Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(4-3)-26/2026 05.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Ağdam rayonu, Qarazeynallı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Səfərli qəsəbəsi, ev 36-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan tarix, vaxt və mənbədən qanunsuz əldə edib saxlayaraq daşıdığı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni 2,06 qram psixotrop maddə olan metamfetaminin 0,513 qramını xx.xx.2025-ci il tarixdə saat 16:55-də Ağdam rayonu, Quzanlı Köçkün qəsəbəsinin yaxınlığında yerləşən “Fin evlər” adlanan əraziyə daşıyıb Şahid5 sonuncunun istifadəsində olan “Samsung Galaxy A21S” markalı mobil telefonda mövcud olan “Birbank” mobil tətbiqi vasitəsi ilə onun bacısı oğlu Şahid6 məxsus olmaqla özünün istifadəsində olmuş 5239 1517 5747 6307 nömrəli “Birbank Cashback” kartına 53 manat köçürməsi müqabilində satmış, qalan 1,547 qramdan 0,295 qramı həmin gün saat 19:54-dək Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Rahat market”in qarşısında əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə, digər 1,252 qramını isə yenə həmin gün saat 20:33-dək, 0,302 qram, 0,310 qram, 0,294 qram və 0,346 qram olmaqla dörd ədəd şəffaf rəngli sellofan bükümdə yaşadığı Ağdam rayonu, Səfərli qəsəbəsində yerləşən 36 nömrəli evin yataq otağında paltar dolabında olan mobil telefon qutusunun içərisindən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri qəsdən əldə edib saxlamaqla daşımış və satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dəfələrlə Şahid5la birlikdə psixotrop maddə olan meamfetamindən istifadə etmişdir. Xatırladığı qədəri ilə xx.xx.2025-ci il tarixdə Şahid5 ona zəng edərək psixotrop maddənin olub-olmadığını soruşmuş, o da olduğunu demişdir. Daha sonra isə psixotrop maddəni verməsi üçün sonuncu ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində görüşmüşlər. Bundan sonra Şahid5 psixotrop maddə olan metamfetamin vermiş, sonuncu isə qarşılığında onun bank kartına 53 manat pul göndərmişdir. Metamfetamini verdikdən sonra onlar ayrılmış və o, evə gəlmişdir. Bundan sonra həmin gün Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Rahat” marketə müştəri aparmışdır. Marketin içərisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ardınca marketin yanında polis əməkdaşları onun üzərini yoxlamış və üzərindən xırda ölçülü bir büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün saxladığını demişdir. Üzərimdən aşkar edilmiş və Şahid5 verdiyi metamfetamin ona məxsus olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, saxlanılmamışdan təxminən 8 ay əvvəldən psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. Üzərindən aşkar edilmiş və Şahid5 verdiyi psixotrop maddə olan metamfetamini ümumilikdə 5 ədəd hazır büküm şəklində yerdən tapmışdır. İstifadə etdiyi müddətdə metamfetamini 10 manat dəyərində bir istifadəlik olmaqla hər dəfə fərqli-fərqli şəxslərdən almışdır. O, taksi sürücüsü kimi işləmişdir. Şahid5 başqa heç kimə narkotik vasitə yaxud psixotrop maddə verməmişdir. Şahid5 göndərdiyi 53 manatın 23 manatı ona olan başqa borcu ilə bağlı olmuş, ona görə metamfetamini Elnura 30 manat qarşılığında vermirdir. O, Şahid5 30 manat qarşılığında 0,5 qramdan az metamfetamin satmışdır. Yerdən bükümlərdə tapdığı metamfetaminin çəkisini ölçməmiş, lakin düşünmüş ki, 2 qramdan az olmuşdur. Yerdən tapdığı 5 ədəd metamfetamin bükümünün 3 ədədini yaşadığı evdəki yataq otağında gizlətmiş, qalan iki bükümdən birini Şahid5 vermiş, digərini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərimdə aşkar edilmiş bükümdəki metamfetaminin xeyli hissəsini istifadə etmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminin hamısı ona məxsus olmuş və onun iştirakı ilə polis əməkdaşları tərəfindən çəkilərək müvafiq qaydada qablaşdırılmışdır. Şahid5 ona olan 23 manat borcu avtomobilin təmiri ilə bağlı yaranmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayon polis şöbəsinə Ağdam rayonu, Səfərli qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradıldıqdan sonra dərhal qrup üzvləri ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında Təqsirləndirilən şəxs müəyyən edib sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və yaşadığı evə baxış keçirəcəklərini demişlər. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütləni elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılıb götürmüşlər. Baxışın davamı olaraq Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən “İphone” markalı mobil telefon aşkar olunmuş və həmin telefon da iş üçün əhəmiyyət kəsb edəcəyindən onlar tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağındakı paltar şkafının içərisindəki “İphone” markalı mobil telefonun qutusundan 04 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir büküm metamfetamini də 53 manat qarşılığında Ağdam rayonu, Quzanlı qəsəbəsi sakini Şahid5 satdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən 06 ədəd xırda ölçülü şəffaf qırıntılar aşkar edilmişdir. Evdən aşkar edilmiş bütün predmetləri ayrıayrılıqda elektron tərəzidə çəkmişlər və müvafiq qaydada qablaşdıraraq götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən heç bir qanunsuz predmet aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş bükümlərin çəkilərini xatırlamamış, lakin bükümlərin ölçüsü xırda olmuşdur. O, Şahid5 da saxlanılmasında iştirak etmiş, lakin sonuncunun Təqsirləndirilən şəxs əvvəl yaxud sonra saxlanılmasını xatırlamamışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa Ağdam RPŞ-nin NMQ-nin rəisi Şahid4 və Şahid1 olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, Ağdam RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin İTB sahə polis nəfəri Əmirov X1 Azər Surac oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin avqust ayından “patı” adı ilə tanıdığı psixotrop maddə qəbul etməyə başlamışdır. Çünki psixotrop maddələrin insana əlavə enerji verməsi barədə düşünüb bu maddəni qəbul etmişdir. Ağdam rayonu, Səfərli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin iyul ayından tanımışdır. Həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun məlumatı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil nömrədən WhatsApp ani mesajlaşma sistemi vasitəsilə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı nömrəsinə zəng edib sonuncudan metamfetamin almaq istədiyini bildirmişdir. Şəyanla Ağdam rayonu, Quzanlı Köçkün qəsəbəsinin yaxınlığında yerləşən “Fin evlər” adlanan yerdə görüşməyə razılaşıb qohumu Sirac İsmayılova məxsus “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişdir. Bir neçə dəqiqə sonra Şəyan da oraya gəlmişdir. Orada Şəyan ona içərisində metamfetamin olan bir ədəd şəffaf rəngli büküm verib qarşılığında 53 manat pul verməli olduğunu bildirmiş, o da həmin vaxt Şəyanın ona bildirdiyi “Kapital Bank ASC”yə aid “BirBank” kartına özünə məxsus mobil telefonda olan “BirBank” mobil tətbiqi vasitəsilə 53 manat pul göndərmişdir. Bundan sonra aldığı şəffaf sellofanda olan bükümdə olan metamfetamindən bir qədər özünün kustar üsulla lampa və kaprondan hazırladığı trubkaya doldurub istifadə etmək üçün hazır vəziyyətə gətirmişdir. Bükümdə qalan metamfetamini isə qara lentlə sarıyıb həmin bükümü və trubkanı “VAZ- 21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun yanına qoyub istifadə etmək üçün uyğun vaxt gözləmişdir. O, həmin gün yaşadığı evə gedib bir qədər ev işləri ilə məşğul olduqdan sonra mağazaya getmək üçün avtomobillə qəsəbənin mərkəzinə doğru getmişdir. Ağdam rayonu, Quzanlı qəsəbəsində asfalt yolun kənarında avtomobilini saxlayıb yerə enən zaman polis əməkdaşları yaxınlaşaraq ona narkotik vasitələrin və psixotrop maddələrin saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirərək üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilməsinin zəruriliyini izah etmişlər. O, üzərinə və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra polis əməkdaşları onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun üzərində gizlətdiyi içərisində metamfetamin olan bir ədəd qara lentlə sarınmış büküm aşkar edilmiş və elektron tərəzi vasitəsilə çəkilərək müvafiq qaydada qablaşdırılıb götürülmüş, həmin qablaşdırılma onun tərəfindən iştirakçılarla birlikdə imzalarla təsdiq edilmişdir. Bundan başqa sürətlər qutusunun üzərində gizlətdiyi bir ədəd trubkanın içərisində olan metamfetamin aşkar edilərək kağız bükümə tökülüb elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmış, həmin qablaşdırmalar onun tərəfindən iştirakçılarla birlikdə imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı olmuşdur. Dayısı bank kartı olmadığını deyərək istifadə etməsi üçün ona məxsus bank kartını özünə verməsini xahiş etmişdir. O da özünə məxsus "xxxx" ASC-nin “Birbank Cashback” kartını şəxsi istifadəsi üçün dayısına vermişdir. Bundan sonra həmin kartdan dayısı Təqsirləndirilən şəxs istifadə etməyə başlamışdır. Dayısının narkotik vasitə satışı ilə məşğul olması, həmçinin yaşadığı evdə narkotik vasitə saxlaması barədə əvvəlcədən məlumatı olmamışdır. O, dayısı Təqsirləndirilən şəxs özünə məxsus bank kartını 2025-ci ilin mart ayında vermişdir. Həmin vaxtdan da kart onun istifadəsində olmuşdur. Ona polis şöbəsində hər hansı təzyiq göstərilməmişdir. O, ibtidai istintaq zamanı sərbəst formada ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/835 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,41 q narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,295 olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2) Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 0,26, 0,27, 0,26, 0,14 - 4 büküm narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,310 qram, 0,294 qram və 0,346 qram olmaqla, ümumi təmiz çəkisi 1,252 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və kimyəvi tərkiblərinə görə eynidir; 3) Həmin kağız paketdəki ümumi təmiz çəkisi 0,282 qram olan 6 (altı) ədəd sellofan kəsiyi hissələrində narkotik vasitə və psixotrop maddə yoxdur; 4) Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,41 q narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,295 qram olan metamfetamin və üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 0,26, 0,27, 0,26, 0,14 – 4 büküm narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,310 qram, 0,294 qram və 0,346 qram olmaqla, ümumi təmiz çəkisi 1,252 qram olan metamfetamin, kimyəvi tərkiblərinə eynidir; 5) Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,547 qr., tədqiqata sərf edildi – 0,1 qr. (hər birindən 0,02 qr.), qalıq – 1,447 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/836 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,41 q narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız büküm metamfetamin, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 0,26, 0,27, 0,26, 0,14 - 4 büküm narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd büküm metamfetamin və üzərində “Vət. X4 üzərindən aşkar edilən 0,39 qr. narkotik vasitəyə bənzər vasitə” yazılar olan kağız paketdəki 01 (bir) ədəd büküm metamfetamin kimyəvi tərkibinə görə eynidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, 884 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2026-cı il tarixli, 84 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 19:54-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 oktyabr 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin avtomobilinin və üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19:03-də Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində saxlanılmış Şahid5 üstü yoxlanılarkən qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Tədbirin davamı olaraq Şahid5 idarə etdiyi VAZ-2107 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürətlər qutusunun yanından qara rəngli kağız bükümdə və ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Qeyd edilən bükümlər elektron tərəzidə çəkildikdə 0,39 və 0,17 qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Ağdam RPŞ-yə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Ağdam RPŞnin əməkdaşları tərəfindən həm üzərinə, həm də yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:54-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində “Rahat market”ın qarşısında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində ağ rəngli kütlə olan bir ədəd ağ kağız büküm aşkar olunaraq götürülmüşdür. Həmin bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən 0,41 qram olması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik maddə olduğunu, Bərdə rayonunda yaşayan İlkin adlı şəxsdən 200 manat müqabilində əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və mənzilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:33-də Ağdam rayonu, Səfərli qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı 36 nömrəli evə baxış keçirilərkən yataq otağında yerləşən şifonerin içərisində bir ədəd “İphone” markalı mobil telefon qutusunun içərisindən dörd ədəd şəffaf rəngli sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilərkən ayrı-ayrılıqda 0,26 qram, 0,27 qram, 0,26 qram və 0,14 qram olmaları müəyyən edilmişdir. Bundan başqa həmin “İphone” markalı mobil telefon qutusunun içərisində olan altı ədəd xırda ölçülü şəffaf predmetlər də elektron tərəzi vasitəsilə çəkilərkən ümumilikdə 0,37 qram olması müəyyən edilmişdir. Daha sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan dörd ədəd şəffaf büküm, eləcə də altı ədəd xırda ölçülü şəffaf predmetlər qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs şəffaf bükümlərin içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, üzərindən aşkar olunmuş kütlənin də psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümləri Bərdə rayonunda İlkin adlı şəxsdən 200 manat pul qarşılığında aldığını, həmçinin içərisində psixotrop maddə olan metamfetamin olan bir bükümü də Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Elnur adlı şəxsə pul qarşılığında satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 (bir) ədəd İphone markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrinı dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 5239-15** ****-6307 nömrəli bank kartı ilə aparılan əməliyyatlara dair "xxxx" ASC-dən təqdim olunmuş 02 (iki) ədəd diskə baxış keçirilərkən birinci diskdə yuxarıda qeyd olunan kartla bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan mədaxil və məxaric əməliyyatları öz əksini tapmışdır. Həmin çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:55:22 saniyədə "xxxx"a aid olmaqla Şahid5 məxsus olan 5239-1517-****-2040 seriya nömrəli kartın balansından "xxxx"a aid olmaqla Şahid6 məxsus 5239-1517-****-6307 saylı kartın balansına 53 manat pul köçürülmüş, daha sonra isə həmin tarixdə saat 17:29:35 saniyədə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən A0180065 saylı ATM vasitəsilə 5239-1517-****-6307 saylı kartın balansından 73 AZN pul məxaric olunmuşdur. Daha sonra həmin pulları məxaric edən şəxsin görüntülərini müşahidə etmək üçün digər diski kompyuterə yerləşdirib baxış keçirən zaman Təqsirləndirilən şəxs həmin 73 AZN pulu məxaric edən şəxsə aid fotogörüntülərin onun özünə aid olduğunu, 53 manatın Şahid5 tərəfindən onun bacısı oğlu Şahid6 məxsus olmaqla özünün istifadəsində olan karta onun Şahid5 satdığı bir büküm psixotrop maddə olan metamfetinin müqabilində Şahid5 tərəfindən köçürülməsini, digər 20 manat pulun isə əvvəlcədən kartın balansında olduğunu, özünün isə həmin 73 manat pulu Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Narmobile” adlı mobil telefon satışı mağazasının önündə quraşdırılmış ATM vasitəsilə məxaric etməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsində və saxllamasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş, eləcə də Şahid5 satmış olduğunu bildirdiyi psixtorop maddə metamfetamini haradan, nə zaman və hansı yolla əldə etməsinin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni Bərdə rayonunda dəqiq şəxsiyyətini və ünvanını bilmədiyi İlkinn adlı şəxsdən 200 manat müqabilində əldə etməsini bildirməsinə dair ifadəsində göstərmiş olduğu xüsusatın doğruluğunu təsdiq edəcək hansısa fakt müəyyən edilməmiş, eləcə də Təqsirləndirilən şəxs Şahid5 başqa kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair fakt müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,447 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağdam RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, əməliyyat-axtarış tədbirlərinə dair 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, 01 (bir) ədəd İphone markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmış, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar olunaraq götürülmüş 06 (altı) ədəd bükümdə olan ümumi təmiz çəkisi 0,282 qram sellofan kəsiyi iş üçün əhəmiyyət kəsb edilmədiyindən məhv edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X11 Dispanserinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Səfərli Qəsəbə İDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən məcburi köçkün düşmüş, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Səfərli qəsəbəsi, ev 36-da yaşamış, yaşadığı yer üzrə də müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16/835 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 2,06 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 oktyabr 2025-ci il il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 165 (bir yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,347 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirlərinə dair 02 (iki) ədəd disk, eləcə də "xxxx" ASC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, 84 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 oktyabr 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 165 (bir yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,347 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Əməliyyat-axtarış tədbirlərinə dair 02 (iki) ədəd disk, eləcə də "xxxx" ASC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-3)-26/2026
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-3)-26/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver