Məhkəmə qərarları › İş №1(4-1)-76/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-76/2026

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-76/2026 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, hakimlər Aslanov Murad Şamxal oğlu və Kərimov Namiq Həsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Manaf oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-Cinayət Məcəlləsi və ya CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi:

1. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə və zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur.

2. Belə ki, o, 13 sentyabr 2025-ci il tarixdə, saat 09 radələrində "xxxx" MMC-yə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi “Mercedes Axor” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı və “Langendorf” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsindən öz hərəkət zolağı ilə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, qarşıda onunla eyni istiqamətdə sola dönmək üçün sürətini təxminən dayanma həddinə kimi azaltmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı və həmin avtomobilə çatmadan avtomobili dayandırmalı olmasına baxmayaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyib, “Opel Astra” markalı avtomobilin arxa hissəsindən toqquşması nəticəsində sonuncu avtomobil də qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi “Chevrolet Aveo” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Opel Astra” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 alının əzilmiş-cırılmış yarası, təpə sümüyünün sağ gicgah sümüyünə keçən sınığı, baş beynin yumşaq qışasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunmuş təpə-ənsə nahiyəsinin hematoması, iki tərəfli qabırğa sümüklərinin sınıqları, sağ yanaq nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 hadisə yerində ölümünə, X4 baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ-Vİ qabırğaların sınıqları, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfli İİ qabırğanın sınığı, sol körpücük sümüyünün qapalı sınığı, sağ və sol qulaq seyvanı nahiyələrinin səthi əzilmiş yaraları, sağ bazu nahiyəsinin, sağ və sol süd vəzisinin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları, sol diz oynağı nahiyəsinin qançırlı sıyrığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 hadisə yerində ölümünə və ehtiyatsızlıqdan sürücü olan Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qəlpəli sınığı, İ, İİ bel fəqərlərinin sağ köndələn çıxıntılarının sınıqları, sağ bazu nahiyəsinin çapıqları xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş:

3. xx.xx.2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol və protokola əlavə edilmiş foto şəkillərdən və sxemdən görünür ki, yolnəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Novxanı-Pirşağı yoludur. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt/betondur. Örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 7.5 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 7.5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axını 1.5 üfüqi nişanlanma xətləri ilə bölünmüş, hər istiqamət bir zolaqlıdır. Səkinin eni soldan və sağdan 0.8 metrdir. Yolun sol və sağ hissələrində fərdi yaşayış evləri mövcuddur. Hərəkətin nizamlama üsulu nizamlanmayandır. Yol nişanları zonası 1.20 və 2.1 nişanları ilə və üfüqi nişanlanma xətləri ilə tənzimlənmişdir. 1-ci toqquşma yolun sağ tərəfindən sola doğru 3 metr, 2-ci toqquşma yolun sol tərəfindən sağa doğru 2.6 metr məsafədə baş vermişdir. Toqquşan nəqliyyat vasitələrin sayı 3-dür. Nəqliyyat vasitələrinin hadisədən əvvəlki istiqamətləri “Mercedes- Axor” markalı və “Opel Astra” markalı avtomobillər Pirşağı qəsəbəsi istiqamətində, “Chevrolet” markalı avtomobil isə Növxanı qəsəbəsi istiqamətindədir. Nəqliyyat vasitələri hadisə yerində yolun sağ və sol tərəflərində dayanmış vəziyyətdə aşkar olundu. Şin və tormozlama izləri aşkar olunmadı. Sınmış detallar hadisə yerində aşkar olundu. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmadı. “Opel” markalı avtomobilin sərnişinləri yolun sol torpaq hissəsində kürək üstə baş nahiyələri yol istiqamətində aşkar olundu. X1 və Zərərçəkmiş şəxs2 hadisə yerində vəfat etmişlər. (Cild 1, iş vərəqi 9-23)

4. xx.xx.2025-ci il tarixli, 2/52471 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. (Cild 1, iş vərəqə 25)

5. BA216314 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. (Cild 1, iş vərəqə 34)

6. BB584046 və BB584052 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, "Mercedes Axor 1840 Ls yük" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulu olan "Langendorf" markalı **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqu "xxxx" MMC-yə məxsudur. (Cild 1, iş vərəqə 35)

7. X13 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış 13 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.1963-cü il təvəllüdülü Zərərçəkmiş şəxs2 onun atası, xx.xx.1960-cı il təvəllüdlü X8 onun anasıdır. Atası Zərərçəkmiş şəxs2 və anası Mehriban Süleymanova xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Novxanı-Pirşağı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşlər. Baş vermiş hadisə ilə əlaqədar olaraq o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun baş vermiş hadisə ilə bağlı heç kimə qarşı şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Hal-hazırda Naxçıvan MRdə yerləşən N saylı hərbi hissədə xidmətdə olduğu üçün Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində əmisi X9, anası X2 hüquqi varisi qismində X5 tanınmasına heç bir etirazı yoxdur və bunu arzu edir. (Cild 1, iş vərəqə 52-54)

8. Maddi sübut kimi tanınması və qaytarılması haqıında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Mercedes Axor” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı və “Langendorf” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi "xxxx"MMC-yə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 56-57)

9. 13.10.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “CD” diskdə 7 ədəd videogörüntü vardır. Videogörüntülərin bir ədədi TŞ8-207 1, iki ədədi TŞ8-207 2, iki ədədi TŞ8-207 3 və iki ədədi TŞ8-207 4 saylı kimi qeyd olunmuşdur. "CD" diskdə olan TŞ8-207 1 saylı, TŞ8-207 2 saylı və TŞ8-207 4 saylı videogörüntülər açıldıqda görüntülərin hər birinin 60 dəqiqə olmaqla xx.xx.2025-ci il tarixdə saat 09:00-dan 10:00-dək olan müddəti əhatə etdiyi müəyyən edilir. Videogörüntünün 13:35 dəqiqəsindən 13:41-dəqiqəyədək olan müddət ərzində qızılı rəngli "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Novxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətinə doğru yolun "Socar" yanacaqdoldurma məntəqəsinin qarşısından keçərək dönmə işıqlarını yandırıb yol ayrıcında sola dönmək üçün dayanması əks olunur. Videogörüntünün 13:41 dəqiqəsində qızılı rəngli "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olan "Langgendorf" markalı **- YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu sarı rəngli "Mercedes Axor" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklü vəziyyətdə "Socar" yanacaqdoldurma məntəqəsinin qarşısında köbə daşlarının yanından uzaqvuran işıqlarını yandırıbsöndürməsi əks olunur. Videogörüntünün 13:47-ci dəqiqəsində "Langgendorf" markalı **- YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu sarı rəngli "Mercedes Axor" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qızılı rəngli "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurub yolun əks hərəkət hissəsinə doğru sürüklədiyi və həmin istiqamətdə üzü Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan qara rəngli "Chevrolet Aveo" markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpdığı müşahidə edilir. Görüntünün qalan dəqiqələrində avtomobillərin dayanması və insanların avtomobildə olan şəxslərə kömək etdiyi müşahidə edilir. Həmçinin üzərində göy rəngli jilet və açıq göy rəngli cins şalvar olan "Merrcedes Axor" markalı avtomobilinin sürücüsünün də orada olması, avtomobiildən düşərək "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxslərə kömək etdiyi, həmin şəxsləri avtomobildən çıxarmağa çalışdığı görünür. Bundan sonra görüntünün qalan dəqiqələrində hadisə yerinə gələn insanların qızılı rəngli "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildən yaralıları çıxardıqları və həmin şəxsləri yolun kənarında yerə uzatdıqları görünür. Digər videogörüntülərdə isə iş üçün əhəmiyyət kəsb edən heç nə aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 63-65)

10. 14.10.2025-ci il tarixli hadisə yerinə baxış keçirilmə və götürmə haqqında protokol, protokola əlavə edilmiş foto şəkillər və sxemdən görünür ki, baxış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Pirşağı yolunda “Socar” YDM-nin qarşısından üzü Pirşağı qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə keçirilmiş, hadisə xx.xx.2025-ci il tarixdə, saat 09:13 radələrində həmin yolda baş vermişdir. Hadisə baş verən ərazidə quraşdırılmış TŞ 8-207 saylı təhlükəsiz şəhər kameralarından əldə edilmiş görüntülərə baxış zamanı “Opel Astra” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işıqlarını yandırıb yol ayırıcında dayandığı yerdən “Mercedes Axor 1840 Ls yük" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil və yüklü yük avtomobilinin uzaqvuran işıqlarını yandırıb söndürdüyü yerə, yəni “Socar” YDM-nin qarşısında yerə düzülmüş yaşıllıq sahəsini əhatələyən köbə daşlarının qurtaracağı yerə qədər məsafə 117 metr təşkil edir. Yolun ümumi eni 7,5 metrdir. Yolun çiyni isə 0,5 metr təşkil edir. 1-ci toqquşma nöqtəsindən, yəni “Mercedes Axor" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel Astra” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vurduğu yerdən yolun sol kənarına qədər olan məsafə 4,5 metr təşkil edir. İkinci toqquşma nöqtəsindən yəni “Opel Astra” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Chevrolet Aveo” markalı avtomobilə çırpıldığı yerdən yolun sol kənarına qədər olan məsafə 1,2 metr təşkil edir. 1-ci toqquşma nöqtəsindən 2-ci toqquşma nöqtəsinə qədər olan məsafə 18,5 metr təşkil edir. 1-ci toqquşma nöqtəsindən piyada keçidinə qədər olan məsafə 22 metr təşkil edir. (Cild 1, iş vərəqə 78-83)

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 13 oktyabr 2025-ci il tarixli, 195 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər -alının əzilmiş-cırılmış yarası, təpə sümüyünün sağ gicgah sümüyünə keçən sınığı, baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşaiyət olunmuş təpə-ənsə nahiyəsinin hematoması, iki tərəfli qabırğa sümüklərinin sınıqları, sağ yanaq nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərin çoxsaylı sınıqları, qabırğa sümüklərinin ikitərəfli sınıqları, baş- beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin travmatik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenootiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 87-94)

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 11 oktyabr 2025-ci il tarixli, 194 nömrəli ekspert rəyindən görünür ki, mərhumə X3 aşkar edilmiş xəsarətlər - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar; sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ-Vİ qabırğaların sınıqları;sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfli İİ qabırğanın sınığı; sol körpücük sümüyünün qapalı sınığı; sağ və sol qulaq seyvanı nahiyələrinin səthi əzilmiş yaraları; sağ bazu nahiyəsinin, sağ və sol süd vəzisinin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları; sol diz oynağı nahiyəsinin qançırlı sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin onun ölümü ilə bir başa əlaqəsi vardır. Mərhumə M.B.Süleymanovanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişini olduğu minik avtomaşınının əvvəlcə yük avtomaşını ilə, sonra isə minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhumə M.B.Süleymanovanın ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhumə M.B.Süleymanovanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2025-ci il tarixdə, saat 12:45-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhumə M.B.Süleymanovanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 95-101)

13. Zərərçəkmiş şəxs X2 hüquqi varisi X10 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun həmin şəxsdən heç bir şikayəti, tələbi və iddiası yoxdur. (Cild 1, iş vərəqə 112)

14. Zərərçəkmiş şəxs2 hüquqi varisi X12 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun həmin şəxsdən heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. (Cild 1, iş vərəqə 121)

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/2419 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz Axor 77JM884 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Chevrolet Aveo markalı, 77AE153 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hdisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən göstərilən şəraitdə Opel Astra markalı 10TN261 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.(Cild 1, iş vərəqə 142- 146)

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 19 noyabr 2025-ci il tarixli, 69/1592 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün qəlpəli sınığı, 1,2 bel fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ bazu nahiyəsinin çapıqları isə əzilmiş yaraların izləri olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşınının digər avtomaşınlarla toqquşması nəticəsində əmələ gələ bilərdilər. (Cild 1, iş vərəqə 147-152)

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2026-cı il tarixli, 4(001)-759/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublika CM-nin 263.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, barəsində 13 yanvar 2026-cı il tarixədək ev dustağlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 192-200)

18. X16 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə ona qeyd olunan şirkəti Binəqədi RPİ-də təmsil etmək, sənədləri imzalamaq və yol nəqliyyat hadisəsi ilə əlaqədar digər əlaqəli hərkətləri icra etməyə dair etibarnamə verilmişdir. Binəqədi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. (Cild 1, iş vərəqə 210)

19. X17 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə ona qeyd olunan şirkəti Binəqədi RPİ-də təmsil etmək, sənədləri imzalamaq və yol nəqliyyat hadisəsi ilə əlaqədar digər əlaqəli hərkətləri icra etməyə dair etibarnamə verilmişdir. Binəqədi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə hər hansı bir şəxsə qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. (Cild 1, iş vərəqə 220)

20. X18 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs1 idarə etmişdir. Binəqədi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə hər hansı bir şəxsə qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.(Cild 1, iş vərəqə 223)

21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 224)

22. Zərərçəkmiş şəxs2 hüquqi varisi X12 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi yoxdur, barışmışlar, gələcəkdə də hər- hansı şikayət və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir.

23. Zərərçəkmiş şəxs X2 hüquqi varisi X10 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı hər-hansı şikayəti, tələbi yoxdur, barışmışlar, gələcəkdə də hər hansı şikayət və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir.

24. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 yanvar 2026-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 259-260)

25. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, idarə etdiyi "Chevrolet Aveo" minik markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi "xxxx" QSC-yə məxsus olmaqla həmin avtomobili etibarnamə aəsasında idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində o, Binəqədi rayonu Novxanı- Pirşağı şossesi ilə Pirşağı qəsəbəsindən üzü Novxanı qəsəbəsi istiqamətində təxminən saatda 50-60 km saat sürətlə hərəkət etmişdir. Həmin yolun üzərində yerləşən "Socar" YDM-nin yaxınlığında "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında dayanıb yolun sağ tərəfindən sol tərəfinə köməkçi yola keçmək istədiyini görmüşdür. O, təxminən 100 metr məsafədən yolun ortasında dayanan "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilin qəflətən dönmə əməliyyatı edib yoluna çıxa biləcəyindən ehtiyat edib sürətini maksimum dayanma həddinə qədər azaltmışdır. Bu zaman "Opel Astra" markalı avtomobilin arxasından "Mercedes" markalı yük avtomobilin sürətlə "Opel" markalı avtomobilə yaxınlaşdığını və həmin məsafədən dayanmasının mümkünsüz olduğunu və qəzanın qaçınılmaz olduğunu görmüşdür. O, həmin vaxtı avtomobili tam dayanma həddinə qədər azaltmışdır. Bu zaman "Mercedes" markalı avtomobil "Opel" markalı avtomobilə arxadan dəymiş, zərbənin təsirindən "Mercedes" markalı avtomobil "Opel" markalı avtomobili sürükləyib onun idarə etdiyi avtomobilə çırpmışdır. O, avtomobildən düşmüş və "Opel" markalı avtomobilin onun avtomobili ilə "Mercedes" markalı avtomobilin arasında qaldığını görmüşdür. "Opel" markalı avtomobildə sürücüdən başqa iki nəfər sərnişin olmuşdur. Onun idarə etdiyi avtomobildə isə sərnişin və yük olmamışdır. Avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hesab edir ki, qəzanın baş vermə səbəbi yük avtomobilinin vaxtında və düzgün əyləcdən istifadə etməməsi olmuşdur.

26. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə qardaşı Yaşarın Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Pirşağı yolu, “Socar” YDM-nin yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi xəbərini eşitmişdir. Həmin gün o, ailəsi ilə birlikdə qardaşını aparıb Fatmayi qəbristanlığında dəfn etmişlər. Onun və ailəsinin qardaşının ölümü ilə bağlı heç kimə qarşı şikayəti tələbi və iddiası yoxdur. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur.

27. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, mərhum X8 onun bacısıdır. xx.xx.2025-ci il tarixdə bacısı Mehriban Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Pirşağı yolu, “Socar” YDM-nin yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi xəbərini eşitmişdir. Həmin gün o, ailəsi ilə birlikdə bacısını aparıb Fatmayi qəbristanlığında dəfn etmişlər. Onun və ailəsinin onun bacısının ölümü ilə bağlı heç kimə qarşı şikayəti tələbi və iddiası yoxdur. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur.

28. Zərərçəkmiş şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, 13 sentyabr 2025-ci il tarixdə, saat 08:30 radələrində Zərərçəkmiş şəxs2 və X8 birlikdə onun idarə etdiyi “Opel Astra” markalı **-TN-*** dövlət qeydiyyat nişalı avtomobillə yola çıxmışlar. Avtomobilin sürücü oturacağında o, ön sağ oturacağında Zərərçəkmiş şəxs2, arxa sağ oturacaqda isə X8 əyləşmişdir. Həmin avtomobili 1-2 həftədir ki, X7 bacısının yoldaşı Adildən sürmək üçün götürmüşdür. Avtomobilin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. Həmçinin, o, həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Novxanı Pirşağı şossesi ilə Novxanı qəsəbəsindən üzü Pirşağı qəsəbəsi istiqamətində təxminən saatda 30-40 km/saat sürətlə hərəkət etmişdir. Həmin yolun üzərində yerləşən "Socar" YDM-nin yaxınlığından keçdikdən sonra yolun əks istiqamətində səkidə yerləşdirilmiş 73 saylı avtobusun dayanacağına yaxınlaşdıqda sürətini azaltmış, avtomobili saxlamış və sola köməkçi yola manevr etmək üçün əvvəlcə əks istiqamətdən gələn avtomobillərin keçməsini gözləmişdir. Bu zaman, təxminən 200 metr arxadan gələn “Mercedes Axor 1840 Ls yük” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulu olan “Langendorf” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqu sürətini azalda bilməmiş və həmin yük maşının ön hissəsi onun idarə etdiyi “Opel Astra” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən onun idarə etdiyi avtomobil bir neçə metr irəli sürüklənərək əks istiqamətdən gələn “Chevrolet Aveo” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Bundan sonra o, huşunu itirmişdir. Hadisənin bundan sonra olan hissəsini bu səbəbdən dəqiq xatırlamır. Hadisə nəticəsində o, xəsarət almış, idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X8 isə hadisə yerində ölmüşlər. O, avtomobili idarə edərkən və ya ondan əvvəl spirtli içkidən və ya narkotik vasitələrdən istifadə etməmişdir.

29. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, onunla telefon (həmçinin votçap tətbiqi) vasitəsi ilə əlaqə saxlanılarkən o, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

30. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi "Mercedes Axor 1840 Ls yük" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona qoşulu olan "Langendorf" markalı **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqu "xxxx" MMC-yə məxsusdur. O da həmin MMC-də sürücü işləmişdir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi həmin avtomobillə Quba rayonuna gedib çınqıl yükləyib Bakıya qayıdan zaman Novxanı-Pirşağı yolunda qeyd olunan hadisə baş vermişdir. Həmin vaxt yanında heç kim olmamış, avtomobili təxminən saatda 50-60 km saat sürətlə Pirşağı istiqamətində idarə etmişdir. "Socar" YDM-nin yaxınlığından keçdikdən sonra təxminən 200 metr qabaqda "Opel Astra" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında dayanıb sola köməkçi yola dönmək istədiyini görmüşdür. "Opel Astra" markalı avtomobilə çatmağa 30-35 metr qalmış artıq avtomobilin yol ayrıcını keçə bilmədiyini görüb əyələcə basmış ki, maşını saxlaya bilsin. Lakin, maşın çınqılla yüklü olduğu üçün avtomobili saxlaya bilməyərək "Opel Astra" markalı avtomobili arxa sol tərəfindən vurmuşdur. Zərbənin təsirindən "Opel Astra" markalı avtomobil yolun əks hərəkət istiqamətinə çıxmış və həmin istiqamətdən Novxanı qəsəbəsi istiqamətdə gələn "Chevrolet Aveo" markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, dərhal avtomobildən çıxıb "Opel Astra" markalı avtomobildə olan şəxslərə kömək etməyə başlamışdır. Orada olan şəxslərin köməkliyi ilə avtomobildə olan şəxsləri çıxarmışlar. “Opel” markalı maşında 3 nəfər, “Chevrolet” markalı maşında isə 1 nəfər olmuşdur. Maşının içində heç kim ölməmiş, mərhum Yaşar çıxarıldıqdan bir neçə saniyə sonra keçinmişdir. Mərhum Mehriban isə sağ olmuş, bəlkə tibbi yardım vaxtında göstərilsə idi sağ qalardı. Təcili tibbi yardıma və polisə dərhal məlumat verilsə də, tibbi yardım bir saat yarımdan sonra gəlmişdir. Polis gələnə kimi hadisə yerində olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbləri olmamasını nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Hüquqi məsələlər:

31. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

33. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

34. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır.

35. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

36. Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

37. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır.

38. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, istintaq orqanı tərəfindən düzgün olaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin:

39. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. 7-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

41. 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

42. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

43. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

44. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

45. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

46. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:

47. 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

48. 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

49. 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

50. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

51. 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir.

52. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar.

53. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.

54. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

55. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.

57. Qərarın 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.

58. Qərarın 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

59. Qərarın 23-cü bəndinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Məhkəmənin hüquqi dəyərləndirməsi Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə həmin Məcəllənin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Məhkəmənin hüquqi dəyərləndirməsi:

60. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi “Mercedes Axor” markalı, **- JM-*** dövlət qeydiyyat nişanlı və “Langendorf” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsindən öz hərəkət zolağı ilə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, qarşıda onunla eyni istiqamətdə sola dönmək üçün sürətini təxminən dayanma həddinə kimi azaltmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı və həmin avtomobilə çatmadan avtomobili dayandırmalı olmasına baxmayaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyib, “Opel Astra” markalı avtomobilin arxa hissəsindən toqquşması nəticəsində sonuncu avtomobil də qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi “Chevrolet Aveo” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Opel Astra” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X2 hadisə yerində ölümünə və ehtiyatsızlıqdan sürücü olan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

61. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı öz təqsirini tam etiraf etmişdir.

62. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən isə təqsirin etirafı yalnız digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsası kimi qəbul edilə bilər.

63. Məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə iki şəxsin ölümü və bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurulması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edən şəxs kimi xüsusi subyektdir. Əməl ehtiyatsızlıqdan, cinayətkarcasına etinasızlıq formasında törədilmişdir, o, ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görməli və görə biləcəyi halda, kifayət qədər əsas olmadan bu nəticələrin qarşısını alacağını güman etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu Təqsirləndirilən şəxs təqsirini tam təsdiq edir və onun etirafı digər sübutlarla uzlaşır.

64. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir və təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

65. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

66. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal yoxdur.

67. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

68. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

69. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

70. Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir.

71. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

72. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən 13 yanvar 2026-cı il tarixədək ev dustaqlığında saxlanılmış, həmin vatdan sonra isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

73. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

74. Qeyd olunan qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-ci il tarixədək, yəni 1 (bir) ay 18 (on səkkiz) gün ev dustaqlığında saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır.

75. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1ci maddəsinə əsasən müəyyən edir.

76. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, hökmün icrasına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

77. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təyin ediləcək əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməlidir.

78. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

79. İş üzrə 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış “Mercedes Axor” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı və “Langendorf” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilin, “Opel Astra” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Chevrolet Aveo” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması, iş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 18 (on səkkiz) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Firdovsi Əliyev Hakimlər Namiq Kərimov Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar