nahiyyənin 01 ədəd, sol çənə bucağının 01 ədəd, sağ bazu oynağının ön səthinin 01 ədəd, sol budun arxa səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ gözətrafı nahiyənin hemotoması xəsarətlərini yetirib həmin xəsarətlərdən sonuncunun öləcəyinə əmin olaraq oradan uzaqlaşmış, lakin hadisə yerinə çağırılan X15 briqadasının köməyi ilə Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, “Neftçilər” metrostansiyasının girişində telefonunu şarja qoyub əyləşən zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin ətrafdakı insanları vurduğunu görmüş, çox keçməmişdir ki Zərərçəkmiş şəxs gəlib onu da təpiklə vurmuşdur. O da qalxıb ona “məni kiminləsə səhv saldın deyəsən” demiş, Rövşən də onu təhqir etmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bu hərəkətlərinə dözə bilməyib onun ayağına bıçaqla vurmuş, digər bıçaq zərbələrini onun bədəninin hansı nahiyələrinə yetirməsi yadında qalmamışdır. Zərərçəkmiş şəxs vurduğu bıçağı üzərində şəxsi istifadəsi üçün daşımışdır. Həmçinin məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, telefonunu şarj edərkən Zərərçəkmiş şəxs onu təpikləmiş və təhqir etmiş, onun məqsədi zərərçəkmiş şəxsi cəzalandırmaq olmuşdur, yəni onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, bundan başqa 05 noyabr 2025-ci il və 19 dekabr 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, daimi yaşayış yeri olmadığından müxtəlif gündəlik evlərdə kirayədə yaşayır. 2009-cu ildə işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, 2016-cı ildə Rusiya Federasiyasında quldurluq əməli törətdiyindən cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci ildə cəzasını tam olaraq çəkib qurtardıqdan sonra cəzaçəkmə müəssisəsindən azad olunmuş, 2022-ci ilin avqust ayından Azərbaycana gəlmiş, həmin vaxtdan Bakı şəhərində müxtəlif gündəlik evlərdə, hərdən küçələrdə gecələmiş, ailə üzvləri olsa da, onlarla əlaqəsi yoxdur və bu səbəbdən tək yaşamışdır. Hərdən müxtəlif ünvanlarda fəhlə olaraq işləmiş, daimi iş yeri olmamış, təxminən 3-4 gün öncə fəhlə kimi işini yekunlaşdırdığından işsiz olmuşdur. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir. xx.xx.2025-ci il tarixdə axşam radələrində piyada şəkildə “Ulduz" metrostansiyasının yaxınlığına getmiş, orada tanımadığı, təsadüfən gördüyü tikinti aparılan ərazidə işləyən şəxsə yaxınlaşıb sonuncuya işsiz olduğunu, işləmək istədiyini bildirmiş, həmin şəxs ona səhər gəlməyini, bu barədə səhər danışacaqlarını demişdir. Onun pulu olmadığından piyada şəkildə Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığına gəlmişdir. xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində tanımadığı bir nəfər şəxsdən yeməyə pulunun olmadığını deyib pul verməsini xahiş etmiş, tanımadığı həmin şəxs də ona beş manat pul vermişdir. O, “Neftçilər” metrostansiyasının yaxınlığında olan mağazadan bir ədəd spirtli enerji içkisi (“Go”) almış, həmin içkini içə-içə mobil telefonunun şarjı qurtardığından mobil telefonunu şarja taxmaq üçün metroya tərəf getmişdir. Metronun girişində olan enerji mənbəyinə mobil telefonunun adapterini taxmış və aşağı çöküb dizi üstünə əyləşərək mobil telefonuna baxan zaman metronun pilləkənlərindən bir nəfər şəxsin üzü üstə yerə yıxılmasını görmüşdür. O, həmin vaxt nə baş verdiyini başa düşməmiş, həmin şəxs yerə yıxılan zaman cibindəki mobil telefon yerə düşmüşdür. O, həmin vaxt heç kəslə işi olmadan eyni duruş vəziyyətində mobil telefonu ilə oynamışdır. Qeyd etdiyi həmin şəxs yerə yıxılıb ayağa qalxdıqdan sonra metroya doğru qaçıb getmişdir. O, mobil telefonunu şarja taxıb dolmasını gözləyən zaman üzü metro, arxası isə metroya daxil olmaq üçün yeraltı keçidin giriş hissəsinə tərəf olmuş, yəni o, arxadan gələn şəxsləri görməmişdir. Həmin yıxılan şəxsin ayağa qalxıb qaçıb uzaqlaşmasından çox keçməmişdir ki, o, mobil telefonla oynayan zaman bir nəfər tanımadığı şəxs onun arxasından təpiklə vurub söyüş söymüş, o, dərhal ayağa qalxıb həmin şəxs tərəfə çevrilmiş və nə üçün ona təpiklə vurub söyüş söydüyünü soruşmuş, həmin şəxs ona heç bir söz demədən yenə yumruqla vurmaq istəmiş, o, bir daha həmin şəxsdən “mən sən deyən adam deyiləm, məni səhv salırsan kimləsə” deyə bildirdikdən sonra tanımadığı həmin şəxs onun var-yoxunu, bacısını söymüşdür, bundan sonra o, əsəbləşib həmin şəxslə keçidin içində əlbəyaxa olmuş, onlar qarşılıqlı şəkildə bir-birilərinə yumruq-təpik zərbələri vurmuş, həmin şəxs onun əlindən çıxıb keçidin çıxışına doğru qaçmış, o, həmin şəxsin arxasınca qaçıb keçidin çıxışındakı pilləkənlərdə sonuncu ilə yenidən əlbəyaxa olmuş, həmin vaxt tanımadığı şəxslər aralarına girib onları ayırmağa çalışmışdır. Bu vaxt əlbəyaxa olduğu həmin şəxs onun əlindən qaçıb keçidin pilləkənlərindən çıxıb üzü Bakıxanov qəsəbəsi istiqamətində qaçmağa başlamış, həmin şəxsin ona qarşı işlətdiyi ağır təhqiredici ifadələrə çox əsəbləşdiyindən şalvarının sağ yan cibindən götürdüyü qara rəngli açılıb-qatlanan bıçağı götürüb həmin bıçağı açaraq tanımadığı həmin şəxsin arxasınca qaçmışdır. Həmin şəxs tunelin altında, tunelin sütunu ilə dəmir mühəccərin arasından keçmək istəyən zaman sonuncunun arxasından sağ əlində saxladığı bıçaqla 1 dəfə vurmuşdur. Bu zaman həmin şəxs tunelin sütunu ilə dəmir mühəccərin arasından keçib yola qaçmışdır. Həmin şəxsin arxasınca qaçan zaman da sonuncu onun ünvanına söyüş söyməyə davam etmiş, o da həmin şəxsin arxasınca qaçıb sonuncunu yolda tutaraq sağ əlində saxladığı həmin bıçaqla həmin şəxsin bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin şəxs ona müqavimət göstərdiyi üçün digər əli ilə həmin şəxsin başına və digər nahiyələrinə güclü yumruq zərbələri də vurmuşdur. Təxminən 7-8 dəfə həmin şəxsə bıçaq zərbələri vurduqdan sonra həmin şəxs yerə yıxılmış, həmçinin o, həmin şəxsin baş nahiyəsinə əlində saxladığı bıçağın tutacaq hissəsi ilə güclü zərbələr vurmuş, zərbələri vurduqdan sonra həmin şəxsin yerə yıxıldığını və ona qarşı söyüş söyməyi dayandırdığını gördüyü üçün bıçaq zərbələri vurmağı dayandırıb bıçağı cibinə qoyaraq şarja taxdığı telefonun yanına getmişdir. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmış və onu polis idarəsinə təhvil vermişlər. Hadisə vaxtı istifadə etdiyi bıçağı təxminən 2 ay bundan öncə ünvanını xatırlamadığı köşkdən alaraq ərzaq məhsulları kəsmək üçün üzərində gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında 1 ədəd və xx.xx.2025-ci il tarixdə gecə saatlarında 1 ədəd spirtli enerji içkisi olan “Go” içsə də, ayıq vəziyyətdə olmuşdur. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs heç bir səbəb olmadan onun arxasından təpik zərbəsi vurub ünvanına ağır təhqiredici ifadələr işlətdiyi üçün o, həmin vaxt çox əsəbləşdiyindən Rövşənə öldürmək məqsədilə bıçaqla zərbələri vurmuş, sonuncu ona söyüş söydükdən sonra o, Rövşənlə əlbəyaxa olan zaman bıçağı cibindən çıxarmağa fürsəti olmamış, fürsəti olsa idi, o, Rövşəni keçidin içində bıçaqlayacaqdı. Rövşənlə keçidin çöl hissəsində əlbəyaxa olan zaman tanımadığı şəxslər onları ayırdıqdan sonra onun bıçağı götürməyə fürsəti olduğu üçün bıçağı götürüb Zərərçəkmiş şəxs arxasınca qaçmışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra sonuncu yerə yıxılmış və onu söyməyi dayandırmış, o da Zərərçəkmiş şəxs artıq öləcəyini düşünmüş, bu səbəbdən sonuncunu vurmağa davam etməmiş və kənara çəkilmişdir. O, metrostansiyanın içərisində olan zaman çöl hissədə hər hansı mübahisə olduğunu eşitməmiş, sadəcə, bir nəfər şəxsin yerə yıxılmasını və iki ədəd mobil telefonun yerə düşməsini, yıxılan şəxsin yerə düşən mobil telefonlardan birini götürərək irəliyə doğru getməsini, digər mobil telefonun isə yerdə qalmasını görmüşdür. O, nə xəsarət yetirdiyi Zərərçəkmiş şəxs, nə də ki yerə yıxılıb qaçan şəxsi tanımır. Onunla Zərərçəkmiş şəxs arasında mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, o, yalnız Zərərçəkmiş şəxsla keçidin pilləkənlərində əlbəyaxa olan zaman onları tanımadığı şəxslər ayırmaq istəmiş, lakin o, Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirən zaman yanlarında heç kəs olmamışdır. O, Rövşənlə mübahisəyə başlamazdan öncə sonuncunun üzündə yaxud bədənində xəsarət olmasını görməmişdir. Baş vermiş hadisə vaxtı əynində qara rəngli gödəkçə, qara rəngli qısa qol köynək, qara rəngli cins şalvar, qara rəngli tuman, 1 cüt qara rəngli idman ayaqqabısı və 1 cüt qara rəngli corab olmuşdur. Hadisədən öncə bədənində heç bir xəsarət olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı ağır söyüşlər söydüyü üçün həmin şəxsi öldürmək istəmişdir. Rövşənə tibbi yardım göstərilməsini istəməmiş, sonuncuya çoxlu bıçaq zərbəsi vurmuş, sağ qalacağını düşünməmişdir (iş vərəqə: cild İ, səh.41-43, 115-118, cild İİ, səh.83-86). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, onun məqsədi zərərçəkmiş şəxsi cəzalandırmaq olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bu hadisə 2025-ci il noyabr ayının 3-dən 4-nə keçən gecə baş vermişdir. Həmin vaxt o, içkili vəziyyətdə olmuşdur, “Neftçilər” metrostansiyası bağlı olduğu üçün metronun girişində telefonla taksi sifariş verərkən iki nəfər şəxs Şahid2 və Şahid1 yan-yana oturub ona irad bildirərək, “sən niyə telefonla bizi çəkirsən? bizi reklam edirsən” demiş, o da “mən sizi çəkmirəm” deyə cavab vermişdir. Şirxan ayağa qalxıb onun üstünə gələndə, o, Şirxanı vurmuş və nəticədə Şirxan yerə yıxılmışdır. Bu zaman həmin şəxsin yanında olan Şahid1 onun üstünə gəlmişdir, sonra mübahisə zamanı həmin şəxs ondan qaçıb metroya girmişdir. O da Elşənin dalınca metroya girmiş, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs “Neftçilər” metrostansiyasının girişində oturub telefonunu şarj edirdi. O, Təqsirləndirilən şəxs gördükdə elə düşünmüşdür ki, həmin şəxs Şahid1dir, yəni onları səhv salmışdır. O, Seymura şillə vurmuş, Seymur ayağa qalxıb ona “sən məni kiminləsə səhv saldın” demişdir. Sonradan onların arasında olan mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs ona 7 (yeddi) dəfə bıçaq zərbəsi yetirmişdir. O, hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil, sonuncu ilə barışmışdır və barəsində ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xaiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 06 noyabr 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, dostları ilə yaşayır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Narkoloji və psixoloji kabinetlərdə qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məhkum olunmuş, əvvəllər fərdi usta kimi fəaliyyət göstərmiş, hazırda isə "xxxx" MMC-də bağban işləyir. Ailə üzvləri Ucar rayonunda yaşayırlar və hərdən gedib onları ziyarət edir. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində əmisi qızının ad günü ilə əlaqədar işdən çıxıb “Neftçilər” metrostansiyasının yaxınlığında yaşayan əmisigilə qonaq getmiş, məclisdə qohumlarıyla birlikdə yeyib içmişdir. O, təxminən 300 qram spirtli içki olan araq içmişdir. Həmin gün saat 20 radələrində məclis bitdikdən sonra əmisi gilin evindən çıxıb piyada şəkildə “Neftçilər” metrostansiyasına doğru getmiş, metroya çatmamış metronun yaxınlığında yerləşən kafelərdən birində 4-5 bokal pivə içmiş, bundan sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 01 radələrində “Neftçilər” metrostansiyasının yanında yerləşən piyada keçidinin yaxınlığındakı dəmir mühəccərə söykənib mobil telefonunu əlində saxlamışdır ki, telefonla taksi sifariş edib evə getsin. Həmin vaxt onun sağ tərəfində 2 nəfər tanımadığı şəxs dayanmış, tanımadığı 2 şəxsdən biri ona “bizi niyə çəkirsən?” deyə bildirmiş, o isə həmin şəxsə “mənim yaşım, başım var, nə sizi çəkəcəm” deyə bildirmişdir. Bu vaxt həmin şəxslərdən biri onun üzərinə gəlmiş, həmin vaxt o, həmin şəxsin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra həmin şəxslə əlbəyaxa olmuş, həmin şəxs onun üz nahiyəsindən 1 dəfə şillə vurmuş, daha sonra o, həmin şəxsi vurmağa çalışmış, lakin həmin şəxs onun əlini, qolunu tutub vurmağına mane olmuşdur. Buna baxmayaraq, o, həmin şəxsin əlindən çıxıb sonuncunun üzünə bir neçə yumruq zərbəsi vurmuş, bu vaxt həmin şəxsin yanındakı digər şəxs də onun üzərinə hücum etmişdir. Bu zaman o, həmin şəxsin baş nahiyəsindən yumruqla vurmuş və nəticədə sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra ilk mübahisə etdiyi şəxs yeraltı piyada keçidinə doğru qaçmış, o da həmin şəxsin arxasınca qaçmış, sonuncu pilləkənlərdən düşərkən üzü üstə yerə yıxılmış və həmin şəxs yerə yıxıldıqdan sonra o, ilk öncə həmin şəxsin arxasınca qaçmamış, lakin çox keçməmiş hirsi soyumadığından sonuncunun arxasınca yeraltı piyada keçidinə girmişdir. Keçidə girən zaman yerdə, pilləkənlərin üzərində mobil telefonun olduğunu görmüş, həmin mobil telefon onun mübahisə etdiyi şəxsin cibindən düşmüş, o da ondan qaçan həmin şəxsin mobil telefonuna görə ondan qaçıb uzaqlaşmaması üçün həmin mobil telefonu götürüb cibinə qoymuşdur. Keçidə girdikdən sonra sağ tərəfdə bir nəfər şəxsin mobil telefonunu şarja taxdığını görmüş, o, həmin şəxsin üzünü görməmiş, sonuncunun arxası ona tərəf çevrilmiş vəziyyətdə olmuşdur. Həmin vaxt o, elə bilmişdir ki, üzünü görmədiyi, mobil telefonunu şarja taxan həmin şəxs ondan qaçıb yeraltı keçidinə girən şəxsdir. O, həmin yan oturaq vəziyyətində olan şəxsə arxadan yaxınlaşıb sonuncunun arxa nahiyəsindən 1 dəfə təpiklə vurub söyüş söymüş, bu vaxt həmin şəxs ayağa qalxmış və ondan nə baş verdiyini soruşmuş, o, həmin şəxsin üzünə baxanda da sonuncunun mübahisə etdiyi adam olmadığını müəyyən edə bilməmiş, çünki o, həm içkili vəziyyətdə olmuş, həm də həmin şəxslə qaranlıq vaxtı əlbəyaxa olmuş və sonuncunun üzünə diqqətlə baxa bilməmişdir. Arxasından təpiklə vurduğu şəxs ayağa qalxıb ona tərəf çevirilib nə üçün təpiklə vurub söyüş söydüyünü soruşmuş, o, həmin şəxsin ilk mübahisə etdiyi şəxs olduğunu düşündüyündən sonuncunun bu sözləri onun əsəbinə toxunduğu üçün həmin şəxsi yumruqla vurmaq istəmiş, sonuncu bir daha başqası ilə səhv saldığını bildirən zaman o, həmin şəxsin ona yalan danışdığını düşünüb həmin şəxsin var-yoxunu, bacısını söymüşdür, bundan sonra həmin şəxs ona əsəbləşib onunla əlbəyaxa olmağa başlamış, o, döyüləcəyini düşündüyü üçün həmin şəxsin əlindən qaçmağa çalışmışdır. Bundan sonra sonuncu onun arxasınca gələrək onu təqib etməyə başlamış, o, keçiddən çıxıb Bakıxanov qəsəbəsi istiqamətində qaçaraq dəmir mühəccərlə körpünün sütunu arasında yerləşən dar yerdən keçmək istəmiş, bu vaxt onun arxasınca qaçan şəxs ilk öncə onun üz nahiyəsindən bıçaqla zərbə vurmuş, bundan sonra o, həmin dar yerdən keçib avtomobil yoluna doğru qaçmış, lakin həmin şəxs də onu təqib edib avtomobil yolunda tutaraq bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Həmin şəxs eyni zamanda əlindəki bıçağın tutacaq hissəsi ilə də alnına, eyni zamanda gicgahına qüvvətli zərbələr vurmuşdur. Həmin şəxsin ona vurduğu zərbələrin təsirindən o, yerə yıxılmış, özünə gəldikdə X1 görmüşdür. O, mübahisə zamanı da elə bilmişdir ki, ona bıçaqla xəsarətlər yetirən şəxs ondan qaçıb yeraltı keçidə girən şəxsdir. O, mobil telefonunu şarja taxan adamın ondan qaçan şəxs olduğunu düşündüyü üçün sonuncunu təpiklə vurmuş, həmin mobil telefonunu şarja taxan adamın onunla mübahisə edən adam olmadığını bilsə idi, sonuncu ilə, ümumiyyətlə işi olmazdı. xx.xx.2025-ci il tarixdə əlbəyaxa olduğu 2 şəxsi və ona bıçaqla xəsarətlər yetirən şəxsi tanımamış, həmin şəxsləri ilk dəfə hadisə baş verdiyi gün görmüşdür. Şahid2 və Şahid1 ifadələrində göstərdikləri həqiqəti əks etdirmir. O, həmin vaxt orada heç kəsdən pul istəməmiş, onun cibində də 90 manata yaxın pul olmuş, həmin şəxslərdən pul istəməyi üçün əsas olmamış, əksinə, həmin şəxslərdən biri ona “bizi niyə çəkirsən?” deyə bildirmiş, o isə həmin şəxslərə “mənim yaşım, başım var, nə sizi çəkəcəm” deyə bildirmişdir. Bu vaxt o, əlində mobil telefonu tutub taksi sifariş vermək istəmiş, lakin o, telefonunu əlində saxlayıb taksi sifariş vermək istəyən zaman həmin şəxslər “bizi niyə çəkirsən?” deyə bildirdikləri üçün aralarında mübahisə yaranmış, o, mobil telefonu həmin şəxslərə tərəf də tutmamış, bəlkə də, həmin şəxslər də içkili olmuş və onları telefonla çəkdiyini düşünmüşlər. Baş vermiş hadisə vaxtı əynində qara rəngli gödəkçə, göy-bej rəngli uzunqol polver, tünd göy rəngli cins şalvar, qara rəngli dəri kəmər, boz rəngli mayka, qara rəngli tuman, tünd göy rəngli ayaqqabı, qara rəngli corab olmuşdur (iş vərəqə: cild İ, səh.154-158). Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2025-ci il tarixdə o, Şahid2lə metrostansiyanın girişində dayanan zaman onların Zərərçəkmiş şəxsla mübahisəsi yaranmış, bu zaman tərəflərindən təhqiramiz ifadələr işlənmiş, mübahisə nəticəsində o, Zərərçəkmiş şəxs qaçmışdır. Sonradan xəbəri olmuşdur ki, “Neftçilər” metrostansiyasının girişində bıçaqlanma hadisəsi olmuşdur. O da Zərərçəkmiş şəxsla aralarında mübahisə olduğunu polis əməkdaşlarına bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid1 04 noyabr 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, 2004-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin Post-patrul Xidməti bölüyündə polis nəfəri vəzifəsində xidmət edərək 2015-ci ildə sağlamlıq vəziyyəti ilə bağlı təqaüdə göndərilmişdir. Hadisənin baş verdiyi gün, yəni xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində tanışları X5 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən “Xudafərin” şadlıq sarayının yaxınlığındakı kafedə əyləşərək yemək yeyib üçü birlikdə 0,7 litr həcmində spirtli içki olan araq qəbul etmişlər. Onlar birlikdə həmin arağı içdikdən sonra Samir Məhəmmədov onlarla sağollaşıb getmiş, Şahid2lə o, yenidən 0,5 litr həcmində araq içdikdən sonra onlar kafedən qalxaraq “Neftçilər” metrostansiyasına tərəf getmişlər ki, orada ayrılıb yaşadıqları evlərə getsinlər. Piyada hərəkət edərək “Neftçilər” metrostansiyasının Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində, üzü Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində yerləşən yeraltı keçidin arxa tərəfinə gəlmiş, orada Şahid2 özünə məxsus mobil telefonu taksi sifariş etməsi üçün ona vermişdir. Şahid2 taksi ilə yaşadığı evə getdikdən sonra o da yaşadığı evə gedəcəkdi. Onlar həmin yerdə dayanan zaman tanımadıqları bir nəfər, 40-45 yaşlarında kişi cinsli şəxs onlara yaxınlaşaraq onlardan xatırlamadığı məbləğdə pul vəsaiti tələb etmiş, onlar tanımadıqları həmin şəxsə nəyə görə pul verməli olduqlarını soruşanda sonuncu yenidən təkidlə onlardan pul istəmiş, həmin şəxs onların verdikləri rədd cavabını bəyənməyib ona qarşı nalayiq ifadə işlədib üzündən yumruqla bir dəfə vurmuş, bundan sonra o, əsəbləşib həmin şəxsin üz nahiyəsindən 1 dəfə şillə vurmuşdur. Daha sonra həmin şəxs onun üzərinə gəlib ona zərbələr vurmaq istəmiş və o da həmin şəxsin sakitləşib onu vura bilməməsi üçün həmin şəxsin əl-qolunu tutmuş, ancaq həmin şəxs onu özündən itələyib onun üz nahiyəsinə yumruq zərbələri vurmuş, bu vaxt o, diz üstə yerə çökmüş, bundan sonra Şahid2 həmin şəxsi tutub ondan uzaqlaşdırmağa çalışmış, lakin Şirxanın həmin şəxsi tutub saxlaması sonuncunun qarşısını ala bilməmiş, həmin şəxs hər ikisini vurmaq istəmişdir. Daha sonra həmin şəxs Şirxanın qollarının arasından çıxıb sonuncunun başına yumruq zərbəsi vurub Şirxanı yerə yıxmış, sonuncu yıxıldıqdan sonra onlar bir-birilərindən aralanmış, bundan sonra o, yeraltı keçidin pilləkənlərinə doğru hərəkət edib pilləkənlərdən aşağıya doğru enmişdir ki, polis əməkdaşlarını taparaq tanımadıqları şəxsin onlara qarşı etdiyi qanunsuz əməllər barədə şikayət etsin. Həmin vaxt pilləkənlə aşağıya doğru hərəkət edən zaman ehtiyatsızlıqdan pilləkənlərin üzərinə yıxılmış, həmin şəxslə münaqişəyə başlamazdan əvvəl özünə məxsus “Honor” markalı və Şahid2 məxsus “Oppo” markalı mobil telefonu şalvarının arxa yan ciblərinə qoymuş, yerə yıxılıb qalxandan sonra özünə məxsus mobil telefonunun cibində olmadığını görmüşdür. Yerdən duraraq özünə gəlməyə çalışan zaman ona məxsus mobil telefonun cibində olmadığını görüb onlarla mübahisə edən şəxsin ona məxsus mobil telefonu yerdən götürdüyünü güman edib keçiddən daxil olduğu pilləkənlərlə geriyə doğru çıxıb həmin şəxsi axtarmağa başlamışdır. Həmin yeraltı keçidin yanında olan körpünün yaxınlığında onlarla münaqişə edən şəxsin qana bulaşmış vəziyyətdə yerdə uzanmış halda olduğunu görüb ətrafda olan polis əməkdaşlarından onun mobil telefonunun həmin şəxsin cibində olub-olmadığını soruşmuş, həmin şəxsə yaxınlaşıb gökçəsinin yan cibinə baxdıqda ona məxsus mobil telefonun orada olduğunu görüb götürmüşdür. Ətrafda olan polis əməkdaşları onları Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmış, 24-cü Polis Şöbəsində Zərərçəkmiş şəxs onlarla münaqişə etdikdən sonra yeraltı keçiddə olan tanımadığı Təqsirləndirilən şəxs ilə münaqişə edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələri vurması nəticəsində bədən xəsarətləri almasını öyrənmişlər. Baş vermiş hadisəyə qədər o, Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənlik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs 40-45 yaşlarında, orta boylu və orta köklükdə olan kişi cinsli şəxs olmuşdur. 24-cü Polis Şöbəsinə gətirildikdən sonra Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona yumruq zərbələri endirmək istəyən zaman əllərini həmin şəxsə tərəf tutmaqla və bədənini sağa-sola tərəf hərəkət etdirməklə sonuncunun ona zərbələr vurmasından yayınmağa çalışsa da, ağır dərəcəli sərxoş vəziyyətdə olduğu üçün Rövşənin zərbələrindən tam yayına bilməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onun baş və bədən nahiyələrinə yumruq zərbələri vurması, habelə pilləkənlərdən yıxılmağı nəticəsində baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Baş vermiş hadisə vaxtı o, sadəcə olaraq, tanımadığı şəxsin ona qarşı işlətdiyi nalayiq ifadəyə görə üzünə şillə zərbəsi vurmuşdur. Baş vermiş hadisə vaxtı üzərində qara rəngli kepka, boz rəngli gödəkçə, ağ-qara rəngli köynək, ağ rəngli mayka, tünd göy rəngli cins şalvar, qara rəngli tuman, 1 cüt boz rəngli nabuk materiallı ayaqqabı və 1 cüt qara rəngli corab olmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənlik və ya ədavət olmamış, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişənin şahidi olmamış, həmin şəxslərin hansı səbəbdən münaqişə etməsinin səbəbini bilməmişdir (iş vərəqə: cild 1, səh. 65-68). Şahid1 məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 04 noyabr 2025-ci il tarixdə o və Şahid1 içkili olmuşlar. “Neftçilər” metrostansiyasının girişində Zərərçəkmiş şəxsla telefon üstündə mübahisə etmişlər. Mübahisə zamanı Rövşən Elşəni vurmuş, o da bunu görüb Rövşənin üstünə gedən zaman Rövşən onu da vurub yıxmışdır. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid2 04 noyabr 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 2001-2021-ci illər ərzində daxili işlər orqanlarında polis serjantı rütbəsində xidmət etmiş, 2021-ci ildən etibarən təqaüdə çıxmış, hal-hazırda fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə tanışları Şahid1 və X5 ilə birlikdə Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən “Green Pub” restoranında əyləşərək yemək yeyib spirtli içki qəbul etmiş, həmin vaxt üç nəfər birlikdə 0.7 litr araq içmişlər. Daha sonra Samir oradan ayrılıb çıxıb getmiş, sonuncu getdikdən sonra Elşənlə birlikdə əlavə olaraq 0,5 litr araq içmişlər. Daha sonra Elşənlə birlikdə oradan ayrılaraq üzü “Neftçilər” metrosu istiqamətində məhlələrin arası ilə piyada getmiş, “Neftçilər” metrostansiyasının girişinin yaxınlığında o, mobil telefonunu Elşənə verərək taksi sifariş verməsini xahiş etmiş, o, taksi ilə yaşadığı evə getdikdən sonra Elşən də yaşadığı evə gedəcəkdi. Onlar həmin yerdə dayanan zaman tanımadıqları bir nəfər, 40-45 yaşlarında kişi cinsli şəxs onlara yaxınlaşaraq onlardan xatırlamadığı məbləğdə pul vəsaiti tələb etmiş, onlar tanımadıqları həmin şəxsə nəyə görə pul verməli olduqlarını soruşanda sonuncu yenidən təkidlə onlardan pul istəmişdir. Bu vaxt Elşən həmin şəxslə üz-üzə dayanmış, qeyd etdiyi tanımadığı şəxs onların verdikləri rədd cavabını bəyənmədiyi üçün Elşənə qarşı nalayiq ifadə işlədib sonuncunun üzündən yumruqla 1 dəfə vurmuş, Elşən də həmin şəxsin üz nahiyəsindən 1 dəfə şillə vurmuş, daha sonra həmin şəxs Elşənin üzərinə gedib sonuncuya zərbələr vurmaq istəmiş və Elşən də həmin şəxsin sakitləşib ona vura bilməsin deyə həmin şəxsin əl-qolunu tutmuşdur. Ancaq həmin şəxs Elşəni özündən itələyib sonuncunun üz nahiyəsinə kəllə və yumruq zərbələri vurmuş, bu vaxt Elşən diz üstə yerə çökmüş, bundan sonra o, həmin şəxsi arxadan tutub sonuncunu Elşəndən uzaqlaşdırmaq istəmiş, lakin onun həmin şəxsi tutub saxlamağı sonuncunun qarşısını ala bilməmiş, həmin şəxs hər ikisinə vurmaq istəmiş, daha sonra həmin şəxs onun qollarının arasından çıxıb onun başına yumruq zərbəsi vurmuş və o, nəticədə yerə yıxılmış, yerə yıxıldıqdan sonra nə baş verdiyini xatırlamır. Mübahisə etdiyi həmin şəxs 40-45 yaşlarında, orta boylu, orta çəkili kişi cinsli şəxs olmuş, həmin tanımadığı 40-45 yaşlarında kişi cinsli şəxs onu yerə yıxdıqdan sonra o, yerdə uzanıqlı vəziyyətdə qalmış və bundan sonra heç bir şey görməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində, Bakıxanov istiqamətində gedən yolun yaxınlığında, “Neftçilər” metrostansiyasının keçidinin arxasında onlara yaxınlaşaraq pul istəmiş, daha sonra onları təhqir etmiş, bu səbəbdən Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmış, sonuncu onu vurub yerə yıxmış, o, üzü üstə yerə yıxıldığı üçün daha sonra baş verənləri görə bilməmişdir. Xatırladığı qədəri ilə həmin şəxs onun baş nahiyəsindən 1 dəfə vurmuş və bundan sonra o, yerə yıxılmışdır. O, həmin şəxsi sadəcə olaraq Elşəndən uzaqlaşdırmaq istəmiş, çünki həmin şəxs Elşənə zərbələr vurmuşdur. O, həmin şəxsi tutub sakitləşdirmək istəyən zaman sonuncu onun baş nahiyəsindən 1 dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən o, üzü üstə yerə yıxılmış, bundan sonra baş verənləri xatırlamır. Baş vermiş hadisə vaxtı üzərində qara rəngli dəri gödəkçə, tünd qırmızı rəngli köynək, ağ rəngli mayka, qara rəngli cins şalvar, qara rəngli tuman, 1 cüt qara rəngli dəri ayaqqabı və 1 cüt qara rəngli corab olmuşdur (iş vərəqə: cild 1, səh. 70-73). Şahid2 məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 noyabr 2025-ci il tarixdan 04 noyabr 2025-ci il tarixə keçən gecə Nizami rayonu ərazisində avtopatrulla xidmət apararkən “Neftçilər” metrostansiyasının yaxınlığında bir nəfər vətəndaşın ona yaxınlaşıb tanımadığı şəxsin yaralandığını bildirmiş, dərhal həmin vətəndaşın istiqamətləndirdiyi yerə gedərkən bir nəfər şəxsin yolun hərəkət hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu müəyyən edərək dərhal X15a müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olmamış, sonra məlumat almışdır ki, təqsirləndirilən şəxs içkili vəziyyətdə metrostansiyanın içərisindədir. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs telefonunu şarj edən zaman zərəçəkmiş şəxsin həmin an ətrafdakılarla dava etdiyini görmüşdür. Eyni zamanda vətəndaşlar yaxınlaşıb telefon tapdıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid3 05 dekabr 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildən Daxili İşlər Nazirliyinin X13 Alayının 5-ci Patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə Nizami rayonu ərazisində avtopatrulla xidmət apararkən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Dakar” dairəsi adlanan yerdə bir nəfər vətəndaş onlara yaxınlaşıb tanımadığı şəxsin bıçaqlandığını bildirmiş, dərhal həmin vətəndaşın istiqamətləndirdiyi yerə gedərkən bir nəfər şəxsin “Dakar” dairəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində olan yolun hərəkət hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu müəyyən edərək dərhal X15a müraciət etmişlər. Həmin vətəndaşın şəxsiyyətini müəyyən etdikdə sonuncunun Zərərçəkmiş şəxs olduğunu bilmiş, həmin vaxt sonradan adının Şahid1 olduğunu bildikləri şəxs onlara yaxınlaşıb özünə məxsus “Honor” markalı mobil telefonun həmin şəxsin üzərində olduğunu deyib mobil telefonu Zərərçəkmiş şəxs cibindən götürmüş, daha sonra metro polisi əməkdaşlarının köməyi ilə Zərərçəkmiş şəxs bıçaqlayan şəxsi - Təqsirləndirilən şəxs həmin ərazinin yaxınlığında saxlayaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müvafiq raportla təhvil vermişlər (iş vərəqə: cild 1, səh. 222-224). Şahid3 məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin X13 Alayının 5-ci Patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. 04 noyabr 2025-ci il tarixdə, gecə saatlarında Nizami rayonu ərazisində xidmətdə olarkən “Neftçilər” metrostansiyasının yaxınlığında bir nəfər şəxsin ona və digər polis əməkdaşlarına yaxınlaşıb tanımadığı şəxsin yaralandığını bildirmiş, onlar vətəndaşın istiqamətləndirdiyi yerə gedərkən bir nəfər şəxsin bıçaqla aldığı zərbələrin təsiri nəticəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu müəyyən edərək dərhal X15a müraciət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs orada olmamış, daha sonra Təqsirləndirilən şəxs metrostansiyanın içində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _04 noyabr 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs xəsarət aldığı yer Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvandır. Həmin yer 8-ci km bazarından Nizami Rayon Polis İdarəsinin doğru gedən yolun sağ hissəsindədir. Belə ki, münaqişənin ilkin başladığı ərazi “Neftçilər” dairəsindən sağda “Kapital Bank”ın filialının yaxınlığında yerləşən “Neftçilər” metrostansiyasının girişidir. Hadisənin davam etdiyi yer isə metronun çıxışından sağda “Bakıxanov” qəsəbəsinə gedən yolda körpünün alt hissəsindədir. Həmin yerdə yolun üzbəüzündə “McDonalds” restoranının binası var. Həmçinin yolun kənarında səki daşlarında və yerdə qanabənzər ləkələr olduğu müşahidə olunur. Yolun əsas hissəsini səki ilə ayıran qara rəngli dəmir mühəccərlər vardır. Yolun hərəkəti intensivdir. Hadisənin baş verdiyi yerin qarşı tərəfində müxtəlif iaşə obyektləri yerləşir. Hadisə yerini əhatə edən Daxili İşlər Nazirliyinin Təhlükəsizlik şəhər kamerası vardır. Hadisə yerində olan qanabənzər ləkələrdən 03 ədəd nümunə götürülmüşdür. Həmçinin baxış iştirakçısı Coşqun Qədiməliyev tərəfindən təqdim edilən, baş vermiş hadisənin görüntüsünü özündə əks etdirən CD disk götürülmüşdür (iş vərəqə: cild 1, səh. 4-8). _04 noyabr 2025-ci il tarixli “könüllü təqdim edilmiş əşyaların qəbul edilməsi və baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, bir ədəd bıçaq, bir ədəd mobil telefon və adapter ondan qəbul edilərək araşdırma materiallarına əlavə edilmişdir. Bıçağa baxış keçirilən zaman bıçağın qara rəngli, açılıbbağlanan olması, ümumi uzunluğunun 17 sm, tutacağımn uzunluğunun 10 sm, tiyəsinin uzunluğunun isə 7 sm olması müəyyən edilmişdir. Həmçinin, bıçağın tiyəsində “USA Columbia” sözlərinin yazılması, bıçağın açılıb-bağlanması üçün gümüşü rəngli düyməsinin olması, arxa hissəsində bıçağın kəmərə keçirilməsi üçün istifadə olunan yer olması, bıçağın tutacağında və tiyəsində qanabənzər ləkələr olması müəyyən edilmişdir. Mobil telefon qara rəngli, “Samsung” markalı, ekranının alt hissəsində çatlar olduğu, işlək vəziyyətdə olması, adapterin isə iki hissədən ibarət olması, enerjiyə taxılan hissəsinin ağ rəngli, naqili isə qara rəngli olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 11). _Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin məsul növbətçisinin 04 noyabr 2025-ci il tarixli raportundan görünür ki, 04 noyabr 2025-ci il tarixdə, saat 01:28-də Daxili İşlər Nazirliyinin “102” xidmətindən daxil olmuş məlumata əsasən bir nəfər şəxsin digərini bıçaqlaması bildirilmişdir (iş vərəqə: cild İ, səh. 14). _“Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 04 noyabr 2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 03:20-də müayinə olunmuş və onda yüngül dərəcə alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 20). _04 noyabr 2025-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərib bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 90-105). _06 noyabr 2025-ci il tarixli “CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskdə 01 ədəd videogörüntü 03:41 dəqiqədən ibarətdir. Videogörüntüdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidinə yaxınlığındakı səkidə, dəmir mühəccərin yanında Zərərçəkmiş şəxs ilə Şahid1 mübahisə etməsi, Zərərçəkmiş şəxs ilk olaraq Şahid1 zərbə vurması, sonuncunun qarşılıq olaraq Zərərçəkmiş şəxs vurması, bundan sonra həmin şəxslərin əlbəyaxa olması, Şahid1 Zərərçəkmiş şəxs zərbələrinin qarşısını almaq istəsə də, sonuncunun ona zərbələr vurması, Şahid2 Şahid1lə Zərərçəkmiş şəxs bir-birindən ayırmaq istəyən zaman sonuncunun onun baş nahiyəsindən zərbə vurması nəticəsində Şahid2 yerə yıxılması, bundan sonra Şahid1 Zərərçəkmiş şəxs qaçaraq Təqsirləndirilən şəxs olduğu yeraltı piyada keçidinə daxil olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 148). _01 dekabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, CD diskdə 04 ədəd görüntülər vardır. “TŞ4-256 1-2025-11-04 adlı və “TŞ;-256 3-2025-11-04 adlı videogörüntülər 04 noyabr 2025-ci il tarixdə saat 01:00-dan 01:30-dək olan dövrü əhatə edir. Videogörüntüdə saat 01:02-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidinə daxil olaraq mobil telefonunu şarja taxması, saat 01:05-də yeraltı piyada keçidinin çöl hissəsində Zərərçəkmiş şəxs ilə Şahid1 mübahisə etməsi, Zərərçəkmiş şəxs ilk olaraq Şahid1 zərbə vurması, sonuncunun qarşılıqlı olaraq Zərərçəkmiş şəxs vurması, bundan sonra həmin şəxslərin əlbəyaxa olmaları, Şahid1 Zərərçəkmiş şəxs zərbələrinin qarşısını almaq istəsə də, sonuncunun ona zərbələr vurması, Şahid2 Şahid1lə Zərərçəkmiş şəxs bir-birindən ayırmaq istəyən zaman sonuncunun onun baş nahiyəsindən zərbə vurması nəticəsində Şahid2 yerə yıxılması, bundan sonra Şahid1 Zərərçəkmiş şəxs qaçaraq Təqsirləndirilən şəxs olduğu yeraltı piyada keçidinə daxil olması, Şahid1 pilləkənlərdən düşərkən kənar təsir olmadan, ayağının büdrəyərək üzü üstə yerə yıxılması, yıxılan zaman cibindən mobil telefonun yerə düşməsi, bu vaxt Zərərçəkmiş şəxs yeraltı piyada keçidinə daxil olmaması, lakin təxminən 10-15 saniyə sonra saat 01:07-də sonuncunun yeraltı piyada keçidinə daxil olaraq arxası ona tərəf olmaqla yerdə yarı oturaq vəziyyətdə olmaqla mobil telefonunu şarja taxmış Təqsirləndirilən şəxs arxasından təpiklə zərbə vurması, bundan sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs əlbəyaxa olmaları, onların yeraltı piyada keçidinin daxilində əlbəyaxa olmağa başlamaları, sonradan kənar şəxsin onları ayırmasından sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən qaçaraq yeraltı piyada keçiddən çıxıb üzü Bakıxanov qəsəbəsi istiqamətində qaçması, saat 01:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçaraq təqib etməsi, təqib edən vaxt şalvarının sağ yan cibindən açılıb-qatlanan bıçağı çıxarıb həmin bıçağı açaraq Zərərçəkmiş şəxs arxasınca qaçması, saat 01:12-də hadisə yerinə polis əməkdaşlarının gəlməsi müəyyən edilmişdir. “TŞ4-256 2-2025-11-04_01h00min00s000ms” adlı görüntü 04 noyabr 2025-ci il tarixdə saat 01:00-dan 01:30-dək olan dövrü əhatə edir. Qeyd olunan videogörüntüdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat müəyyən edilməmişdir. “TŞ4-256 4-2025-1 l-04_01h00min00s000ms” adlı görüntü 04 noyabr 2025- ci il tarixdə saat 01:00-dan 01:30-dək olan dövrü əhatə edir. Həmin videogörüntüdə saat 01:02 radələrində Təqsirləndirilən şəxs Qara Qarayev prospekti ilə üzü Rüstəm Rüstəmov küçəsinin kəsişməsi istiqamətində yavaş addımlarla əlində spirtli içki ilə birlikdə gəlməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 214-215). _17 dekabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, CD diskdə 02 ədəd - “TŞ4-004 3-2025-11-04 və “TŞ4-256 3-2025-11-04 adlı görüntülər vardır. “TŞ4-004 3-2025-11-04_00h38min00s000ms” adlı görüntü 22:00 dəqiqədən ibarətdir. Həmin görüntü 04 noyabr 2025-ci il tarixdə saat 00:38-dən 01:00-dək olan dövrü əhatə edir. Qeyd olunan videogörüntüdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat müəyyən edilməmişdir. “TŞ4-256 3-2025-1l-04_01h00min00s000ms” 09:38 dəqiqədən ibarətdir. Həmin görüntü 04 noyabr 2025-ci il tarixdə saat 01:00-dan 01:09-dək olan dövrü əhatə edir. Videogörüntüdə saat 01:02-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidinə daxil olaraq mobil telefonunu şarja taxması, saat 01:05-də yeraltı piyada keçidinin çöl hissəsində Zərərçəkmiş şəxs ilə Şahid1 mübahisə etmələri, Zərərçəkmiş şəxs ilk olaraq Şahid1 zərbə vurması, sonuncunun qarşılıq olaraq Zərərçəkmiş şəxs vurması, bundan sonra həmin şəxslərin əlbəyaxa olmaları, Şahid1 Zərərçəkmiş şəxs zərbələrinin qarşısını almaq istəsə də, sonuncunun ona zərbələr vurması, Şahid2 Şahid1lə Zərərçəkmiş şəxs bir-birindən ayırmaq istəyən zaman sonuncunun onun baş nahiyəsindən zərbə vurması nəticəsində Şahid2 yerə yıxılması, bundan sonra Şahid1 Zərərçəkmiş şəxs qaçaraq Təqsirləndirilən şəxs olduğu yeraltı piyada keçidinə daxil olması, Şahid1 pilləkənlərdən düşərkən kənar təsir olmadan, ayağının büdrəyərək üzü üstə yerə yıxılması, yıxılan zaman cibindən mobil telefonun yerə düşməsi, bu vaxt Zərərçəkmiş şəxs yeraltı piyada keçidinə daxil olmaması, lakin təxminən 10-15 saniyə sonra, saat 01:07-də sonuncunun yeraltı piyada keçidinə daxil olaraq arxası ona tərəf olmaqla yerdə yarı oturaq vəziyyətdə olmaqla mobil telefonunu şarja taxmış Təqsirləndirilən şəxs arxasından təpiklə zərbə vurması, bundan sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs əlbəyaxa olması, onların yeraltı piyada keçidinin daxilində əlbəyaxa olmağa başlaması, sonradan kənar şəxsin onları ayırmasından sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən qaçaraq yeraltı piyada keçidindən çıxıb üzü Bakıxanov qəsəbəsi istiqamətində qaçması, saat 01:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaçaraq təqib etməsi, təqib edən zaman vaxt şalvarının sağ yan cibindən açılıb-qatlanan bıçağı çıxarıb həmin bıçağı açaraq Zərərçəkmiş şəxs arxasınca qaçması, saat 01:12-də hadisə yerinə polis əməkdaşlarının gəlməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 249- 250). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 canlı şəxslərin ekspertizasının 04 dekabr 2025-ci il tarixli, 1235 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - hemoperikardit və hemopneymotoraksla müşayiət olunan döş qəfəsinin ön divarının sol yarısının daxilə nüfuz edərək sol ağciyəri və perikard divarını zədələyən 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 02 ədəd, alnın sağ yarısının 01 ədəd, sağ gözaltı nahiyənin 01 ədəd, sol çənə bucağının 01 ədəd, sağ bazu oynağının ön səthinin 01 ədəd, sol budun arxa səthinin 01 ədəd, ümumilikdə 08 ədəd deşilmiş-kəsilmiş yaraları, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün sınığı, sağ almacıq sümüyünün alın çıxıntısının hər iki divarının qəlpəli sınıqları, sağ gözətrafı nahiyənin hematoması olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar şiş uca və kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənə bilərdilər, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən, eləcə də, ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar digər bıçaqların dəstəyi ilə yetirilməsi nəticəsində törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə döş qəfəsinin ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası və alın sümüyünün sınığı, həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ almacıq sümüyünün alın çıxıntısının hər iki divarının qəlpəli sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə alına bilərdi, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyildir (iş vərəqə: cild İİ, səh. 03-06). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 canlı şəxslərin ekspertizasının 05 noyabr 2025-ci il tarixli, 1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş - üst dodağın iç səthinin qansızması - bərk küt əşyanın, təsirindən alına bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınması istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitlərdə alına bilərdi, şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində alınması inandırıcı deyildir (iş vərəqə: cild İİ, səh. 08-09). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 maddi sübutların ekspertizasının 17 noyabr 2025-ci il tarixli, 4320/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamın qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 20-23). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 maddi sübutların ekspertizasının 04 dekabr 2025-ci il tarixli, 744/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/ /Şəxsi məlumatlarına dair EPİS-dən çıxarışın kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gödəkcə, tamlığı pozulmuş sviter, cins şalvar, tamlığı pozulmuş mayka, trusik, bir cüt ayaqqabı, bir tay corab, Təqsirləndirilən şəxs məxsus şalvar, qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd ağ plastik qapaqlı şəffaf sərt polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş 03 ədəd ağ rəngli plastik çubuğun sərbəst ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvarın belinə keçirilmiş kəmər, digər tay corab, Təqsirləndirilən şəxs məxsus gödəkcə, qısaqol köynək, trusik, bir cüt corab, bir cüt ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (iş vərəqə: cild İİ, səh. 26-30). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 maddi sübutların ekspertizasının 04 dekabr 2025-ci il tarixli, 490/2025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yaxalığında bir ədəd, gödəkçənin arxa səthinin sol nahiyəsində bir ədəd; sviterin ön səthinin sol nahiyəsində üç ədəd, sviterin arxa səthinin sol nahiyəsində iki ədəd, sviterin sağ qolunun yuxarı hissəsində bir ədəd; maykanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, maykanın arxa səthinin sol nahiyəsində iki ədəd; şalvarın ön səthinin sol yan tikişi üzərində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin sol qoltuqaltı nahiyəsində cırılma zədəsi aşkar olundu. Bu cırılma, sviterin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus tuman, corab və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində üç ədəd və sviterin arxa səthinin sol nahiyəsində iki ədəd; maykanın ön səthinin sol nahiyəsində bir ədəd və maykanın arxa səthinin sol nahiyəsində iki ədəd; şalvarın ön səthinin sol yan tikişi üzərində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön divarının sol yarısında və döş qəfəsinin sol yarısının arxa səthində və sol budun arxa səthində olan yaraları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər aşkar olunmuş xəsarətlər - alnın sağ yarısında bir ədəd, sağ gözaltı nahiyədə bir ədəd, sol çənə bucağında bir ədəd aşkar edilmiş deşilmiş- kəsilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışlar. Bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah olunur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ qolunun ön səthində dörd ədəd, gödəkçənin arxa səthinin sağ nahiyəsində iki ədəd; şalvarın arxa səthinin sol nahiyəsində bir ədəd, şalvarın arxa səthinin sağ ayağında bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar qeyd edilən paltarların müvafiq nahiyələrinə küt qüvvə tətbiq edilməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynəyin boyun nahiyəsində tikilmiş köbə üzərində; şalvarın arxa səthinin sağ bel nahiyəsində tikilmiş emblemin yuxarı və aşağı hissələri üzərində natamam sökülmə zədələri aşkar olundu. Bu sökülmələr, köynək və şalvarın müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib- dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək üzərində tikilmiş düymələrdən iki saylı düymənin öz yerində olmaması aşkar olundu, bu da köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus trusikin sol yarısında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Maykanın bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Şalvarın sol ayağının demək olar ki, bütün səthinə tam və fasiləli hopmuş, sağ ayağının ön və arxa yuxarı yarısında tək-tək, şalvarın hər iki yan ciblərinin və arxa sol cibinin astarı üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Sviterin bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Gödəkcənin daxildən astarının demək olar ki, bütün səthini geniş sahədə, üst səthində sol ön döş hissəsində, sağ ön döş və qoltuqaltı nahiyəyə yaxın hissəsində, sağ qolunda tək-tək aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Corabın bir tayının ön boğaz hissəsində tək-tək aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ayaqqabının hər iki tayının ön üst hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Şalvarın belinə keçirilmiş kəmər üzərində və corabın bir tayında qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus cins şalvarın sağ ayağının ön yuxarı bud nahiyəsində, həmin ayağın arxa tərəfində, sol ayağının ön tərəfində, həmin ayağın arxa dizaltı nahiyədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Gödəkcə, köynək, trusik, bir cüt ayaqqabı, bir cüt corabda qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthində, əsasən sol səthində, dəstəyinin hər iki səthində, əsasən əsasa yaxın hissəsində aşkar edilmiş qan ləkələri mənbəyi ilə və ya qanlı səth ilə statik (xərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: cild İİ, səh. 33-44). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2025-ci il tarixli, 7479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 47-48). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 dekabr 2025-ci il tarixli, 4168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətdiyi dövrdə, yəni 04 noyabr 2025-ci il tarixə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, əsəbilik, inadkarlıq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİ, səh. 51-54). _21 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən qanabənzər ləkələrdən götürülmüş 03 ədəd nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq, bir ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd adapter, baş vermiş hadisə vaxtı əynində olmuş geyim əşyaları - 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd üzərində “Emzo” yazılmış tuman, 1 cüt qara rəngli ayaqqabı və 1 cüt qara rəngli corab, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları - 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd göy-bej rəngli uzunqol polver, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli dəri kəmər, 1 ədəd boz rəngli mayka, 1 ədəd qara rəngli tuman, 1 cüt tünd göy rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, bundan başqa baş vermiş hadisələrin qeydə alındığı CD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir və Bakı şəhəri Nizami Rayon Prokurorluğunda saxlanca təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq materialların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir (iş vərəqə: cild İİ, səh. 80-115). _04 noyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2025-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 87- 115). _Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.143-146). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 175). _Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmiş hüquqi mövqeyə əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsif məsələsi üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayəti törədən zaman təqsirkarın qəsdinin məzmununun və istiqamətinin dəqiq aydınlaşdırılması, cinayətin bütün hallarının məcmusu ilə yanaşı, cinayətin üsulu və aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və bədənin hansı nahiyəsinə yetirildiyi, cinayət hərəkətlərinin sonlandırılmasının səbəbləri, hadisədən əvvəl və sonra təqsirkarın davranışları ilə bağlı işin faktiki halları mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin ifadələri ilə, iş üzrə digər obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, hadisədən öncə iş üzrə Zərərçəkmiş şəxs hadisədən bir qədər əvvəl spirtli içki qəbul edib başqa bir şəxslə mübahisə etdikdən sonra, Təqsirləndirilən şəxs təsadüfən görərkən Təqsirləndirilən şəxs bir az əvvəl mübahisə etdiyi həmin şəxsə oxşatması ilə əlaqədar Təqsirləndirilən şəxs yaxınlaşıb təpiklə vurub nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı əlbəyaxa olub qarşılıqlı dalaşmağa başlamışlar, onlar ətrafda olan kənar şəxslər tərəfindən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən uzaqlaşmaq ücün oradan aralanıb qaçarkən Təqsirləndirilən şəxs zərərçəkmişin heç bir səbəb olmadan onu nalayiq ifadələrlə söyüb vurmasına görə qisas alıb qəsdən öldürmək niyyətilə əvvəlcədən üzərində gəzdirdiyi bıçağı cibindən çıxarıb zərərçəkmiş Zərərçəkmiş şəxs təqib edib arxası ilə qaçaraq Zərərçəkmiş şəxs arxadan çatıb sağ əlində saxladığı həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsinə, alın, sifət və digər nahiyələrinə çoxsaylı zərbələr vuraraq, bu zaman həmin xəsarətlərdən zərərçəkmişin öləcəyinə əmin olaraq oradan uzaqlaşmış, lakin hadisə yerinə çağırılan X15 briqadasının köməyi ilə Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas edilməsi mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini, cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi zərərçəkmiş şəxsi cəzalandırmaq düşüncəsini və istəyini ona çoxsaylı bıçaq zərbələrinin vurulması ilə, həmçinin həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi nahiyələrə yetirilməsi ilə, nail olacağı məqsədinin yalnız şəxsi cəzalandırmaq olması ilə bağlı sonradan onun tərəfindən məhkəmədə deyilən fikirlərin heç bir real və görünən həqiqətə uyğun olmadığı, iş üzrə obyektiv və mötəbər sübutların məcmusuna və həmin sübutlara əsaslanan işin faktiki hallarına uyğun olmadığı birmənalı şəkildə təsdiq olunur. Cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla yanaşı, həmçinin iş materiallarına əlavə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin kameralarından əldə edilmiş video görüntülərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs mübahisə zamanı əlbəyaxa olub bir-birinə yumruq, təpik zərbələri vurarkən ətrafda olan kənar şəxslər tərəfindən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs uzaqlaşıb və təqsirləndirilən şəxsdən aralanıb qaçarkən təqsirləndirilən şəxs zərərçəkmişi təqib edərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs dayanmadan, ardıcıl olaraq həm bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi nahiyələrinə, həm alın, sifət və digər nahiyələrinə kəsilmişdeşilmiş yaralar, həmçinin baş beynin əzilməsi, alın sümüyünün sınıqları, eyni zamanda gözaltı nahiyyənin, çənənin, sağ bazunun, sol budun deşilmiş-kəsilmiş yara xəsarətlərini yetirərək, zərərçəkmişin öləcəyinə əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Təqdim edilmiş həmin mötəbər sübutlarla həmçinin müəyyən olunur ki, hadisə zamanı zərərçəkmiş şəxs dəmir mühəccərin arasından keçmək istəyən zaman təqsirləndirilən şəxs zərərçəkmişin arxasından qaçıb əlində saxladığı bıçaqla 1 dəfə vurduqdan sonra, zərərçəkmiş şəxs yola qaçmış, lakin təqsirləndirilən şəxs zərərçəkmişi 1 dəfə bıçaqla vurduqdan sonra və zərərçəkmişin qaçmasına və hadisədən yayınmağa cəhd göstərməsinə baxmayaraq, həmçinin təqsirləndirilən şəxsin mübahisədən yayınıb çıxıb getmək imkanının olduğu halda, cinayətkar hərəkətlərini davam etdirərək, zərərçəkmişin arxası ilə qaçıb yenidən bıçaq zərbələrini vurub çoxsaylı zərbələrini zərərçəkmişin artıq müqavimət göstərmək imkanlarının olmadığı anadək davam etdirməsi Təqsirləndirilən şəxs zərərçəkmişə çoxsaylı bıçaq zərbələrini öldürmək məqsədilə yetirmədiyinə dair göstərdiklərini tamamilə təkzib etməklə, onun zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsini bir daha təsdiq edir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 04 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, bundan başqa 05 noyabr 2025-ci il və 19 dekabr 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində hadisə zamanı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun arxasından təpik zərbəsi vurub ünvanına ağır təhqiredici ifadələr işlətdiyi üçün həmin vaxt çox əsəbləşdiyindən Rövşənə öldürmək məqsədilə bıçaqla zərbələr vurduğunu, Rövşənlə keçidin çöl hissəsində əlbəyaxa olan zaman tanımadığı şəxslər onları ayırdıqdan sonra onun bıçağı götürməyə fürsəti olduğu üçün bıçağı götürüb Zərərçəkmiş şəxs arxasınca qaçdığını, Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra sonuncunun yerə yıxıldığını, o da Zərərçəkmiş şəxs artıq öləcəyini düşündüyünü, bu səbəbdən zərbələrini dayandırdığını göstərmişdir (iş vərəqə: cild İ, səh.41-43, 115-118, cild İİ, səh.83-86). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə yetirdiyi çoxsaylı bıçaq zərbələrini məhz onu öldürmək məqsədilə vuduğuna dair ifadələrində göstərdiyi hallar cinayət işi üzrə yuxarıda təsvir edilən mötəbər və obyektiv sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini mötəbər sübut növü kimi qəbul edir, təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinin zərərçəkmişi öldürmək məqsədilə vurmadığına dair hissəsi göstərilən sübutlarla və cinayət işinin faktiki halları ilə təkzib edildiyindən, həmin inkaredici hallar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirilir. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən etirafedici, ibtidai istintaq zamanı isə tam şəkildə etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, hadisə yerini əhatə edən Daxili İşlər Nazirliyinin Təhlükəsizlik şəhər kamerasından götürülmüş görüntülər, həmin görüntülərə baxış protokolları, maddi sübut və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlər kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə Təqsirləndirilən şəxs digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tamamilə sübuta yetirildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “....Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır... Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni, cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.” Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən isə başa çatmayan cinayətə görə cəza təyin edilməsinin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Odur ki, Cinayət Məcəlləsinin 60.1-ci və 63.3-cü maddələrinin tələblərinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilməsi mümkün olan daha ciddi cəza növünün yuxarı həddinin, yəni on dörd ilin dörddə üçünün dörddə üçündən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 noyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 noyabr 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2025-ci il tarixli, 7479 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar — Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd adapter Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd üzərində “Emzo” yazılmış tuman, 1 cüt qara rəngli ayaqqabı və 1 cüt qara rəngli corab Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd göy-bej rəngli uzunqol polver, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli dəri kəmər, 1 ədəd boz rəngli mayka, 1 ədəd qara rəngli tuman, 1 cüt tünd göy rəngli ayaqqabı, 1 cüt qara rəngli corab sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa iş üzrə hadisə yerinə baxış keçirilərkən qanabənzər ləkələrdən götürülmüş 03 ədəd nümunə və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq məhv edilməli, eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş hadisələrin qeydə alındığı CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, ekspertiza xərcləri müəyyən edilməmiş, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami Rayon Prokurorluğunda saxlanca verilmiş — Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd adapter Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd üzərində “Emzo” yazılmış tuman, 1 cüt qara rəngli ayaqqabı və 1 cüt qara rəngli corab Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd göy-bej rəngli uzunqol polver, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli dəri kəmər, 1 ədəd boz rəngli mayka, 1 ədəd qara rəngli tuman, 1 cüt tünd göy rəngli ayaqqabı, 1 cüt qara rəngli corab sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa iş üzrə hadisə yerinə baxış keçirilərkən qanabənzər ləkələrdən götürülmüş 03 ədəd nümunə və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq məhv edilsin, eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş hadisələrin qeydə alındığı CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(4-1)-38/2026
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-38/2026
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver