Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(4-3)-13/2026 16.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixdə Ağdam rayon Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam Xıdırlı kəndində qeydiyyatda olub, Ağdam rayon Xıdırlı qəsəbəsi B112 nömrəli evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən külli miqdar olub ayrıayrılıqda təmiz çəkiləri 0,827 qram, 2,008 qram, 0,408 qram, 0,988 qram, 2,595 qram, 0,732 qram, 3,015 qram, yəni 07 (yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkisi 10,573 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və ayrıayrılıqda təmiz çəkiləri 14,95 qram, 10,03 qram, 10,10 qram, 10,01 qram, 0,11 qram, yəni 4 (dörd) ədəd sellofan və 01 ədəd tütün kağızı bükümlərdə, ümumi təmiz çəkisi 45,2 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdikdən sonra 07 (yeddi) ədəd sellofan bükümlərdəki ümumi təmiz çəkisi 10,573 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 4 (dörd) ədəd sellofan bükümlərdəki ümumi təmiz çəkisi 45,09 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi “MG GT” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tavan hissəsində, 01 ədəd tütün kağızı bükümündəki təmiz çəkisi 0,11 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə həmin avtomobilin sürücü qapısının iç cibində 14 sentyabr 2025-ci il saat 19:38-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdam rayon Evoğlu kəndi ərazisində idarə etdiyi “MG GT” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunub götürülənədək qəsdən satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni və narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Bundan başqa o, istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən əldə etdiyi tiyənin səthinə “Columbia A3189” hərf və rəqəmləri əks olunmuş, tiyəsinin üzərinə “at, ağac, at arabası, insan” təsvirləri olan naxışları olan, tiyəsinin uzunluğu 100 mm, orta hissədən eni 35 mm, qalınlığı 3,4 mm, dəstəyinin uzunluğu 127 mm, orta hissədən eni 29 mm, orta hissədən qalınlığı 17 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib idarə etdiyi “MG GT” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun yanında gizlədərək 14 sentyabr 2025-ci il saat 19:38-dək yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib götürülənədək qəsdən qanunsuz olaraq əldə edərək daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-1 və 228.5-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən 14 saylı nəzarət buraxılış postuna gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış nəticəsində avtomobilin tavan hissəsindən narkotik vasitələr və ayaqaltı hissəsindən isə bıçaq aşkar olunmuşdur. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Avtomobildən aşkarlanan narkotik vasitə metamfetamin və marixuana olmuşdur. Metamfetamin avtomobilin tavan hissəsində, marixuana isə siqaret qutusunda olmuş və o sözügedən narkotik vasitələri sellofanda tapmışdır. O, üzərində bıçaq gəzdirməmişdir. Saxlanıldığı avtomobil dostuna məxsus olmuş, lakin aşkar olunan narkotik vasitə və metamfetamin isə ona məxsus olmuş, həmin vasitələri tapmışdır. Ona polis əməkdaşları tərəfindən hər hansısa fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2025-ci il tarixdə təşkil olunmuş əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşınmasında, saxlanmasında və satışında şübhəli olmuşdur. Təqsirləndirilən şəxs Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən 14 saylı nəzarət buraxılış postu ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərinə və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş və o etiraz etməmişdir. Sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkarlanmamış, lakin idarə etdiyi avtomobilə baxış keçirələrkən sol qapının iç hissəsindən 1 büküm narkotik vasitəyə bənzər kütlə, əlavə olaraq “Parliament” siqaret qutusunda 1 büküm narkotik vasitəyə bənzər kütlə, avtomobilin tavan hissəsində 12 ədəd büküm narkotik vasitəyə bənzər kütlə, həmçinin 1 ədəd elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağdam rayonu, Xıdırlı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış nəticəsində evdən hər-hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Əlavə olaraq, Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən posta daxil olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin növünü xatırlamamışdır. Aşkar olunmuş narkotik vasitələrin haradan və necə əldə olunması soruşulan zaman, Təqsirləndirilən şəxs xəbəri olmadığını və avtomobilin dostuna aid olduğunu bildirmiş, buna baxmayaraq avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, avtomobili bir neçə gün əvvəl dostundan götürdüyünü bildirmişdir. Əməliyyat zamanı videoçəkiliş Şahid4 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı hər-hansı təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2025-ci il tarixdə yaradılmış əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Onlar Ağdamda yerləşən 14 saylı nəzarət buraxılış postu ərazisində Təqsirləndirilən şəxs avtomobil idarə edən zaman saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, avtomobilinə və üzərinə baxış keçirəcəklərini bildirmişlər. Sonuncunun üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər-hansı əşya və ya predmet aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman müxtəlif sayda narkotik vasitəyə bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xıdırlı kəndində yerləşən evinə baxış keçirilmiş, lakin yaşadığı evdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Əlavə olaraq, Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobilindən marixuana və metamfetamin aşkar olunmuş, lakin büküm sayını dəqiq xatırlamamışdır. Sonuncu narkotik vasitələrin ona aid olduğunu etiraf etməmiş, dostuna məxsus olduğunu söyləmişdir. Əməliyyat zamanı çəkilişi dayandırmadıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əməliyyat zamanı o videoçəkilişi həyata keçirmişdir. Təqsirləndirilən şəxs Ağdamda yerləşən 14 saylı nəzarət buraxılış postunda saxlamışlar. Avtomobilə baxış nəticəsində müxtəlif sayda narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Əlavə olaraq, Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən çox sayda büküm aşkarlamış, lakin o narkotik vasitələrin növünü bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin ona aid olmadığını bildirmişdir. Aparılan əməliyyat çəkilişi 14 saylı postda, Təqsirləndirilən şəxs yaşadığı evində və şöbədə həyata keçirilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək iş üzrə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)-25/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/477 saylı rəyindən görünür ki, Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 16/786 saylı rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi **-YB-*** d.q.n. avotmobilin sol qapısının içərisində aşkar olunmuş 01 ədəd 0,82qram kağız bükümdə kütlə və 01 ədəd siqaretin içərisində 1,07 qram marixuanaya bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd tütün kağızı bükümündə, tütünlə qanışıq, tütünlə birlikdə təmiz çəkisi 0,56qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,11qram olan olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1(bir)ədəd 50 ABŞ dolları əskinasında təmiz çəkisi 0,04qram olan termiki təsirə məruz qalmış kütlə(kül), termiki təsirə məruz qaldığından tadqiqat aparmaq mümkün deyil. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 12 ədəd narkotik vasitəyə bənzər büküm yazı və imzalar olan kağız paketdəki -4(dörd)ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 14,95qram, 10,03qram, 10,10qram, 10,01qram, ümumi təmiz çəkisi 45,09qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. -7(yeddi)ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,827qram, 2,008qram, 0,408qram, 0,988qram, 2,595qram, 0,732qram, 3,015qram, ümumi təmiz çəkisi 10,573qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. -1(bir)ədəd sellofan bükümdə olan 1(bir)ədəd blister kəsiyindəki həbin, MEM-nin Gəncə regional bölməsində lazımı texniki avadanlıq olmadığından, tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilden aşkar olunmuş 01 ədəd elektron tərəzi yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd elektron tərəzi üzərində, narkotik vasitə və psixtrop maddə, qalıqları və izləri yoxdur. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs Cebrayıl oğlunun idarə etdiyi **-YB-*** d.qn. avotmobilin sol qapısının içərisində aşkar 01 eded 0,82qram kağız bükümdə kütlə və 01 ədəd siqaretin içərisində 1,07 qram marixuanaya bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 1(bir ədəd tütün kağızı bükümündə, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0.56qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0.11qram olan qurudulmuş marixuana və üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 12 ədəd narkotik vasitəyə bənzər büküm yazılar olan kağız paketdəki 4(dörd)ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 14.95qram, 10,03qram, 10, 10qram, 10.01qram, ümumi təmiz çəkisi 45,09qram olan qurudulmuş marixuana, eynidirlər. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısına (1-ci siyahı) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:55-də Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən 14 saylı nəzarər-buraxılış postunun qarşısında idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçiriləcəyi polis mayoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs bildirilir. Təqsirləndirilən şəxs baxışa heç bir etirazının olmadığını bildirir. Bundan sonra iştirakçılar avtomobilə baxış keçirirlər. Baxış zamanı həmin avtomobilin sol qapının iç cibindən 01 ədəd bükümdə 0.82 qram, “Parliament” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə 1.07 qram çəkidə, avtomobilin tavan hissəsindəki aralıqdan isə 01 ədəd qara rəngli sellofan torbanın içərisindən ayrıayrılıqda 11,11 qram, 3,42 qram, 10,91 qram, 17,18 qram, 3,21 qram, 1,41 qram, 0,99 qram, 1,23 qram, 3,79 qram, 0,96 qram, 10,27 qram və 0,42 qram çəkidə olmaqla ümumilikdə 12 ədəd narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd gümüşü-qara rəngli elektron tərəzi və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülür. Həmin əməliyyat-axtarış tədbiri videoçəkilişlə keçirilərək, videoçəkiliş 01 ədəd diskə köçürülüb protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2025-ci il tarixli “diskəbaxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:55-də Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən 14 saylı nəzarər-buraxılış postunun qarşısında idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçiriləcəyi polis mayoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs bildirilir. Təqsirləndirilən şəxs baxışa heç bir etirazının olmadığını bildirir. Bundan sonra iştirakçılar avtomobilə baxış keçirirlər. Baxış zamanı həmin avtomobilin sol qapının iç cibindən 01 ədəd bükümdə 0.82 qram, “Parliament” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə 1.07 qram çəkidə, avtomobilin tavan hissəsindəki aralıqdan isə 01 ədəd qara rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda 11,11 qram, 3,42 qram, 10,91 qram, 17,18 qram, 3,21 qram, 1,41 qram, 0,99 qram, 1,23 qram, 3,79 qram, 0,96 qram, 10,27 qram və 0,42 qram çəkidə olmaqla ümumilikdə 12 ədəd narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd gümüşü-qara rəngli elektron tərəzi və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülür. Həmin diskdə olan videoçəkiliş 42 dəqiqə 46 saniyə davam edir və başa çatır. Həmin əməliyyat-axtarış tədbiri videoçəkilişlə keçirilərək, videoçəkiliş 01 ədəd diskə köçürülüb protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə soyuq silah ekspertizasının xx.xx.2025-ci il tarixli 16/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İstintaq zamanı Ağdam rayon polis şöbəsinin CAB-dən daxil olmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini haradan əldə etməsini, bundan başqa narkotik vasitənin alqı-satqısı ilə məşğul olmasını, kimlərləsə əlbirliyinin olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2025-ci il tarixli 259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Xıdırlı kəndi B112 saylı evdə yaşayır və daimi qeydiyyatdadır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X11 Dispanserindən alınmış 10 oktyabr 2025-ci il tarixli, 858 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən alınmış 10 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdən həmin xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 69.3-cü maddələri ilə 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 69.3-cü maddələri ilə 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-23262/3 nömrəli məlumatlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(013)-543/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin 0(107)- 243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 66.5, 68.1.1-1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 07 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-V 055773 saylı X3 kserosurətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 Cəbiyevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İV 613549 saylı X3 kserosurətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 Cəbiyevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 yanvar 2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar olunmuş, 07 (yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkisi 10,223 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 4 (dörd) ədəd sellofan və 01 ədəd tütün kağızı bükümdə, ümumi təmiz çəkisi 45,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq maddi sübut kimi tanınaraq Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılmış, həmçinin xx.xx.2025-ci il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234-1.1 və 228.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1 və 228.5-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş İ və İİ saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur və qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur, 2 saylı Siyahısına əsasən isə metamfetamin psixotrop maddə hesab olunur və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə tərkibi vurğulayır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1 və 69.3-cü maddələri ilə 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 69.3-cü maddələri ilə 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-23262/3 nömrəli məlumatlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(013)-543/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin 0(107)- 243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 66.5, 68.1.1-1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 07 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2024-cu il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu hesabla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 04 (dörd) ildən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)-25/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, Qanunun tələblərinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar olunmuş, 07 (yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkisi 10,223 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 4 (dörd) ədəd sellofan və 01 ədəd tütün kağızı bükümdə, ümumi təmiz çəkisi 45,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq maddi sübut kimi tanınaraq Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılmış, həmçinin xx.xx.2025-ci il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağdam RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar olunmuş, 07 (yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkisi 10,223 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 4 (dörd) ədəd sellofan və 01 ədəd tütün kağızı bükümdə, ümumi təmiz çəkisi 45,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq maddi sübut məhv edilməli, həmçinin xx.xx.2025-ci il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.5-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağdam RPŞnin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “MG GT minik” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar olunmuş, 07 (yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkisi 10,223 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 4 (dörd) ədəd sellofan və 01 ədəd tütün kağızı bükümdə, ümumi təmiz çəkisi 45,00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin salonunda sürətlər qutusunun yanından 01 ədəd naxışlı, qara-gümüşü rəngli, tiyəsi üzərində “A3189” və “Columbia” yazıları olan qatlanan bıçaq maddi sübut məhv edilsin, həmçinin xx.xx.2025-ci il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfləri 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-3)-13/2026
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-3)-13/2026
16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver