Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(4-3)-24/2026 27.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1966-cı tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu X11 mütəmadi olaraq spirtli içki qəbul edərək evdə narazılıqlar yaratması ilə əlaqədar gərginləşən ailədaxili münasibətlər fonunda yaranmış mübahisələrin davamı kimi 15 noyabr 2025-ci il tarixdə saat 21 radələrində birgə yaşadıqları Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evə sərxoş vəziyyətdə gələn oğlu Rəşad İlyasovun ona hadisə günü səhər saatlarında işə gedərkən tanımadığı şəxsin avtomobilinə hansı səbəbdən əl etməsi, habelə işlədiyi halda qazanc əldə edə bilməməsinə görə əsassız iradlar tutması ilə əlaqədar aralarında yaranmış növbəti mübahisə zamanı bunu bir ata kimi özünə göstərilmiş növbəti hörmətsizlik kimi qəbul edib hiddətlənərək Rəşad İlyasovu dəfələrlə yol verdiyi həmin hərəkətlərinə son qoymaq məqsədilə öldürmək qərarına gələrək əyləşdikləri masanın üzərindən götürdüyü ümumi uzunluğu 305 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Rəşad İlyasova qəsdən bir dəfə zərbə endirməklə zərərçəkmişin kəskin qan itirmədən ölümünə səbəb olan döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol ağciyəri zədələyərək kəskin qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə noyabr ayının 15-də axşamüstü 7-8 radələrində baş vermişdir. Onların evində o, oğlu, Şəmkir rayonundan olan kirayəçi yaşayırdılar və hadisə günü onların evində iş üçün gələn qardaşı oğlu olmuşdur, o, öz evində yaşayırdı. Hadisə günü işə gedib gəldikdən sonra qonşunun evində yemək yemiş, daha sonra axşam gəlib evdə də oturub yemək yediyi zaman oğlu gəlib onadan soruşmuşdur ki, “səhər vaxtı kimin avtomobilinə əl edibsən”, o da bildirmişdir ki, heç kimin avtomobilinə əl etməmiş, qonşu ilə çıxıb işə getmişdir. Soyuq olduğundan yeməyin yanında biraz spirtli içki içmişdir. Oğlu ondan işlədiyi pulu alıb-almadığını, pulu nə etdiyini soruşmuş və aralarında mübahisə başlamışdır. Qonşuda da toy var idi, bildirmişdir ki, gedib toyda iştirak etsin, o, işləsin pulu da özü yazdırar. Onun oğlunu öldürmək niyəti olmamışdır, sadəcə qorxutmaq istəmişdir. Əvvələr oğlu ilə aralarında elə də dava-dalaşları olmamışdır. Sadəcə ata kimi bu iş belə olmaz, belə etmək lazımdı deyərək başa salmışdır. Oğlu heç vaxt ona əl qaldırmamış, sadəcə olaraq əvvəllər aralarında olan mübahisə zamanı stoldan çay termosunu atıb qırmışdır. Əməlindən çox peşmandır. Hüquqi varis həyat yoldaşıdır və onlar hazırda barışmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, hadisənin şahidi olmamış, hadisə barəsində eşitmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı, zərərçəkmiş şəxs isə oğludur. Oğlu Bakıda onunla birlikdə qalırdı. Həyat yoldaşı içki içəndə onunla tez-tez dalaşırdı, bu səbəbdən oğlu bildirmişdir ki, kəndə gedib atası ilə birlikdə qalacaq və ona göz-qulaq olacaqdır. Həyat yoldaşı da, oğlu da spirtli içki içən olmuşlar. Həyat yolaşı oğlunu qəsdən öldürməmiş, çünki, onlar bir-birlərini çox istəyirdilər. Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İlqargildə kirayədə yaşayırdı. Hadisə günü işdən evə gələndə İlqarın yemək yediyini görmüşdür. Təxmini 20 dəqiqə sonra İlqarın mərhum oğlu gəlmiş, Elşad isə çarpayının üstündə oturmuşdur. Bundan sonra ata-oğul söhbət etməyə başlamışlar. İlqar oğlundan zarafatla ona ciyər gətirib-gətirmədiyini soruşmuş, oğlu isə “ata mənimlə məzələnirsənmi” demiş, atası da gülmüşdür. Sonra söz-söhbət oğulun ataya “sən səhər vaxtı yolda kimə əl etmisən” deməsi ilə başlamışdır. İlqar isə heç kimə əl etmədiyini bildirsə də o, israrla eyni sualı verməyə davam etmiş, İlqar buna görə acıqlanmış və pispis sözlərlə deyinmişdir. Oğlu isə bildirmişdir ki, “söylənmə, gəlib mənə çatdırdılar”. Bu sözün üstündə İlqar bildirmişdir ki, “artıq bəsdi, çox demişəm səni öldürəcəm”. Düşünmüşlər ki, söhbət edib bitirəcəklər. İlqar anidən qalxıb bıçaqla oğlunun kürəyindən vurmuş və “dincəldinmi” demiş, oğlu isə ona “sən dincəldin” demişdir. Heç ağıllarına da gəlməzdi ki, İlqar oğlunu vura bilər. İlqar acıqlanmış və çölə çıxıb sonra qayıtmışdır. O, İlqarın qardaşı oğluna bildirmişdir ki, bıçağı İlqarın əlindən alsın birdən acıqlı-acıqlı bıçala özünü də vurar. İlqar bıçağı divara çırpmış və qulpunun qırıqları səpələnmiş, özü isə onun yanına düşmüş, o da aparıb İlqarın əlinə keçməməsi üçün məhləyə atmışdır. İlqarın qardaşı oğluna təcili tibbi yardıma zəng etməsini bildirmişdir. O isə hələ zəng etməmələrini bildirmişdir. Təcili yardıma zəng etsələr polislərin gələcəyindən qorxmuşlar. O da qonaq olduğu üçün susmuşdur. Rəşadın əmisi oğlu və o, Rəşadın kofdasını qaldırıb yarasına baxdıqları zaman bıçağın təxmini yarım barmaq uzunluğunda yara açdığını görmüşlər. Spirtli içki olan araqdan biraz töküb qanın kəsməsi üçün yarasını silmişlər. O, mərhumun telefonunu götürüb təcili tibbi yardıma zəng etmişdir. Təcili yardımda iki nəfər həkim gəlmiş, onlar Rəşada baxıb artıq vəfat etdiyini bildirmişlər. O, əvvəllər İlqara içməməsini, bir gün bir xəta törədə biləcəyini dəfələrlə demişdir. Oğlu ilə ikisi də tez-tez spirtli içki içərək bir-birləri ilə deyişməyə başlayırdılar. Sonuncu dəfə də oğul atasına “sən kimə əl edibsən” deməyinin üstündə mübahisələri başlamışdır. O, da İlqara bildirmişdir ki, “bəlkə sən kiməsə əl edibsən oğlun bunu səf başa düşüb”. İlqar isə bildirmişdir ki, o, iş yoldaşına əl etmişdir. Oğlu isə bildirmişdir ki, “sən iş yoldaşına yox, başqasına əl edibsən”. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə günü mərhum əmisi oğlu ilə birlikdə qonşunun evində birlikdə yeyib-içib bir az da spirtli içki qəbul etmişlər. Əmisi oğlu ondan bir az qabaq çıxıb evinə getmişdir. Axşam o, evinə getdikdə səs-küy eşitmiş. Əmisi oğlu bir neçə gün idi ki, Bakıdan gəlmişdir. Onlara gedib ata-oğulun stolda qabaq-qabağa oturduqlarını görmüş, Məsim də onlarda olmuş. Keçib bir az aralıda çarpayının üstündə oturmuş. Hadisə günü o da içkili olmuş, onların 50 manat pul üstündə mübahisə etdiklərini xatırlayır. Anidən onların səsi gəlmiş, o, çönüb baxanda əmisinin qalxıb bıçaqla oğlunun kürəyindən vurduğunu görmüşdür. O, da əmisinə demişdir ki, “əlin qurusun nə edirsən düşünmürsən ki, uşağı öldürüb edərsən”. Heç ağlına gəlməzdi ki, onu bu cür vurmaqla öldürər. Əmisi oğlu bir az dayanıb ona demişdir ki, “əmi oğlu gəl kürəyimə bax nəsə istilik hiss edirəm”. Məsimin də köməkliyi ilə onun əynindəki qalın üst geyimini çıxartmış və kofdasını qaldırmışlar, maykası ətinə yapışmışdı, kürəyinin əl boyda hissəsi qan olmuşdu. O, salfetqa ilə həmin nayihəni təmizləmiş və spirtlə silmişdir. Məsim təcili tibbi yardım çağırmaqlarını bildirmiş, o isə demişdir ki, “qoy görək nə olur, necə olur, nə deyirlər”. Hər şey anidən olmuş, donub qalmışdı, təxmini yadında qalanlar odur ki, sonrasında qaçıb qonşudan kömək istəyərək avtomobili ilə əmisi oğlunu aparmağını istəmiş, bacısına qorxutmadan xəbər verərək bildirmişdir ki, əmisi oğlunu bıçaqla vurmuş və gəlməsini istəmiş, o da gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 16 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaq aparılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncunun oğlu Rəşad İlyasovla birlikdə yaşadığı fərdi yaşayış evi və həyətyanı sahəsidir. Həyətyanı sahəyə daxil olduqda sol tərəfdə yardımçı tikili, qarşıda bir mərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin giriş darvazası istiqamətində olan divarına bitişik inşa edilmiş hovuz tipli içərisi boş tikinti vardır. Evə giriş istiqamətində irəliləyib 5 pilləli pilləkənlə yuxarı qalxıb sola döndükdə giriş qapısından evə daxil olunur. Evə daxil olduqda ilk olaraq mətbəx əşyaları olan otaq, həmin otağın solunda ümumi otaq, girişlə üzbəüz isə başqa bir otaq vardır. Girişlə üzbəüz otağa daxil olduqda otağın nisbətən mərkəz hissəsində Gədəbəy rayonu, Slavyanka kənd sakini 27 iyun 1988-ci il təvəllüdlü X11 meyiti müşahidə edilir. Meyit xalça üzərində arxası üstə uzanmışdır, qolları sərbəst şəkildə nisbətən yanlara açılmış vəziyyətdədir. Meyitinin əynində boz rəngli uzunqol sviter, qısaqol kofta, bel hissəsinə qara rəngli kəmər keçirilmiş göy rəngli cins şalvar və bir cüt qara rəngli corab vardır. Meyitin əynində olan sviter və kofta yuxarı doğru çəkilmişdir, yəni meyitin qarın nahiyəsi paltarla örtülməmişdir. Meyitin əynindəki paltarlarda və bədəni üzərində qanabənzər ləkələr müşahidə edilir. Meyitin ətrafında xalça üzərində də xeyli həcmdə qanabənzər ləkələr vardır. Baxış zamanı meyit şərti olaraq 1, qanabənzər ləkələr isə 2 nömrə ilə işarələnmiş. Daha sonra meyitin alt və ətrafındakı 2 nömrə ilə işarələnmiş qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş. Meyitin aşkar edildiyi otaqda sağ və sol tərəflərdə, eləcə də giriş istiqamətində qarşıda çarpayı, sonuncu qeyd edilən çarpayının qarşısında masa, otağa giriş qapısının sol tərəfində dəmir istilik sobası vardır. Masanın ətrafında 03 ədəd stul vardır. Masanın üzərində qab-qacaq, 01 ədəd sensor tipli “oppo” markalı mobil telefon, 01 ədəd düyməli, sadə tipli, “nokia” markalı mobil telefon, ümumi uzunluğu 18.5 sm olan tiyəsi gümüş rəngli dəstəkli bıçaq, televizor pultu, üzərində qanabənzər ləkələr olan tualet salfetkası rulonu vardır. Baxış zamanı müəyyən edilmişdir ki, mərhum Rəşad İlyasov hadisə baş verən evdə atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış, eləcə də son 1 aydır ki, həmin evdə onlarla bərabər kirayəçi qismində Şəmkir rayonu, İrmaşlı kənd sakini Şahid1 da yaşamışdır. Baxışda iştirak edən Şahid1 hadisə baş verən otağa giriş istiqamətində solda yerləşən yataq otağını göstərib son 1 aydır ki, gündəlik 3 manat müqabilində həmin otaqda kirayəçi qismində yaşadığını bildirmişdir. Şahid1 həmçinin hadisədən qısa müddət əvvəl evə gəldiyini və hadisə baş verərkən burada olduğunu bildirmiş. Daha sonra Şahid1 hadisə baş verən otaqdan yaşadığı otağa açılan qapının qarşısını və orada olan dəmir sobanın ətrafını əyani olaraq göstərərək bildirmişdir ki, 15 noyabr 2025-ci il tarixdə saat 21 radələrində evə daxil olduqda Təqsirləndirilən şəxs evdə tək olmuş, sonuncu həmin otaqdakı masanın ətrafında giriş istiqamətində sağ tərəfdə əyləşmiş, evə gəlib yemək yedikdən sonra göstərdiyi yerdə durub Təqsirləndirilən şəxsla söhbət etmişdir. Şahid1 həmçinin bildirmişdir ki, bir müddət sonra Təqsirləndirilən şəxs oğlu Rəşad İlyasov da evə gəlmiş və masa ətrafında atasının qarşısındakı stulda əyləşmiş, daha sonra Rəşad İlyasovla atası Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmış, mübahisənin davamında Təqsirləndirilən şəxs ayağa qalxaraq masanın üzərində olan nisbətən iri ölçülü mətbəx bıçağını götürüb qarşısında oturan oğlu Rəşad İlyasova bir dəfə zərbə vurmuşdur. Şahid1 hadisə yerində Təqsirləndirilən şəxs və Rəşad İlyasovun əyləşdikləri masanı, eləcə də Təqsirləndirilən şəxs Rəşad İlyasovu bıçaqla vurduğu şəraiti əyani olaraq göstərmiş. Şahid1 davam edərək bildirmişdir ki, zərbədən sonra var-gəl edən Təqsirləndirilən şəxs otağa qayıdıb hadisə zamanı istifadə etdiyi bıçağı zərblə otağın giriş qapısı istiqamətinə tullamış, bu zaman bıçaq divara dəydikdən sonra dəstək hissəsi qopub ayrılmışdır. Şahid1 baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağı tulladığı istiqaməti və şəraiti, habelə bıçağın dəydiyi yeri əyani olaraq göstərmişdir. Otağın həmin hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, göstərilən divarda örtüyün qopması ilə müşayiət edilən zədə vardır. Həmçinin dəmir materialdan hazırlanmış istilik sobasının üstündə və altında müvafiq olaraq bıçaq dəstəyinə xarakterik 02 ədəd lövhə vardır. Baxış zamanı həmin lövhələr şərti olaraq 3 və 4 nömrələrlə işarələnərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş. Həmin yerdə bıçaq aşkarlanmamışdır. Hadisə baş verən otaqda olan masanın altındakı araq butulkası şərti olaraq 5 nömrə ilə işarələnmiş. Şahid1 davam edərək bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs növbəti dəfə başqa hadisə törədəcəyindən qorxaraq sonuncunun divara tulladığı bıçağı götürüb cəld evdən çölə çıxaraq evə bitişik olan hovuz tipli tikintinin dibinə atmışdır. Bundan sonra iştirakçılarla birlikdə evdən çıxılıb Şahid1 ifadə etdiyi həmin yerə gedilmişdir. Sözügedən yer evdən həyətə giriş qapısına doğru irəliləyərkən sağda-evin küncündə yerləşən hovuz tipli içərisi boş olan tikintidir. Həmin tikintinin çöl tərəfdən dibinə baxdıqda orada ümumi uzunluğu 30.5 sm, dəstəyi olmayan 01 ədəd gümüşü rəngli bıçaq aşkar edilmişdir. Şahid1 qeyd etdiyi bıçağın məhz həmin bıçaq olduğunu, yəni Təqsirləndirilən şəxs hadisə zamanı həmin bıçaqdan istifadə etdiyini bildirmişdir. Baxış zamanı həmin bıçaq şərti olaraq 6 nömrə ilə işarələnərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş. Bundan sonra baxış evin içərisində yenidən davam etdirilmiş. Şahid1 davam edərək evə gəlmiş X9 Rəşad İlyasovun kurtkasını (gödəkcə) əynindən çıxardığını və sonuncunun üst paltarlarını yuxarı siyirib yarasını Təqsirləndirilən şəxs aldığı araqla isladıb stolun üzərində olan tualet salfetkası ilə sildiyini bildirmişdir. Baxış zamanı Şahid1 Rəşad İlyasovun hadisə zamanı əynində olmuş həmin kurtkanı, eləcə də sonuncunun yarasını silərkən istifadə olunan tualet salfetkası rulonunu əyani olaraq göstərmiş. Qeyd edilən kurtka şərti olaraq 7 nömrə ilə işarələnərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş. Şahid1 ətrafında hadisənin baş verdiyi masa üzərində olan “oppo” markalı sensor tipli mobil telefonun mərhum Rəşad İlyasova məxsus olduğunu bildirmiş. Həmin masanın üzərində olan Rəşad İlyasova məxsus “oppo” markalı sensor tipli mobil telefon, “Nokia” markalı düyməli sadə tipli mobil telefon, üzərində qanabənzər ləkələr olan tualet kağızı rulonu, ümumi uzunluğu 18.5 sm olan bıçaq, eləcə də stolun altında şərti olaraq 5 nömrə ilə işarələnmiş 0.7 litr həcmli “Nİ ORGANİC” markalı araq butulkası müvafiq qaydada qablaşdırılmaqla götürülmüş. Baxış zamanı həmçinin Rəşad İlyasovun hadisə zamanı əyləşdiyi stulun arxasındakı divarda qanabənzər ləkələr müşahidə edilmiş. Şərti olaraq 8 nömrə işə işarələnən həmin ləkədən pambıq tampona hopdurulmaqla 1 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüş. Bundan başqa evin giriş qapısının qarşısında yerdə qanabənzər ləkələr müşahidə edilmiş. Şərti olaraq 9 nömrə işə işarələnən həmin ləkədən pambıq tampona hopdurulmaqla 1 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüş. Son olaraq baxış yaşayış evinin həyətyanı sahəsində davam etdirilmiş. Həyətyanı sahədə giriş qapısının qarşısında yerdə üzərində qanabənzər ləkələr olan tualet salfetkası parçası müşahidə edilmiş. Şərti olaraq 10 nömrə işə işarələnən həmin tualet salfetkası parçası müvafiq qaydada qablaşdırılaraq götürülmüş. Bununla da hadisə yerinə baxış başa çatmışdır. Hadisə yerinə baxış zamanı meyitin alt və ətrafındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla 02 ədəd nümunə, bıçaq dəstəyinə xarakterik 02 ədəd lövhə, ümumi uzunluğu 30.5 sm olan bıçaq, Rəşad İlyasovun əynində olmuş kurtka, Rəşad İlyasova məxsus “oppo” markah sensor tipli mobil telefon, “Nokia” markalı düyməli sadə tipli mobil telefon, üzərində qanabənzər ləkələr olan tualet salfetkası rulonu, ümumi uzunluğu 18.5 sm olan bıçaq, 0.7 litr həcmli “Nİ ORGANİC” markalı araq butulkası, divardakı və giriş qapısının ağzındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla müvafiq olaraq 02 ədəd nümunə və həyətyanı sahədə aşkar edilmiş tualet salfetkası parçası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli 00881 nömrə ilə protokollaşdırılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs nəfəsində 0.618% alkoqol aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli 00880 nömrə ilə protokollaşdırılmış qəbzdən görünür ki, Şahid2 nəfəsində 0.497% alkoqol aşkar edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:35-də Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Meyitə baxış keçirilməsi haqqında” 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Rəşad İlyasovun meyitinin əynində aşağıdakı paltarlar vardır: boz rəngli, uzunqol, boğazlı, üzərində naxışlar olan sviter, bozumtul rəngli, qısaqollu, yaxalığı dairəvi, ön səthində “Gucci İtaly” sözləri həkk olunmuş kofta, qırmızımtıl rəngli pijama, göy rəngli cins şalvar, qırmızımtıl rəngli, naxışlı tuman və bir cüt qara rəngli corab. Sviter və kofta qanabənzər maddə ilə bulaşmışdır. Sviterin aşağı kənarından 37 sm yuxarı, sol yan tikişdən 9 sm məsafədə çəp istiqamətli, düz xətt formalı 3 sm uzunluğunda dəlib-keçən zədə vardır. Boz rəngli koftanın aşağı kənarından 44 sm yuxarı, sol yan tikişindən 9 sm məsafədə xətli formalı, 2,7 sm ölçüdə dəlib-keçən zədə vardır. Meyitin dəri örtüyü solğundur. Müayinə olunan meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, uzunluğu 170 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Gövdənin arxa səthində zəif intensivli çəhrayımtıl rəngli meyit ləkələri vardır ki, barmaqla təyziq etdikdə itmir. Meyitin döş qəfəsinin sol yarısı, qarının ön səthi axıntı şəkilli qanabənzər maddə ilə bulaşmışdır. Başın tüklü hissəsində hər hansı bir xəsarət və deformasiya yoxdur. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0,7 sm diametrindədir, ağlı qişada qansızına yoxdur. Burun sümük və qığırdaqları əllədikdə tamdırlar, burun keçəcəkləri sərbəstdir. Ağzı qapalıdır, dil ağız boşluğunda sərbəst yerləşir, dişləri təbiidir. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindrik olub simmetrikdir. Döş qəfəsinin sol yan səthində 4-5-ci qabırğa arası nahiyədə, arxa qoltuq altı xətdə hamar kənarlı-deşilmişkəsilmiş, 2,2 x 0,6sm ölçüdə, daxilə nüfuz edən, qan axan yara vardır. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi zədəsizdir, təmizdir, şüavari qırışlarda hamarlaşma yoxdur. Yuxarı və aşağı ətraflar düzgün formalaşmış, əllədikdə sümükləri tamdırlar. Meyitin xarici müayinəsində yuxanda qeyd olunan xəsarətdən başqa digər xəsarət aşkar edilməmişdir. Baxış zamanı meyitin əynindəki paltarlar - boz rəngli, uzunqol, boğazlı, üzərində naxışlar olan sviter, bozumtul rəngli, qısaqollu, yaxalığı dairəvi, ön səthində “Gucci İtaly” sözləri həkk olunmuş kofta, qırmızımtıl rəngli pjiama, göy rəngli cins şalvar, qırmızımtıl rəngli, naxışlı tuman və bir cüt qara rəngli corab müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Könüllü təqdim olunmuş əşyanın götürülməsi haqında” 16 noyabr 2025-ci il tarixli qərardan görünür ki, X12 tərəfindən könüllü surətdə təqdim edilmiş 01 ədəd göy rəngli şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qırmızı rəngli qolsuz köynək, 01 ədəd boz rəngli uzunqol gecə geyimi (pijama), 01 ədəd göy rəngli önüdüyməli uzunqol köynək və 01 ədəd göy rəngli önü zəncirbəndli idman gödəkçəsi götürülmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni 16 mart 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 noyabr 2025-ci il tarixdən hesablanmışdır. “Zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” 18 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar zərərçəkmiş şəxs Rəşad İlyasovun hadisə zamanı əynində olmuş 01 ədəd qara, qəhvəyi və boz rəngli naxışları olan kurtka, 01 ədəd boz rəngli uzunqol sviter, 01 ədəd ağ-göy rəngli qısaqol kofta, 01 ədəd bel hissəsinə qara rəngli kəmər keçirilmiş göy rəngli cins şalvar, 01 ədəd qırmızı rəngli alt geyimi (pijama), 01 ədəd qırmızı rəngli tuman və 01 cüt qara rəngli corabdır. Kurtka - qara, qəhvəyi və boz rənglərdən ibarət kamuflyaj rənglidir, “balonka” tipli, uzunqollu, kapyuşonludur, azad kənarları manjet şəkillidir, üzərində geyilmə izləri və qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Gödəkcənin ön səthinin hər iki yarısında qapaqlı yan cibləri var, ciblərin içərisi boşdur, öndən zəncirbəndlə bağlanır, ön səthinin sol yarısına “X21” sözü olan dairəvi formalı, sol qolunun üzərinə ağ rəngli “yarpaq” təsviri olan şevron, boynun astar səthinə “Western Desert” və digər sözlər yazılmış etiket tikilmişdir. Gödəkcənin uzunluğu 68 sm, çiyin nahiyəsində eni 50 sm, qollarının uzunluğu 63 sm-dir. Kurtkanın arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə aşkar edilmiş. Sviter - boz rəngli, yunaoxşar materialdandır, uzunqolludur, üzərində qara rəngli naxışları var, üzərində geyilmə izləri var, səthi geniş sahədə qəhvəyi rəngli qanabənzər ləkələrlə bulaşmışdır. Sviterin uzunluğu 58 sm, çiyin nahiyəsində eni 47 sm, qollarının uzunluğu 60 sm-dir. Sviterin arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə aşkar edilmiş. Kofta - boz rəngli materialdandır, qısaqoldur, yaxalığı dairəvi formalıdır, ön səthinə “Gucci İtaly” sözləri həkk olunmuş, boynun astar səthinə etiket tikilmişdir. Koftanın üzərində geyilmə izləri və geniş sahədə qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Koftanın uzunluğu 64 sm, çiyin nahiyəsində eni 40 sm, qollarının uzunluğu 18 sm-dir. Koftanın arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə aşkar edilmişdir. Şalvar - göy rəngli cins materialdandır, üzərində geyilmə izləri müşahidə edilir, səthi çirklidir, sol yarısında qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Bel nahiyəsindəki ilgəklərə qara rəngli dəriyə bənzər materialdan kəmər keçirilmişdir, ön və arxa səthinin hər iki yarısında cibləri var, ciblərin içərisi boşdur, öndən metallik düymə və zəncirbəndlə bağlanır. Şalvarın uzunluğu 97 sm, bel nahiyəsində diametri 36 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Alt geyimi (pijama) - qırmızımtıl rənglidir, beli rezinlidir, üzərində geyilmə izləri və bel nahiyəsində qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Şalvarın uzunluğu 92 sm, bel nahiyəsində diametri 36 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Tuman - qırmızı rəngli materialdandır, beli rezinlidir, səthi naxışlıdır, üzərinə “man” sözü yazılmışdır, üzərində geyilmə izləri və bel hissəsində qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Tumanın uzunluğu 23 sm, bel nahiyəsində diametri 39 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Bir cüt corab - qara rəngli materialdandır, üzərində geyilmə izləri qeyd edilir, səthi çirklidir. Corabların uzunluğu 21,5 sm, hündürlüyü 18 sm-dir, üzərində zədə aşkar edilməmişdir. “Təqsirləndirilən şəxsin paltarlarına baxış keçirilməsi haqqında” 18 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli papaq, 01 ədəd açıq sarı rəngli önü düyməli gödəkçə, 01 ədəd boz rəngli damalı uzunqol sviter, 01 ədəd yeri göy, qolları ağ rəngli damalı uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli və 01 ədəd qara rəngli şalvar və 01 cüt qara rəngli corabdır. Papaq - qara rəngli yuna oxşar materialdandır, üzərində geyilmə izləri var. Papağın hündürlüyü 25 sm, diametri 28 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Gödəkçə - açıq sarı və ya qəhvəyi rəngli materialdandır, aşağı azad kənan qara rəngli manjetli, astarı qara rənglidir, qolsuzdur, “balonka” tiplidir, səthi çirklidir, üzərində çoxsaylı geyilmə izləri var, hər iki yarısında yan cibi var, ciblərin içərisi boşdur, öndən zəncirbənd və üç ədəd plastik düymə ilə bağlanır, boynun astar səthinə “Hak life” sözü yazılmış etiket tikilmişdir. Jiletin uzunluğu 67 sm, çiyin nahiyəsində eni 39 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Sviter - boz rəngli materialdandır, uzunqoldur, ön səthi ağ damalıdır, boynu, qolları və aşağı azad kənan qara rəngli manjetlidir, boynun astar səthinə “Buke” sözü yazılmış etiket tikilmişdir. Ön səthinin aşağı qara manjet hissəsində termiki təsirdən törənməyə xarakterik dəlik var. Sviterin uzunluğu 64.5 sm, çiyin nahiyəsində eni 45 sm, qollarının uzunluğu 57 sm-dir, üzərində başqa zədə aşkar edilməmişdir. Köynək - ön səthi göy, arxa səthi qara rənglidir, uzunqoldur, qolları ağ rənglidir, yaxalığı üçbucaq formalıdır və düymə ilə bağlanır, üzərində geyilmə izləri var, qollarının azad kənarı iki ədəd düymə ilə bağlanır. Köynəyin uzunluğu 63 sm, çiyin nahiyəsində eni 42 sm, qollarının uzunluğu 59 sm-dir. Köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd dəlib-keçən zədə var. Mayka - ağ rəngli materialdandır, üzərində geyilmə izləri var. Maykanın uzunluğu 66 sm, eni 45 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Göy rəngli şalvar - göy rəngli materialdandır, səthi çirklidir, üzərində çoxsaylı geyilmə izləri və qəhvəyi rəngli qanabənzər ləkələr var. Ön səthinin hər iki yarısında yan cibləri, arxa səthinin sağ yarısında bir ədəd cibi var, ciblərin içərisi boşdur. Şalvar öndən plastik zəncirbənd və düymə ilə bağlanır, hər iki ayağının ön səthində və arxa səthinin hər iki yarısında çoxsaylı köhnə dəliklər qeyd edilir. Şalvarın uzunluğu 91 sm, bel nahiyəsində diametri 41 sm-dir, üzərində zədə aşkar edilməmişdir. Qara rəngli şalvar - qara rəngli materialdandır, ön səthinin sol yarısına “adidas” sözü yazılmışdır, üzərində çoxsaylı geyilmə izləri var, ön səthinin hər iki yarısında zəncirbəndlə bağlanan cibləri var, ciblərin içərisi boşdur. Şalvarın uzunluğu 96.5 sm, bel nahiyəsində diametri 33 sm-dir. Şalvarın ön səthinin sağ yan nahiyəsində bir ədəd, sol ayağının ön səthində iki ədəd, bu zədələrdən 18 sm yuxanda bir ədəd, arxa səthinin sağ yarısında iki ədəd zədə var. Bir cüt corab - qara rənglidir, üzərində çoxsaylı geyilmə izləri var, səthi çirklidir. Corabların uzunluğu 31 sm, hündürlüyü 18 sm-dir, üzərində zədə aşkar edilməmişdir. “Əşyalara baxış keçirilməsi haqqında” 20 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar ümumi uzunluğu 305 mm olan, dəstək hissələri olmayan bıçaq, həmin bıçağa aid olması ehtimal edilən 2 ədəd lövhə və ümumi uzunluğu 185 mm olan bıçaqdır. Ümumi uzunluğu 305 mm olan bıçaq gümüşü rənglidir, tam yastı metal lövhə formalıdır, konstruktiv xüsusiyyətinə görə bıçağın tiyəsi və milindən ibarətdir. Bıçağın tiyəsi - gümüşü rənglidir, uzunluğu 185 mm, eni əsasında 30 mm, ortada 25 mm, uc hissədə 1 mm-dir. Tiyənin bir kənarı itilənmiş (ülgücü), digər kənan itilənməmiş, kütdür (küpü). Tiyənin küpünün en kəsiyi “n”-varidir, qalınlığı 2,0 mm-dir, konturu əsasından ucuna qədər düz istiqamətlidir, kəsici kənarla iti bucaq altında birləşərək tiyənin ucunu əmələ gətirir. Tiyənin ucu orta xətdən yuxarıda yerləşir. Tiyənin səthi hamardır, səthi üzərində qaramtıl rəngli yanıq ləkələrinə xarakterik ləkələr var, sol yan səthinə zavod üsulu ilə ağımtıl rəngli, qeyri-müəyyən formalı təsvir həkk edilmişdir. Tiyənin mili - bozumtulgümüşü rənglidir, yuxarı kənarının konturu düz, aşağı kənarının konturu nisbi dalğavari formalıdır, dəstəyin lövhələrinin bərkidilməsi üçün üzərində üç ədəd dəliyi var, səthi çirklidir, uzunluğu 120 mm, eni 17 mm-dən 20 mm-ə qədər, qalınlığı 2 mm-dir. 02 ədəd lövhə qəhvəyi rəngli materialdandır, üzərlərində dəliklər var, lövhələrdən birinin üzərində bir ədəd gümüşü rəngli metal təsbitedici var. Lövhələrin hər birinin uzunluğu 118 mm, eni 20-23 mm, qalınlığı 7 mm-dir. Ümumi uzunluğu 185 mm olan bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir. Bıçağın tiyəsi - gümüşü rəngli metaldandır, uzunluğu yuxarı kənarı boyu 87 mm, eni əsasında 15 mm, ortada 13 mm, uc hissədə 1 mm-dir. Tiyənin bir kənarı itilənmiş (ülgücü), digər kənarı itilənməmiş, kütdür (küpü). Kəsici kənar hər iki tərəfdən itilənmişdir. Tiyənin küpünün en kəsiyi “n”-varidir, qalınlığı 1,5 mm-ə qədərdir. Tiyənin ucu orta xətt səviyyəsində yerləşir. Tiyənin səthi hamardır, sol yan səthinə dairə içərisində “666” rəqəmi və “Sanliu” sözü həkk edilmişdir. Bıçağın dəstəyi - qövsvari formalıdır, əsasında gümüşü rəngli metallik, digər hissədə qara rəngli plastik lövhələrdəndir, lövhələr tiyənin milinə üç ədəd dairəvi formalı, gümüşü rəngli metal təsbitedicilərlə bərkidilmişdir, uzunluğu 98 mm, eni 1 mm-dən 16 mm-ə qədər, qalınlığı 10 mm-dir. Məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2025-ci il tarixli 536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görülür ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kənddə yaşadığı müddətdə heç bir ərizə, şikayət və təqsirləndirici material daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserin 6726 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X8 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserin 6727 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyatda durmur. Məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2025-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol ağ ciyəri zədələyərək kəskin qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 15 noyabr 2025-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X2 döş qəfəsinin sol yan səthində aşkar edilmiş yara kanalının istiqaməti soldan sağa və bir qədər yuxandan aşağıyadır. X3 ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 10-12 saat əvvəl müddətdə baş vermişdir. Mərhumun ölümünə səbəb kəskin qan itirmə olmuşdur. Mərhumun ölümü aldığı xəsarətlərlə səbəbli əlaqəlidir. X3 meytinin bədəni üzərində aşkar edilmiş xəsarətlər həyatidirlər və mərhumun ölümündən az əvvəl yetirilmişdir. X3 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri mərhumun özüözünə yetirə bilməsi inandırıcı deyildir. X3 döş qəfəsinin sol yan səthinə vurulan zərbə güclü olmaqla insan zərbəsi nəticəsində yanma bilməsi inkar edilmir. Mərhumun döş qəfəsinin sol yan səthinə bir dəfə olamaqla bir zərbə vurulmuşdur. X3 paltarında və bədən səthində aşkar edilmiş qanabənzər maddənin axın istiqamətinə, yaranın xarakterinə əsasən mərhumun zərbə anında oturaq vəziyyətdə olması ən çox ehtimal olunan vəziyyətdir. X3 meyitinin bədəni üzərində olan xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterik olub- olmaması məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. X3 meyitinin bədən səthində aşkar edilmiş xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla (təsviri hissədə göstərilən uzunluğu 30,5 sm olan 1-ci bıçaqla ), eləcə də bu tip konstruksiyaya malik digər deşici-kəsici əşyanın təsirindən törəməsi inkar edilmir. X7 xəsarətlər yetirilmə anında qısa müddətli aktiv hərəkərlər etmə, müəyyən səs çıxarma (kömək istəmə və s.) iqtidarında olmuşdur. Mərhumun ölümü zərbə anından qısa bir müddət keçdikdən sonra baş vermişdir. X3 arxa keçəcək dəliyi nahiyyəsində hər hansı bır xəsarət aşkar edilməmişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi zamanı etil spirti və ya hər hansı bir narkotik, psixotrop maddə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserin 6342 nömrəli 5.12.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyatda durmur. Məhkəmə-tibbi bioloji ekspertizasının 24 dekabr 2025-ci il tarixli 813/2025-TBŞ nömrəli rəyindən görünür ki, X11 qan qrupu-B/İİV, Təqsirləndirilən şəxs Lazim oğlunun qan qrupu-B/İİİ/, X4 qan qrupu-O/İ/, Şahid2 qan qrupu A/İİ/. Ekspertizaya təqdim olunan 04 ədəd çubuqlu pambıq tampon, rulon şəklində tualet salfet kağızı, tualet salfet kağızından kəsik hissə, dəstəyi düşmüş bıçaq, Şahid2 məxsus idman gödəkcəsi, X13 məxsus idman şalvarı, cins şalvar, sviter, kofta, tuman və gödəkcə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X13 və Təqsirləndirilən şəxs Lazim oğluna məxsus ola bilər, əgər onların qanında müşayiətçi H antigeni varsa və sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin O alfa, beta(İ) qruplu X4 da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan 01 ədəd araq butulkası, qara dəstəkli bıçaq, 02 ədəd bıçaq dəstəyinə məxsus lövhə, X13 məxsus 01 cüt corab, Təqsirləndirilən şəxs Lazim oğluna məxsus sviter, papaq, köynək, alt mayka, şalvar, idman şalvarı, şişmə tipli jilet, X6 məxsus 02 ədəd sviter, idman şalvarı, alt mayka, şişmə tipli jilet, Şahid2 məxsuş kofta, köynək, idman şalvarı, alt mayka, alt köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində qanın əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 29 dekabr 2025-ci il tarixli 532/MTKŞ- 2025 saylı rəyindən görünür ki, təqdim edilmiş X5 məxsus uzunqol gödəkcənin, uzunqol sviterin və qısaqol koftanın hər birinin arxa səthinin sol yarısında bir ədəd deşilmişkəsilmiş zədə var, bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. X5 məxsus pijama şalvarının, belində kəməri olan cins şalvarın, tumanın və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir. X5 məxsus paltarların (uzunqol gödəkcənin, uzunqol sviterin və qısaqol koftanın) üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş ümumi uzunluğu 305 mm olan bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. X5 məxsus paltarların (uzunqol gödəkcənin, uzunqol sviterin və qısaqol koftanın) üzərində olan deşilmiş- kəsilmiş zədə ilə, onun bədəninin döş qəfəsinin sol yan səthində, arxa qoltuqaltı xətt üzrə olan xəsarət yerləşməsinə və xarakterinə görə bir-biri ilə üst-üstə düşür. Şahid2 məxsus qısaqol kofta, uzunqol köynək, idman şalvarı, idman gödəkcəsi, qolsuz mayka və pijama köynəyi üzərində zədə aşkar edilməmiş. Şahid1 məxsus qolsuz gödəkcənin, uzunqol koftanın, hərbi sviterin, qolsuz maykanın və yun şalvarın üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Ləzım oğluna məxsus uzunqol köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd, idman şalvarın ön səthinin sağ yan nahiyəsində bir ədəd, sol ayağının ön səthində üç ədəd, arxa səthinin sağ yarısında iki ədəd cırılmış zədə var, bu zədələr küt yaranma mexanizmi ilə törənmişlər. Təqsirləndirilən şəxs Ləzım oğluna məxsus qolsuz jiletin, şalvarın, sviterin, qolsuz maykanın, papağın və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş paltarlar üzərində digər xarakterli (qarşılıqlı dalaşmaya, əlbəyaxa olmağa, müqavimət göstərməyə, cırmağa, dartmağa xarakterik) zədələr aşkar edilməmişdir. Təqdim edilmiş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər. Bıçaqların üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, bıçaqların təyinatı dəyişdirilməmişdir. Təqdim edilmiş iki ədəd bıçaq dəstəyinə xarakterik lövhələr ümumi uzunluğu 30,5 sm olan bıçağa aid ola bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 yanvar 2026-cı il tarixli 53 nömrəli rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Rəyin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hövsələsizlik, əsəbilik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, əsəbilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yaddaş prosseslərində hər hansı çətinlik, həmçinin hadisəni xatırlamaması, bu barədə məlumat verə bilməməsi halı müəyyən edilmədi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 19 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “2” nömrəsi ilə işarələnmiş ümumi uzunluğu 305 mm, tiyəsi üzərində qara rəngli ləkələr olan gümüşü rəngli 01 ədəd bıçağı göstərib 15 noyabr 2025-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yaşadıqları evdə oğlu X13 həmin bıçaqla xəsarət yetirərək öldürdüyünü, həmin bıçağı dəstəyindən, tiyəsindən, tiyəsi üzərində olan qara rəngli yanıq ləkələrindən, habelə ümumi görünüşündən tanıdığını bildirməklə cinayətin aləti olan bıçağı tanımışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübutlar - hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş meyitin alt və ətrafındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş 02 ədəd nümunə, bıçaq dəstəyinə xarakterik 02 ədəd lövhə, ümumi uzunluğu 30.5 sm olan bıçaq, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş kurtka, üzərində qanabənzər ləkələr olan tualet salfetkası rulonu, divardakı və giriş qapısının ağzındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş müvafiq olaraq 02 ədəd nümunə, həyətyanı sahədə aşkar edilmiş tualet salfetkası parçası, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli papaq, 01 ədəd açıq sarı rəngli önü düyməli gödəkçə, 01 ədəd boz rəngli damalı uzunqol sviter, 01 ədəd yeri göy, qolları ağ rəngli damalı uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli və 01 ədəd qara rəngli şalvar və 01 cüt qara rəngli corab, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli uzunqol sviter, 01 ədəd ağ-göy rəngli qısaqol kofta, 01 ədəd bel hissəsinə qara rəngli kəmər keçirilmiş göy rəngli cins şalvar, 01 ədəd qırmızı rəngli alt geyimi (pijama), 01 ədəd qırmızı rəngli tuman və 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması zamanı istifadə edilmiş videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır, DVD disk cinayət işi materiallarında, digər bütün maddi sübutlar isə Gədəbəy rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsinin hüqqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməli və cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 16 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübutlar – Gədəbəy rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılan hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş meyitin alt və ətrafındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş 02 ədəd nümunə, bıçaq dəstəyinə xarakterik 02 ədəd lövhə, ümumi uzunluğu 30.5 sm olan bıçaq, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş kurtka, üzərində qanabənzər ləkələr olan tualet salfetkası rulonu, divardakı və giriş qapısının ağzındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş müvafiq olaraq 02 ədəd nümunə, həyətyanı sahədə aşkar edilmiş tualet salfetkası parçası məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli papaq, 01 ədəd açıq sarı rəngli önü düyməli gödəkçə, 01 ədəd boz rəngli damalı uzunqol sviter, 01 ədəd yeri göy, qolları ağ rəngli damalı uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli və 01 ədəd qara rəngli şalvar və 01 cüt qara rəngli corab, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli uzunqol sviter, 01 ədəd ağ-göy rəngli qısaqol kofta, 01 ədəd bel hissəsinə qara rəngli kəmər keçirilmiş göy rəngli cins şalvar, 01 ədəd qırmızı rəngli alt geyimi (pijama), 01 ədəd qırmızı rəngli tuman və 01 cüt qara rəngli corab yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması zamanı istifadə edilmiş videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 08 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 08 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Gədəbəy rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılan hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş meyitin alt və ətrafındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş 02 ədəd nümunə, bıçaq dəstəyinə xarakterik 02 ədəd lövhə, ümumi uzunluğu 30.5 sm olan bıçaq, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş kurtka, üzərində qanabənzər ləkələr olan tualet salfetkası rulonu, divardakı və giriş qapısının ağzındakı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmuş müvafiq olaraq 02 ədəd nümunə, həyətyanı sahədə aşkar edilmiş tualet salfetkası parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli papaq, 01 ədəd açıq sarı rəngli önü düyməli gödəkçə, 01 ədəd boz rəngli damalı uzunqol sviter, 01 ədəd yeri göy, qolları ağ rəngli damalı uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli və 01 ədəd qara rəngli şalvar və 01 cüt qara rəngli corab, Rəşad İlyasovun hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli uzunqol sviter, 01 ədəd ağ-göy rəngli qısaqol kofta, 01 ədəd bel hissəsinə qara rəngli kəmər keçirilmiş göy rəngli cins şalvar, 01 ədəd qırmızı rəngli alt geyimi (pijama), 01 ədəd qırmızı rəngli tuman və 01 cüt qara rəngli corab yaxın qohumlarına qaytarılsın, qəbul etməkdən imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması zamanı istifadə edilmiş videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 88 (səksən səkkiz) manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-3)-24/2026
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-3)-24/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver